1003 dəfə oxunub

Dadlı Vyana səyahəti

Vyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Mənim üçün yeni il səyahəti son illərdə yemək səyahətidi. Çünki böyük şəhərlərə turist axını səbəbi ilə, yeni il ərəfəsi gəzib görmək üçün ideal bir zaman deyil. Bu il hara gedəcəyimə qərar verənə kimi 8 dəfə fikir 4 dəfə otel dəyişib nəhayətində Vyanaya qərar qıldım. Öncədən nəzərinizə çatdırmaq istəyirəm ki, fərqi yoxdu ilin hansı vaxtı gedirsiz, öncədən muzeylərdən tutmuş restoranlara qədər gedəcəyiniz hər yeri rezerv edin. Çox böyük vaxt qazanmış olarsız, yoxsa çox uzun növbələr sizi gözləyir.

Nəysə sözümün canı onda deyil, muzeylərdən, görməli yerlərdən trAvel bloggerlər danışar bizim işimiz yemək????

Başlayaq Vyananın rəmzinə çevrilmiş Sacher tortundan. Şəhərin hər yerində bu desertə rast gələ bilərsiz amma mən əsl qarınqulu olaraq təbii əvvəldən harda nə yemək lazımdı araşdırmışdım. Sacher tortu üçün iki ünvan var. Birincisi Cafe Sacherdi, hansı ki digər məşhur sacher tortu verən kafe Demel ilə illər sürən məhkəmə sonrası müəllif hüququnu qazanıb. Hər iki cafenin qabağında saatlarla növbədə gözləməli ola bilərsiz. Gözləməyə dəysə bari ???? mən hər iki cafedə sacher tortunun dadına baxdım, müqayisədə Demel daha dadlı gəldi mənə, ümumillikdə Bakıda çox daha dadlı şokoladlı tortlar yemişliyim var. Bəyənmədim.

49855711_1273494336124810_4046951939886284800_n

İkinci ünvan oldu Şnitzel, təbii Vyanaya gəlib Şnitzel yeməmək günahdı. Bunun üçün Figlmueller adlanan dünyaca məşhur bir restorana getməlisiz ama orda ya 2-3 saat növbə gözləməlisiz sonunda çıxıb mətbəxin bağlandığını deyə bilərlər, ya da ağıllı tərpənib əvvəldən rezerv etməlisiz. Əvvəldən dediyim bir neçə saat ya da bir neçə gün yox baya baya bir neçə həftə əvvəldəndi ???? şnitzel ümumulikdə dadlıdı mənim favorim isə Corden Bleudi. Donuz yeməklə probleminiz varsa Orginal Wiener Şnitzel mal ətindən hazırlanır, rahat rahat yeyə bilərsiz ????

49707168_1273494432791467_4961116590465613824_n

Gələk öncədən planlamadığımız, təsadüfən olan tanışlıqlara. 3 saat çəkən uzun və çarəsiz axtarışdan sonra təsadüfən girdiyim bir burger restoranın məni bu qədər xoşbəxt edəcəyini düşünə bilməzdim. le burger - çox tez tez burger yeyən və ağız dadına güvənən biri kimi, 2018 də hətta bəlkə həyatımda yediyim ən dadlı burgeri yedim deyə bilərəm. təkcə burgerləri yox məkan, personal tami tamına 10/10 bir restorandı. Hələ bütün bunlar az imiş kimi qiymət də çox münasibdi. 6-8 euroya ürəyiniz istəyən basis burgeri seçib, extra olaraq heç bir əlavə pul ödəmədən istədiyiniz əlavələri edə bilirsiz burgerə. Məsələn mən 7 euroya cheesburger götürüb, duzlu xiyar, qızardılmış göbələk, qızardılmış soğan, jalepenos, müxtəlif və limitsiz souslar və yenə daha nə istəsəz var idi əlavələrdə. Birinci gün çox ac getdiyim üçün dedim bəlkə ona görə belə çox bəyəndim, ikinci gün bir də gedib yedim və yenə eyni hissləri yaşadım. Çox möhtəşəmdi. Vyanaya gediləndə mütləq dadılmalı olan yerlər siyahısındadı. Sırf o burgerə görə belə bir daha Vyanaya getmək olar.

