180 dəfə oxunub

İndoneziyanın Lombok adasında oğurluq hadisəsinə şahid oldum

Salam, Gəzəyənlər.
11 yanvar tarixində İndoneziyanın Lombok adasında qaldığım hosteldə oğurluq hadisəsinə şahid oldum. Bu hadisə bu yazını yazmağıma əsas motivasiya oldu. Malayziyada 1 ay, İndoneziyada 1 ay 10 gün olmaqla artıq təxminən 2 aydır Cənub-Şərqi Asiyadam. Bu, bu səyahətdən qrupdakı 2-ci postumdur. Bu postda Sizə səyahət zamanı təhlükəsizlikdən, xüsusilə oğurluq hadisələrinə qarşı ala biləcəyimiz qabaqlayıcı tədbirlərdən danışacam. Sizin də fikirlərinizi və təkliflərinizi rəydə görməkdən məmnun olaram 
Hadisə: Mən tək səyahət etdiyimə görə hostellərdə qalmağı üstün tuturam. İndoneziyanın Lombok adasında qaldığım bungalov tipli hosteldə 7 nəfərlik bir otaqda qalırdım. Səhər saat 7-də oyandıqda aramızdan bir avstraliyalı bir qızın kartlarının və nağd pulunun oğurlandığını eşitdim. Ardından sırayla oyanan digər 4 nəfər də eyni formada sadəcə kartlarının və nağd pullarının oğurlandığını dedilər. Hamının kartları Lombok hava limanında istifadə edilmişdi və müəyyən məbləğ xərclənmişdi. Otaqda yalnız mənim və başqa bir şəxsin əşyalarına toxunulmamışdı. Məndən heç nəyin oğurlanmaması oğrunun seksist olması (ancaq qadınlardan oğurluq olmuşdu) və ya şans nəticəsindədir, çünki həmin gün yorğun olduğumdan aşağıda qeyd edəcəyim tədbirlərin çoxunu almamışdım.
Oğurluqdan sonra baş verənlər: Kameranı izlədik, kameralarda biz yatdıqdan və kartın istifadə olunduğu tarixdə sadəcə otaqdan bir nəfərin saat 3 arasında otaqdan ayrılıb 30 dəqiqə sonra geri qayıtdığı göründü. Məndən heç nə oğurlanmadığı üçün otaqdakılar əşyaları oğurlanmayan iki nəfərdən şübhələndilər. Amma birbaşa ifadə edə bilmədikləri üçün hamımız bir-birimizin əşyasını axtarmaq bəhanəsi ilə 30 dəqiqə ərzində otaqda axtarış apardıq. Heç nə tapılmadı  Polis gəlmədi, araşdırma olmadı, hostel heç bir məsuliyyət qəbul etmədi. Hadisə 2 gün sonra unuduldu. Bundan gəldiyim nəticə odur ki, oğurluqdan yayınmaq, sonrasında edə biləcəklərinizdən çox daha yaxşıdır. Çünki turistlərin əşyalarının oğurlanması belə yerlərdə adiləşmiş bir haldır və ciddi tədbirlər görülmür.
Təhlükəsizlik üçün mən öz təcrübəmdən paylaşa biləcəklərim:
  • 3 əsas əşya müəyyən etmişəm, pasport, telefon, pulqabından kənar olan nağd pul. Bu üç əşyanı mütəmadi olaraq, yer dəyişəndə, restorandan və ya oteldən ayrıldıqda yoxlayıram. Beləliklə, itki ehtimalını erkən aşkar edə bilirəm.
  • Nağd pulun bir hissəsini pulqabından kənarda, oğrunun ağlına gəlməyən bir yerdə saxlayıram.
  • Özümlə bir neçə kart gətirmişəm, kartların hamısını eyni yerdə saxlamıram, Əsasən də 2 fərqli çantada saxlayıram. Nəticədə, hər hansı bir çantanı itirsəm, digər çantadakı kartı itirməmiş olacam.
  • Hosteldə qaldıqda locker (şkaf) istifadə edirəm. Nəticə olaraq, otaqda olmadıqda, yuxuda olduqda əşyalarıma kənar müdaxilə olunmasından yayınıram.
  • Yeni və şəxsi ərazim olmayan yerlərdə dəyərli əşyalarımı (kamera, noutbuk) nümayiş etdirmirəm. Beləliklə, pis niyyətli şəxslər üçün hədəf olmaqdan yayınmış oluram.
  • Əsas pul və əlavə pul olaraq pulumu kateqoriyalaşdırmışam və hardasa nağd ödəniş etdikdə əlavə puldan ödəyirəm. Nəticədə, ətrafda pis niyətli adama şirnikləndirməkdən yayınıram.
Sizin başqa nə tip təklifləriniz var? Və ya siz oğurluqla əlaqəli hansı neqativ və ya pozitiv hadisələrlə qarşılaşmısınız?

