222 dəfə oxunub

İndoneziyanın Flores adaları

Bali adası haqqında postlar çoxdur amma mən sizə İndoneziyanın Flores adalarından ve oraya bağlı olan Komodo əjdarhalarının yaşadığı Komodo adasından söz açacağam. Balinin dini hinduizm , burası isə müsəlman nüfusun yaşadığı bir adadır. Balinin xaotikliyindən bezənlər, fərqli bir ortam huzur arayanların mütləq getməsi gərəkən bir yerdir. Və ən əsası, insan həyatında neçə dəfə əjdarha görəbilər ki?


2 həftəlik İndoneziya tətilinin çox hissəsini Balidə keçirdikdən sonra təyyarə ilə Labuan Bajo’ya uçduq. Yol 1 saat sürür. Buraya gəlmənin alternativ yolları var, ən məsləhətlisi havayoludur. Gəmi ilə Lombokdan da keçmək mümkün. Getmədən öncə Labuan Bajodan təknə turu almışdıq. Günübirlik turlarda vardı amma ki getmək istədəyimiz bəzi yerləri pas keçirdi. Ona görə də 1 gecə qonağlamalı təknə turu almalı olduq. Turun uğradığı yerləri maddə maddə yazacağam:
1. Kelor adası: tərtəmiz suları ilə bəyaz qumlu plajı olan , köpək balığı balalarının sürüsü ilə üzə biləcəyiniz bir yerdi. Toxunmurlar hətta insanlardan qorxub qaçırdılar
2. Kalong adası: günbatımında demək olar ki bütün təknələr buraya doğru yol alır. Səbəbi isə o saatda yarasa sürülərinin uçuşu. Günbatımıyla bu mənzərə birləşincə müthiş görüntülər ortaya çıxmışdı. Yaşadığımız ən gözəl anlardan birisiydi

3. Padar adası: Gecəyi təknədə keçirdikdən sonra sabah saat 4də oyanıb Padar adasına doğru yola çıxdıq. Məqsəd gündoğumunu adanın təpəsində qarşılamaqdı. Yanlış xatırlamırsam 287 pillə qalxmaq lazım idi. Yolun çox hissəsi rahat idi amma yenədə yorurdu. Təpəyə çıxdığımız zaman isə gördüyümüz mənzərə nəyə desən dəyərdi. Gündoğumu ilə birləşincə mənzərinin dadından doyulmurdu. Göyüzü sarının tonlarına bürünmüşdü. Yürüyüş yolunda marallar desən var, nikah fotosesiyası üçün gələn desən o da var
4. Pink beach: Çəhrayı rəngli qumlu plajı ilə məşhur olan yer. Bu rəngi qumlara qarışan mərcan resiflərindən alır. Şəklini paylaşacam. Günəş sahilə vurunca rəngi daha da bəlirginləşir. Üzmək üçün su tərtəmiz idi , gördüyüm ən təmiz plajlardan birisidir. Burayı görməyi çox istəyirdim
5. Komodo adası: Səbəbi ziyarətimizin əsas nədəni. Turun sonunda buraya gətirirlər. Komodo National park olaraq keçir rəsmi adı. İçəridə yerli əhalinin yaşam alanı var. Maddi olaraq rəfah səviyələri ürəkaçan deyildi. Dünyada bir yerlərin bolluq içində üzüb, bir yerlərin səfalət çəkməsini sorğulayır insan. Komodo əjdarhalarını görmək üçün az biraz yol qət edirsiniz və nəhayət qarşısınızdadır. Yaxınına getməyə qəti şəkildə icazə verilmir, ac zamanında insanı belə udabilər. Yetərli miqdarda bəslənmişsə ayda 1 dəfə bəslənməsi bəs edir. Normalda yeməsi üçün qoyun, quzu çoxaldırlar. Bu əjdarhalar zəhərlidir, nadirdə olsa turistlərə saldırmış olduğları zamanlar olmuş amma kimsə böyük bir xəsarət almayıb

Məncə Baliyə qədər getmişkən bir neçə gününüzü buralara ayırabilərsiniz . Balidən çox daha gözəldir buralar

