262 dəfə oxunub

Britaniya səfərimiz!

Hər kəsə salamlar Sizə oğlumuz ilə birlikdə 10 günlük Britaniya səfərimizdən və planlamadan danışmaq istəyirəm.
İlkin olaraq Azal ilə London Gatwick hava limanına oradan isə Şotlandiya- Edinburga çatdıq. Edinburga 2 gün ayırmışdıq amma bilsəydik bu qədər gözəldi 3-4 gün edərdik. Biz Edinburgu həddindən çox bəyəndik. Sanki keçmiş dövrlərə düşürsən. Nağıl kimi yerdi. Xüsusilə də Harry Potter fanları üçün.



İlk olaraq qeyd edim hava çox tez qaralır təxmini3-4 arası qaralmağa başlayır. Və gec işıqlanır. Şotlandiyada Temperatur Londona nisbətdə soyuqdu.



Gəzdiyimiz yerlər:
1. İlk çatdığımız gün hava qaralmışdı deyə Christmas marketlərə üz tutduq. Princee street Garden-da əyləncəli, atraksiyonlu marketlər düzəldiblər. Daha çox atraksona üstünlük verilib.



2. İkinci gün Viktoria küçəsi, Diagon yolunu gəzib, Edinburg qalasına getdik. 19,50 funtdu bir nəfər.
3. Üçüncü gün isə Dean Village-ə getdik. Çox gözəl bir yer idi.


Günorta qatar ilə Glasgow şəhərinə keçdik. Iki nəfərə 36,80 funt idi qatar bileti.
Glasgow şəhəri gözəl idi amma Edinburg qədər yox daha modern şəhər idi. Mən 3 günü Edinburga ayırmağa üstünlük tutardım. Ancaq Glasgow nu da görüb fikirlərim formalaşdığı üçün peşman deyiləm.


Burada
1. George Square- də Christmas market-ə getdik.
2. St Enoch Square- də Christmas market var idi ora getdik.
3. Buchanan Street- fərqli markaların yerləşdiyi məşhur küçə
3. Glasgow Cathedral



Glasgow-da çox möhkəm yağışlar olduğu üçün bəzi yerlərə gedə bilmədik. Həddindən artıq çox yağış idi.
Və Glasgowdan təyyarə ilə Londona uçduq. Londona 6 gecə ayırmışdıq.
Otelimiz Regent Park yaxınlığında olduğu üçün ilk olaraq oranı gəzdik. Parkları həqiqətən gözəldi. Həm də Hyde Park. Düşünürəm yayda daha gözəl olar. Nəqliyyat baha idi. Zona 1 də qalsaq belə görməli yerlə bir birindən uzaq olduğu üçün metro və avtobua çox istifadə etdik. Bəzi metrolarda lift yoxidi uşaq arabasın özümüz qaldırırdıq ya da kömək edən olurdu.


Londonda gəzdiyimiz yerlər:
1. Ikonik yerler Westminister, Big ben, Trafalqar meydani, Tower Bridge
2. Oxford street(xüsusilə axşamlar bura çıxırdıq),Covent Garden, picadilly circus, regent street
3. Chinatown - çin məhəlləsi çox rəngli, maraqlı yer idi
4. Winter Wonderland - Hyde parkda yerləşir giriş 7 funt idi
5. Hamley oyuncaq dükkanı- çox böyük əyləncəli oyuncaq dükkanı idi
6. Camden Market- çox fərqli antik və vintage əşyalar satılırdı çox bəyəndim buranı
7. Britaniya muzeyi buranı tam gəzə bilmədik. Bağlanmağına az qalmışdı. Pulsuzdu amma əvvəlcədən book edin.
8. Şerlokun muzeyi.
9. Kings Cross station - Harry potter fanları buranı sevəcək. 9 3/4 platformasında olan çəkilişin getdiyi yer. Çəkiliş amma arxa tərəfdəki stansiyada olub. Həddindən çox növbə olur. Yenə də gözlədim


