913 dəfə oxunub

Gəzənfərd 2. - Avtostopla səyahət

Gəzənfərdin 2-ci buraxılışında qonaqlarımız Nəriman Niftəliyev və Tofik Eynullayevlə avtostopdan danışdıq. Sadəcə avtostopla danışmaqdan qalmadıq, kampingdən, couchsurfingdən, maraqlı əhvalatlardan danışdıq.Bəyənsəniz videonu paylaşmağı və kanalımıza abunə olmağı unutmayın.

[youtube https://www.youtube.com/watch?v=4SCBWHs_Fu8&w=560&h=315]

DİGƏR BLOQLAR

ABŞ turistik vizası necə alınır?

ABŞ turistik vizası necə alınır?Əvvəlcə aşağıdakı link vasitəsilə “DS-160” yəni onlayn ərizəyə keçid edirik.Link: https://ceac.state.gov/genniv/SELECT ONE hissəssində “Azerbaijan” seçirik. Enter the code as shown: Burada böyük şriftlərlə yazılmış təhlükəsizlik kodunu daxil edirik. Sonra əvvəlcədən komputerimizdəki şəkilimizi əlavə edirik (Test Photo Photo Standard Guide).Daha sonra “start application” seçirik. Aşağıda “I agree”-yəni “mən razıyam” hissəsini seçərək təsdiq edirik.Yeni səhifə açılır. Burada suallardan birini seçirik və aşağıda onun cavabını yazırıq.Nümunə. Sual: Uşaqlıq dostunuzun adı.Cavab: Hacı SurxaySonra “continiue” yəni davam etməyi seçirik və növbəti hissəyə keçid edirik.Burada ad, soyad, cinsiyyət, ailə vəziyyəti, doğum tarixi, anadan olduğumuz yeri yazdıqdan sonra “next personal 2” hissəsinə keçid edirik.Burada “Country/Region of Origin (Nationality)” sualına Azerbaijan cavabını yazırıq. Digər iki suala “no” yazıb keçirik. National Identification Number sualına ş/v nömrəsini yazırıq. Digər iki suala“no” yazıb keçirik. Next Travel düyməsini seçərək növbəti hissəyə keçid edirik.Sual: Purpose of Trip to the U.S.Cavab: TEMP. BUSINESS PLEASURE VISITOR (B)Sual: Specify:Cavab: BUSINESS & TOURISM (TEMPORARY VISITOR) (B1/B2)Sual:Have you made specific travel plans?Cavab: YESSonra təyyarə bileti bronu və hotel rezervasiyaları məlumatlarını daxil edirik.Sonra “next Travel Companions Information” hissəsinə keçid edirik.Burada “Are there other persons traveling with you?” sualına “no” cavabını yzaraq növbəti hissəyə keçid edirik.”Previous U.S. Travel Information” hissəsində bütün suallara no cavabını yzaraq növbəti hissəyə keçid edirik. Burada ünvanlarımızı, telefon nömrələrimizi və sosial şəbəkə hesablarımızı yzaraq “Passport Information” hissəsinə keçid edirik.Sual: Passport/Travel Document TypeCavab: RegularSual: Passport/Travel Document NumberCavab: C0……..Sual: Passport Book NumberCavab: Does not applySonra passport məlumatlarımızı daxil edərək “U.S. Point of Contact Information” hissəsinə keçid edirik.Burada ABŞ-da