136 dəfə oxunub

Coldplayın Vyana Konserti: Vyana Bələdçisi

Hərkəsə salam. Nəhayət məndə bir maraqlı post ilə qarşınıza çıxa bilərəm. Avgust Ayında Coldplayın Vyanadakı konsertine getdim və mənə Avstriya visa üçün bütün köməkliyi Elşən İsmayılov etdi


İlk şengen visa təcrübəm idi ona görə çox narahat idim. Ama bütün sənədləri qaydasına qoyub apardım verdim səfirliye(o zaman hələ sefirlikdə idi visa müracieti) , Ordakı xanım dedi ki 14 günə gəlib passportuvuzu götürersiz) Çox rahat dedi elebil uje approve edibler , helede oldu 1 aylıq multivisa verdiler.



Ən çox dəstəkləyici məqam xarici şirkətdə işləməyimdi və konsertin biletini əlavə etməyim oldu.
Bakı-İstanbul-Vyana Bileti alaraq yollandım o gözəl şəhərə. Vyanaya 3 gün ayırmışdım , ona görə oranı doyunca gəzdim .
Hava limanından şəhərə 17 avroya qatar var , bunan əlavə o qiymətə 2 avtobus gedişii hədiyyə edirlər.



Ən möhtəşəm yerləri isə Prater parknan , Belvedere palace idi. Onu nəzərinizə çatdırım ki , mən bütün biletlərimi online alırdım . Daha sonra Zigmund Freydin və Mozartın ev muzeyine və St. Stephan cathedralına , İmperial Palace getdim. Mən özum Sankt Peterburgda doğulmuşam deye Vyanada sanki İkinci Piterdi çox doğma gəldi mənə, havasıda dağ havasıdı eləbil çox freshdi, avgust ayında yağışın olmasına baxmayaraq nəmişdik yox idi.


Gəldik əsas səbabkara bu Coldplay konserti idi. Ümumiyyətlə mənim arzum idi onların o möhtəşəm konsertində olum . Dəyərmiydi ? Dəyərdi hər qəpiyinə qədər. Bileti Ticketmasterin Avstriya saytınan almışdım. Fevral ayında aldığım üçün 150 avroya başa gəldi ön sıra oturacaq yer ( halbuki konsert günü o yerlər 300 avro idi) Şəhər özü avropanın digər şəhərlərini müqayisə etsək bir tık bahadı. Onu deyim ki Romada ərzaqlar daha bahalıdı. Biletlərə ortalama 7-15 avro civarındadı muzeylərə.


Avstriyada təəbiki maceralarım bitmədi, yollandım daha sonra Munxene oradanda Alp daglarına daha sonra İtaliya maceralarım başladı. Əgər maraqlı gəldisə 14 günlük tək avropa tripimi bölüşərəm.
Onu deyim ki heçdə qorxulu deyil, əsas odu sənədlər pul telefom ustünezde güvencekli şəkildə olmalıdı yoxsa cibgirler ogurlaya biler. Axşam 11 geder gezirdim çünki artıq çox yorgun olurdum , hemdə təhlukesizlik baximindan.
Şəkilləri sizinlə bölüşürəm
P.S Snitzellerini yememiş şəhəri tərk etməyin

