664 dəfə oxunub

Fukuoka (Yaponiya) bələdçisi

Fukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Kimilərinin Anime-lərdən sevdiyi, kimilərinin "Son Samuray" filmindən bildiyi, kimilərinin "Prado" sayəsində sadəcə adını eşitdiyi, hər şeyə rəğmən hər kəsin sevimlisi Yaponiya və ya Yaponiya İmperiyası... İkinci dünya müharibəsinde törətdiyi vəhşiliklərdən sonra tövbə edib düz yola gəlmiş, özünə dünya arenasında yenidən nüfuz qazanmış Yaponiya :))) Vizayla bağlı veriləcək sualları nəzərə alaraq onu deyim ki, viza məsələsini təhsil aldığım universitet həll etdi..Yaponiyaya səfərim akademik idi, Şanxayda təhsil aldığım universitetin dəstəyi və Yaponiya tərəfinin dəvəti ilə Fukuoka və Nagasaki şəhərlərində bir aylıq xüsusi proqram sahəsində oldum...Yaponiya həqiqətən də Anime və Kinolarda təsvir olunduğu kimidir (şəxsən görməsəydim, bəlkə də inanmazdım)...Şəhərlər super təmiz, xidmət sektorunda çalışan insanlar super nəzakətli, nəqliyyat vasitələri super şirin və rahat və hər şey super bahalı :))) Olduğum Fukuoka şəhəri Yaponiyanın 4 ən böyük adasından üçüncüsü olan Kyuşu və ya Küsü adasının paytaxtıdır və Yaponiyada yaşanılacaq ən gözəl və sakit şəhərlərdən bir hesab olunur..Gəzməli yerlərinə gəldikdə isə, Fukuoka şəhər muzeyi (giriş pulsuzdur), Sintoist məbəd və ehramları (pulsuzdur və getməyə dəyər), Hakata Kanal şəhərciyi (getməsəniz də olar), Maizuru və Ohori parkları və Yaponiyanın ən hündür mayakı hesab olunan Fukuoka şəhər mayakına gedib (Şərqi Çin dənizinin sahilində yerləşir) 9 AZN ödəməklə ən üst mərtəbəyə qalxıb bütün şəhəri seyr edə bilərsiniz (getməyə dəyər)..Nəqliyyat vasitəsi olaraq metro və avtobuslardan istifadə etməyə çalışın, taksi məsələsini ümumiyyətlə ağlınızdan keçirtməyin..Avtobusla bir gediş 4 AZN, həmçinin metroda da ən ucuz gediş haqqı 4 AZN-dir..Metroda gediş haqqı məsafəyə görə dəyişir ki, bu az qala bütün dünyada belədir... 25586817_1755164171195280_604871392395978705_o Yaponiya da Çin və Koreya kimi böyük ölçüdə Qərb mədəniyyətinin təsirinə məruz qalıb deyə, bəzi hallarda Asiya ölkəsində olduğunuzu unuda bilərsiniz, hətta Yapon memarlıq üslubunda bina görmək üçün gedəcəyiniz tək yer məbəd və ehramlardır..Dil məsələsinə gəldikdə isə siz "Advanced English" bilsəniz də az hallarda işinizə yarayacaq, çünki çox az yapon ingilisce bilir, amma sizi anlamasalar belə hər cür köməklik edəcəklərinə əmin ola bilərsiniz..Bir çox yerdə hələ də Çin herqolifləri istifadə edirlər deyə mənim üçün rahat oldu..Yemək məsələsi nə gəldikdə isə dəniz məhsulları daha çox yeyilir..Çiy balıq əti qarşınıza çox çıxacaq, ilk başda çiy əti udmaqda çətinlik çəkə bilərsiniz amma tədricən öyrəşəcəksiniz..Çiy at əti də çox məşhurdur..Fukuoka şəhəri ilə bağlı hələlik bu qədər, növbəti status Naqasaki səfərim haqqında olacaq...
Paylaşdı: Vusal Guliyev

