1181 dəfə oxunub

Budapeşt, Vyana, Praqa turu

Salam. Səfər Budapeşt-->Vyana--->Praqa---Budapeşt. Biletləri səfər tarixinə yaxın aldığım üçün ucuz olmadı. 3 adam üçün gediş qayıdış təxminən 1080 $. Şəhərlər haqqında ətraflı postlar olub qrupda, ona görə də şəhərlərin görməli yerləri filan haqqında qeyd etməyəcəm. Budapeştdə hotel Peştin mərkəzində Deak Ferenc metrostansiyasının yaxınlığında idi, airportdan bu metronun yanına 100E avtobusla gəldik, Hotel: Gozsdu court apartament 3*. Həm yerləşməsi, həm təmizliyi, səhər yeməyi əla idi. (Amma book edəndə səhər yeməyinə əlavə ödəniş etmişdim). Mən uşaqla getdiyim üçün hotelin ya özündə, ya da bir addımlığında cafe restarauntun olmağı vacib idi. Budapeştdəki hotelin düz yanında MATKA adlı restoran vardı. Yeməklər dadlı, məkan isə çox təmizdi. (Ənənəvi yeməkləri gulaj çox dadlıdır), Budapeşti hop off hop on bus turla gəzdik. Big bus tour ən yaxşıdır.

69793688_2688043091228974_4403507222718447616_n

Budapeştdən öncədən aldığım flixbus biletlərlə Vyanaya getdik. (Bizim hoteldən Nepliget flixbus stationa M3 metro / olmayanda isə avtobusla getmək olur). Vyanada International Bus stationda düşdük (flixbuslar bəzən gecikir, biletləri daha gündüz vaxtı üçün almaq sərf edir). Əsas məsələ burda başladı))). Google map düşdüyümüz yerdən bizim otelə U3 və daha sonra U4 metro xətləri ilə getməyimizi göstərirdi. Düşdüyümüz yerdə isə ancaq U1 idi. U1-den U4-ə ordan da 31 nömrəli trainlə otelə gəldik. Otel: My next hotel Leo 3*. Təmizlik və səhər yeməyi, xidmət yüksək səviyyədə. Amma oteldə restoran fəaliyyət göstərmir, özü isə şəhər mərkəzindən təxminən 2 km məsafədə (uşaqlılar üçün problem ola bilər).

69767971_2688043611228922_208216041665331200_n

69385988_2688043761228907_3161440192959610880_n

69571509_2688043561228927_8409376013712097280_n.jpg

hhhhhhhhhhhhhhh.jpg

Vyanadan Praqaya da öncədən alınmış biletlərlə flixbusla gəldik. Praga Main railway stationda düşdük. Bus gecikdiyi üçün qaranlığa düşdük. Sonradan öyrəndim ki, həmin area safe deyilmiş (çoxlu alkaş evsiz vardı), ortadan iki tərəfli yol keçir (willsonova) və əks tərəfə yeraltı keçidlə keçirsən, (bu arada taxilər bizi hədəf götürmüşdü)) Google mapim dayanmşdı, roaming işləmirdi, otel 5 dəqiqəli məsafədə olsa da tapa bilmirdim. Sağolsun bir gənc cütlük (biri poland, biri alman) öz maplari ilə bizi otelə ötürdülər, Otel: şəhər mərkəzində Grandium Prague 5*. Xidmət, təmizlik, səhər yeməyi, restoranı çox yüksək səviyyədə. Praqadan geri Budapeştə qatarla qayıtdım. (hərçəndki qatarın əvəzinə bir başa flixbus seçib Budapeşt airportuna gələ bilərdim) qatar öz stopları ilə lap bezdirdi, Budapeştin Nyugati railway stationa gəldim, ordan yeraltı keçiddən keçib 9 saylı avtobusla Deak Ferenc metro stansiyasına, ordan isə 100E ilə airporta qayıtdım, Wizzairlə uçuş terminalı 2B. Vyana və Praqada tur istifadə etmədim (vaxt az olduğu üçün) özümüz gəzdik.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Sunay Mustafayeva

