213 dəfə oxunub

Balkanlarda maşınla səyahət edənlərə tövsiyyə

Balkanlarda maşınla səyahət edənlərə bir tövsiyyəm var. Əsla və əsla gecə yola çıxmayın. Bir neçə gün əvvəl Albaniyadan Monteneqroya maşınla gedərkən gecə saat 1-ə doğru SKM-ə gedən yola çıxdım. Yol meşəlik ərazidən keçirdi və məndən başqa demək olar heç kim yox idi yol boyu. Bu anda qarşıdan iki maşın arda arda çox sürətlə, bəlkə də 120-130 sürətlə yanımdan keçdilər, sadəcə yarışdıqlarını düşündüm. Biraz irəliləyəndə qarşıda polis formasında iki şəxs dayanmışdı yolun kənarında, ama polis maşını görünmürdü. Dayandıqları yer yol kənarındakı "P" yazılan qəza vəziyyətləri üçün ayrılmış yer idi, yaxınlaşanda əllərində fənərlə üzümə tutub saxlamaq əmri verdilər. Bu anda birinin saqqallı və şalvarının sadəcə qara cins şalvar olduğunu və ağaclığın içinə doğru bir yerdə gizlədilmiş maşın gördüm. Tam yanlarına çatanda özlərini maşının qarşısına atıb məcburi şəkildə saxlamağımı istədilər, sürəti azaldıb daha diqqətli baxmaq və həqiqətən polis olub olmadıqlarına baxmaq istədim. Qışqıra qışqıra dayanmağımı istədilər, biri maşının sol tərəfinə digəri isə sağ tərəfinə keçdi.Tam saxlayırdım ki, fikrimi dəyişib qaza basdım və sürətlə uzaqlaşdım. Dedim, əgər polisdilərsə arxamdan mütləq gələcəklər, amma gəlmədilər. Uzaqdan qarşıdan gələn bir maşın gördüm, işıq və əllərimlə hərəkət edərək saxlamağını istədim. Çatana yaxın sayrışan işıqları açıb polis olduqlarını bildirdilər. İki polis idi, biri ingiliscə danışa bilirdi. Onun da üzü saqqallı idi. Nəyə görə dayandığımı soruşanda ona təxminən 2 km geridə gördüklərimi, onlardan qaçdığımı və orda polis reydinin olub olmamasını soruşdum. Orda polis yoxlaması olmadığını və hazırda elə bir adamları tapmaq üçün yola çıxdıqlarını dedilər. Danışıqlarında çox şübhələr hiss etsəm də nəticədə polis idilər və heçnə deyə bilməzdim. Mən gözlədim ki, məndən həmin yeri soruşsunlar və göstərməyimi istəsinlər, amma bunun yerinə sadəcə başqa bir istəyimin olub olmadığını və gedə biləcəyimi dedilər. Üstündən biraz sonra yolun sağında bir benzindoldurmada dayandım. Kofe aldım və siqaret çəkmək üçün maşının yanına gələndə bir boz rəngli VW Golf gəldi, iki adam düşdü və adamın birinin dəqiqliklə həmin o feyk saqqallı polis olduğunu gördüm. Formasız idilər və saqqallı olan qara cins şalvarda idi. Diqqətlə mənə baxıb maşına minib tez qaçdılar ordan. Deyəsən o da məni xatırlamışdı. Heç bir yerə tərpənməyib səhərə qədər benzinlikdə maşının içində səhərin açılmasını gözlədim. Təxminən bir saat sonra həmin maşın yenə gəldi, tam saxlayanda yenə məni görüb çıxdı ordan. Səhər açıldı, yoluma sağ-salamat davam edib gəldim. Bolqarıstandan Bosniyaya onsuz da təhlükəsiz deyil, amma xüsusilə Albaniya, Makedoniya və Serbiya ərazilərində çalışın, gecə maşınla səyahət etməyin. Meşəlik ərazilərdən keçən yollardan çəkinin və ödənişli avtobanlarla getməyə çalışın. Bir də, bu "Google Map" illətinə çox güvənməyin.
Paylaşan Ali Orujov
Tüm ifadeler:
1 B