50261782_1273494179458159_7698222016104497152_n

İkincisi isə Lale adlı bir türk restorani oldu. Ora bir tanışımın məsləhəti ilə getmişdim və həqiqətən avropada bələ gözəl və zövqlü bir türk restoranı ilk dəfə görürdüm. Yeməklərin dadına isə söz ola bilməz. O qədər çox tərifləmişdilər və getdiyimiz zaman dilimi həm səhər həm də günorta yeməyi yeməyə imkan verdiyi üçün Serpme kahvaltı və qarışıq kabab sifariş etdik. Meneməni yeyəndə az qala barmaqlarımı da yeyəcəkdim. Hər şey çox dadlı idi. Ətlər, kababların yumşaqlığı, bugünə kimi yediklərimin top5 nə girər rahatlıqla. Sonda qusmağı gözə alıb üstünə öz hazırladıqları paxlavanın da dadına baxdım, o da möhtəşəm idi. Gedilməli olan yerlərdəndi.

Sonda Vyanadakı kafelər haqqında onu demək istəyirım ki, yediyimiz demək olar ki hər şey dadlı idi və diqqətimi çəkən şey məhsulların keyfiyyətli və təzə olması oldu. Deyəcəksiz bunu necə anladın, həm dadından həm də burgerdə məsələn duzlu xiyarı dişləyəndə gələn o xırçıltı səsindən və buna bənzər çox şeydən. Nəysə sonunda hamınıza dadlı səyahətlərlə bol bir yeni il arzulayıram ????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Khalida Mahmudova

DİGƏR BLOQLAR

Azərbaycanlıların ən sevdiyi viza - ŞENGEN - (1)

Şengen razılaşması - gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir.Əlavə məlumat üçün yazıya daxil olunÜmumilikdə 26 ölkənin də bu müqaviləyə qoşulması ilə tək bir bölgə halına gəlmiş Şengen Ərazisini, əldə etdiyiniz viza müddətində istədiyiniz ölkəni rahat bir şəkildə gəzə bilərsiniz. Bu ölkələr hansılardır:BelçikaAvstriyaÇexiyaDanimarkaEstoniyaFinlandiyaFransaAlmaniyaYunanıstanMacarıstanİslandiyaİtaliyaLatviyaLitvaLüksemburqMaltaHollandiyaNorveçPolşaPortuqaliyaSlovakiyaSloveniyaİspaniyaİsveçİsveçrəLixtenşteyn     Azərbaycan vətəndaşları  bu ölkələrə turist vizasına müraciət etmək üçün aşağıda qeyd edilən siyahı üzrə ölkələrin səfirlik, konsulluq və ya viza mərkəzlərinə müraciət edə bilərlər:        1.  Fransa, İspaniya,  Lüxemburq, Belçika, Portuqaliya və Hollandiya turistik vizasını Fransanın ölkəmizdəki səfirliyi verir. Müraciət etmək üçün link        2.  Çexiya turistik vizasını həmin ölkənin, ölkəmizdəki səfirliyinə müraciət edə bilərsiniz. Həmçinin VSF GLOBAL viza mərkəzi nə müraciət etməklə       3. Latviya, Litva, Sloveniya, Slovakiya və Estoniya turistik vizasını Latviyanın ölkəmizdəki sefirliyi verir. Viza müraciəti üçün yalnız linkə daxil olaraq edə bilərsiniz.       4. İtaliya və Malta üçün turistik vizanı İTALİYA səfirliyi verir. Müraciət etmək  linkə daxil ola bilərsiniz.      5. İsveçrə vizası üçün qeyd edilən linkə ə daxil olmaqla müraciət edə bilərsiniz.      6. Almaniya və Lixtenşteyn öklələrinə səyahət etmək istəyirsinizsə, o zaman qeyd edilən linkə daxil olmaqla ətraflı məlumat alıb, müraciət edə bilərsiniz.      7. Skandinaviya ölkələri olan Norveç, Danimarka, Islandiya və Finlandiyanı görmək istəyənlər də həmçinin VSF GLOBAL AZERBAIJAN viza  mərkəzinə müraciət etməlidirlər. Qeyd edim ki, bir müddət əvvəl Norveçin ölkəmizdəki səfirliyi fəaliyyətini dayandırdığı üçün viza sənədləri Ankara, Türkiyəyə göndərilir və viza cavabı 1 ay müddətində məlum olur. Müraciət zamanı bütün bunları nəzərə almaq lazımdır.      8. Polşa vizası üçün linkə daxil olmaqla müraciət edə bilərsiniz.      9. Yunanıstan vizası üçün bütün ətraflı məlumatı qeyd edilən linkə daxil olmaqla, əldə edə bilərsiniz     10.   Avstriya vizası üçün görüş almaq, aplication form doldurmaq, həmçinin ətraflı məlumat əldə etmək istəyirsinizsə, qeyd edilən linkə daxil ola bilərsiniz.     11. Macarıstan vizasını ölkənin Azərbaycandakı konsulluğu verir. Və bu ölkəyə viza əldə etmək üçün qeyd edilən linkə daxil olmaqla rahatlıqla bütün məlumatı əldə edə bilərsiniz     12. Daha bir Skandinaviya ölkəsi olan İsveç  vizası üçün qeyd edilən linkə daxil olmaqla, müraciət edə bilərsinizViza müraciəti zamanı diqqət etməli olduğumuz bir çox nüanslar var. Yazılan və ya yazılmadığı halda çox vacib olan qaydalar haqqında onu deyə bilərəm ki ...ARDI VAR .....  Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: tourexpert 

