257 dəfə oxunub

Dünyanın yeni 7 möcüzəsindən biri Petra

Dünyanın yeni 7 möcüzəsindən biri Petraya gedirik
Ümumi bu səyahətə 6 gün 5 gecə ayırmışdım.
7-si Bakı-Abu Dhabi uçuşum oldu və Abu Dhabi Amman uçuşu eyni saatlarda olduğu üçün 1 gün Abu Dhabidə keçirib, biraz günəşlənib 8-zi səhər saatlarında Ammana uçdum (Wizzair hava yolları ilə). Vəə budur mən xəyalın qurduğum Petraya çoox yaxınlaşdım
8-9-10-11 iyun tarixlərin İordaniyada keçirdim və minimum 3 gecə qalacağım üçün #jordanpass almışdım( bununla bağlı video gələcək- instagram @gülkimiseyahet).
Geri dönüşüm isə Amman-İstanbul və 1 gün İstanbulda olduqdan sonra İstanbul-Bakı şəklində oldu
Düşünürəmki İordaniyanı gəzmək üçün 5 gün az imiş. Hərkəs İordaniya dedikdə ancaq Petranı düşünür , məndə belə düşünürdüm amma Ammanı, Aqabanı gəzib ölkənin abu-havasını hiss etdikdən sonra anlayırsanki bu ölkədə kəşf etməli çoox yer var
Deməli:
Toplam biletlər - 550 azn ( daha tez alsaydım daha ucuz düşəcəkdir)
Toplam- 200 azn ( bununla bağlı video gələcək- instagram @gülkimiseyahet)
Jordanpass- 170azn ( viza xərci və muzeylərə pulsuz giriş verir minimum 3gecə qalmalısan amma)
Hava limanından xüsusi avtobus var şəhərdə 2dayanacaqda dayanır ancaq( 7th circle və Abdali) təxminən 5-10 azn arası.
və Petraya və ya başqa istiqamətə getmək üçün
Jett ( şəhərlərarası rəsmi avtobuslarıdı) - təxminən 50-55azn iki istiqamət.
Careem app üzərindən sifariş edirdim taksini. Uberdə işləyir və güvənlidir bu ikisi. Bu xərc gedəcəyiniz yerə , hotel yerləşməsinə görə dəyişə bilir. Nəzərə alınki Amman təpələr üzərində yerləşən şəhərdi və bəzən o yüksəkliyə piyada qalxmaq çətin olur. Bu taksilər yalnız Ammanda işləyir. Aqabada yaşıl rəngli yerli taksilər var idi.
Bu da adama görə dəyişən xərcdir.
Nəzərə alınki 1jod - 2.24azn-dir
Ölkə olaraq bahalı ölkədir bunuda nəzərə alın
Mən internet üçün esim Airalo almışdım( Beynəlxalq)
Mənim digər ölkələrdə də vaxt keçirdiyimi nəzərə alsaq ümumi 1200-1500 azn xərc hesablamaq olar.
Dəyərmiydi? Dəyərdi
Ammanın mehriban insanları, axşam qaynayan şəhərə qarışıb onlarla xoş ünsiyyəti yaşamaq və tarixi yerlərin görməyə, Vadi musada milli mətbəxi dadmaq, gecə işıqları seyr etməyə, Petranı sözlərlə ifadə edə bilmərəm sadəcə illərdir arzum idi o anı yaşamaq və yaşadım Vəə Aqaba dənizi, Yunanıstanı xatırladan Aylasını görməyə bəli dəyərdi
Təkrar gedərəmmi? gedərəm
Səyahətlə bağlı detallı paylaşımlar gələcək yenədə

