472 dəfə oxunub

Çinə səyahət - Pekin bələdçisi

Çinə ilk dəfə səyahət edənlər üçün kiçik səyahət rəhbəri: Pekin
Bildiyiniz kimi Çin Xalq Respublikasında həyat tərzi, daxili sistemi (ödəniş, transport və s.) və digər bir çox şey qərb sistemindən fərqlidir.
İlk dəfə gedəndə çoxlu çətinliklər və qeyri-müəyyənliklərlə qarşılaşdığım üçün öz təcrübəmi bölüşmək qərarına gəldim. Əgər istiqamətiniz Çinin paytaxtı Pekindirsə bu post sizin üçün faydalı olacaq.
Wechat və Alipay - Bu tətbiqlər olmadan Çində həyat axmır.
Getməzdən əvvəl bu proqramları yüklədiyinizə və aktivləşdirdiyinizə əmin olun. Ödəniş, ictimai nəqliyyat (avtobus, metro) bileti, taksi sifarişi, şəhərlərarası nəqliyyat (təyyarə, qatar), otel rezervasiyası və daha bir çox şey bu tətbiqlər vasitəsi ilə mümkün olur. Əgər tək səyahət edəcəksizsə bu tətbiqlərin istifadəsi ilə bağlı əvvəldən araşdırmağınızı da tövsiyə edirəm. İlk dəfə üçün istifadə çətin gələ bilər.
Xüsusilə Alipay ən vacibidir. Çünki kartınızı Alipay-ə birləşdirib ödəniş etməlisiz. Çində nəğd pul demək olar istifadə olunmur. Nəğd pul qəbul edən yerlər var, lakin alipay istifadə etmək daha rahatdır. Eləcə də taksi, ictimai nəqliyyat üçün alipay hesabınızın olmağı vacibdir.
VPN - Bu olmadan sosial şəbəkələr, google və yan tətbiqləri, eləcə də Çindən kənarda istifadə olunan əksər sayta girmək mümkün deyil.
Mütləq getməmişdən əvvəl yükləyin. (Letsvpn, Mullvadvpn istifadə etmişəm) Çinə çatdıqdan sonra yükləmək və akitivləşdirmək mümkün olmaya bilər.
İnternet - əgər qısa müddətli səfərdirsə Esim və ya yerli sim ala bilərsiz. Əgər mümkündürsə aeroportdan almayın. Çünki daha baha olur və paketin həcmi kiçik olur. ( 31 euro, 30 gb per month aeroportda)
Transport - həm ictimai nəqliyyat, həm də taxi ucuz və keyfiyyətlidir. Çində çoxlu velosiped və mopedlər görəcəksiz. Transport üçün Alipay tətbiqini istifadə edilir. Məs. 1 avtobus gedişi - 2 yuan (0.46 azn). Velosipedi də bu application vasitəsi ilə götürə bilərsiz. Hər yerdə mavi, sarı və zümrüdü velosipedlər olur. Sadəcə üstündəki qr-i scan edirsiz. 30 dəq - 1.5 yuandır. Həftəlik, aylıq paketlər daha ucuzdur. Taksi qiymətləri Azərbaycandan daha baha, Avropadan daha ucuzdur.
Metroya daxil olarkən passportunuz üstünüzdə olsun. Tez-tez yoxlanılırdı. Ümumiyyətlə muzeylərə, parklara giriş əksərən passport scan ilə olur. (Online bilet alanda da, passport nömrənizə əsasən aktivləşir) Daim yanınızda daşıyın.
QR - Çində hər şey QR-lar ilə işləyir. Məs: həm menu QR-da olur, həm də sifarişi özünüz çox vaxt QR ilə verməlisiz. Şifahi sifariş götürmürlər. (Kfc, starbucks, mcdonalds və s. daxil).
Xəritə - VPN ilə Google map-ə giriş mümkün olsa da yaxşı işləmir. Çox vaxt səhv göstərirdi. Apple map isə çox yaxşı və düzgün işləyir. Android istifadəçiləri üçün təəsüüflər olsun ki, versiyam yoxdur.
Tərcümə - Google translate-i mütləq yükləyin və tez-tez istifadəyə hazır olun. Çünki yerli əhali çox az ingilis dili bilir. Ən bəsit sözlər üçün belə tərcüməyə ehtiyac olurdu. Deyərdim ki, universitet tələbələri də hətta ingilis dilində sadə fikirləri ifadə edə bilmirdi.
Parklara və muzeylərə bilet almaq - Çin səddi, Qadağan olunmuş şəhər və digər məbədlər üçün biletləri yerindəcə gedib almaq mümkündür. Universal Studios üçün əvvəldən almaq lazımdır.
Çinin paytaxtı Pekində gəzməli görməli yerlər?
Onu qeyd etməliyəm ki, tək Pekin üçün ən az 5-7 günlük vaxt ayırmaq yaxşı olardı. Daha yaxşı 8-10 günə gəzməyi tövsiyə edərdim.
