Bir zamanlar cinayətkarlığın ən pik həddə olduğu, lakin indi turizmin beşiyi, 100 milyonlarla insanın rəğbətini qazanmış düyanın top turistik yerlərindən biri. Meksikanın sahilyanı 3 şəhərini gəzdik. Qısa izah verməli olsam:
Cancun - lüks otellər və klub həyatı (night life)
Tulum - əsl sevgini dadında yaşayacağınız - sadəlik, təbilik və zərafətin birləşdiyi yer
Playa de Carmen - istiqanlı və maraqlı izdihamıyla sizi darıxdırmayacaq bir şəhər
Ümumilikdə, Meksikanı çox sevdim, sözün əsl mənasında. İsti sevməyən adam burda istini sevdi. O dərəcə. Həyat çox sadə, rahat (flexible), azad ruhlu, öz aləmindədir. Xanımların gecə rahat şəkildə velo sürməyi, moped istifadəsi, bir sözlə rahat şəkildə hərəkət etməyi mənə görə üstün nüansdır. Etiraf etməliyəm ki, yerli əhalidən çox olmasa da, qonşu və digər ölkələrdən gələn xanımlar o qədər gözəldirlər ki, sanki yığma komandadır Sanki hərkəs hərşeyini atıb gəlib burada özü üçün yaşamağa. Xoşbəxtdirlər.
Çox da ekonomik yer sayılmaz. Nə çox baha, nə çox ekonom. Orta və ortanın üstü. Pulları ölkənin özünə məxsus peso pul vahididir, 100 peso = 8.50 azn. Pesonun işarəsi $-dır. Yəni bildiyiniz dollar, amma bu sizi çaşdırmasın. Ya qiyməti soruşun, ya da telefonda valyuta olsun. Heçdə dürüst deyillər. Mütləq pulu pesoya çevirin. Dollar versəz, aşağı kursla dəyişəcəklər, ki, bu yaxşı deyil.
İçki - mağazada 2-3 usd (pivə), kokteyl (8-15 usd), hansısa restoran və ya barda bu qiymətlərdən 1-5 usd arasl əlavə olacaq ya yox.
Yemək - əsasən meksika mətbəxinə üstünlük verirdik: burrato, fayitas, tacos, dəniz məhsulları. 2 nəfərə ortalama 40-50 azn (ortabab restoran), biraz turistik, populyar yerdə 140-200 azn. Yol kənarında manqo satılır mütəmadi, 1 ədədi normalda 60 peso (5 azn)
Qonaqlama - bunun üçün istənilən qiymətə demək olar ki, yer tapmaq mümkündür. Dəniz kənarı babat komplekslər var - Maya tulum kimi.
Şəhər mərkəzində bizim qaldığımız çooox möhtəşəm üstü bir hostel (Tulum) var:
Mayam Monkey Tulum hostel (bu hostelə görə Azer Hasanovə çoxlu manqo düşür )
Gecəsinə 1 nəfər üçün 40 azn ödədik (səhər yeməyi daxil). Hosteldən çölə çıxma, elə oradaca dincəl vəssalam, ciddiyəm .
(Hosteldən fotolar əlavə etmişəm)
Nəqliyyat - ölkədə 2 təkərlilər prioritetdir, daha hörmətlidir bizim nəqliyyat sistemindən fərqli olaraq. Mobedin günlük kirayəsi 500-800 pesodur (45-70 azn), velosiped isə 200-300 peso. Amma sizə tövsiyyəm neçə gün qalacaqsızsa, həmin gün sayı qədər götürməlisiz ki, qiyməti günə 300-400 pesodan düşsün. Çünki siz gündəlik götürəndə o adama maraqlı deyil siz neçədə gəldiniz təhvil verməyə, 24 saat kimi hesablayır kişinin oğlu eləbil yatmayacaq bu adam gecə gündüz sürəcək qiymət şişirdir yəni. Belə danışıb pul qırmaq olur. Məsələn, biz dirəşdik və dedik ki, axşam saat 9-a qədər təhvil verərik, gördük ki, yola gəlirlər. Sizə ilk deyilən qiymətə aldanmayın.
Cancundakı gecə həyatını bəyəndim, çılğın və aktiv. Şəhər yatmır, dinamikdir. Lakin bu sırf otel zonasındadır. Diskolara giriş 10-20 usd-dən başlayır. İçkilər elədə baha deyil. Normaldır (4-15 usd)
Tulumda üstün zərafətlə və sevgi ilə dizayn edilmiş qadın geyimlərinin, restoranların və digər biznes obyektlərinin ağac işləmələrlə dizaynı - təbiətlə iç-içə bir vəhdət yaratmağı məni məndən təmamilə aldı.
Tulum başqa aləmdir, gərək orda olub, onu yaşayasan.
Piyada gəzərkən isə, ən bəyəndiyim şey yolüstü acı souslu manqo alıb dadmaq oldu, kiçik eşq-məhəbbət
Karib dənizində üzmək, hündürlüyü dayaz yerdə təxminən 6 metr olan dalğalarla rəqs etmək tamam başqa zövq idi. Bunu yaşamalısız mütləq
Meksika ilə bugün sağollaşırıq, növbəti stansiyamız - Costa Rika