DİGƏR BLOQLAR

Almaniya - Düsseldorf bələdçisi

Düsseldorf - Amsterdam. Part 1.İlk öncə ondan başlayım ki, Ryanairin qurbanı oldum. 1 həftə boş vaxtım var idi, qərara gəldim ki daha sərin, havası daha xoş olan bir yerə gedim. Biletləre Romadan baxanda Düsseldorf Weezeye 9 avroya bilet tapdım, amma sən demə bu Weeze, Hollandiya ilə sərhəddə yerləşən, cəmi 2 terminalı olan kiçik bir kənd Airportu imiş. Avtobus və tren bir saatdan bir gəlir.Yani anlayacağınız, Airportdan şəhər mərkəzinə busla, sonra isə qatarla 2 saatlıq yol gəldim ????????Qalmaq yerini məsləhət görərdim ki Airbnbden götürəsiniz, çünki host, yerli olur sizə kömək edir, ikincisi isə şəhərdə baş tutan party-lər, festivallardan xəbəri olur. Mənim bu cəhətdən bəxtim çox gətirdi (bilet baxımından gətirməsə də)) host çox mehriban idi, və demək olar ki bütün night partylər, festivallara bərabər getdik.5 gün ərzində demək olar ki, Düsseldorfun hər qarışını tələsmədən, həzz alaraq gəzdim.Əvvəlcədən qurduğum marşrut üzrə 5 günümü elə böldüm ki, nə çox yorulum, həm də ki şəhəri bütün günü gəzməyə, axşam da dincəlməyə vaxtım olsun.Deməli, əgər Düsseldorfe-a yolunuz düşsə, və 4-5 gününüz olsa, çox məsləhət görərdim ki, siradakı yerlərə baş çəkəsiniz.-Volksgarten-Pebbles terrace. Bura mənim ən sevdiyim terassalardan biri oldu. Şəkillərdə də görəcəksiniz, çox möhtəşəm mənzərə açılır şəhərə.-Gehry bauten-Rhine Tower, şəhərin əfsanəvi qülləsi-Landtag- Kunst im Tunnel - tonhalle düsseldorf-City museum və Johannes Church və Marittime museum - museum kunstpalast - glasmuseum xüsusən getməyə dəyər.-Stahlhof - rathaus-Tritonenbrunen-Archeopoint-Märchenbrunnen-Ratinger torVə Rhein terrasse.Ümumiyyətlə şəhərdə sevdiyim çox məqamlar oldu. İlk öncə insanları, çünki daha öncəki Almaniya visitim Berlində məni tamamilə məyus etmişdi. İnsanları tünd, itsifət və həyatdan bezmiş, tam bir depressiya şəhəri.Düsseldorf isə tam əksi, insanları həmişə gülərüz, həmişə sənə kömək eləməyə hazır və şəhərə gələn qonaqların razı qalmaqları çox vacibdir onlar üçün. Həmin 5 gündə tanış olduğum bəlkə 15-20 nəfərin hamısı şəhər haqqında fikrimi soruşandan sonra, şəhərə böyük bir tərif yağdırırdılar ????Həqiqətən də Düsseldorfda yaşayanlar bu şəhəri çox sevirmiş, və ən əsası da hamının razı qalmağı imiş.Parklar Romadakı parklara təbii ki oxşayır, ancaq Romada bu böyüklükdə cəmi 2-3 park var. Görünür Düsseldorf şəhər administrasiyası parklara çox böyük fikir verir, küçələri artıq demirəm. Çox səliqəli, çox təmiz, çox mədəni bir şəhər və şəhərdə yaşayan insanlarla rastlaşdım. Hələ bir qrup dost gecə saat 4də məni və hostumu night bus gözlədiyini görüb, uberlə evimizə qədər ötürdü. Bunu Avropada mən bu 6 il ərzində görməmişdim. Hələ almanlardan heç gözləmirdim.Şansıma səyahətimin 4cü günü Japonese Culture Festival var imiş. Anlayacağınız iki gün dalbadal şəhərdə japoniya folk music mi deyim, cosplayerler mi deyim, anime qəhrəmanları mı deyim hər şey var idi. Bütün 700 k əhali mərkəzdə idi, bildiyiniz tərpənməyə yer yox idi ????. Hər iki günün sonunda isə 50 dəq durmadan fire works.Almanların dediyinə görə, Yaponiya diasporasının ən böyük filialı məhz Düsseldorfda imiş, və onların finansal durumu, dəstəyi o qədər böyükdür ki, demək olar şəhərdə olan bütün şirkətlərdə pay sahibidirlər. Təbii ki, 2 gün boyunca 50 dəq non-stop fireworks onlar üçün heçnədir.Bir sözlə, Almaniyaya aid negativ stereotipimi aradan qaldırmağa kömək elədi Düsseldorf. Başı işə, problemlərə, dərdə və qəmə dolaşan insansınızsa, Düsseldorf əla bir optiondur, bütün problemləri unutmağa yardım edər... Amma Ryan Airden uzaq durun ????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nazir Abishov

1765 dəfə oxunub

Baqajınız zərər gördükdə nə etməli?