Çin Səddi - Səddin müxtəlif girişləri var. Şəhərdən uzaqlıqları və turist sıxlığına görə dəyişir. Lakin hamısı eyni dərəcədə gözəldir. Mən Muitanyu divarı tərəfdən giriş etmişdim. İlk olaraq Pekindən səddə getməlisiz. Bunun üçün ya birbaşa taksi (bahalı), ora kimi aparan xüsusi avtobus (yenə də bahalı) və ya ictimai nəqliyyat (ən az 2 saata çatacaqsız və bir çox transfer etməlisiz).
Çin səddinə bir neçə yolla qalxmaq mümkündür a) tam piyada (çətin və saatlar alacaq bir yoldur) b) Cable car (ən bahalı) c) Kanat ilə (ən ucuz və cable car ilə eyni sürət). Mən kanatla qalxdım və yaxşı təcrübə idi. Düşəndə isə slide ilə (sürüşkən ilə) düşmək olurdu. Səddin müxtəlif hissələrində su, yemək alına biləcək köşklər var. Lakin yaxşı olardı ki, özünüzlə qida və su götürəsiz. 1 gün vaxt lazımdır.
İmperator sarayı və ya Qadağan olunmuş şəhər - Biletləri yerində və ya əvvəldən almaq olar. Çox böyük ərazidir. Ən az yarım gün ayırmaq lazımdır. Bu saray 15-ci əsrdə tikilib və 500 il (20-ci əsrə kimi) bu saraya yalnız imperatorlar və onların yaxınları daxil ola bilərdi. Hətta dövlət adamlarının və imperator ailəsinin də bu saraya məhdud giriş icazəsi olub. Təkcə imperator sarayın bütün hissələrinə daxil olmaq səlahiyyətinə sahib idi. Ona görə də Qadağan olunmuş şəhər adlanıb. 980 bina və təxminən 9000 otağı ilə Pekində yerləşən bu saray dünyanın ən nəhəng saraylarından biridir. Burdan sonra Tiananmen Square-ə gedə bilərsiz. Çünki ayrıca getmək istəsəz yenidən rezervasiya lazım olacaq.
Summer palace (Yay sarayı) - Qinq sülaləsi dövründə İmperatorun yay sarayı olub. Çox gözəl saraydan, göllərdən və s. ibarətdir. Gedib görməyə dəyər. (yarım gün ayırmaq lazımdır)
Lama Temple - Əgər buddist məbədləri sizə maraqlıdırsa buranı tövsiyə edərdim. Çünki bu məbəd aktivdir. Birbaşa müşahidə edə bilərsiz. (bir neçə saat bəs edər)
CCTV binası və Çinin göydələnlər hissəsi - Bu hissə Çinin müasir göydələnlərdən ibarət və ən bahalı ərazilərindəndir. Xüsusilə CCTV-nin fərqli arxitetkturasını və şəhərin qaynayan ruhunu müşahidə etmək üçün getmək olar.
Konfutsi məbədi (Imperial College) - Əgər təhsil, fəlsəfə sizə maraqlıdırsa adı dillər əzbər olan Konfutsi məbədini gedib görməyə dəyər. (bir neçə saat bəs edər)
Temple of Heaven (Cənnət məbədi) - Bu da Pekində yerləşən ən məşhur məbədlərdən biridir.
Jingshan Park - Bu parkın ən yuxarı nöqtəsindən Qadağan olunmuş şəhərə mənzərə açılır.
Universal Studios - Dünyada 5 (səhv etmirəmsə) Universal Studios mövcuddur. Bunlardan 2-si ABŞ-da (Los Angeles, Florida),
3-ü Asiyada yerləşir (Yaponiya, Sinqapur və Çin). Bura Harry Potter, Jurrasic Park, Minionlar dünyası, Kung Fu Panda, Transformers və başqa bir çox tematikalı parka ev sahibliyi edir. (1 full gün lazımdır)
Biletləri əvvəldən online almaq lazımdır. 1 günlük giriş 77 avro idi. Eyni zamanda yarım günlük və ya illik biletlər mövcuddur. Mən aldığım ən sadə, standart bilet idi. Yəni növbələri sürətli keçmək, qidalanma, qalmaq və s. heçnə daxil deyildi.
Lakin standart biletlə parkdakı bütün attraksiyonlara limitsiz minmək mümkündür.
1 gündə gəzilməyəcək qədər böyük bir parkdır.
Səhər park açılanda getməyimizə və park bağlananda çıxmağımıza baxmayaraq attraksionların yalnızca yarısından istifadə edə bildik. Çünki hamısının qarşısında uzun növbələr olur.
Getməmişdən qabaq mobil tətbiqi yükləsəz parkın xəritəsini, həmin gün olan canlı şouları və hər attraksion üçün gözləmə növbəsini izləyə bilərsiz.
Əgər əlavə vaxtınız varsa və təbiət sevərsizsə Çində hikingə, təbiət yürüşlərinə qatıla bilərsiz. Bu yürüşlərə Wechat daxilindəki qruplar vasitəsi ilə qoşula bilərsiz.

