1085 dəfə oxunub

Balonlar diyarı - Kapadokiya

Kapadokiyadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Kapadokiya - həqiqətən ölmədən görüləsi və çox gözəl yerdir.
Necə getmək olar ? Bakıdan Ankaraya uçub, oradan da 4 saat avtobus ilə ????, avtobusla gedə bilmirsinizsə İstanbula oradan da Nevşehirə və ya Kayseriyə uçmaqla ✈️. Hər iki hava limanı Kapadokyaya yaxındır. Mütləq şəkildə getməmişdən əvvəl transferi bron edin yoxsa taksi ilə ziyana düşərsiniz, transfer qiyməti isə bir nəfər üçün 30-40 TL-dir.
İyun, iyul və avqust ☀️aylarında dəhşət isti olur onu da nəzərə alın.

56400490_10158125083927281_6852662415742468096_n
Harada qalmaq? 
Düzdür normal hotellərdən baha olur amma mağara hoteldə qalmaq məsləhətdir. Maraq dairənizdən fəqli olaraq Ürgüp, Üçhisar, Orta hisar və Görəmədə seçə bilərsiniz. Ürgüp - daha böyük qəsəbədir, şərab ????sevirsinizsə buranı seçin və yemək qiymətləri digər qəsəbələrə nisbətən ucuzdur + buradan digər qəsəbələrə avtobus tapmaq daha asandır.
Görəmə daha sakit, Üçhisar daha mənzərəli, Ortahisar isə daha balaca yerdir.
Haraları görməli? 
Görəmə açıq hava muzeyi (bilet 45 TL), Zelve açıq hava muzeyi (bilet 15 TL), Üçhisar qalası (9 TL), Kaymaklı yeraltı şəhəri (25 TL), İhlara vadisi (free), Paşabağları (free)
Özünüz gəzmək fikrinə düşsəniz bir az çətin olacaq çünki yerlər arası məsafələr çoxdur və nəqliyyat sistemi elə də yaxşı deyil. Qəsəbələr arası avtobus yarım və bir saatlıq ara ilə işləyir qiyməti isə 5 TL dir.

55556424_10158125084212281_4036471214661697536_n
Necə daha rahat gəzmək olar ?
Kapadokyada 3 tur istiqaməti var qırmızı, yaşıl və mavi tur. Qiymətləri də müvafiq olaraq 28, 32 və 50 € dur. Turlar 9:30da başlayır və 17:00-18:00dək davam edir və qiymərlərə nahar yeməyi ????də daxildir, hoteldən götürüb hotelə də geri qaytarırlar. Qırmızı turu bəzi yerləri çıxmaqla özünüz də gəzə bilərsiniz, çünki bu turda olan yerlər daha yaxındır.
Balonların izlənməsi üçün ən gözəl mənzərə Görəmədə Love Hill və Üçhisar qalası əla seçim və möhtəşəm mənzərə açılır.
Hava şarı ???? qiymətləri 120 eurodur bir az qiymət öldürə bilərsiniz. Tur firmalar kifayət qədərdir və demək olar bütün hotellərdə balon turu və digər turları təkıif edirlər. Əvvəlcədən bron etməyə ehtiyac yoxdur. Yerində qiymətlər daha ucuz olur və qiyməti də aşağı salmaq olur.
Camaat Kapadokyanı görmək üçün 18 saat uçub gəlib görürlər, yaxınımızda olan bu gözəl fürsəti qaçırmayaq.