25 Ölkədə olmuşam, fərqli hava yolları ilə uçuşlar etmişəm. Soruşsanız ki ən pis hava yolları hansıdır, şübhəsiz ki, Amerikada daxili uçuşlar icra edən hava yollarının adını çəkəcəm. Bunlardan biri də Frontier'dir.Çiynimizdə 1 ədəd çanta, 1 ədəd kiçik TravelGuitar və mənim Tar alətim var idi.Təyyarəyə minik başlayanda mənə bildirdilər ki,çantalar free'dir amma 1 adam 1 alət götürə bilər özü ilə və hər alətə görə də 55$ ödənilməlidir. Bildirdim ki, Tar ilə Gitaramı üst üstə qoyanda heç normal akustik gitaranın ölçüsü etmir. Dedim ödənişi edirəm amma Tarı özümlə Cabinə götürmək istəyirəm. Çox aqressiv şəkildə yox dedilər Tar baqaja getməlidir. Gitaranın furlyarı nazik olduğundan onu baqaja verə bilməzdim. 5/7 dəqiqə dirəşsəm də day uzatmadım ( Tarın Hard case'i olduğuna görə dəfələrlə baqaja gedib və sapsağlam alətimi hava limanından götürmüşəm ) Amerika daxili isə ilk dəfə idi baqaja verirdim Tarı. Alətin üstünə əlləri ilə böyük “ FRAGILE “ yazmaqlarına baxmayaraq getdiyimiz ştatın hava limanında futlyarın qarpız kimi partladığını gördüm. O cür bərk materialın çatlayıb aralanması üçün çox hündürdən çırpmaq və yaxud üzərinə hədsiz ağır əşya qoyulmalıdır. Baqajda alətə alət kimi yanaşmayıblar, üstündəki yazıya isə heç fikir verən olmayıb. ( Amerika daxili 2 uçuşda 3 çimodanımızı qırıblar fərqli hava yolları ) Çimodanımızın birini də bunlar qırdı " sağolsunlar ". Bu vaxta kimi heç vaxt hava limanlarında yaxınlaşıb qırılmış baqajın ödənişi üçün müzakirə etməmişəm. Lakin təyyarəyə minmədən öncə Tarı məcburi şəkildə əlimdən alıb baqaja verən, aqressiv şəkildə danışan işçilərin sifəti yadıma düşdüyü üçün əsəbləşdim! Dedim bu dəfə qırğın edəcəm!) Dili yaxşı bilməyə-bilməyə indi ya sizə verən Allah ya mənə misalı ilə söhbət eliyirəm. Sağolsun dostum #Malik bizi qarşılamağa gəldiyi üçün ətraflı müzakirələri o aparmağa başladı.Hava yolları nümayəndəsi Qırılmış baqajların şəklini çəkib özlərinə götürdülər araşdırma üçün, bizdən də əlavə məlumatlar aldılar.Bir müddət sonra mail yazdılar ki, 55$ alət üçün, 75$ baqaj üçün ödənən məbləğlər kartınıza qaytarıldı və dəymiş ziyanın qarşılığı olaraq sizə 400$-lıq uçuş bileti təklif edirik.Mənə ?! 55$? uçuş bileti ?! Əsəbim 3 qatına çıxdı! Mən o ödənişlərdən imtina etdim! Bildirdilər ki, bizə çek təqdim olunmadan biz sizə əlavə ödəniş etməyəcəyik. Çekləri atmamağın necə vacib olduğunu indi anlamışdım) Çimodanın çekini atdığıma görə o məbləğ ödənilmədi amma Tarın və futlyarın çeki var idi. Sağolsun dostlarımın biri musiqi mağazasının arxivindən qaiməni tapdı, digəri isə tərcümə+təsdiq elətdirib mənə göndərdi! Həmin tərcümə+təsdiq olunmuş qaiməni adı keçən hava yollarının mailına göndərib " Dİ HI " dedim öz ləhçəmiz ilə) Utanmadan hələ də 400$-lıq bilet təklif etdilər. Dedim a kişi, a xala, a bibi, a əmi başınıza dəysin e sizinlə səyahət edən deyiləm bir daha!Biraz uzun çəkən prosesdən sonra nəhayət ki dünən ünvana 1,750$ ???? dəyərində çek göndərdilər!) Sağolsun hava yollarına həftədə 3 dəfə zəng edən Malik! Ona bir sandwich borculyam ???? ( çox güclü qonaqlıqdır )Deyəcəyim odur ki, qaimələrinizin qədrini bilin ???? və baqajınız qırıldığında haqqınızı tələb edin ki, hava yolları şirkətləri özlərini adam kimi aparsınlar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Rizvan Aliyev