 Instagram, və youtube-da gəzdiyim yerlər, Malayziya, İndoneziya və digər asiya ölkələri haqqında da məlumat paylaşıram, siz də izləyə bilərsiniz:


https://www.youtube.com/@bashiroglu 
https://www.instagram.com/bashiroglu


Paylaşan Abdulla Bashiroglu



DİGƏR BLOQLAR

Macəra dolu Amerika

Hamı səyahət hekayəsini yazır, mən dəhəyatımın dönüş nöqtəsi olan Miami səfərimdən danışım... Əsas da çoxlarının xəyalı olan Amerika vizasını 3 günə almağımdan ..Dəməli il 2015 universiteti yeni bitirmiş saf uşağam o zamanlar , işsiz idim və öz işimi (Romantic Decoration) qurub 3 ayda cəmi 10 manat xeyir qazanmağı baxmayaraq hələ də inad edib iş axtarmırdım .Günümün çox hissəsini kompyuter qarşısında keçirirdim və o vaxtlar , Facebookda yarışlar keçirilirdi mən də birinə qatılmışdım .Yarışın qalibini 2 həftəlik Amerikaya göndərirdilər Və o yarışda qalib mən olmuşdum ????Olanlar da bundan sonra oldu ????Bu arada EF komandasından kimsə varsa təşəkkür edirəm çox kömək etdiler o vaxt mənə əsas da Könül xanım ????Oktyabrda mail gəldi ki qalib olmuşam evdə dedim Amerikaya gedəcəm əlbəttə ki inanmadılar , o vaxt maddi durumumuz yaxşı deyildi.. Nə yalan deyim mən də inanmırdım heç Noyabrda Miami plajında zaqar edərəm ????.. . Nəisə zəng etdilər getdim ofisə təbrik etdilər və hər şeyi şirkət qarşılıyacağını dedilər (təkcə viza rüsümümu mən ödəyəcəkdim)1 həftə sonra zəng edib mənim viza müraciəti üçün ofisə yaxınlaşmağımı istədilər və 200 $ gətirməyimi dedilər.. Bir təhər pulu düzəldib kart hesabına qoyub getdim.DC 160 doldurduq (çox sıxıcı suallar var bu arada) və viza görüşüm noyabrn 5-nə təyin edildi.. Amma bir problem var idi ki, yarış qaydalarına görə mən noyabrn 1-i gedib 15-i qayıtmalı idim.. Ona görə də viza görüşüm əvvələ alınmalı idi bu isə bilən bilir çox çətin işdi ????Vaxtı çox saylı xahişlərdən sonra bir təhər dəyişə bildik və Viza görüşünə getdim. lnterview növbəsi gəldi yaxınlaşdım ordakı xanıma 20 ildi bildiyim "salam necəsən" sözünü Amerikan aksenti ilə Azərbaycan dilində elə dedi ki beynim hərəkətə keçib "I m fine and you" cavabını verdi ???? Xanım gülərək rahat ol Azərbaycanca danışa bilərsən mən anlayıram dedi, 3-4 sualdan sonra mənə yaxın günlərdə xəbər olunacağını dedi və sağollaşdı 3 gün sonra 30 okyabrda xəbər gəldi və çox insanın xəyalı olan 1 illik Amerika vizasını 3 günə aldım ..Amma o zamanlar mənim üçün problem Amerika vizası yox pul idi cəmi 285 dollar pulum var idi ???? evdə də vəziyyət yaxşı olmadığı üçün evdən də pul ala bilmirdim , kimdənsə borc almağa utanırdım o vaxt Ismayil Gulubayli Zəng etdim və görüşdüm ondan 50 manat pul istədim ki bəs sabah Amerikaya gedirəm milli pulum yoxdu ???? Baxdı mene dedi ki səndən biraz əvvəl tanışım məndən 55 manat pul istədi ki Sumqayıtda toya gedəcək , sən isə 50 manat istəyirsən və deyirsən ki sabah Amerikaya gedəcəksən ???????????? o gün nə vaxt yadıma düşsə gülürəm )Nəisə vaxt gəldi çatdı arzuların Ölkəsi Amerikaya getməyə Bakıdan İstanbula orda da Miamiye uçacaqdım..Səhər evdən çıxdım getdim Koroğlu metrosuna uçuşa 1 saat qalıb mən isə manatlıq taxiyə oturub adamların dolmağını gözləyirəm..Adama deyərlər bu nə rahatlıqdı)) və Taxi doldu getdik havalimanına .. Ora çatdım Məlumat mərkəzindəki qız dedi ki bəs gecikmisiz qapılar bağlanıb ???? Təsəvvür edin min bir əziyyətlə ora kimi gəlmişəm hər şey bir yana rəsmi iş yeri olmadan bank hesabı olmadan Amerika vizası almışam və 4000 dollar dəyərində olan hədiyyədən sırf manatlıq taxidə vaxt itirdiyimə görə məhrum oluram .(Kahr olası fakirlik). O an beynimdə hər şey slow motion kimi gedirdi ???? .. Və başladım xahiş etməyə ki (yalvarmağın biraz mədəni forması) buraxsın məni bəlkə hələ təyyarə qalxmayıb falan qız birinə zəng etdi və sonra "bəxtiniz gətirib biznes klassdan kimsə gecikib deyə hələ təyyarə qapıları bağlanmayıb tez getsəniz çata bilərsiz bəlkə" O vaxt hava limanında 3-cü mərtəbəyə qalxmağım bəlkə də ən sürətli qaçış vaxtım idi))Bir əlimdə sumka bir əlimdə şalvarın kəməri necə qaçıram elə bil Amerika görməmişəm heç ???? qaçıb çatdım bir təhər təyyarəyə və uçdum İstanbula.. Ordan da 12 saatlıq uçuş ilə Miamiyə.. Bunula da macera dolu Amerika günləri başladı.. Filmlərdə gördüyüm küçələrdə gəzirdim , Atlantik okeanında zaqar edirdim həyatımın ən unudulmaz günlərini yaşayırdım özü de ki adi çörəyin 5 dollar suyun minimum 3 dollar olan şəhərində mənim isə 285 dollar bir də 40 manat cibimdə pul var idi..Ardı var....Bəlkə də bu yarışda da bəxtimi sınamalıyam yeni macəra üçün #gezeyenler #aviasalesaz ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aki