Ümumi məlumatlarım bu qədər

DİGƏR BLOQLAR

Egeyin İncisi - İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İzmirdə qaldığım 6 həftəlik müddətin təəssüratları bir ömrə sığmasa da, 1 posta mümkün qədər sığdırmağa çalışacam????. Şəhər olduqca gözəl, rahat və həm gəzilə biləcək, həm də yaşana bilənəcək şəhərdir. Bir dəfə gedənin bir daha getsəm dediyi şəhərdir. İzmir deyincə ağla gələn məşhur plyajlar, Kuşadası, Çeşme, Alaçatı kimi turistik bölgələr olsa da mənimçün bu şəhər tarixi abidələri, muzeyləri, street artları , xüsusilə günbatımları ilə yadda qalan oldu. Bu şəhərdə günbatımları sözün əsl mənasında möhtəşəmdi. Necə deyərlər tam şeir yazdıracaq, rəsm çəkdirəcək havadadı????????.Hava limanından "izban" adlanan transport vasitəsilə şəhərin bəzi hissələrinə birbaşa , bəzi hissələrinə isə metro, tramvay və ya avtobuslara transfer edərək getmək mümkündü. Onu qeyd edimki şəhər böyük olduğu üçün çox vaxt bir nöqtəyə birbaşa bir transportla gedib çıxmaq mümkün olmur və kart oxunma cihazlarına bir dəfə oxunan kart 90 dəqiqə ərzində bütün transportlarda keçərlidi. Şəhərin mərkəzi Alsancak-Kordon hissəsindən günbatımının ən gözəlini izləyə bilərsiz???? Ayrıca Alsancakda Sahil boyu uzanan parklarda məsələn bizim dostlarla görüş, oturub müxtəlif oyunlar oynama, söhbət eləmə nöqtəmiz idi. Həmçinin büdcənizə uyğun müxtəlif qiymətli kafe, restoran, bar, klubları da bu hissədə tapa bilərsiz. Atatürkün İzmirdəki ev muzeyini, zövqlə dizayn edilmiş kilsə və məscidləri ziyarət edə bilərsiz. Alsancağa Tramvayla 5 stansiya uzaqlıqda olan Konak adlı yerdə "Saat kulesi", "Kemeraltı çarşı", "Tarihi asansör"ü görmədən geri dönmək günah olar.İzmiri ovuclarının içində görmək istəyənlər mütləq Balçovada yerləşən "Teleferik"i ziyarət etməlidir. Kanatla qalxarkən  (adambaşı 10tl) kameralarınızı və gözlərinizi qarşısınızda açılacaq o möhtəşəm mənzərə üçün hazır edin???????????? şəhərin möhtəşəm mənzərəsinə qarşı piknik etmək istəyənlər ( yenə də o möhtəşəm günbatımı üçün ????????????) üçün burada hər bir şəraitlə təmin edilmiş piknik alanları da var????????????. Hərbi Muzey sevərlər "İnciraltı deniz müzesi"nə baş çəkməlidir kesinlikle???? Görevini tamamladıqdan sonra Ege fırkateyni və Piri Rəis hərbi və sualtı gəmiləri 2007-ci ildən muzey şəklində istifadəyə verilib və içinə girdikdə özümü bir an bir filmin içində kimi hiss elədim????. Müxtəlif kapitan, əsgər maketləri, səs effektləri, tarixi posterlər, müxtəlif qəzetlərin 1950-1960-cı illərdə dərc olunmuş versiyaları tarixi abu havanı dolu dolu yaşadırdı. Onu xüsusi qeyd eliyimki Azərbaycandakı tələbə biletim həyatında ilk dəfə bir işə yarayaraq bu muzeyə pulsuz girməyimi təmin elədi???? Normalda giriş qiyməti 15tldi. "İzmir doğal yaşam parkı" na giriş de 8tl yerine 4tl ödeyerek tələbə biletimə