qalacağımız hotelin məlumatlarını daxil edirik.Sonra “Family Information” hissəsinə keçid edirik. Burada ailəmizə aid məlumatları daxil edirik.Sonra “Work/Education” hissəsinə keçid edirik. Burada iş və təhsillə bağlı hissələri doldurduqdan sonra bütün mənasız suallara no cavabını verərək keçirik və fotomuzu daxil edirik.Sonra bütün daxil etdiyimiz məlumatları gözdən keçirib təsdiqləyirik və PDF şəklində özümüzdə saxlayırıq. Təsdiq etdikdən sonra təsdiq kodunu itirmək olmaz. (Application ID AA00BIHF2F)Daha sonra aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçərək viza rüsumu (160$) ödəməli və görüş (appoitment) təyin etməliyik.Link: https://ais.usvisa-info.com/en-az/niv/users/sign_inLinkə daxil olduqda əvvəlcə “Create an account”, sonra isə “I have completed the U.S. Nonimmigrant Visa Application (DS-160) form and I need to apply for a visa.” bəndini seçirik.Burada rüsumu ödədikdən sonra sistemin təklif etdiyi gün və saatlardan bizə uyğun olanını seçirik və tələb olunan sənədlərlə birlikdə səfirliyə yaxınlaşırıq.Tələb olunan sənədlər:B1/B2 vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:Xarici pasport və şəkil olan səhifəsinin surəti.Əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surəti.Şəxsiyyət vəsiqənizin surəti.İş yerindən arayış.Bankdan arayış və çıxarış.Mülklərin, çıxarışlarının və avtomobilinizin texpasportunun surətiNikah haqqında şəhadətnamənizin və uşaqlarınızın doğum haqqında şəhadətnamələrinin surəti.2 ədəd 5x5 ölçüdə və ağ fonda şəkil.Aviabilet bronu və hotel rezervasiyası.10.Viza ödənişininin qəbzi və görüş tarixiniz qeyd olunmuş PDF.11.DS-160 ərizə formanızın təsdiqi.Konsulla görüş.ABŞ konsulu birbaşa özü sizinlə görüşəcək. Düşündüyünüzdən dəfələrlə artıq tülküdür. Sizə HR (recruitment) mütəxəssislərinin, hətta şeytanın belə ağlına gəlməyəcək qəribə suallar verə bilər.Xüsusilə aşağıdakı sualların cavablarını əzbər bilməlisiniz.Niyə ABŞ?ABŞ-da olmusunuzmu?Niyə ABŞ səyahətini bu ilə planlamısınız?ABŞ-a kim ilə gedəcəksiniz?Haralara gedəcəksiniz?Nə qədər qalmağı planlaşdırırsınız?Daha çox qalmaq ehtimalınız varmı?Nə qədər pul xərcləyəcəksiniz?Vəzifəniz (peşəniz) nədir?Gəliriniz nə qədərdir?ABŞ-da dostlarınız, yaxınlarınız varmı?ABŞ-da qalınb işləmək planınız varmı?Aviabilet bronlarınız varmı?Əvvəl başqa ölkələrdə səyahətdə olmusunuzmu?Sizin geri qayıdacağınıza necə əmin ola bilərik?Hüseynbala Mirələmovu tanıyırsınızmı? Görüşün sonunda sizə viza verilib-verilməyəcəyi bildirilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elşən İsmayılov