DİGƏR BLOQLAR

Bir gəzəyənin Türkiyə günlüyü - Yazda Qaradəniz turu

Yenə mən, yenə Qaradəniz:)Bu dəfə yazda Qaradəniz bölgəsində gediləcək yerlər tövsiyələriylə buralardayam :)Yayda Qaradənizdə sərinləmək üçün yaylaya getmək lazımdı şübhəsiz, bəs apreldə, mayda nə etməli? Və ya getdiniz, sadəcə 2-3 gün vaxtınız var, bu vaxtı necə keçirə bilərsiniz?Bölgədəki az qala bütün yayla və kəndləri gəzən biri olaraq deyirəm - Çamlıhəmşin kəndlərini mütləq görməlisiniz.Necə gəzmək lazım olduğunu daha əvvəlki postlarda yazmışdım, təkrar edirəm - ən komfortlusu maşınla gəzməkdi. Kondisyonuna güvənən və vaxtı olan üçün isə ən gözəli yürümək :) Kəndləri gəzmək üçün qalacağınız bir neçə yer məsləhət görürəm:- Teleferiklə keçilən Çulina məhəlləsində (Kendini Koruyan Mahalle) daha əvvəl yazdığım iki bunqalovdan əlavə bu il ağacın budaqlarının üstündə tikilən ağac ev də var. Ağac ev iki nəfərlikdi - sabah və axşam yeməyi daxil iki nəfərə 700 lirə, yəni bir nəfərə 350 lirə. Bal ayına getmək istəyənlər varsa, düşünsün:) Bunqalovlar bir nəfərə 250 lirə.- Ortan kəndində Qaradənizin ən, ən, ən gözəl yeməklərini bişirən Platoda Mola pansiyon. Pokut yaylasında da evləri var, qarışdırmayın, kənddəki evi soruşun yazda. Qiymət - sabah və axşam yeməyi daxil 300 lirə.- Aşağı Viçə kəndində The High Tress pansiyon. Bölgənin ən fərqli yerlərindən biridi. Sabah yeməyi daxil 250 lirə.- Aşağı Viçədə Ekodanitap pansiyon. Bungalovlarda 1 nefer sabah ve axşam yeməyi daxil 200 lirə. Bir də ağac evləri var - bir nəfər qala bilir və içində tualeti, hamamı yoxdur. Qiyməti 150 lirə - sabah və axşam yeməyi daxil.- Daha da uyğun və daha da mərkəzi bir yerdə qalmaq istəsəniz, Çamlıhəmşin Taşmektep otel. Qalmadım, amma gəzdim, otaqları çox təmiz, rahat, yeməkləri yaxşıdı. Qiymətlər bayram öncəsi-sonrasına görə dəyişir, amma başqa yerlərə görə daha uyğundu. 3-4 nəfərlik otaqları da var.Qalmağa da yer tapdız, indi gəzməyə keçək :)- Məcmun kəndinə çıx, Zilkaleni izlə. İzləyəcəyin yerdəki evin sahibi bir az əsəbidi, əsəbiləşdiyini hiss etdiyin anda uzaqlaş :)- Çamlıhəmşinin ən gözəl kəndi Küşüvəni mütləq gəz.- Makrevis kəndindən Ortan kəndinə meşə yürüşünü unutma.- Küşüvə, Makrevis və Ortanda bölgənin ən gözəl konakları yerləşir, onları gör.- Çulinada Mətin abidən səni yuxarı məhəlləyə aparmasını xahiş et. Özün gedə bilməzsən, inad etmə :)- Bir sabah Dovor məhəlləsini gəz- Vaxtın olsa Çat düzünə mütləq get. Ən gözəl vaxtı may-iyundu, unutma.- Aşağı Viçədə qalsan Tomaslı və Poginaya uzun yürüyüşə çıx.Başqa sualınız olsa, yazın, pulsuz online rəhbərlik eleyim :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1161 dəfə oxunub

