1076 dəfə oxunub

Avtostopla gəzinti üçün şengen vizası

Mən vizanı alman səfirliyindən rahat aldım. Viza ilə bağlı adi standart sənədlərdən (pasport, vəsiqə, şəkil, ərizə forması, sığorta, rüsum) başqa bir neçə vacib nüans var. Bu nüansları həll etmək hər fərdə görə dəyişə bilər, amma ümumi məğzi eynidir.

1. Qalmaq yeri barədə sübut.
Gedib küçədə ya meşədə çadır qurub qalacam deyə bilməzsiz, çünki Avropada wild camping çox yerde illeqaldır. Amma hər yerdə hostel və ya campsite var. Mən velosipedlə səyahət edəcəm demişdim, 62 günlük marşrutumu və marşrut boyu hər axşam hansı hosteldə/hoteldə və ya campsiteda qalacağıq, tam itinerary, hansına booking mümkün idise (booking.com və ya campsite'ların öz saytları ilə) booking confirmation (hardasa 35-40 arası bookingi 1 günə etmişdim).
avtostop
 
2. Bilet rezervasiya (hansısa turizm şirkətinə 5-10 manat verib gediş dönüş rezervasiya alıb sonra leğv elətdirmək mümkündür, mən tanışlıqla pulsuz almışdım). Avtostopla girəcəm dəyə bilməzsiz.
3. Səyahət ücün kifayət qədər pul:
Bank hesabı, hesabda kifayət qədər pul (gündəlik 50 eurodan hesablamışdım mən) və son 3 ay üçün çıxarış (mən viza üçün müraciət etməmişdən cəmi 1 neçə gün əvvəl hesabıma pul qoymuşdum, problem etmədilər.
4. Ölkəyə qayıdacağına dair sübutlar. Iş yerindən arayış, adınıza mülk kimi şeylərdən biri və ya bir neçəsi. Hətta nigahda olmağınıza dair sənəd də kömək edə bilər burda.

5. Bonus :)
Men alman velosipedçini evimizdə qonaq saxlamışdım, o da alman səfirliyinə ünvanlanmış bir məktub yazmışdı ki, guya biz bir yerdə velosəyahət edəcəyik, filan marşrut üzrə. Mən də bütün bookingləri həmin marşrut üzrə qurdum. Sonra da ağlıma gələn kimi gəzdim.

Gəzənfərd 2. Avtostop: Nəriman Niftəliyev və Tofik Eynullayev

[youtube https://www.youtube.com/watch?v=4SCBWHs_Fu8&w=560&h=315]

Paylaşdı: Nariman Niftaliyev

 

DİGƏR BLOQLAR

Yunanıstana Olan Sevgim

Mənim Yunanıstana olan sevgim 1998-ci ildə başladı.Uşaqlıqda anam tez-tez yunan mahnılarını dinləyirdi.O, həmişə deyirdi ki, yunan musiqisi həm rəqs etdirmək, həm xəyal etdirmək, həm də kədər vermək qabiliyyətinə malikdir.Anamın köhnə vinil plastinkaları və kasetlərdən ibarət yunan musiqi kolleksiyası var idi və o, onları səsləndirəndə, bütün ev bu möcüzəvi melodiyalarla dolurdu.Mənim ürəyimdə əbədi olaraq yer tutan bir müğənninin kasetini qardaşım evə gətirəndə 10 yaşım vardı.Müğənninin adı Giannis Ploutarchos idi.Hər dəfə onun səsini eşidəndə, izah etmək çətin olan bir istilik və sevinc hiss edirdim. Onun mahnıları duyğularla və hekayələrlə dolu idi və mən mahnının bir sözünü belə başa düşmədiyim halda,onlar yenədə məni heyran edirdi.Evimizi tez-tez hip-hop və R&B musiqisindən başqa, böyük dinamiklərdən gələn yunan melodiyaları doldururdu.Yunan melodiyalarında bütün ailəni dayandırıb dinləməyə vadar edən bir şey var idi. Yəqin ki, uşaqlıq xatirələri və evdəki xoş atmosfer mənim Yunanıstana olan sevgimi yaratdı. Bu yalnız musiqi deyildi; anamın danışdığı Yunanıstanın tarixi və mədəniyyəti haqqında hekayələr də var idi.Böyüdükcə, Yunanıstanı ziyarət etmək arzum daha da gücləndi.Anamın həmişə təsvir etdiyi dostcanlı atmosferi hiss etmək, dənizin qoxusunu duymaq və dar küçələrdə gəzmək arzusunda idim.Beləliklə, Yunanıstana olan sevgim musiqi, xəyallar və hekayələrlə dolu bir evdə başladı.Bu, həyatım boyunca mənimlə bərabər gedəcək bir sevgi idi. #Thessaloniki Paylaşan: Nigar Balashzadeh