55491820_10158125083987281_8180033251256041472_n

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Zehrali Taliboff

DİGƏR BLOQLAR

Mərakeş bələdçisi

Mərakeş səfərim sona çatır sabah. Qrupda praktiki məlumatlar olan post tapmamışdım gəlmədən öncə, ona görə gördüklərimlə bağlı qısa notlar götürmüşdüm burada paylaşmaq üçün əsl qışa dönmədən öncə.Bu post Mərakeşə səyahət etməyə hazırlaşan yaxud səyahət etmək istəyən Backpacker-lər (əsasən SOLO) üçündür (Maroc, Morocco, Fez, Merakesh, Mərakeş).ÜMUMİ PRAKTİKİ MƏLUMATLAR:Sim card - ilk iş, mən Inwi məsləhət görürəm, 50 dirhəmə 11 giga və 1 saat danışıq işi görür əgr telefonu kənara qoyub ölkəni gəzmək istəyirsinizsə.Taxi - həmişə hərəkətdə olan taksiyə əl edin, hər şəhərdə eyni rəngdə taxi maşınları var və qiyməti siz deyin, şəhərdaxili hara gedirsiz gedin 20 dirhəmdən çox olmamalıdır (aeroportları çıxmaqla - bəzən kənarda ola bilir aeroport) və hətta bəzi şəhərlərdə eyni qiymətdi hər yerə (Essaouira 7-8 dirhəm).Scam - küçədə heç kimdən heç nə soruşmayın qəti. Kim də nə desə “la, shokran” yaxud “no, merci” kifayət edir uzaqlaşdırmaq üçün əgər çox gəlsələr. Mağazalarda çalışanlardan soruşa bilərsiniz. Əgər kimsə hiss etsəniz ki yaxşılıq etmək istəyir həqiqətən də, öncədən bildirin ki, ona heç bir pul ödəməyəcəksiniz (mənim başıma neçə dəfə gəldi və mən bunu deyəndə onların hamısı dedilər ki “mənim dilimdə “sağ ol” desən bəs edər”)Haggling - hər yerdə qiymət danışa bilərsiniz rəsmən, milli geyim tipli nələrsə almaq üçün ən yaxşısı dərzi + mağaza olanlardı. Hansılar ki qiymətdə daha flexible’dılar enmək üçün. Bir də, mağazaların bağlanan vaxtı daha çox qiymətdə enirlər kimi hiss etdim.Restaurant - hər qiymətə hər cür restoranlar var, amma ən yaxşısı restorana girmədən öncə review check eləməkdi. Çünki zəhərlənmə yaxud ərzaq keyfiyyəti pis olan restoranlar çoxdu və bunu rəylərdə görə bilərsiniz.Language - bəzi postlarda oxumuşdum Mərakeşdə Fransızca danışmaları ilə bağlı, bura gələndə anladım ki, Fransızca bilməyənlər imiş bunların Fransızca danışa bildiyini düşünənlər. Bizdə rusdan ingilisə olan dəyişim kimi (yaşlı cavan nəsil), bunlarda da fransızdan ingilisə dəyişim gedir. Fransızca yaxşı danışan təbəqə universitetə filan getmiş təbəqədi. Hansı ki siz onları küçələrdə çalışan görməyəcəksiniz, gördüklərinizsə “broken french” danışır və danışdıqları ləhçə isə ərəbcələrinin standard