107 dəfə oxunub

Ikinci Dünya Müharibəsi Görmüş Berlin

Berlin, Germany - ikinci dünya müharibəsi görmüş, avropada işıqforun ilk dəfə istifadə olunduğu, avropanın ən hündür teleqülləsinin, dünyanın ən böyük açıq hava muzeyinin və ən uzun birbaşa velosiped yolu şəbəkəsinin mövcud olduğu şəhər.


Əgər hava limanından bilet alırsınızsa ABC kateqoriyası, amma şəhər daxilində bilet alırsınızsa AB kateqoriyasını seçmək kifayət edir. Aldığınız biletləri kiçik avtomatlarda check - in etməyi unutmayın ki, cərimə təhlükəsi yaşamayasınız. Brandenburg Hava Limanından - şəhər mərkəzinə ictimai nəqliyyatla getmək üçün müxtəlif seçimlər mövcuddur. Mən qatarla "Hauptbahnhof" stansiyasına qədər gedib ordan piyada davam etdim. Şəhərin əsas simvolları həmin stansiyadan təxminən 15 dəqiqəlik məsafədə yerləşir. Qayıdarkən isə şəhərin istənilən nöqtəsində metro stansiyası olduğu üçün metro ilə "Rudow" stansiyasına qədər gəlib ordan X7 nömrəli avtobusla hava limanına çata bilərsiniz.




Əgər Reichstag daxilində gəzmək istəyirsinizsə bir gün öncədən parlamentin rəsmi saytında online qeydiyyatdan keçmək lazımdır. Binaya giriş pulsuzdur. İçəridə gəzinti üçün 3 növ kateqoriya var, mən sadəcə günbəz turunu seçdim amma istəsəniz və sessiya vaxtları üst - üstə düşərsə hətta parlamentin iclasında dinləyici kimi iştirak edə bilərsiniz.


Əsas gəzməli turistik nöqtələr:
1. Reichstag
2. Brandenburg Gate
3. The Holocaust Memorial
4. Checkpoint Charlie
5. Topographie des Terrors
6. East Side Gallery
7. Berliner Dom
8. Museum İsland - burada çoxlu muzey var, amma ən məşhuru Pergammon muzeyidir.
9. Alexanderplatz
10. Berliner Fernsehturm
11. Tiergarten parkı
12. Kreuzberg.


Ən populyar küçə ləzzəti isə currywurst hesab olunur.

Paylaşan:

Vasif Valizada

DİGƏR BLOQLAR

Los Anceles Səyahətim

Lentamıza bir az qlamurluq verək, bunsuz heç cür olmaz. Belə ki, mən sizə bizim sevimli filmlərimizin çəkildiyi və Oskar verildiyi bir şəhər haqqında danışmaq istəyirəm. Bəli, bu “Los Anceles” şəhəridir. Hansı ki, Amerikanlar onu fəxrlə “LA” adlandırırlar. Şəhərin tarixində heç vaxt olmamışdı ki, küçələr belə insanlarsız olsun. Bunu mənə burada yaşayan bir oğlan dedi.Şəkillərdə isə 3 müxtəlif hekayə var.1) Bura “Beverly Hill” mehmanxanasıdır. Harada ki, 6 “Qremmi” mükafatçısı, 15 “Bilboard Music Awards”, 21 “America Music Awards” mükafatını almış müğənni, aktrisa Uitni Hyuston fevralın 11-də dünyasını dəyişib. O, bu mehmanxanada turist kimi qeydiyyata düşüb.2) “Beverli Uilşir” otelini isə məşhur “Krasotka”(Gözəlçə) filmindən tanıyırsınız. Burada kinonun qəhrəmanı Riçard Qir Los Anceles gecələrində itmiş gözəlçəni, yəni filmin digər qəhrəmanı Culİya Robertsi bu otelə gətirir.3) “Bijan” kişi geyim brendinin yeganə dükanı burada yerləşir. Bu eksküliziv dükan 1976-cı ildə Beverliy Hill-də Radeo Drayvda yaradılıb. Dükana gəlmək üçün əvvəlcədən zəng vurub qeydiyyatdan keçmək lazımdır. Zəng vurduğunuz zaman isə verilən ilk sual “siz kimsiz?” sualıdır. Əgər özünüz haqqda dedikləriniz bu brendə uyğundursa, sizi qeydiyyata alıb, növbəyə yazırlar. Bu brend çox məşhur və varlı kişilər üçün geyim hazırlayıb. Bunlar Barak Obama, Corc Buş, Ronald Reyqan, Arnold Şvartsenegger, Tom Kruz, Antony Hopkinsdir. “Bijam” dükanından Rusiyanın prezidenti Vladimir Putin, Bruney sultanı, İngiltərə şahzadəsi Çarlz və Microsoftun yaradacısı Bill Gates də özlərinə kostyum alıblar. Dostluğumda olan varlı dostlarım bu mağazadan heç olmasa bir pencək almağa cəhd göstərin, təbii ki, əgər alınsa. Bax burada deyirlər ki, “Pul hər şeyi həll etmir”. #gezeyenler #lifeisbeautiful #losangeles #beverlyhills #hollywood #consciousness #california— Los Angeles/Hollywood California'da.Paylaşan: Oruc Ibrahimov