174 dəfə oxunub

Hava limanlarında əl baqajının ölçülmə üsulları

İcazə verin bir namə də mən yazım Ukrayna Hava Yollarında başıma gəlmiş hadisədən. Öncədən bildirim ki, post əsasən Ukrayna Hava Yolları istifadəçiləri, əsasən də Kiyevdən transfer kimi istifadə edənlər üçündür.Deməli Aprel ayıdır. Ən ucuzunu axtara-axtara Kiev (KBP) transferli Bakı-New York reysi almışam. İlk dəfə ölkədən çıxmaq üçün Tiflisə getməyəcəm filan çox həyəcanlıyam. Ukrayna Hava yolları GYD-NYC reysi üçün (digər transatlantic uçuşlar kimi) 2 ədəd 23 kq-lıq və bir ədəd 7 kq-lıq baqaj limiti qoyub. Bura qədər hər şey əla.Əmması ondadır ki, mən zatən 2 ədəd təkərli 23 kq-lıq baqajla getdiyim üçün əl baqajım təkərli ola bilməz. New Yorkun şəhər strukturu və qollarımın sayı izin vermir. Ona görə çox sevimli, 50 litrlik bel çantamı götürdüm ki, kişinin başına iş gələr yolda dolduraram. Bu 50 litrlik çantanın da içində 25 litrlik bir kamera çantam var.Heydər Əliyev limanında problem yaşanmadı. Çantaları verdik, oturduq Ukraynaya gedən həmvətənlərimizlə xoş sədalar və ətirlər müşayətində çatdıq nam-ı dəyər Borispol (Boryspil) aeroportuna. Transfer müddəti az olduğundan içində “svinya” olmayan “zavtrak” edib getdim öz reysimi gözləməyə. Normalda ən son dəqiqəyə qədər kontura yaxınlaşam deyiləm. Amma yaxınlaşdım ki, yaxşı ki yaxınlaşdım.Yəgin bilərsiz normal hava yolları əl baqajı üçün səbət şəkilli sizerlərdən istifadə edir. Yəni bir metal səbət var onun içinə çantanız necə yerləşir yerləşsin heç kim sizə güldən ağır söz deyə bilməz.Mənim cahilliyimə bağışlayın mən ilk dəfə cageless sizer deyilən hər tərəfi açıq ölçmə üsulu gördüm. Normal sərt üzlüklü çantanız varsa bunun heç bir fərqi yoxdur. Çünki hard case çantalar istənilən halda ölçüsünü saxlayır. Amma gəlin bunu yumuşaq (soft case) çantalarda yoxlayın. Çanta boş belə olsa parça yumuşaq olduğundan tökülür və en olaraq o sizerə sığmır. Boş olsa belə.Mən də xanıma yaxınlaşdım. Çantamı qoydum və yarıboş çantam o sizerə sığmadı. Xanım mənə izah etməyə çalışdı ki, gərək 150 gələsiz bizə cərimə üçün. Xanıma izah edirəm ki xanım 400 dollara aldığım biletə balaca çanta üçün 150 dollar vermək mənim azərbaycanlılığıma sığmır. El arasına çıxa bilmərəm, məhlədə salamımızı almazlar. Biz camaata atırıq siz kimə atırsız? Xanım dedi ki, 150 dollar yox Euro. Və dediki sizdən başqa da bu pulu ödəyib gedənlər var. Burada bir məsələ də var ki, Kiyev mənim transferimdir. Mən artıq Bakıda ikən yoxlamadan keçib beynəlxalq zonaya daxil olmuşam. Transfer uçuşunun ortasında baqaj yoxlaması edib cərimə etmək məntiqə sığmır. Amma xanım anlamamaqda israr edincə anladım ki, FlyUIA qiymətdə etdiyi endirimin acığını baqajdan çıxır.Etmədim tənbəllik geri qayıdıb 50 litrlik çantamı tamam boşaldıb balaca 25 litrlik çantama yerləşdirdim. O çantanıda yenidən qoydum böyük çantanın içinə və yenidən yaxınlaşdım ki, xanım baxın, bunun içindəkilər sizin standartlara uyğundur. Problem mənim çantamın soft case, sizin sizerin isə innovativ və “maşennik” olmasıdır. Xanım yenə etiraz edib mənə YÜZ ƏLLİ YEVRO deyəndə axrıncı şalteri endirdim. Yenidən qayıdıb kiçik çantanı çıxartdım. Böyük çantanı aeroportda oturacağın üstünə atıb gəldim ki, o çanta sizə hədiyyəm olsun, bu çantaya isə tam yerləşir. Mənə bir daha YÜZ ƏLLİ YEVRO de. Xanımlar Dəvədən böyük Fil olduğunu anlayıb dedilər get o çantanı da götür gəl keç fakir gədə.Sözümün canı uçmazdan öncə kapeşnik şirkətlərin baqaj ölçülərinə diqqət yetirin. Mümkünsə hard case çantalardan istifadə edin ki, başınıza belə işlər gəlməsin. Sonuncu şəkil (4) isə bonusdur. AZAL ilə New Yorka 30.11 gediş və 07.12 gəliş cəmi 485 dollardır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mürsəl Səmədov