Barselonaya Gələnlər Üçün 10 Əsas Maddə

Barselonaya gələnlər10 əsas maddə:1) Çantanızla çoox ehtiyatlı olun.(xüsusilə metro və mağazalarda) Şəhər təhlükəsiz olsa belə bunun oğurluqla əlaqəsi yoxdur. 2) Şəhərə gəlmək: ▪︎|Azalın yeni reysi ilə gəlirsinizsə Terminal 2-ə eniş edirsiniz və bu o deməkdir ki, 20 dəqiqəyə R adlı yer üstü qatarla şəhərin mərkəzinə gedə bilərsiniz. ( Aeropuerto- Estación Sants) Santsda isə Metro var. və ya Paseo de Graciada enə bilərsiniz. (şəhərin mərkəzidir) Sayt:https://www.aeropuertobarcelona-elprat.com/.../accesos...♡♡Ən uyğun və rahat Bu seçim adi nəqliyyat qiymətinədir. 10 gediş 11,35 olan T- casual kartını almaqla istifadə edə bilərsiniz. ▪︎|Hər iki terminaldan Plaza de Cataluñaya gedən avtobusa da minə bilərsiniz. ( 7 avro) ▪︎|Qeyd: T1-T2 arası avtobus ödənişsizdir. ▪︎|Ən sıxıcı yol isə hər iki Terminaldan şəhərə tərəf gedən yeraltı metrodur. qiyməti 5 avro olmalıdır.3) Gecələmə: Şəhərin hansı hissəsində gecələməniz çox fərq etmir əsas Barselona şəhərinin içində olsun. Nəqliyyat vasitələri əla çalışır. İstənilən yerdən şəhərə 30 dəqiqəyə gələ bilərsiniz. Tam mərkəzdə qalsanız da gəzməli yerlərə 30,40 dəqiqə piyada çata bilirsiniz. 10 gediş 11,35 avro. Məs: Bookingdə ən az 700 şərh üzərindən 8,5 bal alan istənilən bir yer.4)Qidalanma:▪︎| Məşhur yerli kafe zəncirlər : 365 , El Fornet,Buenasmigas, Santagloria. El Fornet və Santagloria daha yaxşıdır. ▪︎|Turistik daha baha, amma gözəl dadlı Brunc kafelər: Billy Brunch, Equilibrium café ( vegeterian) , Kilele, Camelia art cafe▪︎|Maraqlı tarixi Kafe: Granja Petitpo▪︎|Bir şeylər içmək üçün mütləq: El Bosc de los Fades.▪︎|Restoranlar: Honest green ( sağlam qidalanma),Konig Barcelona (əsl ispan - katalan)▪︎|Maraqlı restoran: El Nacional daxilində: La tabería. ▪︎|Paella və milli yemək üçün: Restaurante Arrocería las Arenas, L Arroseria Xativa.▪︎|Axşam musiqili bir yerlər deyirsinizsə: La Taverna de Barcelona. 5) Gəzməli yerlər: 2 gündə gəzə biləcəyiniz xəritə: https://maps.app.goo.gl/zraSYvbi7uknHARB9Əlavə seçimlər: Montjuic; Parqguell; Tibidabo6)Məsləhət gördüyüm xüsusi yerlər:▪︎|Unlimited Barcelona: https://www.unlimitedbarcelona.com/▪︎|Montjuic ərazisində gəzinmək. ▪︎|Tibidaboya Peu de Funiculardan getmək: S2,S1 + Funikulyor + 111 avtobus ( sadəcə 1 gedişə Tibidabodasınız)7) Çimərlik ( Şəhərin mərkəzindən kənar olanlar) Başqa şəhərlərə getmək istəyənlər:▪︎| Renfe uzaq qatarları( rəsmi sayt) https://www.renfe.com/es/es -Bütün şəhərlər▪︎|Rodalies yaxın qatarlar https://rodalies.gencat.cat/es/horaris/index.html( Sants stansiyada satış) Sitges; Tarragona; Girona və s.▪︎|Alsa avtobus( rəsmi sayt)https://www.alsa.es/▪︎|Bla Bla car ( proqram)9) Barselonanın əhalisi 1 milyon amma illik turist qəbulu 8 milyondur. Odur ki, küçədə ispan görməniz ehtimaı çox azdır. Yerli əhali katalandır.10) Yayda gəlirsinizsə istin nəzərə alaraq günortanı qapalı yerdə keçirin. Mümkünsə yayda gəlməyin) Başqa fəsillər idealdır.))#Barselona #Barcelona #ispanya #İspaniya— Barselona, İspanya'da.Paylaşan: Aysu Española