129 dəfə oxunub

Litvanın gənclik mərkəzi - Kaunas

Kaunasdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hər kəsə salam. Əziz Gəzəyənlər. Bu postda sizə Kaunas,Lithuania haqqında danışacam (Uzun olacaq ????). Bütün lazımlı məlumatları bu postda görə bilərsiniz. Şəkillərlə isə daha real vəziyyətlə tanış olacaqsız. Mən özüm bu şəhərə Oktyabr ayından gəlmişəm hazırda da burdayam. Öncə onu deyim ki, küləksiz və soyuqdur.Əhali haqqında - Əhalisi 288,466 nəfər təşkil edir. Rəsmi dillər Litvancadır, hansı ki, ən qədim və çətin dillərdən hesab olunur. Yaşlı nəsil rusca danışır başa düşür amma özlərini sənə işi düşmədikcə rusca istifadə etmir. Məsəl üçün sən ondan yol soruşsan sənə öz dilində cavab verəcək amma hər hansı məhsulu satırsa sən rusca soruşursansa o saat rusca danışırlar. Çox qatı şovunist millətdir. Çox tənbəl millətdir hətta övladlarına ad fikirləşməyə belə tənbəllik edib təkrar adlardan istifadə edirlər. Qadın adları əsasən *Birute,Kamile,Migle və Agne* və kişi adları isə *Andirius,Jonas* kimi adlar təşkil edir. Bir binada yaşayan insanların ən azı 15-20 nəfər eyni adları daşıyır. Amma ki, əcnəbi tələbələrə qarşı qonaqpərvərdilər. Şəhərin əsas gəliri xarici tələbələrdən və əsasən də İndian tələbələrdən gəlir. Hətta bir azərbaycanlı tələbə və bir indus tələbə ilə müqayisə olunsaz əgər əmin olun ki, uduzarsınız. Çünki gəlir mənbəyi təhsildəndir bu şəhərin. Digər gəlir isə Bakıda mağazalarda gördüyünüz Kaunas smetanları və ağartı məhsullarındandır.????Nəqliyyat- Şəhəriçi əsasən trolleybus, avtobus, mikroavtobuslardan təmin edilib. Şəhərlər arası isə Ecolines, Eurolines və qatarlar təşkil edir. Tələbələrə ölkədaxili daşımalarda 50% endirim var.Alış-veriş – Ölkədə ən öndə gedən ərzaq və qismən geyim mağazalar şəbəkəsi Maxima, İKİ və Lidl-dır. Kaunasın özündə shopping mallar az olsa da çox genişdir. Mega Mall və Akropolis daha sonra isə kiçik Molas mall var. Mağazada aldığınız hər plastic içkilərin üzərinə 10 cent deposit ödəməlisiniz. Daha sonra isə onu recycle etdikdən sonra həmin pulu geri götürüb yenidən mağazada istifadə edə bilirsiniz. Və Urmas adlı bir yer var eyni bizim Binə Sədərək.Migration - Əgər siz bu ölkəyə vətəndaşlıq üçün müraciət etmək istəyirsinizsə bir çox options olacaq qarşınızda (Təbii ki, ən rahatın evlilik düşünməsəniz????). Yaxud sizin keçmişdə hər hansı bir yaxın qohumunuzun bu ölkədə vətəndaşlığı olubsa, bu ölkə üçün hər hansı xeyirli bir iş görübsə sizə üstünlük veriləcəkdir. Bu şərtlər yoxdursa o zaman ən azı 5 il bu ölkədə qalmalısınız və daha sonra vətəndaşlıq üçün müraciət edib rəsmi dillərində biliyinizi yoxladıqdan sonra sənədlər də qaydasındadırsa daimi oturum izni veriləcəkdir (Permanent Residence Permit). Müvəqqəti oturum izni (Temporary Residence Permit) müraciət etmək istəsəniz vizanızın bitməsinə ən azı 4 ay qalmış müraciət edə bilərsiniz.Gəzməli yerlər - Şəhər o qədər də turistik bir yer deyil hətta camping istəsəniz çətin tapa bilərsiniz. Keçmiş qalalar, rus ordusu tərəfindən əsir götürülmüş əsgərlərin saxlanıldığı türmə, kilsələr və abidələri görə bilərsiniz (Kaunas Castle, Kaunas Town Hill, Ninth Fort etc.). Daha ətraflı isə aşağıdakı şəkillərə nəzər yetirin. Sona qədər oxudunuzsa təşəkkür edirəm.????P.S. Bu əhaliyə kimsə bizlərdən bir tələbə dolmanın toyuq ətindən hazırlandığını inandırıb (çox güman ki, pul qutaran vaxta düşüb) indi inandıra bilmirəm ki, qardaş yarpaq dolması toyuq ətindən olmur ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Valikhanov Emin