1619 dəfə oxunub

Avropanın möhtəşəm üçlüsünə gəzəyən turu

Salam, əziz səyahətçilər. 6 günlük Praqa-Vyana-Karlovı Varı səyahətindən sonra bəzi əsas məqamları yazmaq qərarına gəldim. Son günki axşam yeməyinə və bizi Praqanın "дальний" küçələri ilə tanış etdiyinə görə Farid Amiraliyevə xüsusi təşəkkürlər.Karlovı Varı : Əgər Praqaya getmisiz və heç olmasa yarım gün belə vaxtınız varsa, mütləq Karlovı Varını görməyə gedin. Bunu sizə təkidlə tövsiyyə edirəm. Biz Florensiyadan (bus station) 6 euroya tələbə avtobusu ilə 2 saata ora çatdıq.Mütləq gediləsi yerlər1.Dianaya qalxın- şəhər ovucunuzun içində görünəcək (giriş qiyməti 90 KR) və  ağciyərlərinizi Karlovı Varının təmiz havası ilə sevindirin...2.Mary Magdalena kilsəsini ziyarət edin. Kilsədə canlı musiqi olmasa da orqan musiqi alətində ifa olur və bu kilsəyə xüsusi gözəllik verir.3.Mütləq Paul & Peter kilsəsini də ziyarət edin. Ümumiyyətlə, insan özünü Karlovı Varıdə nağıldakı kimi hiss edir. Bir-birindən gözəl arxitekturalı villalar və s..4. Wax house da maraqlıdır. (giriş addambaşı 6 euro) Ən bəyəndiklərimiz Kennedi və Rasputin oldu, onları çox canlı yaratmışdılar. Təəssüf ki, şəkil çəkməyə icazə yoxdur.Praqa haqqında bir-iki sözQeyd edim ki, səyahət boyu nəqliyyatdan qaydalara uyğun şəkildə istifadə etdik. (pulsuz girişlər etmədik) Praqada 24 saatliq metro biletinə 110 KR verib, qatar və metrodan bolluca istifadə etdik.Praqanın məşhur "Goulash" deyilən yerli xörəyinin dadına baxdıq və deyim ki, mən heç bəyənmədim. Məşhur Praqa qalasına piyada qalxıb-endik, yaxınlıqdakı Strahov monastrından şəhərə gözəl mənzərə açılır, mütləq gedərkən oraya qalxın. Çarls körpüsünə sevgimi sadəcə belə ifadə edə bilərəm❤Mənim üçün Praqadakı rəqs evini ziyarət isə sadəcə vaxt itkisi idi.Gözəl VyanaPraqadan Vyanaya yenə tələbə avtobusu ilə getdik və xidməti çox bəyəndik. Wifi və isti içkilər pulsuz idi. Vyanada nəqliyyatdan 24 saatlıq istifadə üçün biletə 7.60 euro ödədik;Gəzintiyə Stefan kilsəsi ilə başladıq və ona vurulduq. Kilsədə şam yandırmaq istəsəniz 0.70 euro xərcləməli olacaqsınız. Biz oraya gecə də getdik, hava qaralanda kilsə daha mistik olur. Xüsusi qoxusu, səsi bir də  süni yaradılmış duman insanı heyran edir;Daha sonra Albetina galeriyasında olduq. Giriş qiyməti 13 euro idi.Məşhur rəssam Pikassonun əsərləri olan otağı ziyarət etməyə dəyər;Hofburg kitabxanasına giriş 7 eurodur.Tək bir sözlə ifadə edə bilərəm, MÖHTƏŞƏM!!!Central cafe & Aida cafe-nin birində mütləq Ştrutel və Saçertortenin dadına baxın. 2-ci qeyd etdiyim şirniyyatın dadı adi olsa da Ştrutelin dadı mmmmm;Şokolad üçün Xocolat magazasını ziyarət etdik. Bir sözlə, barmaqlarınızı yalayacaqsız, qiymətlər baha olsa da buna dəyər;Hotdog üçün küçə kafesindən yararlandıq, qiyməti 5.50 euro idi. Dadına baxmaq istəsəniz pendirli olanını seçin, çox dadlı və doyumludur;Velosiped götürmək istəsəniz şəhər velosipedindən icarəyə götürə bilərsiniz.Birinci saat pulsuz olsa da 2-ci saat bir eurodur. Yəni bizim şəhərdəki velosipedlərdən daha ucuz :-) Hətta Vyanalı xanım bizə pulsuz sürə biləcəyimizi dedi. Yəni bir saatdan bir velosipedi istənilən stansiyada dəyişib yenisini götürməklə. Düşünürəm ki, xanımın çoxlu azərbaycanlı dostları var:-) Dunay çayının sahilində mütləq gəzin, maraqlı graffitlərin şahidi olacaqsız;Vyanadakı Downtown Franz otelini tövsiyyə edirəm. Bu otel barədə məlumatı Orel və reşka verilişindən götürmüşdüm. Otelin bir gecəsi 21 AZN idi. Təmizlik və otağın təravətinə söz ola bilməz. Elə oteldə 6.9 euroya səhər yeməyi yeyə bilərsiz. Mən çox bəyəndim. Oteldən Dunay çayına 5 dəq-lik piyada yoldur;Ilk dəfədir bu qədər uzun yazı yazdım, ümid edirəm cansıxıcı yox, yararlı oldu.P.S. Hər iki ölkəni səyahət etməzdən əvvəl Orel və Reşkanın 4 buraxılışını (travel & shopping) və digər bloggerləri izləmişdik. Deyirdilər Avropa acından ölür :-) gedib gördük ki, həqiqətən "ajından ölürlər".Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunay Xurremi Xurremi