187 dəfə oxunub

Müasir və ekzotik Malayziya

Malayziyadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.#Malaysia Avropaya hər il gedib bezmisiniz və harasa yeni bir yerə getmək istəyirsiniz, veya "Şengen" viza ala bilməyənlərdənsiniz? Eybi yoxdur, bilinki Asiya sizi "unconditionally" sevir. ????Cənub-Şərqi Asiyaya gedin, ucuz bilet tapmamaqdan şikayətlənənlərdənsinizsə, onda sizə xoş xəbərim var: ???? Asiya ucun olduqca aşağı qiymətə səyahət edə bilərsiniz. Asiyada AZ vətəndaşlarından VİZA İSTƏMƏYƏN asiya ölkələrindən biri də, Malayziyadır.Cənubi Asiyanın göbəyində yerləşən olduqca rəngli və cəlbedici bir ölkədir. Tər-təmiz, göz-qamaşdıran çimərlikləri, ekzotik adaları, zəngin və mədəni mirası, fərqli fauna və flora ilə yanaşı, dünyada səviyyəli müasir turizm və tətil seçimləri sunan ölkələrdəndir. İl boyu tropik iqlimə hakimdir və Filippin, Tailandla müqayisədə Cənubi Asiyanın ən yaxşı turistik yerlərindəndir (təmizlik və təhlükəsizlik baxımından). Həm çox müasirdir, həmdə çox ekzotik.Büllur kimi tər-təmiz dənizi, göz-alıcı ağ qumlu çimərlikləri və zəngin sualtı dəniz yaşamı ilə Malayziya adaları əsl tətil cənnətidir. Dəniz-qum-günəş üçlüyünü sevən tətil edənlər üçün bir cənnətdir. ????Paytaxtı Kuala Lumpurdur. Asiyanın ən yaxşı kosmopolitan şəhərlərindən biridir. Müsəlman, hind, çin mədəniyyətlərin bir arada yaşadığı bu rəngarəng şəhərdə hündür göydələnlər, göstərişli ticarət mərkəzləri və yam-yaşıl parkları, həmçinin də islamik ölkə olmasına baxmayaraq, məscidlərlə, hind və budda məbədlərinin bir yerdə yer alması adamı çox təəccübləndirir deyə bilərəm. 2 il öncə "gedib görək aradan çıxsın" düşüncəsiylə getmişdim, islamik ölkə olduğundan, İrana bənzəyəcəyini, çox konservatik olacağını düşünüb gözləntilərimi çox aşağı tutmuşdum, tək KL-da olarkən bütün düşüncələrimi alt-üst edib, məni təəccübləndirmişdi, Malayziya. Yox-yox təccübləndirməkdən ötə olmuşdu, o düşüncədə gəldiyimə görə məni lap utandırmışdı.???? Bu fikrim seksist kimi səslənsə də, qadınların çox sevəcəyi bir şəhərdir, KL! Çünki dünyanın ən yaxşı alış-veriş şəhərlərindəndir.????(Bukit Bintang) Mövcüd ən məşhur markalarının mağazalarını, habelə Malay, Hindistan və Çin mədəniyyətlərinin gözəl və orijinal məhsullarını burda tapa bilərsiniz.Demək olar ki, hamı ingilis dilində danışır.Avtostop çəkənlər, backpackerlər üçün mükəmməl bir ölkədir. Bəzən cüzi məbləğ ödəməli ola bilərsiniz.Gəziləcək yerlərin bolluğu baxımından Uzaq Şərqin ən zəngin yerlərindən biridir. Petronas əkiz qüllələri, Batu Mağaraları, Menara KL Tower, Merdeka Meydanı və Central Market, Kuala Lumpurda gəziləcək yerlər siyahısında ilk sıralarda yer alır. Digər görməli yerləri haqqinda istək olsa etrafli yazacam. Дерзайте ))Bilet haqqinda Air Arabia ✈️ İstanbul - Kuala - Lumpur uçuşunu əla qiymətə satır. Gediş-gəliş 368 dollar. Baliyə bir addım daha yaxın olursunuz☺️P.S Şəkillərə sona kimi baxın. Bilet haqqında scrnshot sonda qeyd olunub. Yol-yoldaşı olmağını istədiyiniz dostlarınızı posta işarələyin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Aksana Kaiser