1645 dəfə oxunub

Krit Adasına Səyahət

Krit - Yunanıstanın və Avropanın ən cənub adasına səyahət etdim. Bu, mənim səyahət etdiyim 16-cı ölkə oldu Adalıların dili ilə desək: Krit Avropanın bitdiyi yox, başladığı yerdir Səyahətim barədə bütün turistləri maraqlandıran nüansları paylaşıram:Krit adasına yay mövsümündə Azal-la birbaşa reyslər mövcuddur (həftədə 1 dəfə)Adaya səyahət etmək üçün şengen vizası tələb edilir. Adada passiv istirahət üçün kifayət qədər inkişaf etmiş otel infrastrukturu mövcuddurÇimərliklərin çoxu qumlu-çınqıllıdır, dənizin suyu çox şəffafdır Qumlu çimərliklər əsasən Elounda və Xanya bölgəsindədirŞimal hissədə otel infrastrukturu inkişaf edib, cənub hissədə yox (dağlıq ərazi imkan vermir)Krit adası əslində küləklidir, amma Bali bölgəsində külək demək olar hiss edilmirTaksi üçün mobil tətbiq yoxdur, otelə və taksi məntəqələrindən sifariş edirsinizİnsanları çox mədəni, səmimi, mehriban, gülərüzdür. Ada insanları çox səmimi olur ümumiyyətlə.Şəhərdə olan canlı musiqili restoranlarda axşam yeməyi yeyin mütləq, özünüzü tanımadığınız insanlarla milli rəqs edərkən tapacaqsınız Krit mətbəxi qeyri-adi ləzzətlidir.Krit adasında təxminən 40 milyonadək zeytun ağacı var, zeytunları və zeytun yağları əsl nemətdir, mən özümlə gətirdim Adanın tarixi minilliklərə dayanır və Avropanın ən qədim sivilizasiyalarından biri olan Minoy mədəniyyəti burada formalaşıb. Ümumiyyətlə çoxlu sivilizasiyalar görüb (Roma, Bizans, Venesiya, Osmanlı, Yunan)Adadan romantik Santorini adasına gəmi ilə səyahət edə bilərsiniz. İnstagramda gördüyünüz mavi damlı ağ şəhəri görməyə kifayət edəcək, şəhərin atmosferini alacaq, tarixini öyrəməcəksiniz.İraklion mərkəzdə kifayət qədər mağazalar var, qiymətlər də çox münasibdir. Səyahətinizi burda bitirə bilərsiniz, hava limanına çox yaxındır.Əzizlərinizə və dostlarınıza hədiyyəni duty-free-dən ala bilərsiniz. Təxminən şəhərdə gördüyünüz hər şey eyni qiymətədir və seçim çoxdur.Aktiv istirahət sevirsinizsə rent-a car edib bir səfər müddətinə çox bölgəsini görə bilərsiniz, ada böyükdür. Mən təxminən bütün turistik bölgələrində oldum. Narıncı yağış yağsa qorxmayın, Saxara iqliminin ildə 1-2 dəfə hədiyyəsidir Krit adasına, biz gördük Bütün ada narıncı rəngə boyanmışdı.Mən Krit mədəniyyətinə, insanlarına, atmosferinə, mətbəxinə aşiq oldum. Ən gözəl təəssüratlarla Vətənə qayıtdım. Özümə bir az da yaxınlaşdım deyəsən Paylaşan: Aynur Allazova 