DİGƏR BLOQLAR

Arazın o tayı- İran macəraları 2

Poldəşt Azərbaycandır ya İran?– anlamadım! Bakcell orada tuturdu və 3G istifadə edirdim ???? Qonaq olduğum evdə dadlı sübhanə (səhər yeməyi) yedim. Doşablı və cevizli qayğanaq səhər yeməyi üçün əla fikirdi məncə. Demək olar ki, yeməkləri bizim yeməklərlə eynidir. Ancaq, həyatımda yediyim ən dadlı çiyələk mürəbbəsi Poldəştdə oldu. Sapları üzərində qalmışdı və çox şirin deyildi. Onlar da qoz mürəbbəmizi sevdiklərini dedilər.Sonra Maku şəhərinə getdik. Bu nə gözəllik? Bu nə əzəmət? Bir az Kapadokyaya bənzəyir. Orada bizim (insanların) nə qədər balaca olduğumuzu daha asan anlayırıq. Bu böyük dağlar nə çox şeylərə şahid olmuşdu… Deyilənə görə Çaldıran döyüşü də məhz burada baş vermişdi.Sərdar şahın sarayına da getdik. Bu əslində xüsusi bir şah olmayıb, elə insanları talayırmış. Ancaq sarayı gözəl idi. Orada bərpa işləri getdiyi üçün daha çox piknik yeri kimi istifadə olunurdu. Biz də azca gəzib, çıxdıq. Çoxlu gilas yedik ????Gəzintidən sonra şəhərə qayıtdıq. Ancaq bayram olduğu üçün çox restoran açıq deyildi. Burada bayram bir gün qeyd edilir. Yaxşı ki, bizdə çox bayramlar var ???? Novruz bayramı İranda da sevilən bayramdır və uzun günlər qeyd edilir. Onlarda sadəcə Od çərşənbəsi var. Həftənin 6 günü işləyib, cümə günləri istirahət edirlər. Bunu eşitmək üzdü məni. 6 gün işləmək məncə çoxdurHəmin gün İran futbolda qalib gəldi. Çox sevincli idilər. Şəhərdə hamı bayraqlarla şənlik keçirirdilər. Ayağım düşərli olmuşdu ????Çox gözəl təəssüratlarla buradan ayrıldıq. Bu qədər gözəl insanları bir arada görmək çox xoş oldu! İranlılar demiş: Xeyli məmnun qaldım ????İkinci günümüzdə Araza getdik. Arazı burada xüsusi sevirlər. Ətrafında piknik üçün yerlər düzəldilib. Balıq tutmağa icazə verilir. Ümumiyyətlə insanlar bərabər gəzməyə çox çıxır. Arazın ətrafı insanlarla dolu idi.Arazdan sonra tarixi bir kilsəyə getdik. Burada ermənilər çoxdur və çox uzun zamandır yaşayırlar. Həmin kilsə də erməni kilsəsi idi, UNESCO tərəfindən qorunur. Turistlər çox idi. O qədər çox idi ki, insanlar parking üçün yer tapmaqda çətinlik yaranırdı.Monastery of Saint Stepanosİnsanlar həvəslidirlər gəzməyə, birlikdə əylənməyə. Bu çox xoş təsir bağışlayır. Həmən bu kilsədə xoş bir dialoq eşitdim:Bir qadın rəfiqəsinə deyir:Ərimə demişəm, azadlıq gəlsin İrana. Şortik geyinib, şəhərə çıxacam. O isə bu məsələyə yaman hirslənir ????Siz o azadlığa layiqsiniz. Gəlsin!Kilsənin qarşısında piknik üçün xüsusi yer var idi. Hər yer dolu idi. Bir stolda ana və