339 dəfə oxunub

Fethiye - Həm aktiv, həm də passiv istirahət

Həm aktiv, həm də passiv istirahəti eyni vaxtda yaşamaq üçün ardıcıl 2 ildir getdiyim Fethiye/Ölüdeniz barədə getmək istəyənlərə məlumat vermək istəyirdim.
 Əvvəlki illərdə ucuz uçuşlar olurdu ancaq bu il ancaq AZAL-la birbaşa uçuşlar olacağını eşitdim. (Əvvəlki illərdə Pegasus və .s ucuza uçurdu) Bu səbəbdən bu ildən Dalaman üçün istirahət qiymətləri daha baha ola bilər.

 Fethiyedə ərazi olaraq 3 bölgədə otellər mövcuddur. Fethiye şəhərinin özündə (daha çox şəhər abu havası verən), Hisarönü (Fethiye ilə Ölüdeniz arasında barlar küçələlərinin yerləşdiyi ərazi) və Ölüdeniz bölgəsi (Ən çox görülməli yeri). Qiymətlər burdaki ardıcıllığa görə artır. Biz Turquoise Ölüdeniz 4* otelini seçmişdik. Otel haqqında qısa məlumat :
  • Gündə 3 dəfə yemək + günün müəyyən saatlarında limitsiz fast food, desert və dondurma
  • 2 hovuz (biri ancaq böyüklər üçün)
  • Səliqəli, kondisioner işləyən normal otaqlar və əla xidmət
  • 7/24 limitsiz və pulsuz şirin sular və pivə
  • Dənizə 5 dəqiqə piyada məsafəsi (Ölüdeniz onsuz balaca yerdi hər yerdən piyada getmək olur)
  • Əməkdaşlıq etdiyi çimərliklərə pulsuz girişlər və servis
 Çimərliklər :

  • Ölüdeniz sahili boyu pulsuz Belcekız plyajı
  • Ölüdeniz deyiləndə ağıla gələn mənzərədəki "Blue Lagoon". Girişi keçən ildən pulludur. İçərdə şezlong və çətir üçün əlavə ödəniş ödənməlidi. ( 2 şezlong bir çətir 40 manat olmalıdır) Dənizə girmək üçün ən yaxşı yeri Starbucks-dan sonraki hissədir.
  • Çimərliklər çox daşlıdır özünüzə dəniz ayaqqabısı alın
Maşınla gediləcək məsafədə olan digər tövsiyyə edilən çimərliklər (pulludur və mütləq əvvəldən rezervasiya edilməlidir 2-3 gün öncədən) :

  • Sea me beach
  • So beach
  • Boncuklu koyu
 Aktivitələr :
 Paraşut - Ölüdenizdə olmazsa olmaz, hamının bir dəfə etməli olduğu əsas şeydir. Babadağdan edilir. Sahilboyu şirkətlərdən almaq olar. Qiyməti 120-270 arası dəyişir (aldığınız şirkətə əsasən dəyişir.)