1492 dəfə oxunub

Qatarla Londona səyahət

Londondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Çıx qatar yoluna, məni qarşıla.. Amsterdam-London səyahətiBu həftəsonu on beş illik Amsterdam macərama nöqtə qoyub Londona çörəkpulu qazanmaq üçün yola düşdüm. Bilet aldığım ərəfədə təyyarə biletləri sərf eləmirdi Londondaki hava limanlarının evə uzaq olması səbəbilə. Eurostar qatarının Londondaki dayanacağı yaxın olduğu üçün qatarla səyahət qərarına gəldim. Həm də hər sərnişinə istənilən ölçüdə 2 böyük baqaj, bir də əl çantası icazəsi var deyə daha uyğun oldu. Amma gömrükdə heç yoxlamadılar kim nə qədər çanta keçirir.Qısaca Eurostar barədə. 1994-də istifadəyə verilən bu qatar marşrutu Avropada Fransa və İngiltərəni dəmiryolu ilə birləşdirən yüksək sürət qatarlarından istifadə edir. Bakı-Gəncə qatarı qədər bərkgedən olmasa da, saatda 320 km ilə dünyada ən yüksək sürətli qatarlardan sayılır. Sadəcə Eurotunnel bölgəsində, dənizin altında təhlükəsizlik səbəbilə sürəti bir az azaldırlar. Ümumiyyətlə Eurotunnel xüsusilə Böyük Britaniya üçün ciddi əhəmiyyət kəsb edir. Gələn idxalın 25 faizi bu tuneldən keçən ticarət mallarından ibarətdi. Eurotunnel dənizin altından iki tunellə İngiltərə ilə Fransanı birləşdirir və hazırda dünyada ən işlək yolu sayılır: ildə 2.5 milyon maşın, 1.5 milyon yük maşını və 20 milyon sərnişin daşınılan iki tuneldən biri Eurostar üçün nəzərdə tutulub. Tunelin 37 kilometri dəniz səviyyəsindən 100 metr aşağıdadı amma qatarda ümumiyyətlə hiss eləmirsən bunu.Marşrutların şəklini aşağıda əlavə eləmişəm. Amsterdam-London istiqamətində hələki birbaşa qatar yoxdu, amma London-Amsterdam istiqamətində var. Səbəb Amsterdamda Birləşmiş Krallığın gömrük nəzarət nöqtəsinin olmamasıdı. Amma onu da 2019-un sonunda həll edəcəklər deyəsən. Amsterdamdan gedəndə Fransızların Thalys qatarı Brüsselə aparır. Orda düşüb həm Belçika gömrüyündən EU-nu tərk edirsən, 2 metr gedib UK gömrüyündə pasport kontrola girirsən. Avropa Birliyi vətəndaşı olmaq işimə yaradı: normalda non-EU vətəndaşları olan yerdə sıra var idi, amma EU vətəndaşları biometrik pasportla 10 saniyədə kontroldan keçdi. Sonra baqaj yoxlanılır, ardınca da terminala gedirsən. [gallery ids="1200,1199" type="rectangular"]Yeni il ərəfəsində səyahət edənlər çox olur deyə fikirləşirdim ki, adam çox olar, amma kupe demək olar ki bomboş idi. Qatar təmiz, keyfiyyət və s yaxşı idi. Biletdən asılı olaraq kupeyə yeməklər də gətirib xidmət göstərirlər. Amma kupelərin çoxunda restoran-kafe də mövcuddu. Eurostar qatarında mobil app-la kinolar izləmək, kitab oxumaq, maraqlananlar üçün Virtual Reality ilə qatarın balıqlarla əhatələnməsini "görmək" olur. Uşaqlar üçün nəzərdə tutulsa da, böyüklər heç imkan vermir Qiymətlərə gəlincə, mən bir az gec aldım deyə bir tərəf üçün 130 euro ödədim. Amma Amsterdam-London-Amsterdam biletini rahatlıqla 90-100 euroya almaq olar. Amsterdamdan Londona hardasa 4 saat yarım, Londondan Amsterdama 3 saat 20 dəqiqəyə səyahət mümkündü Eurostarla.Qısacası, təyyarə ilə 45 dəqiqəlik yol yerinə maraqlı macəra yaşamaq istəyənlər üçün məsləhətdi PS. Artıq Amsterdam sakini sayılmasam da, ana yurd barədə suallarınızı həmişə olduğu kimi yenə ünvanlaya bilərsiz Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Isa Yusibov