qızı oturmuşdu. Xahiş etdik və onlarla oturduq. Bir az söhbət etdik və biz stoldan qalxanda bizə (əsasən də mənə- qonağa) dərin ehtiramını bildirmək üçün ana və qızı ayağa qalxdılar. Çox utandırdı bu hərəkət məni. Ancaq insanların bu qədər hörmətli olması çox gözəldir. Bu hörmət yaşa görə deyil, insanların bir birinə qarşı olan xoş davranışıdır.Yolda yenə kilsə gördük. Çox gözəl mənzərəsi olan yerdə tikiliblər. Daha sonra yol üstü mağazalara da girdik. Hər şey tapmaq mümkündür. Zara, Mango da var idi. Ancaq bura gələndən sonra mənə daha da aydın oldu ki, brendlər hər ölkənin tələblərinə uyğun paltarlar hazırlayırlar. (çox zərli-zürlü idi)Böyük market gözümə sataşmadı. Çoxu balaca baqqallar idi. Başqa ölkələrdən olan məhsullar da var satışda. Amma çoxu İran istehsalıdır. Hər şey satırlar. Hətta laaaaap hər şey ????Yenə yollardayıq- Xoya gedirik. Günəbaxan tumlarının əsas vətənidir bura. İranda kənd təsərrüfatına, əkinçiliyə xüsusi qayğı ilə yanaşılır. Bütün yol boyu sünbüllər, günəbaxanlar, meyvə ağacları səni salamlayır. Bunları hasara almırlar. İnsanlar da gedib qoparmır. Ancaq könlü istəyən qopara da bilər azca.Qohumlarımızı ziyarət etdikdən sonra, Puriyayi Vəlinin məqbərəsinə getdik. Keçmiş zamanlar da həm şair, həm də pəhləvan olub. Ürəyi çox təmiz insan olub, mərdliyi ilə seçilirmiş. Haqqında bəzi rəvayətlər də var:Bir gün Puriyayi Vəli bir pəhləvanla yarışa çıxacaqmış. Həmin Pəhləvanın anası da onu izləməyə gəlib. Bunu bilən Vəli, bilərəkdən pəhləvana uduzub. Çünki ananın oğlu ilə fəxr etməsi onun qalibiyyətindən daha önəmli idi…Sonra, Şəmsi Təbrizi məqbərəsinə getdik. O, Mevlana ilə çox yaxın dost olub. Hətta Mevlananın fikirlərinin tam formalaşmasında Şəmsin ona güzgü rolunu oynadığını da qeyd etmək istərdim. Deyilənə görə, Şəmsin məqbərəsinə Mevlananın nəvəsi dərin ehtiramını göstərmək üçün ayaqqabılarını çıxarıb, gedib.Ey aşk! Seni senelerce yaban ellerde, hoyrat dillerde aradım. Oysa bendeymişin bilememişim. Oyalanmışım. Kalakalmışım. Şemsi TebriziŞəmsi Təbrizinin məqbərəsində bir şey də diqqətimi çəkdi. Uzun binanın üzərində heyvan buynuzları vardı. Bu buynuzların nə anlama gəldiyini soruşdum.Səfəvilər zamanında, Şah İsmayıl Xətai buraya gəlib və 40 gün burada qalıb, şikar edib. Daha sonra həmin şikarların buynuzlarını buraya asıb ki, hamı onun qüdrətindən xəbardar olsun.Daha sonra yavaş-yavaş əsas mənzil Urmiyəyə yola çıxdıq. Orada nələr oldu? Bunu bilmək üçün azca da səbr edin ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunel Yashar