 Dalış turu - qiyməti 40-60 manat arası dəyişir. Geyim və təlim daxildir. Sizinlə birlikdə fərdi təlimçi dalır.
 Saklıkent Kanyon turu - Buraya özünüz getməkdənsə, tur almağınız məsləhətdir çünki tur aparanda sizi üstü açıq maşınlara mindirirlər və su tapançaları verirlər. Yol boyu həm digər maşınlarla, həm də keçdiyiniz kəndlərdəki yerli xalqla sulaşırsınız. Hətta kəndin içində sizi şlanklarla gözləyən nənələr və .s da görəcəksiniz. Tur zamanı həm Gizlikent şəlaləsinə gedəcəksiniz, həm də Saklıkent kanyonunun buz kimi suyuna girəcəksiniz. Eyni zamanda burda rafting də edərsiniz sonda. Yemək də daxil olmaqla toplam 40-60 manat arasıdır
 Adalar turu - Gəmi ilə səhər çıxıb axşam 5-6 arası qayıdırsınız. Həm ailə üçün olan sakit gəmilər, həm də gənclərin istifadə etdiyi dj və köpük şousu olan korsan gəmiləri seçə bilərsiniz. Hamsının yolu eynidir onsuz. 6 ada və koyu gəzdirərək hər birində 15-20 dəqiqə dənizə girməyə şərait yaradır. Yemək daxil 50-70 manat arasıdır.
Bu 4 tur əylənmək üçün kifayətdir və idealdır. Hamsını eyni şirkətdən alsanız yaxşı endirim elətdirə bilərsiniz. (Biz hamsını Deep Blue şirkətindən almışdıq tam razı qalmışdıq. )
 Nəqliyyat :
Taksiyə və .s ehtiyac yoxdur. Ölüdeniz sahilindən qalxan dolmuşlar istədiyiniz hər yerə gedir demək olar. 70 qəpiyə kartla da ödəniş edə bilirsiniz. Hisarönünə 10 dəqiqəyə, Fethiye mərkəzə isə 20-30 dəqiqəyə çatırlar. Yalnız digər pulllu çimərliklər üçün taksi lazım ola bilər. Onu da duraklardan götürə bilərsiniz.
 Gəziləcək yerlər :
 Ümumi plan olaraq 4 turun hərəsini bir günə sala bilərsiniz. Adalar və Saklıkent turları bütöv gününüzü alacaq ancaq digər 2 turda maksiumum 1 saat vaxtınız gedər. Blue Lagoona ən az 1 dəfə girmək mütləqdir. İçərdəki restoran və Starbucks qiymətləri aşagı yuxarı bizdəki ilə eynidir. 2 nəfərə yemək yesəniz toplam 30-50 manat arası hesab edəcək.
Hər axşam Hisarönünün işıqlı barlar küçələrində gəzə bilərsiniz. Kiçik də olsa lunaparkı var. Ölüdenizə nisbətən çox canlıdır hər yer
Şəhər mərkəzinə də ən azı bir dəfə gedin. Kordon sahilində gəzə və ən az 1 dəfə lüks məkanda nəsə yeyə bilərsiniz. Dənizkənarı restoranları çox gözəl və yeməkləri dadlıdır. Şəkillərdəki restoran "Mori"-dir. (gecə olan) Qiymət ortalama bir nəfər üçün 40-70 manat edər. Şopping üçün çox bir şey yoxdur. Mərkəzdə 1 dənə mall olsa da, böyük mağazalar və .s yoxdur. Bundan başqa sahil tərəfində Paspartur çarşısındaki mağazaları da gəzə bilərsiniz.

 Vaxtınız və maşın probleminiz yoxdursa (taksi də minimum 40 manata aparacaq çünki) Göcek-ə də gedə bilərsiniz. Burada sular içində yerləşən villalar və çimərliklər var.
Ölüdeniz mənzərəsinə yuxarıdan baxmaq üçün kanatla Babadağa qalxa bilərsiniz. Yuxarıda lüks restoran da var. Gün batımında yemək yeyərkən paraşutçuları izləmək olar. Yuxarıdan mənzərə üçün eyni zamanda maşınla "Likya yolu" deyilən yola da qalxıb şəkillər çəkdirmək olar. Bu yoldan gedib "Kelebekler Vadisi"-nin də yuxarıdan mənzərəsinə baxmaq olar.