Çində yemək- içmək
HotPot restoranı təcrübəsi - Getmişkən hot pot restoranlarına baş çəkin. Çin xidmət sektorunun özünəməxsusluğu ilə tanış olacaqsız.

Dumpling (bizim düşbərə, gürzəyə bənzəyir mahiyyət etibarı ilə) Yüzlərlə növü var. Həm xüsusi ilə ancaq dumpling restoranlarında, həm küçə yeməyi kimi, həm də digər standart kafelərdəki menyuda tapa bilərsiz. Bir neçə növünü yoxlasaz bəyəndizini tapa bilərsiz.
Noodle - Bunun da yüzlərlə növü var. Ancaq yoxladıqca zövqünü uyğun olanını tapa bilərsiz.
Mooncake - bu da ənənəvi bir şirniyyatdır. Çoxlu növləri var. Qozlu olan növü milli şirniyyatlarımıza bənzəyir. Ağız dadımıza yaxındır.
Çin çayı - yoxlamağınızı və hətta almağınızı tövsiyə edərdim.
Meyvə - Çində çoxlu fərqli meyvə-tərəvəzə rast gələcəksiz. Həm çox ucuz, həm də çox organik olurlar əsasən. Çox vaxt mağazalar çox kiçik ekstra qiymətə doğrayaraq da servis edir. Mütləq yoxlayın.
Seven - Eleven. Bu mağaza Avropada da mövcuddur. Lakin Asiyada daha çox məşhurdur. Burdan onigiri, yerli noodle, dondurma növləri ala bilərsiz.
Çin mətbəxi çox geniş və zəngindir. 2 ay ərzində bir dəfə yoxladığım yeməyə 2-ci dəfə rast gəlmədim.
Ümumulikdə qiymətlər əsasən Azərbaycanla eyni bəzən daha ucuzdur.
Çində alış-veriş
Pekində 10-larla böyük mall var. Çox fərqli brendlər, mağazalar mövcuddur. Çinin mall-ları öz lüks dizaynı, genişliyi, çeşidliliyi ilə fərqlənir. Əgər vaxtınız varsa Çinin məşhur TAOBAO tətbiqini yükləyib, çox ucuz qiymətə istədiyiniz tipdə məhsulu sifariş edə bilərsiz. Əsasən 3 günə çatdırılma edirlər.