2708 dəfə oxunub

Yürüyüş - Santiaqo Yolu

Salut! Yaxınlarda etdiyim 715 km-lik solo hiking-lə bağlı təcrübəmi sizlərlə bölüşmək istədim  Hiking məşhur El Camino de Santiago adlanır. Başlanğıc nöqtə Fransa ilə İspaniyanın sərhədindən başlayır və onun sonunadək davam edir. Qızlar da heç çəkinməsin, deyərdim ki, solo səyahət edən qızlar üçün ən təhlükəsiz yoldur! O qədər təhlükəsiz ki, sübh saat 5-6da belə mənim tək telefonumun fənəri ilə yola düşdüyüm, meşənin içindən keçdiyim vaxtlar da olub. Qaranlıq qorxum olduğuna görə, onu bu yolla aşmaq istəyim güclü idi, duxumu güclü saxladım ( ) və bacardım.Belə baxanda, ümumilikdə yolda tək olmursunuz, yol boyu dünyanın hər yerindən gələn səyahətçilərlə tanış olmaq, dostlaşmaq imkanınız olur. İstədiyiniz zaman da özünüz üçün tək yolunuza davam edə bilərsiniz. Yolda heçkimin beynini aparan, yoran da olmur. Çünki bura əsasən hamıdan, hər şeydən dincəlmək istəyən adamlar, öz düşüncələrində gəzmək istəyən adamlar axışıb gəlir. Hikinq bütün il boyu davam edir, lakin hər mərhələdə dağa-təpəyə aparan yollar, oradan enişlər də olduğuna görə, qışda bu yollar bir az təhlükəli olur. Bir ay davam edən yolda çantanı daşımaq da var təbii ki. O səbəbdən ağır olmasın deyə mən avqust ayını tərcih etdim. Ümumilikdə, işdi gedəsi olsanız, çalışın backpack-iniz bədən çəkinizin ancaq 10%-ni təşkil etsin, artıq olmasın. Çünki gəzdikcə, günlər keçdikcə belinizdəki yük sizə daha ağır gəlməyə başlayır. Belə olanda yolda qarşıma çıxanlardan bəziləri əşyalarını, pal-paltarlarının müəyyən hissəsini poçtla evə göndərir, bəziləri isə albergue-lərdə (hostel tipli gecələmək üçün yerlər) donative olaraq bağışlayırdılar.Fiziki gücünüz və iradəniz də möhkəm olmalıdır. Mən həm də bunu yoxlamaqdan ötrü ən uzun yolu seçdim - 799 km Camino Frances yolu adlanır. Lakin 3 dəfə avtobusdan istifadə etməli oldum. Çünki ayaqlarım dad edirdi və addım ata bilmirdim. Bu isə hiking təcrübəsizliyimdən və bir az fiziki hazırlığımın zəif olduğundan irəli gəldi. Belə olan halda da iradənin güclü olması deyərdim ki, böyük rol oynayır. Gün ərzində ən az getdiyim məsafə 17 km (bir dəfə), ən çox getdiyim məsafə isə 37 km (2 dəfə) olub. Özünüzə görə günlük neçə km qət edə biləcəyinizi özünüz müəyyən edə bilirsiniz, yolunuzun üstündə qalmağa kəndlər və şəhərciklər var. Albergue-lərdə isə bir gecəlik qiymət 5-13 avro arası dəyişir. Bəzilərinə səhər yeməyi də daxil olur, bəzilərində isə mətbəx olur. Mağazadan alış-veriş edib özünüz yemək bişirə bilərsiniz. Ümumilikdə sərf edilən məbləği təxmini olaraq günə 20-30 avrodan hesablayıb bu səyahəti planlaşdıra bilərsiniz. Mən ötən ilin noyabr ayından bunu planlamağa başladım Xəritəsiz də ötüşmək olur. Yol boyu xəritədən istiqaməti tapmaq üçün yox, ancaq neçə km gedəcəyimi müəyyən etmək üçün istifadə etmişəm. Xəritəyə ehtiyac olmur, sizi lap başdan sonacan sarı ox işarələri və balıqqulağılar (Camino-nun simvollarından biri) müşaiyət edir.Uzun yol olduğuna görə, bütün məlumatları və təcrübəmi sığışdıra da bilmirəm əslində  bir bloq yazısı yazmağı fikrimdə tutmuşam. Adminlər buraya link yerləşdirməyə icazə verirlərsə, yazı çıxdıqdan sonra linkini qrupa ata bilərəm.Fotolarda isə yol boyu yaşanılan gözəl anlardır. Bunlar ancaq telefonla çəkilənlərdir.  Suallarınız olarsa, buyurun Gəzin, keyf eliyin Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulnar Salim