1332 dəfə oxunub

Futbolsevər gəzəyənlər -Səyahət əhvalatları

Bir neçə gün öncə Babek Musa-Zadeh “kim bu il hara səyahət edib?” deyə bir status paylaşmışdı. Mən də bu il, məhz bu ilə layiq baş tutan son səyahətimdən yazıram. Bakıdan Praqaya təzə qayıtmışdım. Manchester United - Manchester City oynuna getmək üçün artıq hərşey bir ay öncədən hazır idi. Dünyanın karantinə bağlanmağına sayılı günlər qalmışdı. 7.3.2020 tarixində Praga-London (ryanair), London-Manchester(National Express avtobus) biletim var idi. Praga-London reysi saat 22:00-da idi. Planım Londona uçub, gecə avtobusu ile Manchestere getmək, çox yorulmamaq üçün avtobusda yatmaq idi. Aeroporta getmək üçün taksi sifariş etdim. Taksi sürücüsü Ukraynanın Zakarpatiya bölgəsindən olan çox axmaq bir insan idi. Tərslik o adamı tanıdığım andan başladı. Sürücü öz diqqətsizliyi ucbatından yalnış yola girdi. Polis saxladı. Sürücü başqa bir insanın profili ilə işlədiyinə görə avtomobildən düşüb özünü mənim tanışım olduğunu və taksi sürücüsü olmadığını bildiribmiş. Polislər mənim sənətimi yoxlayanda nə qədər muddətdir bir birimizi tanıdığımızı soruşdu, məndə cavabında “taksı çağırdım bu gəldi” deyə bildirdim. Çünki nə danışdıqlarından xəbərim belə yox idi. Yoxlama xeyli uzun çəkdi. Sağa sola gedir, sürücünün üstünə qışqırıram. Dəfələrlə polislərə müraciət etdim gözləməyim söylənildi. Gecikdim və təyyarəyə çata bilmədim (bu arada əgər geciksəm biletim batsa bütün xərcimi sən odəyəcəksən deyib Ukrayna pasportunu və bir mobil telefonunu əlindən aldım. Özünüdə çexcə sənətimi və telefonumu öz istəyimlə vermişəm dedirdib videoya çəkdim). Bununla təyyarəyə olan biletim batdı. Londona gedə bilmədiyim üçün avtomatik olaraq London-Manchester avtobus biletidə yandı. Kor peşiman evə qayıtdım. Çox əsəbi idim. Düşündüm ki, bəlkədə sezonun ən son azarkeşli (həqiqətəndə elə oldu) oynuna baxacam. Nəisə, evə qayıdıb internetə girib bütün saytları ələk-vələk edib getməyə yol axtarırdım. Nəhayət Berlin - Manchester (easyjet) bileti tapdım. Bilet normaldan baha idi. Ancaq mövzu Manchester United olduğundan heçnə və heçkim buna qarşı gələ bilməzdi. Təyyarənin uçuş və eniş vaxtları o qədərdə pis deyildi. Təyyarə Manchester Hava Limanına enendən 80 dəqiqə sonra oyun başlayırdı. Hesablamalarıma görə mən oyuna tam çatırdım. Ancaq bir problem var idi. Özüdə çox boyuk problem. Praqadan Berline gece avtobusları tam dolu idi. Həmin reysə çatmaq üçün gecə avtobusla Berlinə getmək şərt idi. Normalda o vaxrlarda Berlinə ancaq Flixbus gedir. Bütün biletlər satılmışdı. Adətən həmişə boş yer çox olur. Ancaq bu dəfə kim necə ƏSNƏDİSƏ qurutdu))) Təyyarəyə isə bileti artıq almışdım. Praqada yaşayan dostlarımdan bir neçəsinə “gəl məni Berlinə apar mənim maşınmla” deye