107 dəfə oxunub

Frankfurt-Rothenburg- Ulm-Füßen-München-Heidelberg

Frankfurt-Rothenburg- Ulm-Füßen-München-Heidelberg . Artiq qış yaxınlaşır və düşünərəm ki, bir çoxlari Milad bayramini harada keçirməyi planlaşdırır.
Mən isə size ötən ilki Almaniya səfərimdən danişmaq istədim. Bütün Almaniya daxılindəki səfərləri rent götürdüyüm avtomobillə etdim.
O vaxt fransiz vizam var idi və mən İstanbul üzərindən
Frankfurt-a uçdum.
Təyyərə Frankfurta enən kimi ilk defe gördüm ki, aşagıda- ela trapin yanında çoxlu polis dayanib. Onlar pasportlari yoxlayirdılar və suallar verirdilər. . Biz hələ pasport nəzarətinə bele çatmamisdiq.
Pasport kontrolda ise suallar daha da çox idi:) Frankfurt məni sərin hava ila qarşıladı. Şəhərin özü mənə çox xoş gəldi, baxmayaraq ki, bir çoxlari onun çırklı və təhlükəli olduğunu deyib.
Xüsusilə Palmengarten
- botanika bağı məni valeh etdi. Giriş pulludur, 9 avro idi. Uzun müddətdir bu qədər gözəl bir yerdə olmamişdım. Bir də mənə Mon Amie Maxi adlı restorani çox xoşuma gəldi- dadkı yeməklər va tam Avropa abu-havasi. Axşam Altstadt - a gəzintiyə çixdim. Hər yer işıqlar, qirlyandalar, darçin va şirniyyət qoxusu...



İlk dafe glühwein
- isti şərəb dadına baxdim hər yerdə orda var idi. Abu hava nagil kimi idi: çoxlu insan, musiqi və müxtəlif fast food kösklar. Sonra yolum Rothenburg şəhərə duşdü - inanilmaz dərəcədə gözəl kiçik bir yer idi.
Insanlar isə çox mehriban və səmimi idilər.
Almanlar özləri yaxınlaşıb soruşdular ki, haradansan.
Men "Azərbaycandan" deyəndə , təəcüblə "Aa, nə yaxşı, biz sənin ölkəni tanıyiriğ - deyiblər. Rothenburg-da mütləq Brot und Zeit kafesində səhər yeməyi etməyinizi tövsiyyə edirəm-oradaki çörək inanilmaz dərəcədə dadlı idi!Qaldığım otelin adı
Gotisches Haus idi - bu oteli tövsiyə edirəm.
Daxili bir az qorxulu ab-havaya malik idi, elə bil köhnə qorxu filmindəsən
Düz şəhərin mərkəzində yerləşir.



Oradan Ulm şəhərinə getdim - bu da çox sakit va kiçik bir yerdir. Ən məşhur yeri isə Ulm Kafedrali (Ulm Münster) sayilir. Bu, dunyanın ən hündür kilsesidir - 161 metrdir!
Mütləq ziyərət etməyə dəyər - içərisi çox təsir edicidir, və yuxari qalxsan, şəhərə möhtəm manzərə açilir. Sonra yolun üstündə Füssen şəhərinə gəldim. Bu, çox kiçik bir yerdir ve mənə elə gəldi ki, orada əsasən yaşlı insanlar yaşayır.
Amma şəhərin özü çox səliqəli və təmiz idi
- sadacə, əvəllki şəhərıər kimi bəzədilməmişdi. Buradan sonra çoxdan arzum olan bir şeyi realaşdırmağa getdim - Neuschwanstein qalasını ziyərət etməyə .
Giriş bileti 21 avrodur. Qalaya avtobusla da qalxmaq olar, amma mən size piyada qalxmağı məsləhət görürəm. Yol boyunca kiçik çaylar, və meşə var — elə bil nağildasan. Girişdə qulaqciqlar verilir və qalanı gəzərkən ingilis dilində audio-bələdçını dinliyirsən.