1349 dəfə oxunub

Dubaya səyahət: Dubay Bələdçisi

24-29 yanvarda Dubaya 5 gecə 6 günlük səyahət etdik. Gedənə kimi qrupdakı Dubayla bağlı bütün paylaşımlara baxmışdım amma çoxu köhnə idi və istədiyim cavabları tam ala bilməmişdim. Ona görə bəlkə faydalı olar deyə bir paylaşım etmək istədim.1. Biletləri Wizzairle Bakı-Abu dhabi - Bakı olaraq aldıq. 5 nəfər 1224 azn (yanvarın əvvəli daha da ucuz idi. Oğlumun sənədindəki problemə görə biraz gecikdik)2. Evi Airbnb-də hostel olaraq seçdik. (5 gecə, 5 nəfər üçün 626 dollar) Biraz tərəddüd etsək də bizim üçün çox maraqlı təcrübə oldu. Yataq otağımız, tualet hamam ayrı idi, amma mətbəxtlə oturma otağı ümumi. Onsuz da səhər çıxıb axşam qayıtdığımız üçün bizə kifayət elədi. Ayrıca fərqli millətdən olan insanlarla söhbət etmək həm uşaqlara, həm də mənə çox maraqlı oldu.3. Qidalanma. Bir rəfiqəmin məsləhəti ilə bəzi quru qidaları özümüzlə götürmüşdük və demək olar ki, qidalanmaya çox pulumuz çıxmadı. (Paket çay, kofe, makaron, şəkər, konfet, peçenye tərzi şeylər). Balaca oğlum kaşa istəyirəm deyə ağladığından süd, düyü, şəkəri ordan alqıq bir də çörək və yumurta.4. Gəzməli yerlər. Mən daha öncədən Dubayın öz səhifələrindən safari və cruise turu aldım (20 və 30 usd). Baxmayaraq ki, qrupda 50 dollardan aşağı safari yaxşı olmurdu deyirdilər, biz çox məmnun qaldıq. Evdən götürüb evə qaytardılar. Dəvələrlə gəzinti, ciplə safari, qumda sürüşmə, xına və axşam yeməyi mənim üçün Dubay səfərinin ən maraqlı xatirəsi oldu.Marinaya yaxın qaldığımızdan cruise-a ayaqla getdik. 1 saat 40 dəqiqə gəzinti, axşam yeməyi, şou, rəqs artıqlaması ilə qiymətin haqqını verdi.Miracle Garden, Butterfly Garden combo bilet aldıq. Miracle Gardenda azərbaycanlı dondurmaçı var. Bizi çox mehribanlıqla qarşıladı. Hətta məsləhət də verdi ki, burda dondurma çox bahadır, almayın. Bakıda alarsız yemək üçün əsasən fast foodlar idi. Ailə paketi aldıq. 4 burger+4 free+bir naget (5parça)+1.5 litr içkiyə təxminən 115 AED verdik. Məncə Dubay üçün, hətta Azərbaycan üçün çox normal qiymət idi. İki bağ arasındakı məsafə ayaqla iki dəqiqədi. Bütün hallarda yoxladım ki, online bilet daha ucuz gəlir. Yerində baha təklif edirlər.Motiongate atraksiyon sevərlər üçün inanılmaz seçimdir. Bir günümüzü tamamilə ora ayırdıq, amma gəzib qurtara bilmədik. Bu bileti də Legoland su parkı ilə birgə aldıq. Bu da paket şəklində və online alındıqda daha sərfəli olur. Bütün attraksionlar limitsizdir. İstədiyiniz qədər minə bilərsiz. Su parkı həm uşaqlar həm