Yerli əhali
Çində sizinlə şəkil çəkdirmək istəyən yerli xalqla rastlaşmağınız çox normaldır. Bəzən metroda da sizə təəcüblə baxan insanlarla rastlaşa bilərsiz. Xüsusilə Pekin turistlərə yavaş-yavaş alışmağa başlayıb. Lakin digər kiçik şəhərlərdə turistlər daha maraqla qarşılanır. Lakin əhali əksərən mehriban və köməksevərdir. Hətta dil bilməsələr belə maksimum kömək etməyə çalışıblar.
Növbəti yazım Çində şəhərlərarası səyahət və Xian şəhəri barədə olacaq.
Ümid edirəm bu yazım səyahətsevərlər üçün faydalı olar.

Paylaşan Shams Safaraliyeva

DİGƏR BLOQLAR

Yerlisindən Amsterdam bələdçisi - İsa Yusibovun gözüylə

Amsterdamdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu dəfə Amsterdamda "uçmağın" başqa versiyası barədə qısaca yazmaq istəyərdim Şəhərin ən tanınmış yerlərindən biri Amsterdam Toren adlanır və Hollandiyanın ən hündür panoraması olan Lookout (hardasa 100 metr). Əvvəllər 20 mərtəbəli bu bina Shell-in ofisi olub, indi isə turistik yer kimi fəaliyyət göstərir. Binanın aşağı mərtəbələrində hotel, ofislər və s. var. Maraqlı yerlər 19cu mərtəbədən başlayır. 19-da Moon adlı restoran var, elə quraşdırılıb ki, masalar 360 dərəcə fırlanır, oturduğunuz yerdən gördüyünüz şəhər dəyişmiş olur. Məsləhət: o restoranda sevgilinizlə nahar eləmək istəsəz birinci menuda qiymətlərə baxın sonra asta-asta ordan uzaqlaşın :)))20-ci mərtəbədə şüşə pəncərə ilə əhatəli kafe var. Aldığınız biletlə orda 2 içki pulsuzdu, qiymətləri ümumilikdə yaxşıdı. Normalda bilet 12,50-di. Amma çox adam Premium ticket alır 20 euroya və bu biletə 2 içki, suvenir və binada çəkdirdiyiniz şəkil daxildir. Bu bileti alsaz kassa, növbə gözləmədən qalxa bilərsiz.21-ci mərtəbədə Amsterdam Lookout var və burda şəhəri ən hündür yerdən izləmək olur. Hava yaxşı olanda Utrecht falan da görünür lap uzaqdan.Və ən əsas, 22-ci mərtəbədəki yelləncəkdir. Axşam saat 9a kimi açıqdır bura, yəni bəzən qaranlıqda da şəhəri izləmək olur. Acrophobia-sı olanlara məsləhət deyil bu arada:) Qeyd edim ki, bu swing üçün əlavə 5 euro ödəniş istənilir. Bizim qızların/oğlanların boyunun balaca olmasını nəzərə alaraq onu da deyim ki, 1.10 m-dən balaca olanlar ora buraxılmır, indi özünüz baxın da :DEnjoy your stay in Amsterdam!Gəzənfərd 3. Amsterdam: Pərvin Cəbiyeva və İsa Yusibov[youtube https://www.youtube.com/watch?v=H-NZEP4lknU&w=560&h=315]MUZEYLƏRBu qrupda və inboxda Amsterdamdakı muzeylərlə bağlı tamaşaçıların çoxsaylı xahişini nəzərə alaraq muzeyləri ziyarət etməyin ən sərfəli yolunu deyim.Ümumilikdə bura gələn turistlər ya Red Light-a görə gəlir, ya da ki incəsənətə görə. Turizmin ən ciddi gəlir mənbələrinin bəlkə də birincisi elə muzeylərdi. Məsələn Van Gogh muzeyinə giriş 18 eurodu. Adam o qədər çox olur ki, artıq Amsterdamdakı turistik yerlərin bir çoxuna bilet bir-iki ay öncədən tükənmiş olur.Şəhərdə turistlərlə bağlı bir neçə discount card-lar var, onlar haqqında imkan olsa müsbət və mənfi tərəflərini ayrıca postda yazacam gələcəkdə. Qısa müddətdə ən çox muzey gəzmək istəyənlər üçün verəcəyim ən önəmli məsləhət "Museumkaart" sifariş etməkdir. Normalda burda uzunmüddətli yaşayanlar, Holland vətəndaşları və s. üçün bu kart 1 illik etibarlıdı, amma turistlər üçün bu 1 aydı. Aldığınız bu kartla siz 1 ay ərzində təkcə Amsterdamın yox, Hollandiyanın 300-dən çox muzeyini pulsuz gəzə bilərsiz. Eyni zamanda bu kartla məsələn Rijksmueum-a, Van Gogh muzeyinə bir ay ərinzdə istədiyiniz qədər gedə bilərsiz. Amsterdam eyni zamanda İkinci Dünya müharibəsində önəmli rol oynadığı üçün mövzu ilə bağlı burda maraqlı yerlər də var.Kartın qiyməti 60 eurodu, 3-4 euro da servis xidməti əlavə edilir. Kartı online alanda istəsəniz mənim ev adresimə göndərtdirə bilərsiz, 2-3 günə gəlir. Görüşəndə gətirib verərəm özünüzə.Bir də unutmadan bir muzeyi də nəzərinizə çatdırım. Haaqa şəhərində hamımızın əsərlərini ən azı bir dəfə gördüyü Escher-in muzeyi var, ora getməyinizi