ikinci dəfə minnətdar olmama sebeb oldu ???? "İzmir doğal yaşam parkı"nı məndən soruşanlara qısa olaraq belə tarif eliyirəm: təkcə ayıyla, aslanın yeri Bakıdakı zoopark boydadı. İçərisində 1500 heyvan yaşayır, 3000 ağac, 250 bitki növü var. 5 saat ərzində biz güclə gəzib bitirdik ama dəyərdi o yorğunluğaDəniz sevdalıları, əyləncə axtarışında olanlar: Şəhərə yaxın hissədə dənizə girmək istəyənlər Foça, Mordoğan, Özdere, Seferihisar, Urla plyajlarına baş çəkə bilərlər. Şəhər içindən izban, metro, gemi vasitəsiyle bu yerlərə rahatlıqla getmək mümkündü. Seferihisara gedibdə Sığacık adlı sahil qəsəbəsinə mütləq baş çəkin. Alaçatı, Çeşme, Kuşadası( bu yerler haqqında postlar dəfələrcə paylaşıldığından əlave nəsə demək məncə mənasız olar ????????) isə şəhərdən təxminən 1,5-2 saat yarımlıq məsafədə yerləşir. İzmir otogarından 60tl ödəyərək avtobuslarla rahatlıqla getmək mümkündü. Getdiyiniz yerlərdə halk plajı adlandırdıqları free plyajlarda giriş pulu ödəmədən sadəcə şezlonq və çətir kiralayaraq rahatlıqla dincələ bilərsiz. Sadaladığım yerlər içində dənizini xüsusi bəyəndiyim Çeşme oldu. Su olduqca təmiz və digər yerlərə nisbətən daha az duzlu idi.???? Həmçinin kamp qurmaq və dəniz kənarında sabahlamaq istəyənlər də görəvli şəxslərə bu barədə məlumat verib rahatlıqla gündoğumunu izləyə, səhərin ilk günəş işıqları altında dənizə girmənin keyfini çıxara biler ????????????????Növbəti dayanacaq : "Şirince" kiçik dağ kəndi olub bir növ bizim Lahıca bənzəyir. Meyvə aromalı şərabları ilə məhşur olan bu kəndə gedibdə şərab dadmamaq həqiqətən günah olar. Selçuk bölgəsində yerləşən bu kəndə səfərinizi planlayırsızsa yaxınlıqda yerləşən tarixi Efes abidəsini, Müqəddəs Məryəm kilsəsini , Yedi uyuyanlar abidələrini mütləq şəkildə ziyarət etməlisiniz ( bu yerləri anlatmağa kəlimələr yetməz, şəkillərə baxın ve şiddətlə tövsiyyə edirəm ki gedin) ????????Hal hazırda manat tl ilə müqayisədə daha qiymətli oldugu üçün shopping etmək istəyənlər alış veriş mərkəzlərində saatlarla vaxt keçirə bilər ???? Rəfiqəmlə Gaziemirdeki "Optimum" adlı mallda 6 saat ərzində 14km yeridiyimizi desəm məncə kifayət edər ???? Bütün mallarda eyni markaları tapmaq mümkündü ama mallardan kənarda yerləşən eyni marka mağazalarında isə daha zövqlü geyimlər tapa bilərsiz. Outletlərdən də büdcənizə uygun geyimlər əldə etmək mümkündü. Pulunuzu dollar şəklində götürməniz daha məsləhətlidi. Exchange üçünsə dövüz bürolarına getməyinizi məsləhət görmürəm. Banklar ən məsləhətlisidi, Ən pis halda isə zərgərlərdə pulunuzu exchange edə bilərsiz.Uzun olsa da oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm İzmirə gedəcək insanlar üçün faydalı bir post olmuşdur. Getməyənləri isə getməyə həvəsləndirmişdir ????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asmera Gashamli

