797 dəfə oxunub

Hannover sərgüzəştləri

16 gün bu şəhərdə qaldığım üçün bir çox şeyi öyrənmiş oldum. Müəyyən məlumatları sizinlə paylaşmaq istəyirəm.

✔ Ümumi abu-hava: Şəhər qədimliyi və modernliyi özündə birləşdirir. Sakitliyi sevənlər üçün ideal şəhər ola bilər. Axşamlar şəhərdə insanlar az olur. Şəhər gecə deyil, gündüz şəhəridir. Gündüz həyatı burda daha aktivdir. Həftənin 4-5 və 6-cı günləri istisna. Bu günlərdə bir çox klublar, barlar insanlarla dolub daşır. Ağır iş həftəsindən sonra bütün insanlar həftənin yorğunluğunu gecədən səhərə qədər əylənməkdə görür. P.S. klublara giriş adətən 5-6 evro olur. Ödənişsiz olanlar da var.

✔ Festival: Hanoverə getmək istəsəniz, avqust ayını seçin. Hər il Maschsee adlanan yerdə 31 iyul - 14 avqust tarixləri arasında 2 həftəlik böyük festival keçirilir. Konsertlər, rəqslər, tanqo dərsləri, yemək, içmək, gəzmək, gölün ətrafı, qayıqlı tur və daha nələr...

✔ Nəqliyyat: ən sevdiyim hissə, şəhərin özünəməxsus qaydaları var. Ən sevdiyim hissə isə məhz nəqliyyatdır. Şəhərin bütün yollarında velosiped yolu var. Əhali maşından daha çox velo sürür. Uşağından tut, qocasına qədər. Burada velo sürməyənə "pis" baxırlar :DD  Şəhərdə əlillərin çox rahatlıqla gəzə bilməsi də məhz nəqliyyat strukturunun düzgün quraşdırılmasında idi. Svetafora yaxınlaşan zaman düyməni sıxmaq kifayətdir ki, piyada yolu açılır, və yol açılarkən səs yayılır. (Bu görməsi zəif olan şəxslər üçün düşünülüb) Nəqliyyatda #qiymətlər isə bir qədər baha idi. Sadəcə 3 stansiya getmək - 1.60 evro, 1 gün ərzində istənilən stansiya sayında getmək və gəlmək 5.40 evro-dur. Qrup kimi getmək sərf edir. 5 nəfərlik qrup üçün 24 saat aktiv bilet 10.40 avrodur. Bu vaxt adama təxminən 2.08 evro düşür. Bəzi qatar stansiyaları 2-3 mərtəbəlidir. 16 gündə öyrəşə bilmədiyim tək şey hər halda metro oldu.

✔ Şəhər mərkəzi: qiymətlər elə də baha deyildi. Hər pul xərclədiyimizdə evronu manata çevirməsək, qiymətlər yaxşı idi. Çay - 2.50-3 arası, isti şokalad - 3.20-3.80 arası, içkilər - 5-19 arası. Əlbəttə daha baha qiymətlər də var. Yemək üçün tam doyumlu menyu 10-16 evro. Seçdiyim adətən pasta və ya chicken menyu olurdu.

✔ GÖRMƏLİ YERLƏR:

Central Station 

Museum of History - 4 avro

Sprengel Museum Hanover - 7 avro

New Town Hall

Maschsee Lake

Nanas

Royal Gardens of Herrenhausen

Museum August Kestner

Hanover State Theatre

Kröpcke

Leine Palace 

Old Town | Holzmarkt square

✔ Qeyd 1: İnsanları çox yardımsevərdir. Mən çox rahatlıqla tanımadığım yerləri tək gəzə bilirdim (internetsiz) Şəhər əhlinə güvənərək :))  Şəhərin bəzi küçələrində ödənişsiz internet olur. Rast gələn zaman istifadə etmək olurdu. Bəzən yarım saatlıq, bəzən 15 dəq-lik.

Qeyd 2: Mən 27 iyul - 12 avqust aralığında burda oldum. Brend mağazalarda çox ciddi endirimlər vardı. 40-50 evroya olan köynəklər 6-7 evroya düşmüşdü. Bu şəhərə məmnuniyyətlə, 2-ci dəfə gedərdim.

Almanlarla bağlı 2 əsas məsələ yaddan çıxdı))

1. Dediyimiz qədər dəqiq deyillər:))

2. Dediyimiz qədər alman şotu varmış. Bütün restoranlarda hesab istədiyiniz zaman sizdən mütləq soruşurlar: separately or together? Çox rahat şəkildə hər kəs öz  hesabını ödəyə bilir.

Hə, birdə Hannoverdə gördüyüm və Azərbaycanda da tətbiq olunmasını istədiyim məsələ: Plastik torbalar. Heç bir mağazada bazarlıq etdiyiniz zaman plastik torbalar verilmir. Əlavə pul ödəmək lazımdır. Almanlar nə alırlarsa, çantalarına qoyurlar. (paltar, sabun, yemək, fərqi yoxdur) Hər halda plastik torbalara pulu təkcə turistlər verirdi.


Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…



Paylaşdı:Nilufar Hasanova

Bizi izləyənlər siyahısına qoşulun!