DİGƏR BLOQLAR

İspaniyadan Azərbaycana 12 gün - İspaniya

#madridtoshaganBir gün qərar verdik ki, Madriddən Bakıya avtotur edək. Və yollarda da minimum pul xərcləyək. Bu məqsədlə hazırlıq gördük, çadır, içərisinə yorğan və odeyallar, termos, balaca manqal, birdəfəlik boşqab, qaşıqlar, balaca qazança aldıq. Və iyunun 30-da səhər yola düzəldik. İspaniya yol sistemi həyatımda gördüyüm (mən isə az görməmişəm) ən mükəmməl sistemlərdən biridir. İstər quruluşu, istər infrastrukturu, istər sırf sürücünün rahatlığına hesablanmış xidmət sahələri. Həm pullu, həm pulsuz. Bu barədə az sonra.Əvvəlcə qeyd edim ki, İspaniyada yolların 90 faizi pulsuzdur. Yəni əsas magistralların. Pullu yollara alternativlər isə o qədər mükəmməldir ki, mən təəccüb edirəm. Saatda 120 km ilə sürmək olar. Ondan yuxarı qadağandır. Yollarda hər 3-4 km-dən bir ya pullu (kafelər, yeməkxanalar, balaca barlar), ya da sırf dincəlməyə hesablanmış və pulsuz olan P nöqtələri var. Onlarda da stol və stul, su, tualet və bəzilərində duş kabinələri var. İdeal təmizlik də öz yerində. Yollarda çox nadir hallarda polis görərsiniz. Əgər ciddi hadisə olmayıbsa heç siz tərəfə baxan da olmayacaq. Ümumilikdə isə İspaniya qanunlarına görə, cəzaya səbəb olacaq hallar bunlardır: uşaqların avtokreslosuz və əmniyyət kəməri bağlamadan getməsi, arxada 3 nəfərdən artıq sərnişinin olması və içkili avtomobil idarə etmək. Qalan bütün məsələlər üçün isə kamera və radarlar var. Vəssalam. Yolboyu polis məntəqələri isə heç yoxdur. Mən bu 5 ildə bircə dəfə yol polisi ilə hansısa kontaktda olmuşam. Onda da yolda dəhşətli yağış yağırdı, onların Guardia Civil deyilən xüsusi qüvvələrinin avtomobilləri gəlib sürücülərə yolu getməkdə kömək etdilər. Hesab edin ki, qarşıda bir polis maşını gedir, arxasınca da bir nə qədər yol maşını. Bu xüsusi qayğı həqiqətən insana güvən verir.Yol kafeləri ayrı aləmdir. Məhz İspaniyada siz yol kafelərində əsl həyatı görürsünüz. Böyük dincəlmə obyektlərindən fərqli olaraq (yanacaqdoldurma, kafe və market) balaca kafelər tam başqadır. Düşünün, bir Pedronun kafesidir,orada həmişə Pedro və oğulları daimi və mənim kimi ixtiyari müştərilərə kofe və qəlyənaltılar təklif edir. Tələsmədən, xüsusi başına fırlanmadan, amma sanki səni illərlə tanıyırmış kimi. Oturub kofeni qurtumladıqca Pedronun daimi müştərilərlə söhbətini dinləyirsən, onlar isə sanki hər şeyi bilir. Özünü bir anlıq ispan hesab edirsən, o mübahisələrə qoşulmaq istəyirsən. İspanlar isə mübahisə etməyi sevir. Həm də bunu ucadan, həvəslə və eyni anda danışaraq edirlər.İspaniya əsasən quru ölkədir. Yəni, Almaniyadakı yaşıllığı burada ancaq şimalda görəcəksiniz. Amma o steplərdə belə yaradılmış şərait insanı valeh edir. Bilirsiniz nədən qaynaqlanır? İspanların həddən artıq rahat olmalarından, özlərinə və ətrafdakılara göstərdikləri səbr və hörmətdən.İspaniyada bəlkə ispan olmayacaqsınız. Amma yaşayıb onların qaydalarına uyduqca onlarda biri olacaqsınız. Sizi sevəcəklər, nə olur olsun təbəssümlə qarşılayacaqlar. Bu ölkənin hər şəhərində fərqli İspaniya görəcəksiniz. Ən sevimli andaluslar, mehriban madridlilər, özündənrazı katalanlar, ispanları sevməyən basklar... Amma ortaq bir cəhətləri var, onlar özlərini sevir və hörmət edirlər. Qarşıdakından da bunu gördükcə eyni münasibəti göstərirlər.İspaniya nağıldır. O heç adi Avropa deyil. O səni hər dəfə başqa dünyaya aparan nağıldır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vento Favoravel