DİGƏR BLOQLAR

Avstriya, Vyana turu

Vyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.1. Ümumi təəssüratlarım.Vyananı haqqında eşitdiklərimə uyğun olaraq çox gözəl təsəvvür edirdim. Gördüklərimdən sonra da qətiyyən yanıltmadı bu şəhər məni.Rahatlıq, gözəl binalar, saraylar, insanlarda olan alicənablıq, küçələrin təmizliyi, səliqəsi, nəqliyyatın uyumluluğu və sair. Bir sözlə Vyana 'Vyana' idi.2. Gəzib gördüklərim.2 günlük tura nəyi sığışdıra bildiksə onları görməyə çalışdıq. Schönbrunn sarayına elə bir gün sərf olundu. 24 avroluq gəzinti paketi almışdıq (adını xatırlamıram) və həmin paketlə saray ərazisində 5 məntəqəyə giriş şansı var idi - Sarayın öz daxili gəzintisi, Orangerie, Qapalı bağ ərazisi, Labirintlər və Gloriette. Mənim kimi şəkil çəkmək həvəskarı üçün o pula dəyərdi, ancaq sadəcə sarayın xarici ərazisini görmək istəyənlər üçün giriş pulsuzdur. Pulsuz ərazi özü sarayın təxminən 70-80 faiz ərazisini əhatə edir. 2-ci gün Rathausplatz, Hofburg sarayı, Parlament binası, Qızılgül bağı, Stephansplatz kilsəsi, Belvedere sarayı və Luna parka gedə bildik. Hər biri gözəl idi. Yolunuz düşsə mütləq bu yerlərə gedin.3. Məsləhətlərim.Vyanaya gedirsinizsə ən azı 4-5 günlük gedin ki, rahat gəzə biləsiniz. Nordsee restoranına gedin, Paolo Bortolotti dondurmalarını dadın, turistlər üçün şəhər avtobus turlarından istifadə edin. Vyanada olanda təcrübəsiz idik deyə bu turlardan istifadə etməmişdik, ona görə də 2-ci gün görməli yerləri axtarıb tapana kimi çox vaxtımız getmişdi. Gedəsi olsanız 20-25 avronuzdan keçin və rahat şəkildə gəzintinizin dadını çıxardın.4. Nəqliyyat sistemi haqqında.Əsas məsələ)) yerin altında və üstündə 6 xətli, 4-5 mərtəbəli metro xətləri, dəmir yolu, tramvaylar, avtobuslar, maşın yolları, velosipedçilər üçün zolaqlar, piyada keçidləri və bunları birləşdirən ümumi bir cəhət - rahatlıq. Şəhərin demək olar hər bir nöqtəsinə metro gedir. Xətlərin çoxluğuna baxmayaraq xəritə çox sadədir, çətinlik çəkmədən istənilən yerə getmək olur. Metroya bilet 2,20 avro idi səhv etmirəmsə. Maraqlı olan o idi ki, biletləri yoxlayan yox idi. Biz 2 gün ərzində 2 dəfə bilet aldıq. Birincini alıb aparata vurduq, sonra gördük ki, heç kim bilet vurmur (yerli əhali 1 aylıq biletlər alır deyə vurmağa ehtiyac yoxdur). Ona görə 2-ci bileti alanda aparata vurmadan keçdik və 2 gün ərzində özümüzlə gəzdirdik. Yaxınlaşıb yoxlayan olsaydı 'turistik, aparata vurmaq lazım olduğunu bilmirdik' deyə bilmək üçün)) Amma yoxlanılsaydıq bu cavabla cəzadan qurtula bilərdikmi onu bilmirəm, cəza da nə az, nə çox 60 avrodur.Digər məsələ dəqiqlikdir. Əgər biletinizdə 09.03, 10.24 və sair, nə yazılıbsa dəqiqliklə həmin vaxtda orada olun. Bakıdakı kimi heç kimin göz yaşlarına baxmırlar, avtobusa 1-2 dəqiqə gecikmə ilə çatdınızsa, gözünüzün qabağında avtobusunuz getdisə, arxasınca əl eləməkdən başqa çarəniz yoxdur, necə ki, bizim başımıza gəldi (( Alman dəqiqliyi hər yerdədir.5.Bəyənmədiklərim.Bura nəsə yazmış olsam, günah etmiş olaram. Vyananın bəyənilməyəsi bir yanı yoxdur. Sadəcə atlardan gələn qoxular diskomfort yaradırdı. Bir də bahalıq.... O da avstriyalıların günahı deyil, sadəcə biz 'kasıbıq'))6. Gələcəkdə etmək istədiklərim.Dəfələrlə və dəfələrlə Avstriyaya getmək... Vyana zooparkını gəzmək, yerli yeməklərdən dadmaq, Vyanada gecə gəzintisinə çıxmaq, Lunaparkdakı bir çox attraksionlardan istifadə etmək, Hallstatt, Salzburq və digər şəhərləri gəzmək. Qismət olar, ya olmaz onu bir Allah bilir. Mənə ümid edib dua etmək düşər Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nərgiz Müzəffərova