xahiş etdim ancaq istədiyim cavab gəlmədi. Getdim avtobusun dayandığı yerə bəlkə kimsə gecikər və ya gəlməz. Bəxtimdən elədə oldu. 4 nəfər Praqada qalmağa qərar verdilər və onların yerinə sürücü məni götürdü. Berlinə qədər yatıb azda olsa istirahət etmək kimi bir imkanım var idi. Amma Dresdende avtobusa ana-bala mindi. Uşaq 2 nəfərlik oturacaqda yatmaq istədiyini bildirdiyi üçün anası mənim yanımda oturmağa icazə aldı. Yox demədim, deyədə bilməzdim. Çünkü əslən Moskvadan olan qızı ilə avrotura çıxan Julia xanım çox, çox, LAP çox gözəl idi)))) Dresdendən Berlinədək xanımın, qızının və hətta böyük qızının boy friendinə qədər hər şeyi öyrəndim. Xanım danışır, məndə qulaq asiram və yata bilmirəm. Normalda başqası olsa xahiş edib səsin kəsdirərdim amma bu Julia başqa Julia idi))) O qədər gözəl idiki, yuxu üçün ölürdüm, amma baxmaqdanda qopa bilmirdim)))) Gəlib çatdıq Berlin Tegel hava limanına. Təyyarəyə minik başladı. Hər dəqiqə mənimçün dəyərli idi. Təyyarədə hər kəs öz yerində oturub uçuşu gözləyir. BUDUR, ən gözəl “SÜRPRİZ”. UÇMURUQ, daha doğrusu uçuş 1 saat dayanır. Səbəb, Stuardessalardan biri özünü çox pis hiss edir və ambulance gəlməlidir. Ambulance tez gəldi və bunu apardı. Sevindim ki, bitdi və artıq uça bilərik. Amma hələdə gözləyirik. Mən əsəbi, yuxusuz, dəli kimi təyyarənin içində irəli geri gedirəm. Yaxınlaşıb soruşdum ki, nəyi və kimi gözləyirik. Bildirdilər ki, başqa bir stuardessa gəlməlidir. Onsuz uça bilmərik. Təyyarədə hər kəs mənim futbola getdiyimi bilir. Çoxusuda mənə dəstək olub mənim əhvalımı qaldıqmaq üçün zarafat edirdilər))) “ Nəyə gedirsən? Onsuzda uduzacaqlar” filan zad))) Hətta ingilislərdən biri qapının önündəki yerini mənə verdiki, düşən kimi qaç. Tony adlı ingilis aeroportdan məni OLD TRAFFORDA qədər öz maşını ilə aparacağını dedi. Hesablamalarima görə oyunun birinci hissəsinin sonuna çatırdım. Qız gəldi uçduq. Təyyarə enən kimi qapının ağzından güllə kimi uçdum pasport kontrola. Təbii ki, sıra ucsuz bucaqsız. Qurban olum, başıva dönümlə bir təhər özümü verdim qabağa. Passport yoxlayan əməkdaş vəzifəsi gərəyi soruşdu:-Hara gedirsən? -oyuna baxmağa.-Nə oyun?-United - City-bu qədər yolu futbola görə gəlmisən?-bəli-Qırmızı ya mavi?Cavabında “Manchester is Red” (Mançester Qırmızıdır) dedim. Barmağı ilə mənə digər əməkdaşı göstərib “onu görürsən? Bax o Unitedin azarkeşidir. İndi get gözlə sənin pasportuvu o yoxlasın.” dedi və gülümsədi. Daha sonra pasportumu, alıb möhür vurub mənə qaytardı. Pasport kontroldan çıxıb Tonyni axtarırdım ki, gördüm çöldə məndən əvvəl keçib məni gözləyirmiş. Məni stadiona apardı. Maşından çıxıb qaçaraq meydana getdim. Meydana öz yerimə oturub üzümün tərini sildim ki, oyun başladı. Bildiyiniz saniyə belə gecikmədim. Manchester United Old Trafforda Cityni 2-0 otardı))) Getdiyim üçün an olsun paşmançılıq çəkmirsim. Əziyyətim, yuxusuz səyahət, stress, əsəb, həyəcan, adrenalin, xərclədiyim pul hamısına dəyərdi. Oyundan zövq aldım. 