şiddətlə tövsiyyə edirəm. Paylaşdığım şəkillər onun əsərlərindəndi. Amma Museumkaart orda işləmir, giriş 9.50 eurodu.Digər turistik kartlardan fərqli olaraq bu kart Amsterdamda nəqliyyat üçün, və ya başqa məqsədlər üçün discount ya free entrance vermir.NƏQLİYYATBura gələn turistlərin çaş-baş qalıb lazımsız yerə əlavə pul xərclədiyi sahələrdən biri də ictimai nəqliyyatdı. İctimai nəqliyyatın qiymətləri tez-tez dəyişir (bahalaşır) deyə internetdəki məlumatlar elə də səhih deyil. Məsələn son on ildə burda 1 saatlıq kartlar 1 eurodan çox bahalaşıb. Hal hazırda saatlıq kartlar 2.90-a satılır.İlk öncə Amsterdamda nəqliyyatdan necə ucuz istifadə etməyi yazım. Əvvəla, burdakı nəqliyyat artıq chip sisteminə keçib deyə minəndə və düşəndə (qatar, tramvay, metro, avtobus) check-in və check-out etmək lazımdı. Normalda kartda hesabınızda pul olmalıdır ki nəqliyyatdan istifadə edə biləsiz. Avropanın başqa ölkələrində olduğu kimi burda biletsiz getmək kimi bir lüks yoxdur ona görə də.Qısa müddətli qalanlar üçün ən optimal variant Amsterdam Travel Ticketdir. Bu bileti siz 1-2-3 (qiymətləri 16-21-26 euro) günlük ala bilərsiz. Bu biletlə Amsterdam daxilində 3 gün ərzində gəzə bilərsiz (qırmızı avtobuslar xaric, onlar başqa şirkətindi). Eyni zamanda bu biletlə disko-disko partylərdən sonra gecə avtobuslarına da minə bilirsiz (gecə avtobusunun qiyməti 4.50 eurodu normalda, məni çox zibilə salıb :D )Amsterdam Travel Ticket bütün başqa biletlərdən daha sərfəlidi. Amsterdam Schiphol hava limanından Amsterdamın istənilən vağzalına dəfələrlə gedib gələ-bilərsiz bu 1-2-3 gün ərzində məsələn. Amma yenə də check-in check-out etməyi unutmayın! (zatən qapıları aça bilmək üçün bunu etməlisiz)Amsterdamda tramvaylar gecə 1-in yarsına qədər işləyir. Avtobuslar 24 saat, amma onlar da 1-in yarısından sonra dəyişib olur nachtbus (night bus) və nömrələri də dəyişir. Buna diqqət edin. Səhər saat 6-7də yenə normal iş rejiminə keçilir.Əgər Amsterdamın ətrafında olan turistik bölgələrə (Zaanse Schans, Edam, Volendam kimi) getmək istəsəz ən sərfəlisi Amsterdam & Region Travel Ticket-di. Bu bilet eyni zamanda bu regiondaki avtobuslarda da etibarlıdı. Amsterdam Travel Ticket-dən fərqli olaraq. Qiyməti 18.50-26.00-33.50 (1-2-3 günlük)Və bir gün boyu bütün Hollandiyanı unlimited gəzmək istəsəniz dagkaart (günlük kart) ala bilərsiz, 55 euro qiyməti var. Bu biletlə Hollandiyadakı bütün ictimai nəqliyyatdan istədiyinz marşrut üzrə istifadə edə bilərsiz.Bura gələnlər çox qalmır deyə bizim burda işlətdiymiz personal ov-chipkaartlar barədə yazmağa ehtiyac yoxdu. Zatən sərfəli də deyil sizə.Yuxarıda qeyd etdiyim biletləri Amsterdam Hava limanında (kitab mağazasında, vağzalın özündə və s), bəzi vağzallarda və online (discoverholland.com) vasitəsilə ala bilərsiniz.GECƏLƏMƏ - OTEL/HOSTELBu dəfəki mövzumuz Amsterdama təşrif buyuranların yaralı yeri olan hotel/hostel məsələsidi.Amsterdamdakı bütün otel və hostellərlə burdan tanış ola bilərsiz.İlk öncə onu deyim ki, Avropanın bir çox şəhərindəki kimi nə bilim bir gecəsi 10-15 euroluq hostel axtarsaz onu Amsterdamda tapa bilməyəcəksiz. Ümumiyyətlə burdakı hostellərin elə adı hosteldi, qiymətləri hotel qiymətidi hardasa. Fərq odur ki, 8-10 nəfər turist bir yerdə qalırsız. 90% hallı olur deyə normal şəkildə yatmaq olur amma) Sözümün canı odur ki, Amsterdama gəlmək planınız varsa ucuz qalmaq yeri üçün ən azı 5-10 il öncədən otaq booking etməniz məsləhətdi.Müxtəlif araşdırmaların nəticələrinə görə Amsterdamda hotel qiymətləri Avropanın ən bahalıları sırasında birinci yerdədi, sezonuna görə Parislə dəyişir. Eyni zamanda Amsterdam Avropada yeganə şəhərdi ki, AirBnb qiymətləri hotel qiymətlərindən daha bahadı. Ona görə başqa bir məsləhətim odur ki, ümumiyyətlə AirBnb-ləri yoxlamayın bura gələndə. Couchsurfing heç yazmıram çünki inanmıram orda da boş yer ola. Atalar demiş, "armudun yaxşısını meşədə