2158 dəfə oxunub

Barselona bələdçisi

Barcelonadakı otel qiymətlərinə bu linkdən book (bron) edə bilərsiz. Barcelonada mütləq Sagrada Familiaya gedin. Əgər bileti internetdən alsanız, hər hansı towerlərdən birinə çıxmağa haqq qazandıran biletdən alın. Mən Nativity towerə almışdım. Çox gözəldir. Bələ bilet alsanız audio guide sizə pulsuz olacaq. Bilet ortalama 26€-dur.Bir də Sagrada Familiada axşam saat 6-da Gaudinin chamberinə pulsuz girib baxmaq olar. Cathedral de Barcelonaya gedin. İçinə girəndə sanki 1200-cü illərin o qaranlıq tarixinə qayıdırsınız kimi hiss edəcəksiniz. İçində o qədər incə işlənmiş nüans var ki, rahat bir saat içini gəzə bilərsiniz. Həmçinin də bu Cathedralda da 3€ ödəyərək ən yüksək dama (dam? ) çıxın. Liftlə çıxılır. Mənzərə sadəcə möhtəşəmdir! Əlavə information: Gaudi öldüyündə Barcelona Cathedralından Sagrada Familiaya çiyin üstündə aparılıb. Montjuïcə gədin. Ora teleferiklə getmək maraqlı idi. Mən teleferiklə getdim, ayaqla qayıtdım. Castle-a giriş 5€ olmalıdır teleferic isə bir tərəfə 8€. İçini mütləq gəzin.Gəzənfərd 4. Barselona: Lalə Bünyatzadə və Kərim Kərimov [youtube https://www.youtube.com/watch?v=zz3qKTJ07z0&w=560&h=315]Parc Güelle giriş pulsuzdur ama Gaudinin memarlığını etdiyi binalar var. Ora isə 7€ olmalıdır. Bu parka girəndə damı qırmızı göbələyə oxşayan bina görəcəksiniz. Orda gördüyünüz ağ nöqtələr Gaudinin kofe stəkanlarıdır. Həkim ona kofeni qətiyyən qadağan etdiyinde görüb ki evində çoxlu kofe stəkanı var və ilk olaraq ağlına Park Güelldə olan o evin damına istifadə etmək gəlib :) Las Ramblası gecə gəzmək maraqlı olur. Sadəcə çox diqqətli olun çünki qarşınıza bir anda birisi çıxıb sizə marijuana satmaq istəyə bilər. Və ya anidən cibinizdən kaşelokunuzu, telefonuvuzu çəkə bilər. Mən sizin yerinizə olsam Placa də Catalunyadan başlayıb Las Ramblası axıra gəzə-gəzə gedərdim və axırda plaja girərdim. Çox yaxındırlar birbirlərinə. Barri Gothicdə gəziləsi, gothic dövründən qalma memarisi ilə maraqlı yerdir. Barri Gothicə yaxın Parc de Ciutadella var. Eyni gündə bu iki yeri gəzə bilərsiniz. Parc de Ciutadellanın yaxınında Arc de Triomfda görülməli tikililərdən biridir. Tips: əsla Las Ramblasda və ətrafında yemək yeməyin. Həm çox çirklidir həm də dondurulmuş yəməklərdir. Restoranlar saat 15.30-19.30 arası bağlı olur. Bu aralıqda açıq olan yerlər çox vaxtı həm xidməti, həm yeməyin keyfiyyəti baxımından, həm də qiyməti baxımından aşağı olur. Mümkün olduğu qədər local insanların çox olduğu yerlərdə yemək yeyin. Yolda gəzərkən qarşıdan gələn hər hansı kimsə üstünüzə nə isə töküb sonra silməyə, təmizləməyə kömək etmək istəyə bilər. Bu anda sumkanızı, telefonunuzu, hər hansı ziynət əşyanızı qapdığı kimi qaçır. Əgər belə halla qarşılaşsanız yolunuza heç nə olmamış kimi davam edin. Uzaqlaşdıqdan sonra özünüz baxın təmizləmək işinə. Mərkəzi yerlərdən heç nə almayın, biraz kənarda qiymətlər daha ucuzdur. Outletə getmək istəyirsinizsə La Roca Village-a gedin. Orda outletə gedən mallar Bakıya hələ təzə gəlir və üç qat daha ucuza ala bilərsiniz. (For example Burberry çanta 450€ ) Əgər işdir nəyinizsə oğurlansa, Placa De Catalunyada polis bölməsi var. Apple-la qarşı qarşıyadır. Orda şikayətinizi edə bilərsiniz. Bir də ki, Park Güell high sezon vaxtı axşam 8-dən sonra pulsuzdur. Mid-seasonda isə 18.30-dan sonra pulsuzdur. La Boqueria Mercat isə ən çox gəziləsi bazarlardan biridir. Nə dəsəniz var!  Məndən bu qədər. Görülməli tikililər: Casa Batllo, Casa Mila Gəzilməli muzeylər: Museu Picasso, Museu Nacional d'Art de Catalunya