Paylaşan: Lyaman Yakh

DİGƏR BLOQLAR

Vyetnam səfəri

Vyetnam səfərim haqqında hesabat postVyetnam son 3 ildə gedib görmək istədiyim istiqamət idi. Doğrudur, bunu Laos və Kamboca qarışıq etmək istəsəm də, Vyetnam səfəri üfüqdə göründükdə təyyarə biletləri baha olduğundan bu üçlüyü həyata keçirə bilmədim. O da beynimin məhsuludur deyə başa düşürəm, çünki hər zaman bir səfərə 2-3 ölkə gəzməyin əleyhinə olmuşamNə düşünüb demişəmsə, onu da yaşadım. Bu, ayrı. Gələk VyetnamaSəfər @melaytravel -in logistik tərəfdaşlığı ilə həyata keçdi. Onlara hədsiz minnətdaram, çünki əks halda səfərin gerçəkləşməsi çətin görünərdi. Səfərin geri qalan hissəsi üzərimə düşdü ki, onun da təşkilatını Hasan Mammadova həvalə etdim. Tur səfərlərinin əleyhinəyəm, amma Həsən uzun zaman Vyetnamda yaşayan və ölkəni dərindən tanıyan biri olduğundan onun müəllif turunun tərkib hissəsi olmağı düşünmədən qəbul etdim və bu gün belə başa düşürəm bu, çox doğru qərar oldu. Həsənə bütün trip adına dərin təşəkkürümü bildirirəm, ələlxüsus o ölkə daxili ucqar kəndlər adına - bunu heç bir tur şirkət etməzdi. Vyetnamda hər şey var - dağ da, səhra da, çay da, kanyon da, körfəz də, gözəl təmiz turistik şəhərlər də, geniş dənizsahili də, çimərliklər də. Belə də ölkə olar?!Üstünə gəlin geniş inkişaf etməkdə olan turizm xidmətini, gülərüz insanları, rahat kartla ödəmələri, ucuz laundry xidmətləri (ilk dəfədir səfərdən sonra qalaq qalaq paltar yumadım), təmiz kafeləri,tarixi yerləri və s.-ni.Vyetnama @qatarairways ilə uçdum Bakı-Doha-Hanoy, Hoşimin-Doha-Bakı üzrə səfərlər həyata keçdi. Qatar airways -lə uçmaq üçün çox darıxmışdım və Melay travel sayəsində online check-inlər sayəsində uçuşlarım əlavə rahat keçdi.Vyetnam viza tələb edir bizdən, lakin bu viza online şəklində bir neçə gün ərzində alınır. Viza işlərimizi də Həsən həll etdi, sağ olsun. Həsən dekabr və yanvarda Vyetnam və Tayland üzrə qarışıq tur elan edib hazırda. Əgər fikrinizdə varsa, heç tərəddüd etmədən qoşulun gedin. Zəmanət verirəmVyetnam milli valyutası dongdur və 100 dollar 2500000 dong təşkil etdi. Səfər üçün 70% pulunuzu kartla rahat götürün, 30% dollarla olsun ki, orada taksi üçün xırda pul lazım ola bilər. Sual olsa buyurunTurun məbləğindən savayı ölkədə 20 gün ərzində 600 dollara yaxın pul xərclədim ki, bura qidalanma, Hoşimində apartamentdə qalma, əlavə götürdüyüm Mekong turu (90dollar), taksilər və alış-veriş daxil idi.#vietnam— Vietnam'da.Paylaşan: Irada Gadirova

162 dəfə oxunub

Ikinci Dünya Müharibəsi Görmüş Berlin

Berlin, Germany - ikinci dünya müharibəsi görmüş, avropada işıqforun ilk dəfə istifadə olunduğu, avropanın ən hündür teleqülləsinin, dünyanın ən böyük açıq hava muzeyinin və ən uzun birbaşa velosiped yolu şəbəkəsinin mövcud olduğu şəhər. Əgər hava limanından bilet alırsınızsa ABC kateqoriyası, amma şəhər daxilində bilet alırsınızsa AB kateqoriyasını seçmək kifayət edir. Aldığınız biletləri kiçik avtomatlarda check - in etməyi unutmayın ki, cərimə təhlükəsi yaşamayasınız. Brandenburg Hava Limanından - şəhər mərkəzinə ictimai nəqliyyatla getmək üçün müxtəlif seçimlər mövcuddur. Mən qatarla "Hauptbahnhof" stansiyasına qədər gedib ordan piyada davam etdim. Şəhərin əsas simvolları həmin stansiyadan təxminən 15 dəqiqəlik məsafədə yerləşir. Qayıdarkən isə şəhərin istənilən nöqtəsində metro stansiyası olduğu üçün metro ilə "Rudow" stansiyasına qədər gəlib ordan X7 nömrəli avtobusla hava limanına çata bilərsiniz. Əgər Reichstag daxilində gəzmək istəyirsinizsə bir gün öncədən parlamentin rəsmi saytında online qeydiyyatdan keçmək lazımdır. Binaya giriş pulsuzdur. İçəridə gəzinti üçün 3 növ kateqoriya var, mən sadəcə günbəz turunu seçdim amma istəsəniz və sessiya vaxtları üst - üstə düşərsə hətta parlamentin iclasında dinləyici kimi iştirak edə bilərsiniz. Əsas gəzməli turistik nöqtələr: 1. Reichstag 2. Brandenburg Gate 3. The Holocaust Memorial 4. Checkpoint Charlie 5. Topographie des Terrors 6. East Side Gallery 7. Berliner Dom 8. Museum İsland - burada çoxlu muzey var, amma ən məşhuru Pergammon muzeyidir. 9. Alexanderplatz 10. Berliner Fernsehturm 11. Tiergarten parkı 12. Kreuzberg.Ən populyar küçə ləzzəti isə currywurst hesab olunur.Paylaşan:Vasif Valizada

