353 dəfə oxunub

Bəlkə də burda heç şəkil çəkməməli idim: Eibsee-yə Səyahət

Bəlkə də burda heç şəkil çəkməməli idim. Sadəcə yaşamalı idim. Foto çəkməyə o qədər fokuslanmışdım ki, bir anda kameram 1%-ə düşdü. Oturub sadəcə baxmağa başladım. Və düşündüm: Bəzən ən gözəl kadr sadəcə yaşadığın andır.
Düzünü desəm, Eibsee-yə getməzdən əvvəl internetdə gördüyüm şəkillərə tam inanmırdım. Şəkillər o qədər “filtrli” və “nağıl kimi” görünürdü ki, belə bir yerin həqiqətən mövcud olduğuna şübhə ilə yanaşırdım. Amma ora çatanda fikrimi dəyişdim. Bu yer doğrudan da varmış hətta fotolardan da gözəldir.


Eibsee-də nə edə bilərsiniz?
Eibsee gölünün ətrafında 7.5 km uzunluğunda, rahat bir yürüyüş yolu mövcuddur. Gəzərkən hər addımda gözəl mənzərələr sizi seyr etməyə vadar edəcək. “Burada dayanıb bir nəfəs alım, buranı da çəkim” dediyiniz anlar çox olacaq.
Yazdan payıza qədər göldə qayıq və su velosipedi kirayələmək imkanı var. Suyun sakitliyi ilə birlikdə təbiət səsləri ruhunuzu dincəldəcək. Bu hiss tamamilə başqa bir dünyaya səyahət kimidir.
Eibsee gölünün yaxınlığından birbaşa Almaniyanın ən yüksək zirvəsi olan Zugspitzeyə kanatla qalxmaq mümkündür. Zirvədən açılan mənzərələri seyr etmək isə unudulmaz bir təcrübədir.
Gölün ətrafında bir neçə kiçik kafelər var. Burada oturub dağ mənzərəsini seyr edərkən bir fincan isti kofe içmək ruhunuza tam bir istirahət bəxş edəcək.


Kiçik məsləhətlər:
– Tez gedin: Park yerləri xüsusilə yay aylarında sürətlə dolur, buna görə erkən saatda yola çıxmaq yaxşı olar.
– Rahat ayaqqabılar seçin: Yürüyüş yolu çətin deyil, amma gəzmək istəyiniz çox olacaq.
– Yanınızda su və qəlyanaltı götürün: Göl ətrafında dincəlmək üçün mükəmməl yerlər var. Özünüzlə yüngül bir qəlyanaltı və su götürmək işinizi asanlaşdıracaq.

