163 dəfə oxunub

Barselonaya Gələnlər Üçün 10 Əsas Maddə

Barselonaya gələnlər10 əsas maddə:
1) Çantanızla çoox ehtiyatlı olun.(xüsusilə metro və mağazalarda) Şəhər təhlükəsiz olsa belə bunun oğurluqla əlaqəsi yoxdur.
2) Şəhərə gəlmək:
▪︎|Azalın yeni reysi ilə gəlirsinizsə Terminal 2-ə eniş edirsiniz və bu o deməkdir ki, 20 dəqiqəyə R adlı yer üstü qatarla şəhərin mərkəzinə gedə bilərsiniz. ( Aeropuerto- Estación Sants) Santsda isə Metro var. və ya Paseo de Graciada enə bilərsiniz. (şəhərin mərkəzidir)
♡♡Ən uyğun və rahat
Bu seçim adi nəqliyyat qiymətinədir. 10 gediş 11,35 olan T- casual kartını almaqla istifadə edə bilərsiniz.
▪︎|Hər iki terminaldan Plaza de Cataluñaya gedən avtobusa da minə bilərsiniz. ( 7 avro)
▪︎|Qeyd: T1-T2 arası avtobus ödənişsizdir.
▪︎|Ən sıxıcı yol isə hər iki Terminaldan şəhərə tərəf gedən yeraltı metrodur. qiyməti 5 avro olmalıdır.


3) Gecələmə:
Şəhərin hansı hissəsində gecələməniz çox fərq etmir əsas Barselona şəhərinin içində olsun. Nəqliyyat vasitələri əla çalışır. İstənilən yerdən şəhərə 30 dəqiqəyə gələ bilərsiniz. Tam mərkəzdə qalsanız da gəzməli yerlərə 30,40 dəqiqə piyada çata bilirsiniz. 10 gediş 11,35 avro. Məs: Bookingdə ən az 700 şərh üzərindən 8,5 bal alan istənilən bir yer.
4)Qidalanma:
▪︎| Məşhur yerli kafe zəncirlər : 365 , El Fornet,Buenasmigas, Santagloria.
El Fornet və Santagloria daha yaxşıdır.
▪︎|Turistik daha baha, amma gözəl dadlı Brunc kafelər: Billy Brunch, Equilibrium café ( vegeterian) , Kilele, Camelia art cafe


▪︎|Maraqlı tarixi Kafe: Granja Petitpo
▪︎|Bir şeylər içmək üçün mütləq: El Bosc de los Fades.
▪︎|Restoranlar: Honest green ( sağlam qidalanma),
Konig Barcelona (əsl ispan - katalan)
▪︎|Maraqlı restoran: El Nacional daxilində: La tabería.
▪︎|Paella və milli yemək üçün: Restaurante Arrocería las Arenas, L Arroseria Xativa.
▪︎|Axşam musiqili bir yerlər deyirsinizsə: La Taverna de Barcelona.


5) Gəzməli yerlər:
2 gündə gəzə biləcəyiniz xəritə: https://maps.app.goo.gl/zraSYvbi7uknHARB9
Əlavə seçimlər: Montjuic; Parqguell; Tibidabo
6)Məsləhət gördüyüm xüsusi yerlər:
▪︎|Unlimited Barcelona: https://www.unlimitedbarcelona.com/
▪︎|Montjuic ərazisində gəzinmək.
▪︎|Tibidaboya Peu de Funiculardan getmək: S2,S1 + Funikulyor + 111 avtobus ( sadəcə 1 gedişə Tibidabodasınız)
7) Çimərlik ( Şəhərin mərkəzindən kənar olanlar)
Başqa şəhərlərə getmək istəyənlər:
▪︎| Renfe uzaq qatarları( rəsmi sayt) https://www.renfe.com/es/es -Bütün şəhərlər
( Sants stansiyada satış) Sitges; Tarragona; Girona və s.
▪︎|Alsa avtobus( rəsmi sayt)https://www.alsa.es/


▪︎|Bla Bla car ( proqram)
9) Barselonanın əhalisi 1 milyon amma illik turist qəbulu 8 milyondur. Odur ki, küçədə ispan görməniz ehtimaı çox azdır. Yerli əhali katalandır.
10) Yayda gəlirsinizsə istin nəzərə alaraq günortanı qapalı yerdə keçirin. Mümkünsə yayda gəlməyin) Başqa fəsillər idealdır.))
Paylaşan: 

