2540 dəfə oxunub

Gəzəyən məsləhəti- Səyahət zamanı qarşılaşa biləcəyiniz sözlər məcmusu (Part 2)

♻ Səyahət zamanı “Resort”, “all inclusive”, “bungalov” kimi sözlərlə tez-tez rastlaşırıq. Bəs bunlar nə deməkdir?
???? 1. Resort Otel
Tətil Kəndi mənasını verir. Tətil kəndi ilə əlaqəli bütün xüsusiyyətlər Resort otellər üçün də keçərlidir. Yəni əyləncə dolu böyük bir kompleksdir, əyləncə üçün oteldən çıxmağa ehtiyac duyulmur.
???? 2. Hostel
Şəhər mərkəzində və ya şəhərdən kənarda daha ucuz gecələmək yerləri təklif edən, bir yaxud bir neçə nəfərin bir yerdə qaldıqları ümümi yataq yerləri olan kompleksdir. Hostellər kiçik oteller kateqoriyasına aiddir. Bəzi hostellər ayrıca çarpayılara malik olmasına baxmayaraq, adətən 6-10 nəfərlik bir otaqda yerləşmə təklif edirlər. Ümumi vanna otağı da bu xidmətə daxildir.
???? 3. Bungalov
Müəyyən ərazilərdə dəmir-beton tikililərə icazə verilməməsi səbəbindən taxta konstruksiyalardan inşa edilən otaqlardır. Bəzi hallarda bungalovların bir yerdən başqa yerə daşınması mümkündür. Ekoloji təmiz materiallardan inşa edildiyi üçün bungalovlar təbiətin bir hissəsi kimi görünür və bu otaqların da özünəməxsus müştəriləri olur.
???? 4. Single Room ya da Single Bed
Tək otaq və ya tək yataq mənasını bildirən bir nəfərin qala biləcəyi otaqdır.
???? 5. Double Room - Double Bed
Otel otağında iki nəfərlə qalmağın mümkünlüyünü, yaxud iki nəfərlik bir cüt çarpayının olmasını bildirir.
???? 6. Twin Room - Twin Bed
Otel otağında iki nəfərin qala biləcəyi iki ayrı çarpayının olması deməkdir.
???? 7. Triple Room
Otel otağında üç nəfərin qala bilməsini göstərir. Bu otaqda bir cüt çarpayı və bir tək çarpayı ola bilər. Və ya hər kəs üçün 3 ayrı tək çarpayı ola bilər. Bəzi hallarda da bir cüt çarpayı və divan çarpayı təklif edilə bilər.
???? 8. Sofa Bed
Otel otağında açılan divan-çarpayının olmasını bildirir.
???? 9. Quadruple Room – Quad Room
4 nəfərin yata biləcəyi otaq mənasındadır. İki ikiqat çarpayı varsa Qadruple Room, 4 nəfərin yata biləcəyi otaq mənasındadır. İki ikiqat çarpayı varsa Qadruple Room,dörd ayrı çarpayı varsa Quad Room otaq deyilir.