ayı qapır"Şəhərdə nisbətən ucuz yerlər StayOkay hostel şəbəkəsinindi. Eyni zamanda Wow, Orfeo, Princess Hostel, Youth hostel, Cosmos Hostel, New West INn, Citiez və s. kimi ucuz yerlər olur. Boş yer tapılsa təbii ki. Əgər Amsterdama gəlirsizsə "Gedib orda yer taparam" fikrindən uzaq olun. Tapa bilməyəcəksiz. Qalmaq yerini həll etmədən Amsterdama gəlməyiniz heç məsləhət deyil.Son illərdə şəhərin müxtəlif bölgələrində ancaq xanımlar üçün hostel konseptləri də artıb, onlar da nisbətən ucuz olur. Onu da çox vaxt lesbianlar istifadə edir. Gecənin bir vaxtı zərif cinsin iki nümayəndəsinin sonsuz məhəbbət duyğuları ilə silkələnən çarpayının üst mərtəbəsində oyanmaq sizin üçün problem deyilsə onu seçə bilərsiz məsələn :)))Eyni zamanda bəzən Amsterdamdakı kanallarda olan gəmi-evləri də sahibləri hotel kimi günlük icarəyə verir, ucuz olan vaxtları olur.Son vaxtlar Amsterdamda uzunmüddətli qalan Amerikan "turistlər"lə də tanış olmuşam. Bir ay üçün mətbəxi ictimai olmaqla hotel otaqları olur, 700-800 euroya (hotel Jansen məsələn). Amma bu daha çox young professionals, expatlar falan üçündü, sadə turistlər üçün yox. 6 aya kimi qalmaq imkanı olur orda.Başqa mümkün variant da Amsterdamın özündə yox, ətraf şəhərlərdə hotel tutmaqdı çünki oralar Amsterdamdan ucuz olur. Məsələn Haarlem, Leiden, lap elə Haaqanın özü. İctimai nəqliyyat burda mükəmməl olduğu üçün gedib gəlmək problem olmur.Və sonda: şəkildə gördüyünüz 5 ulduzlu hoteli ərəb sahibi satışa çıxarıb. Deyirəm bu qrupda hərəmiz bir az atışsaq bəlkə onu alıb işlədə bilərik, bura gələnlər də yer problemi yaşamaz :DKanallarQrupdakı Amsterdam fanatları üçün növbəti paylaşımı edim: bu dəfəki mövzumuz şəhərimizin məhşur kanallarıdı.Amsterdamı kanallarına görə əsasən "Şimalın Venesiyası" adlandırırlar. Amma Amsterdamda kanalların sayı, məsafəsi Venesiyadan çoxdu: quruluş etibarilə Amsterdamın kanallarının uzunluğu təxminən 90 km edir. Şəhərin şimal bölgəsində isə əlavə olaraq adalar mövcuddu.Ümumilikdə Amsterdam suyun üstündə tikilib. Xüsusilə kanala baxan qədim evlərin bünövrəsində dayaqlar taxtadandı. Buranıı gəlib gəzənlərin diqqətindən yayınmayıb yəqin: belə evərin çoxunun sağa-sola əyri olması məhz bu səbəbdəndi.Kanal turu Amsterdam turizm biznesinin ən gəlirli sahələrindən biridi. Şəhərdə bu turları təşkil edən bir çox şirkət var. Hərəsinin öz qiyməti, fərqli qayıqları olur. Məsələn Pizza Cruise-lə kanal turu etsəniz 1.5 saat davam edən tur vaxtı sizin gəmidə pizza verilir. Şəhəri yaxından tanımaq istəsəz kanal turunu məsəhət görürəm. 2 ildir bura təhsil üçün gələn əcnəbi tələbələrin introduction həftəsində coach kimi grupları gəmi ilə gəzdirməkdən bezmişəm.Ona görə də bu qrupdan kim gəlsə turu təklif edib özüm qoşulmuram :DTuristlər üçün gəzməli yer olmaqdan əlavə, təəssüf ki kanallar həm də turistlərin qənimi sayılır. Belə ki, hansısa turistin itmək xəbəri yayılan kimi polis və dalğıclar hər şeydən öncə ilk kanalları yoxlayır. Və 99% itən turistlərin cəsədi bu kanallardan çıxır. Çox vaxt turistlər içkili, və Amsterdam olduğunu nəzərə alsaq hallı olduqları üçün kanallardan tualet kimi istifadə etmək istədikdə və ya kanala yaxın yerdə gəzdikdə müvazinətlərini itirib yıxılırlar. Alkoqollu bədən suda daha çox temperatur itirir deyə daha tez donurlar və hərəkət edə bilmirlər, beləcə batırlar. Ona görə də bu məsələdə diqqətli olmağınız arzuolunandı.Kanallar eyni zamanda velosipedlə doludur. Amsterdam bələdiyyəsi hər il 1-2 dəfə böyük təmizliklə məşğul olur və kanallardan 10.000-dən çox velosiped çıxır hər dəfə :) (şəkildə var)Və Amsterdam kanallarının daha bir (g)özəlliyi: şaxta olanda kanallar donur və xizək sürmək xəstəliyi genlərində olan Hollandlar kanalların üstü ilə sürüşürlər. Amma burda olduğum 15 il ərzində kanalların cəmi 2 qış tam donduğunun şahidi olmuşam.Enjoy the canals! :) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: İsa Yusibov