81 dəfə oxunub

İzmir bələdçisi (Part 1)

İzmir səyahəti / 3-10 sentyabr  1 aylıq Bakıya gəlib məsuliyyət anlayışı olmayan adamlar ilə işimi tamamladıqdan sonra qərar verdim ki, mənim beynim sadəcə 1 həftə hər şeydən kənarda dincəlmək istəyir... Beləliklə uçuş vaxtına 2 həftə qalmış kifayət qədər ucuz biletlər tapıb yollandım səyahətə. Əsas məsələ: vaksin sertifikatım yoxdur (hələ çiplənməmişəm, amma bu səyahətdə vaksinə görə keçirdiyim stress-dən sonra qərara (tam olmasa da, hələ də tərəddüd edirəm) gəlmişəm ki, sırf səyahət burnumdan gəlməsin deyə çiplənəcəm). Varşava – Lviv / LOT Polish Airlines / Economy Saver tarifi (8 kq əl yükü ilə) Uçuş Embraer 195 təyyarəsi ilə həyata keçirildi, visitukraine.today saytından ölkəyə giriş-çıxış qaydalarını oxudum (Niquş-dan soruşmadım ????), antigen testimi verdim və online check-in edib getdim birbaşa gate-ə (hava limanında qeydiyyat masalarına yaxınlaşmadan). Üstün cəhəti: əl yükünü ölçən olmadı. Uçuş zamanı su və snacks-lər (3 növ, əsasən şirin) təqdim etdilər (sağ olsunlar). Lviv-da 8 saat tranzit müddətim var idi, amma hava limanında tranzit zona olmadığı üçün və vaxtımın çox olduğunu nəzərə alaraq dedim ölkəyə daxil oluramsa gedim bir şəhəri gəzim, yeyib-içim. Mən Vdoma mobil tətbiqini yükləməmişdim, onu mütləq yükləyin (test verib gedənlər), çünki gömrük işçiləri sizi onsuz (mobil tətbiqsiz) ümumiyyətlə pasport nəzarətinə buraxmayacaqlar. Hava limanında pulsuz WiFi var. Hava limanından mərkəzə 10 UAH-a bilet alıb avtobus ilə getmək olar (25 dəq). Ödəniş yalnız nağd qəbul edilir avtobuslarda, təəssüf ki. Opera Teatrını və ətrafını, parkları, mərkəzi küçələri (Old Town) gəzdikdən sonra yollandım ən sevdiyim iki yerə: Lviv Handmade Chocolate və Pyanaya Vishnya (ölkəyə girmək məqsədim bu 2 yerə getmək idi). Bol şokolad və içki alıb (gömrük qaydalarına uyğun olaraq) dedim gedim bir ukrainski borş yeyim. Mərkəzdə göz oxşayan restoran çox idi, amma nədənsə bir steak house-u (Churrasco Grill & Beer) çox bəyəndim. Hələ ordaca bir borş və hinduşka ətindən steak vurdum bədənə, üstündən də gaşax kofe içdim (üstünə 2 kilo qaymaq qoymuşdular, unutdum deyəm ki: "qaqa, bu qlamurlar üçün nəzərdə tutulmuş zadı mənim qəhvəmin üzərinə zırlama başına dönüm ????"), hesabı kart ilə ödədim (cəmi 25cə manat, şokdasınız? elə mən də!) və qayıtdım hava limanına gedən avtobusu tapmağa. Soruşmadan ("rus dilində danışsam döyərlər, qoy luçşe Google maps-a baxım") gəldim çıxdım avtobus dayanacağına. 10-15 dəq gözlədim və vualya: avtobus gəldi, yenə də 10 UAH-a bilet aldım avtobus içində sürücüdən və 25 dəq içində oldum hava limanında. Beləliklə, ortalama 5-6 saat içində Lviv-u alt-üst edib getdim növbəti uçuşa. Yeri gəlmişkən, hava limanında cəmi 10 USD dəyişdim ki, avtobus pulunu verməyə üzərimdə nağd pul olsun (90% cibimdə qaldı, növbəti səfərlər üçün). Qalan hər yerdə ödənişlərimi Revolut kartı ilə (Apple Pay vasitəsi ilə) və ya Pasha Miles Platinum kartım ilə həyata keçirirdim (exchange dərdi çəkmədən). Daha bir vacib məqam: sığorta – visitukraine.today saytında bir neçə sığorta şirkəti var, amma qiymətləri və minimum 3 günlük sığorta etməklərini bəyənmədim deyə google edib oneclick.ua saytını tapdım və 1 günlük sığortaya