291 dəfə oxunub

Bosnia Seyaheti

Bosnia seyaheti.
Ilk once Istanbulda mamaya komek eden cutluk gorurse size tesekkurmu bildirirem.
Son iki sekilde artiq Almaniyadayam, indi ferqine variram ki, torpaga ayaq basan kimi avtomatik uz ifadesi deyisib almanlara uygunlasir .

Neise, maraqli idi Bosniya. Xosuma geldi, hevesiniz olsa gedin, gezib gormeli cox yerleri var, tarixi, tebiet, yemek, Kultur, kofe ve s. maraginiz varsa o zaman tam da size goredir, Azerbaycandan viza istemir. Bir sey xosuma geldi ki, kimse size asilib elemir, yersiz sirtiqliq yoxdur, soz sorusanda da medeni sekilde yardimci olmaga calisirdilar. Rus dili bilirsinizse bosnak dilini de oxuyarken texmini anlamaq olur, elave olaraq ingilisce de bilenler coxdur, bir sozle men her hansi cetinlik cekmedim. Qatar, bus, tram rahat bir sekilde isleyir.


Taxi isteseniz o da baha deyil avropa kimi. Yemekler azerbaycanlilarin agiz dadina uygundur deyerdim. Meselen turk metbexinde demek olar ki butun et mehsullarina vurulan kimyon (cire baharati) istifade edilmir, hedsiz sevindirmisdi meni)). Otel evezine meselen ev-apartment tuta bilersiniz munasib qiymete. Bosnak kofesinin de dadina baxin mutleq.


Menim getdiyim yerlerin icinde Mostar, Saraybosna, Vrelo Bosna (tebiet parki), Roman Korpusu ve s.Yadimda qalan bunlar idi.

Paylaşan: Aysen Ali


DİGƏR BLOQLAR

Dark Tourism – Qaranlıq Turizm Nədir?

Bu post spesifik səyahətə dair yox səyahət tipinə aiddir. Bir çoxları turizmin müxtəlif növlərini fərqləndirməyi bacarır. Demək olar hər şeyin arxasına turizm artırıb ayrı kateqoriya yaratmaq mümkündür. Dağ turizmi, təbiət turizmi, ov turizmi, sağlamlıq turizmi, mədəni turizm, tarixi turizm və ilaxır. Amma aralarında məşhur olmayan kateqoriya Qaranlıq Turizm olaraq tərcümə etdiyimiz Dark Tourismdir.Qaranlıq Turizm - Tarixi mənada ölüm və tragediyalarla bağlı yerlərə edilən səyahət növüdür.Bu turizm növü balayında seçəcəyiniz növdən bir turizm növü deyil. Dünyaca ən məşhur nümunələri olaraq Nyu-Yorkda 9/11 Qoşa Qülələr Memorial kompleksi, faşistlərin yəhudiləri toplayıb öldürdükləri Polşadakı Auschwitz ölüm kampları və son zamanların trenddə olan mövzusu Çernobılı göstərmək olar. Digərləri isə Hiroshima, Etna, Alcatraz həbsxanası, Paris katakombaları kimi məkanlardır.Bəs ölkəmizdə necə? Fərqində belə olmadan hər birimizin getdiyi bir nöqtə var. Şəhidlər Xiyabanı Bakımızın ən gözəl yerlərindən birində yerləşir və Dark Tourism obyekti sayılır. Həmçinin Qubadakı toplu məzarlığı da bura aid etmək olar.Nə üçün Qaranlıq Turizm?Qaranlıq Turizm təkcə toplu insan ölümlərini yox, həmçinin antropoloji təsirləri də əhatə edir. Normalda muzeylər əşyaları, tarix isə hadisələri göstərir. Dark Turizm obyektləri isə hər ikisini özündə birləşdirir. 4 il öncə Yerusəlimdə (Qüds) Yad Vaşem muzeyini ziyarət etmişdim. Muzeyin təkcə quruluşu sizə bütün faşist almaniyasının yaranmasından tut qətliamlara qədər çox dərin təsir göstərirdi. Və sizi inandırım ki, bu Nyu-Yorkda taksinin üstündə 3 saniyəlik gördüyünüz JusticeForKhojaly yazısından daha çox təsir edir. Türk milləti üçün Çanakkale savaşı böyük önəm kəsb edir. Həmçinin Atatürkün gözlərini yumduğu Dolmabahçe sarayı türk millətinin sentimental kəsimi üçün çox vacibdir.Ümumilikdə insanoğlunun yaradıcı qüvvəsi qədər məhv edici qüvvəsi də heyranlıq doğurur. Və sırf müəyyən seqment üçün təbiət və insan arasında davam edən çəkişmə xüsusi maraq obyektidir. Necə ki bütün Çernobıl zonasını yaşanmağa imkansız hala gətirmiş, radiasiya dalğaları Norveçdən tut Qazaxa qədər gəlmişdi. Və bu gün təbiət yenidən şəhəri geri alıb ağaclar arasında illər ötdükcə gizlədir.Təkcə baxmaq üçündürmü?Xeyir. Dark Tourism bu gün həmçinin ən böyük propaqanda alətlərindən biridir. Propaqanda həm ümumbəşər həm də sırf bir millətin maraqlarını qoruya bilər. Məsələn, qonşumuz ermənistan saxta erməni soyqırmı iddiaları ilə əlaqədər aşağıdakı məkanlarda memoriallar inşa edib,Dublin - İrlandiya, Fresno, Boston, Massachusetts, San Francisco - ABŞ, Almelo – Hollandiya, Mexiko – Meksika, Lebanon, Fransa, Kanada, Braziliya, Hindistan, İran, Uruqvay, Argentina, Kipr, Suriya, Almaniya.Bu məkanlara məşhurları dəvət edib dünyaya yaymaq da bir başqa alətdir. Son zamanlar George Clooney-in Yerevana səfəri bir çox həmyerlimizi qıcıqlandırmışdı.Sözümün canı, Çernobıla gedənin başı çatmır, adam ölən yerdə maraqlı nə var kimi ilkəl düşüncələri kənara qoyub, həm dünya və insanlıq tarixi haqqında öyrənmək, həm də Ağı Qaradan özümüz seçməyi öyrənmək lazımdır.“Tarixindən Öyrənməyi Bacarmayanlar, Onu Yenidən Yaşamağa Məhkumdur”-Winston ChurchillƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mürsəl Səmədov