1172 dəfə oxunub

Dağlar ölkəsindən qeydlər - Dağıstan bələdçisi

Salamlar...GamsutlQafqazın 'Maçu Pikçu'su...Gamsutla getmək üçün Qunib rayonundan hərəkətə başladıq. Çox kəndini keçməklə gəlinir. Burada ya birbaşa ayaqla hiking, ya da müəyyən hündürlüyə kimi maşınla gəlinir, daha sonra bir az ayaqla qalxılır. Maşın adətən aşağıda olur və 500 rubla qaldırır. Çox adam toplandıqda bu qəpik-quruşdurGiriş pulsuzdur. Tarixi abidə deyil. Tərk edilmiş kənddir. Heç bir qurum tərəfindən mühafizə edilib edilməməsi barədə qeyd yoxdur.İlk başda kəndlə tanış olun, sonra bu qarşı təpəyə keçib məşhur görüntüsünü alın....Elə yerlərə düşürsən ki, o yerin abu-havası bir anda ruhunu dəyişir. Məsələn,İstanbulda bitmədən gəzmək, çayını içib Boğazı dinləmək istəyirsən, sevdiyinlə ünsiyyətdəymiş kimiİtaliyada hər yer sevgi qoxulu Hindistanda çılğınlıq dolur ruhuna. Heç yerdə musiqi eşidilməsə belə eləcə rəqs etmək, oxumaq istəyirsənAmma burada tarixi səssizlik, yüksəklik və əsən meh var idi. Bir məğrurluq və küləyi hiss etdirirdi. Yuxarıda uçuşan berkutlar kimi qanad açıb uçmaq istəyirdimDağıstan, Barxan Sarıkum...Mahaçkaladan maşınla 40 dəqiqəlik məsafədə yerləşməklə Sizlərə Mərakeş, İordaniyanın səhra gözəlliyini yaşatmış olacaq Sulak kanyonundan görüntülər. Sulak kanyonu qeyd etdiyim kimi 2 SES arasında yerləşir. Bu səbəbdən mühafizə olunan obyektdir. Yol aldığınızda passport və sərhəddə verilən miqrasiya kağızını götürməyi unutmayın.Mahaçkaladan Dubki rayonuna gəlin, buradan yuxarıdan görüntünü alın (qırmızı paltar olan foto)Sonra aşağıya düşüb kanyona doğru yol alın. Bunun üçün maşınla getməyiniz məsləhətdir. Yol dağ yoludur. Yolboyu da yüksəkdən çayın və kanyonun fantastik görüntüləri açılacaq.Gəlib çatdığınızda balaca kater kirayələyin və kanyon boyu səyahət edin. Bir katerin kirayəsi ümumilikdə 52 manata başa gəlir.Geri qayıtdığınızda çay qırağında 2cə yer var ki, orada mütləq qaydada farel dadın. 