DİGƏR BLOQLAR

700 dollara Avropaya 21 günlük səfər

Dostlar, söz verdiyim 21 gün Avropa səfərimin detallarını yazmağa çalışacam. Əvvəla qeyd edim ki, ümumilikdə 700 dollar xərcim çıxıb. Buna bütün biletlər, sənədləşmə, qalacaq yerlər və yemək daxildir.  Çexiya, Polşa, Slovakiya, Avstriya, Macaristandan və gediş-gəliş yeri Gürcüstandakı şəhərlər də daxil olmaqla 12 şəhərdə oldum. Bu barədə deyiləcək sözlər çox olacağına görə  hissə-hissə paylaşmağı düşünürəm. Gəlin başlayaq. Necə oldu ki, bu səfəri etmək qərarına gəldim?Avropaya getmək həmişəki arzum olub, əvvəllər bir neçə dəfə Gürcüstan, Türkiyə, Belorusiya və UK də olmuşam amma bunların hamısına qrup şəklində ən az 5 nəfər ilə və hər şey planlaşdırılmış şəkildə getmişəm. Müxtəlif təlimlər, seminarlar və s hər zaman təşkilatçılar tərəfindən hər bir detalına qədər planlaşdırılıb. Amma bu dəfə elə olmadı.Polşanın Poznan şəhərində yerləşən Adam Mickieviç universiteti və Amerikanın Stonybrook universitetinin ortaq layihəsi olan  ‘News Literacy’ yəni Media savadlılığı təlimində iştirak haqqı qazandım. (Layihə haqqında ətraflı məlumat yaxud necə seçilməyimi bilmək istəyirsizsə, şərh böməsində qeyd edərsiniz, əlavə post paylaşaram)  Layihə 8-12 iyul 2018 ci il tarixlərində Poznan şəhərində keçirilirdi. Və mən təşkilatçılardan xahiş etdim ki, dəvət məktubumdakı günləri bir az daha uzun göstərsinlər ki, mən başqa ölkələri də gəzə bilim. Visa üçün müraciət edən zaman bir çöx sənədlər tələb olunur ki, bunlardan başlıcası qalacağın yer ilə bağlı yerdi. (Burdan Visa ilə bağlı mövzulara girsəm yenidən mövzu uzanacaq deyə maraqlıdısa sizə əgər visa proseduru şərhlərdə qeyd edərsiz, əlavə bir post da o barədə paylaşaram)Uzun sözün qısası, vizamı 21 günlük aldım və səfərimə hazırlaşmağa başladım. Mən seçilmək xəbərimi eşidən kimi ilk etdiyim iş bilet almalq idi ki, bu da səhvdir, diqqətinizdə olsun belə etməyin. Xüsusilə Wizzair kimi loW cost uçuşları çox ucuz olduğuna görə bileti aldıqdan sonra qaytarmaq mümkün deyil. Bakıdan Polşaya birbaşa uçuş baha olduğuna görə mən Gürcüstanın Kutaisi şəhərindən getməyi seçdim. Kutaisi- Praqa biletini 80$ a 3 iyul tarixinə aldım. Ona görə dəvət məktubu və visa məsələlərini bu tarixə uyğunlaşdırmaq üçün