ərəbcədən fərqli olduğu qədər fərqlidi Fransadakı fransızdan. Adi rəqəmləri, bahadır, sağa, sola və axtardığınız şeylərin adlarını fransızca öyrənsəniz elə onlar qədər bilmiş olacaqsınız və kifayət edəcək, belə o səviyyədə onsuz da ingilisi də bilirlər ona görə problem olmamalıdır ümumi.Alcohol - barların bəzilərindən başqa demək olar ki. çox yerdə tapmaq olmur. Carrefour’da satılır amma 20:00’da satışı dayandırırlar əksərən və çox bahadı, hətta Belçika qiymətlərindən belə baha idi :)Hashish - Mərakeş Avropa İttifaqının 70% importunu qarşılayır, bütün keyfiyyətlərdə bütün qiymətlərdə tapa bilərsiniz küçələrdə. Chefchaouen hashishi məşhurdur.Security - bütün ehtimallarda, üzərinizdə sizə anında lazım olacaq məbləğdən çox pul, sənəd ya pul qabı gəzdirməməyi tövsiyə edərəm. Əlinizde telefon gəzməməyi, həmişə arxadan kimsə gəlir ya gəlmir yoxlamağı, axşam tək çıxmamağı (ümumiyyətlə qrup yaxud bir neçə nəfər olanda həmişə daha yaxşıdı) tövsiyə edərdim.Rent a car - etməsəniz daha yaxşı əgər yerli biri yoxdursa sizlə, çünki şirkətlər həmişə nəsə tapır əlavə pul almaq üçün. Maşın sürmək fəlakət kimidir. Yol işarələri filan bir çox şəhərlərdə yox vəziyyətdədir.Transport - biletləri ok qiymətlərə ala bilersiniz. Rəsmi website’larından (aşağı əlavə edirem linkləri - website’lar fransızca yaxud ərəbcədi, amma google chrome istifadə edərək avtomatik tərcümə edə bilərsiniz):Train - sürət və normal qatarlar var (hər yerində yox amma). Şirkətin adi ONCF > https://www.oncf-voyages.maBus - avtobus şirkətləri CTM və Supratours > https://ctm.ma ve https://www.supratours.maVisa - Schengen ölkəsi oturumu olanlara çox rahat, online prosesdir və 1 saata göndərdilər e-visani. Digərləri üçün rəsmi website yoxlayın çünki sadələşdirmə prosesi gedir keçən ildən.ÜMUMİ TƏƏSSÜRATLARIM: Super ölkədir. Gəzməyə, görməyə dəyər. Çox mehriban insanlardır. Tarixidir və hər şəhəri digərindən çox fərqlənir həm təbiətinə, həm arxitekturasına, həm də tarixinə görə. Qiymətlər deyilən qədər ucuz deyil (Azərbaycandan bahadır ən azı) sözsüz ki, hansı ölkə ilə müqayisə etmənizə bağlıdır.GETDİYİM ŞƏHƏRLƏRLƏ BAĞLI QISA:EssaouiraBeach city, horse riding və surfing məşhurdu dəniz kənarında. Daha təhlükəsizdir digər yerlərə baxanda. Taxi 7-8 dirhəmdir hər yerə. Aeroportdan şəhərə bus da var, taxi də (taxi daha yaxşıdır, çünki bus qarışıqdır). Accommodation: Beach hostel. Gediləcək bar isə