✅ Bundan başqa, otellərdə otaq qiymətləri təklif edərkən otaq növləri və otaq tipləri üçün fərqli qiymətlər ola bilər. Suite otağı, ailə otağı, kral dairəsi, president suite və s. Adətən belə hallarda qiymətlər bir nəfərin qiymətindən 2-3 dəfə baha olur.
???? 10. BО, RO və BB ekonom-variant
Əgər siz qənaət etmək istəyirsinizsə, bu zman sizə RO, BО və BB qidalanma növləri uyğun gələcək.
???? 11. OB – “only bed” – yalnız gecələməyi nəzərdə tutur,
RO – “room only” – yalnız yaşayışı nəzərdə tutur,
BB – “bed and breakfast” – yaşayışın dəyərinə yalnız səhər yeməyi daxildir.
???? 12. HB, HB+, FB+ pansion
HB, HB+, FB+ tipli pansionlar əsasən istirahət zamanı spirtli içkilərdən az istifadə edən və isveç masasına üstünlük verənlər üçündür. Bu üç və dörd ulduzlu otellərdə ən çox yayılmış qidalanma tiplərindəndir.
✅ НВ – “half board” – səhər və şam yeməyi, həmçinin ödənişsiz çay, kofe və su təklif edən yarım pansion növüdür,
✅ HB+ – “half board+” – səhər və şam yeməyi, həmçinin bütün gün ərzində yerli istehsallı alkoqollu və alkoqolsuz içkilər təklif edən yarım pansion növüdür.
✅ FB – “full board” – səhər yeməyi, nahar və şam yeməyi təklif edən tam pansion növüdür. Burada içkiləri əlavə ödənişlə əldə etmək mümkündür.
✅ FB+ – “full board+” – səhər yeməyi, nahar, şam yeməyi və pulsuz içkilər təklif olunan tam pansion növüdür.
???? 13. ALL, Al, UAL, UAI hər şey daxil
İstirahət zamanı özlərinə heçnədə imtina etməyənlər üçün ideal variant – Al, UAL, UAI, ALL tipli qidalanma növləridir.
✅ ALL, Al – səhər, nahar və şam yeməyindən (isveç masası) başqa, gün ərzində sizə yerli istehsal olan spirtli və spirtsiz içkilər, əlavə qidalanma, yüngül qəlyanaltılar, barbekü və s. təklif edilir.
✅ UAL, UAI – “ultra all inclusive” – bu halda sizə restoranda 5 dəfəlik tam qidalanma, bundan əlavə gün ərzində yerli və xarici istehsallı içkilər, geniş çeşiddə qəlyanaltı və şirniyyat seçimi təklif edilir.
#uçmaqüçündoğulanlar #travelblogger #bookings #bookinghotels #airbnb #hotelsandresorts #hostel #entryhouse #resort #Bungalow #allinclusive #ultraallinclusive