Aysu Española

DİGƏR BLOQLAR

8 Günlük Bali Səfərim

Salam əziz Gəzəyənlər. Qrupda Bali ilə bağlı postlar çox olduğu üçün daha öncə paylaşmaq istəməsəm də sonra düşündüm ki öz perspektivimdən fərqli nələrsə olar deyə sizə faydalı olar və paylaşmaq qərarına gəldim. 8 günlük solo Bali səfərinə Pekində olduğum üçün ordan gedib gəldim. Air Asia ilə Kuala Lumpur aktarmalı 300 dollar gediş dönüş. Vizanı kapıda pasport və 34 dollar ödəməklə aldım. Online internet paketləri ilə ulduzum barışmadığı üçün son bütün səfərlərimdə internet paketli nömrə almağı üstün tuturam. 20 GB üçün 16 dollar da təxminən ona ödədim. Grab taxi çağırıb Kutada qaldığım yerə gəldim çatdım ona da 140 dollar ödədim. Təmiz səliqəli idi otağım. 200 dollarım bitdi. Ölkəyə 400 dollarla giriş etmişdim növbəti günlərdə də 200 dollarla necə lazımdı yedim içdim gəzdim istirahət etdim. Ölkə çox ucuzdu. Masaj 5 dollara 10 dollara. Yemək oturduğum yerdən asılı olaraq 5 dollardan üzü yuxarı. Sonra alternativ taxi proqramı Gojek-i yüklədim. Tək olduğum üçün həm də maşınla saatlarla probkada qalmamaq üçün hər yerə motorkbike taxi ilə gedirdim. İlk günlər həyəcanlansam da sonra gördüm ki uçsalar da professional sürürlər rahat oldum. Həm də maşın taxidən 2 bəzən də 3 qat ucuzdu və tez çatırsan. Kuta, Seminyak, Canggu, Uluwatu, Ubud bölgəkərini gəzdim bu günlərdə. Ən məşhur gözəl dalğasız çimərlik Padang Padangın girişi 1 dollar idi. Çox gözəl idi. Nəsə sualınız olsa soruşa bilərsiniz.Paylaşan: Aydan Vusat Gizi

249 dəfə oxunub

Vizasız Tur: Bosniya və Serbiya

Salamlar!Uyğun qiymətə gəzmək istəyənlərin seçimi olan Balkan ölkələrindən,Mart ayında Bosniya Herzegovina və Serbiyada oldum.Səyahətimə ilk gününü Bosniyanın Mostar bölgəsində başladım.Ölkənin pul vahidi KM -dir.(1km=1azn kimi hesaplaya bilərsiz)Buranın məşhur yeməklərindən Beqova şorbası,Cevapi,Tufajenin dadına baxdım.Yeməklər ortama qiymətədir .Əsasən 7-10km arası dəyişir.Pekara anlayışı var burda hansı ki,Boşnak böreği ,fərqli unlu məmullatları burdan ala bilərsiz.Mostarda Labirint deyilən məkanda şəhərin mənzərəsinə qarşı kofe içə bilərsiz.Körpünün ətrafında çoxlu digər məkanlarda var .Hər birində demək olar ki qiymətlər eynidir və axşam canı musiqiləri olur.Birdə getsəz tövsiyə edərdim Lavantalı dondurmanında dadına baxasız.Mostardan 30dq məsafədə yerləşən Blaqaja isə Lucki körpüsün yanındakı şəhərdaxili avtobuslarla getmək olur(sarı 10və 12nömrə).Avtobuslarin vaxt intervalları da dayanacaqda qeyd edildiyi kimidir.(11:00,11:30,11:45 təxmini yarim saat intervalla)Məncə Mostara gəlibsizsə mütləq Blagaja da getməlisiz.Mostar - Sarajevo qatarı gündə 2 dəfə olmaqla hərəkət edir.Biletləri qatar stansiyasından vəya internetdən də almaq uyğundur.Bu arada bunu bildirim ki,Mostar qatar stansiyası və avtovağzalı yan yanadırSarajevo Paytaxt şəhərdir.Mostarla müqayisədə muzey ,kilsə daha çoxdur.Mərkəzində qapalı bazar var ki hansı ki qaymaq,bal bəzi kənd məhsulları satırlar.(Marağa girmişdim sağolsunlar dadımlıq verirdilər).Sarajevoda Enjoy Apartmentsdə qalmışdım.Çox razı qaldımKonum olaraq əla və otaq səliqəli idi.Sarajevodan Serbiyaya isə Avtobusla getdim (8-9saatlıq yoldur).Serbiyada qaldığım otel Hotel Bohemian Garni.Çox bəyəndim.Check in saatım 14:00 olmasına rəğmən səhər 9 etibariyla otelə giriş etdim .Nikola testlanın muzeyinə getdim. Muzey 19.00a kimi açıqdır.Hər saat intervalında adam olur növbə yazılmağızı tövsiyə edərdim.Serbiyada nəqliyyat ödənişsizdir.Serbiyada olduğum 2ci günü isə Zemun deyiləm bölgəyə ayırdım.Gratos galasından şəhər möhtəşəm görünürdü.İstər Serbiya istərsə də Bosniya düşünürəm ki ilk səyahət üçün ideal seçimdir.Ümumilikdə Bosniyaya 4,Serbiya 2 gün ayırdım.İstanbul Sarajevo biletini A jet hava yollarindan 65azne Black Friday zamanında alıb Bakıdan İstanbula aktarma( 120azn),İstanbul Sarajevo (65azn) olmaqla ümümi gedişim 185azn-ə həll eləmişdim.Qayıdış biletini isə tövsiyə edərdim Serbiya -Bakı olaraq alasız.Ümidvaram faydalı olacaq. Hərkəsə bol səyahətlər Paylaşan: Sevinc Hesenzade

