1207 dəfə oxunub

"Hərbiçi şəhər" Grenobl və Italiyadan xatirə

Hər kəsə salam. Nostalji Italiya ve Fransa xatirələrindən..

Indi korona günlərində şəkillərə baxib o günləri yada salırıq)) Italiyada Milan, Turin, Roma, Fransada isə Grenobl şəhərini gəzdim. Italiyaya 2019-ci ilin noyabrında səfər etmişdim, necə deyərlər korona Italiyaya çatmamış gəzib qayıtdım. Ümumi olaraq onu deyə bilərəm ki, Italiya başdan ayağa tarixi - memarlıq, incəsənət ölkəsidir, onu gəzib dolanmağa aylar da bəs etməz. Mənim kimi Romaya cəmi bir gün vaxt ayırsaz, böyük səhv etmiş olarsınız. Ondansa ora getməyin. Oteldən çıxıb ayağını küçəyə atı rsan ki, hər tərəf tarixdir. Hər küçə, tin, dalan gəzib və görməli tarixi məkanlardır. Ümumiyyətlə, Milanda Duomo və Vatikandaki kilsəni gəzərkən öz-özümə heyrətə gəldim ki, əsrlər boyu təmizlik mədəniyyəti olmayan (çimmək nədir bilməyən) Roma papaları, Italiya xalqı necə belə möhtəşəm memarlıq və incəsənət nümunələrini tarixə bəxş ediblər. Yerdən 50 metr hündürlükdəki tavanda işlənmiş rəsm əsərləri, daş işləmələr necə ərsəyə gəlib? Fikirləşə -fikirləşə qalirsan)) Romada həmin o qladiatorların döyüşdüyü böyük tikilinin yanına gedərkən isə özünüzü dilənçilərdən və ola biləcək hər cür fırıldaqdan qoruyun, hər şey ola bilər) Şükür, mən yaxşı qurtarmışam.Yeri gəlmişkən, həmin tikilidə həmçinin Azərbaycan dilində xidmət göstərən yerli bələdçilər də var (pulumuz az olduğundan onların yanından səssiz keçib özümüzü tanıtmadıq).

Fransanın Grenobl şəhəri isə kiçik, lakin çox rəngarəng və möhtəşəm şəhərdir. Şəhərin əsas tarixi üstünlüyü odur ki, burjua inqilabı bu şəhərdən başlayıb. Belə ki, Bastiliya qalasının silah anbarı bu şəhərdə yerləşib və yerli əhali həmin anbarı elə keçirəndən sonra Parisə qədər yürüş ediblər(şəhər əhalisinin mənə verdiyi məlumata əsasən deyirəm). Yekun olaraq onu deyim ki, danişmaqla bitməz. Gedənlər görüb, görməyənlərə də qismət olar Inşallah.

P.S. Hamı qiymətlərin baha olduğunu bilir. Italiyada yarim litrlik kolaya 2-3 euro (bizim pulla təxminən 5azn) verərkən adamı cox da yandırmır amma üzr istəyirəm ayaqyoluna girişin 1 euro(bizim pulla 2 MANAT) olduğunu görəndə içdiyin kola da səni yandırır)).



Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı: Orxan Hüseynov 

DİGƏR BLOQLAR

Şengen vizası alma sənəti

Öncədən deyim mən Biləcərini keçənlərdənəm.Qrupda bir çox travel macəralarımı paylaşmışam. Bəs necə oldu ki, mən ilk dəfə şengen vizası aldım? Sizə bu macəram barədə danışacam.Universiteti bitrdikdən sonra avropanı gəzmək xəyalına düşdüm.Bir “dostumun” sayəsində viza maşenikinə calandım.700 azn pul verdim ki,mənə viza alsın.1 aya işi həll edəcəyinə söz verdi və biz razılaşdıq.Mənim sənətləri hamısını özü hazırlayıb Çexia səfirliyində məni qəbula yazdı.Məndə düşünürdüm ki,bəs konsul hər hansı şirkət iş qəbulundaki kimi otağda oturacıq üzbəüz söhbət edəcəyik.Birda baxdım şüşə arxasından bir qıvrım baş məndən sənət istəyir.Məndə sən kimsən məm konsula verəcəm sənətimi dedim.Əsəbi şəkildə sənəti istəyir şüşə arxasından dalaşırıq.İngilis dilində bir şeyler deyi,məndə nə rus dili bilirəm nə ingilis dili.Nə isə 5-6 dəqiqə dalaşdıq və sonra bir qız gəldi çıxdı ve dedi konsul sizdən sənəti istəyir niye vermirsiz? Mən mat vəziyyətdə qalmışam.Vəziyyəti düzəltmək üçün 5 saniyədən bir üzür istəyib şirinlik edirəm konsula.????Həyacandan mənə guya işlədiyimi şirkətin adını demişdilər onu unutdum.Otelin adını hər şeyi yaddan çıxartdım,ağzıma gələni danışdım.???? 1 həftə sonra təbi ki,imtina cavabı aldım.700 azn batdı bilmədim niyə batdı.Guya otel və bilet xərcləri sərf edilən enerji müxtəlif behanələr v.s.Pul getdi xəyallarımda puç oldu. Üzərindən 8-9 ay keçdi.Bir yaxın dostum ( əsil dostum ) dedi ki bəs onun Litvada dostu var MRU universitetində summer school olacaq iştirak haqqı 400 avrodur.O vaxt hardasa 400 Azn edirdi.Baha olduqunu bilet xərcləri v.s ordanda başqa ölkəyə getmək büccəmi aşırdı..Endirim üçün maile yazaq dedim.200 avro olsa üstünü düzəldib birtəhər gederəm düşündüm.Mail yazdıq 10 gün keçdi cavab gəlmədi dedik hər halda düşündülər bu bazar adamları kimdi bizim summer schoola gəlmək istəyirlər.Hələ bir endirimdə tələb edirlər..Ümidimizi üzdük artıq səfəri qişa falan bəlkə alınar nəsə dedik dəftəri bağladıq.Tam ümidi üzmüş idi ki,birdə gördük mail gəldi bəs qəbul eldirik 200 avro ödəyin dəvət göndərək..2-3 günə sənətlər içəri verdik 1 həftəyə cavabı almaq üçün kağız verdilər.Həyəcanlı gözləyiş başladı.1 həftə stressli günlər keçdi o böyük gün çatdı.Və mən yenə imtina aldım...Zarafat edirəm.???? 12də cavab çıxmalı idi və cavab sistem işləmədiyinə görə saat 4də çıxacaq dedilər. Onu da gözlədik və ilk məni çağırdılar içəri girdim pasportu verdilər. Və mən bunu bacardım viza aldım.???? Özü də imtina ştapının düz yuxarısındaki səhifəyə vizanı vurmuşdular.Bu məni qələbəm idi.İndi orada xərcləməyə pul olmadan düşdüm Litvaya yola.İngilis dili bilmədən summer school gelmişəm a kişi.???? O biri dostum sağ olsun mənə öz haqqımda ingilis dilində mətn verdi əzbərlədim bir təhər 1ci günü yola verdim.Hər şey viza üçün.????Qalan 5-6 günü müxtəlif bəhanəlarlə güc bəla bitirdim summer schoolu.Hesabda burdan alacaqım sertifkatı videosu ( videonu yüklədim posta ) atama göndərəcəm və qürurlanacaq mənə pul göndərəcək,mən ordan arzum olan İtaliya gedəcəm.Papama atdım sertifakti kişi bir qürurlandı oğlum partdadır ingilis dilidə öyrənib falan filan.????Həmin gün 500 avro oturdu balansa.Bakıdan bilet aldı traveldeki şirkət sabah uçuruq Milana.Getdik bileti verdik dedilər ki siz uça bilmərsiz.Üçümüz bir yerdə niyəəəəəəəə?????? Dediler ki siz biletinizi çerez Ukraniya almısınız sizin vizanız bir girişlidir şengen zonasından çıxdıqınız üçün siz italiyaya uça bilməzsiz.Buda bizim turizim şirkətindəki bilet yazan qızın hünəri.Nə isə dava dalaşla turizim şirkəti biletimiizi 12 saat sonraya Varşava ordanda Milana aldıq.Və sonda bunuda bacardım artıq İtaliyanı gəzmək xəyalımı gərəçəkləşmişdi.Arzulara çatmaq heçdə asand olmur gəzəyənlər.Bugün Allahın izn ilə atamın pul dəstəyi və 3 dostumun koməyi ilə başladıqım macərada 35 ölkə 78 şəhər sayısız macəra yaşamışam.Və bir çox gəzəyən kimi mənimdə bolluca xatirələrim var.Davamı olacaq...✈️ Səyahət etmək evrim geçirmekdir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sanan Karimov‎

2041 dəfə oxunub

Amerikada Marafon!