825 dəfə oxunub

Günəş və çimərlikdən daha artığı - Mayami bələdçisi

Virusun hәlә bizi evә qapatmağa gücü çatmadığı bir vaxtda çoxdandır getmәk istәdiyim Miamiyә üz tutdum. Yaşadığım şәhәrdәn Miamiyә bilet nә qәdәr baha da olsa, mәnә әn yaxın şәhәr Şikaqodan da bir o qәdәr ucuz idi, 50 dollara bilet alıb (bu mәnim Amerikada aldığım әn ucuz tәyyarә biletidi) Miamiyә yaz tәtilinә getdim. Bәyәnәcәyimi onsuz da düşünürdüm, amma gözlәdiyimdәn dә gözәl imiş, adam heç çıxıb getmәk istәmәz burdan.Miami-ә gәlmәk üçün әn ideal vaxt Mart-May ayları imiş, yayda hәdsiz isti vә nәmişlik olur, küçәdә nәfәs almaq müşkül mәsәlәdir, bir sözlә. Mәn bilmәdәn әn ideal zamanda getmişdim, günәşdәn dә zövq ala bildim, okeandan da, axşam әsәn mehdәn dә.Bir gün yarım Key Westdә vaxt keçirdik, Miamidәn maşınla tәxminәn 3 saat uzaqlıqdadır vә çox möhtәşәmdir. 26000-dәn çox adamın yaşadığı ada şәhәrciyidir. Buraya gedәn yolun özü dә çox gözәldir, hәr iki tәrәfin okean, bәzәn balaca qәsәbәlәrdәn keçirsәn, bәzәn lüks, bәzәn isә daha cozi dediyimiz evlәrә, bağlara baxa-baxa bu yolu getmәk dә özü gözәl vә zövqverici idi.Miamidә darıxmaq qeyri-mümkündür, mәncә. Okean, günәş olan yerdә insan darıxmaz, hәmçinin xeyli aktiviti var ki, hamısının dadına baxmaq istәyir insan. Gәmi turu götürüb mәşhurların (David Beckhamından, Madonnasına, Shakirasına, J.Lopezinә qәdәr bir çox mәşhurun) evlәri әtrafında tur elәdik, avtobus turu götürüb şәhәri bir dә bu cür gәzib-dolaşaq dedik. Bu tur zamanı bugünә qәdәr içdiyim әn dadlı qәhvәlәrdәn birini - Kuba qәhvәsini daddım. Bir hәftә әrzindә hәr dәfә fәrqli çimәrliklәri gördüm, Soutch Beach-dә gәzim, Miami Beach-dә üzdüm, Hallover Beach-dә günәşdәn zövq aldım, Key Westi kokos ağacları boyu velosipedlә gәzdim, burdan pulsuz topladığımız kokosları maşına yığıb hәr gecә Miamidә kokos açıb yedik. Bir sözlә, necә möhtәşәm istirahәt etdiyimi indi fotolara baxanda, xatirәlәrimi tәzәlәyәndә daha yaxşı fәrqinә varıram. Virus gündәmdә olmasa idi, burdakı günlәrimi uzadıb daha çox qalardım, tәәssüf ki, hamı kimi mәnim dә sәyahәtim yarımçıq qaldı, ara yerdә NY-Boston sәfәrimi dә tәxirә salmalı oldum.Ümid edirәm ki, hamımız tezliklә sәyahәtimizә davam edәcәyik, hәlә ki evdә qalmaqla özümüzü vә әtrafımızı qoruyaq, gerisi asandır. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nura Dunyamaliyeva

