601 dəfə oxunub

Gəzənfərd 1. - Erasmus+ proqramları vasitəsilə Avropanı pulsuz gəzmək

Gəzənfərdin 1-ci buraxılışında qonağımız Jalə Ələkbərova ilə Erasmus+ (erasmus, EVS (European Voluntary service), YIA (Youth in Action) proqramları vasitəsilə Avropanı pulsuz gəzmək haqqında danışdıq. Bəyənsəniz videonu paylaşmağı və kanalımıza abunə olmağı unutmayın.

[youtube https://www.youtube.com/watch?v=e-GC81RXrU0&w=560&h=315]

DİGƏR BLOQLAR

Trabzon, Rizə - Qaradəniz (Karadeniz) turu

Hamıya salam. Ümid edirəm ki, hər şey yaxşıdır, dostlar. Sizə yaxın zamanda getdiyim, Covid-19 pandemiyasından sonrakı ilk turumdan, Karadeniz səyahətimdən danışmaq istəyirəm. Əvvəlcə, onu deyim ki MÖHTƏŞƏM idi.İstanbuldan Qaradənizə təyyarə ilə 1,5 saata getdik, Pegasusun işçiləri bizlərə necə həsrət qalmışdılarsa, yüksək əhval - ruhiyyə ilə qarşıladılar və yola saldılar bizi, hələ pilotu demirəm. Amma nə HES kodunu yoxladılar, nə maska verdilər, nə də əllərimizi dezinfeksiya etdirdilər. Bu belə. Bileti gediş-dönüş 645 tl’yə aldıq. Havalimanına gəlib elə oradaca maşın icarəyə götürdük. (Şirkət: Esas), Dacia Duster (5 gün 650 tl + 1000 depozit), məsləhətli maşındır. Çalışın 4x4 olmasa da yaylalara çıxacaqsızsa, hündür maşın götürün.Ümumiyyətlə, maşın icarəyə götürmək bu tur üçün ən yaxşı variantdır. Dizel motor - ortalama 5 günə 470 tl pulumuz çıxdı. Maşını alıb birbaşa Rizəyə otelimizə (Keleş otel) getdik. Rizə şəhərini heç sevmədim. Hər gün bir oteldə qaldıq. Və sezon olmadığı üçün sifariş rezervasiyası etmədim, hamısını zənglə sifariş etdim və gedib, yerində görüb, dəyərləndirib elə qalmağa qərar verdim. Bron qiymətləri ucuz, amma telefon qiymətləri baha idi. Qısaca, çənə döymək lazımdır. Otel pis deyildi, lakin çox əksikləri vardı, səhər yeməyi isə yaxşı idi. Şəhərin mərkəzində olduğu üçün bir gecə orada qaldıq. (200 tl ) Həmin gün Fırtına dərəsinə getdik, orada Eveli Cafe var. Rizedə 3 gün qaldıq və səhər yeməkləri yaxşıdır deyə hər gün bu kafeyə gəldik. Zipline 20 tl -e, rafting isə 70 tl - dir. Rizedə 3-4 yemək çeşiti var - ızgara, alabalık və s. Osmanlı