2029 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Yeni bir Qara dəniz marşrutu

Trabzondakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yeni bir Qara dəniz marşrutuyla gəldim, gənclər...Bəri başdan bir məsələdə anlaşaq amma:) Ayderi sevmirəm deyəndə Azərbaycan xalqının xeyli hissəsi qəzəblənir, amma hələ də o fikirdəyəm ki, Ayder Qara dənizin ən pisyerlərindən biridi. Çünki o yaylanın ən az 6-7 il əvvəlini bilirəm, o illərdən bəri belə çox pozulub, çox betonlaşıb, şəhərləşib. Ona görə yayla deyə Ayderə gedənləri anlaya bilmirəm. Məndən əvvəlini bilənlər isə ümumiyyətlə iyrənirlər:)İkincisi, mən getdiyim yerlərdə yeməyin gözəl, orqanik olanını sevirəm, Ayderdə bunu tapmaq çox çətindi. Belə axtarışı olmayan kütləvi turlara hesablamış az keyfiyyətli xidmət sevmirəm.Üçüncüsü, ərəblərin çox gəlməsi səbəbilə çox mənasız pansiyonlara çox yüksək qiymətlər qoyublar ve bunu sevmirəm.Nəhayət, dördüncüsü, Pokut, Sal, Hazindağ, Huser, Gito, Elevit, Amlakit varkən niyə Ayderi sevim? ???? Ayder ancaq qışda qar altında çəkilə bilər;)Amma bütün bunlara baxmayaraq, yenə də Ayder sevənləri də nəzərə alım dedim bu postda:)- Çoxunuz bilirsiz, bilməyənlər və maşını olmayanlar üçün Batumdan Sarpa gəlirsiz, Sarpdan Rize-Ardeşen istiqamətindəki avtobuslara minirsiz, Ardeşen körpünün altında düşürsüz (15 lirə), düz düşdüyünüz yerin qarşısından Çamlıhemşin dolmuşuna minirsiz. O dolmuş sizi Aydere qədər aparacaq (16 lirə). Maşınla gələnlər də yenə eyni şəkildə Ardeşenden Fırtına yoluna girib Çamlıhemşine, oradan da sola Aydere gedə bilər.- Ayderde 100 lirəyə də, 1000 lirəyə də pansiyon-otel var. Amma 1000 lirəyə dəyərmi deyə soruşsanız, dəyməz - qlamur bloqqerlərin sponsorlu fotolarına çox inanmayın. Trivago, odamax, booking kimi saytlardan baxın, amma mümkünsə qiymətləri bəyəndiyiniz yerin özüyle danışın.Yayla evləri də var, sayınız çoxdusa, axtarıb bir yayla evi də kirayələyə bilərsiniz.Çadır qurmaq istəyənlər üçün Ayderin bir az yuxarısında kamp yeri var, amma ora da artıq ticarətxanaya çevrilib və çox qələbəlik olur, ən yaxşısı Ayderdən 5 km yuxarı Qaller düzünə gedin. Həm havası daha gözəl, həm sakit, həm də çadır qurdunuz deyə pul istəməzlər.- Ayderdə yemək-içmək işini sevmirəm, ona görə kimsəyə sevmədiyim şeyləri məsləhət görmək istəmirəm. Amma eyləncə sevərlər üçün deyim ki, gecənin ortalarına qədər açıq olan kafelər, türkü barlar tapa bilərsiniz. Çünki yayla deyil, şəhər kimidi mübarək:))- Ayder kaplıcalarının indiki vəziyyəti necədi, bilmirəm, açığı artıq çox gigiyenik olduğunu düşünmürəm, amma siz düşünürsüzsə, kaplıcaya gedə bilərsiz. Girişi pulludu, amma çox böyük rəqəm deyil.