1633 dəfə oxunub

Mərakeş Səfərim

Salam. Son zamanlar populyar istiqamətlərdən olan Mərakeş səfərimdən söhbət açmaq istərdim. Əvvəla onu qeyd edim ki, yerli şirkətlərin təklif etdikləri paketlərlə bu ölkəyə getməyi məsləhət görməzdim (qiymət baxımından). Aktiv şengeniniz varsa İspaniya, Portuqaliya və ya İtaliyadan keçə bilərsiniz. Mən Madriddən keçdim (təyyarə biletinin qiyməti hava şirkətindən asılı olaraq 30-80 avro təşkil edir. Uçuş vaxtı 2 saat 10 deq.) Hava limanına çatıb, pasport kontrola yaxınlaşdıqda uzun-uzadı sorğu-suala hazır olun (sevdiyiniz rəngə gədər soruşa bilərlər). Pulunuzu hava limanında dəyişə bilərsiniz. Kurs şəhərlə eynidir. Pulu dəyişəndə kvitansiya götürməyi unutmayın. Əgər dönüşdə artıq dirhəminiz qalsa geri dəyişdirə biləsiniz. (yerli valyutanı ölkədən çıxarmaq qadağandır). Menara hava limanından Mərakeşin mərkəzinə 119 nömrəli aerbusla (30 dirhəm-6manat) (deyilənə görə 15 gün ərzində keçərlidir. Mən ancaq dönüşdə istifadə etdim, ona görə dəqiqləşdirərsiniz), 118 nömrəli şəhər avtobusu (4 dirhəm-80qəp), və taksiylə gedə bilərsiniz. (qiymət məsafədən asılı olaraq 150-300 dirhəm-30-60manat arası dəyişir). Hotellərə qəldikdə isə hər cibə uyğun mövcuddur. Məşhur şəbəkələrdən tutmuş lokal (riyad)lara gədər. Milli mətbəx: Kuskus və Tajin ən populyar yeməkləri sayılır. Mən Msemmeni (bizim fəsəlini xatırladır) və nanəli çaylarını bəyəndim.Görüləcək yerlər: Medina (old town), Jamaa El Fna meydanı (burda cibgirlərə görə diqqətli olun), Jardrin Majorelle (İv Sen Loranın son illərini keçirdiyi villa burada yerləşir), Yves Saint Laurent muzeyi, Koutubia məsçidi, Bahia sarayı, Ben Youssef mədrəsəsi, Qırmızı şəhər, Menara bağı və s. (bəziləri bir-birə yaxın məsafədədir). Mən nəqliyyatdan istifadə etmədim, yaxın-uzaq hamısını piyada qəzdim (45-47 dərəcə istiyə baxmayaraq). P.S mərkəzi vağzaldan qatarla Kasablankaya keçə bilərsiniz. Bir tərəfə biletin qiyməti 100-160 dirhəm arası, məsafə 3 saata yaxın.Paylaşan: Рафик Мамедов

322 dəfə oxunub

Balkanlar - Serbiya, Bosniya və Hersoqavina, Montenegro və Şimali Makedoniya

Axşamınız xeyir ???? uzun post olacaq amma o qədər sualımın qarşılığında hər şeyi bölüşmək istədim bəlkə kiməsə faydası olar. 10 günlük, 4 nəfər planlaşdırdığımız Balkan turumuza 1 nəfəri sərhəddən o tərəfdə qoyub çox məyus şəkildə başlasaq da şükür davamı çox yaxşı keçdi. 1həftəlik bir araşdırmadan sonra trayektoriyamızı çəkib Tiflisdən Pegasusla bilet aldıq və ilk istiqamət Belgrad oldu. "Kimdi bizi tanıyan" ana sloganlı səyahətimiz də elə Tiflis aeroportundan başladı ???? (P.S Balkanlara gedərkən mütləq çətir götürün çünki hava anidən dəyişə bilir hətta həyatımda ilk dolunu da Belgradda gördüm)1. Hava limanından şəhərin mərkəzinə getməkçün 150 dinar ödəməlisiniz (qətiyyən çeki çaşıb da atmayın) ilk başda şəhər olduğuna şübhənizin yaranacağı bu şəhər üçün gözləntinizi çox yüksək tutmasanız yaxşıdı. 1günə gəzib bitirilə bilinəcək bir şəhərdi. Heç bir əlavə transportdan istifadə etmədən bütün yerlərə getsək də nə hikmətdirsə bu şəhərdə saat donmuşdu sanki. Ən bəyəndiyimiz cəhəti Kalemagdandan Dunay mənzərəsi, Skardarlija küçəsi və möhtəşəm grafitilər. Qaldığımız yer mərkəzə yaxın idi və ev sahibləri çox mehriban və yardımsevər idilər. Check out time 11də olmasına baxmayaraq biletimizin axsama olduğunu öyrəndiklərində əlavə qala biləcəyimizi dedilər.???? Dinarın dəyəri çox aşağı olduğu üçün nə isə alarkən çətinlik çəkə bilərsiz hesablamaqda.2. Növbəti ölkə olaraq Bosniya&Hersoqavinanı şəhər olaraq isə Mostarı seçmişdik. Hec bir ölkəyə biletləri online almasanız yaxşıdı. Çünki avtobus stansiyasında hetta 10avro ucuza bilet tapa bilərsiz. Mostar kiçik də olsa çox çox gözəl şəhərdi. Mərkəzdən 20-30 dəqlik məsafədə olan Blagaj "cənnət" kimi yerdir 10, 11, 12 nömrəli avtobuslarla 1 avroya gedilir. Qalmaq üçün Mirror hostel seçmişdik (bus stationdan 5 dəqlik məsafədə idi). Sahibəsi Lətifə adlı çox şirin qadın idi. Onu da deyim ki, Hostel heç də düşünüldüyü kimi 20 nəfərin bir otaqda qaldığı yer deyil. Book edərkən "private bedroom and bathroom" seçsəniz tam təhlükəsiz gecələyə bilərsiz. 1günlük yer kimi düşünsək də görmədiyimiz yerlər oldu. Balkan ların ən məşhur yeməyi Cevapi bizim mini lülə kababa bənzəyir, yağlı çörək və garnirlərlə servis olunur. Pul vahidləri mark manatla eyni dəyərdədir, qiymətlər də demək olar ki, eynidir.3. Next station - Montenegro ???????? qalmaq üçün seçdiyimiz ən luks yer burda olsa da ən ilgisiz sahibləri də burda idi. Hətta ödəniş etmədən çıxıb getsəydik bəlkə də xəbərləri olmazdı. Kotora getmisinizsə mütləq qalaya qalxın 2000+ pilləkən olsa da. Yaxşı olar ki saat 8dən öncə qalxasız hava həm sərin olur qalxmaqda çətinlik çəkməzsiz həm də 8 avro ödəməyəcəkdiz???? (8den sonra görəvli orda olur 8avro alır) Qalxarkən yaxşı olar ki, su və ya yeməyə nəsə götürün əks halda təzyiqiniz düşərsə heç kəs də olmazsa çətin vəziyyətdə qala bilərsiz ???? (rəfiqəmin halı pisləşərkən özümü necə çarəsiz hiss etdiyimi ifadə edə bilmirəm☹️ yaxşı ki, tez panikaya düşən deyiləm durumu toparlaya bilməzdim). Budva Kotora nisbətən çimərliyi ilə daha məşhur olsa da məncə Kotor daha gözəldi və tam passiv istirahət yeridi. Budvada gəmi turu götürsəniz peşman olmazsız. Sveti Stefan adası və Perast da görülməyə dəyərdir. Avro istifadə olunduğu üçün bahalı ölkədir nisbətən. Kotorda sahil kənarında Tanjga adlı restoran var yeməkləri dadlı və böyük pors olur, digərlərinə nisbətdə də qiymətlər də normaldır.4. Last station - Makedoniya. Gözləntimizi ən aşağı tutduğumuz bu ölkəni necə bəyəndiksə heç getmək istəmirik. Kotorda Ohridə avtobuslar yalnız günaşırı olur gedərkən bunu nəzərə alın. Ohrid isti abu havaya malik, şirin bir yerdir. İngiliscə bilən az olsa da türkçə əksəriyyəti bilir. Paytaxt şəhər Skopjedə (Üsküp) də həmçinin ingiliscə bilən çox azdır. Slavyan dil qrupu olduğu üçün rusca bilirsizsə dərdinizi deyə bilərsiz. Kanyon Matkaya getmədən qayıtmayın. Avtobus çox gec gəlir yaxşı olar ki, taksi istifadə edəsiz. 3-4nəfərsizsə qiyməti də elə böyük fərq etmir (18-20avro yazır taksimetr) Yenə də avtobusla getmək İstəsəniz 60 nömrə gedir 150 Dinara (gediş-dönüş) Amma kart almalısız səhv etmirəmsə 50dinar idi o da. Skopjenin mərkəzi heykəllərlə və muzeylərlə doludur. Tarixi sevənlər üçün maraqlı seçim olar ????Ümid edirəm ki, yorulmadınız oxuyarkən????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunel Yashar

