276 dəfə oxunub

Belçika(Brüssel) və Niderland(Amsterdam)

Salamlar. Bu dəfə ki, postum Belçika(Brüssel) və Niderland(Amsterdam) barədə olacaq. Faydalı olması diləyi ilə.
Səyahət bileti: Mən Budaşetdən Brüsselə WizzAir ilə 38 avroya gedib gəldim. Brüsseldən Amsterdama isə Flixbusla 25 avro ödəməklə bilet aldım. Müddət isə uyğun olaraq 1.55 və 2.45 saatdır.




Burda ilk oxuyanda Brüsselin çox darıxdırıcı şəhər olduğunu anladım. Lakin gedib gördüm ki, bu fikir kökündən yanlışdır❗ Brüssell sizə həm bol gəzinti, maraqlı binalar və təamlar vəd edir.



Brüsseldə mütləq etməli olduqlarımız:
Grand Palace və onun ətrafını gəzmək
Waffle , Qızardılmış kartof və pivələrinin dadına baxın. Dadanda anlayırsan ki, Belçika niyə bunlara görə məşhurdur.
Belçika sevə-sevə izlədiyimiz Şirinlər, Tin-tin kimi animasiyaların vətənidir. Buna görə də Comic Art museuma mütləq baş çəkin.





Menniken Pis. Əslində bir çoxlarına maraqlı gəlsə də bunun maraqlı rəvayəti var. Həmin uşaq şəhərə düşmüş bombanı elə onu tanıtdıran hərəkəti ilə söndürdüyü üçün partlayışın qarşısını alıb.
Atomium . Şəhər mərkəzindən 30-40 dəqlik metro ilə məsafə var. Çox böyük bir tikilidir. İçəri isə olduqca maraqlıdır. Tələbə olduğum üçün bilet 9 avro oldu.




Mini Avropa . Giriş 17 avro idi. Qəpiyinə kimi dəydi. Heç darıxmayacaqsız. Yaşından asılı olmayaraq hamı əyləni bilir.
Amsterdam hissəsi
Bir an öncə özünüzü şəhər mərkəzinə, kanallar olan hissəyə çatdırmaq istəyirizsə o zaman metro ilə Nieuwmarkt stansiyası ən uğurlu seçimdir.




Şəhərdə tək bəyənmədiyim məqam Narkotik məmulatların aşırı istifadəsi və satışı oldu. Hətta bəzi küçələrə girəndə iydən maska taxmağa məcbur qalırsız. Düşünürəm bu barədə çox şişirdiblər.
Van Gog muzeyinə isə getmək planınız varsa öncədən online bilet alın. Məsələn mən getdiyim gün artıq bütün biletlər satılmışdı təəssüfki.




Mütləq Holland pendiri və tülpan soğanaqları alın. Xüsusən də pendir çeşid və dadları olduqca fərqlidir.
Brüsseldə Hostel Bruegel(gecəsi 24 avro) Amsterdamda isə St.Christopher Inn hostelində qaldım. Düz şəhərin mərkəzində yerləşir hər ikisi.




Ümumi hər şey daxil 3 gecə 4 gün üçün olan xərcim 360 Avro oldu.
Hər birinizə xoş istirahətlər . Əlavə suallarınızı buyurub rəydə yaza bilərsiz.

Paylaşan:

Xasay Mirzəli



DİGƏR BLOQLAR

Şəhər bələdçisi - Vyetnam

Hanyodakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Vyetnam ????????Sin çau! Evdə çay içirdim mail gəldi Hindistana getdim. İndi Vietnama gedirəm. Qışı bir yerə getmək fikrim yoxdu , iki qışı Hindistanda keçirdikdən sonra bu qışı Bakıda keçirmək fikrim var idi. Ama yenə mail gəldi. Hindistan'a getmək təklifi aldım, cavab olaraq Hindistana getmək istəmədiyimi söylədim. Bu dəfə Vyetnama get dedilər. Sentyabr ayının 10-u 6 ay qalmaq şərti ilə getdiyim Vyetnamdan 1 il 6 ay sonra geri qayıtdım. Beləliklə Moskvadan ən uzun uçuşumu həyata keçirdim - 11 saat . Vytnamdakı ilk gün əvvəllər bir yerdə işlədiyim 2 il görmədiyim bir tanışımla görüşdüm. O gün demək olar ki Nha Trang şəhərinin bütün gecə klublarını gördüm. Səhər oyandığımda daha doğrusu günorta oyandığımda qaldığım evin mənzərəsi çox gözəl idi. Sanki ilk baxışdan ona aşiq olmuşdum))) Özəlliklə, Hindistandan sonra hər yer gözümə çox səliqəli və təmiz görünürdü.Vyetnam şəxsən mənim fikrimcə dünyada səyahət olunması çox vacib və maraqlı ölkələrdən biridir.Keçmiş paytaxt Xo Çhi (Şi) Minh ( əvvəlki adı Saygon ) 2 iyul 1945-ci ildə Vietnam Demokratik Cümhuriyyətinin qurucusudur. Vyetnamın Atatürkü demək olar. Vyetnamın bütün pul vahidlərinin üzərində onun rəsmi var ( pul vahidi Dong ).Bu arada Vyetnamı gəldiğim günün ertəsi artıq milyonçu idim. (100$-2200000 Dong) Xoşimin Şəhəri əhalisi 8,5 milyondur. Vyetnamın ən böyük şəhəridir.Bu şəhərdə əlbəttə ki ən yadda qalan "Amerikan müharibə muzeyi" və Amerikan müharibəsində Vyetnamın qalib gəlməsinin ən böyük səbəbi olan "Cu Chi " ( Kuçi ) tuneli oldu. Savaş müzeyində sadəcə müharibə vaxtı istifadə olunan döyüş avadanlıqları və sursatlar yox müharibədə əziyyət çəkən insanların şəkilləri və ən dəhşətlisi ölmüş uşaqların dondurulmuş bədənlərini görə bilərsiz .15 il ərzində qazılmış 187 km uzunluğunda 4 mərtəbəli 16 Min insanın sığına biləcəyi KuÇi tuneli . Tünellərini girişləri arıq və cılız Vyetnamlıların girə biləcəyi ölçüdə olduğu üçün amerikalı əskərlər bu tunellərə girə bilmirdi. Şəkildə bəlkə tam başa düşərsiz nə demək istədiyimi. Tunelin içərisində xəstəxana, yeməkxana, silah anbarları İclas keçirmək üçün otaqlar var. Amerika Vyetnam müharibəsində (1963-1975) 2 milyon Vyetnamlı 58000 Amerikalı ölmüşdü . 304000 Amerikalı isə itkin düşüb. Vyetmnamın tarixi haqqında az çox biləndən sonra istər istəməz Vyetnamlılara qarşı böyük hörmət bəsliyirsən. Mən azadlığı uğrunda bu qədər əzimkar mübarizə aparan (Amerikaya Çin Fransa kimi dövlətlərə qarşı) və müharibədən elə də uzun bir vaxt keçməməsinə baxmayaraq qısa bir zamanda sürətlə inkişaf edən başqa bir ölkə tanımıram.Mekong çayı Asiyanın ən uzun çaylarından sayılır 4500km . "Rembo" filminin çəkildiyi şəhər və çay.Nha Trang ve Muine Vyetnamın əsas istirahət şəhərləridir İlin 12 ayı istidir. Payızda hava adətən yağışlı olur. Çimərlik çox gözəldir, (Cənubi Çin Dənizi) özəlliklə Nha Trangda (Muine daha dalğalıdır, Surfing üçün daha uyğundur )Vinpearl adası , meymunlar adası görməyə dəyər yerlərdir.Dak-Lak , Bao Loc ve Danang Vyetnamın görülməli gəzilməli şəhərləri sırasına daxil etmək olar.Dalat şəhəri 1887-ci ildə Fransanın aşkarladığı bir şəhərdi. Çiçəklər şəhəri də adlanır. Çox gözəl təbiəti var, bu şəhərdə ən yadımda qalan isə dünyanın 10 ən qəribə oteli siyahısına girən "Crazy House" oteli oldu.Paytaxt Xanoy şəhəridir. İnkişafı ilə Vyetnamın digər şəhərləri arasında çox böyük fərq var. Vyetnamın ümumi əhalisi 94 milyondur. Dünyanın 4 sosyalist ölkəsindən biridir. Vyetnam mətbəxini elə də bəyənmədim. Məşhur "Fo" şorbaları var. İlan, qurbağa, timsah şəhərin istənilən restoranlarında yemək olar.Mehriban millətdir, gülərüz və sadədirlər. Taksi şoferlərini saymasaq demək olar ki Vyetnamda hər kəs həyatından razıdı) Saysız hesabsız bayramlar var. Əylənməyi çox sevən və bilən millətdir. Qəhvə istehsalına görə dünyada Braziliyadan sonra 2-ci yeri tutur. (Arabika ve Robusta) Ən çox qəhvə ixrac etdiyi ölkə Almaniyadır. Vyetnamlılar qəhvəni buzlu içirler. Qara biber istehsalına görə birinci, düyü istehsalına görə dünyada beşinci yeri tutur. Ölkəyə əsas gəliri xalq təsərrüfatı təşkil edir. Vyetnamda bir çox zəngin kişilər dırnaq uzadır (bir və ya iki barmağında) bu onların ağır işlə məşğul olmadığının göstərgəsidir. Günəşli havada üzlərini bağlayırlar ki qaralmasınlar. Zəngin görünə bilmənin başqa bir göstərgəsi ağ olmaqdır. Vyetnamlıların 40% soy adları "Nguyendir" (bunu Vyetnama gedəndən 3 ay sonra öyrənmişəm , iş yoldaşlarımın yarısının soy adı Nguyen olduğuna görə elə bilirdim hamısı qohumdular) Vietnam dili ən çətin dillərdən sayılır, bəzi sözlər 6 fərqli tonda deyilib 6 fərqli məna ifadə edir.Halong - Vietnamın en görülməli yeridir. 3 min adanın birləşdiyi yer . "Drakonun dənizə endiyi yer" kimi tərcümə olunur. Körfəzi gəzmək üçün gəmi ilə 2-3 günlük turlar var.Rəsmi göstəricilərə görə Vyetnam əhalisinin 81% ateisdir amma əslində bu belə deyil. Vietnamda din azadlığı var. Əsil göstərici isə təxmini belədir: 45% milli inanc, 16% Budizm, 8% Xristian, 29% ateist, geridə qalanlar 2% fərqli dinlərə inanır. Vyetnamdan Malaziya, Singapur, İndoneziya ( Bali ) Kambocca və başqa bir neçə tanınmış ölkələrə getmək ucuzdur (bunlar qalsın bir sonrakı yazıya) Vyetnamın bir başqa özəlliyi çoxlu hind restoranlarının olmasıdır ))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Cavid Bayramov