- Ayderdən gəzməyə gedə biləcəyiniz bir neçə istiqamət var. (Ayderə qədər yolun asfalt olmasından həvəslənməyin, Ayderdən sonra sizi ancaq 4x4 qurtaracaq). Birincisini dedim - Qaller düzü. Ayderə 5 km məsafədə yerləşir, meşənin içində gözəl bir düzlükdü.İkincisi, Kavrun yaylası. Ayder yolunu düz davam edincə qarşınıza bir yol ayrımı çıxacaq. Yolun biri Huser-Avusora, digəri Yuxarı Kavrun və Kaçkar göllərə gedir. Sağdakı yoldan davam etsəniz Aşağı ve Yuxarı Kavruna çıxırsız. Kavruna Ayderdən dolmuş da gedir - saatını orada öyrene bilərsiz.Yuxarı Kavrunda qalacaq pansiyonlar, kafe var. Çadır da qura bilərsiniz. Pokut, Sal kimi yaylalardan fərqli olaraq Kavrunda ağac yoxdu, meşə axtarmayın:)Kavrundan 2-3 saata göllər bölgəsinə, 5 saata Kaçkar zirvəyə gedilir, amma təkbaşına ve yürüş təcrübəsi olmadan getməyin.Kavrundan geri qayıdıb yol ayrımından Ayderə deyil, sağa dönsəniz, o yol sizi Huser ve Avusora aparacaq. Təxminən 2-3 km sonra Avusor lövhəsini görəcəksiz, ona eks istiqametde davam eləsəniz, Huserə gedəcəksiniz. Huser, hava uyğundusa, Qara dənizin ən gözəl gün batımı mənzərəsinin olduğu yaylalardandı. Ancaq Qara dənizdə gördüyüm yaylalar içində - xüsusilə yağışlı havada - ən pis yolu olanlardandı. Hələlik pansiyon yoxdu, ona görə ya çadırla, ya da dönüşünüzü hesablayaraq gedin.Huserdən üst yoldan davam eləsəniz, Avusora keçə bilərsiniz.Huserə gündəlik turlarla da gedə bilərsiz – Ayderdən turlar var. 50-70 lirəyə bu turlara qatıla bilərsiz, amma Huser turunu soruşun.- Sualları nəzərə alıb yaylalar üçün bir neçə qeydi də eləyim.1) “Nə qədər büdcə” deyə soruşmaq hər zaman yanıldıcıdı, çünki çadırda qalanın ayrı, pansiyonda qalanın ayrı, oteldə qalanın ayrı, çadırda yeyənin ayrı, restoranda yeyənin ayrı büdcəsi var. Üstəlik, neçə gün qalmağınız, necə gəzməyiniz (maşınla, piyada ve s) tamamilə sizə qalmış məsələdi. Ortalama, amma rahat bir tətil üçün bir adamın bir gününü 300-350 lirə olaraq düşünün (maşın daxil).2) Qara dənizə gəlib “bulud dənizi görmədik”, “yağışlıydı” deyə bəyənməməzlik edənler nəzərə alsın ki, Türkiyənin en çox yağış alan yerlərindən birinə gəlirlər. Yüksəkliyi 2000 metrdən çox olan yerlərdə sizin deyil, təbiətin istədiyi olur. Yaylalarda sabah saat 5-6 kimi oyanmaq gözəllikləri görmə şansınızı xeyli artıra bilər. “Yatan cənnəti yuxusunda görür”:)3) Geyim olaraq ilk üç şərt – biləyə qədər bağlanan su keçirməz ayaqqabı, sırt çantası və yağmurluq. Bir- iki polar jaket, ən az bir neçə qısaqol mayka, şort, gün sayına 2 corab, su qabı, günəş kremi də olmazsa olmazlardı. Hava günəş açınca çox isti, duman gəlincə çox soyuq ola bilir.Yenə nə çox yazdım:)))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1570 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!