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı:  Elşən İsmayılov

DİGƏR BLOQLAR

Polşanın xizək mərkəzi - Zakopane

Zakopanedəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu dəfə Krakova gələndə videolardan görüb nağıllar aləminə bənzətdiyim Zakopane şəhərinə mütləq baş çəkməyi özümə söz vermişdim. Dünyanın demək olar hər qitəsindən, Braziliyalıdan tutmuş Şri-lankaya qədər 10 nəfərlik bir mehriban komandayla yola çıxdıq.Zakopane Krakovdan avtobusla 2-3 saatlıq məsafədə yerləşir. Hər gün transport var, Krakow Glowny stansiyasına gedib kassaya yaxınlaşıb bilet almaq kifayətdir, biletin qiyməti 18 zloty-dur. Biz şəhər mərkəzinə yaxın üzü dağlara gözəl mənzərəsi olan bir villa kirayələmişdik. Bir günlük bu evdən zövq almanın dəyəri ümumi 123 dollara başa gəldi (qrupda isə hər kəs 46 zloty ödədi). Villanın linkini paylaşıram (https://www.booking.com/hotel/pl/willa-u-teresy.tr.html). Təbii olaraq bu şəhərə gəlib xizək sürmədən də olmazdı  Deməli, Zakopane stansiyasından yuxarıda, şəhərə gedən avtobuslar dayanacağına yaxın turist informasiya mərkəzi var. Sən demə, elə oradan ləvazimatları kirayə edir, behini verir, ölçülərini götürürlər, sənin üçün hər şeyi bir gün qabaqcadan hazır edirlər, profesional instruktor da verir və hələ gəlib evdən götürüb səni dağa da aparırlar, sonra şəhər mərkəzinə də gətirib qoyurlar  Və bütün bunların qiyməti bizim Şahdağ rezortu ilə müqayisə edilməyəcək qədər ucuzdu. Həm xizək geyimi, həm ləvazimatları, instruktor və ski pass ilə birlikdə cəmi 200-cə zloty xərcim çıxdı  Necə öyrədirlər? Olduqca dəqiq, praktika ilə, hər kəsə individual yanaşaraq. Mehriban, zarafatcıl və səmimi instruktorumuz Jane sayəsində isə nəhayət bu xizək məsələsini də öyrəndim. Gələk görüləsi gözəl mənzərələrə.Bizə çox yardımcıl, xizəkləri verən turist informasiya mərkəzində dedilər ki, Gubalowka dağına qalxıb oradan sunset, yəni gözəl gün batışı mənzərəsini seyr edə bilərsiniz. Gubalowka dağına qalxmaq üçün şəhər mərkəzində funklyora 22 zloty-a gediş-gəliş bilet alırsınız və möhtəşəm, rənglərə bürünən səmanı seyr etmək fürsətiniz olur. Sadəcə funklyorla dağa qalxdıqdan sonra 20-cə dəqiqəlik biraz yol qət etməyiniz lazım gələcək. Səhəri gün isə Kasprowy Wierch dağına gedib bir tərəfi meşə, digər tərəfi qarlı dağlar olan zirvəyə qalxdıq. Burada kofenizi alıb, yellənən oturacaqlarda oturub relax edə, ruhunuzu dincəldə bilərsiniz. Restoranda kofe üçün 6 zloty, piroq üçün isə 8 zloty pul ödədim. Sonra yadıma bir dönərin 8 manata olduğu Zirvə rezortunun restoranları yadıma düşdü. Bura qalxmaq üçün 40 dəqiqəlik hiking etdik ki, kanat üçün 65 zloty gediş-gəliş məsələsində qənaət edək. Bizim artıq səhər gün skipassımız yox idi. Burada tək baha olan şey kanatların qiymətidir. Amma həmin gün üçün ski pass-ınız varsa, pul ödəmənizə ehtiyac olmur. Sonra şəhərə enib gecə gəzintisinə çıxdıq. Şəhər yolları boyunca bəzəkli yeriyən atlar, işıqlar və arxitektura sayəsində özünü nağılda hiss edə bilirsən. Axşam yeməyini isə “Owczarnia” adlanan bir restoranda yeməyi qərara aldıq. Maraqlı mühiti, canlı milli Polyak musiqi, dadlı ət yeməkləri, möhtəşəm heyəti olan bu restoranda 10 nəfərlik 380 zloty-ə ət seti sifariş etdik və hələ artıq da qaldı  Ümumilikdə şəhər necə deyərlər, huzur dolu, insanları mehriban, yardımsevər və gəzib-görməyə mütləq dəyər bir şəhərdir. Xizək və snoubord həvəskarları üçün xüsusilə highly recommended! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Maryam Nuruzade 