1738 dəfə oxunub

Qışda çiçəklənən norveçlilərin sirri nədir? - Norveç bələdçisi

Oslodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Skandinaviya turumun sonuncu ölkəsi Norveç, sonuncu şəhəri Oslo oldu.  Yenə qayıdaq mı başa?İsveçdə Lagom, Danimarkada Hygge bəs Norveçin qışda çiçəklənməsinin səbəbi nədir?Təbii ki, norveçlilərin də özlərinə məxsus bir fəlsəfələri var. Bu da “Koselig” fəlsəfəsidir.Koselig sizə "Hygge"i xatırlada bilər, buna bənzər Danimarkadakı rahatlıq və xoşbəxtlik anlayışını (əvvəlki postumu oxuya bilərsiz Hygge haqqında). Şamlar, kaminlər və yumuşaq yorğanlar, eləcə də dinc, rahat, mehriban və isti bir mühitdə qalmağa və xoşbəxt olmağa diqqət yetirmək hər iki fəlsəfədə vacibdir.Hə, deyəcəksiz elə eyni fəlsəfədir o zaman. Haqlısınız, bənzərdir, amma eyni deyil. Belə ki, evdə hazırlanmış ləzzətli yeməklər, sevimli içkidən bir fincan, çıtırtılı kamindən sakitlik hissi, şamların isti parıltısı...Bəli, bu Norveç Koselig-idir, amma burada əsas məqsəd başqa insanlar ilə əlaqəni hiss etməkdir. Səmimiyyət, rahatlıq və istilik təkcə şəxsi yaratdığımız mühitlə məhdudlaşmamalı, həm də digər insanlara qarşı olan münasibətlərimizdə özünü göstərməlidir.Məsələn, Everesti fəth edən ilk norveçli qadın Randi Skauq Koseliqin mahiyyətini belə izah edir: “Birlikdə/Bərabər olmaq anlamın çox vacib bir hissəsidir. Çünki özünüzə "Bu, koseliqdir!” deyə bilmirsiz. Lakin ətrafınızda başqa insanlar varsa, deyə bilərsiz.” Əgər Hygge bir kiçik anın sevincini yaşamaqdan danışırsa, Koselig bu anı başqası ilə paylaşmaq sevincindən bəhs edir.Bəlkə Koselig check list-i edək?Hətta bunu oyuna da çevirə bilərik. Belə ki, toplanan hər bir bal üçün siz koselig xalları alırsınız. Nəqədər çox toplasaz o qədər də norveçlilər bunu qiymətləndirəcək (hətta fəxr edəcək)Başlayaq: – zəif işıqlandırma (mümkünsə lampalarla) 2 bal– şamlar (bacardığınız qədər çox) 3 bal– alov/atəş (Norveçdə kamin tapmaq heç çətin deyil məsələn) 4 bal– elektron cihazları söndürmək (bəli, hamısını, o cümlədən televizor, telefonlar, planşetlər, noutbuklar, bildirişlərlə narahatçılıq verən hər şeyi) 3 bal– musiqi (aşağı səsdə və ancaq sakitləşdirici melodiyalar, sərt metal Finlər üçündür) 2 bal– isinmək üçün ilıq içkilər (qəhvə və ya konyak) 4 bal– sadə yemək (mümkün qədər faydalı) 2 bal – şirniyyat (evdə hazırlanmış vafli, o cümlədən evdə hazırlanmış giləmeyvə mürəbbəsi) 4 bal - yorğan, yastıq və digər tüklü əşyalar (evdə nə olursa olsun) 2 bal20 baldan çox topladınızsa, Koselig fəlsəfəsini anladınız deməkdir və Norveçə xoş gəldiniz!Bu qədər fəlsəfə yetər!Keçək ölkənin özünə)Bu dəfə sadəcə Oslonu görə bildim (ölkənin digər şəhərlərini və hissələrini görməyi planlaşdırıram gələcəkdə)Oslo bahalı şəhər olsa da, ödənişsiz edə biləcəyiniz əyləncələr tapa bilərsiz. 