2649 dəfə oxunub

Uqandada həyat

UQANDADA GÖRDÜKLƏRİMDƏN, ÇƏKDİKLƏRİMDƏN...Çox adam fikirləşir ki, əgər ölkədə həyat səviyyəsi aşağıdırsa, deməli, həmin ölkədə dəhşət ucuzluqdur. Dərinə getsək bu, qismən belədir. Uqandada 50 ABŞ dolları bir aya bəs edə bilər. 50 000 şillinqə (təqribən 14 USD) sınıq-salxaq evcik kirayə etmək mümkündür. Qeyd edim ki, bu cür evciklərin əksəriyyəti içində yalnız çarpayı və kiçik stulun yerləşə biləcəyi kərpicdən tikilmiş dördkünc formalı tikilidir. Evdə tualet və hamamı xəyalınıza belə gətirməyin. Əgər qapısı varsa - o da adi mismarla bağlananlardan olacaq. Ev yiyəsi rəhmli olsa sizə hətta köhnə döşək də verə bilər. Qalan pulu yeməyə xərcləyə bilərsiz. Yemək də matoke (şirin olmayan, yaşıl banandan hazırlanmış yemək. Zahiri görünüşü və dadı yaman gündədir, amma uqandalılar onu sevir, çox xeyirli olduğunu deyirlər), kələm və kartofun qarışığına bənzər maniokadan ibarətdir. Əziz gündə bir balaca balıq və ya toyuq əti də yeyə bilərsiz. Bu oldu 50 dollarlıq həyat. Bəs kiminsə iştahası daha böyükdürsə? Bax, bu andan etibarən də Uqanda həyatı o qədər də ucuz görünməyə bilər. Elektrik enerjisi çox bahadır və qeyd etmək lazımdır ki, gərginlik gün ərzində daima artıb-azalır. Heç də ucuz olmayan stabilizatorsuz elektrik məişət сihazları tez bir zamanda sıradan çıxır. Bəzən heç stabilizatorlar da köməyə gəlmir. Məsələn, qaldığımız oteldə 1000 USD-yə alınmış yeni televizor cəmi 1 il işlənib qeyri-stabil gərginlik ucbatından sıradan çıxdı. Heç kim təmir edə bilmədiyindən onu atmaq məcburiyyətində qalıblar. Ölkənin iri şəhərlərindən sayılan Entebbedə (beynəlxalq aeroport məhz bu şəhərdədir) gündəlik 2-4 saatlıq elektrik enerjisi kəsilir. Günəş batareyaları və ya generatorlar yardım edə bilər, amma bu, özlüyündə çox baha başa gəlir.Su ilə də bağlı eyni vəziyyətdir. Hotelimizin yetərincə iri Viktoriya gölünün sahilində olmasına baxmayaraq, su hotelə fasilələrlə verilir. Adi yaşayış evciklərində isə ümumiyyətlə yoxdur, suyu kanistrərlə quyudan, gölə yaxın ərazilərdə yaşayanlar isə elə göldən daşıyıb gətirirlər.Daha nə qaldı? Limitsiz internet üçün aylıq ödəniş 100 USD. Maksimal sürəti isə 512 Kbit/s.Səhiyyə sahəsində ürəkaçan bir şey yoxdur. Pulsuz olmağına pulsuzdur, amma səviyyəsi "otur ağla" silsiləsindəndir. Nəsə baş versə təcili yardıma ümid bəsləməyə dəyməz. QİÇS çox yayılıb. Ölkə əhalisinin 40%-i QİÇS daşıyıcısıdır. Bu xəstəliyə qarşı yetərincə təbliğat işləri aparılır. Sadəcə əhali profilaktikaya meyilli deyildir. Hər bir uqandalı orta hesabla ildə 1-2 dəfə malyariya xəstəliyinə tutulur. Əsasən də körpələr. Xəstələnənlərin təqribən 20%-i də dünyasını dəyişir.Hal-hazırda təhsil də səhiyyə kimi pulsuzdur. Böyük şəhərlərdə məktəblər, demək olar ki, hər məhəllədə var, kəndlərdə isə uşaqların məktəbə getmələri üçün bəzən 10-15 km yol qət etmələri lazım olur. Belə şəraitdə, əlbəttə ki, hamı məktəbə getmir. Gedənlərin də normal təhsil alacaqlarına ümid yoxdur. Uşaq yaşlarında məktəbə getməyənlər üçün bəzən xeyriyyə yönümlü "axşam məktəbi" fəaliyyət göstərir.Məktəbi bitirdikdən sonra bir çoxları ali məktəbə daxil olur. Yeri gəlmişkən, ali təhsillə bağlı vəziyyət elə də pis deyil. Kampaladakı universitet Afrikada ən yaxşı universitetlərdən sayılır. Bura hətta qonşu ölkələrdən də təhsil almağa gəlirlər. Amma, məsələn, otelimizdəki ali təhsilli aşpaz aya 40 USD alırdı.