restoranı da məsləhətlidir. Qiymətlər isə çox münasib idi. İki nəfərlik yemək hər yerdə ortalama 100 liraya başa gəlirdi. Deyildiyi kimi Ayder yaylasında və ora gedən yolda təmir işləri gedirdi. Hər gün sadəcə 1 saat vaxt verilir ora getməyə. Biz getmədik. Birdən oralarda otel rezerv edərsiniz, etməyin. Ikinci gün getdik Pokut Yaylasına, çoooox bəyəndim. Havası təmiz, buzz kimi. Az insan çox huzur:)Iki gün Oris Green oteldə qaldıq, çox gözəl və təmiz idi. Oteldə bizdən başqa müştəri yox idi və otel sahibləri çox şirin insanlar idi. Üçüncü gün yenə oteli dəyişib, bu səfər də Kotit Bungalowda qaldiq. Oranın ambiansı bir başqa idi. Kaş ki daha çox vaxtım olardı və bir günümü heçnə etmədən orada keçirərdim. Bir gecəsinə 500 lirə ödədik, hər bungalow max 4 nəfərlikdir, 2 mərtəbədir. Üç gün gedib Huser Yaylasında qaldıq. O məşhur sis dənizi olan yaylaya, amma təəssüf möhtəşəm buludları görə bilmədik. Huser yaylasına gedən yol ürkütücü və qorxuludur. Dua edə - edə çıxıb düşmüşük. Dəyərdi mi? Dəyərdi. Hələ o yelləncək. 10 lirəyə istədiyin qədər uç. Yaylada dağların mənzərəsi başqa gözəl olur. Yaylalara gedib-qayıtmaq xeyli vaxt alır. Məncə, bir gündə 2 yayla gəzmək olar. Maşın yoxdursa, turlarla da gedə bilərsiniz. Dördüncü gün günorta Uzungölə getdik, yola 2 saat vaxt sərf etdik. Orada İnci oteldə qaldıq, səhər yeməyi (yaxşı deyildi) daxil 200 lirə, otağımız gəşəng idi.Uzungöldə vaxtımız az olduğundan sadəcə Karestel yaylasına getdik, yeməyimizi də Ada restoranında yedik (çox bəyəndim). Beşinci gün Trabzona getdik, orda da Cemil Hoca’ya axşam yeməyinə getdik (10 numara 5 yildiz), qaldığımız otel isə Hanzade Park Hotel (çox bəyəndim), 200 tl. Trabzon Rizədən daha maraqlı idi, downtown hərəkətli idi, Boztepe pis deyildi. Sümela bağlı olduğundan getmək məsləhət görülmedi. Belə belə işlər. Bir sözlə kim deyir ki, Rize, Trabzon maraqsızdır, inanmayın. Mən daha çox vaxtımın olmağını və daha çox kəşf etməyi arzulayırdım.Bildiyim yerlərdən suallarınız olsa, sevə -sevə cavablaya bilərəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Afshan Babazade