1257 dəfə oxunub

Gəzəyən məsləhəti - Baltikyanı ölkələr

Salam gözəl insanlar, karantinə görə artıq iki Avropa səyahət planım pozulub deyə, acığa mən də bahalı Amerika,Asiya planları qurmağa başlamışam????Karantindən əvvəlki həyatımda bir lowcost səyahətçi olaraq ən ucuuuuz başa gələn Pribaltika səyahətimi bölüşmək istəyirəm????Soxaya qalmış 2020-ci ili qarşılamağa getmişdik ????????‍♀️Nəqliyyat????Kutaisi-Varşava(29.12.19)-19€(wizzair)????Varşava-Praqa (30.12.19)-24€(flixbus)????Praqa-Riga(01.01.20)-16€(ryair)????Riga-Tallin(03.01.20)-21€(ecolines)????Tallin-Vilnius(03.01.20)-19€(ecolines)????Vilnius-Varşava(04.01.20)16€(ecoline)????Varşava-Kutaisi(05.01.20)28€(wizzair)Gecələmə????Varşava-Airbnb 16€ "Old Town Bed&Breakfast Miodowa 12”(2 gecəsi)????Praqa-Booking 35 € (1 gecə)????Riga-Airbnb 34 € “New Modern Cosy Room in City Center” (2 gecəsi)????Ümumi xərclər- 143€+85€=228€????Varşava-günəş olsa, hava günorta saat 2də qaralmasa, möhtəşəm parkları yaşıllıq olsa əslində gözəldi???? Bir sözlə yayda yenə gedəcəm????????Praqa-ən sevdiyim şəhərlərdəndi, ona görə "möhtəşəm" yeni ilimizi qarşılamaq üçün ikinci dəfə yenə getdim və Charles körpüsündəki atəşfəşanlıqdan salamat çıxdığımıza görə şükür edirdik,sən demə o günlər yaxşı günlərimiz imiş????Hər şeyə rəğmən Praqanın özünəməxsus ruhunu sevirəm????????Riga-balaca,şirin,dadlı yeməkləri, içkiləri olan "köç gəl burdaca yaşa" deyən bir şəhər oldu???? çox xırda (oxu:böyük) bir problemimiz var-çox soyuq olur və günəş yoxdu???? Razılığa gələ bilsək hava şəraiti ilə bağlı qovuşacağıq????????Tallin- Helsinkidən iki gözəl rəfiqəm Ylkär və Ulfat gəldiyi üçün şəhəri bir yerdə "kəşf etdik". Başımız möhtəşəm söhbətə qarışdığı üçün hər yeri gəzdik amma mənim yadımda şəhər yox, ancaq Eston mətbəxinin gözəl maral əti steyki və Salmon balığı supu yadımda qalıb???????Vilnius-şəhərin bütün arxitekturası, memarlıq abidələri ən sevdiyim açıq rənglərdə (mavi, çəhrayı, boz) olduğu üçün mən sevdim???? Amma məncə bir günlük şəhərdi, dadını çıxara çıxara gəzmək istəsəm maximum 2 gün ola bilər. Pribaltika üzrə ən ucuz şəhər Vilnius idi,məncə.Pribaltika gözəldi, amma yayda daha gözəl ola bilərdi???? Günəş sevənlərin nəzərinə sərhədlər açılsa gələn il yayda gedin????, az büdcə ilə çox əntiqə gəzmək olar.Ümid edirəm az da olsa nəsə paylaşıb motivasiya verə bildim????Mexico, Kuba, Havana postlarında görüşənədək, sevgi ilə qalınƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hilal Abdullayeva‎