Taassüf ki, içərdə şəkil çəkməyə icazə verilmir.
Amma eyvandan açilan mənzərə o qedər gözəl idi ki, yalniz onu çəkə bildim. Daha sonra road trip-im məni Münhene apardı.
Şəhər mani ilk andan valeh etdi —mərkəzdə çox gəzirdim. Munhenda sizə mütləq Hofbräuhaus
München restoranına getməyə məsləhət görürəm. Uzun, böyük masalar və hami eyni masada oturur, çox maraqli atmosfer yaranır. Keçmışdə bu məkənda Hitler öz toplantılarını keçirirdi, buna göra də yer kult sayilir. Məni an çox
təəccüblənfirən yer



English Garten oldu - inanıkmaz dərəcədə temiz və gözəl bir park.
Və mən şoka düşdüm ki, bu soyuğda, oradaki çayin axarlnda insanlar surfingnən məşğul idilər.
Bir də mütləq Bayerische Staatskanzlei tərəfə getməyi məsləhət görürəm. Həmçinin Deutsches
Museum getməyə məsləhət görürəm.
Giriş bileti 15 avrodur.




Məhz bu muzeya səhər tezdən getmək lazımdı çünki tez baglanir va hər yeri rahat gəzib görmək vaxtınız olsun. Əgər siz kosmos, teyyarelernən maraqlanırsınızsa , o zaman bu yer size 100% marağlı ğələcək.
Daha sonra Nürnberqda oldum orada da har yer çox gözal bazadilmisdi,
amma deye bilmarem ki, sahar manda xüsusi bir teessürat buraxdi.
Sonra yolum Heidelberqe düşdü. İndi artiq əminliklə deyə bilərəm ki, Münhen və Heidelberq Almaniyada ən
sevdiyim yerlərdir. Heidelberq tamam başqa bir dünyadır — elə bil nağıldasan.
Şəhər çox gözədir və elə bir enerjisi var ki, adam ordan getmək istəmir. Elə əvvəlcədən qaldığım oteli məsləhət görmək istəyirəm — orasi sözün əsl mənasında sehrli bir yer idi. Adi House of Hutter. Restoranlardan sizə
Chambao ve Chambini-ni mütləq məsıəhət görürəm
-orada müxtəlif yeməklərdən ibarət çox maraqlı bir set təqdım olunur. Həmçinin Heidelberq qalasini da ziyərət etməyi unutmayin - çox gözəldir. Frankfurta qayidarkən yolda xəritədə maraqli bir yer gördüm - Frankenstein qalasi.
Bilmirəm , doğrudammı bu, "o maşhur Frankenstein qalasidir", amma adi elədir.

Düzünü desəm, içərisi qorxuludur. Giriş pulsuz. Və beləcə, mənim səfərim başa çatdi. Almaniya mənim ən sevdiyim ölkələrdən biridir
- həm atmosferine, həm memarlığına, həm də ordü yaşayan insanlarına görə.

DİGƏR BLOQLAR

Malayziya Bələdçisi

Salam, Gəzəyənlər!Bu postda Sizinlə Asiya səyahətindən öyrəndiklərimi bölüşmək istəyirəm. Planım Malayziya və İndoneziyada toplam 3 ay keçirmək, müxtəlif şəhərləri gəzməkdir. Bu yazıda Malayziyanın paytaxtı Kuala-Lumpur və Pinanq ştatı haqqında yazacam.Tövsiyə etdiyiniz yerləri mənə bildirsəniz, sevinərəm. Əlavə olaraq postdakı qeydlərimi yaxşılaşdıracaq fikirlərinizi də bildirməkdən çəkinməyin.Bilet: Toplam təxminən 490 AZN-ə Bakı - Əbu Dabi (Wizzair 115 $) - Dubay (Şəhərlərarası avtobus) - Kuala-Lumpur (Batik air 170$ ) (bileti uçuşdan təxminən 30 gün əvvəl almışdım, yoxsa daha ucuz almaq olardı). Biletlərdən həm qiymət baxımından, həm də gözləmə vaxtı baxımından çox məmnun qaldım. Hətta birbaşa uçuşa (Bakı - İstanbul və s. üzərindən) nisbətdə belə daha tez çatdım.Viza: Malayziyaya viza yoxdur, başqa sözlə, girişdə ödənişsiz viza verilir. Tələblərdən biri ölkədən çıxış biletinizin olmasıdır, məndə yox idi, lakin miqrasiya əməkdaşlarını “plansız gəzəyən” olduğumla bağlı razı saldım. İndoneziya viza tələbi var, mən birbaşa Bakıdakı səfirlik vasitəsi ilə 2 aylıq tək giriş viza almışam.Kuala-Lumpur (Malayziya): Şəhər olduqca müasir şəhərdir. Yaxşı nəqliyyat sistemi, müxtəlif mətbəxlərə aid restoranlar və s. var. Axtardığınızı tapacaqsınız. Ümumilikdə isə mənim üçün ən problemli məsələlərdən biri yemək olub. Daha çox Pakistan, Ərəb mətbəxinin olduğu restoranlarda yeyirəm.İqlim: Hal-hazırda Malayziyada yağışların bol olduğu sezondur. Lakin bu halda belə, yağış mənə ciddi problem yaratmayıb, demək olar hər gün eyni vaxtda yağır (15:00 - 16:00) və qısa müddətdə dayanır. Malayziyada olduğum digər bölgələrdə, misal üçün Lanqkavidə demək olar heç yağmır.Bazarlıq: Malayziyada ümumilikdə bizə nisbətən ucuz və ya eyni qiymətdir, nəqliyyat, texnologiya, geyim, ərzaq və s. Nümunələr: 150 km qatar nəqliyyatı - 4 AZN 360 km avtobus nəqliyyatı - 16 AZNTəhlükəsizlik: Məncə, Malayziya olduqca təhlükəsizdir. Əksini hiss etdiyim hər hansı bir hadisə ilə rastlaşmamışam. Küçədə yaşayan insanlar çoxdur, bu ilk baxışda narahatlıq hissi yaradır, lakin buna öyrəşdikdən sonra əvvəlki qədər narahat etmir. Əlavə olaraq, insanlarda ingilis dilini bilmə səviyyəsi yüksəkdir və kömək etməyi sevərdirlər. Suallarınız varsa, cavablamaqdan məmnun olaram.Gəziləcək yerlər haqqında növbəti postlarda yazacam. Instagram-da gəzdiyim yerlər, Malayziya, İndoneziya və digər asiya ölkələri haqqında da məlumat paylaşıram, siz də izləyə bilərsiniz: https://www.instagram.com/bashiroglu/Paylaşan: Abdulla Bashiroglu