4516 dəfə oxunub

Hindistan - Ahmedabad

Əhmədabaddakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Әziz vә hörmәtli gәzәyәnlәr!Gәlin sizә bir az Hindistan ❤❤ haqqında danışım. Bir layihә ilә gәldiyim Ahmedabad vә ya yerlilәrin dili ilә desәm Amdabad şәhәrindә artıq 2 hәftә keçirmişәm vә bölüşmәk üçün bir miqdar mәlumata sahibәm deyә düşünürәm. Öncәliklә onu deyim ki, Hindistan hәr zaman görmәk istәdiyim, son 3 ildir isә dәlicәsinә haqqında hәr cür bilgi әldә etmәk üçün çabaladığım ölkә idi. Rusların "Увидеть Париж и умереть" cümlәsindәki Paris mәnim üçün Hindistan idi ????"Bu yay bu arzumu artıq hәyata keçirmәliyәm!" düşünәrәk ailәmә bildirdim. Razı salmaq uzun çәkdi. "Sәn bilirsәn ki,orada hәr gün 1000 insandan 99u ayaq altında qalıb ölür!" , "hәr tәrәf zәhәrli ilanlardı", "birdәn üstünә fil hücum çәksә?!" ???????? ,"bәlkә yaxın yerә gedәsәn?" , "öz ailәn olar,gedәrsәn!" kimi sualların ardından birdә türk hәkimlәrinin peyvәnd vә "Hindistan kimi ölkәlәr" adı altında yazdıqları 60 günlük dәrmanlar paketi olduqca qorxunc görünürdü. Ama, come on, bir Tac Mahalı görmәk hәr şeyә dәyәcәk deyәrәk gәldim yenә dә. Tac Mahalı hәlә görmәmişәm, ama indiyә kimi gördüklәrim hәqiqәtәn hәrşeyә dәyir.İlk zamanlar buradaki tәmizlik anlaşı ilә mәnimkinin fәrqli olmağından irәli gәlәn çәtinliklәrim oldu, havanın çox isti olmağı, küçәlәrdә gәzәn inәklәr, küçәlәrdә ailәlikcә yaşayan insanlar, sәs kakafoniyası, rikşaların çox ucuz qiymәtә ama sәnin hәyatın bahasına sәni mәnzilә çatdırmaqları :D vә s. Bunların hamısı kültürel şokun parçası idi. Artıq rahatlıqla küçә yemәyi yeyirәm. İçindәn tük çıxır, kәnara qoyub lәzzәtlә yeyirәm :D Rikşaların sürәtindәn hәzz alıram. İnsanlarla söhbәt edirәm, bazarlarda mango, banan, kokos alan qadınların şәklini çәkirәm, musson yağışı altında ayaqqabısız oynayan uşaqları izlәyirәm. Әn әsası, Hindlilәrdәn öyrәndiyim bir fәlsәfә var- "Bu gün ilә yaşa. Karmaya inan!" Bilirәm ki,bir çoxunuz üçün utopik kimi sәslәnir,mәn dә öyrәşә bilmirdim bu fikrә. Ama bir rikşa sürücüsünün, toxunulmazlar kastından olan bir sakinin, küçәdә yaşayan bir insanın gәlәcәk ilә bağlı plan qurmağı daha da utopikdir. Hәr şeyә rәğmәn xoşbәxtdirlәr, hәq dәqiqәnin hәzzini alırlar, hәr gördüyündә gülümsәyirlәr, "Namaste" deyib salamlayırlar insanı. Qısası, bir şeyi çox istәyirsinizsә, hәyata keçirmәyә çalışın! "Ailә qurarsan, gedәrsәn", "pulun çox olar gedәrsәn" kimi tövsiyyәlәrә aldanmayın,bәzәn "utopik" olmaq sizin xeyirinizәdir ????Sevgiylә qalın!❤Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ayshan Gurbanali 