1061 dəfə oxunub

Egeyin İncisi - İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İzmirdə qaldığım 6 həftəlik müddətin təəssüratları bir ömrə sığmasa da, 1 posta mümkün qədər sığdırmağa çalışacam????. Şəhər olduqca gözəl, rahat və həm gəzilə biləcək, həm də yaşana bilənəcək şəhərdir. Bir dəfə gedənin bir daha getsəm dediyi şəhərdir. İzmir deyincə ağla gələn məşhur plyajlar, Kuşadası, Çeşme, Alaçatı kimi turistik bölgələr olsa da mənimçün bu şəhər tarixi abidələri, muzeyləri, street artları , xüsusilə günbatımları ilə yadda qalan oldu. Bu şəhərdə günbatımları sözün əsl mənasında möhtəşəmdi. Necə deyərlər tam şeir yazdıracaq, rəsm çəkdirəcək havadadı????????.Hava limanından "izban" adlanan transport vasitəsilə şəhərin bəzi hissələrinə birbaşa , bəzi hissələrinə isə metro, tramvay və ya avtobuslara transfer edərək getmək mümkündü. Onu qeyd edimki şəhər böyük olduğu üçün çox vaxt bir nöqtəyə birbaşa bir transportla gedib çıxmaq mümkün olmur və kart oxunma cihazlarına bir dəfə oxunan kart 90 dəqiqə ərzində bütün transportlarda keçərlidi. Şəhərin mərkəzi Alsancak-Kordon hissəsindən günbatımının ən gözəlini izləyə bilərsiz???? Ayrıca Alsancakda Sahil boyu uzanan parklarda məsələn bizim dostlarla görüş, oturub müxtəlif oyunlar oynama, söhbət eləmə nöqtəmiz idi. Həmçinin büdcənizə uyğun müxtəlif qiymətli kafe, restoran, bar, klubları da bu hissədə tapa bilərsiz. Atatürkün İzmirdəki ev muzeyini, zövqlə dizayn edilmiş kilsə və məscidləri ziyarət edə bilərsiz. Alsancağa Tramvayla 5 stansiya uzaqlıqda olan Konak adlı yerdə "Saat kulesi", "Kemeraltı çarşı", "Tarihi asansör"ü görmədən geri dönmək günah olar.İzmiri ovuclarının içində görmək istəyənlər mütləq Balçovada yerləşən "Teleferik"i ziyarət etməlidir. Kanatla qalxarkən  (adambaşı 10tl) kameralarınızı və gözlərinizi qarşısınızda açılacaq o möhtəşəm mənzərə üçün hazır edin???????????? şəhərin möhtəşəm mənzərəsinə qarşı piknik etmək istəyənlər ( yenə də o möhtəşəm günbatımı üçün ????????????) üçün burada hər bir şəraitlə təmin edilmiş piknik alanları da var????????????. Hərbi Muzey sevərlər "İnciraltı deniz müzesi"nə baş çəkməlidir kesinlikle???? Görevini tamamladıqdan sonra Ege fırkateyni və Piri Rəis hərbi və sualtı gəmiləri 2007-ci ildən muzey şəklində istifadəyə verilib və içinə girdikdə özümü bir an bir filmin içində kimi hiss elədim????. Müxtəlif kapitan, əsgər maketləri, səs effektləri, tarixi posterlər, müxtəlif qəzetlərin 1950-1960-cı illərdə dərc olunmuş versiyaları tarixi abu havanı dolu dolu yaşadırdı. Onu xüsusi qeyd eliyimki Azərbaycandakı tələbə biletim həyatında ilk dəfə bir işə yarayaraq bu muzeyə pulsuz girməyimi təmin elədi???? Normalda giriş qiyməti 15tldi. "İzmir doğal yaşam parkı" na giriş de 8tl yerine 4tl ödeyerek tələbə biletimə ikinci dəfə