1048 dəfə oxunub

Paris üçün 8+1

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Paris elə bir şəhərdir ki orda nə etməli olduğunuzu 2000 fərqli mənbədən, 1000 fərqli formada, yenilənmiş halda oxuya bilərsiz. Amma nə "Etməməli" olduğunuzu bəlkə də çox yerdə tapa bilmərsiz. Necə getdim, harda qaldım, haranı gəzdim maraqlıdırsa statusda onlar yoxdu ????1. Mütləq formada tənbəllik ETMƏMƏLiSiNiZ. Hər gün səhər saat 8-dən digər gün gecə 1-in yarısına qədər şəhərdə minimum 30.000 addım ataraq gəzən biri kimi deyirəm ki, mütləq piyada gəzməyə üstünlük verin. Çünki bu zaman biz şəhərin ruhun hiss edə bildik. Axşamlar çayın qırağında şərab və yüngül atıştırmaları ilə istirahətə gələn yerli insanların arasına qarışıb, "Fransız xalqı kef eliyir" sözünün təsdiqini tapdıq. ????????????2. Şəhərin turistik mərkəzlərində fırıldaqçılıq edərək oyun oynamaga həvəsləndirmək üçün qurulan səhnəciklər görəcəksiniz. 3 stakanın altında gizlədilən "top" oyunu ən məşhuru idi. Barmağa ip keçirib oyun oynamaq istəyənlər də az deyildi. Bu tip şeylərə vaxt ayırmayın, gəzin! ????????????3. Əgər xüsusi marağınız yoxdursa Montmartre-da yerləşən Basilika Sacrè-Cœur girməyin. Mən bu marağımın qarşısın ala bilmədim ve qısa gözləmədən sonra içəriyə daxil ola bildim. Dəyməz deyə düşünürəm. Almaniyanın Aachen şəhərində olan kilsə daha xırda olsa da qat-qat gözəldir. Hətta Hamburg da ona nisbətən daha yeni tarixdə tikilən kilsə daha maraqlı idi.????️????️⛪4. Eyfel qülləsini görmək üçün 2 alternativ metro var. Biri Bir-Hakeim digəri isə Trocadero. Birincisini heç məsləhət görməzdim. Tracadero metrosundan çıxıb, sola döndükdə "Gözəl"i görürsüz. ????????5. Eyfel ətrafı səyyar satıcıların dediyi ilk qiymətə razılaşmayın. Ən az yarı qiymətinə ala bilərsiz istədiyinizi. Spirtli içkini isə onlardan heç almayın. 2-3 avroluq çaxırları 15-20 avroya deyib, 10 avroyada minnətnən satırlar. Təbii ki şəhərimizin turistik olduğunu unutmayın normaldı bu qiymətlər.????????????6. Bura əsas xanımlara aiddir... Gül satanlar gətirib sizə gül verəndə almayın. 1 ədədinin qiyməti 10 avrodan deyirlər. Oğlan gördüm ki, yalvarır "Pliizz 5 euro". Bakıda da bu texnikanın qurbanı olan oğullarımız var. Sadəcə başa düşmək lazımdır ki, məncə solub gedəcək və heç bir zaman xatırlamayacağınız hədiyyədir. O pula səhər yeməyini bir az bahalı yerdə etmək imkanı var. ????????????7. Hostellər bir yatmağa yeri, bir də əl-üz yumağa suyu pulsuz verir. Şəhər vergisi daxil mədəni soyğunçuluq edirlər. Qanuni oğru sözü oralara aiddir. Məsləhət görərdim ki 8-10 nəfərlik turistik yerlərə nisbətən yaxın yerdə (hosteldə) qalmaqdansa, Airbnbdən ev tutasınız. Onsuz biz gunun 6-7 saatın hosteldə keçirirdik. Qalan 16-17 saatı çöllərdə olurduq. Gecə yatanda da kiminsə xorultusu və başqa səsləri ilə narahat olmaq yaxşı deyildi. ????????8. Yeni insanlarla tanışlıqdan çəkinməyin. Almanlardan sonra fransızlar bizim üçün ayrı aləm oldu. Rasistlik hiss etmədik. Almanyada bizə göstərilən "Siz yadsız burda" söhbəti yoxdu (görmədik) orda.8.1 Ola bilər ki, ingilis dilini Elizabeth kimi danışasınız. Amma əmin olun ki metro, işçisindən host işçisi, restoran (cafe, patisserie, brassiere və.s) işçisindən adi əhaliyə qədər hamını ingiliscədən sarı problemi var və siz o dili rahat istifadə edə bilməyəcəksiniz. "Əl-qol hərəkətləri" - ONƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Toğrul Əsgərov