2015 dəfə oxunub

Mil kartları. Hansı yaxşıdır?

Son zamanlar Azərbaycan bankları arasında sanki mil kartlarının rəqabəti yaşanır. Demək olar ki, bütün kartlar ingiliscə “miles” olaraq adlandırılır. İndiyə kimi Premium Bankın (eks SW Bank) AZAL ilə müştərək “AZAL Miles” kartı var idisə, indi PAŞA Bankın Türk Hava Yolları ilə birlikdə “Miles&Smiles” kartı, Unibankın “Unimiles”, Kapital Bankın “Birkart Miles” və Beynəlxalq Bankın “IBAMiles” kartı da bu sektorda bazara təqdim olunub. Hər bir kartın isə öz fərqli xüsusiyyəti var. Gəlin, lap əvvəldən başlayım.PAŞA BANK MILES&SMILESPAŞA Bank-ın Türk Hava Yolları ilə birgə təqdim etdiyi mil kartı Miles&Smiles-dır. Miles&miles Türk Hava Yollarının loyallıq proqramıdır və kifayət qədər inkişaf edib. Kart premium seqment üçün nəzərdə tutulub. Burda da AZAL Miles-da olduğu kimi millər kartdan edilən ödənişlər əsasında hesablanır və THY Miles&Smiles hesabına əlavə olunur. Qiymət cədvəli aşağıdadır.Yuxarıda göstərilən qiymət birdəfəlik ödənişlə təqdim olunan qiymətdir. Təzəlikcə isə PAŞA Bank Platinum kartı üç illik, ildə 40 AZN, Black kartı isə üç illik, ildə 90 AZN ödəməklə səyahət həvəskarlarına təqdim etdi. Daha bir yenilik də ondan ibarətdir ki, indi həm ölkədaxili, həm ölkəxarici, həm də onlayn ödənişlərdə vahid tarif tətbiq olunur. Elite kartda 1 AZN = 1 mil, Black-da 2 AZN = 1 mil, Platinum-da isə 3 AZN=1 mil. Bu yenilik həm hesablamanı sadələşdirir, həm də ödəniş yerindən asılı olmayaraq daha çox mil qazandırır.Kartın növündən asılı olaraq biznes zallara pulsuz və güzəştli giriş, pulsuz səyahət sığortası, avans millər və s. üstünlüklər verilir.Kartdan asılı olaraq aylıq 500-2000 AZN məbləğini dünya üzrə bütün ATM-lərdə nağdlaşdırmaq pulsuzdur. Bu limiti keçdikdə ölkə üzrə bütün ATM-lərdə nağdlaşdırma 1%-dir. Bu digər kartlarla müqayisədə ciddi üstünlükdür.Həm Türk Hava Yolları ilə etdiyiniz uçuşlarda, həm də THY-nin də daxil olduğu Star Alliance birliyində (Lufthansa, Austrian, United və s.) olan bütün aviaşirkətlərlə uçuş zamanı M&S hesabına millər gəlir.Millərin hesaba yüklənməsi avtomatik icra olunur və Miles&Smiles hesabından bilet almaq thy.com saytında tamamilə elektron formada təqdim olunur.Miles&Smiles loyallıq proqramından artıq 7 ildir istifadə edirəm. Artıq bir neçə dəfə milləri xərcləyərək aviabilet almışam. Misal üçün, 2018-ci ildə 5600 mil və 77 avro xərcləməklə Tiranadan İstanbula biznes klasda uçmuşam. 2016-cı ildə isə 7500 mil və 123 TL ödəyərək iki nəfərlik Trabzon-Antaliya bileti almışam. Əlavə olaraq, qazanılmış millərə aviabilet deyil, https://shopandmiles.com/ saytından geyimdən tutmuş, elektronika məhsullarına kimi ala bilərsiniz. Miles&Smiles haqqında yazının sonundakı linkdən oxuya bilərsiniz.Qeyd etməliyəm ki, yuxarıda sadaladığım xüsusiyyətlərlə PAŞA Bankın mil kartları favoritlərim arasındadırlar.