bir balaca çətinlik çəkmişdim, amma xoşbəxtlikdən  bütün problemlərhəll oldu. ^_^3 iyul- 21 iyul tarixlərində Şengen zonasında aşağıdakı şəhərlərdə oldumPraqaBrnoPoznanGdanskSopotWroclawBratislavaVyanaBudapeşt+Tbilisi, Kutaisi, BatumiMənə görə səfərin ən çətin tərəfi planlaşdırma hissəsidir. Hər bir sənədin düşünülməsi, vaxtın düzgün bölünməsi, transportlar arası vaxtın əlaqələndirilməsi, qalacaq yerlərin tapılması və s. Qısaca belə ucuz səhayətimin altında yatan əsas tipsləri qeyd edim.Yalnız uzun məsafədəki səhayəti təyyarə ilə etdim. Gürcüstan- Çexiya ( 80$), Macarıstan- Gürcüstan( 70$) olmaqla 150 $Çoox nadir hallarda restoranda yemək yedim. Əsasən fast food, yolüstü atışdırmalıq qidalar, və mağazadan alıb evdə bişirməklə yemək yeyirdim.Qaldığım yerlərin əksəriyyəti şəhərlərdəki dost-tanış, bəzi hallarda isə Couchsurfing saytından tapdığım hostların evində qaldım. Cəmi iki gün hosteldə qaldım. Birinci Tiflisdə, ikinci isə Praqadakı couchsurfingdəki hostum hosteldə işdə oluğu üçün bir gecəsinə 15 avro verdim. O 15 avronu hələ də unuda bilmirəm ))Alış-veriş həvəskarı olduğum üçün bəzən çox çətinlik çəksəm də, lazım olmayan geyim və s. uzaq dursanız, əmin olun daha az xərciniz çıxacaq.Bilet aldıqda diqqətli olun. Avtobusa geciksəniz əlavə xərc çıxır, Wizzair üçün əvvəlcədən özünüz check-in etməlisiz. Səyahət boyunca etdiyim ən böyük səhvlərdən biri də bunu unutmağımdır. Macaristan- Kutaisi təyyarısinə qaça-qaça çatdıqca məlum oldu ki, bir gün öncədən online check in etməyi unutmuşam və əlavə 45 avro ödəməliyəm buna görə. Gedəcəyim son nöqtə olduğuna görə cibimdə cəmi 10 dollar qalmışdı və dostum orda olmasa yəgin ki, ödəyə bilməyəcəkdim uçuşu itirəcəkdim və növbəti gün visa-dan əlavə bir gün qaldığım üçün deportasiya olacaqdım. Bunları orda işləyən operatora nə qədər izah etdimsə də, dinləmədi və tam Kərəmi ağlamaq tutmuşdu ki, Budapeştdəki dostum xilas etdi. Sözümün canı odur ki, online check-in etməyi unutmayın, imkan varsa üstünüzdə əlavə pul saxlayın, və yaxşı dostlarınız yanınızda olsun hər zaman ))Hələ ki, deyəcəklərim bu qədər. Növbəti postda, səfərin Bakı -Tiflis hissəsindən başlayacam yazmağa ) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulker Eldarqizi 