İşsizlərin sayını Uqandada heç kim dəqiq bilmir. Ölkədə hər kəs hər bir işin öhdəsindən gələ biləcəyini israrla deyir. Rusiyadan olan otel sahibimizin dediyinə görə, evinə peyk antennasını quraşdırmağa gələn usta televizorun belə necə işə salınacağını dəqiq bilmirdi. Bir saat ötürücüylə qurdalanandan sonra "bu gün hava şəraiti antennanı quraşdırmağa imkan vermir" deyib geri qayıtmaq üçün yolpulu da istəmişdi. Deyir: "Məcbur olub verdim, əks halda qalıb evimdə yaşayacaqdı".Paytaxt Kampaladakı ofis içşilərinin aylıq maaşı maksimum 600 min şillinqdir (350-400 USD). Kafe və otellərdəki ofisiantlar 400 min şillinqə qədər maaş alırlar. Digər orta inkişaf etmiş şəhərlərdə bu rəqəm 150-300 min şillinqdir. Kəndlərdə adamlar özlərinin əkib-becərdikləri ilə də qidalanırlar, bəzən heç pul üzü görmürlər, elə becərdiklərini başqalarıyla dəyiş-düyüş edirlər. Həftədə bir dəfə əlindəkiləri bazara çıxarıb al-ver edirlər, bundan da 5-6 USD aylıq qazancları olur ki, bu da onlara bəs edir.Kəndlərdə ət və ət məhsullarını bayramdan-bayrama yeyirlər. Əsasən tərəvəzlə qidalanırlar (qarğıdalı, banan, kassava, kartof). Meyvələri həddən artıq dadlıdır. Qəpik-quruşa istənilən kafedə çox dadlı ananas, banan, marakuya, qarpız, manqo, papaya şirələrindən dadmaq olar.Taksi xidməti gözümə dəymədi. Əvəzində çoxlu sayda marşrut taksiləri və ya motosikletlə göstərilən taksi xidməti var. Şəhərlərdə iri tıxaclar həddindən artıq çoxdur.Ən yaddaqalan xoşagəlməz məqamlardan biri - iaşə obyektlərində xidmətin ləng getməsi oldu. Hətta iri şəhərdəki müasir restoranda belə sifariş edilən adi yeməyi 30-45 dəqiqəyə gətirirlər (məsələn, sadəcə qabdan çıxarılıb müştəriyə gətirilən dondurmanın gəlib çıxmasına 25 dəqiqə vaxt getdi). "Çay? Bir az çox vaxt gedəcək, 1 saata yaxın, gözləyəcəksiz?" Tələsdirməyin adı yoxdur, onsuz da gecikəcək. Səhər və ya axşam yeməyini 1 gün öncədən sifariş etmək daha məsləhətlidir.Ölkənin şərqindən qərbinə avtomobillə gedərkən yol boyunca bir nəfər də olsa "ağ adam"a rast gəlmədim. Uzun illər İngiltərə müstəmləkəsi olmasına baxmayaraq, avropalılara çox nadir hallarda rast əlmək olar. İnsanları özlüyündə çox qonaqpərvərdilər. Körpələr turist görəndə sevincək salamlaşır, hal-əhval tuturlar. Verdiyimi hədiyyələrə çox sevinib təşəkkür edirdilər. Qızlar kişi cinsindən olan bütün turistlərə potensial ər gözü ilə baxırlar. Anaları da - kürəkən. Yeri gəlmişkən, yerli əhali rəsmi nikaha tələsmirlər. Vətəndaş nikahına daha çox üstünlük verirlər həm də ona görə ki, toy filan mərasimi çox baha başa gəlir. Eynən bizdəki kimi. Hər ailədə 5-6 uşağın olması normal haldır. 10 və daha artıq uşağlı ailələr də çoxdur.Şəhərlərdə əhalinin orta yaş həddi 55-60 yaşdır. Kənd yerlərində - daha az.Uqandada xarici vətəndaşların biznes açmaları üçün çox münasib şərait yaradılıb. Məsələn, otel açmaq üçün illik cəmi 200 USD və gəlirdən 5-10% ödəmək kifayətdir. Amma buna baxmayaraq xaricilər ölkəyə həvəssiz gəlir. Ölkədə onların açdıqları cəmi 2-3 otel ola ya olmaya.Rəsmi dil - ingilis dilidir. Amma anlanılması müşkül olan dəhşətli özünəməxsus ləhcəylə. Bundan əlavə Uqandada 30-dan çox yerli dil və dialektlər də var. Amma uşaqlar məktəbdə ancaq ingilis dilində tədris alırlar. Çox nadir hallarda - suahili dilində.Hə, bir də, ölkədə olduğum müddət ərzində siqaret çəkən adam görmədim. Bir də dilənçiləri... Yox idilər.Vəhşi təbiət, möhtəşəm şəlalə, Nil çayının mənbəyini, zürafə, kərgədan, fil, aslan və s. görmək həvəsiniz varsa - Uqandanı mütləq bəyənəcəksiz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ali Akbar