1536 dəfə oxunub

Maldive seyahet - Maldiv Beledçisi

1 heftelik (25.01-01.02) Maldive seyahetimle bagli fikirlerimi bolusmek isteyrem.AZAL la bir basa Male ye (6saatdan biraz cox ucus vaxti) ayraportdan speed boatla texminen 1 saat getdikden sonra mohtesem Thoddoo adasina catdiq. Portdan otelin numayendeleri qarsilayib balaca xususi masinla otele getirirler. Thoddoo kuceleri xosunuza gelmeye biler amma cimerliyi dogrudan cennetdir. Qumu suyu izah edilmeyecek derecede gozeldir. Cimerlikde lejanka zontikler ve yellencekler demek olar butun turistlere bes edecek saydadir. Yellencekler ise xususi eylencelidir.Biz Shams Thoddoo qonaq evinde qaldiq, qaldigimiz muddetde cox razi qaldiq, 5 mertebeli kicik yeni binadir. Otaqlari genis, temirli, ve temizdir. Otelin cemi 7-8 otagi var, ve aile terefden idare olunur. Butun kollektive ela, komekcil ve guleruz idiler.Biz seher yemeyi ile goturmusduk bezen sam yemeklerini de elave odenisle otelde edirdik, adam basi 15$ kicik qabda sup, ve esas yemek meyve desert ve sudan ibaret. Men her defesinde butov okean baliqlari secirdim, kifayet qeder boyuk orta dadda olurdu. Elave olaraq Black Ancor ve Astra restoranlarinda nahar ve sam yemeyini yeyirdik. Ortalama 2 nefer ucun 40-50$ cixirdi (spirtli icki olmadan). Qiymetler marketlerde cox bahadir. Maqnitler 3-5 $ dan baslayir. Ve diger suvenirler daha yuxari qiymete. Cimerlikdeki meyve ve kokteyil yeri marketle eyni qiymete satirdilar.Butun ehali, saticilar dogrudan mohtesemdirler. Mehriban, guleruz ve semimi. Misirdeki sirtiq saticilardan sonra burdaki insanlara heqiqeten yaxsi menada sok olmusdum. Biz olan muddetde ilk gun guclu yagis yagdi (duzu dilxor olduq) amma seheri gun dehset gun, daha sonralar arada az az yagis yagirdi amma cimmeye manecilik yaratmirdi, hetta yagisda denizde cimmeyin ayri zovqu var idi. Yagisida mohtesem olurdu.Turlardan snorkeling goturduk, Ramzitour instagram sehifeleride var, duzu tam beyendim desem yalan olardi, cox adam getmisdi, hardasa 25 nefer. Cox telesgen edirdiler, sanki tik qoyurdular. Mantelerle ve sharkla uzduk, ve sand bath deyilen yere getdik , duzu videolari coxda beyenmedim. Adada diger snorkeling turlar var idi onlari yoxlamaq olar. Adada masin yoxdur ancaq otellerin qonaqlari qarsilamaq ve yola salmaq ucum xususi masinlari var, esasen motor bike ve velosiped istifade edirler. Velosiped gunluk rent 5$, motorbike 20$.Bir de gedermmi? Mutleq, madfi imkan olanda Ada olaraq tereddud edeneler eminlikle sece bilerler, otel olaraq da biz razi qaldiq, qiymetine uygun idi, otelin qisa videosu var, kim istese sexsiye gondere bilerem.Men tur olaraq tur agency den almisdim, tur ile daha ucuza gelirdi, kimese maraqli olsa elaqelendire bilerem. Uzun olsa da istedim detalli yazim, kimin basqa suali olsa buyura biler.Paylaşan: Isa Mammadov

292 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!