Paylaşan: Shahin Farajov

DİGƏR BLOQLAR

Bosniya bələdçisi - Sarayevo-Konjic-Mostar

Sarayevodakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Bu günə kimi olduğum heç bir ölkə haqqında paylaşım etməyi lazım bilməmişdim, amma indi bunu özümə nəsə borc bilirəm ????Bosniya: Sarayevo-Konjic-MostarÖncədən deyim reklamı olmayan və kəşf edilməyən möhtəşəm ölkədi. Dağların üzərində salınan şəhərlər, dağların başından ətəyinə uzanan qırmızı örtüklü köhnə evlər, tarixin izləri, təbiət, yaşıllıq, çaylar, göllər, hətta şəlalər belə bu ölkəni möhtəşəm edən əsas amillərdi.Bosniyanın pul vahidi mark, qısaca "km"di və manatla demək olar eynidi. Ona görə həm avroya, həm manata nəzərən hesablamalarda heç bir çətinlik olmayacaq. Statusda yazacağım km kilometri deyil də, bunların pul vahidi olacaq, çaşmayın ????Başlayaq nəqliyyatdan: Budapeştdən Sarayevoya WizzAirlə 10 avro gediş, 12 avro gəliş bileti aldım. Aeroportdan şəhərə 8 kilometrdir və bu yol birbaşa avtobusla 5 km-dır (2.5 avro). Şəhər içi bir neçə dayanacaqda saxlayır, sonuncusu isə "Old town"du. Daha ucuz gəlmək istəsəniz 2 kilometr piyada tramvay dayanacağına (adı Stup-dı) gedib, ordan Tram 3-ə minərək şəhərin mərkəzinə gedə bilərsiz. Bilet qiyməti 1.6km, sürücüdən alsaz 1.8 kmdı (0.8 və 0.9 sent). Şəhər içi nəqliyyatdan istifadəyə çox da ehtiyac olmur, hər yerə piyada gedə bilərsiniz, əgər tənbəl deyilsizsə.Şəhərlər arası nəqliyyat: Sarayevodan-Konjicə online tələbə endirimi ilə 2.58 avroya avtobus bileti aldım. Normal qiyməti 5 avrodu. Bus stansiyasında isə əlavə xidməthaqqı olaraq 2km (1 avro) alırlar. Konjic-Mostar avtostop elədim, çox asan oldu, 10-15 dəq gözləməli olmuşdum. Mostar-Sarayevo tələbə endirimi ilə bus stansiyasından 12km-a (6 avro) bilet aldım. Normal qiymət 22km (11 avro). Şəhərlərarası buslarda komfort deyilən şey yoxdu, bizdəki rayon busları kimidir.[Əlavə edim ki, Mostardan Blaqaja və Kravice şəlalərini görməyə gedə bilərsiz. Mənim vaxtım çatmadı deyə alınmadı. Blaqaj Mostardan 11 km məsafədə yerləşir. bus stansiyasının qarşısındakı dayanacaqdan ictimai nəqliyyatla (bus) gediş-gəliş 4 km (2 avrodur). Bileti sürücüdən alırsız. Kravice isə 40 km məsafədə yerləşir Mostardan. Getmək üçün bus stansiyadan gedir və bileti stansiyadan alırsınız, bunun qiymətini bilmədim. Konjic-Mostar yolunun üzərində isə Jablanica gölü və kiçik şəhəri var, şəxsi maşınla getsəniz burda da bir neçə saatlıq saxlaya bilərsiniz.]Qalmaq: Hostel və Hotellər ucuzdu, mən büdcəli səyahətçiyəm deyə