minnətdar olmama sebeb oldu ???? "İzmir doğal yaşam parkı"nı məndən soruşanlara qısa olaraq belə tarif eliyirəm: təkcə ayıyla, aslanın yeri Bakıdakı zoopark boydadı. İçərisində 1500 heyvan yaşayır, 3000 ağac, 250 bitki növü var. 5 saat ərzində biz güclə gəzib bitirdik ama dəyərdi o yorğunluğaDəniz sevdalıları, əyləncə axtarışında olanlar: Şəhərə yaxın hissədə dənizə girmək istəyənlər Foça, Mordoğan, Özdere, Seferihisar, Urla plyajlarına baş çəkə bilərlər. Şəhər içindən izban, metro, gemi vasitəsiyle bu yerlərə rahatlıqla getmək mümkündü. Seferihisara gedibdə Sığacık adlı sahil qəsəbəsinə mütləq baş çəkin. Alaçatı, Çeşme, Kuşadası( bu yerler haqqında postlar dəfələrcə paylaşıldığından əlave nəsə demək məncə mənasız olar ????????) isə şəhərdən təxminən 1,5-2 saat yarımlıq məsafədə yerləşir. İzmir otogarından 60tl ödəyərək avtobuslarla rahatlıqla getmək mümkündü. Getdiyiniz yerlərdə halk plajı adlandırdıqları free plyajlarda giriş pulu ödəmədən sadəcə şezlonq və çətir kiralayaraq rahatlıqla dincələ bilərsiz. Sadaladığım yerlər içində dənizini xüsusi bəyəndiyim Çeşme oldu. Su olduqca təmiz və digər yerlərə nisbətən daha az duzlu idi.???? Həmçinin kamp qurmaq və dəniz kənarında sabahlamaq istəyənlər də görəvli şəxslərə bu barədə məlumat verib rahatlıqla gündoğumunu izləyə, səhərin ilk günəş işıqları altında dənizə girmənin keyfini çıxara biler ????????????????Növbəti dayanacaq : "Şirince" kiçik dağ kəndi olub bir növ bizim Lahıca bənzəyir. Meyvə aromalı şərabları ilə məhşur olan bu kəndə gedibdə şərab dadmamaq həqiqətən günah olar. Selçuk bölgəsində yerləşən bu kəndə səfərinizi planlayırsızsa yaxınlıqda yerləşən tarixi Efes abidəsini, Müqəddəs Məryəm kilsəsini , Yedi uyuyanlar abidələrini mütləq şəkildə ziyarət etməlisiniz ( bu yerləri anlatmağa kəlimələr yetməz, şəkillərə baxın ve şiddətlə tövsiyyə edirəm ki gedin) ????????Hal hazırda manat tl ilə müqayisədə daha qiymətli oldugu üçün shopping etmək istəyənlər alış veriş mərkəzlərində saatlarla vaxt keçirə bilər ???? Rəfiqəmlə Gaziemirdeki "Optimum" adlı mallda 6 saat ərzində 14km yeridiyimizi desəm məncə kifayət edər ???? Bütün mallarda eyni markaları tapmaq mümkündü ama mallardan kənarda yerləşən eyni marka mağazalarında isə daha zövqlü geyimlər tapa bilərsiz. Outletlərdən də büdcənizə uygun geyimlər əldə etmək mümkündü. Pulunuzu dollar şəklində götürməniz daha məsləhətlidi. Exchange üçünsə dövüz bürolarına getməyinizi məsləhət görmürəm. Banklar ən məsləhətlisidi, Ən pis halda isə zərgərlərdə pulunuzu exchange edə bilərsiz.Uzun olsa da oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm İzmirə gedəcək insanlar üçün faydalı bir post olmuşdur. Getməyənləri isə getməyə həvəsləndirmişdir ????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asmera Gashamli