də böyüklər üçündür. Diqqətimi çəkən bir məqam oldu. Biz Bakıda su parkına gedəndə paltara heç nə demirdilər, amma orda oğlumun şortikini dəyişdirdilər ki, pampıq olmaz, neylon tərzi olmalıdır.Dubai Aquarium. Düzü gözləntimin biraz altında qaldı. Tuneli daha uzun təsəvvür edirdim çox qısa idi. Biz 4 nəfərə 800 AED nəqədərsə online ödədik, amma yerində 1100 neçəsə dedilər. Yəni, online alın Uşaqlar üçün balıqları görmək və toxunmaq çox maraqlı idi. Biletin içində 20 AED hədiyyə məbləği var. Çıxışdakı mağazada istifadə edirsiz. Bizdə 4 bilet idi. Dedilər hədiyyə balansında istifadə etmək üçün 100 aed-lik məhsul almalısız. Bilmədim bütün hallarda belə idi, yoxsa bilet sayına görə. Yenə də sərfəli alış veriş oldu.Aquarium Dubai Mall-Un içərisində olduğundan biraz gəzdikdən sonra Burj Xalifa bulvarında çıxdıq. Ənənəvi fantan şousu və şəkillər çəkdirdikdən sonra böyük səhv edərək metroyla getdik metroya çatana kimi binanın içərisində az qala bir kilometr yol getdik. 28 maydan Xətai xəttinə qədər gedən yolun neçə qatı 5. Xidmət, ünsiyyət. Xidmətin yaxşı olmadığını çox eşitmişdim amma mən tam əksini gördüm. Küçədə yol soruşduğumuz mühafizəçilərdən bütün getdiyimiz məkanlarda yüksək gülərüzlülük və xoş ünsiyyət gördük. Bizdə də müştəriyə yalandan gülürlər amma Dubayda işi bir neçə səviyyə yuxarı daşıyıblar. Salam necəsiz elə tonda deyirlər elə bilirsən nə qədər vaxtdır səni gözləyirdilər çıxışda necə idi? Zövq aldız? Xoş istirahətlər, yenə gözləyirik tərzində çox yüksək səviyyədə qarşılama və yola salma gördüm.6. Təhlükəsizlik. Üst səviyyədə. Həm qaldığımız məkanda, həm də getdiyimiz yerlərdə heç bir mənfi halla qarşılaşmadıq. Atraksiyonlara minərkən pul qabını və telefonu ümumi bir yerə qoyurduq. Çıxışda unutdum. Qayıtdım. Gördüm yerindədi. Çox təəccübləndim. Parkda anam oğlanlarımla birlikdə itdi. İki dəqiqədə elan verərək tapıb yanımıza gətirdilər.7. Transport. Biz 5 nəfər olduğumuzdan və uşaqlar balaca olduğundan əsasən taksidən istifadə etdik. Bir gün maraq üçün metroyla getdik. Baxdıq ki həmən xərc olur. Abu Dhabi dən Dubaya 200-213 dirhəm gəldik. Təxminən 95-100 manat. Şəhər daxili məkanlara da 30-40 manat arası.Əslində yazacaq çox şey var, amma daha da uzadıb sizləri sıxmaq istəmirəm. Qısacası Dubay məndə çox gözəl izlər qoydu. Əsasən də səhranın ortasında belə şəraitin qurulması. Düşündüm bu cür təbiəti olan ölkədə nələr etmək olar hamıya xoş istirahətlər. Yenə də kiminsə nəsə sualı olarsa cavablayaram Paylaşan: Türkan Əzimova