Taros ola bilər, canlı musiqi + alcohol + terrace.MarrakechXaotik amma gözəldir. Bahia üçün guide tutsaz əla olar çox öyrənmək üçün. Badi’ni özünüz də ziyarət edə bilərsiniz. Parklara mütləq gedin. YSL fanısızsa onun muzeyinə gedə bilərsiz. Online alın mütləq çünki sıra çox uzundu (combined ticket ile Majorelle ve Berber museum də görə bilərsiniz >https://www.museeyslmarrakech.com). Gueliz ərazisində gəzməyi unutmayın. Taxi üçün hərəkətdə olanları saxladın, 10-20 dirhəm arası gedə bilərsiniz Medina ilə digər yerlərin arasında. Riad Rouge Marrakech mütləq qalmalı olduğunuz yerdir.Sahara tour MerzougaZagora’ya sahara tour adı ilə aparsalar getməyin qəti. Orada qum təpələri filan yoxdur. Merzouga qışda çox soyuqdu axşam, getsəniz bunu nəzərə alın (mənfiyə düşür və isitmə yoxdur heç harda əgər luxury tour almamısınızsa). 1000 dirhəmə satılan turu biz 700’ə almışdıq danışıb, kontaktı var istəsəniz paylaşa bilərəm. Göy üzü filan super görünür (Milky Way daxil).CasablancaBir günlük görmək olar məscidə bir də bir neçə gözəl yerlərinə görə. Lissabona oxşayır biraz (daha dağınıq versiyası).RabatTəmiz, gözəl, az turist olan, aldatma filan halları çox az olan bir şəhərdir. Bir gün keçirtmək olar.ChefchaouenToy öncəsi gözəllik salonundan yenicə çıxmış cliché Azərbaycanlı qıza bənzətdim bu şəhəri. Estetik olaraq çox gözəldi, amma şəhərin ruhu yoxdur. Şəhəri süni olaraq şəkil çəkdirmək üçün yaradıblar sanki. Hər yer bir-birinə oxşayır və mən 3 gün qalsam da çölə çıxmağa çox da həvəsim olmurdu eyni şeyleri görməkdən bezdiyim üçün. Hiking üçün əla trekler var hansi ki ora ile bağlı mavi sözündən sonra ilk ağlıma gələn onlardı. Baraka hosteldə qalmağa dəyər.FezTarixi şəhərdir və keçmiş paytaxt olub. Burada daha çox yemək bişirmək və hamam tipli aktivitələr edə bilərsiniz. Riad Verus və Medina Social Club əla hostellərdir.Daha detallə ümumi məlumatlar istəsəniz planlamaya kömək məqsədilə bu website istifadə edə bilərsiniz: https://worldofwanderlust.comSON SÖZ:Təhlükə və s. ile bağlı olan cəfəngiyyatlara çox da inanmayın. Dünyanın hər yeri təhlükəlidir ehtiyyatlı olmasanız.Gözlərinizin çekdiyini isə heç bir kamera çəkə bilməz. Telefonu kənara qoyub getdiyiniz yerlərdə gözlərinizlə bütün gözəllikləri mütləq çəkin :)Hər fəsil hər yerdə fərqli gözəldir. Deyilənlərə əsasən, Mart, Aprel, Sentyabr və Oktyabr gözəl aylardır Mərakeşə səfər üçün.Bon voyage!