ancaq hosteldə qalıram, bu dəfə də elə etdim. Sarayevoda 2 gecə 4 nəfərlik otaq 26 km, Konjic 1 gecə 4 nəfərlik otaq 12km, Mostar 1 gecə 4 nəfərlik otaq (breakfast daxil) 16km book etmişdim. Deyim ki, hər birində otaqda tək qaldım ????Hostelləri çox bəyəndim. Konjic-də anlaşılmazlığa görə səhv hosteldə qaldım, amma səhv olaraq qaldığım da pis deyildi (20 km verdim).Qidalanma: Qaldığım hostellərdə mətbəx olduğundan özüm bişirirdim səhər və günorta yeməyin, axşamı isə restoranda yeyirdim. Restoranlarda qiymətlər ucuzdu. 6-10 km-a normal yeməklər yeyə bilərsiz.Əlavə xərclər: 1 muzeyə getdim "War Childhood Museum" 8 km idi entrance. Normalda muzeylərlə çox da aram yoxdu, amma bu muzey əməlli təsir etdi mənə. Müharibə uşaqların gözüylə, mühəribə uşaqlıq üçün nədir əsas tutularaq hazırlanmışdı. Bosniya müharibələri zamanı uşaqların xatirələrindən və sitatlarından bəhs edirdi. Kitabı da var, çox təsirlidi.Daha isə Sarayevoda kanatla dağın zirvəsinə qalxın mütləq. 2 kilometrlik yol, və 1600 metr yüksəkliyə qaldıracaq sizi. Qiymət tək 15 km, qayıdışla birgə 20km-dı. Məsləhətim tək gedişli bilet alıb, qayıdanda özünüz düşün piyada.Diqqət ediləsi məqamlar: Şəhərlərdə əksər restoranlar və mağazalar ancaq nəğd qəbul edir, xüsusən də Mostar və Konjicdə bu daha çoxdu. Ona görə də nəğd pul daha çox götürün. Məsələn, Mostarda nəğd pulum olmadığından ən yaxşı görünüşü (çay və körpü) olan restoranlarda otura bilməmişdim. Hətta bus stansiyası da nəğd qəbul edir ancaq.Görməli yerlər: Abidələr olaraq elə də çox deyil, hər şəhərin old town hissəsi çox möhtəşəmdi, həmin küçələrdə adam özün köhnə dövrlərdə hiss edir. Şəhər daxili köhnə və yeni qəbirstanlıqlar maraqlıdı. Sarayevoda dağın üzərində bir neçə dağılmış qalalar var ki, onlara gedə bilərsiniz. Şəhərə çox gözəl görüntü açılır. Hətta onların birində kafe də var, çay içə bilərsiniz.Daha da körpülər, çaylar, çayın sahili ilə gəzərək özünüz kəşf edə bilərsiniz. Əlavə olaraq Mostar-da Sniper Towerə gedin deyərdim, içinə girişlər bağlı olsa da, bina özü adamda qəribə hisslər yaradır. Bosniya müharibəsi zamanı snayperçilərin yerləşdiyi binadı. Çoxlu graffiti nümunələri görə bilərsiniz binada. Ümumiyyətlə, müharibənin qalıqları hər yerdə var demək olar. Bəzi binaların üzərində güllə deşiklərin də görə bilərsiniz. Hətta şəhərlərdə "Dont forget" yazılmış graffiti nümunələri çoxdu.Başqa nə sualınız yaransa, şərh yaza bilərsiz.9 iyun 2018.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Punhan Talibkhanli