3481 dəfə oxunub

Yeni başlayanlar üçün gəzəyən məsləhəti

Hərkəsə salam, Səyahətə yeni başlayanlar və zövqlə gəzərək xatirələr yaradacaq səyahətlərə üstünlük verənlər üçün #tövsiyyəVacib bir məsələyə toxunmaq istəyirəm.Lakin bu adamına görə dəyişir. Mən özümə borc bilirəm ki, bir səyahətpərəst və ya gəzib - kəşf etmək aşiqi olan biri kimi bəzi vacib nüansları səyahətə yeni başlayanların və ya səyahətdən zövq almağı həqiqətən istəyən insanlarla paylaşım.- Baxın, əvvəla səfirlik, viza və s. bürokratik məsələlərdən çəkinməyin. Sizin şəxsi həyatınıza qarışacaq və ya sizi imtahandan kəsəcək bir qurum və ya orqan deyil, heç kim sizə hər hansı bir mənfi obraz tətbiq etmir. Sənədləriniz qaydasında olacaq və maddi vəziyyətiniz imkan verəcək, ona uyğunda nəticə olacaq. Bu barədə daha geniş yazı yazmışam 2 il əvcəl (pin olunub). Yəni kimlərinsə sizin gözünüzdə viza prosedurunu şişirtməyə yol verməyin!- Əgər həqiqətən gəzmək istəyirsizsə, "1001 gecə 1000 ölkə" anlayışından uzaqlaşın. Həqiqətən gəzib, zövq almaq istəyirsizsə, əvvəla götür-qoy edin ki, sizin gedəcəyiniz yerdən gözləntiləriniz nələrdir. Əgər ilk dəfə üçün gedirsizsə belə, yenə də araşdırıb özünüzü tapmalısız orada. İnternet üzərindən araşıdırın baxın nələr var, nəyə gedirəm mən bu ölkəyə, mənə nələr bəxş edəcək. Yalandan ad olsun deyə gəzənlər gözümün düşmənidir.- Çalışın bir ölkəni əhatə edəcək bir plan qurun, demirəm şimaldan cənuba fəth edin, lakin ən azından həmin ölkənin minimum 2-3 şəhərinə baş çəkin ki, vizyonunuz genişlənsin, fərq yaransın ki, o ölkəni bir şəhərinə qiymətləndirməyəsiz. Ən azından bir şəlalə, göl və ya təbiətcil yerlərinə baş çəkin. Paytaxt gəzməklə ölkəni səciyyələndirə bilməzsiniz. Bunu unutmayın. Paytaxtdan daha gözəl, mədəni və elit şəhərlər var. Muzey sevməyə bilərsiz amma incəsənət fenomenləri bir cəmiyyəti təmsil edir. Teatr və konsert də çox önəmlidir, bunlar hamısı simvolizə edir olduğunuz yeri.- Çalışın hansısa bir şəhərdə piyada çox gəzin. Onda şəhərin ruhunu mənimsəyirsiz, mərkəzdə, insanların izdiham olduğu yerdə təxminən 1 saat oturub, insanları seyr edin, bu sizə olduğunuz mühitlə olan çox fərqi göstərmiş olacaq. Hər fərqli təcrübə sizə yenilik qazandıracaq, üfüqüzünü genişləndirəcək.- Çalışın plan qurarkən, ya yaxın ölkələri (qonşu) seçin, ki, gediş - gəliş rahat olsun, gününüz yolda keçməsin, maksimum zövq ala biləsiz. Keçən dəfə mənə sual ünvanlanıb, adam ilk dəfə ölkə xaricinə çıxacaq və bunu hansısa tur agentlik hazırlayıb. Həqiqətən təcrübə çox önəmlidir. 1-2 ölkəni 2 gündə gəzməklə konsultant olunmur. Deməli reysə fikir verin. Budapest - Barcelona - Paris - Milan - Praqa - Budapest. Bu nə reysdir ? Özüdə hərəsində 2 gün. Paris kimi dəbdəbəli incəsənət şəhərinə 2 gün ? Biyabırçılıqdır vallah. Düzdü muzey gəzmək zövq məsələsidir amma Paris üçün yenə azdır. Hələ Barcelonanı demirəm. Özünüz başa düşdünüz.Sözümün canı odur ki, rasional düşünün səyahət barədə, kimlərinsə deyil, öz istəklərinizə əsasən zövqlərinizi yaşayın.Qısa bir yaşanılmışlıq:Finlandiyanın paytaxtı Helsinki şəhərində mərkəzdən biraz aralıda bir hosteldə qalırdım. Deməli, hardasa 60 yaşlarinda 2 nəfər kişi idi. Hər səhər duranda onları ümumi zalda görürdüm, günorta gəlirdim orda idilər, axşam gəlirdim orda idilər. Bir neçə gün belə davam elədilər. Qəribə gəldi ki, hostelin bəlkə sahibidirlər. Yaxınlaşıb soruşanda belə cavab verdilər:- Biz Helsinkidən kənarda qalırıq, sosial həyatımız çox zəifdir. Hostelə gəlib müxtəlif insanlar görürük, onlarla söhbət edirik və beləcə dinamik hiss edirik özümüzü. Yəni ki, çalışın arada tək səyahət edin və başqa millətlərlə sosiallaşın, onların düşüncələrinə diqqət yetirin, bəlkə biz hardasa səhv edirik və bu bizə kömək ola bilər. Tək səyahət tamam fərqli zövqdür, MÜTLƏQ dadın.Foto: Ankara Esenboğa hava limanı Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Aliyev