861 dəfə oxunub

Avstriya, Vyana turu

Vyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.1. Ümumi təəssüratlarım.Vyananı haqqında eşitdiklərimə uyğun olaraq çox gözəl təsəvvür edirdim. Gördüklərimdən sonra da qətiyyən yanıltmadı bu şəhər məni.Rahatlıq, gözəl binalar, saraylar, insanlarda olan alicənablıq, küçələrin təmizliyi, səliqəsi, nəqliyyatın uyumluluğu və sair. Bir sözlə Vyana 'Vyana' idi.2. Gəzib gördüklərim.2 günlük tura nəyi sığışdıra bildiksə onları görməyə çalışdıq. Schönbrunn sarayına elə bir gün sərf olundu. 24 avroluq gəzinti paketi almışdıq (adını xatırlamıram) və həmin paketlə saray ərazisində 5 məntəqəyə giriş şansı var idi - Sarayın öz daxili gəzintisi, Orangerie, Qapalı bağ ərazisi, Labirintlər və Gloriette. Mənim kimi şəkil çəkmək həvəskarı üçün o pula dəyərdi, ancaq sadəcə sarayın xarici ərazisini görmək istəyənlər üçün giriş pulsuzdur. Pulsuz ərazi özü sarayın təxminən 70-80 faiz ərazisini əhatə edir. 2-ci gün Rathausplatz, Hofburg sarayı, Parlament binası, Qızılgül bağı, Stephansplatz kilsəsi, Belvedere sarayı və Luna parka gedə bildik. Hər biri gözəl idi. Yolunuz düşsə mütləq bu yerlərə gedin.3. Məsləhətlərim.Vyanaya gedirsinizsə ən azı 4-5 günlük gedin ki, rahat gəzə biləsiniz. Nordsee restoranına gedin, Paolo Bortolotti dondurmalarını dadın, turistlər üçün şəhər avtobus turlarından istifadə edin. Vyanada olanda təcrübəsiz idik deyə bu turlardan istifadə etməmişdik, ona görə də 2-ci gün görməli yerləri axtarıb tapana kimi çox vaxtımız getmişdi. Gedəsi olsanız 20-25 avronuzdan keçin və rahat şəkildə gəzintinizin dadını çıxardın.4. Nəqliyyat sistemi haqqında.Əsas məsələ)) yerin altında və üstündə 6 xətli, 4-5 mərtəbəli metro xətləri, dəmir yolu, tramvaylar, avtobuslar, maşın yolları, velosipedçilər üçün zolaqlar, piyada keçidləri və bunları birləşdirən ümumi bir cəhət - rahatlıq. Şəhərin demək olar hər bir nöqtəsinə metro gedir. Xətlərin çoxluğuna baxmayaraq xəritə çox sadədir, çətinlik çəkmədən istənilən yerə getmək olur. Metroya bilet 2,20 avro idi səhv etmirəmsə. Maraqlı olan o idi ki, biletləri yoxlayan yox idi. Biz 2 gün ərzində 2 dəfə bilet aldıq. Birincini alıb aparata vurduq, sonra gördük ki, heç kim bilet vurmur (yerli əhali 1 aylıq biletlər alır deyə vurmağa ehtiyac yoxdur). Ona görə 2-ci bileti alanda aparata vurmadan keçdik və 2 gün ərzində özümüzlə gəzdirdik. Yaxınlaşıb yoxlayan olsaydı 'turistik, aparata vurmaq lazım olduğunu bilmirdik' deyə bilmək üçün)) Amma yoxlanılsaydıq bu cavabla cəzadan qurtula bilərdikmi onu bilmirəm, cəza da nə az, nə çox 60 avrodur.Digər məsələ dəqiqlikdir. Əgər biletinizdə 09.03, 10.24 və sair, nə yazılıbsa dəqiqliklə həmin vaxtda orada olun. Bakıdakı kimi heç kimin göz yaşlarına baxmırlar, avtobusa 1-2 dəqiqə gecikmə ilə çatdınızsa, gözünüzün qabağında avtobusunuz getdisə, arxasınca əl eləməkdən başqa çarəniz yoxdur, necə ki, bizim başımıza gəldi (( Alman dəqiqliyi hər yerdədir.5.Bəyənmədiklərim.Bura nəsə yazmış olsam, günah etmiş olaram. Vyananın bəyənilməyəsi bir yanı yoxdur. Sadəcə atlardan gələn qoxular diskomfort yaradırdı. Bir də bahalıq.... O da avstriyalıların günahı deyil, sadəcə biz 'kasıbıq'))6. Gələcəkdə etmək istədiklərim.Dəfələrlə və dəfələrlə Avstriyaya getmək... Vyana zooparkını gəzmək, yerli yeməklərdən dadmaq, Vyanada gecə gəzintisinə çıxmaq, Lunaparkdakı bir çox attraksionlardan istifadə etmək, Hallstatt, Salzburq və digər şəhərləri gəzmək. Qismət olar, ya olmaz onu bir Allah bilir. Mənə ümid edib dua etmək düşər Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nərgiz Müzəffərova

2154 dəfə oxunub

A-dan Z-yə Tanzaniya (Part 3)