Çatmaqaş qaçaqaçda. Bir müddət əvvəl özümə “challenge” verdim və marafona hazırlaşmağa başladım. Əvvəlcə məqsəd Azərbaycanda keçirilən marafona qoşulmaq idi. Amma həyat planlarımı dəyişdi – Amerikaya gəlməli oldum.Bilirdim ki, bu vaxtlar ABŞ-da prezident Lincoln-un xatirəsinə hər il marafon keçirilir. Hazırlığım hədər getməsin deyə, burada iştirak etdim. Bu, mənim üçün unudulmaz bir təcrübə oldu.Bayrağımızı burada dalğalandırmaq, insanlara ölkəmizi tanıtmaq – bu hisslər qürurverici idi. Yanıma yaxınlaşıb “Haradansan?” deyənlərə sevə-sevə Azərbaycan haqqında danışdım. Düşünürəm ki, bu, həyatımın ən yaddaqalan anlarından biri oldu Marafonda 1-ci olmadım. Amma açığı, məqsəd də bu deyildi. Mənim üçün əsas hədəf – potensialımın son həddinə qədər irəliləmək idi. Bəzən qalibiyyət, məhz budur – əlindən gələnin ən yaxşısını etmək. Bu marafon mənə çox şey öyrətdi: dözümlülük, motivasiya və özümə daha çox güvən. Eyni zamanda özümü, öz gücümü kəşf etdim. Ona görə də daim gənclərə tövsiyə edirəm ki, özünüzü kəşf etməyi dayandırmayın. Həyatın fərqli hadisələrində, müxtəlif situasiyalarda hər dəfə özünüzü yenidən kəşf edəcəksiniz #gezeyenler #pushyourlimits #lincolnmarathon #usamarathon #usa #keeppushingforward #orujibrahimov #ownyourpath #nebraskaPaylaşan: Oruc Ibrahimov