1157 dəfə oxunub

İspaniya - Portuqaliya səfəri

Salam. Ispaniya-Portuqaliya səfərim barədə ətrafli yazım. Səfər planimda yox idi, ani qərar verdiyim üçün (Bodruma gedəsiydik uşaqlarla, alinmadi, solo oldum yenə :D ) biletlər bir az baha çıxdı.Berlin Madrid- 25 euro Ryanair (daha əvvəldən alsanız ucuza başa gələr)Madriddə bir gün bəs edir məncə. Çox da maraqlı şəhər deyildi mənə görə. Yemək kafedə 10 euro elədi. Madrid Lissabon- 40 euro gecə avtobusu. Biletləri goeurodan və ya alsaz ala bilərsiz. Lissabon çox maraqlı gəldi mənə. Next Hostel 13 euro. Mərkəzdə, təmiz, qəşəng şəraitli hostel. Receptionda bir rus xanım da işləyir. Ən mərkəzi küçədəki restoranda yerli mətbəxdən balıq, su, dessert 14 euro. Pastil di nata (adini səhv eləmirəmsə) çox dadlı sirniyyatdı yerli. Supermarketlərdən 2-3 euroya pizza dilimləri də almaq olarLissabon Sevilya35 euro (öncədən alsaz 20 euro da tapmaq olar. Və ya blablacar) Sevilyada Triana backpackers hostel 34 euro iki gecə. Qədim üslubda arxitektura binası idi. Ancaq otaq dar idi bir az. Yeri əla mərkəzdə, avtobus dayanacağına yaxın. Yerli mətbəxdən toyuq 8-euro təxminən. Muzey Alcazar 10 euro civarı (dəqiq yadimda deyil) tarixi mərkəz gəzintisiSevilya Kordoba- qatarla 14 euro civarı (öncədən alsaz ucuz olar). Bir gecə Bed and Be hostel. Əlaydi həm mərkəzdə həm qədimi bina həm təmiz. 17 euro gecəsi. Qəşəng səhər yəməyi və bollica portağal daxil. Məşhur Kordoba məscidinə giriş 8 euro, minarəyə çıxmaq 2-euro. Meydanda 7.5- euroya xüsusi menyu- soyuq yemək, ana yemək, dessərt, içki.Kordoba Granada- 8 euro avtobus təxminən. 1 gecə Granada Backpackers inn - 11 euro. Səhər yəməyi daxil. Qaldığım ən super hostel. Yerli mətbəx mərkəzdə paela kola şirniyyat 13 euro. Alhambra 15 euro idi təxminəm (dəqiq yadımda qalmayıb) 25 den aşağı və tələbəsinizsə, 8 euro. Hosteldən alsanız 18 euro edir təxminən. Ancaq növbəyə dayanmırsız. Mən səhər 6 dan növbədə dayanıb 9da kassa açılanda bilet almışdım. Limtli sayda turist buraxırlarGranda- Malaga avtobusu- 12 euro. Malagada bir az gəzinti və aəroporta avtobus bileti 3-euro təxminənMalaga Barcelona Vueling- 35 euroBarcelonada Sagrada familia Sant jordi hostel. Yeni təmirli qəşəng hostel. Mətbəxi çox geniş. 2 gecəyə 48 euro. Barcelonada T10 bileti alin 10 euroya 10 gedişli public transport. Tək bilet 2-3 Euro idi deyəsən. Aeroportdan public bus gedir shuttle bus bahadı. Barcelonada kafedə yemək 14 euro. Public beach pulsuz.  Barcelona Tbilisi Pegasus 85 euro. Təxminən 600 euro xərclədim.Təbii ki, marketlərdə satılan hazır sendviç filanla daha ucuza həll eləmək olar. Ərzaq alıb hosteldə bişirmək lap ucuza düşür.