2964 dəfə oxunub

Türkiyə-Monteneqro-Albaniya səyahəti – 2-ci hissə

Budvadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əvvəlki postda qeyd etdiyim kimi, Albaniyaya bileti İstanbul üzərindən almışdıq: İstanbul-Tirana-İstanbul 240 AZN. Bu səyahət planımızda Albaniyanı sadəcə tranzit kimi keçməyi nəzərdə tutmuşduq. Məqsədimiz Montenegro-Bosniya Herzeg-Serbiya turu etmək idi. Ancaq Albaniyada bizə gəlmişkən Adriatik sahillərində Saranda, Vlore, Ksamil kimi gözəl yerlərə də baş çəkməyimizi məsləhət gördülər və planlarımız dəyişdi. Tiranaya çatar-çatmaz ilk öncə yollandıq beynəlxalq avtovağzala 23 Euroya Tirana-Budva biletimizi aldıq, çıxdıq 5 saatlıq bir yola, gecə saat 11-də Budvaya çatdıq. 100 Euroya 3 gecə 4 günlük apart kirayələmişdik booking.com-dan, həm dənizə yaxın, həm mərkəzə. Montenegroda aktiv istirahətə üstünlük verdik.İlk günümüzü Budvada keçirdik. Budva plajında sanki Odessadasan, şəhər ancaq ruslardan ibarətdir sanki. Budva Old Townu gəzdik. Həm tarix, həm təbiət, həm dəniz - üçü bir arada hər kəsin istirahət zövqünə uyğun bir yerdir. Qiymətlər digər Avropa ölkələriylə nisbətdə çox ucuzdur. İnsanları çox yardımsevərdir. Bir də yeməklərinin porsiyası hədsiz çoxdur, 1 porsiya 2 nəfərə kifayət edir, büdcənizə qənaət etmiş olursunuz. Restoranlarda yeməklər 8-15 euro civarındadır, amma daha ucuz yeməkləri dənizkənarı fastfood cafelərdə tapa bilərsiniz, məsələn, böyük pizza dilimi 1,5-2,5 euro arası, giros (bildiyimiz toyuq dönəri) 2-3 euro və.s. Budvada edilməsi mütləq olan Cruis turudur-18-20 Eurodur, tam bir gününüzü alır, Blue Cavede üzmək çox maraqlıdır. Saat 9-dan sonra isə gənclər üçün gecə həyatı başlayır, dənizkənarı boyunca gündüz yemək xidməti göstərən restoranlar gecə cluba çevrilirlər. Amma qiymətləri barədə məlumatım yoxdur.  Əlavə olaraq Budvaya avtobusla 15 dəqiqə məsafədə Sveti Stefano adası yerləşir. Ada 1 oteldən ibarətdir və içəri giriş otel sakinlərindən başqa hər kəsə qadağadır. Amma adanın ətrafında dənizin suyu mükəmməldir. Mütləq baş çəkin və hətta biz dənizə girəndə axşam saat 8-9 idi, mükəmməl bir hissdir. Tərtəmiz su və tək-tük insanlar var.  İkinci günümüzü Kotor Bay turu etdik, amma turla yox, özümüz. Beləliklə büdcəmizə qənaət etdik. Şəhərlərarası avtobus xərcləri bir istiqamətdə 2-5 euro arası dəyişir məsafədən asılı olaraq. İlk dayanacağımız Kotor oldu. Kotor Budvadan daha kiçik, daha sakit və də daha şirin yerdir. Şəhəri tam gəzmək üçün 3 saat kifayətdir. Demək olar ki, bütün restoranlarda ən azı 1 ofisiant türkcə bilir, ingilis dili səviyəniz yoxdursa, türkcə danışa bilərsiniz. Kotorda mütləq edilməli olan: Kotor qalasının ən yüksək nöqtəsinə çıxıb şəhəri bir nöqtə kimi seyr etməkdir. Qalanın ən hündür zirvəsi 2 km-dir, ancaq hava isti olduğu üçün səhər günəş çıxmadan getmək məsləhətdir.Biz cəhd etmədik ona görə də. 3-4 saatlıq Kotor gəzintisindən sonra yollandıq Perast qəsəbəsinə. Perast kiçik balıqçı qəsəbəsidir, hətta o qədər kiçikdir ki, qəsəbə sadəcə sahilboyunca bir küçədən ibarətdir. 1 saat Perast üçün kifayətdir. Perastdan Our Lady of the Rocks adasına bot taxi ilə 5 euroya getdik və döndük. Ada sadəcə 1 kilsədən ibarətdir, ama Perasta gözəl mənzərə açılır. Gedib görməlisiniz. 2-ci gün üçün sonuncu dayanacağımız Herzeg-Novi oldu amma başımıza gələcəklərdən xəbərsiz idik. Herzeg-Noviyə çatar-çatmaz Budvaya geri dönüş üçün bilet almaq istədik, amma tapana hədiyyə düşür dedilər. Burda birşeyi anladıq: Balkanlarda nəqliyyat sistemi çox aşağıdır: Bir-birindən 2 saatlıq məsafədə yerləşən şəhərlər arasında ən sonuncu avtobus axşam saat 5-6 arası yola düşür. Biz isə Herzeg-Noviyə elə saat 6-da çatmışdıq. O saatdan sonra evinə qayıtmağa bir avtobus tapsan cənnətə düşmüsən deməkdir.???? Taxi isə azı 60-70 euro qiymət oxuyur insana. Artıq gəlmişik, onsuz ya burda gecələyəcik ya başqa bir çarəsinə baxarıq, kefimizi pozmayaq, gedək şəhəri gəzək deyərək düşdük Herzeg-Novinin küçələrinə.Burada digərləri kimi dar küçeleri ile xoş gelen Old Town, sahili canlı həyatı ilə ürəyimizi oxşadı. Restoranda qiymətlər elə Budva, Kotor kimidir, hər büdcəyə uyğun yemək tapa bilərsiniz. Sıra gəldi Budvaya geri dönməyə, həyatımızda ilk dəfə gecə saat 11-də biraz qorxuyla biraz tərəddüdlə avtostopdan istifadə etdik. Əslində gedəcəyi yer Kotor olan, orada yaşayan bir rus qardaş “gecədir, yollarda qalmayın” deyərək bizi təmənnasız Budvaya qaldığımız ünvana qədər gətirdi, çox çox minnətdar olduq.Səhərisi gün artıq aktiv istirahətdən yorulmuşduq deyə Bosniya-Herzeg və Serbiyanın əvəzinə çox təriflənən Sarandaya (Albaniya) getmək qərarı aldıq. Bunun üçün ilk öncə Budva-Ulcinj avtobusu ilə Ulcinjə getdik, ordan da avtobusla Tiranaya getməli idik. Amma rəfiqəm avtobusda əşyasını unutdu və o avtobus bir də 4 saat sonra Ulcinjə gələcəkdi, 4 saat gözləməli olduq, nə yaxşı da ki, bu hal başımıza gəldi deyirik hər dəfə yadımıza düşəndə. 4 saatı avtovağzalda oturmaq əvəzinə gəlmişkən buranı da görək dedik və Ulcinj Olt Towna getdik, Ulcinj qalası hər halda Adriatic dənizinə açılan ən gözəl mənzərədir deyə düşünürəm, bir də günəş batımı vaxtına düşsəniz. Elə möhtəşəm mənzərə hələ görməmişdim. Qalanın ən yüksək zirvəsində balıqçı restoranı var. Oranın ən bahalı restoranıymış amma, 1 porsiya kefal, 1 porsiya Pasta, 2 qədəh ağ şəraba 30 euro hesab ödədik. Oradan da xoşbəxt ayrıldıq yola düşdük Albaniyaya.Ulcinj-Tirana-Saranda istiqamətində gecə yola düşüb səhər 12-də Sarandaya çatdıq. Ulcinj-Tirana 15 Euro, Tirana-Saranda 12 Euro. Saranda paytaxt Tiranadan 5 saatlıq məsafədə bir sahil şəhəridir. Kiçikdir, gəziləcək yerləri varmı? Yoxdur, əsl passiv istirahəti sevənlər üçün ise möhtəşəmdir, sadəcə masmavi sulu dənizi, təmiz plyajı, bir də restoranlarla dolu bir dənizkənarı bulvarı var. Plajı qumlu deyil, xırda daşlıdır. Bir də Bakıdan fərqli olaraq, plajda istədiyin çətirdən istədiyin lejankadan istifadə edə bilərsən, heç kəs səndən 3 manat-5 manat ödəmə tələb etmir. Yeməklər çox ucuz, və porsiya Montenegroda oldugu kimi çoxdur. İnsanları çox gülərüzdür. Yenə booking.com-da tapdığımız bir apartda 3 gecəyə 60 euro ödəyərək gecələdik. Bir də Sarandadan avtobusla 15 dəqiqə məsafədə yerləşən Ksamil adası var, kiçik Maldiv adaları adlandırırlar, bəmbəyaz qumlu masmavi suyu ile göz oxşayır. Albaniyaya getməyi düşünənlər başqa yerlərinə vaxt və pul sərf etməsinlər. Saranda və Ksamilə getmək kifayətdir. 7 günlük Montenegro-Albaniya səyahətimizə 1 nəfərə 400 euro pul xərclədik, aldığımız hədiyyələr, yol xərcləri və.s. daxil.P.s. Post çox uzun olsa da bütün məlumatları paylaşmaq istədim, bəlkə yararlanan olar deyə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Roza Ahmedova 

2747 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!