'Yeyif-işmək' bol və ucuz başa gəlirBeləliklə, Bakı-Mahaçkala, Dərbənd-Bakı olmaqla Dağıstan marşrutu: 1-ci gün. Bakı-Qusar- MahaçkalaBarxan SarıkumDubki rayonu. Burada Sulak kanyonuna yuxarıdan baxırsınız2-ci gün. Sulak kanyonuÇirkey SESİrqanay SESQunib rayonu. Və yolüstü daha 3 SES. İlk 2 SES geniş və göl abu-havalıdır. Dayanıb foto çəkdirə bilərsiniz.3-cü gün. QunibÇox kəndiQamsutl4-cü gün. QunibSalti dərəsi və şəlaləDərbəndBakı. Siz bu marşruta həmçinin vaxtınız çox olarsa, Karadaxskoe uşelyeni və Şalbuzdağı da sala bilərsiniz. Nəzərə alın ki, Şalbuzdağ 2 gün vaxtınızı alacaqQeyd:Bakı-Moskva və Bakı-Rostov dəmiryolu xətti də mövcuddur ki, bu yolla 2 stansiya Dərbəndə, 1 stansiya Mahaçkalaya da düşür. Gecə çıxan qatar səhər 07:17-də Dərbənd Park, 08:52-də Dərbəndə, 11:22-də Mahaçkalaya çatır. Qeyd II: Samur gömrüyünü keçdikdən sonra Rusiya sərhəd məntəqəsinə çatdıqda sizə miqrasiya kağızı təqdim ediləcək ki, marşrut sonuna kimi onu passport arasında saxlamağınız məsləhətdir.Qeyd III: SES və Sulak kanyonuna gediş zamanı passport və həmin kağızı götürməyi unutmayın. Foto Qamsutl kəndinin özündə çəkilmişdir. Əks tərəfdən Maçu görünüşü açılırDeməli, istəkləri nəzərə alaraq Dağıstan qiymətlərini (1nəfərə) yazıram. Foto İrqanay Su anbarı kənarında çəkilmişdir. Bakı-Qusar maşın - 15 manat (4cü adam götürsəydik 10 manat)Qusar-Mahaçkala maşın - 77 manat ümumi (3000rubl). 3 nəfərəDərbənd- Bakı - 57 manat ümumi (2000 rubl) 3 nəfərəQusar-Bakı - 15 manat.Bu, ümumi xərc. Dağıstan boyunca bələdçi öz maşını ilə hərəkət etdirirdi və 4 gün tamamında 3 nəfər üçün ona ümumilikdə 311 manat (12000 rubl) ödədik. Bura həm bələdçi haqqı, həm də maşın xərci daxil idi.Qalmaq:İlk gün Dubkidə evdə qaldıq. Adam başı 13 manat ödədik (500 rubl). Digər 2 gün Qunibdə dağlarda Turbazada yenə eyni qiymət - günə adambaşı 13 manat. İsti su, wifi durumlu.Qaldı 'yeyif-işmək' məsələsi. Bu, artıq sizin mədə durumunuza baxırAmma deyim, baha deyil. Bu mövzuda rahat ola bilərsiniz. Məsələn, farel, kartof qızartması, 3 limonad, salat, çay - 4 nəfərə 35 manat ödədik. Burda belə ödəyə bilmərik o həcmdə balıq yeməyinə.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Irada Gadirova