1146 dəfə oxunub

Qırmızı damlı evlər şəhəri – Praqa + Kutna Hora

Praqadkı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Təxmini bir ay idi yeni yazı yazmırdım, iş-güc, dəsrlər imkan vermirdi. Nəhayət bu yazını yazmaq üçün vaxt tapdım. Yəqin ki, “Nağıllar aləminə” bənzər şəhər klişe ifadəsini deyəndə hamının ağlına bir şəhər gəlir – Praqa. Oranı səyahət edən, etməyən, şəkillərdən, videodan görən hər kəs üçün, Praqa – nağıllar aləmidir.Deyir söz vaxtına çəkər, elə keçən il bu vaxtlar idi Praqaya gedəndə, daha doğrusu may ayının 4-ü. Səhər saat 6-da Budapeştin Nepliget avtobus stansiyasından holland qrup yoldaşım ilə yola düşdük Praqaya. “Səni bildik, biz necə gedə bilərik ora?” sualını verdiyinizi eşidirəm ???? Bakıdan Praqaya ən az xərclə və rahat yollardan biri, WizzAirlə Budapeştə uçub buradan da qatar və ya avtobusla Praqaya getməkdir. Budapeştdən Praqaya qatar da, avtobus da hardasa 7 saata gedib-çatır. Həm qatar, həm də avtobuslar çox rahatdır. Qatarların için restoran kupesi var, istədiyiniz hər şeyi  ala bilərsiniz. Avtobus isə, Slovakiyanın paytaxtı Bratislavada və səhv etmirəmsə Çexiyanın Brno şəhərində 2 dəfə dayanır. Və yaxud da öncədən sendviçinizi, suyunuzu alıb çantanıza qoya bilərsiniz.Ya da Praqada harada qalmalı sualına gəldikdə? Praqanın mərkəzi və gəziləcək görüləcək yerlər bir-birinə yaxın olduğundan mərkəzə 10-15 dəqiqəlik piyada məsafəsində yerləşən ucuz hostellər tapa bilərsiniz. Və yaxudda AirBnbdən istədiyiniz xüsusiyyətlərə malik evlərdən birini seçə bilərsiniz. Biz mərkəzdən 10 dəqiqə piyada məsafəsində yerləşən Chili hosteldə qalmışdıq. 2 nəfərlik otaqda, 2 gecə üçün 52 avro ödəmişdik, 1 adam üçün bir gecəsi 13 avro. Hostel sosyallaşmaq imkanının bu dəfə də bizdən gizlətməmişdi, bu şəkildə gördüyünüz qəribə geyimli, 20-ci əsrin əvvəllərinə aid film aktrisalarına bəzəyən alman əsilli Avstraliya vətəndaşı Noradır, hosteldə tanış olmuşduq və Praqanı demək olar bir yerdə kəşf etmişdik.Praqada nə yeməli? Sualının cavabını açığı özüm də dəqiq bilirəm, çünki mərkəzi yerlərdə, turistik məkanlar olduğundan dünya mətbəxindən yeməklər daha çox olur, çex yeməkləri isə donuz əti çox istifadə olunduğundan həddən artıq yağlı olur. Nə içməli? sualına gəldikdə, yəqin ki, şübhəsiz ilk ağla gələn məşhur çex pivəsi olur. Pilsner Urquell ən məşhur və yaxşı çex pivələrindən hesab olunur. Bundan başqa hər bir restoranın özünün hazırladığı xüsusi pivələr var ki, onların da dadına baxmaq olar. Məsələn, biz 6 rəngdə müxtəlif dadda olan əlişi pivələrin dadına baxdıq. Praqa dedikdə yada düşən 2-ci içki isə təbii ki, Absinthedir. Bu Praqaya gəlmişəm, azı yarım litr Absinthe içəcəm deməmişdən qabaq bir daha fikirləşin məncə, alkoqol miqdarı, çox olduğundan (45-75 dərəcə arası dəyişir), çalışın özünüzdən muğayat olasınız :). Gəldik ən çətin sual olan “Praqada haraları gəzmək sualına?”. Ona görə çətin ki, Praqada hər bir bina, hər bir heykəl, hətta küçədəki hər bir daş tarix qoxur. Gəzəndə bilmirsən Praqanın ətrini duymaq üçün aşağı baxasan ya yuxarı?! Yenə də gəzib gördüyüm, baş çəkdiyim yerlərdən çalışacam sizlərə də məsləhət olan əsas yerləri bu yazıda göstərim. Di sayyah səyahətdə gərək ????