Ngorongoro, Tanzaniya III Afrikada safari. Aruşada qaldığımız The Charity Hotel-dən səhər tezdən saat 05.00-da yola çıxdıq. Yol o qədər gözəl idi ki, Serengeti, Ngorongoro, gərgədan, fil, antilop, aslan yaddan çıxmışdı, ancaq təbiətin gözəlliyinə baxırdıq. Təxminən iki saat sonra Lake Manyara Milli Parkına açılan gözəl mənzərəsi ilə tanınan və Masai qəbilələrinin evləri şəklində tikilən Panorama Safari Camp-a gəldik. Kampın çox böyük ərazisi var və təbiətin tən ortasında yerləşir. Həm də əsas böyük Milli Parklara gedən qrupların başlanğıc yeridir. Sanki National Geographic TV-nin içində idik. Burada ayrı-ayrı qruplar birləşib səhər yeməyi yedikdən sonra Serengeti, Ngorongoro və Lake Manyara-ya döğru yola çıxırlar. Biz də sürücü-bələdçimiz, iki çex və iki fransızla birlikdə safari avtomobilimizlə Ngorongoro kalderasına doğru yola çıxdıq. Yola çıxmadan əvvəl kampın ərazisinə 30 nəfərlik babun ordusu hücum etdi, zibil qutularında və ətrafda yeməli olan hər şeyi apardılar. Artıq insanın heyvanlara hökm edə bilmədiyi yerdə olduğumuzu anladıq. Təxminən 1 saatlıq maraqlı yoldan sonra ərazisi bizim 10 rayonumuz qədər olan Milli Parka çatdıq. Ərazi sıx və nəhəng ağacları olan ekvatorial meşəliklərlə başlayır, təxminən 35 dəqiqə sonra kaldera görünür. Bu bəlkə də bir insanın həyatı boyunca görəbiləcəyi ən gözəl təbiət mənzərəsi idi. Əvvəlcədən bizə verilən durbinlərlə baxmağa başladıq. Aşağıda “Lake Magadi” gölü ətrafında otlayan minərlə antilop, zebra sürüləri, aslanlar, gərgədanlar, hippoptamlar və adlarını bilmədiyim digər heyvanlar görünürdü. Qısa fasilədən sonra bu dəfə üzüaşağı kraterə doğru 600 metr aşağı düşdük. Əvvəlcə meymunlar, meşənin ortasında tək otlayan böyük bir fil, sonra çöl donuzu ailəsi gördük. Gölə yaxınlaşdıqca minlərlə antilop, tompson, eland, zebra sürüləri ilə qarşılaşdıq. Sürülərin içindən keçirdik və heyvanlar qaçmırdı. İstədiyimiz qədər şəkillərini çəkdik. Bəziləri sığallaya biləcəyimiz qədər yaxınlaşırdı. Sonra qarşımıza ova hazırlaşan çita çıxdı. Əvvəlcə antiloplara, sora isə “tompson”lara yaxınlaşdı, lap yanımıza qədər gəldi, ancaq deyəsən tox idi, dramatik ov səhnəsini görə bilmədik. Aslanları isə yüksək yerdə ov yeməklərini yeyib dincələrkən gördük. Gölün ətrafında tək ov edən aslanı da müşahidə edə