224 dəfə oxunub

ABŞ turistik vizası necə alınır?

ABŞ turistik vizası necə alınır?Əvvəlcə aşağıdakı link vasitəsilə “DS-160” yəni onlayn ərizəyə keçid edirik.Link: https://ceac.state.gov/genniv/SELECT ONE hissəssində “Azerbaijan” seçirik. Enter the code as shown: Burada böyük şriftlərlə yazılmış təhlükəsizlik kodunu daxil edirik. Sonra əvvəlcədən komputerimizdəki şəkilimizi əlavə edirik (Test Photo Photo Standard Guide).Daha sonra “start application” seçirik. Aşağıda “I agree”-yəni “mən razıyam” hissəsini seçərək təsdiq edirik.Yeni səhifə açılır. Burada suallardan birini seçirik və aşağıda onun cavabını yazırıq.Nümunə. Sual: Uşaqlıq dostunuzun adı.Cavab: Hacı SurxaySonra “continiue” yəni davam etməyi seçirik və növbəti hissəyə keçid edirik.Burada ad, soyad, cinsiyyət, ailə vəziyyəti, doğum tarixi, anadan olduğumuz yeri yazdıqdan sonra “next personal 2” hissəsinə keçid edirik.Burada “Country/Region of Origin (Nationality)” sualına Azerbaijan cavabını yazırıq. Digər iki suala “no” yazıb keçirik. National Identification Number sualına ş/v nömrəsini yazırıq. Digər iki suala“no” yazıb keçirik. Next Travel düyməsini seçərək növbəti hissəyə keçid edirik.Sual: Purpose of Trip to the U.S.Cavab: TEMP. BUSINESS PLEASURE VISITOR (B)Sual: Specify:Cavab: BUSINESS & TOURISM (TEMPORARY VISITOR) (B1/B2)Sual:Have you made specific travel plans?Cavab: YESSonra təyyarə bileti bronu və hotel rezervasiyaları məlumatlarını daxil edirik.Sonra “next Travel Companions Information” hissəsinə keçid edirik.Burada “Are there other persons traveling with you?” sualına “no” cavabını yzaraq növbəti hissəyə keçid edirik.”Previous U.S. Travel Information” hissəsində bütün suallara no cavabını yzaraq növbəti hissəyə keçid edirik. Burada ünvanlarımızı, telefon nömrələrimizi və sosial şəbəkə hesablarımızı yzaraq “Passport Information” hissəsinə keçid edirik.Sual: Passport/Travel Document TypeCavab: RegularSual: Passport/Travel Document NumberCavab: C0……..Sual: Passport Book NumberCavab: Does not applySonra passport məlumatlarımızı daxil edərək “U.S. Point of Contact Information” hissəsinə keçid edirik.Burada ABŞ-da qalacağımız hotelin məlumatlarını daxil edirik.Sonra “Family Information” hissəsinə keçid edirik. Burada ailəmizə aid məlumatları daxil edirik.Sonra “Work/Education” hissəsinə keçid edirik. Burada iş və təhsillə bağlı hissələri doldurduqdan