275 dəfə oxunub

Arazın o tayı- İran macəraları 2

Poldəşt Azərbaycandır ya İran?– anlamadım! Bakcell orada tuturdu və 3G istifadə edirdim ???? Qonaq olduğum evdə dadlı sübhanə (səhər yeməyi) yedim. Doşablı və cevizli qayğanaq səhər yeməyi üçün əla fikirdi məncə. Demək olar ki, yeməkləri bizim yeməklərlə eynidir. Ancaq, həyatımda yediyim ən dadlı çiyələk mürəbbəsi Poldəştdə oldu. Sapları üzərində qalmışdı və çox şirin deyildi. Onlar da qoz mürəbbəmizi sevdiklərini dedilər.Sonra Maku şəhərinə getdik. Bu nə gözəllik? Bu nə əzəmət? Bir az Kapadokyaya bənzəyir. Orada bizim (insanların) nə qədər balaca olduğumuzu daha asan anlayırıq. Bu böyük dağlar nə çox şeylərə şahid olmuşdu… Deyilənə görə Çaldıran döyüşü də məhz burada baş vermişdi.Sərdar şahın sarayına da getdik. Bu əslində xüsusi bir şah olmayıb, elə insanları talayırmış. Ancaq sarayı gözəl idi. Orada bərpa işləri getdiyi üçün daha çox piknik yeri kimi istifadə olunurdu. Biz də azca gəzib, çıxdıq. Çoxlu gilas yedik ????Gəzintidən sonra şəhərə qayıtdıq. Ancaq bayram olduğu üçün çox restoran açıq deyildi. Burada bayram bir gün qeyd edilir. Yaxşı ki, bizdə çox bayramlar var ???? Novruz bayramı İranda da sevilən bayramdır və uzun günlər qeyd edilir. Onlarda sadəcə Od çərşənbəsi var. Həftənin 6 günü işləyib, cümə günləri istirahət edirlər. Bunu eşitmək üzdü məni. 6 gün işləmək məncə çoxdurHəmin gün İran futbolda qalib gəldi. Çox sevincli idilər. Şəhərdə hamı bayraqlarla şənlik keçirirdilər. Ayağım düşərli olmuşdu ????Çox gözəl təəssüratlarla buradan ayrıldıq. Bu qədər gözəl insanları bir arada görmək çox xoş oldu! İranlılar demiş: Xeyli məmnun qaldım ????İkinci günümüzdə Araza getdik. Arazı burada xüsusi sevirlər. Ətrafında piknik üçün yerlər düzəldilib. Balıq tutmağa icazə verilir. Ümumiyyətlə insanlar bərabər gəzməyə çox çıxır. Arazın ətrafı insanlarla dolu idi.Arazdan sonra tarixi bir kilsəyə getdik. Burada ermənilər çoxdur və çox uzun zamandır yaşayırlar. Həmin kilsə də erməni kilsəsi idi, UNESCO tərəfindən qorunur. Turistlər çox idi. O qədər çox idi ki, insanlar parking üçün yer tapmaqda çətinlik yaranırdı.Monastery of Saint Stepanosİnsanlar həvəslidirlər gəzməyə, birlikdə əylənməyə. Bu çox xoş təsir bağışlayır. Həmən bu kilsədə xoş bir dialoq eşitdim:Bir qadın rəfiqəsinə deyir:Ərimə demişəm, azadlıq gəlsin İrana. Şortik geyinib, şəhərə çıxacam. O isə bu məsələyə yaman hirslənir ????Siz o azadlığa layiqsiniz. Gəlsin!Kilsənin qarşısında piknik üçün xüsusi yer var idi. Hər yer dolu idi. Bir stolda ana və