bildik. Kaftarlar, çaqqallar isə hər yerdə idi. Lake Magadi gölünün lap yanına çatanda birdən-birə hər yer ağ-qırmızı rəngə boyandı. On minlərlə flaminqo. Bu mənzərədən ayrılmaq çox çətin idi. Flaminqoların arasında isə böyük hippoptamlar (begemont) bataqlıqda dincəlirdilər. Daha sonra yaşlı fillərin bol olduğu əraziyə gəldik. Bələdçinin dediyinə görə fillər buraya son günlərini keçirmək üçün gəlirmiş. Bu haqda sənədli film də var. Həqiqətən də fillərdən biri lap yaxınımıza gəldi, çox qocalmışdı, dərisi, xortumu tamamilə qırışmışdı. Sonra iri Afrika kəllərinin (African buffalo) və gərgədanların otladığı ərzilərə gəldik. Bu heyvanların qorxusundan ətrafda aslan, çita görünmürdü. Xallı kaftarlar isə fürsət gözləyirdilər. Hər tərəf tanımadığımız tanımadığımız gözəl səslər çıxaran və rəngarəng quşlarla dolu idi. Katib quşu, boz taclı quş, ət yeyən müxtəlif böyük quşlar isə lap yanımıza qədər gəlirdilər. Günorta saatlarında bizim kimi digər qruplar da Ngoitokitok gölünün yanında piknik etmək üçün toplaşır. Biz yemək yeyərkən göldə begemontlar üzür, ətrafımızda antiloplar, zebralar otlayır, yuxarıda isə vəhşi quşlar yeməklərimizi əlimizdən almaq üçün uçuşurdular. Bir anlıq boşluqdan istifadə edən bir quzğun Parviz-in yeməyini əlindən alıb apardı. Böyük bir marabu quşu isə bizdən qorxmadan yanımıza gəlib yemək istəyirdi. Axşama doğru Milli Parkın çıxış qapısına yaxınlaşdıq. Bələdçi çıxış üçün aşağı düşməli idi və bizə bərk-bərk tapşırdı ki, pəncərələri açmayın, özü isə örtmədən aşağı düşmək istəyirdi ki, bir neçə saniyə ərzində ətrafımız onlarla babun mühasirəyə aldılar. Böyük bir babun içəri girdi, sürücünün çantasını əlindən aldı, yeməli şeyləri götürdü, çantanı da adamın təpəsinə çırparaq uzaqlaşdı. Biz isə əvvəl heç vaxt duymadığımız gözəl hisslərlə Afrikanın İsveçrəsi-Aruşa şəhərinə doğru yola çıxdıq. Məni Instagram-da və YouTube-da izləyə bilərsiniz: https://www.instagram.com/elshan_travelblogger/https://www.youtube.com/watch?v=t6Vm7GDdLzo&t=97s#uçmaqüçündoğulanlar #evisatanzania #safari #klimancaro #visittanzania #borntotravel #tanzania #arushatanzania #zanzibar #serengetinationalpark #ngorongoro #tarangire #lakemanyara #kilimanjaro #Africa #africasafari #rhinos #hippopotamus #Lions #elephant #cheetah #buffalo #antelope #hyena