İlk dayancağımız, daha doğrusu turumuzun başladığı nöqtə Municipal House (Bələdiyyə və ya hökümət evi) oldu. Burada 1918-ci ildə o vaxtkı Çexoslavakiya Resbuplikası elan olunub. Küçə ilə irəlilədikçə sağda Powder Tower görsənir. 1475-ci ildə tikilən bu qara rəngli qotik bina şəhəri giriş qapılarından biri olub. Bu yolla irəliləyib gələcəksiniz, Qədim şəhər meydanına. Bütün şəhərlərdə olduğu kimi Praqada da ən turistik məkan məhz Old Town Square və ya Qədim şəhər meydanıdır.Şəhər meydanının 4 bir tərəfi gözməli, arxitektur binalarla əhatələnib.  Yaz-yay aylarında meydanda tez-tez canlı musiqi konsertləri təşkil olunur, bəxtiniz gətirərsə, sizə də rast gələ bilər. Meydanda durarkən 2 hündür qülləsi olan tamamilə Disney qəsrlərinə oxşayan Tyn və ya Məryəm Ana kilsəsini görəcəksiniz. Kilsə çox hündür olduğundan demək olar şəhərin hər yerindən görsənir, əgər yolunuzu azsanız ki, bu yaxşı şeydir yeni şəhəri kəşf etmək üçün ???? kompas kimi Tyn kilsəsindən istifadə edə bilərsiniz. Kilsəni görmək üçün ən yaxşı vaxt günortadan sonra hava tam qaralmamışdır, el dili ilə desək qaş qaralanda. Hava qaralmağa başlamış, kilsənin işıqları yandırılır və budur qarşınızsa əsrarəngiz bir mənzərə. Qədim şəhər meydanında mütləq baş çəkilməli olan yer isə Astronomik saatdır. Dünyada işlək vəziyyətdə olan yeganə astronomik saatdır bu. Saat hər saatın tamamında zəng çalır və divardan çıxan müxtəlif fiqurlar oynaya-oynaya yenidən divardakı digər qapıdan içəri daxil olurlar. Saatın tamamına 15 dəqiqə qalmışdan artıq turistlər məkanın qabağına yığışırlar.Astronomik saatı gördükdən sonra, meydandakı House at the Minute binasına baş çəkmək olar. Bina başdan ayağa qədim Yunan əsatirlərindən olan hekayələrin qrafitiləri ilə bəzənib. Burdan sonra isə yolumuzu salırıq Praqanın göz-bəbəyi, simvolu olan Çarlz körpüsünə. Körpü Vltava çayı üzərindən keçir və üzərində 30a yaxın heykəl var. Heykəllər xristianlıqdakı müqəddəsləri təmsil edir. Bəzi heykəllərin üzərində qızılı yerlər görəcəksiniz. Diqqətlə baxsanız qızılı yerin kənarlarının qapqara olduğuna şahid olacaqsınız. Bu yerlər dəydikcə sürtünərək qızılı rəngə boyanıb. Bu yerlərə toxunan zaman arzuladığın arzuya çatacağına inanılır, hər ehtimala yoxlamaq olar yəqin ki ????Körpüdə müxtəlif küçə musiqiçiləri ifalar edir, rəssamlar şəkil çəkir və suvenir satanlar maqnitlərini satırlar. Körpünü keçəndən sonra sağda Franz Kafkanın Muzeyi yerləşir. Praqada bir neçə Franz Kafka Muzeyi adında muzey olsa da əsl olanı məhz budur. Çarlz körpüsündən sağa dönəndə. Yox əgər körpüdən 1-2 küçə sola irəliləsəniz əfsanəvi the Beatles qrupunun üzvü John Lennonun adını daşıyan divara rast gələcəksiniz. John Lennon divarı başdan ayağa  qrafitilərlə bəzədilib və demək olar ki, hər gün köhnə qrafitilərin üzərinə yeniləri çəkilir. Hərdən çex gənclər bu divarın önündə durub John Lennonun mahnılarını oxuyaraq küçə musiqiçiliyi edirlər. Bəxtiniz gətirsə bax bu videodakı kimi, siz də John Lennondan bir şey dinləyə bilərsiniz.Təpənin üzərindəki parka çıxan pilləkənlardən birində Komunizm qurbanlarının ruhuna ithaf olunmuş heykəlləri görə bilərsiniz. Təpənin üzərinə çatdıqda isə Parisdəki Eyfel qülləsinin