1097 dəfə oxunub

Tayland bələdçisi

Mənim üçün 2020-ci il yadda qalan illərdən biri olacaq. Yanvar ayında Baliyə 10 günlük səfərim virus səbəbilə bir ay çəkdi. Bir ay Balidə qaldıqdan sonra Taylanda gəldim və artıq 7 aydır ki, burdayam. BALİ Bali mənim ən çox sevdiyim yerlərdən biridir. Bu mənim Baliyə üçüncü səfərim idi və əvvəlki illərdə olduğu kimi bu səfərdən də böyük zövq aldım. Balidə ən çox zövq aldığım şey Kecak rəqsini izləməkdir. Kecak ənənəvi Bali rəqsidir və bu rəqsdə heç bir musiqidən, instrumentdən istifadə olunmur. Bali haqqında geniş , ətraflı postlar olub deyə, bu postu əsasən Tayland haqqında edəcəm. İlk dəfə gedənlər Balidə 10 gün qalmaq üçün səyahətinizi üç yerə bölün. 3 gün Ubud, 2 gün Nusa Penida adası və 5 gün Seminyakda qalmaq daha əlverişli olardı. TAYLAND Posta başlamamışdan öncə deyim ki, Taylandda əksər insan Azərbaycanı Azerrail voleybol klubuna görə tanıdı:) Pandemiya dövründə ən çox Taylandda olan turistlərin bəxti gətirdi. Belə ki , Tayland tez bir zamanda özünə gəldi və artıq üç aydır ki, daxili yoluxma yoxdur. Taylandda sərt karantin rejimi iki aya yaxın çəkdi və bu müddət ərzində çölə çıxmaq qadağasi yalnız gecə saatlarında oldu. Karantin bitən kimi isə məbədlərə, qoruqlara , atraksionlara giriş bir müddət pulsuz oldu. Ancaq Taylandda turizm hal-hazırda ,,ölüb ". Mart ayından Tayland turistlər üçün girişi bağlayıb. Normalda gecəsi 20 dollar olan otel otağı indi səhər yeməyi daxil 6- 10 dollar civarındadır. Hər şeyin qiyməti 2-3 dəfə düşüb. Tayland hökuməti turizmi canlandırmaq üçün ölkədə olan xaricilər üçün Sentyabrın axırına kimi viza amnestiyası elədi və belədə turistlərin çoxu Taylandda qalmağı üstün tutdular. Belə fürsətdən istifadə edib bütün Taylandi gəzmək qərarına gəldim. Taylandda ən çox sevdiyim yer Chiang Mai , ən az bəyəndiyim isə Pattaya oldu. Chiang Mai Ən dadlı və ucuz Tay yeməkləri , ən gözəl masaj , ən mehriban insanlar, ən ucuz otellər ,Taylandın ən uca zirvəsi, ən çox Buddist məbədləri , məşhur Karen qəbilələri, fil düşərgələri , hamısını Chiang Maida görə bilərsiz. Karen qəbilələri daha çox boyun halqasi geyindikləri üçün tanınırlar. Etnik Tibetli olan bu qəbilələr daha çox Myanmar və Tayland sərhəd bölgələrində yaşayırlar. Boyun halqasini ilk dəfə 5 yaşı olanda taxırlar və illər keçdikcə kiçik halqani daha böyüyu ilə əvəz edirlər. Halqa taxma səbəbləri haqqında bir çox versiya olsa da, əsas səbəb gözəl görsənmək göstərilir. Pattaya Taylanda ilk dəfə gedənlər üçün Pattayaya getməmək məsləhətdir. Digər şəhərlərlə müqayisədə çimərlikləri çox çirklidir və şəhər cəlbedici deyil.Taylandda ən gözəl və təmiz çimərliklər Krabi, Samui və Phangan adalarındadir. Krabi Krabi daha çox adalari ilə məşhurdur. Krabidə bir günlük 4 ada turunu götürüb çox gözəl bir gün keçirə bilərsiz. Phangan Nga adasındaki çimərlikdə üzmək zövq vericidir. 