sonra bütün mənasız suallara no cavabını verərək keçirik və fotomuzu daxil edirik.Sonra bütün daxil etdiyimiz məlumatları gözdən keçirib təsdiqləyirik və PDF şəklində özümüzdə saxlayırıq. Təsdiq etdikdən sonra təsdiq kodunu itirmək olmaz. (Application ID AA00BIHF2F)Daha sonra aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçərək viza rüsumu (160$) ödəməli və görüş (appoitment) təyin etməliyik.Link: https://ais.usvisa-info.com/en-az/niv/users/sign_inLinkə daxil olduqda əvvəlcə “Create an account”, sonra isə “I have completed the U.S. Nonimmigrant Visa Application (DS-160) form and I need to apply for a visa.” bəndini seçirik.Burada rüsumu ödədikdən sonra sistemin təklif etdiyi gün və saatlardan bizə uyğun olanını seçirik və tələb olunan sənədlərlə birlikdə səfirliyə yaxınlaşırıq.Tələb olunan sənədlər:B1/B2 vizasına müraciət edərkən siz aşağıdakı sənədləri təqdim etməlisiniz:Xarici pasport və şəkil olan səhifəsinin surəti.Əvvəlki vizalarınızın və giriş-çıxış möhürlərinizin surəti.Şəxsiyyət vəsiqənizin surəti.İş yerindən arayış.Bankdan arayış və çıxarış.Mülklərin, çıxarışlarının və avtomobilinizin texpasportunun surətiNikah haqqında şəhadətnamənizin və uşaqlarınızın doğum haqqında şəhadətnamələrinin surəti.2 ədəd 5x5 ölçüdə və ağ fonda şəkil.Aviabilet bronu və hotel rezervasiyası.10.Viza ödənişininin qəbzi və görüş tarixiniz qeyd olunmuş PDF.11.DS-160 ərizə formanızın təsdiqi.Konsulla görüş.ABŞ konsulu birbaşa özü sizinlə görüşəcək. Düşündüyünüzdən dəfələrlə artıq tülküdür. Sizə HR (recruitment) mütəxəssislərinin, hətta şeytanın belə ağlına gəlməyəcək qəribə suallar verə bilər.Xüsusilə aşağıdakı sualların cavablarını əzbər bilməlisiniz.Niyə ABŞ?ABŞ-da olmusunuzmu?Niyə ABŞ səyahətini bu ilə planlamısınız?ABŞ-a kim ilə gedəcəksiniz?Haralara gedəcəksiniz?Nə qədər qalmağı planlaşdırırsınız?Daha çox qalmaq ehtimalınız varmı?Nə qədər pul xərcləyəcəksiniz?Vəzifəniz (peşəniz) nədir?Gəliriniz nə qədərdir?ABŞ-da dostlarınız, yaxınlarınız varmı?ABŞ-da qalınb işləmək planınız varmı?Aviabilet bronlarınız varmı?Əvvəl başqa ölkələrdə səyahətdə olmusunuzmu?Sizin geri qayıdacağınıza necə əmin ola bilərik?Hüseynbala Mirələmovu tanıyırsınızmı? Görüşün sonunda sizə viza verilib-verilməyəcəyi bildirilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elşən İsmayılov

1758 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!