693 dəfə oxunub

Günəşin şəhəri - Madrid bələdçisi

Günəşin şəhəri - Madrid İspaniyaya gedən birinə "axı sənin orada nə işin var?" sualını verə bilərsiniz Ötən il pandemiyanın ciddi zərbə vurduğu, minlərlə insanın vəfat etdiyi İspaniyada sərt karantin rejimi tətbiq olunmur.Restoranlar, otellər və ticarət mərkəzləri açıqdır. Küçədə maska taxmaq şərtdir və gecə 11-də komendant saatı başlayır. Amma Madridin mərkəzində buna əməl edənlər o qədər də çox deyil.İndi isə səfər barəsində vacib məlumatlar.SƏFƏRDƏN ÖNCƏ VACİB MƏLUMAT:Avropa İttifaqı ölkələrindən İspaniyaya rahatlıqla getmək olur. Səfərdən öncə 72 saat qüvvədə olan COVID-19 PCR testini vermək lazımdır. Uçuşdan öncə İspaniya Səhiyyə Nazirliyinin saytında qeydiyyat keçmək lazımdır. Daha sonra nazirlik qeydiyyatdan keçən hər kəsə fərdi QR kod göndərir. Bu kodu yükləməlisiniz, çünki hava limanında yoxlayacaqlar.UÇUŞ:Varşavadan Madridə və əks istiqamətə WizzAir-lə uçdum. Gediş-dönüş biletinin qiyməti 80 avro oldu. Qeyd edim ki, biletə yalnız bir əl yükü daxil idi. Madridə endikdə prosedur çox sadə oldu. QR kod yoxlanıldı və ötəri test nəticəsinə baxdılar (öncədən Polşada diqqətlə yoxlanılmışdı).Hava limanından şəhərin mərkəzində avtobuslar gedir. Əgər mərkəzə gedirsinizsə, "Cibelles" meydanına gedən avtobusa minməlisiniz. Avtobusda gediş haqqı 5 avrodur və tez zamanda Madridn mərkəzinə çatır. HARADA QALMALI?İspaniyada "hostal" adlandırılan, amma tipik hostellərə bənzəməyən, fərdi vanna otağları olan, lazımi avadanlıqları olan qonaqlama yerləri var. Hostalda səhər yeməyi və otaqda soyuducu olmur. Amma qalan hər şey otel otağındakı kimidir. Mən şəhərin tam mərkəzində Gran Via küçəsində hostal tapmışdım. Şəhərin mərkəzi Plaza Mayor meydanına piyada 10 dəqiqəlik məsafədə yerləşirdi. GÖRMƏLİ YERLƏR:Madrid incəsənət və futbolun şəhəridir. Prado Muzeyi və Reina Sofiya Muzeyi şəhərdə turistlərin ən çox üz tutduğu yerlərin başında gəlir. Pradoda dünya incəsənətinin incilərini, daha dəqiq desək Qoyanın, Rembrandtın, Velaskesin, Karavacionun əsərlərini görmək mümkündür. Pikasso və Dali həvəskarısınızsa, Reina Sofiya muzeyinə getməlisiniz.Nəzərə alın ki, hər iki muzeydə şəkil çəkmək qadağandır və hər küncdə nəzarətçilər dayanır Futbolu sevib-sevməməyinizdən asılı olmayaraq, Santiaqu Bernabeu Stadionuna getməyinizi məsləhət görürəm. Stadionda təmir işləri getsə də, tribunanın bir hissəsi və muzey turistlər üçün açıqdır. Həftənin bütün günləri gəlmək mümkündür.YEMƏK:İspan mətbəxi zəngindir və bəzi yeməklərin dadı doğma gələ bilər)))Əsasən düyü, kartof, toyuq əti, zeytun yağı və balıqdam istifadə edirlər. Donuz ətindən olan yeməklər də kifayət qədərdir. Bu baxımdan, yemək sifariş edərkən, mütləq qaydada hansı ətlərdən istifadə olunduğunu dəqiqləşdirin.İSPANLAR VƏ ÜNSİYYƏT:İspanlar çox istiqanlı millətdirlər. Hər kəs çox rahatdır və öz işindədir. İspanlar yardımsevərdirlər. Sual verdikdə əllərindən gələni edib kömək edirlər. Hər il milyonlarla turistin gəlməsinə baxmayaraq, İspaniyada ingilis dilinin səviyyəsi o qədər də yüksək deyil. Bəzi hallarda şəhərin mərkəzindəki restoranlarda ofisiantlar ancaq ispan dilində danışırlar. Buna rəğmən İspaniyada ünsiyyətdə problem olmur. Çünki qarşılarında olan insanı stresə salmırlar, səbrlə izaj etməyini gözləyirlər. QEYD: Madridin gəzmək üçün ən yaxşı vaxt yaz erkən payızdır. Yayın çox isti keçdiyi deyilir.Bir sözlə, Madriddə pandemiya və onun gətirdiyi çətinlikləri unutmaq üçün hər şərait yaradılıb. Sağlam olun! :) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Suliddin Baghirov