53 dəfə oxunub

İndoneziyanın Lombok adasında oğurluq hadisəsinə şahid oldum

Salam, Gəzəyənlər.11 yanvar tarixində İndoneziyanın Lombok adasında qaldığım hosteldə oğurluq hadisəsinə şahid oldum. Bu hadisə bu yazını yazmağıma əsas motivasiya oldu. Malayziyada 1 ay, İndoneziyada 1 ay 10 gün olmaqla artıq təxminən 2 aydır Cənub-Şərqi Asiyadam. Bu, bu səyahətdən qrupdakı 2-ci postumdur. Bu postda Sizə səyahət zamanı təhlükəsizlikdən, xüsusilə oğurluq hadisələrinə qarşı ala biləcəyimiz qabaqlayıcı tədbirlərdən danışacam. Sizin də fikirlərinizi və təkliflərinizi rəydə görməkdən məmnun olaram Hadisə: Mən tək səyahət etdiyimə görə hostellərdə qalmağı üstün tuturam. İndoneziyanın Lombok adasında qaldığım bungalov tipli hosteldə 7 nəfərlik bir otaqda qalırdım. Səhər saat 7-də oyandıqda aramızdan bir avstraliyalı bir qızın kartlarının və nağd pulunun oğurlandığını eşitdim. Ardından sırayla oyanan digər 4 nəfər də eyni formada sadəcə kartlarının və nağd pullarının oğurlandığını dedilər. Hamının kartları Lombok hava limanında istifadə edilmişdi və müəyyən məbləğ xərclənmişdi. Otaqda yalnız mənim və başqa bir şəxsin əşyalarına toxunulmamışdı. Məndən heç nəyin oğurlanmaması oğrunun seksist olması (ancaq qadınlardan oğurluq olmuşdu) və ya şans nəticəsindədir, çünki həmin gün yorğun olduğumdan aşağıda qeyd edəcəyim tədbirlərin çoxunu almamışdım.Oğurluqdan sonra baş verənlər: Kameranı izlədik, kameralarda biz yatdıqdan və kartın istifadə olunduğu tarixdə sadəcə otaqdan bir nəfərin saat 3 arasında otaqdan ayrılıb 30 dəqiqə sonra geri qayıtdığı göründü. Məndən heç nə oğurlanmadığı üçün otaqdakılar əşyaları oğurlanmayan iki nəfərdən şübhələndilər. Amma birbaşa ifadə edə bilmədikləri üçün hamımız bir-birimizin əşyasını axtarmaq bəhanəsi ilə 30 dəqiqə ərzində otaqda axtarış apardıq. Heç nə tapılmadı  Polis gəlmədi, araşdırma olmadı, hostel heç bir məsuliyyət qəbul etmədi. Hadisə 2 gün sonra unuduldu. Bundan gəldiyim nəticə odur ki, oğurluqdan yayınmaq, sonrasında edə biləcəklərinizdən çox daha yaxşıdır. Çünki turistlərin əşyalarının oğurlanması belə yerlərdə adiləşmiş bir haldır və ciddi tədbirlər görülmür.Təhlükəsizlik üçün mən öz təcrübəmdən paylaşa biləcəklərim:3 əsas əşya müəyyən etmişəm, pasport, telefon, pulqabından kənar olan nağd pul. Bu üç əşyanı mütəmadi olaraq, yer dəyişəndə, restorandan və ya oteldən ayrıldıqda yoxlayıram. Beləliklə, itki ehtimalını erkən aşkar edə bilirəm.Nağd pulun bir hissəsini pulqabından kənarda, oğrunun ağlına gəlməyən bir yerdə saxlayıram.Özümlə bir neçə kart gətirmişəm, kartların hamısını eyni yerdə saxlamıram, Əsasən də 2 fərqli çantada saxlayıram. Nəticədə, hər hansı bir çantanı itirsəm, digər çantadakı kartı itirməmiş olacam.Hosteldə qaldıqda locker (şkaf) istifadə edirəm. Nəticə olaraq, otaqda olmadıqda, yuxuda olduqda əşyalarıma kənar müdaxilə olunmasından yayınıram.Yeni və şəxsi ərazim olmayan yerlərdə dəyərli əşyalarımı (kamera, noutbuk) nümayiş etdirmirəm. Beləliklə, pis niyyətli şəxslər üçün hədəf olmaqdan yayınmış oluram.Əsas pul və əlavə pul olaraq pulumu kateqoriyalaşdırmışam və hardasa nağd ödəniş etdikdə əlavə puldan ödəyirəm. Nəticədə, ətrafda pis niyətli adama şirnikləndirməkdən yayınıram.Sizin başqa nə tip təklifləriniz var? Və ya siz oğurluqla əlaqəli hansı neqativ və ya pozitiv hadisələrlə qarşılaşmısınız? Instagram, və youtube-da gəzdiyim yerlər, Malayziya, İndoneziya və digər asiya ölkələri haqqında da məlumat paylaşıram, siz də izləyə bilərsiniz:https://www.youtube.com/@bashiroglu https://www.instagram.com/bashirogluPaylaşan Abdulla Bashiroglu