Ətraflı məlumat: www.miles.pashabank.az/az/mehsullarPREMIUM BANK AZAL MILESPremium Bank-ın (eks SW Bank) Classic/Standart, Gold, Platinium və Black Edition Miles kartları var. Aşağıdakı cədvəldə kartlar haqqında məlumat var.Premium Bank-ın proqramı AZAL Miles loyallıq proqramına bağlı olduğu üçün, qazanılmış millər AZAL Miles hesabınıza yüklənir. Yüklənmə intervalı hər 100 milə görədir. Yəni kartla 100 millik əməliyyat edəndən sonra millər hesaba yüklənir. Siz millərlə bilet almaq üçün Premium Bank-a yox, AZAL-a müraciət edəcəksiniz. Amma millərlə bileti tam yox, aviaşirkətin qoyduğu qiyməti əvəzləyə bilirsiniz, aeroport yığımı və vergi rüsumları ödəməlisiniz. Misal üçün, Bakı-Ankara-Bakı biletinin cəmi qiyməti 484 manatdırsa, onun 310 manatı AZAL-ın biletə qoyduğu qiymət, 174 AZN isə aeroport yığımı və vergi rüsumudur. Siz 1500 mil + 174 AZN ödəyərək Bakı-Ankara-Bakı biletini ala bilərdiniz. 1500 mili qazanmaq üçün Visa/Mastercard Gold kartınızla ən yaxşı halda (hamısı xarici ölkə əməliyyatları olsa) 10500 AZN-lik əməliyyat etməlisiniz. AZAL-da ən çox mil tələb olunan uçuş isə Bakı-Nyu York-Bakı reysidir. Bu reys üçün 7100 mil + 250 AZN (aeroport yığımı və vergi rüsumu) tələb olunur. Qazanılmış millər hesabda 3 il qalır.Premium Bank-ın mənə görə zəif tərəfi filialların və cash in aparatlarının az olmasıdır.AZAL Miles kartlarının əlavə üstünlükləri:Platinium Kart istifadəçiləri şengen zonasına pulsuz sığorta və Bakı aeroportunda “Salam Lounge” zalından bir dəfəlik pulsuz istifadə qazanır.Master Card Black Edition kartı istifadəçiləri isə, pulsuz “Priority Pass”, səyahət sığortası və Master Cardin xüsusi dəstək xidmətlərini əldə edir.AZAL ilə hər uçuş da mil qazandırır.Premium Bank ATM-lərində nağdlaşdırma: 0.7% Min. 1 USD, AZN, EUR, GBP“AZAL Miles” haqqında bu linkdən ətraflı öyrənə bilərsiniz: https://www.premiumbank.az/az/for-life/miles-kartlar/miles-kartlar-types/UNIBANK UNIMILESUnibankin unimiles kartinin 3 illik istifadə qiyməti 100 manatdir və kart alan kimi 1000 “salamlama” bonusu verilir. Azal miles kartindan fərqli olaraq burda prinsip bir az fərqlidir. Unibankin partnyor mağaza, dükan, kafe/restoran və s. Iaşə obyektlərində unimiles karti ilə ödəniş edəndə daha çox bonus qazanirsiniz, misal üçün partnyordan asili olaraq 100 manatliq ödənişə 1650 milə (bonusa) kimi qazana bilərsiniz, ortalama isə 250-500 mildir, amma qeyri partnyor ödənişlərində hər 100 azn ödəniş üçün 10-50 mil verilir. Beləliklə, 500 manatliq aviabileti almaq üçün hesabinizda 25000 mil olmalidir. Amma bu 25000 mili qazanmaq üçün nə qədər pul xərclənilməsi lazim olduğunu dəqiq hesablamaq mümkün deyil. Aviabileti kartinizdaki olan pulunuzla alirsiniz, sonra bank sizin pulu karta qaytarib mil hesabinizdan çixir. Əlavə üstünlük kimi kartin pul qaliğina illik 3%-dək əlavə olunur, aeroporta pulsuz taksi, səyahət siğortasi, pulsuz hesabdan çixariş və bankdan məktub xidmətləri təqdim olunur. Nağdlaşdirma, pul köçürmələri, komunal, mobil ödənişlər, stasionar telefonlar, internet/tv xidmət ödənişləri, birja – forex əməliyyatlari, kredit üçün kartdan ödəniş olanda millər hesablanmir. Unibank atm-lərində nağdlaşdirma