24-29 yanvarda Dubaya 5 gecə 6 günlük səyahət etdik. Gedənə kimi qrupdakı Dubayla bağlı bütün paylaşımlara baxmışdım amma çoxu köhnə idi və istədiyim cavabları tam ala bilməmişdim. Ona görə bəlkə faydalı olar deyə bir paylaşım etmək istədim.
1. Biletləri Wizzairle Bakı-Abu dhabi - Bakı olaraq aldıq. 5 nəfər 1224 azn (yanvarın əvvəli daha da ucuz idi. Oğlumun sənədindəki problemə görə biraz gecikdik)
2. Evi Airbnb-də hostel olaraq seçdik. (5 gecə, 5 nəfər üçün 626 dollar) Biraz tərəddüd etsək də bizim üçün çox maraqlı təcrübə oldu. Yataq otağımız, tualet hamam ayrı idi, amma mətbəxtlə oturma otağı ümumi. Onsuz da səhər çıxıb axşam qayıtdığımız üçün bizə kifayət elədi. Ayrıca fərqli millətdən olan insanlarla söhbət etmək həm uşaqlara, həm də mənə çox maraqlı oldu.
3. Qidalanma. Bir rəfiqəmin məsləhəti ilə bəzi quru qidaları özümüzlə götürmüşdük və demək olar ki, qidalanmaya çox pulumuz çıxmadı. (Paket çay, kofe, makaron, şəkər, konfet, peçenye tərzi şeylər). Balaca oğlum kaşa istəyirəm deyə ağladığından süd, düyü, şəkəri ordan alqıq bir də çörək və yumurta.
4. Gəzməli yerlər. Mən daha öncədən Dubayın öz səhifələrindən safari və cruise turu aldım (20 və 30 usd). Baxmayaraq ki, qrupda 50 dollardan aşağı safari yaxşı olmurdu deyirdilər, biz çox məmnun qaldıq. Evdən götürüb evə qaytardılar. Dəvələrlə gəzinti, ciplə safari, qumda sürüşmə, xına və axşam yeməyi mənim üçün Dubay səfərinin ən maraqlı xatirəsi oldu.
Marinaya yaxın qaldığımızdan cruise-a ayaqla getdik. 1 saat 40 dəqiqə gəzinti, axşam yeməyi, şou, rəqs artıqlaması ilə qiymətin haqqını verdi.
Miracle Garden, Butterfly Garden combo bilet aldıq. Miracle Gardenda azərbaycanlı dondurmaçı var. Bizi çox mehribanlıqla qarşıladı. Hətta məsləhət də verdi ki, burda dondurma çox bahadır, almayın. Bakıda alarsız yemək üçün əsasən fast foodlar idi. Ailə paketi aldıq. 4 burger+4 free+bir naget (5parça)+1.5 litr içkiyə təxminən 115 AED verdik. Məncə Dubay üçün, hətta Azərbaycan üçün çox normal qiymət idi. İki bağ arasındakı məsafə ayaqla iki dəqiqədi. Bütün hallarda yoxladım ki, online bilet daha ucuz gəlir. Yerində baha təklif edirlər.
Motiongate atraksiyon sevərlər üçün inanılmaz seçimdir. Bir günümüzü tamamilə ora ayırdıq, amma gəzib qurtara bilmədik. Bu bileti də Legoland su parkı ilə birgə aldıq. Bu da paket şəklində və online alındıqda daha sərfəli olur. Bütün attraksionlar limitsizdir. İstədiyiniz qədər minə bilərsiz. Su parkı həm uşaqlar həm də böyüklər üçündür. Diqqətimi çəkən bir məqam oldu. Biz Bakıda su parkına gedəndə paltara heç nə demirdilər, amma orda oğlumun şortikini dəyişdirdilər ki, pampıq olmaz, neylon tərzi olmalıdır.
Dubai Aquarium. Düzü gözləntimin biraz altında qaldı. Tuneli daha uzun təsəvvür edirdim çox qısa idi. Biz 4 nəfərə 800 AED nəqədərsə online ödədik, amma yerində 1100 neçəsə dedilər. Yəni, online alın