77000 azarkeşin sevinci, oxunan çantlat inanılmaz bir atmosfer yaradır. İnsanın düşüb meydanda oyunçuları qucaqlamağı gəlir. Oyun, dediyim kimi 2-0 bizim xeyrimizə bitdi. Oyundan sonra Ruminyada təhsil alan və United azarkeşi olan qardaşımız Anar Əzizovla görüşüb tanış olduq. Praqaya qayıtmağım isə ayrı bir mövzü. Oyundakı sevinc, həyəcan məndə olan qalan enerjinidə alıb götürmüşdü. Zombidən fərqlənmirdim. Praqaya Liverpool üzərindən qayıdacaqdım. Liverpool - Praqa uçuşum 11:00 9.3.2020 tarixində idi. Mançesterde tutduğum hostel məlum pandemiya səbəbindən bütün bronları ləğv etmişdi. Digər hotel və hostellər isə oyun səbəbi ilə full idi. Tək çarə Liverpoola gedib aeroportda yatmaq idi. Məcbur bilet alıb Liverpool aeroportuna getdim. Uzun axtarışdan sonra aeroportda 3 nəfərlik oturacaq tapdım. Özümü həmin oturacaga yıxıb 1 dəqiqə sonra yuxuya getdim. Uzun zaman sonra məni oyatmaq üçün ayağıma dəyən təpiklərdən oyandım, amma gözümə inanmadım. Necə yatmışamsa oturacaqdan yıxıldığımı hiss etməmişəm, Üzü üstə, əllərim, ayaqlarım X hərfi formasında şirin şirin yatmışam))) Yerdən qalxanda yatdığım yerin bütün tozu mənim uzərimdə)))) Mobil telefonum cibimdən düşübmüş. Kimsə götürüb corabımın içinə qoyub ki, oğurlamasınlar. Durub əl üzümü yumağa gedəndə hiss etdim ki, ayağımda nəsə artıqlıq var)))) Saatdan ümumiyyətlə xəbərim yox idi))) baxanda gordüm ki, qeydiyyatın bitməyinə 45 dəqiqə qalıb))) Özümü təyyarəyə çatdırıb nəhayət ki, sağ salamat Praqaya qayıtdım. Bu səyahət mənimçün inanılmaz oldu və bu mənim 2020-dəki avropaya son səyahətim oldu. Bu oyundan 4 gün sonra baş tutacaq Lask - Manchester United oynuna biletim var idi, amma məlum pandemiya səbəbi ilə oyun azarkeşsiz baş tutdu. O gündən etibarən indiyədək mən başda olmaqla bütün azarkeşlər yaşıl meydanlara həsrətdilər. Bizim Red Army-nin (Qırmızı Ordu) dediyi kimi ”Football is nothing without fans”. Ümid edirəm ki, bu bəla tezliklə bitər. Ümid edirəm növbəti il insanlar üçün daha gözəl, daha mənalı və daha faydalı olar. Mən artıq 28 ildir ki, Manchester United azarkişiyəm. 2006-cı ildən rəsmi azarkeşəm. Tanıyanda biləndə mənim klubuma bağlılığımı bilir. Unidetin hesabına Avropada getmədiyim ölkə qalmayıb. Hər zaman deyirəm, əgər həyatınıza rəng qatmaq istəyirsinizsə bir klub seçin və yalnız o kluba azarkeşlik edin. Mənimçün 2-3 kluba azarkeşlik edən kəs sadacə futbol sevəndir, azarkeş deyil. Sizləri əmin edirəm həyatınız dəyişəcək. Yazacaqlarım bu qədər. Hər kəsə uğurlar. ALLAH sizləri və Azərbaycanı qorusun.