1118 dəfə oxunub

Tarixə doğru səyahət - Aaxen bələdçisi

"Avropanın qəlbi". Aachen(Aaxen) şəhəri. Almaniyanın Şimali Ren Vestfaliya bölgəsində Belçika, Niderland cəbhəsində balaca bir şəhərdir. "Eee, deyə bilərsiniz bu balaca şəhərə hansı haqla Avropanın qəlbi deyirsən". Və ya "əəə bir dayan, iki şəhər gəzirsiz həmən Qulliverin səyahətləri kimi adlar verirsiz deyə" komment də yaza bilərsiniz. Və ya şəhərə girərkən bir türkə abi, bu zəhrimara qalmış old town haradır deyə soruşduğunuzda cavabında, kardeşim burada bir şey yok o yukarıda 1-2 tane kilise var işte bak dönersin, orası merkez işte" gibi yaklaşımlar da ola bilər.Aaxen. Fransızlar bu şəhərə Aix La Chapelle deyir.Çox balaca bir şəhər olduğu üçün bir neçə saata bitirə bilərsiniz. Mən amma bir tam gün ayırdım. Şəhər mərkəzində əsas görməli yerlərdən biri Charlemagne (Great Magnus, Şarlman) tərəfindən tikdirilən Aachen Katolik Katedralıdır.Hamburgdakı St. Michael kilisəsindən sonra məni əsrarəngizliyiylə təəccübləndirən bir neçə tikilidəndir. Gerçi, St Michael barok şedevrdir, bu gotik şedevr. Həm o Luterandı, bu Katolik. Nəysə. Demək bu Katedral 796-ci ildə Şarlman tərəfindən tikilib, və Şimali Avropada bundan daha qədimi yoxdur. Ümumiyyətlə, balaca Pepinin oğlu Şarlmanın Avropa tarixində yerin çoxunuz bilirsiniz. Qotlar Roma imperiyasın viran etdikdən sonra, Avropada çöküş dönəmi başlır. Müsəlmanlar İspaniyanı ələ keçirir, İtaliya sınırına dayanırlar. Bu ərəfədə Şarlman ortaya çıxır. Roma papası onu Vatikandakı Aziz Petrusda Müqəddəs Roma İmparatoru elan edir. Osmanlı, islam tarixində Fatih Sultan neyse, Avropa tarixi, Avropa Birliyi üçün Şarlman odur. Hətta, Avropa Birliyində ən böyük madalya Şarlman madalyasıdır. Yəni, onur ödülü. Bu gün bir çox dildə olan Kral sözü, onun adından gəlir(Karl-Kral). Yəni elə bir tarixi şəxsiyyətdir ki, heykəlin tikmək istəsən beton yetməz :)) Qəbri də elə həmin şapeldədir. Həm də Aaxen uzun dönəm Müqəddəs Roma İmperiyasına paytaxtlıq edib. 32 kral, 12 kraliça bu Katedralda tacın geyinib.Onun yanına 14. yüzillikdə inşa edilmiş Rathaus (bələdiyyə binası, Ratuşa) başqa bir gotik şahəsərdir. Qarşısındakı meydanda olan restoranlarından birində oturub pivənizi yudumlarkən, əzəmətini heyranlıqla izləyə bilərsiniz.Mütləq halda, bu şəhərə getdiyiniz halda yerli zəncəfilli börək olan Printen(pğinten) yemədən dönməyin.Terminala tərəf enərkən 3-cü Frederik heykəli var. Bu Frederik 19-cu yüzillikdə çox liberal bir veliahd şəhzadə idi. Otto von Bismarck Kansler olan zamanlarda. Sedan müharibəsində ön cəbhədə vuruşub. Qocaman alman tarixinin ilk universitet təhsilli kralı idi. Şarlman məsələn həyatı boyunca, oxuma yazma öyrənə bilməmişdi. Amma təhsilə böyük diqqət yetirirdi. Elə bu təzadlar arasında dünyanın ən önəmli texniki univeristetlərindən biri də Aachendədir. Markt ve Pontstrabe diger gəziləcək yerləridir.Şəhərə dünyaca ünlü, rəhmətlik tarixçi və araşdırmacı Henry Pirenne'nin CarleMagne and Mohammed kitabını oxuyanların xüsusi marağı olacağı dəqiqdir! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rasat Amirli