oxşarı olan Petrin qülləsini görə bilərsiniz. Qüllədən 10 dəqiqəlik piyada məsafəsində Praqa Qəsri yerləşir. Qəsr qədim qəsrlər arasında ən böyüyüdür. Qəsrdə Prezident sarayı yerləşdiyindən, qəsr yerindən 1sm belə tərpənməyən və gözlərini qırmayan, Koroğluya bənzər bələdçilər tərəfindən qorunur. Hər saatın tamamında bələdçilərin təntənəli yer dəyişimi olur, turistlər tərəfindən kifayət qədər maraqla qarşılanan hadisələrdən biri də məhz bu növbə dəyişimidir. Qəsrin yaxınlığında digər maraqlı arxitektur bina Müqəddəs Vitus Katedralı yerləşir.Katedraldan keçib, Rampart bağlarına baş çəkə bilərsiniz. Yolüstü Wallenstein saray bağlarına da baş çəkmək məsləhətdir. Saray bağında müxtəlif quşlara, xüsusilə də tovuzquşlarına rast gəlmək olar. Oradan isə Letna park və yaBeer Garden deyilən yerə gedə bilərsiniz. Bura Praqanın ən hündür yerlərindən hesab olunur və şəhərə gözəl mənzərə açılır. Eyni zamanda burada acmısınızsa buradakı kiçik kafelərdə kəmərin altını bərkidə bilərsiniz.Bundan başqa rəqs edən binalar (Dancing buildings) kimi tanınan binaları görmək istəsəniz, Vltava çayının Old Town olan hissəsində çayın sahili ilə irəliləməlisiniz. Demək olar bütün şərqi Avropa ölkələrində olduğu kimi, Praqada da yəhudi məhəlləsi var. Məhəllədə maraq çəkəcək şeylər, Sinaqoq və qədim qəbirstanlıqdır. Sinaqoq və qəbirstanlıq nə qədər ciddi, kədərli yerlər olsalar da hər ikisinə girişin pullu olması adama bir o qədər gülməli gəlir.Praqa turumuzun 2-ci günü, Praqadan 1 saatlıq məsafədə yerləşən Kutna Hora qəsəbəsinə getməyi qərarlaşdırdıq. Mərkəzi dəmir yolu vağzalından biletlərimizi alıb, köhnə qatarlara minib yola düşürük. Kutna Horanı məşhur edən orada yerləşən Sedlec Ossuary kilsəsidir. Kilsəyə kənardan baxanda adi normal kilsədir, amma içəri girdiyinizdə hər şey dəyişir. Kilsənin içərisi 40 000 insan sümüyündən dekor edilib. Kilsənin yerləşdiyi Sedlec monastrının həyətinə 13cü əsrdə baş rahiblərdən biri Qüdsdən torpaq gətirərək səpir. O zamandan sonra kilsə müqəddəs ərazi hesab olunur, bütün mərkəzi Avropanın camaatı burada dəfn olunmaq istəyir. 14cü əsrdə vəba xəstəliyindən, 15ci əsrdə isə müharibə nəticəsində bir xeyli adam həlak olur və ölələrin çoxusu burada basdırılır. Məzarlığın ərazisi xeyli böyüdüyündən, ərazini kiçiltmək üçün qəbirlərin bir xeylisi qazılır və sümüklər çıxardılaraq piramida kimi kilsənin içərisinə yığılır. 19cü əsrdə şahzadə Schwarzenberg monastırı alır və saxsı ustası Rinkə buranı dekor etməyi tapşırır. Usta da əlindən gələnin ən yaxşısını edib, belə bir möhtəşəm iş çıxardır ortalığa. Kilsənin içində insan sümüklərindən Schwarzenberglərin gerbi, bakal, çilçıraq və s. düzəldilib.Kilsəni qeyri-adi hisslərlə tərk edib axşam tərəfi yenidən qayıdırıq Praqaya. Qayıdırıq ki, səhərisi gün yenidən özümüzü ataq tarix qoxan küçələrə və özümüzü verək çex pivəsinə.Son olaraq Praqada gəzməli yerlər barəsində verəcəyim son məsləhət isə Praqanın bütün küçələridir. Özünüzü hosteldən, evdən atın Praqanın küçələrinə, dar, enli, küçələri, dalanlar gəzin, binaların üzərinə baxın. Hər yerdə yeni bir arxitektura nümunəsi, yeni bir tarix görəcəksiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