1605 dəfə oxunub

Şengen vizası alma sənəti

Öncədən deyim mən Biləcərini keçənlərdənəm.Qrupda bir çox travel macəralarımı paylaşmışam. Bəs necə oldu ki, mən ilk dəfə şengen vizası aldım? Sizə bu macəram barədə danışacam.Universiteti bitrdikdən sonra avropanı gəzmək xəyalına düşdüm.Bir “dostumun” sayəsində viza maşenikinə calandım.700 azn pul verdim ki,mənə viza alsın.1 aya işi həll edəcəyinə söz verdi və biz razılaşdıq.Mənim sənətləri hamısını özü hazırlayıb Çexia səfirliyində məni qəbula yazdı.Məndə düşünürdüm ki,bəs konsul hər hansı şirkət iş qəbulundaki kimi otağda oturacıq üzbəüz söhbət edəcəyik.Birda baxdım şüşə arxasından bir qıvrım baş məndən sənət istəyir.Məndə sən kimsən məm konsula verəcəm sənətimi dedim.Əsəbi şəkildə sənəti istəyir şüşə arxasından dalaşırıq.İngilis dilində bir şeyler deyi,məndə nə rus dili bilirəm nə ingilis dili.Nə isə 5-6 dəqiqə dalaşdıq və sonra bir qız gəldi çıxdı ve dedi konsul sizdən sənəti istəyir niye vermirsiz? Mən mat vəziyyətdə qalmışam.Vəziyyəti düzəltmək üçün 5 saniyədən bir üzür istəyib şirinlik edirəm konsula.????Həyacandan mənə guya işlədiyimi şirkətin adını demişdilər onu unutdum.Otelin adını hər şeyi yaddan çıxartdım,ağzıma gələni danışdım.???? 1 həftə sonra təbi ki,imtina cavabı aldım.700 azn batdı bilmədim niyə batdı.Guya otel və bilet xərcləri sərf edilən enerji müxtəlif behanələr v.s.Pul getdi xəyallarımda puç oldu. Üzərindən 8-9 ay keçdi.Bir yaxın dostum ( əsil dostum ) dedi ki bəs onun Litvada dostu var MRU universitetində summer school olacaq iştirak haqqı 400 avrodur.O vaxt hardasa 400 Azn edirdi.Baha olduqunu bilet xərcləri v.s ordanda başqa ölkəyə getmək büccəmi aşırdı..Endirim üçün maile yazaq dedim.200 avro olsa üstünü düzəldib birtəhər gederəm düşündüm.Mail yazdıq 10 gün keçdi cavab gəlmədi dedik hər halda düşündülər bu bazar adamları kimdi bizim summer schoola gəlmək istəyirlər.Hələ bir endirimdə tələb edirlər..Ümidimizi üzdük artıq səfəri qişa falan bəlkə alınar nəsə dedik dəftəri bağladıq.Tam ümidi üzmüş idi ki,birdə gördük mail gəldi bəs qəbul eldirik 200 avro ödəyin dəvət göndərək..2-3 günə sənətlər içəri verdik 1 həftəyə cavabı almaq üçün kağız verdilər.Həyəcanlı gözləyiş başladı.1 həftə stressli günlər keçdi o böyük gün çatdı.Və mən yenə imtina aldım...Zarafat edirəm.???? 12də cavab çıxmalı idi və cavab sistem işləmədiyinə görə saat 4də çıxacaq dedilər. Onu da gözlədik və ilk məni çağırdılar içəri girdim pasportu verdilər. Və mən bunu bacardım viza aldım.???? Özü də imtina ştapının düz yuxarısındaki səhifəyə vizanı vurmuşdular.Bu məni qələbəm idi.İndi orada xərcləməyə pul olmadan düşdüm Litvaya yola.İngilis dili bilmədən summer school gelmişəm a kişi.???? O biri dostum sağ olsun mənə öz haqqımda ingilis dilində mətn verdi əzbərlədim bir təhər 1ci günü yola verdim.Hər şey viza üçün.????Qalan 5-6 günü müxtəlif bəhanəlarlə güc bəla bitirdim summer schoolu.Hesabda burdan alacaqım sertifkatı videosu ( videonu yüklədim posta ) atama göndərəcəm və qürurlanacaq mənə pul göndərəcək,mən ordan arzum olan İtaliya gedəcəm.Papama atdım sertifakti kişi bir qürurlandı oğlum partdadır ingilis dilidə öyrənib falan filan.????Həmin gün 500 avro oturdu balansa.Bakıdan bilet aldı traveldeki şirkət sabah uçuruq Milana.Getdik bileti verdik dedilər ki siz uça bilmərsiz.Üçümüz bir yerdə niyəəəəəəəə?????? Dediler ki siz biletinizi çerez Ukraniya almısınız sizin vizanız bir girişlidir şengen zonasından çıxdıqınız üçün siz italiyaya uça bilməzsiz.Buda bizim turizim şirkətindəki bilet yazan qızın hünəri.Nə isə dava dalaşla turizim şirkəti biletimiizi 12 saat sonraya Varşava ordanda Milana aldıq.Və sonda bunuda bacardım artıq İtaliyanı gəzmək xəyalımı gərəçəkləşmişdi.Arzulara çatmaq heçdə asand olmur gəzəyənlər.Bugün Allahın izn ilə atamın pul dəstəyi və 3 dostumun koməyi ilə başladıqım macərada 35 ölkə 78 şəhər sayısız macəra yaşamışam.Və bir çox gəzəyən kimi mənimdə bolluca xatirələrim var.Davamı olacaq...✈️ Səyahət etmək evrim geçirmekdir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sanan Karimov‎

2195 dəfə oxunub

İtaliya bələdçisi - İkinci hissə (Yurdumun insanları)