faizsizdir. Unimiles haqqida ətrafli: https://www.unibank.az/az/cards/view/41KAPITAL BANK BIRKART MILESKartın üç illik qiyməti 80 manatdır, MasterCard verilir. Bu kartda mil qazanma prosesi təxmini AZAL Miles kimidir. Yəni ödənişlərə müvafiq millər verilir. Millər aşağıdakı qaydada hesablanır.Kartın əlavə üstünlüyü hər üç valyutada hesab təqdim olunması, hesab qalığına millərin hesablanmasıdır (illik 2%). “Birkart Miles” kartı ilə 500 manatlıq aviabilet almaq üçün hesabınızda 32500 mil olmalıdır. O milləri qazanmaq üçün ən yaxşı halda (hamısı xarici ölkə əməliyyatları olsa) 21666 AZN pul xərcləməlisiniz. Əvvəlcə aviabileti kartınızdakı vəsait hesabına alırsınız, sonra isə həmin məbləği müvafiq olaraq millərlə əvəz edirsiniz.Kapital Bank debit kartdan başqa “Birkart Miles” kredit kartını da təqdim edib. Burda illik xidmət haqqı 35 manatdır, üç illik verilir. Karta 10000 AZN-ə kimi limit, 40 günə kimi güzəşt müddəti verilir.Əlavə olaraq onu da qeyd edim ki, Birkart millərini Türk Hava Yollarının Miles&Smiles millərinə də çevirmək mümkündür. Belə olan halda 2 Birkart mili = 1 THY mili kimi hesablanır.Kapital Bankın ATM-lərində nağdlaşdırma: 1,5% (min 2,00 AZN/USD/EUR)Debet kart haqqında ətraflı: https://kapitalbank.az/cards/birkart-miles-debetKredit kartı: https://kapitalbank.az/cards/birkart-milesBEYNƏLXALQ BANK IBAMILESƏn yeni təqdim olunan mil karti isə beynəlxalq bank-in “ibamiles” kartidir. Təqdimati pandemiya dövrünə düşdüyü üçün çox səsküy salmadi, hətta yeni məhsulun “landing page”i də sanki “ürəksiz” hazirlanib. Kartin iki növü var: “iba miles” və “iba miles premium”. Digər kartlardan fərqli olaraq burda millər ilə həm aviabilet, həm də otel rezervasiyasi almaq olar. Ölkədaxili və ya ölkəxarici fərq etmir. Millərin xərclənmə qaydasi: 65 mil = 1 azn. Qiymət cədvəli aşağidadir:Beynəlxalq bankin atm-lərində 15000 azn-dək nağdlaşdirma pulsuzdur.Kartlar haqqinda ətrafli məlumat: https://www.ibar.az/az/individual/plastic-cards/miles-kartlar/iba-miles-mc-world/https://www.ibar.az/az/individual/plastic-cards/miles-kartlar/iba-miles-mc-black-edition/Uzun zamandir səyahət etməyimə baxmayaraq heç vaxt mil kartlarindan istifadə etməmişdim. Aprel ayinda turizm sərgisində azal-in stendində latoreya qalibi oldum və sw bankin gold kartini aldim. Abş və kanada səfərim öncəsi bu mənə yaxşi hədiyyə oldu, daha sonraki xarici səfərlərdəki ödənişlər və azal ilə üç uçuş hesabima yaxşi mil verdi, gələn yay 164 azn ödəyib pekinə gediş-gəliş bileti alacam. Ümumiyyətlə düşünürəm ki, mil karti mütləq hansisa aviaşirkətlə əlaqəli, aviaşirkətin sadiqlik (loyalty) proqraminin bir hissəsi olmalidir. Əks halda bu sadə bonus kartindan başqa bir şey deyil. Əlavə olaraq mil karti debet yox, kredit karti olmalidir ki, daha çox istifadə olunsun. Əks halda məhsulun uğur tapmasi çətindir.Ps. Türk hava yollarinin miles&smiles proqrami haqqinda burdan oxuyun.pss. Yazını bəyəndinizsə paylaşın ^)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Azər İsmayılov