3221 dəfə oxunub

Kutaisiyə getməyin yolları

Bu il WizzAir Kutaisi aeroportunda Avropanın 19 şəhəhərinə birbaşa reyslər edəcək. Reyslərin qiymətinin əlverişli və birbaşa olması Azərbaycan vətəndaşlarını bu aeroportdan uçmağa sövq edir. Məndən ən çox soruşulan suallardan biri də Kutaisiaeroportuna getməyin yollarıdır. Bu dəfə sizə Bakıdan Kutaisi aeroportuna getməyin ucuz və qısa yolları haqqında danışacam. Hər şeydən əvvəl uçuşun vaxtına nəzər yetirmək lazımdır. Mən uçuşları iki yerə bölürəm, günorta 13:00-a qədər olan və 13:00-dan sonra olan uçuşlar.Düşünürəm ki, o bloqun “Qatar/Taksi” hissəsi sizə çox lazım olacaq.13:00-A QƏDƏR OLAN UÇUŞLARBu halda tövsiyyə edirəm ki, uçuş günündən 1 gün əvvəl Tiflisdə olasınız. Misal üçün, uçuşunuz 11 fevral saat 11:00-dırsa 10 fevralda artıq Tiflisdə olmalısınız. Georgianbus şirkəti hər uçuş üçün Tiflisdən Kutaisi aeroportuna birbaşa transfer təşkil edir, 20 laridir. Adətən uçuş saatından 6-7 saat öncə Tiflisdən çıxır avtobusları. Səfər təxmini 4 saat çəkir. Biletləri www.georgianbus.com saytından ala bilərsiniz. Avtobusa minik Liberty metrosunun yanındakı Puşkin parkındandır, bu linkdə dəqiq yeri görə bilərsiniz: https://goo.gl/maps/tPyrT2pabdq . Uçuşunuz səhər saat 6-7 arasıdırsa və 5 lari qənaət eləmək istəyirsinizdə öncəki gün gecə ən geci 23:00-da Didube metrostansiyasında yerləşən regional avtovağzaldan Batumiyə edən avtobuslarla da Kutaisi aeroportuna gedə bilərsiniz. Amma sürücüyə mütləq deyin ki, aeroportda düşəcəksiniz. Gedişhaqqı 15 lari olacaq.13:00-DAN SONRA OLAN UÇUŞLARBu halda Tiflisdə uçuş günü səhər tezdən olmağınız lazımdır. Uçuşdan ən geci 6 saat öncə Kutaisi aeroportuna gedəcəyiniz avtobus yola düşməlidir. Uyğun olaraq GeorgianBusdan və ya regional (Didube) avtovağzaldan istifadə edə bilərsiniz.GeorgianBus avtobuslarının çıxmağına 20-30 dəqiqə qalmış avtobusun yanında olsanız yaxşı olar, çünki biletdə yer göstərilmir və gec gəldiyinizdə yeni avtobusu əlavə yarım saat gözləməli olacaqsınız.KUTAİSİ-BAKIKutaisi aeroportundan Tiflisə yalnız GeorgianBus-la getmək olar. Tiflisdən isə Bakıya ya axşam çıxan qatarla, ya da vağzalın qabağından avtobusla Qırmızı Körpüyə ordan da ya taksi, ya da avtobusla gedə bilərsiniz.Tiflisdən Kutaisi aeroportuna qatar reysi hələ ki yoxdur. Kutaisi şəhərinə gedən qatar isə uyğun vaxtda getmir. Paylaşdı: Azər İsmayıl

1562 dəfə oxunub

Lou kosterlə uçmaq təhlükəlidirmi?