Birinci hissədə yazdığım kimi İtalyanları Avropanın qafqazlıları adlandırırlar və bu adlandırma əbəs yerə deyil:) Qafqazlılar kimi səsli-küylü, istiqanlı, kişiləri qadınlara qarşı həddindən artıq diqqətli, dadlı yeməklər hazırlayan, sevən, qanun-qayda saymayan bir millətdirlər:)Romanı və insanlarını xüsusilə çox sevdim, bəlkə uzun müddət orda yaşayanlar belə düşünmürlər amma turist kimi mən xeyli mehribançılıq gördüm:) Orda qaldığım 2 gün yarım ərzində hara girdimsə, kimdən nəsə soruşdumsa hamısı mehriban şəkildə suallarıma cavab verib və hamısı da avtomotik şəkildə gəldiyim ölkəni soruşublar:)Saatlarla uzun-uzun gəzdikdən sonra Romada, şəhər mərkəzindəki kiçik, amma ürəyi böyük bir kafedə oturdum:) Ən dadlı pastanı seçməyə kömək edən ofisiant qız ( İtalyan kimi İtalyan!:) sifarişimi götürdükdən sonra haradan olduğumu soruşdu. Azerbaijan deyəndə qız dayanmadan "wow", "wow", "wow" etməyə başladı, əlini ağzına tutdu, gözləri yaşardı az qala. Mən şoka düşmüşəm, yoxam orda artıq, bilmirəm nə baş verib. Qız sevinə-sevinə içəri getdi, 1 dəqiqə keçməmiş məni restoranın içərisinə çağırdı ( mən bayırda oturmuşdum), getdim gördüm ki, şefi, onun yardımcısı, ofisiantları yığıb məni təqdim edir, "baxin, bu qız azərbaycandandır" deyə. Nə reaksiya verəcəyimi də bilmədən mat-mat sifətlərinə baxıram, şef əlimi sıxdı, bildirdi ki, əvvəl də Azərbaycandan olan müştəriləri olub. Bir az dil-ağız edəndən sonra yenidən keçdim yerimə, pastamı gözləməyə, yenə ofisiant qız gəldi:) Qız elə xoşbəxtdir ki, yerə göyə sığmır. Mənə dedi xahiş edirəm, mənə Azərbaycanın şəkillərini göstər, mənə insanlarınızdan danış, yeməklərinizin şəklini göstər. Qıza googledan xeyli şəkillər göstərdim, insanlarımızdan danışdım, dedim bəs belə qonaqpərvərik, belə istiqanlıyıq (qız hər cümləmə wow, wow edib, hə, sənin kimi deyirdi), mətbəximizdən yoxdur, ölkəmizdə hər şey zordur????Gördüm mən danışdıqca qız az qala qəhərdən boğulub ağlayacaq, fikirləşdim yəqin azərbaycanlı sevgilisi olub, nisgili böyükdür. Soruşdum ki, sən bəs harda eşitmişdin bizim ölkə barədə, necə tanış olmuşdun Azərbaycanla? Qız mənə deyəsən ki, bəs mən birinci dəfədir eşidirəm sizin ölkənin adını, bundan qabaq heç vaxt azərbaycanlı biriylə tanış olmamışam:) Heç nə, pastamı yeyib, hesabı ödəyib, qızdan da avtobusun nömrəsini soruşub çıxdım???? Da ağartmadım üstünü????Elə həmin avtobusun dayanacağına gedəndə avtobusu dəqiqləşdirmək üçün 80 yaşlarından bir nənədən bir də soruşdum. Nənə dedi, bala, elə düz gəlmisən, bu avtobusdur, yolumuz da birdir:) Yolda dedi, a bala, bəs hara maralısan, hansı güzəran gətirib səni buralara? Dedim, ay nənə, bəs mən Azərbaycandanam, məni İtaliya sevgisi gətirib buralara:) Kaşki söhbəti ən yaxşı yerində sonlandırardım və arxasını eşitməzdim, nənə mənə şillə kimi cavab verdi. Deyəsən ki, bəs mən sizin ölkəni çox sevirəm, iki il bundan qabaq Eurovision ərəfəsində sizin ölkəyə gəlmək üçün vizaya müraciət etdim, mənə viza vermədilər! Nənə danışdıqca kədərlənirdi, məndən xeyli Bakı haqqında soruşdu və sonra dedi ki, bala, elə sənin gəlişin Allahdan oldu, mən bu il padruqamla yenə də Bakıya gəlmək üçün vizaya müraciət edəcəm. Dedim sənə viza verməyənlər ölsün, ay Nənə! Bu yaşında qadın Bakı eşqiylə alışıb yanır amma viza ala bilmir. Nənəylə xeyli söhbətləşib düşdük, dedik növbəti dəfə inşallah Bakıda, 65 nömrəli avtobusda görüşərik !:)Həmin günün səhərisi gəzintimi davam etdirəndə yenə bəzi souslar və ədviyyalar almaq