2762 dəfə oxunub

Fransa - Paris

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Fransa.. Paris.. Səbəbi nədir bilmirəm, amma ən çox gormək istədiyim, ən cox gəzmək istədiyim bu olkə idi - Fransa. Qismət oldu gördüm, qismət oldu gəzdim.Var xəyallar, var həqiqət. Hansı ki, bəzi arzularımız reallaşmadığı müddətcə bizə çox gözəl, izaholunmaz dərəcədə valehedici görünür. Bəzən bu xəyallar həqiqətə çevrildiyi zaman əvvəlki cazibəsini itirir və qədrini bilmədiyimiz sıradan bir şeyə çevrilir. Nəyinsə xəyalını sevə bilirik, həmin xəyalimiz həyatımızda yaşandığı zaman isə bizə maraqlı görünmür. Hətta buna aid məsəl də var; "Kolumb Amerikanı tapdığında xoşbəxt olmadı, axtararkən xoşbəxt idi".Səyahət zamanı ilk qorxduğum bu idi. Şəhərin fikrimdə olandan çox aşağılarda olma ehtimalı. Sevinirəm ki, tam əksi oldu. Bunda səyahətimin yeni il ərəfəsinə düşməsinin də rolu var. Şəhər öz normal gözəlliyindən də bir üst səviyyədə idi.Eyfel qülləsi - Paris deyildiyi zaman ilk ağıla gələn. Gözəl idi. Ama qüllədən daha çox şəkillərdən görməklə kifayətlənməli olduğum qülləyə toxunacaq qədər yaxınımda olması və qüllənin ən üst hissələrindən şəhəri izləmək daha gözəl idi.Louvre muzeyi - Dünyanın ən böyük sənət müzeyi. Verilən məlumata görə 58000 dən çox ekspozisiyanın saxlandığı bir muzey. Kənardan baxanda kiçik şüşəli piramida, içində isə tam bir xəzinə. Xəzinə dediyim böyük coğrafi və tarixi nümunələr kolleksiyası.Bu muzeydə ən çox görmək istədiyim Leonardo Da Vinçinin "Mona Lisa" tablosu idi. Öncədən Da Vinçinin həyatı və tablo haqqında geniş məlumata sahib idim. Məsələn, mən tablonun 1500-cü illərdən bəri var olduğunu bilir və 500 ildən çox yaşı olan bu tablonu böyük şövq və diqqətlə izləyirdim.Paris Notr-Dam kilsəsi - şəhərin mərkəzində yerləşir və paytaxt şəhərin simvollarından hesab olunur. Təqribən 70-80 m hündürlüyündə bir memarlıq abidəsi. Aldığımız məlumatlara görə Napoleonun tacqoyma mərasimi və Fransanın bir çox tarixi şəxsiyyətlərinin dəfn mərasimi bu kilsədə keçirilmişdir.Kilsə mənə illər əvvəl oxuduğum dahi fransız yazıçısı Viktor Hüqonun eyniadlı romanından tanış idi. Yazıçının bu romanı sayəsində kafedral dünyanın ən tanınmış abidələrindən birinə çevrilib.Əlavə olaraq Məşhur Sena çayı, Disneyland, Molmartre, çox sevdiyim sənətçi Ahmet Kayanın məzarını ziyarət və bunlar kimi bir çox gözəl yerlər, yaddaşa həkk olunan silinməz izlər.Gəzməli-görməli yerlərindən ziyadə yerli əhalinin nəzakətli rəftarı, soruşulan ünvanı izahla kifayətlənməyib özlərinin də həmin ünvana qədər bizimlə bərabər gəlməsi, gülərüz,kübar, mehriban rəftar. Turistə daha nə lazımdır ki?!)Bir həftəlik yeni il səyahəti və gecəli-gündüzlü gəzinti. Gecəsi ayri gözəl, gündüzü ayrı.Paxıl bir insan deyiləm, gözəl hissləri hər zaman hər kəsin yaşayabilməsini istəmişəm. Məncə, bir dəfəlik də olsa avropa səyahətiniz olacaqsa bu Paris olsun.Çünki, Paris sevgi şəhəridir. Sevginin özü, sevgilidir. Deyərdim, Paris evlənməli qıza oxşayır dünya şəhərləri içərisində.P.S Səyahət dostumun fikri idi və böyük arzularımdan birinin həyata keçməsində əvəzsiz rolu oldu. Bərabər gözəl, əyləncəli bir səyahət keçirdik və arzusunda olan hərkəsə gedib görməsini, gözəl anları doya-doya yaşamasıni arzulayırıq.... Oxuyan gözləriniz var olsun!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hüseyn Hacıyev