1. Oslo elə bil park-şəhərdir və bütün parkları açıq hava altında muzeydir sanki. Ən məhşurlardan: - Vigeland Heykəltaraşlıq parkı. Bu bir memarın yəni Gustav Vigeland-ın təmami ilə tək başına yaratdığı və bütün heykəllərin şəxsinə aid olduğu bir parkdır. Parkda 200dən çox heykəl var. - Ekebergparken - Frogner Park və s. 2. Oslofjordun gözəlliyini görmək üçün sahil boyunca gəzin. 3. Oslo dünyada yeganə şəhərdir ki, insanlar Operaya getməkdən çox, Opera binasının üzərində gəzir. Siz də gəzin.4. Osloda Kralın yaşadığı saraya gedin, bizim Axundov kitabxanasına oxşayır.5. Bjorvika Barcode massivi, müxtəlif hündürlükdə və genişlikdə on iki dar hündürmərtəbəli binadan ibarətdir. BARCODE konsepsiyasına əsaslanaraq, on iki bina müxtəlif memarlıq firmaları tərəfindən tikilib. Ümumi formadan başqa, binalar çox fərqlidir. Hər binanın özünəməxsus xüsusiyyəti, fərqli memarlıq detalları və qəribəlikləri Barkodu qeyri-adi memarlıq təcrübəsi ilə tikilən massivə çevirir.Muzeyləri sevirəm, amma hər şəhərdə ilk qaçdığım yer muzeylər deyil. Lakin Oslo tam da bu şəhərlərdəndir.Məsələn: - Muasir incəsənət muzeylərindən olan 2021-ci ildə yeni binaya köçürülən Munchun Muzeyi. Edvard Munch kimdir? Modernizmin ən görkəmli rəssamlarından biri. Rəssamlıq,qrafika incəsənəti, rəsm, heykəltəraşlıq, foto və film sahəsindəki inadkar təcrübəsi ona Norveç və beynəlxalq incəsənət tarixində özünəməxsus mövqe qazandırıb. 60 ildən çox yaradan Munch,həyatı boyunca 28.000 ədəd müxtəlif əsərlər yaradıb. Düşünsək ki, anadan olandan hər gün 1 əsəs yaradıb, o zaman 78 il yaşamalı idi, amma qismətə baxın ki, Munch sadəcə 75 il yaşayıb. Yəni, möhtəşəm yaradıcılıq qabiliyyətinə malik olan insan olub.Yəgin ki, elə ən tanınmış əsəri “The Scream”-i hamı bilir. Burada əsərin üç versiyasını görə bilərsiniz - rəsm, çizim və çap. Bunlardan biri nümayiş olunur. Qalan ikisi isə qaranlıqda “dincəlir”.Niyə? Çünki, Munch “The Scream”in bütün versiyalarını karton və ya kağız üzərində yaradıb, onlar kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlərdən daha kövrək olur. Bu səbəbdən, temperatur, rütubət və oksigen səviyyələri kimi iqlim faktorlarına əlavə olaraq, işığa məruz qalması da məhdudlaşdırılmalıdır. İşıq şəkillərdəki rəng piqmentlərinə təsir edir, həmçinin zamanla kağız və kartonu parçalayır. Buna görə, hətta son illərdə muzey “The Scream”-in müxtəlif versiyalarının hər gün nə qədər işığa tab gətirə biləcəyini müəyyən etmək üçün bir neçə tədqiqat layihəsi həyata keçirib. Məlum olub ki, versiyaların heç biri hər zaman nümayiş oluna bilməz, ona görə də onlar sıra ilə göstərilir. Bununla da gələcək nəsillərin Munchun yaradıcılığı ilə canlı tanış ola bilmə ehtimalını təmin etmək istəyirlər.Digər