90-ci illərin məşhur Mortal Combat filminin bəzi döyüş səhnələri Phangan Nga çimərliyində çəkilib. Phi Phi adalari Phi Phi adalari və onun gecə həyatı çox gözəldir. Ada 2000-ci ildə çəkilmiş "Cimərlik" filmindən sonra məşhurlaşıb. Phi Phi adalarına getmək istəsəz bir günlük tur yox adanın özündə minimum iki gecə qalmaq daha yaxşı variantdir. Phuket Phuket gözəl və maraqlıdır , ancaq bir az bahalı yerdir. Çimərlikləri, Böyük Budda məbədi və Bangla küçəsi Phuketin əsas gediləsi yerləridir. Karen Noi və Freedom Phuketdə ən təmiz çimərliklərdir. Samui adası Taylandda ən təmiz və şəffaf çimərlikləri Samuidə gördüm. Bəzi çimərliklərdə çəhrayı delfinləri görmək olar. Çimərliklərdən əlavə şəlalələri , məbədləri də çox gözəldir. Phangan adası . Hal-hazırda olduğum Phangan adası daha çox Full Moon party ilə tanınır. Hər ay bir dəfə olan partidə 5000- 30000 arasi insan iştirak edir. Adanın çimərlikləri və viewpointləri çox gözəldir. Buraya təzəlikcə gəlmişəm ve ada çox gözəl təəssürat bağışlayır. Bangkok Bangkok Taylandda ən gəziləsi yerlərdən biridir. Buddist məbədləri , üzən bazarlar, Chinatown , Khao San küçəsi Bangkokun əsas gəziləsi yerləridir. Taylandda ən ucuz paltar və yaxud suvenir almaq istəyən Bangkokdaki Chatuchak həftə sonu bazarına gedə bilər. Bu tip bazar dünyada ən böyüyü sayılır. Ayuthayya Ayuthayya Bangkok dan bir saat aralı məsafədə yerləşir. Bangkokdan bir günlük tur götürmək bəs edir. Ayuthayyani Kambocadaki Angkor Wata bənzədirlər. Əslində Angkor Wat kimi möhtəşəm olmasa da, Ayuthayyaya bir günlük getməyə dəyər. Taylandda 10 gün qalmaq üçün səyahətinizi 4 yere bölün. 4 gün Chiang Mai, 4 gün Krabi , 2 gun Phi Phi adalari fikrimcə ən əlverişli variantdir. Mənim fikrimcə Taylandda top 5 gəziləsi yerlər aşağıdakı kimidir :1-Chiang Mai 2-Krabi/Phi Phi adaları 3-Bangkok 4-Phuket 5-Samui adası Ümumən deyim ki, Bali və Tayland hər ikisi çox gözəldir. Hansının daha yaxşı olduğunu deyə bilmərəm ( Messi və Ronaldo söhbəti kimi ) Lakin ikisinin arasında seçim edənlər üçün müqayisə etmək istərdim : 1# Qida və içkilər Taylandda nisbətən ucuz və dadlıdır. 2# Otellər Taylandda bir az ucuzdur. 3# Gecə həyatı Balidə bir az üstündür. 4# Mənzərələr və çimərliklər Balidə daha gözəldir , lakin üzmək üçün Tayland daha yaxşıdır. Balinin çimərlikləri dalğalidir ve daha çox surfing üçün yaxşıdır. Yəqin, 51/49 faiz nisbətilə Balini seçərdim Bir şeyi də qeyd edim ki , Bali və Tayland 2021-ci ilə kimi turistlərə bağlı olacaq. Sonda isə müxtəlif vaxtlarda Balidə ve Taylandda çəkdiyim şəkilləri və videoları paylaşıram. Sualları olan buyurub yaza bilər. Hamınıza xoş istirahətlər Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vusal Mustafayev