800 dəfə oxunub

Yer kürəsi üzərindəki əcaib planet - İslandiya

"Buzların və alovların ölkəsi" - İslandiyanın devizi, bu ölkənin təbiətinin malik olduğu kontrastı və həmin kontrastın yaratdığı möcüzələri bir cümlədə ifadə edir.Üzəri buzlaqlarla örtülü vulkan krateri - alovun üstünü örtən buz; qayaların arasından, dağların yamacından axan bol sulu, bəzən dəniz mavisi rəngində, bəzən güclü və palçıqlı, bəzən sakit və həzinli axan şəlalələr; yerin dərinliklərində qaynayıb 40 metr yüksəkliyə fışqıran qeyzerlər; teknonik plataların ayrılma xəttlərini öz gözlərinizlə görə biləcəyiniz parklar, çaylar; min illər boyunca ağır buz kütlələrinin altında sıxılmış mas-mavi aysberqlərin üzdüyü göllər; lavaların yaratdığı yüz hektarlarla ərazi və həmin ərazidə yenicə əmələ gəlmiş mamır təbəqəsi; qütb parıltısı kimi insanı heyrətə gətirən təbiət hadisəsinə heyranlıqla tamaşa etmə imkanı verən gecə səması; saatlarla yorulmadan, zövq ala-ala maşın sürə biləcəyiniz yollar; Atlantik okeanının vəhşi dalğalarının yaratdığı uğultu; nağılvari mağaralar içindəki qap-qaynar hovuzlar - bütün bunların hamısını bir həftəyə yaşamaq istəyirsinizsə, İslandiyanı növbəti səyahət planlarınıza daxil edin.Gələk hər kəsi maraqlandıra biləcək suallara:1. Bilet neçəyədir ?Digər avropa ölkələrinə nisbətən İslandiyaya biletlər daha bahadır. Almaniyadan gediş-dönüş hardasa 250-300 avro ətrafındadır.2. Hansı viza lazımdır?İslandiya Avropa Birliyində olmasa da, Schengen vizasını qəbul edir. Dəqiq məlumatı internətdən ala bilərsiniz.3. Hotel qiymətləri necə?Hotellər, hətta hostellər belə həddindən artıq bahadır. Ona görə də ən optimal variant özünüzlə çadır götürüb camping etməkdir.4. Necə səyahət etmək olar? İctimai nəqliyyat necədir?Paytaxt Reykjavikdən başqa digər yerlərdə nəqliyyat çox pisdi. Gəzməli yerlər isə məhz əsasən paytaxtdan kənarda, Ring Road (dairəvi yol) dedikləri ölkə sahili boyunca dövr ədən yolun ətrafındadı. Yolun uzunluğu hardasa 1400km-dir.Üstəlik, ölkə əhalisi 400 min nəfərdən də azdır. Ərazisi isə Azərbaycandan da böyükdür. Ona görə də ən yaxşı seçim, maşın kiralayıb onunla səyahət etməkdir. Çalışın mütləq SUV və 4x4 maşın götürün, çünki əsas yollardan biraz qırağa çıxsaz bərbad halda olan torpaq yollarla maşın sürməli olacaqsınız. Maşını hardasa günü 120-150 avroya kiralamaq mümkündür. Hətta istəsəniz RV də kiralaya bilərsiniz. Mən bir də getsəm, yəqin RV kiralayaram.5. Qiymətlər necədi?İslandiya həddindən artıq bahalı ölkədi. Yeməyi özünüz bişirməsəz, gün ərzində rahat adam başına 70 avrodan çox yeməyə xərcləyə bilərsiniz. Ən ucuz pizza 23 avroyadı. Özünüz bişirsəniz, günü 15-20 avroya yola vermək olar.Əlavə olaraq deyim ki, bütün ləvazimatlarınızı özünüzlə gətirin. İsti paltar, isti və su keçirməz hiking ayaqqabıları, çadır, sleeping bag, bişirmək üçün camping equipmenti (amazondan, ebaydən 30-40 avroya full set ala bilərsiniz) özünüzlə gətirin. Internetdən 20-30 avroya ala biləcəyiniz camping equipmenti sizə burada 80 avroya kiraya verəcəklər.İsti paltar məsələsinə xüsusən diqqət edin. Yayda Google-un verdiyi hava məlumatı sizi aldada bilər. Gecələr həddindən artıq soyuq keçə bilir. İsti paltarınız olmasa bir günə xəstələnə bilərsiniz. Qışda isə, professional səyyah deyilsinizsə İslandiyaya gəlməyiniz heç məsləhət deyil. Həddinən artıq sərt təbiəti var. Yollar buz bağlayır, tufan və qasırğalar maşınınızı sıradan çıxarda bilər.6. Camping qaydaları:İslandiyada camping üçün xüsusi yerlər var (camping grounds). Qanunən istənilən boş ərazidə camping etməyə icazə verilsə də (maşını offroad sürməmək şərti ilə, hansı ki qətiyyən qadağandı), turistlərdən camping groundlarda qalmaları xahiş olunur (ya da yumuşaq şəkildə tələb olunur). Bu camping groundlarda qalmaq haqqı gecəsi adam başına 15-20 avro arası dəyişir.7. Bir həftə vaxtım yoxdursa necə?Əgər vaxtınız çox azdırsa, Ring Road-a alternativ olan, 1-2 günə gəzə biləcəyiniz Golden Circle yolunu seçə bilərsiniz.Ən sonunda, bu möcüzələr ölkəsi İslandiyaya birlikdə səyahət etdiyimiz dostum Alakbar-ə də bişirdiyi ləzzətli yeməklərə görə də təşəkkür edirəm  (www.instagram.com/alekperos/)p.s. Çəkdiyim şəkilləri https://500px.com/ahmed_rnt səhifəsindən izləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ahmed Ahmedov 

1603 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!