1306 dəfə oxunub

İspaniyanın gözəl şəhərlərindən - Sevilya

Sevilyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İspaniyanın ən gözəl şəhərlərindən biri olan Sevilyadan post paylaşmasam günah olardı. Niyə Sevilya? Çünki Sevilya rəngli, öz ruhu olan bir bölgənin, yəni Əndəlüsün paytaxtıdır, flamenkonun vətənidir. 800 il ərəblərin hakimiyyəti altında olan, Əndəlüs ruhunu ən gözəl duya biləcəyiniz, mədəniyyəti, yeməkləri, ab-havası ilə nağıl kimi bir şəhər...Həm də liman şəhəridir Sevilya. Guadalquivir çayının ikiyə böldüyü, bir tərəfində şəhərin əsas hissəsi, tarixi mərkəzi, digər sahilində isə rəngli evləri ilə Triana bölgəsi…İstəsəniz velosiped kirayələyib sahil boyunca gəzə, istəsəniz, 1 saatı 20 Dollara olan gəmi turlarından yararlana bilərsiniz. Çay kənarında ilk olaraq sizi şəhərin simvollarından olan Torro Del Oro - qızıl qüllə qarşılayır. Qüllənin inşasında samandan istifadə olunub, günəşdə samanların qızıl kimi parıldamasından dolayı belə adlanır. Bu qala bir zamanlar məşhur İspan yazıçısı Servantesin də həbs edildiyi bir yerdir. "Don Kixot" əsərinin yazıldığı zindan. Qalananın digər bir önəmi isə Xristofor Kolumbun Amerikanı kəşf etməyə gedərkən səfərə çıxdığı yer olmasıdır... Sevilya həm də 100-dən çox operanın yaranmasına ilham verən bir şəhərdir.Elə təkcə Espana meydanına görə də Sevilyaya aşiq olmaq olar. Bu meydana “İspaniyanın Venesiyası” da deyə bilərik. 1928-ci ildə açılan bu meydanda süni göl və üzərində körpülər salınıb. Qayıqlarla göldə tur ataraq körpülərdən keçəndə Venesiya imitasiyası yaranmış olur. İlin hər fəslində rəngli və canlı olan bu meydan Sevilyalıların və turistlərin görüş yeridir.İspaniyanın bir sıra şəhərlərini qarış-qarış gəzəndən sonra Sevilyaya bir başqa vuruldum. Sakit, huzurlu, eyni zamanda bu sakitlik içərisində dinamik bir şəhərdir... Və təbii ki, ən əsası çox rəngli şəhərdir. Triana evlərinin göyqurşağını xatırladan rəngləri, səmanın mavisinin 50 çaları, pambıq buludların bəyazlığı (bəxtimdən hava və buludlar çox gözəl idi) məni bu şəhərə yenidən və yenidən aşiq etdi…Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rena Karimova     