1989 dəfə oxunub

25 günlük Avropa gəzintisinin "ƏN"-ləri

Sonuncu Avropa turumu necə planlaşdırdığım və nə qədər xərc çıxması barədə çoxsaylı suallar gəldiyindən ümumiləşdirib post yazmaq qərarına gəldim. Otel xərcləri müxtəlif olduğu üçün onları yazmayacam. Amma istəyənlər üçün məsləhət görəcəyim otellər var.1) Bakı-Tbilisi - 35 avro - 1 saat (buta)2)Tbilisi-Kutaisi - 7 avro - 4 saat (Georgianbus)3)Kutaisi-Roma - 70 avro(wizzair baqajla) - 4 saat, Romada 4 gün4)Roma-Venesiya-40 avro (Qatar-Trenitalia- 8 saat) gecə qatarında 4 yataqlı kupedə getdik. Gecə saat 12-də Roma Terminidən çıxır və səhər 8-də Venesiyaya çatır. Beləcə şəhərlər arası səyahət xərcinə 1 günlük otel xərci aradan çıxır və rahatca yatıb yuxunuzu ala bilərsiz), Venesiyada 2 gün5)Venesiya-Milan-15 avro-2 saat (Qatar Trenitalia)-Milanda 1 gün6)Milan-Lisbon-40 avro-(Ryanair)-3,5 saat , oturacaq seçimi ilə birlikdə, gecə uçuşu olduğundan 1 gecəlik otel xərci yenə də cibimizdə qaldı.7)Lisbon-Sintra-Roka burnu-Cascais-Lisbon (Qatarla-15 avro) Lisbon 3 gün, digərləri üçün 1 gecə 2 gün8)Lisbon-Azor adaları-40 avro-2,5 saat (Ryanair) -Azor adalarında 7 gün-Uçuş saatları otellerin check in-out saatları arasında olduğu üçün çox rahatdır.9)Azor-Porto-30 avro(Ryanair)-2,5 saat, Porto-1 gün-1 günə burdan doymadıq, ən az 2-3 gün keçirmək lazımdır.10)Porto-Barcelona - 10 avro-1 saat (Ryanair)-Barcelona 4 gün11)Barcelona-Palma de Mallorca-9 avro-50 dəqiqə (Ryanair) Mallorcada-2 gün12)Palma de Mallorca-İbiza-30 avro-(AirEuropa)-30 dəqiqə-İbiza 1 gecə 2 gün-doymadıq.13)İbiza-Barselona-15 avro(Ryanair)-50 dəqiqə14)Barselona-Kutaisi-90 avro-uçuş--5 saat (wizz air)-baqajla birlikdə15) Kutaisi-Tbilisi- 7 avro (Georgianbus)-4 saat16)Tbilisi-Baku-30 avro(Buta)-1 saatBeləliklə təxminən 25 gün ərzində bütüb nəqliyyata çəkilən ümumi xərc- 480 avro. (2 uçuş və 1 qatarla səyahət gecə olduğu üçün 3 gecə otellərə pulumuz çıxmadı.)-Eyni tarixlərdə Bakıdan İtalyaya tək gediş-dönüş biletinin qiyməti 600 avroya yaxın edirdi.-Bütün uçuşlarda 10kq-a qədər çiyin sumkasını pulsuz içəri keçirdik. Bundan əlavə dostumla xərcləri yarı yarı bölüşüb 1 dənə də əlavə baqaj aldıq.-Ryanair ən sevdiyim low cost oldu. 10-a yaxın uçuşun heç birində çiyin sumkasını yoxlamadılar. Ryanairdə bütün uçuşlarda oturacaqı da özümüz seçdik və yuxarıda yazılan qiymətə daxildir.-Ryanairdə camaat 2 çiyin sumkasını belinə asıb (hər çiyin sumkasının 1 qulpunu) rahatca içəri keçirirdi.-Bütün uçuşları, gediləcək şəhəri səyahətdən 1 ay əvvəl özüm planlaşdırdım, Avropa daxili uçuşlar üçün skyscanner və ryanai applardan istifadə etdim. Otellərin hamısını booking.com-dan bron etdim və oteldə ödəmə varinatını seçdim.Mənim fikrimcə:-Ən tarixi şəhər-Roma-ən sevdiyim şəhər-Lisbon-Səyahətin ən möhtəşəm yerləri-Azor adaları, Sintra, Cascais və nisbətən Venesiya (Portuqaliya ümumiyyətlə candır)))-Ən böyük xəyal qırıqlığı-Barselona-Ən əyləncəli-İbiza və Mallorcada Magaluf şəhəri-Ən dadlı çaxırlar-Roma və Porto-Ən dadlə yeməklər-Lisbon və Azor adaları-Ən möhtəşəm mənzərə-Sete Citades və Lagoa de Fogo gölləri-Ən möhtəşəm abidə-Sagrada Familia-Ən ucuz yer-Lisbon, Magaluf və Azor adaları-Ən bahalı-Barselona[gallery ids="1987,1986,1985,1984,1983,1982" type="rectangular"]Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