1305 dəfə oxunub

Yaşılın və tarixin birliyi - Sloveniya bələdçisi

Əziz Gəzəyənlər,Bu gün sizə Avropanın ən gözəl təbiətə malik, 60%-i meşəylə örtülü, Balkanların Alpı sayılan, keçmiş Yuqaslaviya ölkəsi- Sloveniya haqda danışmaq istərdim İyulun ortaları mindik Budapeştdə bir qatara, get ki, gedəsən, tam 7 saat yarımdan sonra çatdıq paytaxt Lyublyanaya. Normalda sərhəddə heç bir yoxlama olmur hər 2-si də Şengen ölkəsi olduğu üçün, amma məlum pandemiyaya görə vaksin kartımızı yoxladılar. Bu arada tək tərəf bilet cəmi 20€ tutdu Səfərimizin ilk günü paytaxt Lyublyanada yerləşdik. Lyublyana əhalisi yarım milyon olan kiçik və əhalisi çox gülərüz olan bir paytaxt şəhəridir. Çox yox cəmi 3-4 saata şəhəri rahat gəzə bilərsiniz. Lyublyana qalası xaric şəhərdə xüsusi bir görməli yer olmasa da şəhərin hüzurverici ruhunu çox sevdim. Əsl yaşamalı sakit bir şəhərdir. Adının mənası da sevgi sözündən gələn bu şəhərdə rusca danışsaz sizi rahat başa düşəcəklər, çünki onların özlərinin də kökü Slavyanlara gedib çıxır Amma ölkəyə əsas gəliş məqsədimiz Lyublyananı görməkdən çox, Avropanın ən gözəl dağ göllərindən biri olan Bledi kəşf etmək idi. Paytaxtdan bura yol avtobusla cəmi 50 dəqiqədir. Bileti elə əsas avtovağzaldan 2.1 avroya ala bilərsiniz, getməzdən qabaq baxdığımız bütün vloqlarda, oxuduğumuz bütün bloqlarda qiyməti 7€ qeyd etmişdilər. Özümüz də lap məəttəl qalmışdıq, kassirdən, sürücüdən 4-5 dəfə “avtobusun dəqiq Bledə gedib getməməsini” soruşurduq, axırda beyinləri çönüb 7€ avromuzu alacaqdılar ki, dedik ki, yaxşı-yaxşı, yəqin endirimə düşmüşük, mindik avtobusumuza. Ölkənin dörd bir yanının meşəylə örtülməsini yol boyunca aydın şəkildə görmək olur Bled gölünü isə belə məşhur edən gölün tən ortasında kiçik bir adanın yerləşməsidir. Mərkəzində kilsə yerləşən bu yer maraqlıdır ki, Sloveniya ərazisindəki tək adadır. 15 avronuzdan keçərək bu adaya qayıqla da gedə bilərsiniz. Gölün ətrafı dağlar və məşhur Bled qalası ilə əhatələnmişdir. Qalaya giriş 13€, hələ tələbəsizsə 8.5€. Yox şir ürəyi yeyib adaya qayığı özüm sürəcəm deyirsizsə, 20-25 avronuzdan keçməlisiz. Bura gəlmişkən Sloveniyanın ən məşhur şirniyyatı Kremna rezina’nın da dadına baxmağı tövsiyə edirəm Bir də Sloveniyada ən çox getmək istədiyimiz yerlərdən biri həmyerlimiz Mixaylonun qəbrinin və döyüşdüyü son yer- Çepovan kəndi idi. Təəssüf ki, maşınsız gəldiyimizə görə ora getmək alınmadı, amma siz nə vaxtsa bura gəlsəz getmənizi tövsiyə edərdim. Sloveniyalılar, əsasən də orta və yaşlılar Mixaylonu tanıyır və onun qəhrəmanlığına görə Azərbaycanı da sevirlər Bütün bu yazdıqlarım orda 2 gündə başımıza gələnlərin çox kiçik bir hissəsidir. Bütöv macəranı izləmək istəyirsizsə, rəyə əlavə edəcəyim Sloveniyadan olan ilk vloguma baxa bilərsiniz Türk və ingiliscə altyazılı da izləyə bilərsiniz. Keyfiyyət olaraq 720p-də izləməyi unutmayın:https://youtu.be/vw1OyluR_WkXoş seyirlər ????Həmişə səfərlərdə!Hörmətlə,#yoladami#Bled #Ljubljana #SloveniaƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Mayıl Mammadli

1490 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!