153 dəfə oxunub

Kökenhofda lalə bayramı ➡ Hollandiya

Hollandiya gəzəyənlərin bütün il boyu çox maraq göstərdiyi səyahət yeridir. Bu qədər marağın ən əsas səbəbləri burada olan əyləncə həyatı, yel dəyirmanları və ləzzətli pendirdir. Bunlarla yanaşı Hollandiya deyiləndə ilk ağıla gələnlərin başında şübhəsiz ki, lalələrdir. Hər il məşhur olan lalələr üçün Hollandiyada festival təşkil olunur.Bu festival da Keukenhofda keçirilir. Keukenhof və ya Kökenhof həmçinin Avropa bağı kimi də tanınan dünya üzrə ən iri çiçək bağı olan bu cənnətdən bir guşə Niderlandın cənub-şərqində olan kiçik Lisse şəhərciyinin yaxınlığında yerləşir. Bu ərazidə 7 milyon gül soğanaqları 32 hektar ərazini əhatə edən parkda hər il əkilir. Hər il Keukenhof mart ayının ortalarından may ayının ortalarına qədər açıq olur.Bu müxtəlif növ zanbaqlardan ibarət ala-bəzək xalça şəklində döşənən çoxsaylı çiçək ləklərindən - yasəmən, qızıl nərgizgülü, qızılgül, yaraşıqlı səhləb çiçəyi və başqa rəngarəng çiçəklərin sərgiləndiyi 3 oranjereyadan təşkil olunmuş parkdır.Sadəcə 2 ay açıq olan gül bağçasına hər il 800 min turist gəlir. Təkcə Avropadan yox, Çin və Yaponiyadan gələn turistlərin marağına səbəb olan gül bağçası ölkənin ən mühüm turizm obyektlərindən birinə çevrilib. Hollandiya dünya üzrə ən çox gül istehsal edilən ölkədir. Kilometrlərlə uzanan çiçək tarlaları burada xüsusilə, bahar aylarında rəngarəng Hollandiya ortaya çıxarır. 8 həftə davam edən bu festival buraya səyahət edən turistlər üçün sehrli bir abu-hava sərgiləyir.Keukenhofa səfər etmək üçün ilin ən ideal vaxtı lalərin də ən gözəl göründüyü aprel ayının ortalarıdır. Biz də bura səfər etmək üçün 2019 -ci ildə bu vaxtı seçmişdik. Və bu cənnət kimi yerin sehrinə elə qapıldıq ki, saatlar burda necə keçdi bilmədik, 2 saat sonra uçuşumuzun olduğunun fərqinə belə varmamışdıq, tez tələsik çıxıb hava limanına yollananda təyyarəyə ən son daxil olan da biz olduq.Keukenhof Parkına necə getmək olar?Keukenhofa hava limanından birbaşa Express avtobuslar gəlir. Bunun üçün Keukenhof Express (Bus 858) avtobusuna minməlisiniz. Ancaq Amsterdam mərkəzindən parka getmək istəyənlər üçün Bus 854, Bus 50 və Bus 90 avtobusları da fəaliyyət göstərir. Digər yol isə maşın kiralamaqdır.Giriş ödənişi böyüklər üçün 17 avro təşkil edir. Bu qiymət online alışlar üçün nəzərdə tutulub. Mən bileti getməmişdən 2 həftə əvvəl bu saytdan alıb, çap etmişdim, faydalı olsun deyə sizin üçün də linki qeyd edirəm. https://keukenhof.nl/en/ . Ancaq ya hava limanı yaxınlığında olan bələdçi firmalarından, ya da çatanda bilet satış məntəqəsindən almaq istəsəz qiymət 18 avro olacaq, bəzən isə bu qiymətlər bələdçilərdən asılı olaraq 25 avroya qədər çıxa bilir. Sizə tövsiyyəm həm uzun növbələrdə gözləməyəsiz, həm də