2501 dəfə oxunub

Ikinci Dünya Müharibəsi Görmüş Berlin

Berlin, Germany - ikinci dünya müharibəsi görmüş, avropada işıqforun ilk dəfə istifadə olunduğu, avropanın ən hündür teleqülləsinin, dünyanın ən böyük açıq hava muzeyinin və ən uzun birbaşa velosiped yolu şəbəkəsinin mövcud olduğu şəhər. Əgər hava limanından bilet alırsınızsa ABC kateqoriyası, amma şəhər daxilində bilet alırsınızsa AB kateqoriyasını seçmək kifayət edir. Aldığınız biletləri kiçik avtomatlarda check - in etməyi unutmayın ki, cərimə təhlükəsi yaşamayasınız. Brandenburg Hava Limanından - şəhər mərkəzinə ictimai nəqliyyatla getmək üçün müxtəlif seçimlər mövcuddur. Mən qatarla "Hauptbahnhof" stansiyasına qədər gedib ordan piyada davam etdim. Şəhərin əsas simvolları həmin stansiyadan təxminən 15 dəqiqəlik məsafədə yerləşir. Qayıdarkən isə şəhərin istənilən nöqtəsində metro stansiyası olduğu üçün metro ilə "Rudow" stansiyasına qədər gəlib ordan X7 nömrəli avtobusla hava limanına çata bilərsiniz. Əgər Reichstag daxilində gəzmək istəyirsinizsə bir gün öncədən parlamentin rəsmi saytında online qeydiyyatdan keçmək lazımdır. Binaya giriş pulsuzdur. İçəridə gəzinti üçün 3 növ kateqoriya var, mən sadəcə günbəz turunu seçdim amma istəsəniz və sessiya vaxtları üst - üstə düşərsə hətta parlamentin iclasında dinləyici kimi iştirak edə bilərsiniz. Əsas gəzməli turistik nöqtələr: 1. Reichstag 2. Brandenburg Gate 3. The Holocaust Memorial 4. Checkpoint Charlie 5. Topographie des Terrors 6. East Side Gallery 7. Berliner Dom 8. Museum İsland - burada çoxlu muzey var, amma ən məşhuru Pergammon muzeyidir. 9. Alexanderplatz 10. Berliner Fernsehturm 11. Tiergarten parkı 12. Kreuzberg.Ən populyar küçə ləzzəti isə currywurst hesab olunur.Paylaşan:Vasif Valizada

128 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!