üçün bir marketə girdim. Dəqiq xatırlamıram, satıcı səhv etmirəmsə, əfqan idi. Bir xeyli ədviyyaları seçməkdə mənə kömək edəndən sonra hardan olduğumu soruşdu. Azərbaycanlı olduğumu deyəndə, ooo, ohoo Azerbaijan, Azerbaijan deyib gülümsəməyə başladı:) Bu söhbətin axırının haralara gedib çıxacağını gözləyirdim ki, sağ olsun, çox gözlətmədi məni, hekayəyə başladı:) Edit: Statusdakı bütün yazdıqlarım real həyat hekayələrinə əsaslanır???? Bunu ona görə qeyd edirəm ki, elə biləssiz bu zarafat idi, amma bütün müqəddəslərə, İtaliya sevgimə and olsun ki, deyildi:) Dedi mənim bir azərbaycanlı dostum var idi, o bir dəfə Azərbaycandan toy kaseti gətirmişdi. O, mən və bir İtalyan dostumuz sizin toya baxdıq, çox xoşumuza gəldi sizin toy mərasiminiz. Kasetə baxanda italyan dostumuz bir qız bəyəndi:) Bizim xeyirxah azərbaycanlının sayəsində qız da italyanı bəyənib:) Bunlar 10 il skypla danışıblar və bu məsələ xoşbəxt sonla bitib:) Keçən il nəhayət ki, evləniblər və mənim bu satıcı əfqan da onların toyunda iştirak edib:)Daha bir mutlu hekayəni bitirərək diğərinə keçirəm:)Yenə də axşama yaxın bütün Romanı ələk-vələk edərək, bütün rəssamların çəkdiyi rəsmlərə bir-bir baxaraq, bütün küçə çalğıçılarının konsertlərində şəxsən iştirak edərək, bir az dincəlmək, dincəlmək bəhanə, bir tərəfdə gitara ilə Pink Floydun "Another brick in the wall"nu ifa edən küçə musiqiçilərinin ifasını eşitmək, yanında da show göstərən qara dərililərin performansını izləmək üçün çox strateji bir obyekt seçərək, Panteon kilsəsi ilə üzbəüz olan bir kafedə oturdum. Romaya gəlib tiramisunu yoxlamadan da getmək olarmı (bunlar hamısı behane, tiramisu şehane)? Yox təbii!:) Elə tiramisumu sifariş verəndə növbəti azərbaycansevər ofisiantla qarşılaşdım:) Narahat olmayın, bu qardaş lap real azərbaycansevər çıxdı:) Azərbaycanı lap yaxından tanıyan, ürəyi Azərbaycan eşqiylə döyünən bir rus senyor idi:) Xeyli söhbətləşdik, məndən Bakı haqqında soruşdu, ən dadlı tiramisunu məsləhət gördü:) Yəqin yanında da çay olacaq deyə, bütün mahiyyətimizi ortalığa tökən bir sual da verdi???? Tez-tez gəlib əhvalımı yoxlamaq bəhanəsilə Bakı haqqında sorğu edirdi məni (bir növ Bakı sevgisi və sualları ilə istismar etdi məni!:). Doğurdan da qardaş çox yaxşı adam idi, 5-ce dənə də dil bilirdi. Deyəssiz ki, bəs yaxşılığını hardan bildin?:) Sən demə, bu kafe card qəbul etmirmiş, mənim isə üstümdə cash pulum yox idi. O bunu mənə deyəndə mən də normal olaraq, panikaya düşdüm. Panikaya düşdüyümü görən yardım, həm də azərbaycansevər ofisiantımız dedi "no panik", heç narahat olma, sən mənim qonağımsan, qardaşlıq hər şeydən irəlidir. Sənin hesabını mən özüm ödəyəcəm. Onsuz da quru bir maaş üçün bütün gününü ayaqüstə keçirən, o yan-bu yana qaçan mehriban ofisiantın sözləri lap stressə saldı məni. Çantamı diblərinə qədər eşərək, tam-tamına, hesabıma yetəcək qədər 9 avro tapdım. Sevincək pulumu ortaya qoysam da, "yox, yox, narahat olma, sənin pulunu mən ödəyəcəm, bəlkə pula ehtiyacın olar" deyə pulumu geri qaytarmağa çalışdı. 100 dəfə təşəkkür edərək, hər şeyin yaxşı olduğunu bildirərək, mehribanlıqla ayrıldıq????Əslində yazacaqlarım daha uzun, hekayələr daha çox idi amma uzun olduğuna görə burda kəsirəm:) Sizin də səyahətlərinizdən belə kiçik hekayələrinizi oxumaq umidilə! :)P.S. Şəkillər yenə də Google'dandı:)19 Avqust 2017Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Narmin Kamilsoy  

1150 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!