11088 dəfə oxunub

Avropada alış-veriş - Gəzəyən məsləhəti

Əhvalımın saz vaxtında gəlin sizə bütün qadınların cənnəti, kişilərin qorxulu yuxusu olan şoppinq-dən danışım. Avropada şoppinqi siz məndən soruşun. Di başladıq. 6 ilə yaxın vaxtdır ki bizim hamımızın çox sevdiyi Zara mağazalar şəbəkəsinin vətəni olan İspaniyada yaşayıram. Zara, Massimo Dutty, Stradivarius və sair mağazaların daxil olduğu İnditex firması dünyanın ən varlı şirkətlərindən biridir və pandemiya dövründə ən yaxşı qazananlardan biri olub. Haşiyə olaraq deyim ki, məhz bu şirkətin sahibi İspaniyada döş xərçəngi müalicəsini pulsuz edən insandır. Zamanında çox kasıb anası bu xəstəlikdən öldüyü üçün bu şəxs İspaniyada döş xərçənginə yaxalanmış qadınların müayinə və müalicəsinə hər il milyonlarla avro pul ayırır. Deməli, Zara dediyimizin bir üst seqmenti Massimo Dutty, bir alt seqmenti isə Letfies adlı şəbəkədir. Digərləri isə törəmə şirkətlər olub ayrıca fəaliyyət göstərirlər. Bu barədə İnternetdə oxuya bilərsiz. İspaniyadakı Zara , MD və Letfies (zatən Letfies ancaq yerli bazar üçündür, digər Avropa ölkələrində görməmişəm) kolleksiyası Avropanın digər ölkələrindəki ilə eyni deyil. İspanlar bir az daha rəngarəng, açıq-saçıq və qaraçıvari geyimləri sevir deyə, onların zövqləri məsəlön daha qapalı geyinən Türkiyə və ya daha isti geyinən Almaniya ilə eyni deyil. Azərbaycanlılr üçün ispan Zarası elə də cəlbedici olmayacaq (bəzi baza geyimləri çıxmaq şərti ilə). İspan Zara-sı ildə 4 dəfə endirimlərə gedir ki, bunların ən ləzzətlisi qış (7 yanvar-1 mart) və yay (1 iyul-31 avqust) endirimləridir. Beyni yanır adamın. Ümumiyyətlə, dediyim iki dövrdə İspaniyada bütün (!) mağazalarda 50 faizdən başlayan endirimlər olur. Burada satış siyasəti bu sezonun məhsulunu gələn sezona saxlamamaqdır. Satılmayan mallar isə stoklara gedir, online satışa buraxılır, daha bahalı olanlar outletlərə, daha ucuzlar isə üçüncü dünya ölkələrinə, habelə bizə gəlir. İspaniyada şopping etmək ayrıca zövqdür, çünki digər Avropa ölkələrindən fərqli olaraq, burada satıcı sizi girinc etmir. Öz əlin, öz başın, istədiyin kimi gəz. Bu arada, Zara endirimləri digər mağazalardakı endirim dövrləri ilə eyni deyil. Mağazaların bir küncündə həmişə qiyməti ucuzlaşdırılmış mallar var. İnsanlar daha çox app vasitəsilə online alır, sonra