1583 dəfə oxunub

Şəhər bələdçisi - Moskva, St. Petersburg, Minsk, Brest, Lvov, Odessa, Kiyev

Hər kəsə salamlar.Bu yay: Bakı---Moskva---St. Petersburg---Minsk---Brest---Lvov---Odessa---Kişinyov---Kiyev---back to Bakı bu marşrut üzrə aşağı büdcə ilə tək başıma səyahət etdim. Cəmi 481$. Bu postda mən sizə bu şəhələrdəki görməli yerlərdən çox necə getmək olar, nələrə diqqət etməli, sərhəd keçərkən nə soruşdular, onlardan yazmaq istəyirəm.İlk öncə BBAK-dan 100 manata bilet alaraq Bakıdan Moskvaya yola düşdüm. 23 İyulda Bakıdan çıxıb 2 gün sonra Moskvaya çatdım. Moskva---3 gün qaldım. Qısası çox bahalı şəhərdi.Bir yerə getməyin ən yaxşı yolu metrodu. Məhşur yerlərin hamısı demək olar ki, metro Teatralnayada yerləşir. Ostan-Kino isə metro VDNX. 28 İyul 1200 rubla kupeyə (online) aldığım biletlə St. Petersburga yola düşdüm (Leningradski vagzal). Həmin gün axşam üstü ora çatdım. Bura da bahalıqda Moskvadan geri qalmır. Burda da həmçinin ən yaxşı nəqliyyat metrodu. Sizə lazım olan isə Nevski prospekt stansiyasıdı. Ordan başlayaraq şəhəri piyada kəşf edə bilərsiniz.3 Avqustda isə Qatarla Minskə yola düşdüm. Bilməniz gərəkən vacib məlumat isə St. Petersburgdan Avtobusla və ya Blablacarla getmək olmur. Yalnız Rusiya və Belarusiya vətəndaşları. Mən bileti 3030 rubla (online) almışdım (rzgd.ru). Qatar Vİtebski vağzaldan yola düşür. Minskdə o qədər də görməli yer çox deyil. Demək olarki əsas görməli yerlər dəmiryolu vağzalına çox yaxındı. Bir də Minskə 40 km məsəfədə Xatun adlı kənd var 2-ci dünya müharibəsindən qalma maraqlı yerdi.6 Avqust axşam qatarla Brestə yola düşdüm (Hostel Gravedskoe predmit 2 gecə 25 rubl). Qatar seçimi çox idi, mənsə ora tezdən çatmaq üçün ən gec çatan reysi aldım. Bileti həmin gün tezdən vağzaldan almışdım - 17 belarus rubl. Brestdə ən görməli yer Brest Qalası (5№ marşrut) və Sovetskya küçəsidi (xüsusən axşamlar). Brestdə vağzala düşən kimi srazu bir polis 1000 nəfərin içindən birdənə məndən passport istədi. Mən də bütün biletlərimi falan göstərdim ki, burda sadəcə turistəm.Sonra Avtovağzala gedib (dəmiryolu vağzalına 200 metr məsəfədə) 2 gün sonra Lvova bilet avtobus bileti (25 rubl) aldım. Hə bir də, dostlar, Belarusiyada yalnız 5 gün qeydiyyatsız qalmaq olar. Ona görə də, qaldığınız hosteldən qeydiyyat kağızı almağı unutmayın.8 Avqust tezdən Ukranya şirkətinə məxsus sınıq-salxaq bir avtobusla Lvova yola düşdüm. Sərhədi keçəndə Rusiyanın verdiyi migrasiyon kartı Belarusiya alıb peçat vurdu, dedi- yaxşı yol. Ukranyaya keçəndə isə başladılar məni əməlli-başlı sual-cavab etməyə. Nə isə, bunlara da bütün avtobus qatar biletlərimi, hətta fotolarımı göstərib inandırdım ki, sadəcə turistəm. Sonra əlimi sıxıb dedilər ki, gülə-gülə. Yolda hansısa bir şəhərdə Lvova gedənləri düşürdüb daha köhnə bir avtobusla yola saldılar. Nəhayət axşam üstü Lvova çatdım. Mərkəzə isə 15№ avtobusla getdim.Lvovda mərkəzdən Booking.comdan tapdığım