220 dəfə oxunub

Gürcüstan - Batumi bələdçisi

Axşamınız xeyir, əziz Gəzəyənlər.Bu gün sizlərə Yay istirahətinin sərfəli ünvanı Batuminin gəzməli görməli yerlərindən bəhs edəcəm! Odur ki, başladıq!Bütün səyahətlərəminizi nədən başlayırıq nəqliyyatdan: Batumiyə getməyin 4 yolu var!1. Bakı - Batumi avtobusu 40 AZN2. Bakı - Tbilisi avtobusu 15 AZN sonra isə Shutler (sürətli qatar) Tbilisi-Batumi 20-25 AZN və ya Metro şirkətinin avtobusu 25 AZN3. Bakı - Tbilisi qatarı ilə PL- 23,14 AZN, KP 33,95 AZN və SV 57,69 AZN sonra isə Tbilisidən Batumiyə yuxarıda qeyd etdiyim yollardan biri ilə gedə bilərsiniz.4. 1 saat 15 dəq rahat uçuşla biletlər bu yaxın aylarda 93 AZN-dən başlayaraq.Beləliklə keçək gecələmək üçün məkana! Batumidə seçim çoxdur! Şəxsi təcrübəm ilə The World in Batumi hosteli çox məsləhət görürəm. Ümumilikdə isə booking.com saytından otellərə baxın daha yaxşısı isə airbnb.com saytından ev kirayələyin! Ən önəmli bilməli olduğunuz odur ki, qalacağınız yer mütləq dənizə ayaqla gedilən biləcək məsafədə olsun.Restoranlar və qidalanma seçimi böyükdür ortabab restoranda adam başına 5-12 AZN xərciniz olacaq.Və indi isə əsas məsələ, Gəzməli görməli yerlər!1. 15 km uzunluğu olan Batumi bulvarıVə orada olan imkanlar:- Şeytan çarxı 5 lari- Əlifba gülləsi 10 lari (burada baxış məntəqəsi var)- Velosiped kirayəsi 1 saatı 5 lari- Çaça fəvvarəsi -pulsuz- Əli və Ninonun heykəli- Oxuyan fəvvarələr2. Arqo kanat xətti - 15 lari3. Sameba kilsəsi - pulsuz4. Qonio qalası - 10 lari (Batumidə 20 dəq məsafədə yerləşir)5. Batumi Piazza meydanı - pulsuz6. Avropa meydanı ve Medeanin heykəli - pulsuz7. Neptun fəvvarəsi - pulsuz8. Batumi dəniz vağzalı - 1 saatı 50 lari qiymətinə kater kirayələyə bilərsiniz9. Delfinarium - 16:00 üçün 15 lari 19:00 və 20:00 üçün 20 lari10. Zoopark deyə bilməyəcəm kiçik bir guşə heyvanların olduğu - 2 lari11. Akvapark - 40 lari12. Nəhayət bağı - 15 lari (10-16 yaş uşaqlar 1 lari)13. Musiqiçilər parkı - pulsuzHəmçinin Batumidə 1 saatlıq məsafədə Ureki yerləşir. Orada Batumi və Kabuletidən fərqli olaraq dənizkənarı faydalı maqnitli qumdur!Həmçinin Kabuletidə Tsitsinatela adlı luna park yerləşir! Urekiye kimi məsafə 1saat Kabuleti isə 40 dəqQeyd: Batumidə dəniz daşlı olduğu üçün üzmək çox çətindir sizə reyzin şəp-şəplər təklif edəcəklər 7-10 lariBatumidə bu qədər! Ümid edirəm bəyəndiniz!Xoş səyahətlər arzusu ilə ????Sərfəli səyahət ilə bağlı daha çox paylaşımı instagramda @jala.alakbarova profilində izləyə bilərsiniz ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jala Alakbarova 