həmin malları ən yaxın mağazaya sifariş edir, istəsə orda, istəsə evdə geyinib baxır, bəyənməsən rahatca gedib qaytarırsan. İspaniyada outletlər və Primark. Primark deyəndə yadıma Londonakı hadisə düşür. Avropaya ikinci səfərimdə Primarkla tanış oldum və yaşıl turist olaraq aşiq oldum. İlk gedişimdə alış-veriş dənizində boğulurdum ki, birdən qulağıma doğma səs gəldi: Tomaa, davay hər uşağa bir aqqaş alaq, yoxsa qohumlara hədiyyə çatdırmaq olar? Bura zor ucuzdur!Sizi kədərləndirim: Primark artıq elə də ucuz deyil. Bu yaxında getmişdim, mən oradan uşaqlara alt paltarı alıram. Üst geyimi indiyədək 2-3 dənə almışam və geyinmirəm deyə kiməsə vermişəm. Birincisi, çox pis qoxuyur. İstəsəz lap 5 qat tər zadından çəkin, xeyri yoxdur. Material çox ucuz və keyfiyyətsizdir. İkincisi, qiymətlər bahalaşıb, artıq o keyfiyyət üçün mənə baha gəlir, Letfies və ya C&A daha yaxşı variantlar təklif edir. Üçüncüsü, çeşid maraqsızdır. Outletlər isə konkret Madriddən danışsaq, şəhərin kənarındadır. 3 cür outlet var: brand malların (Versache, Burberry flan), orta segment: (Trucco, Massimo Dutty, Cortefiel), aşağı seqment: hər şey. Mən daha çox ortaya gedərdim, çünki mənə daha uyğun idi. Bahalı brandlər olana isə qış və yay endirimində gedirdim, onda da istədiyini tapmaq çətin, amma mümkündür. Endirim vaxtı ilk 10 gündə getmək məsləhətdir. Sonra seçilmiş mallar qalır, amma bu zaman da endirim faizi artır. İlk 40-50 faizdə maraqlı bazarlıq etmək olur, sonra isə, ya Allah, artıq bəxtinə baxır.Mən başqa Avropa ölkələrinin qı endirimində olmuşam (Latviya,Polşa, Danimarka), amma İspaniyadakı çeşid bolluğu yox idi. Milanda olmamışam heç outletdə, yalan deyərəm. İspaniya çox ucuzdur geyim barədə. Xüsusilə, yerli brendləri olarsa. Bir outletdə bütün gün keçirmək olar. Restoran və kafelər də var. Səvyəli))Madriddə maraqlı outletlər bunlardır: Factory Outlet Getafe, Factory outlet San-Sebastian, Outlet Las Rozas. Bu arada, İspaniyada məşhur və ən böyük alış-veriş mərkəzi olan El Corte İngles var ki, onun da stokları yuxarıda adını çəkdiyim outletlərdə var. Amma məhz orda çox axtarıb əla məhsullar tapa bilərsiz. Pomada ləkəsi olan, düyməsi qopan, amma realda qiyməti dəfələrlə baha geyimləri 2-3 dəfə ucuza almaq olur. Uğurlar!

2345 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!