daha ucuz olsun deyə elə əvvəldən biletinizi alıb sadəcə nəqliyyat üçün pulu ödəməkdir. Ancaq bələdçi firmalardan alanda nəqliyyat xərci ilə bilet ödənişi birlikdə olur. Yenə də hər bir halda əvvəldən almaq həm cibinizə xeyir olur, həm də rahat keçirsiniz. Bir də onu qeyd edim ki, avtobusa minmək üçün o qədər koreyalı, yapon gəzəyənin arasında səbrlə dayanıb gözləmək lazım olur. Səbrlə dediyim də 1-2 saatdan çox. Çünki ancaq 2 ay açıq olduğu üçün Hollandiyaya səfər edən gəzəyənlər bura gəlməmiş ölkəni tərk etmək istəmirlər. 4-7 yaş aralığında olan uşaqlar üçün bu ödəniş 8 avro, 0-3 yaş arası balaca səyahət sevərlər üçün isə ödənişsiz olur. Keukenhof parkı hər gün 08:00 ilə 19:30 arası açıq olur. Əgər əşyalarınız varsa və yaxud bizim kimi buradan digər uçuş üçün hava limanına gedəcəksinizsə (hava limanına yaxın olduğu üçün səfər marşrutunu elə planlayın ki, Amsterdamı gəzib tərk edəndə buraya da baş çəkib oradan hava limanına yollanasınız) girişdə olan kilidli komodlara heç bir ödəniş etmədən qoyub güvən içində parkı gəzə bilərsiniz.Bu parkın içərisində kafe, restoran və hətta istəsəniz piknik etmək üçün ərazi fəaliyyət göstərir. Mütləq ballı çayın burada dadına baxmağı tövsiyyə edirəm. Bura gəlmək üçün ən mükəmməl vaxt günün erkən saatlarıdır. Həm ən yaxşı şəkilləri çəkə biləcəyiniz, həm də turist axını yaşamadan rahat buranı kəşf edə biləcəyiniz vaxtdır.Hətta burada velosiped kiralayıb bu böyük ərazinin çox hissəsini gəzə bilərsiniz. Biz burada 5-6 saata yaxın vaxt keçirdik. Ancaq buranı gəzmək üçün məncə bir gün belə kifayət etməz. Çünki hər çiçəyin haqqında maraqlansaz, oxusaz, doyunca gəzib kəşf etmək istəsəz gərək buraya bir neçə dəfə gələsiniz.Lalə festivalının olduğu müddətdə Keukenhofda 7 fərqli ilham bağçası olur. Bunlardan biri Aşçılıq bağçasıdır- hərkəsə açıq olan bu mətbəxdə bağçadan topladığınız tərəvəzlər ilə yemək bişirə bilərsiniz. Arı bağçası da bunlardan bir digəridir. Bu bağça quşların və arıların evi üçün nəzərdə tutulub. Bu bağçaları gəzdikcə sanki cənnətin yer üzərindəki qapılarını bir- bir aralayırsınız. Bu bağçalardan nə qədər danışsan da bitməz, ancaq mənim ən çox diqqətimi çəkən Sevgi bağçası və təkrar istehsal olunan materiallardan düzəldilmiş məhsulların satıldığı Recycling bağçası oldu ki, burada ev üçün lazım olan bir çox əşyalar və faydalı avadanlıqlar tapa bilərsiniz. Təkrar istehsal olduğu üçün daha münasib qiymətə olurlar. Sevgi bağçasının əsas missiyası isə qonaqlara sevgilərini göstərmə və bu kimi duyğuları aşılamaq idi.Sonda buranı ən sevdiyiniz insanlarla, maraqlı yol yoldaşları ilə gəzməyinizi arzulayıram. Xoş istirahətlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Ismayilzada

4049 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!