1412 dəfə oxunub

Avstraliya səfəri

Avstraliya səfəri2020-ci ildə pandemiya vaxtı kruiz gəmisilə buraya yanaşmışdım. Yalnız Hobart limanına enə bilmişdim. Sydney, Melbourne və Perth kimi şəhərləri isə gəminin göyərtəsindən izləyirdim. Çox istəyirdim enim, amma risk edib gəmidən düşmək və sonradan yenidən minə bilməmək ehtimalı vardı. Ona görə də məcburən həsədlə uzaqdan baxmaqla kifayətləndim.Əlbəttə ürəyimdə qalmışdı… Lakin bu səfər tamam başqa cür yarandı. Dostlarla vizalar haqqında söhbət edirdik. Onlar müxtəlif ölkələrə viza ala bilmirdilər. Dedim ki, Avstraliya vizası onlayn müraciətlə alınır və bu yolu sınamağı təklif etdim. Mövzu açıldı və düşündük: biz niyə bu fürsətdən kənarda qalaq? Beləliklə, Avstraliya səfərinə start verdik.Dərhal aviaşirkətlərin saytına girdim və inanın şok oldum — Türk Hava Yolları ilə gediş-dönüş biletini 1340 dollar təklif edirdi (adam başına). Bu məsafəyə görə çox yaxşı qiymət idi. Heç düşünmədən bron etdik.Planımız belə oldu:• Sydney• Brisbane və Gold Coast• Hobart və Tasmaniya adası• Melbourne (Great Ocean Road, Mornington Peninsula)Hal hazırda Melburnda yaşayan, Yeni Zelandiyadan köhnə tanışım, peşəkar bələdçi Olga ilə əlaqə saxladım və ölkə içi turlarımı onunla təşkil etdik.Təəssüf ki, dostlarımız viza ala bilmədilər (səbəb rəsmi olmasa da amma onlarda nə Şengen nə ABŞ vizalrarı var idi) və bu səbəbdən həyat yoldaşımla ikimiz gəldik.Bu 12 gün necə gəldi, necə keçdi bilmədik. Amma gördüklərimiz — inanılmaz mənzərələr, okean sahilləri, vəhşi təbiət və şəhər mədəniyyəti — hamısı bir arada idi. İçəridən tanıyanda tamam başqa təsir bağışlayır. Uşaqlıqda zoologiya, botanika və coğrafiya dərslərində oxuduqlarımı burada canlı görmək tamam fərqli duyğudur.⸻Praktik məlumatlar• Şengen vizanız varsa, 95% şansınız çox yüksəkdir.• Avstraliya vizası aldıqdan sonra Kanada və ABŞ müraciətləri də daha rahat olur (mütəxəssislərin dediyinə görə).• Ölkədə yalnız Avstraliya dolları (AUD) işləyir. Təxminən 1 USD ≈ 1.41 AUD.• Normal otellər orta hesabla 150–250 USD arasıdır. Airbnb-dən daha münasib tapmaq olar• Uber hər yerdə işləyir. Aeroportdan şəhər ortalma 45USD• İctimai nəqliyyat rahat və münasibdir. Melbourne mərkəzində tramvaylar pulsuzdur.• Daxili uçuşlar çox sərfəlidir — 50–100 USD arası şəhərlərarası uçmaq mümkündür.• Mal və qoyun əti əksər hallarda halaldır (yenə də soruşmaq məsləhətdir).• Yemək orta hesabla 20–25 USD adam başınadır. Şəhər və təbiət turları 45 -130 USD arası⸻Hamınıza bol-bol səyahətlər arzulayıram.Bu ara şəkillər aradı Avstraliyanın mövsüm xəritəsini də paylaşdım — hansı aylarda hansı bölgəyə getmək daha məsləhətdir deyə.Və əlbəttə, Melburnda tur üçün Olga-nın ünvanını və Instagram səhifəsini də paylaşacağam. Gedən olsa, çox kömək edər. Olga KovalevaSağ olun, təşəkkür edirəm