2357 dəfə oxunub

Ultra Music Festival

Splitdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə bir audiofil və xüsusilə EDM musiqi fanatı gözü ilə Ultra Music Festival 2018 barədə yazmaq istəyirəm.Bilməyənlər üçün deyim ki, Ultra dünyanın ən məşhur elektron musiqi festivallarından biridir. David Guetta, Hardwell, Armin Van Buuren kimi ən məşhur DJ-lər 1 həftə boyunca yeri yerindən oynadırlar. Bu ilki festivalın 6-9 iyul tam cədvəlini birinci şəkildə qoymuşam. (Xüsusilə saatlara fikir verin)Çoxdandır UMF-ə getmək arzusunda idim. Amma heç vaxt biletlərin satış məqamına çatdıra bilmirdim özümü. Festival özü iyulda olur və ondan öncəki ilin sentyabr ayında biletlər satışa çıxır. Elə 1-2 həftə ərzində satılır. Keçən il, iyul aylarında qərar verdim ki, dəqiq 2018 festivalına gedəcəm. Özümü rəsmi saytlarında gözləmə listinə saldım. Sentyabrda şanlı mail gəldi ki, biletlər satışdadır. Aldım. Və elə o dəqiqə də, Airbnb ilə Xorvatiyanın Split şəhərində, düz elə festivalın keçiriləcəyi Poljud stadionuna yaxın ev tutdum.https://www.facebook.com/tural.us/videos/10216338791367612/O vaxt evi 107$-a tutmuşdum, 4 günlük. Sonra 4-5 ay ərzində müxtəlif vaxtlarda ev yiyəsinə göndərdiyim mesajlara cavab gəlmədi. Nəhayət fevralda başa düşdüm ki, gözləmək mənası yoxdur. Airbnb-yə yazdım. Cancel eləyib yenidən ev tutmağı məsləhət gördülər amma bu dəfə artlq 300$-a başa gəldi ev. Airbnb ilə danışıqlarım nəticəsində 200$ kredit verdilər, məndən çıxan 100$ oldu yenə)Vaxt keçdi, festival vaxtı gəlib çatdı. Pragadan Flixbusla yola düşdüm Splitə. Nə az, nə çox 16 saatlıq yol, Zagrebdə stop ilə.Yolun 1-ci hissəsini Colombialı dünyanı gəzən qız ilə dəhşət maraqlı söhbət, 2-ci hissəsində isə Castella-lı (Splitin yanında şəhər), bundan öncə UMF-də backstagedə köməkçi işləmiş qızla söhbətlə keçirdim. Ondan da bütün festivalın tips & tricks-ini öyrəndim.Ayın 5-i çatan günü giriş brasletimi aldım stadiondan ki rahat keçim səhəri gün. Və elə həmin gün 15 nəfərlə tanış oldum, hərəsi bir yerdən. Daha DXB-də işləyən ərəbdən tutmuş Argentinadan avropa səyahətinə çıxmış qaqaşacan.Festival 19:00-da başlayıb səhər saat 5-də bitirdi. Səhəri gün elə təxminən 8-də getdim ora.https://www.facebook.com/tural.us/videos/10216338926330986/Təsəvvür edin, stadion və ətrafı 4 fərqli stagedir. Hərəsində fərqli dj-lər, birinci şəkildə göstərildiyi kimi. Yəni bir party-də bezəndə, o birinə gedə bilərsən. 5-ci şəkil main stage - yəni stadionun içidir.Axırıncı video Armin Van Buuren və festivalın əsas fazasının bağlanışıdır. Mən axırıncı dəfə oxşar hissləri Hans Zimmer konsertində keçirmişdim. 3 saatlıq sessiyanın hər saniyəsi tükləri biz-biz edən, adamı tamamilə musiqinin kontrolu altında tutan, stadionu titrədən performansı ancaq Armin Van Buuren verə bilərdi. Bütün digər djaylərdə fikirləşirdim ki, bax bu hissədə bunu daha düzgün edə bilərdi, filan keçid daha yaxşı ola bilərdi. Armindəki professionallıq o qədər yüksəkdir ki, bütün yaşadığım audio-vizual təcrübə "işi belə görərlər" mesajı verdi, bir dənə də olsun səhv tapa bilmədim. Tək sözlə dəhşət performans. İndiyəcən kameranın linzalarını da titrədən çəkic kimi baselər başımdadır.https://www.facebook.com/tural.us/videos/10216338931851124/Festivaldan ümumi təəssürat - dəhşət. Enerjisi tükənmiş gedib, 100% dolu enerji ilə qayıtdım. Möhtəşəm vizual effektlər, adamın sümüklərini titrədən audio və səhərəcən marionetka kuklalar kimi musiqinin kontrolu altında rəqs bu festivala qoyulan pulun qəpiyinəcən dəyərli edir.Bundan başqa da, belə yerlərdən adama özünü eyni dalğada hiss etdiyin dostluqlar qalır. Pablo ilə festivalda tanış olduq, 32 yaşlı Argentinalı SEO professionalı. 3 günlük söhbətlərimizdə o qədər ortaq baxışlar çıxdı ki, 10 ilin dostu kimi ayrıldıq. Axırda da, məlum oldu ki, ikimizin də ad günü 9 iyundur. O məni latın Amerikasına, portugaliyalı yeni dostum məni sentyabrda Lissabonda keçiriləcək BPM music festivala dəvət etdi.Bir sözlə, gedin belə yerlərə. Hər saniyəsi yaddaşınıza həkk olunacaq, inanılmaz yeni tanışlıqlar və dostluqlar əldə edəcəksiniz.P.S, Latın Amerikası zor təklifdir, gərək biletləri araşdırım :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Ali‎     

1144 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!