qızı oturmuşdu. Xahiş etdik və onlarla oturduq. Bir az söhbət etdik və biz stoldan qalxanda bizə (əsasən də mənə- qonağa) dərin ehtiramını bildirmək üçün ana və qızı ayağa qalxdılar. Çox utandırdı bu hərəkət məni. Ancaq insanların bu qədər hörmətli olması çox gözəldir. Bu hörmət yaşa görə deyil, insanların bir birinə qarşı olan xoş davranışıdır.Yolda yenə kilsə gördük. Çox gözəl mənzərəsi olan yerdə tikiliblər. Daha sonra yol üstü mağazalara da girdik. Hər şey tapmaq mümkündür. Zara, Mango da var idi. Ancaq bura gələndən sonra mənə daha da aydın oldu ki, brendlər hər ölkənin tələblərinə uyğun paltarlar hazırlayırlar. (çox zərli-zürlü idi)Böyük market gözümə sataşmadı. Çoxu balaca baqqallar idi. Başqa ölkələrdən olan məhsullar da var satışda. Amma çoxu İran istehsalıdır. Hər şey satırlar. Hətta laaaaap hər şey ????Yenə yollardayıq- Xoya gedirik. Günəbaxan tumlarının əsas vətənidir bura. İranda kənd təsərrüfatına, əkinçiliyə xüsusi qayğı ilə yanaşılır. Bütün yol boyu sünbüllər, günəbaxanlar, meyvə ağacları səni salamlayır. Bunları hasara almırlar. İnsanlar da gedib qoparmır. Ancaq könlü istəyən qopara da bilər azca.Qohumlarımızı ziyarət etdikdən sonra, Puriyayi Vəlinin məqbərəsinə getdik. Keçmiş zamanlar da həm şair, həm də pəhləvan olub. Ürəyi çox təmiz insan olub, mərdliyi ilə seçilirmiş. Haqqında bəzi rəvayətlər də var:Bir gün Puriyayi Vəli bir pəhləvanla yarışa çıxacaqmış. Həmin Pəhləvanın anası da onu izləməyə gəlib. Bunu bilən Vəli, bilərəkdən pəhləvana uduzub. Çünki ananın oğlu ilə fəxr etməsi onun qalibiyyətindən daha önəmli idi…Sonra, Şəmsi Təbrizi məqbərəsinə getdik. O, Mevlana ilə çox yaxın dost olub. Hətta Mevlananın fikirlərinin tam formalaşmasında Şəmsin ona güzgü rolunu oynadığını da qeyd etmək istərdim. Deyilənə görə, Şəmsin məqbərəsinə Mevlananın nəvəsi dərin ehtiramını göstərmək üçün ayaqqabılarını çıxarıb, gedib.Ey aşk! Seni senelerce yaban ellerde, hoyrat dillerde aradım. Oysa bendeymişin bilememişim. Oyalanmışım. Kalakalmışım. Şemsi TebriziŞəmsi Təbrizinin məqbərəsində bir şey də diqqətimi çəkdi. Uzun binanın üzərində heyvan buynuzları vardı. Bu buynuzların nə anlama gəldiyini soruşdum.Səfəvilər zamanında, Şah İsmayıl Xətai buraya gəlib və 40 gün burada qalıb, şikar edib. Daha sonra həmin şikarların buynuzlarını buraya asıb ki, hamı onun qüdrətindən xəbardar olsun.Daha sonra yavaş-yavaş əsas mənzil Urmiyəyə yola çıxdıq. Orada nələr oldu? Bunu bilmək üçün azca da səbr edin ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gunel Yashar