təxmini 2,5 AZN verdim. “Lviv, növbəti görüşlərədək” deyib, sevimli aviaşirkətim THY ilə İstanbula, ordan isə İzmirə uçuşa yollandım... Lviv – İstanbul – Varşava / THY / 40 kq baqaj + 8 kq əl yükü daxil İstanbul – İzmir – İstanbul / THY / 25 kq baqaj + 8 kq əl yükü daxil Lviv-dan İstanbula uçmaq üçün əlbəttə ki ilk öncə Türkiyəyə giriş qaydaları ilə tanış olmalı idim. Bunu THY-nin və İATA-nın rəsmi saytları vasitəsi ilə etdim (yenə də Niquş-dan soruşmadım ????). Vaksin sertifikatı olmadığı üçün antigen və ya PCR testlərinin nəticələri ilə Türkiyəyə uça bilərdim. Varşavada verdiyim antigen testi ilə Varşava – Lviv uçuşundan sonra Lviv – İstanbul uçuşuna da keçdim (Lviv-da test verməyə ehtiyac olmadı, çünki 48 saat müddətini aşmamışdım). HES kod: register.health.gov.tr saytından qeydiyyatdan keçərək kodu əldə etdim (hava limanında etdim, cəmi 2 dəq zamanımı aldı). Uçuş Airbus təyyarəsi ilə həyata keçirildi. Uçuş zamanı isti yemək, içki (isti, soyuq və alkoqol) və gigiyena seti təqdim edildi. Yeri gəlmişkən, biletlərimi ayrı-ayrı almışdım, amma qeydiyyat (check-in) zamanı hər iki PNR / booking kodu göstərdim, baqajı birbaşa İzmirə rəsmiləşdirdilər, mənə də 2 boarding pass (Lviv – İstanbul və İstanbul – İzmir) verdilər. İstanbulda test nəticələrinə pasport nəzarətində heç baxan belə olmadı, daxili uçuşlar (iç hatlar) transferi ilə keçəndə pasporta möhür vurub dedilər hadi bay-bay ???? Test nəticələrini və HES kodu yalnız Lviv-da boarding zamanı istəmişdilər. İstanbul hava limanında 6 saat tranzit müddətim var idi və gecəni hava limanında qalmalı olduğum üçün yatmağa yer lazım idi. İlk öncə, THY-nin mobil tətbiqindən Flight Status bölməsinə keçid alaraq İstanbul – İzmir uçuşunun səhər hansı gate-dən olacağına baxdım (hava limanında bu məlumat uçuşa 1 saat qalmış elan edilir ekranlarda, lakin mobil tətbiq-də bu məlumat 12 saat qabaqcadan göstərilir). Daxili uçuşlar üçün nəzərdə tutulmuş terminalda da beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş terminalda olduğu kimi xüsusi zona var və orda uzanmaq üçün kreslolar var. Hələ həmin kreslolarda 3-4 saat mürgülədim və səhər 5:30da naçalnik (oxu: budilnik) məni oyatdı ki, bala dur get uçuşa... Artıq gate-i bilirdim deyə birbaşa getdim uçuş qapısına doğru. Təyyarəyə mindik, uçuş müddəti 40 dəqiqə, uçuş zamanı yalnız su verdilər (THY gözümdən nətər düşdüsə bu uçuşdan sonra qayıdıb feedback yazmışam, LOT, Buta və AZAL-ın qısa məsafəli uçuşlarını nümünə gətirərək, ümid edirəm nəzərə alarlar). İzmirdə enəndə daxili uçuşlar üçün nəzərdə tutulmuş terminala gəldim, amma sonra öyrəndim ki, baqajı Lviv-da təhvil verdiyim üçün beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş terminala getməliyəm. 10 dəqiqə piyada gedib terminala çatdım, baqajımı götürdüm və yollandım hara? Əlbəttə ki, bron etdiyim otelə, early check-in üçün... davamı növbəti postda! Tezliklə! Şəxsi instagram hesabım: @ilgarafandiFaydalı olmaq diləyi ilə!#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr #gezeyenler #lviv #turkishairlines #thyP.s. Səyahət ilə bağlı bütün postlarımı həm instagramda, həm də qrupda #tripbyafandi hashtagi altında oxuya bilərsiniz ???? 

1852 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!