OnurAir, Pegasus, Pobeda hava yollarının və Xüsusilə də WizzAirin gəlişiylə hamımız loukoster (low coster – çox ucuz qiymətli) hava yolları konsepti ilə tanış olduq. Avropa ölkələrinə 400-500 avro verib bilet alandan sonra, Budapeştə 100 avroya gediş-gəliş bileti almaq bizə şokla birlikdə, təhlükəsizliklə bağlı suallar da gətirdi. Ucuz ətin şorbası misalını əsas tutaraq hamının başında bir sual meydana çıxdı, loukosterlər nə dərəcədə təhlükəsizdir?!Çox rəqəmlərlə başınızı ağrıtmaq istəmirəm amma dünyada loukost hava yolları bazarı haqqında bir az məlumat vermək üçün, bəzi rəqəmləri paylaşacam. 2015-cı ildə dünyada olan bütün uçuşları 28, Şimali Amerikada 30, Avropada 26,  Cənub-Şərqi Asiyada isə 54 faizini loukost hava yolları şirkətləri yerinə yetirib. Rəqəmlərin hər il daha da artacağı təxmin edilir. Rəqəmlərə baxdıqda loukoster bazarının kifayət qədər iri olduğunu görmək olar.Ümumiyyətlə aviyasiya mütəxəssisləri deyir ki, loukosterlərin belə ucuz olmasının səbəbi qətiyyən təhlükəsizlik tədbirlərindən qənaət etməsi ilə bağlı deyil. Xüsusilə də Avropa və Amerikada, uçuşlara nəzarət təşkilatları heç bir halda hava yolları şirkətlərinə standartlardan kənar çıxmağa icazə vermirlər. Bəs onda loukosterlərin ucuz olmasının səbəbi nədir?! Qiymətin belə ucuz olmasının səbəbi şirkətlərin müştəri xidmətləri və təyyarədə verilən xidmətlərə qənaət etməsi, otutacaqların sayını bir az artıraraq, çox sərnişin daşıması kimi faktorlardır.Loukoster hava yolların ilə bağlı bəzi önəmli məqamları sizinlə bölüşmək istəyirəm:Loukosterlərə təyyarənin bir yerdə dayanması sərf etmədiyindən (çünki parking üçün ödənniş edilir), şirkətlər çalışırlar ki, təyyarələri bir yerdə dayanmasın, daimi hərəkətdə olsun. Ona görə də loukosterlər, xüsusilə də Avropa və Amerikada hər zaman çalışırlar ki, “qarajları” cavan qalsın. Təyyarələr yeni olduqda, onun baxımı üçün çox pul tələb olunmur və tez-tez xarab olub, şirkəti yarı yolda qoymur. Məsələn, planespotters.net saytına görə Avropadakı loukosterlərdən WizzAirin təyyarələrinin orta yaşı 4.5, RyanAirin 6.5, Easyjetin isə 6.9 ildir. Full xidmət verən, Türk hava yollarının təyyarələrinin orta yaşı 6.5, Almaniyanın Lufthansa hava yollarının 10.5, Air Francen təyyarələrinin orta yaşı isə 12.5 ildir. Yəni bu statistikadan da göründüyü kimi, loukosterlər heç də işlənmiş, köhnə təyyarələri istifadə etmirlər.Avropa və Amerikada baş verən ən dəhşətli 20 təyyarə qəzasından sadəcə 2i (Avropada və Amerikada, hər birində 1 qəza) loukoster hava yollarının adıyla bağlıdır. Asiyada qaydalar bir az yumşaq olduğundan, Asiyanın çox qəza edən şirkətlərindən bəzilərinə (İndoneziyanın Lion Air şirkəti kimi) Avropa Birliyi ərazisinə uçuş etmək qadağan olunub.Təyyarənin qəza etməsi səbəbi, onun loukoster və ya full service olmağından çox, haradan-haraya uçmasındadır. Məsələn Amerikada hər milyon uçuşdan 0.2, Avropada 0.24, MDB-də (keçmiş sovetlər) 2.74 və Afrikada isə 6.83-ü qəza edir. Xüsusilə Avropada loukoster və full service hava yolları üçün təhlükəsizlik qaydaları birə-bir eynidir.Bunu demək bir az, gülməli səsələnə bilər amma loukosterlər qəza olmaması üçün full service şirkətlərdən daha çox çalışırlar. Hər zaman təhlükəsizliyə standartlardan da çox əməl etməyə çalışırlar. Çünki, hər hansısa bir qəza olsa, loukosterlərin məhv olan imiclərini bərpa etmək üçün elə də çox pulları yoxdur. Bu qədər faktdan sonra inanıram ki, loukosterlə uçmaq təhlükəlidir, ordan-burdan ucuz, yaşı keçmiş təyyarələr söhbətləri olmayacaq. Mən şəxsən artıq 3cü ildir, sevə-sevə loukosterlərin xidmətindən istifadə edirəm, sizə də məsləhət görürəm ????.

936 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!