4768 dəfə oxunub

7 bənddə Trondheim

Trondheimdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz səyahət sevərlər,İsti avqust günlərində soyuq Norveç torpaqlarından şəkillər görmək istəyirsizsə bu post sizin üçündür :)Bir neçə il əvvəl dünyanın ən böyük tələbə festifalı olan İSFİT-də iştirak etmək şansı qazanmışdım. Norveçin Trondheim şəhərinə getmək və fevral ayında biraz tərəddüdlü gəlirdi, qarlı hava və soyuğu sevmədiyim üçün əmin deyildim. Həm də o vaxta qədər ziyarət edəcəyim ən şimalda yerləşən ərazi olacaq idi, şəhər 63° şimal enliyində yerləşir (Məlumat üçün İslandiyanın paytaxtı Reykyavik 64°-də yerləşir) Amma qərara aldım ki bu səfəri edim. Xoşbəxtlikdən fevralın ortaları olmasına baxmayaraq qarlı olsa da çox şaxtalı olmadı hava.Adətən bizim cəmiyyətdə Skandinaviya ölkələrinin insanları haqda soyuq və sıxıcı olmaları ilə bağlı fikirlər var. Açığı Norveç və İsveçdə olduğum 15 gün ərzində istər küçədə rastlaşdığım nəsə soruşduğum adi sakinlər, istər evində məni qonaq edən ailə kifayət qədər dostcanlı və fərqli mədəniyyətləri tanımağa maraqlı insanlar idi. Bu stereotipim orda qırıldığını deyə bilərəm. Festivalın ən yadda qalan hissəsi isə Dalay Lamanın çıxışını dinləmək idi :)Bir gün yolunuz bu şimal şəhərinə düşsə sadalayacağım yerlərə mütləq baş çəkin və bu qidaları dadın ki, Trondheima getmişəm deyə biləsiz:1. Köhnə şəhəri Nidelva çayı iki yerə bölür. Çayın üzərində isə şəhərin ən çox turist cəlb edən Gamle Bybro – old town bridge yerləşir. Körpünün üzərində dayanıb 400 il yaşı olan rəngli taxta evləri və onların çay suyuna düşən əksindən zövq almağı unutmayın.2. Şəhərin ən diqqət çəkən tarixi abidəsi Nidaros Kilsəsidir. Bu abidəyə kənardan xeyli tamaş etmişdim. Dindar biri olmasazda içəriyə daxil olun və o atmosferi duymağa çalışın, sizi valeh edəcək. Möhtəşəm memarlıq nümunəsi səhv etmirəmsə ən şimalda yerləşən orta əsr kilsəsi hesab olunur.3. Fiordlarla əhatələnən bir şəhəri təzə balıqsız təsəvvür etmək olar heç? Limana yaxın Ravnkloa adlanan yerdə balıq bazarına baş çəkin. İlk dəfə orda dadını hələ də unutmadığım qurudulmuş balıq yemişdim (tørrfisk)4. Norveçə getmisizsə təbii ki, Brunost dedikləri brown cheese-i dadmalısınız. Bildiyimiz pendirdən yaxından uzaqdan heç bir əlaqəsi yoxdur, heç bir tanış qidanın dadına oxşamır, özünə məxsus bir dadı var. Səhərlər cemlə və norveçə xas olan qəribə başqa pendirlərlə yeyirdilər :)5. Trondheim şəhərinin öz ənənəvi pivəsi var Dahls adlanır. Qədim şəhərdəki hər hansı bir barda, pubda tapa bilərsiniz. Mən adətən hər şəhərə gedəndə mütləq yeni bir pivənin dadına baxıram. Sizin də belə bir marağınız varsa əminlik tövsiyə edirəm. Sakit bir yerdə oturub nağıl kimi görünən qarlı şəhər mənzərəsinə baxaraq həzz alın həyatdan ;)6. Əgər Trondheim və fiord mənzərəsini biraz hündürlükdən görmək istəsəz Kristiansten qalasına qalxmağı məsləhət görürəm. Həm qalanın tarixi ilə tanış olmaq, həm şəhəri seyr etmək üçün ən uygun yerdir. Qalanın içərisində Kommendanten restoranı var idi, qapıdan içəri addım atan kimi unikal bir atmosfer bürüyür insanı. Dadlı və bahalı yeməkləri var.7. Əgər Bakıdakı teleqüllə restoranı cibinizə uygun deyilsə bir də Trondheimda cəhd edin. Əmin olun qiymətlər daha münasibdir. Qüllə Tyholttårnet adlanır içərisində isə Egon restoranı var. Restoran 360 dərəcədir və bir saat ərzində tam dönür. Hətta küləkli gündə silkələndiyi belə hiss olunur. Şəhərə açılan mənzərə isə sözlə təsvir edilə bilməyəcək dərəcədə gözəldir. Xüsusən günbatımı vaxtı günəşin fiordlarda itdiyini görməyə dəyər.Və sonda əmin ola bilərsiz ki, valyutamızın bu “güclü” vaxtlarında qiymətlər sizi çooox təəccübləndirəcək, amma xərcləyəcəyiniz hər bir krona dəyəcəkSevgilərləƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Fagan Yusifli