Hostel 7-dən (2 gecə 270 qrivin) hər yerə demək olarki piyada gedə bilirdim.10 Avqust axşam üçün Lvovun avtovağzalından Odessaya 600 qrivinə avtobusa bilet aldım. Avtovağzal və dəmiryolu vağzalı yan-yanadı. Mərkəzdən 1№ tramvayla gedə bilərsiniz (5 qrivin). Lvovun avtovağzalı çox pisdi bileti necə gəldi satırlar. Ona görə diqqətli olun əgər kartınız varsa Busfor.ua saytından online alın. Yenə də köhnə bir ekarusla 795 km yol qət edərək 16 saat sonra Odessaya çatdım. Yolda nə bir servis, nə wifi, nə monitor. Heç bir şey, yəni ağlınız türk şirkətlərinə getməsin????. Ukranyada bir Ecolines şirkəti standartlara cavab verir.11 Avqust tezdən Odessaya çatan kimi piyada Hostelimə getdim????(Hostel Hobbit 2 gecə 200 qrivin). Bir az dincəlib pul dəyişdikdən sonra təzədən avtovağzala qayıdıb, 2 gün sonraya 250 qrivnə Kişinyova bilet aldım. Odessada görməli yerlər - Opera House, Derebasovskya küçəsi və plajlar. Amma plajlar bir o qədər təmiz deyildi.13 Avqust tezdən sprinter mersedeslə Kişiniyova yola düşdüm. Sərhədi keçərkən yenə bir xanım başladı məni sorğu-suala, Moldovaya hara? Kimə? Niyə? gedirsən. Öz -özümə güldüm ki, Moldovaya bax iqdisadiyyatı bizdən bəlkə 100 dəfə kiçikdi məni bunlar miqrant hesab edir. Nə isə köhnə üsulla burdan keçib bərbad yollarla 2 saat sonra Kişinyov Gara de Nord avtovağzalına çatdım. Burdan da 3 ley verib marşurtla Couchsurfing hostmun evinə getdim. Orda hostumdan öyrəndim ki, Moldova Avropaya vizasız səyahət edir ????. İ am shock. Sonra şəhərə çıxanda Birliyin bayrağını hər yerdə gördüm və sərhəddə nəyə görə sorğu-sual olduğumu başa düşdüm. Kişinyov müasir, təmiz, normal bir sovet şəhərdi, amma marketlərdə qiymətlər bizdən 2 dəfə baha, maaşlar isə bizdən 4 dəfə azdı. Şəhərdə ən yaxşı nəqliyyat trolleybusdu-2 ley. Kart sistemi yoxdu, konduktor sizə bilet verir. Ümumiyətlə Moldovanın avtobus sistemi daha yaxşı idi. Ruminiya və Polşaya lüks avtobuslar var idi.14 Avqust axşam saat 11-də yenə köhnə bir ukrayna ekarusu ilə tək sərnişin mən idim???? yola düşüb tezdən Kiyevə çatdım (Hostel Boston 5 gecə 550 qrivin).Kiyev - əsas görməli yerlərin demək olar ki, 80% metro Zolotoy Vorotada yerləşir. Maidan Nezalejnosti eyni adlı metroda Çernobıl muzeyi metro Kontarktova Rodina Mat abidəsi isə Drujbi Narod metrosunda. 5 gündə burda qalıb Avqust 21-i əvvəlcədən tapdığım azərbaycanlı sürücü ilə 100$ verərək çerez Rusiya-Gürcüstan Gəncəyə çatdım. Ümumilikdə 30 günə 8300 km məsafə qət etdim. Əsas vacib məqamlar, dostlar, əgər bu yolla səyahət etsəniz aldığınız bütün biletləri saxlayın, deməyin ki, vizasız ölkələrdi problem olmayacaq. Uzun oldu, ümid edirəm faydalı olar. Sualınız olsa məmuniyyətlə cavablandıraram. Getdiyim yerlərdə özümçün videolar çəkmişəm, alınsa youtuba yükləyib linki sizinlə paylaşacam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mesud Qaradagli      

963 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!