674 dəfə oxunub

Qatarla Londona səyahət

Londondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Çıx qatar yoluna, məni qarşıla.. Amsterdam-London səyahətiBu həftəsonu on beş illik Amsterdam macərama nöqtə qoyub Londona çörəkpulu qazanmaq üçün yola düşdüm. Bilet aldığım ərəfədə təyyarə biletləri sərf eləmirdi Londondaki hava limanlarının evə uzaq olması səbəbilə. Eurostar qatarının Londondaki dayanacağı yaxın olduğu üçün qatarla səyahət qərarına gəldim. Həm də hər sərnişinə istənilən ölçüdə 2 böyük baqaj, bir də əl çantası icazəsi var deyə daha uyğun oldu. Amma gömrükdə heç yoxlamadılar kim nə qədər çanta keçirir.Qısaca Eurostar barədə. 1994-də istifadəyə verilən bu qatar marşrutu Avropada Fransa və İngiltərəni dəmiryolu ilə birləşdirən yüksək sürət qatarlarından istifadə edir. Bakı-Gəncə qatarı qədər bərkgedən olmasa da, saatda 320 km ilə dünyada ən yüksək sürətli qatarlardan sayılır. Sadəcə Eurotunnel bölgəsində, dənizin altında təhlükəsizlik səbəbilə sürəti bir az azaldırlar. Ümumiyyətlə Eurotunnel xüsusilə Böyük Britaniya üçün ciddi əhəmiyyət kəsb edir. Gələn idxalın 25 faizi bu tuneldən keçən ticarət mallarından ibarətdi. Eurotunnel dənizin altından iki tunellə İngiltərə ilə Fransanı birləşdirir və hazırda dünyada ən işlək yolu sayılır: ildə 2.5 milyon maşın, 1.5 milyon yük maşını və 20 milyon sərnişin daşınılan iki tuneldən biri Eurostar üçün nəzərdə tutulub. Tunelin 37 kilometri dəniz səviyyəsindən 100 metr aşağıdadı amma qatarda ümumiyyətlə hiss eləmirsən bunu.Marşrutların şəklini aşağıda əlavə eləmişəm. Amsterdam-London istiqamətində hələki birbaşa qatar yoxdu, amma London-Amsterdam istiqamətində var. Səbəb Amsterdamda Birləşmiş Krallığın gömrük nəzarət nöqtəsinin olmamasıdı. Amma onu da 2019-un sonunda həll edəcəklər deyəsən. Amsterdamdan gedəndə Fransızların Thalys qatarı Brüsselə aparır. Orda düşüb həm Belçika gömrüyündən EU-nu tərk edirsən, 2 metr gedib UK gömrüyündə pasport kontrola girirsən. Avropa Birliyi vətəndaşı olmaq işimə yaradı: normalda non-EU vətəndaşları olan yerdə sıra var idi, amma EU vətəndaşları biometrik pasportla 10 saniyədə kontroldan keçdi. Sonra baqaj yoxlanılır, ardınca da terminala gedirsən. [gallery ids="1200,1199" type="rectangular"]Yeni il ərəfəsində səyahət edənlər çox olur deyə fikirləşirdim ki, adam çox olar, amma kupe demək olar ki bomboş idi. Qatar təmiz, keyfiyyət və s yaxşı idi. Biletdən asılı olaraq kupeyə yeməklər də gətirib xidmət göstərirlər. Amma kupelərin çoxunda restoran-kafe də mövcuddu. Eurostar qatarında mobil app-la kinolar izləmək, kitab oxumaq, maraqlananlar üçün Virtual Reality ilə qatarın balıqlarla əhatələnməsini "görmək" olur. Uşaqlar üçün nəzərdə tutulsa da, böyüklər heç imkan vermir Qiymətlərə gəlincə, mən bir az gec aldım deyə bir tərəf üçün 130 euro ödədim. Amma Amsterdam-London-Amsterdam biletini rahatlıqla 90-100 euroya almaq olar. Amsterdamdan Londona hardasa 4 saat yarım, Londondan Amsterdama 3 saat 20 dəqiqəyə səyahət mümkündü Eurostarla.Qısacası, təyyarə ilə 45 dəqiqəlik yol yerinə maraqlı macəra yaşamaq istəyənlər üçün məsləhətdi PS. Artıq Amsterdam sakini sayılmasam da, ana yurd barədə suallarınızı həmişə olduğu kimi yenə ünvanlaya bilərsiz Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Isa Yusibov

1361 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!