1116 dəfə oxunub

Pulsuz səyyahlar üçün müftə bələdçi xidmətləri

Yəqin çoxlarınız səyahətə çıxarkən çalışırsınız ki, getdiyiniz şəhərin, kəndin, qəsəbənin tarixi ilə yaxından tanış olasınız, turistik və qeyri-turistik amma görülməli yerlərinə baş çəkəsiniz, abidələrin tarixi və ya əfsanələriylə yaxından tanış olasınız. Bunun isə bir neçə yolur var. Pulsuzundan tut, sadəcə ianəylə olanlara və ya kifayət qədər bahalılarına kimi. Amma hər zaman olduğu kimi bu yazıda da ancaq pulsuz və ya ucuz bələdçi xidmətləri haqqında məlumat verməyə çalışacam. Siz də cibinizə görə olanı seçərsiniz artıq.Başlayaq bizim kimi qara camaat üçün nəzərdə tutulan pulsuzlarından ???? :Pulsuz bələdçilərin başında adətən səyahət bloqları gəlir. Gedəcəyiniz şəhərdə haranı görməli, harada selfi çəkdirməli, nəyi harada yeməli və içməli suallarına məhz səyahət bloqlarında rast gələ bilərsiniz. Bu tip bloqlar adətən 2 yerə bölünür. Xarici səyahət bloqlarından məqalələri tərcümə edib paylaşanlar, və öz başına gələnlərdən yazanlar, lap elə bizim bu sayyeah blog kimi ???? Təbii ki, başqa bir şəhərə, ölkəyə, mədəniyyətə bir azərbaycanlının gözündən baxıb qiymətləndirmək daha maraqlıdır, nəyinki bir firəngin ???? Ona görə də çalışın başına gələnləri yazanların bloqlarını oxuyasınız, nə də olmasa başına gələn başmaqçı olar deyib atalarımız. Başqa dilləri bilirsinizsə internetdə ingilis, rus və türk dillərində yüzlərlə səyahət bloqu var. Googleda axtarış edib səyahətdən öncə nəzər yetirə bilərsiniz.Digər bir “pulsuz” üsul isə Tripadvisordur brouzeri açıb tripadvisor.com yazırsınız, saytın axtarış yerində isə gedəcəyiniz şəhərin adını və beləcə o şəhərdə olan bütün turistik və qeyri-turistik yerlərin siyahısı çıxır. İlk 2 səhifədə əsasən turistik məkanlar olur, sonrakı səhifələrdə isə turistlər tərəfindən az kəşf olunmış məkanların siyahısı çıxır. Amma 2-ci səhifədən sonrakı siyahılarda bəzən həqiqətən də çox maraqlı yerlərlə tanış olma imkanı olur, yaxşı olar ki, təkcə 1 və 2-ci səhifələrlə kifayətlənməyəsiz, sonrakı səhifələrə də bir baş çəkəsiniz. Bundan başqa hər bir məkan və ya turist attraksionu haqqında daha öncədən oranı səyahət etmiş adamların şərhlərini oxuya bilərsiniz. Bu da sizə səyahətinizdə daha çox zaman qazandırar, səyahətinizdən öncə hansısa yerə gedib-getməmə haqqında qərar vermiş olarsınız.İndi deyə bilərsiniz ki, lap biz bu gəzməli yerlərin siyahısını sayyeah blogdan ya tripadvisordan oxuduq o yerləri necə gedib tapacağıq?! Çox rahat bir üsulu var, turist xəritəsi. Bəs bu turist xəritəsini haradan tapmalı?! Xəritəni əsasən şəhərin əsas dəmir yolu və avtobus vağzallarındakı turizm informasiya mərkəzlərindən əldə edə bilərsiniz, əgər vağzallardan almağı unutmusunuzda bütün şəhərlərdə şəhər mərkəzində də turizm informasiya mərkəzləri olur, mərkəzin işçilərinə yaxınlaşaraq xəritə istəyə və xəritədə əsas yerləri sizin üçün işarələməyini xahiş edə bilərsiz. 