65 dəfə oxunub

Səyahət əhvalatları - Kosovo sərhədi

Priştinadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Deməli dünən Priştinaya gedirdim avtobusla. Kosovo və Serbiya sərhədində xeyli gözlədik. Serbiya tərəf pasportları yığdı yoxladı geri verdi. Gəldik Kosovo sərhədinə. Polis avtobusda hərkəsdən sənədləri alıb mənə çatanda pasportuma diqqətlə baxıb qaşlarını qaldırdı...Avtobusda gözləyirəm bir də görürəm sürücü deyir ki, gəl səni çağırırlar. Mənə yaınlaşıb qeyri adi emosiyalar ilə sənin vizan yoxdur sərhədi keçə bilməzsən! Mən də İtaliya Şengen vizamı göstərib multiple (çoxtərəfli) olduğunu qeyd elədim, üstəlik Bolqarıstan və Serbiyaya İtaliya vizamla gəldiyimi bildirdim. Mənim pasportumda Almaniya vizamın birinde Shengen Statten yazılmışdı.. Onu mənə göstərir ki, sənin vizan Şengen deyil.. Şengen olsaydı İtaliya qarşısında da Şengen yazılardı..Emr elədi ki, avtobusdan sumkanı götür düş. Girişinə icazə vermirik!... Məni bölməyə apardılar.. Pasportumu komputerdə yazıb nəsə araşdırırlar.Avtobus getmişdi... Mənsə sərhəddə gözləyib heç bilmirəm hara gedəcəyəm...Bir anlıq bunların nə dərəcədə savadsız olduqlarını düşündüm, ardınca isə öz ölkələridir istəməsələr girişimi rədd edə bilərlər... Bəlkə Azərbaycan vətəndaşıyam və ölkəmiz Kosovonun müstəqilliyini qəbul etmir deyə vətəndaşından acıq çıxmaq istəyirlər?! Beynimdə fikirlər fırlanırdı ki, polis mənə dedi ID cart-ını göstər. Permesso di Soggiorno-nu (İtaliyada yaşam izni) göstərdim.. Və qeyd elədim ki Şengen vizasız mənə necə veriblər bəs bu permessonu?!Heyyyy heç bir qanuna söykənməyən bəhanə gətirdi.. Və bir dənə sənəd hazırladı verdi ki al bunu. "Girişin qadağandır!"Altda İngilis dilində yazılmışdı.. bu sənəd o kəsə tərtib olunur ki, Kosovo Respublikasının hərhansısa qaydasını pozduğu üçün ölkəyə girişi rədd edilir.Təəccüblə oxuyub deyirəm ki, bunlar həqiqətənmi bilmirlər İtaliya ŞENGEN ölkəsidir?! ?! ?!İsrar etməyə davam etdim.. İnanmırsınızsa internet verin Avropa Birliyinin artiklını sizə göstərim İtaliyanın şengen ölkə olması ilə bağlı. Mənə qulaq asmaq nədənsə bunlara sərf etmirdi..Səyahət səhifələriindən birində Amerika ölkələrindən birində bir Azərbaycanlının sərhəddə 3 günlük həbsə atdıqları yadıma düşdü və düşünürdüm ki, məni aparacaqlar dəmir barmaqlıqlarına indi..Yox, ola bilməz, qayda qanun var!!!- İtaliyanın şengen olmasını qəbul etməyən birinin qayda qanundan nə xəbəri?!Qısası, sonda bir nəfər gəldi.. Görünürdü böyük bir insan idi. Aralarında Albanca nə isə danışırdılar.. Mənsə sadəcə " - İtaliya? Şengen!" sözlərini başa düşdüm! Ardınca Azərbaycan vətəndaşı olduğumu qeyd etdi rəisə.. Və bundan sonra emosiyalar yenidən dəyişdi.. Ardınca vizama baxıb dedi ki, "hmm bura şengen yazılmayıb".. Permessomu buna göstərdim və dedim Alban dostlarımı görməyə gedirəm. 2015 Avropa oyunlarında sizin ölkə ilə işləmişəm falan.. Üzündə təbəssüm yaranıb apardı pasportumu yenidən pasport kontrola. Pasport, permesso əlli dəfə şəklini çəkib, yüz dənə aparatdan keçirəndən sonra mənə verib dediler ki, avtobusun gedib gözlə növbəti avtobusla Priştinaya yola salacağıq səni..Hazırda Kosovodayam, çox güman ki, Kosovoya gelmiş ilk Azərbaycanlı... Və ümid edirəm ki, ölkədən çıxanda yenidən heç bir problem yaranmayacaq..Uyğun zamanda Kosovonun Xarici İşlər nazirliyinə "qəşəng" email göndərəcəyəm, bunların tutduqları işlə bağlı.. Kosovonun müstəqil ölkə olmasını BMT tanımır deyə ciddi bir şey olduğunu düşünmürdüm.. Amma ki, yeni bir təcrübə qazandım...Səbrlə oxuduğunuz üçün təşəkkürlər! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rajab Safarov

768 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!