1028 dəfə oxunub

A-dan Z-yə Tanzaniya (Part 1)

Tanzaniya-A to Z Mart ayındakı yarım aylıq tətili dəyərləndirmək üçün xeyli araşdırma apardıqdan sonra Zənzibar adası, Klimancaro zirvəsi, Serengeti, Manyara, Nqoronqoro milli parkları, Viktoriya, Tanqanika, Nyasa gölləri, masailərin svahililərin, bantuların vətəni Tanzaniyanı seçdik. Səyahət gözlədiyimizdən dəfələrlə maraqlı keçdi, bu statusda sadəcə səfərin qısa məzmunu göstərilib. VizaTanzaniya Azərbaycan vətəndaşları üçün əvvəlcədən viza alınmasını tələb edir. Viza elektron qaydada alınır, rüsumu 50 ABŞ dollarıdır və minimum 1 aylıq verilir. Tanzaniyaya səyahət edən bütün sərnişinlər xüsusi “Giriş Anketini” doldurmalıdırlar və qeydiyyat zamanı təqdim etməlidirlər. Aviabilet.Bakıdan Tanzaniyaya hazırda üç aviaşirkətlə səyahət mümkündür. flydubai, Turkish Airlines və Qatar Airways. Bir nəfərin ikitərəfli bileti təxminən 900-1000 ABŞ dolları civarındadır. Biz daha rahat olması üçün Qatar Airways-i seçdik.Bakı-Doha üç saat, Doha-Zənzibar altı saat. Hotel-Hostel. Tanzaniyada mütləq şəkildə 3,4 və ya 5* hotelləri seçin. Hostel və evdə qalmağı ağlınızdan keçirməyin. Bura Avropa deyil.Booking.com həqiqətən ən etibarlı tərəfdaşdır. Heç bir problem yaşanmadı. Mobil nömrə.Ən yaxşısı rominq etməkdir. Burada xaricilər üçün nömrə almaq çox qəlizdir və vaxt aparan prosesdir. Ən az iki gün vaxt lazımdır. Özümüzlə mütləq götürməliyik.1. Krem. Əgər günəşdə yanıb, qap-qara olmaq istəmirsinizsə mütləq.2. Power bank. Çoxlu çəkiliş edəcəksinizsə mütləq. Nəzərə alın ki, səyahətin əsas hissəsi təbiətin qoynunda keçəcək.3. ABŞ dolları. Mümkündürsə ancaq 100 dollarlar aparın. Banklar 50, 20, 10 dolları dəyişmirlər. Eyni zamanda yaşı 10-dan az olan valyuta aparın. Köhnə dollarlar ölkədə tanınmır.4. Baş örtüsü və eynək. Çox köməyi olur, öyrəşmədiyimiz iqlim şəraiti adamı yormaması üçün vacibdir.Yemək. Yemək və içki çeşidləri olduqca boldur. Yeməkləri həm çox qidalı, həm də dadlı idi. Xüsusilə dəniz məhsulları, meyvələri, tərəvəzləri və təbii şirələri çox dadlı idi.Veqan və vegeterianlar üçün demək olar ki, cənnət idi. Bizdə olmayan müxtəlif, çox dadlı tərəvəzlər var. Dəniz məhsulları isə o qədər dadlı olur ki, sözlə ifadə etmək çətindir. Toyuq və qırmızı əti isə bişirə bilmirlər. Ət yeməkləri bərk olur, tam bişirmirlər. Həm dəniz məhsullarınını, həm toyuq ətini, həm də mal ətini bizə yad olan bol ədviyyatlı edirlər. Əvvəlcədən xəbərdarlıq etmək lazımdır ki, ədviyyat vurmasınlar. Şirniyyat anlayışları isə yox səviyyəsindədir. Valyuta.