90% gəzdiyim şəhərlərdə xəritələr pulsuz olub. Sonuncu dəfə məsələn Brusseldə turizm info mərkəzindən xəritə alarkən 1 avro ödəməli oldum, krısadılar ki, krısa ???? . Əgər şəhər mərkəzinə gəlib info mərkəzi tapa bilməsəniz, bir çox suvenir mağazalarında da xəritələr olur. Suvenir mağazalarındakı xəritələrin mənfi cəhəti odur ki, ödənişli olur adətən 3-5 avro ətrafında və əsas yerləri heç kim sizə xəritədə işarələmir. Bundan başqa qalacağınız otel və ya hostelin qeydiyyat yerlərindən – resepşnlardan da xəritə istəyə bilərsiniz.Əgər deyirsinizsə ki, ok mən səyahət bloqlarını da oxuyacam, tripadvisora da baxacam amma istəyirəm ki məni bələdçi gəzdirsin özü də pulsuz, bax bu da mümkündür ???? Bunun yolu Couchsurfingdən istifadə etməkdir. Couchsurfingin axtarış yerində gedəcəyiniz şəhəri seçib axtarışa verirsiniz, yeni çıxan səhifədə isə filterlərdən “Wants to meet up” seçirsiniz. Bu seçimdə getdiyiniz şəhərdə gələn turistlərlə görüşüb sadəcə söhbət etmək, bir şeylər içmək və ya şəhəri gəzdirmək istəyənlərin siyahısı çıxacaqdır. Sonradan profillərə daxil olaraq, kimin yalnız içmək, kimin sadəcə söhbətləşib dünya görüşünü artırmaq, kimin isə sizə gələn turistlərə bələdçilik etmək istədiyini görə bilərsiniz. Və beləcə seçdiyini “şəhər sakininə” mesaj yazıb ondan sizi şəhərin turistik yerlərini gəzdirməsini xahiş edə bilərsiniz. Əvəzində isə “bələdçinizə” getdiyiniz ölkədən kiçik bir suvenir, xatirə hədiyyəsi apara və ya gəzintidən sonra sərin bir içkiyə qonaq edə bilərsiniz. İnanın ki, Couchsurfing “bələdçiniz” bundan çox məmnun qalacaqdır.Sonuncu bildiyim üsul isə Avropa ölkələrində geniş yayılmış “free walking tours” adlanan turlardır. “Free walking tours” sözünün mənası pulsuz gəzinti turlarıdır. Free walking turları necə baş tutur?! Gün ərzində şəhər mərkəzində öncədən təyin olunmuş zamanda və yerdə bələdçilər və turistlər yığışırlar, sonradan bələdçilər səsgüclədiricilərlə məlumat verə-verə şəhərin turistik yerlərini gəzdirib, turistləri məkanların tarixi və ya hekayələri ilə tanış edirlər. Adının “free walking tours” yəni pulsuz gəzinti turlar olmasının səbəbi odur ki, bu turlara qatılmaq üçün pul ödəmək lazım deyil və ya yumşaq desək məcburi deyil, turlar ianə ilə işləyir. Əgər turun sonunda bələdçinin işi, peşəkarlığı və verdiyi məlumatlar xoşunuza gələrsə bələdçiyə bəxşiş berə vilərsiniz, məsləhətdir ki, məhz bəxşiş verəsiniz də, görəcəksiniz sonra demək olar hamı gücü çatdığı qədər bəxşiş verir. Bu bəxşiş adətən 5-10 avro ətrafında olur. Free walking turları ilə bağlı ən tanınan veb sayt Sandemanın neweuropetours.euveb saytıdır. Buradan getdiyiniz şəhərdə free walking turlarının olub olmamasını yoxlaya bilərsiniz. Əgər yoxdursa ayrıca googleda şəhərin adı və free walking tours yazaraq axtarış edə bilərsiniz. Məsələn Sandeman Brüggedə free walking turları təklif etmədiyinə görə mən də Legends of Brugesin xidmətlərindən istifadə etmişdimVə son olaraq unutmayın ki, pulsuz pendir heç də hər zaman tələdə olmur, həyatda zövq ala biləcəyimiz pulsuz imkanların sayı həddindən artıq çoxdur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1369 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!