158 dəfə oxunub

Marakesh/Morocco Səyahətim

Marakesh/Morocco Ilk defedir bir sheyler yazmaga chalishacam. Sixici ve sehflerle dolu cumleler uchun onceden xeberdarliq etmish olum ki, bilin sizi garshidaki cumlelerde neler gozleyir Shimali Afrika gitesinde Atlantik okean sahili boyu uzanan Marakeshe chatan kimi ele airport-da registrasiyadaki gagash pasportuma baxdi ve heyatinda ilk defedir bele bir olke eshiden adam kimi "Aserbayjan Aserbayjan" deyib getdi otaga. Uzun sozu qisasi meni 1 saat sual cavab edenden sonra son derece semimi bir gulushle "welcome" deyib passportumu geri verdiler. Olkemizi chox da tanimirlar yeni:)Seferim bashladi Kasablankadan. Onu deyim ki, eger Kasablankada hegigeten onemli bir ishiniz yoxdursa orda gunun sonuna geder her yeri gorub bashga shehere kechmeyiniz meslehetdir. Chox da maragli sheher deyil.Ordan gatarla El Jadida sheherine kechdim. Chimerlikleri ile mehsur olan El Jadida balaca ve ozune gore maragli bir yerdir. Shekillerde yerde uzanan ushaglar buz kimi okeandan chixan kimi isti asfalta uzanib qizinirlar, analari ise onlara nezaret etmekle meshguldurlar. Bu ushaglarin 10-15 metr hundurlukden suya tullandiqlarini tez tez gormek olar. Sheher bir novu Mumya kinosundaki sehneleri xatirladir. Chox ucuzdur. Shekillerdeki baliq izqara ichki ve salatla birlikde 8 manata basha gelir. Oldugca dadlidir.Daha sonra Merakesh sheherine geldik. Onu deyim ki, hech bir halda sheherler arasi ucuz yerli avtobuslardan istifade etmeyin eks halda menim kimi avtobus fobianiz yaranacag. Hemin gun bedenimde olan butun su ehtiyati o avtobusda ter olarag tukendi. Men yandim siz yanmayin. Ama Kohne avtobuslarin yani sira Supratour ve CTM shirketleri biraz elave odenishle sizi kondisionerli ve lyuks avtobuslarla istediyiniz shehere chatdira biler. Merakesh olkenin en maragli ve en chox turist gebul eden sheherlerindendir. Hava 50+ oldugu uchun orda heyat gece bashlayir sehere geder davam edir. Oldugca aktiv sheherdir.Old Madina-nin dar kuchelerinde motosikletlerle gezen nene baba gorsez teecublenmeyin. Her saniya yaninizdan bir motosiklet/mopet kechecek. Amanin bir gunudu bu sheherde yerli camaat sizden nese sorushsa cavab veresiz. Eger bele bir sehf etseniz dalinizca dushub size ev vermek ve ya size haranisa gosterib evezinde pul almag isteyen birileri ile heyatinizin en az yarim saatini bolushmeli olacagsiniz. En gozel pambig, deri ve taxta istehsali bu sheherdedir. Hediyye almag uchun ideal sheherdir. Portagal suyu chox ucuzdur. Su evezine temiz sixilmish ve 1 manata basha gelen meyve suyu uchun, vitaminleninChox yazaram ama kechek o biri shehere. A unudurdum az gala, burda biraz pulun varsa bir dene benzin kalonka alib atirsan yemish garpizin yanina ve kosheyi donursen Novbeti mekan Agadir sheheri. Agadir biraz daha lyuks heyat sevenler uchundu. Hetda mende ozumu oranin lyuksuna uygunlashdirib (biraz buraxib) villa tutdum 5 ulduzlu all inclusive oteller, gece clublari, gumarxanalarla meshur Agadir bir novu turkiyenin Antalya sheherine benzeyir. Alkogollu ichkiler axsham saat 8-e geder Carrefour magazinlerinden tapa bilersiz. Bu fransiz magazinidi, nezere alsag ki Marakesh Fransa mustemlekecisidir burda fransiz mektebleri, mashinlari, magazinleri tez tez goreceksiniz. Rahatliq ve lyuks sevenler bu sheherde galsinlar, biz diger sheherle davam edek.Sidi Ifni ve Tiznit sheherleri arasinda yerleshen Legzira chimerlikleri arklarla meshurdur. Arklar zamanla dalgalarin gayalarin ortasini yumasi neticesinde yaranir.(shekillerde var). Burda daglardaki magaralarda ozlerine ev duzelden baliqcilari gormek olar. Onlardan biri ile tanish olduq. Chox qonagperver insanlar idiler ve hetda bizi bir gece magarada galmaga devet etdiler. Gece birlikde okeana balig tutmaga getdik. Midye ve her cur su nemerleriyle dolu okeanda seafood-a doymag olar. Baliqci bize gozel baliq bishirdi. Antaltik okean sahilinde magara icherisinde yatmagin lezzetini ozunuz tesvvur edin mence.Paradise Valley-Cennet Bagi adlanan yere mutleg gedin. Daglarin arasinda palmalarla ortulu ve dag suyundan emele gelen gollerde mutleg chimin. Gozel xatiresi var. Shekillerde var bu mekan.Daha sonra Taghazout- getdim. Sheher balaca ve oldugca shirin bir sheherdir. Bu sheher surf ile meshurdur. Dunyanin her yerinden bura surf oyrenmeye gelen genc gruplari gormek olar. Burda hosteller-de daha maragli aura olur. Canli musiqi-si olan balaca restoranlarda sham yemeyini yeye ve ya bir sheyler iche bilersiniz. Musiqileri chox gozeldir.Marakeshliler sheker ve choreyi chox sevirler. Dovlet terefinden onlara pulsuz un ve sheker verildiyi uchun adamlar ishin ustasi olublar ve chox dadli ve ferqli chorekleri var. Burda chay sifarish eden isti su, qend ve naneni getirirler ki , ozum demle ich!Kim Marakeshe getmek isteyirse ve ya suali varsa buyursun, her zaman yardim etmeye haziram. Umumiyyetle ora gedende chalishin aktiv bir tetil sechin bir sheherle anlamag olmur olkeni.Oxudugunuz uchun teshekkur edirem MusPaylaşan: Mushfig Ismayilov

179 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!