Ölkədə Tanzaniya şillinqi (TZS) istifadə edilir, ancaq ABŞ dolları hər yerdə işləyir. Siz bir şey alanda dollarla ödəniş edin, qalığı şillinqlə qaytaracaqlar, ancaq özlərinə sərf edən şəkildə, 1 ABŞdolları 2340 şillinqə bərabərdir. Turistlər.Ölkədə turistlərin 90 faizi avropalılardır. Az sayda türklər və asiyalılara da rast gəlinir. Danşıq dili, əhali.Ölkədə ingilis dilini demək olar ki, hamı bilir. Nursery school svahili dilindədir. Secondary və primary school-a davam etmək istəyənlər isə ingilis dilində təhsil alırlar. Zənzibarda əhalinin böyük əksəriyyəti müsəlmandır, az sayda Hinduizmə inananlar da var. Materik hissədə yəni Tanqanikada isə müsəlmanlar azdır, xristianlar və yerli dinlərə inananlar çoxluq təşkil edir. Hədiyyə.Ən yaxşı hədiyyələr: Tanzaniya qəhvəsi, maqnetlər, müxtəlif çaylar (daha doğrusu çaya əlavələr), ədviyyatlar, masailərə aid maskalar, qiymətli daşlar-xüsusilə tanzanoid daşı (gömrükdə tanış yoxdursa almayın), tropik meyvələr. Fil dişi, gərgədan buynuzu gətirməyə çalışmayın, qadağandır. Təmizlik, xidmət, keyfiyyət.Qalacağınız hotellərdə təmizlik, keyfiyyət və xidmət heç yerdə görmədiyiniz qədər üst səviyyədə olacaq. Özünüzü kral kimi hiss edəcəksiniz. Təəssüf ki, ağ insana qulluq etmək instikti artıq şərqi afrikalıların genlərində yerləşib. Maska, pandemiya, virus.Tanzaniyada koronavirusa inanmırlar, qadağalar ümumiyyətlə yoxdur. Səyahətimizə Zənzibar adasının ən gözəl çimərlikləri olan hissəsindən Nunqvi və Kendvadan başladıq. Daha sonra Air Tanzania Company Limited ilə Aruşaya uçduq. Serengeti National Park Tanzania, Lake Manyara National Park Tanzania, Tarangire National Park, Ngorongoro Conservation Area Authority və s. gəzdik. Aruşadan sonra Moşi şəhərinə, #Klimancaro milli parkına və cəngəlliklərin içində yerləşən, unikal qəbilələrin yaşadığı Materuni kəndinə yollandıq. Başımıza bir ömür boyu danışılacaq qədər maraqlı hadisələr gəldi. Çoxlu dostlar qazandıq. Növbəti statuslarda hamısını yazmağa çalışacam.#uçmaqüçündoğulanlar #borntotravel #visitafrica #visittanzania #qatarairways #airtanzania #tanzania #zanzibar #nungwi #kendwa #paje #jambiani #kizimkazi #arushatanzania #manyara #serengetinationalpark #ngorongoro #tarangirenationalpark #kilimanjaro #mountmeru #safari

2299 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!