1044 dəfə oxunub

Dünyanın 7 möcüzəsindən biri - Maçu Piçu

Machu Picchu. Səyahəti sevan hər bir insan bu möcüzəni görmək istəyir. Bəzən yanlış əldə olunmuş və ya yanlış verilmiş məlumat səyahət planlamasını alt-üst edə bilər və ya ümumiyyətlə səyahət istiqamətini dəyişə bilər. Postu açmaqda əsas məqsədim Machu Picchuya səyahət planlamaq istəyən insanlara həm kömək olmaq, həm də bu möcüzəyə olan səyahəti sizinlə paylaşmaqdır.Yəqin ki, qrupda hamının Machu Picchunun dünyanın 7 yeni möcüzəsindən biri olduğundan məlumatı var. Bu yeddilərdən biri Perunun Cusco şəhəri yaxınlığında yerləşir. Onu da qeyd edim ki, Cusco şəhəri bu günə qədər gördüyüm və gəzdiyim ən gözəl şəhərdir. Küçələri bəzən indi bizim qoruya bilmədiyimiz, aqalay daşlarla üzü fasadlanmağa başlayan İçəri şəhərimizə oxşayırdı. Hər daşında bir mədəniyyət, bir tarix yatan bu şəhər İnk imperiyasının paytaxtı və bir vaxtlar dünyanın mərkəzi sayılıb. Machu Picchuya səyahət məhz bu şəhərdən başlayır. Bu möcüzə haqqında bu qrupda çox miflər oxumuşam????.Bəzən kimisi getməyin çox ağır olduğunu, kimisi yolun çox uzun olduğunu, kimisidə piyada həddindən artıq çox yol getməyin labüd olduğundan yazıb. Bəli bu sadalananların bəziləri reallıqdı, amma bu reallıqlar insanlara və sizin seçiminizə görə dəyişir. Bura çox rahat və əziyyətsiz də getmək olur. Sizi səhər tezdən qaldığınız otel və ya hosteldən maşın götürür və axşam götürdüyü yerə qaytarır. Sizin payınıza düşən yalnız avtobusdan düşüb qatara, qatardan düşüb avtobusa minməkdir. Son avtobus sizi düz parkın girişinə gətirir. Problem yalnız hündürlük ilə bağlı ola bilər. Qiymətlərə gəldikdə isə bu yuxarı və aşağı (yağışlar sezonu) sezona görə dəyişir. Forumlarda bilet haqqında maraqlananda əldə etdiyim tək məlumat biletin mütləq əvvəlcədən rəsmi saytdan alınması ilə bağlı idi. Bu da mifdi. Siz rəsmi saytda göztərilən 300-330 usd əvəzinə yuxarı sezonda 260 və aşağı sezonda 230 usd verib qaldığınız otelden tur ala bilərziniz. Əgər kimsə bütün biletləri özü alıb özü getmək istəsə, göstərilən qiymətlərdən 20-30 usd az pul ödəyəcək amma nəyin harda olduğunu öyrənmək və qatara vaxtında çatmaq üçün kifayət qədər əziyyət çəkəcək.Həm mənim göztərdiyim qiymətə bələdçi də daxildir, hansı ki, çox maraqlı məlumatlar əldə etmək olur danışdıqlarından. Əlavə olaraq siz başqa versiyada 5 günlük program götürüb Salkantray trek adlı məhşur yolu piyada da gəzə bilərsiz. Bu yol piyada Machu Picchuya getmək üçün ən ideal trekdir. Sonda onu da qeyd edim ki, bir gün bu möcüzəyə səyahət planlasanız, digər möcüzə şəhər – Cuscoya (bu paylaşım sırf MP-yə aiddir və Cusco haqqında ayrı bir post olacaq) ən azı 3-4 gün ayırın. İnanın Machu Picchuya görə ora gedib, bir başqa möcüzə - Cusconu tapıb ona vurulacaqsınız.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Agazade Rasim

1943 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!