tanınmış əsərlərindən: - Madonna; - Livets dans (həyat rəqsi)- Det Syke Barn (Xəstə Uşaq)- The Vampire (Vampir) - Puberty (Yetkinlik)- Stemmen (Səs)Şəhərdə məhşur olan digər muzeylər də var, məsələn: - Akershus Castle;- Fram Museum (möhtəşəm gəmi muzeyidir!) - Holocaust Center- Museum of Oslo- Nobel Peace Center- National History Museum- The Vigeland Museum- The National Museum- Astrup Fearnley Museet- Armed Forces Museum və s. Bu arada, sadaladığım bütün muzeylər, hətta daha çoxu, Oslo Pass aldığınızda biletə daxil olacaq. Oslo Pass nədir?- bu günlük biletlərdir ki, əldə etdiyinizdə, 1 bilet ilə müxtəlif muzeyləri ziyarət edə, və müxtəlif endirimlərdən yararlana bilirsiz.Başqa nə daxil olacaq? - Seçilmiş restoranlarda 20% endirim;- Oslo Fjord ətrafındaki bəzi şirkətlərin turlarına 15% endirim;- Oslo Filarmoniyasına və Oslo Opera evinə bələdçili və endirimli turlar;- Şəhərin 1 və 2 zonalarında limitsiz şəkildə ictimai nəqliyyatdan istifadə.Qiymətləri: 24 saat - 85 AZN48 saat - 124 AZN72 saat - 146 AZNAyrı ayrılıqda aldığınız zaman məsələn: Munchun muzeyi - 30 AZNFram muzeyi - 23 AZNNobel Muzeyi - 26 AZNYay aylarında gələcəksinizsə və 3 muzeyə bir gündə getməyi planlayırsınızsa o zaman artıq bu bileti almaq sərf edəcək. Çünki ictimai nəqliyyatda bir gediş 8 AZN-dir (!) (konvertasiya ilə birlikdə) günlük bilet isə hardasa 24 AZN.Buna baxmayaraq, Oslo da mənə Kopenhagendən daha münasib gəldi.Məsələn səhərlər kiçik kafe/market kimi yerlərdən kofe+bir şirniyyat (darçınlı bulkunu/cinnabon kimi, çox sevirlər, mənim kimi) sadəcə 7-8 AZN alırdım (special offer kimi hər yerdə belə endirimlər var)Otel: Mərkəzdə butik otellərin qiyməti - gecəsi min 170 AZN Restoran: İki nəfərik bir axşam yeməyi (sup, salat, ana yemək, alkoqolsuz içki daxil) təxminən 180-200 AZN tutacaq. Təbii ki az və ya çox da ola bilər məkandan aslı olaraq. Oslo Torp hava limanına düşürsünüzsə taksi, təyyarə biletindən daha baha başa gələcək. Belə ki, şəhər mərkəzinə 200$-a gətirəcək taksi. Lakin alternativiniz var, bu da shuttle bus-dır. Bir gediş 56 AZN. P.s Bununla da Skandinaviya turum bitdi. Amma mən də bitdimelə bilərsiz gəzməkdən yoruldum, əslabüdcəm bitdi, qayıdıram. Qaldı bircə Finlandiya və Sisu fəlsəfəsi, ora da İn şa Allah gedəcəm (reabilitasiyadan sonra).Skandinaviya qışda nağıldır, soyuq da olsa, boran da olsa, başqa bir mistik ab-havası var. “Osloda görməyə heçnə yoxdur” deyənlərdən başqa, soyuqdan qorxmayan hamıya Oslo səyahəti arzulayıram.İnsta səhifəm : https://www.instagram.com/uls_valleyBtw mənə bəzi səyahətlərimdə qoşulmaq istəsəz, instadan yazın, planladığım yerlərə qoşula bilərsiz.#oslo #norway Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

469 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!