1269 dəfə oxunub

Misirə qaynar turla

Qahirədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Novruz bayramını sevgilimlə Misirdə keçirdik. Trend olan Şarm Əl Şeyx turundan və bütün Misirdən təəssüratları və bütün faydalı məlumatları paylaşıram, əminəm lazımınız olacaq ????????NECƏ YERDI? GETMƏYƏ DƏYƏRMİ?Hazırda Şarm ən ucuz kurort zonalarından biri kimi dəbdədir. Azərbaycandan birbaşa uçuş olmasa da Tbilisi aeroportundan çox ucuz getmək olar. Biz bayram sezonunda getdiyimizdən biraz baha çıxdı amma qaynar turları 220-250 USD yə, Aİ(hər şey daxil) 4-5* otellə əldə etmək mümkündür. Büdcəsi aşağı turistlər üçün çox sərfəli variantdır, çünki ölkə də ucuzluqdu. Benzin litri 0.25USD dir. Pulu manatdan düz 10dəfə kiçikdir (1AZN-10egypt Pounds)İNSANLARI NECƏDİ?Misirin əhalisi əsasən ərəblər olduğundan almaq istədiyin hər şeyə, bütün ödənişlərə bazarlıq etməlisən. Milli mənsubiyyətimiz bizə çox komfortlu və su qiymətinə hər şeyi almağa köməkçi oldu. Taksi 30 dollardan 3 dollara kimi düşürdü, istənilən yerə maksimum 3 dollar ödəyib gedə bilərsiz. Avtobuslar 5 pound-50 qəpikdi. Amma pulun "zdaca"sını vermirlər nəzərə alın.İlk addımdan sizi fırlatmağa, pul qoparmağa çalışacaqlar. Aeroporta qələm götürün, immiqrasiya talonu doldurmalısız, onlar 5 dollara doldururlar amma özünüz rahat edə bilərsiz. Biraz yapışqan və bicdilər, ona görə "uyanık" olun. HAMI, dilənçiyə kimi rus dilində bilir və özünü elə Bakıdakı kimi hiss edirsən.NECƏ İSTİRAHƏT ETMƏK OLAR?Şarm Misirin Asiya tərəfidir və onun daxil olduğu Sinay adasına viza lazım deyil. Amma Afrika tərəfinə, Qahirəyə filan planlayırsızsa elə aeroportda 25 dollar verib ki "nakleyka" alırsız və pasporta özünüz yapışdırırsız. 7 gün rahat hər yeri gəzə bilərsiz. Turunuz 7 gündən çoxdursa gidə pasportu verin polisdə qeydiyyata alsın, pulsuzdu. Sizə otelə gələndən sonra tur gid gəlib turlar təklif edəcək, amma onlar bir qayda olaraq çox bahadı. Şəhərdən 2 qat ucuz tapıb bazarlıq edib daha yarı qiymətinə ala bilərsiz.Əsas gözəllik Qırmızı dənizdə, suyun altındadı. Tiran adası və Ras Muhammad, Mavi Deşik (dünyanın ikinci ən gözəl diving mərkəzi) diving üçün əla yerlərdi. Diving turu maksimum 20 dollardı. Yolda sizə mütləq paltarın, jiletin, eynəklərin və s. lazım olduğunu deyəcəklər, aldanmayın, boş şeydi fırladırlar ????.Dəvədə gəzə, kanyonlara səfər edə, kvadrasiklda səhranı fırlana, bədəvilərlə çay içə bilərsiz. Amma heç kimə heç bir kömək eləmələrini istəməyin. Sizə şəklinizi çəkməyi, dəvəyə mindirməyi, çantanızı maşına qoymağı və s. təklif edəcəklər, bu diqqət və mədəniyyət yox, pul tələsidir və sonra pul istəyəcəklər sizdən, fırladırlar ????QAHİRƏMisirdə benzin çox ucuz olduğundan cəmi 10-15 manata avtobusla Misirin paytaxtına gedə bilərsiz. Şəhərin əhalisi 20 milyondu. Biraz çirklidi, qaradı, amma ucuzluqdu. Mütləq tarix muzeyinə gedin, Faraon tarixinin incilərini, hətta 4 min yaşı olan mumiyanı və qızıl heykəlləri görə biləcəksiz. Muzeyə giriş zamanı fotokameraya pul istəyirlər amma telefonla çəkmək pulsuzdu. GİZAGİZA qədim şəhərdir, məhşur dünyanın 7 möcüzəsindən salamat qalan yeganə Piramidalar bu şəhərdədi. Amma şəhərin arxitekturası əksinə çox pisdi. Tam tikilmiş binalara ölkədə vergi var, ona görə binaların hamısı yarı yarımçıq tikilib.  Piramidaları görmək üçün getmək lazımdı açıq hava muzeyinə, həm Xeops piramidası, həm, digər piramidalar, həm də Sfinks elə eyni ərazidədi. Ərazi çox böyükdü. Məsləhətdi ki, orda icarəyə dəvə ya da at götürəsiz. Nə qiymət desələr yarı qiymətə razılaşırlar. Təqribən 5-10 dollar arası tez gəzib ən yaxşı yerdə şəkillər çəkə bilərsiz. Amma sürən adam şəklinizi çəksə axırda pul istəyəcək, verməyin, çünki fırladırlar ???? Orda qalası olsaz, mütləq otel gəmiləri götürün, çox romantik və rahatdı, çox maraqlıdı.  Əsl papirusu və xüsusi yağlar və ətirləri də bu şəhərdə alın, ucuz və orijinal olacaq. Dedikləri qiymətləri mütləq müzakirə edin, fırladırlar ???? daha ucuz almaq mümkün olacaq.ALEKSANDRİYAAralıq dənizi sahilində yerləşən, Misirin ən gözəl şəhəridir. Misirlilər özləri burada istirahət edir. İndi 6 milyon idi əhalisi, yayda 18 milyon olur. Daha bir 7 möcüzədən biri, Aleksandriya mayakının qalıqlarından tikilən fortla tanış ola bilərsiz. Ora Avropaya daha yaxındır və çox müasir əhalisi var. Əsl dondurma dada bilərsiz. Amma korallar və ya balıqqulaqları almaq lazım deyil, sərhəddən onları buraxmırlar.BÜDCƏ2 nəfər Tbilisidən uçuş və 1 həftəlik 4* otel - 800USD2 nəfərlik Şarm-Qahirə-Aleksandriya turu(1 gecə Qahirədə qalmaqla) - 230 USDDiving - 45USDHədiyyələr, suvenirlər, shopping - 250USDBakı - Tbilisi - Bakı - 105AZNTbilisi yemək və shopping - 200USDSuallarınız olarsa cavablamağa və məsləhət verməyə şad olaram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Samir Gadirov

2112 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!