2100 dəfə oxunub

Yaponiya haqqında 29 fakt

Ən maraqlısı 29-uncudur.1. Yaponlar öz ölkələrinə Yaponiya demir. “Nihon” və ya “Nippon” deyirlər. Bunun mənası “günəşin yüksəldiyi yer” deməkdir.2. Yaponiya adalar ölkəsidir. 6852 adadan ibarət olsada, bunların sadəcə 430-unda toplam 127 milyon insan yaşayır. Əhali baxımından dünyanın 10-cu ölkəsidir.3. Dünyadakı robotların yarısı Yaponiyadadır. Yaponlar texnologiyanın bir çox sahəsində olduğu kimi robotlar mövzusunda da birincidirlər və ASIMO kimi insana bənzəyən robotlar hazırlamaq üçün gərgin çalışırlar.4. Yaponiya, dünyanın ən böyük avtomobil istehsalçısıdır. İçindən şose keçən binaları belə vardır. Küçələrinin isə çoxunun adı yoxdur.5. Köhnə Yapon döyüşçülərinə “Samuray” deyilərdi və bunlar Katana adında bir qılıncla vuruşardılar. Yaponlarda Karate, Judo, Sumo, Ninjutsu, Kendo, Jujutsu və Aykido kimi döyüşlər bu mədəniyyətin əhəmiyyətli bir parçasıdır.6. 400 ildən bəri “Ağlayan Sumo” adında bir yarışma keçirilir. Bu yarışmada Sumo güləşçiləri qucaqlarındakı körpələri ağlatmağa çalışır.7. Evlərdə bəslənən heyvan sayı uşaq sayından daha çoxdur. Hətta doğum nisbəti o qədər aşağıdır ki, yetkin bezlərinin sayı körpə bezindən daha çoxdur.8. Dünyada uzun həyat dedikdə ilk ağla gələn ölkə Yaponiyadır. Burada 100-dən çox yaşı olan 50000’dən çox insan yaşayır.9. Dünyanın ilk romanı 1007-ci ildə bir qadın yazar tərəfindən Yaponiyada yazılmışdır.10. Ölkənin 70% -i dağlarla örtülüdür. 200-ə yaxın vulkan vardır. Yaponiyanın ən yüksək dağı olan Fuji dağı da aktiv bir vulkandır.11. Yaponiyada hər il 1500-ə yaxın zəlzələ olur. 2011-ci ildə olan zəlzələnin dünyanın dönüş sürətini 1.8 mikrosansasıya qısaltdığı deyilir. Hətta bu zəlzələ nəticəsində ortaya çıxan bəzi antik daş lövhələrin üzərində “bu nöqtədən sonra ev tikməyin” yazıldığı aydın olmuşdur.12. Dünyanın ən köhnə şirkəti Konqo Gumi e.ə. 578-ci ildə qurulmuşdur.13. Maqnit üzərində hərəkət edən qatarların sürəri saatda 500km-ə çata bilir. Ümumi olaraq qatarlar dəqiqlikləri ilə tanınır. Orta gecikmə müddətləri yalnız 18 saniyədir. Bu qatarlarda bəzən o qədər sıxlıq olur ki stansiyalarda qapıda qalanları itələməklə vəzifələndirilən şəxslər olur. Qatarın önünə atılaraq intihar edənlərin ailəsinə isə cəza verilir.14. Yaponiyadakı Maharo vulkanının kraterinin ətrafına səlahiyyətlilər bir hasar çəkmək məcburiyyətində qalmışlar. Çünki bu günə qədər 2000-dən çox insan vulkana atılaraq intihar etməyə çalışmışdır.15. 20-44 yaş aralığındakı kişilərin əsas ölüm səbəbi intihardır.16. Statistikaya görə Yaponiyada 1 milyondan çox insan otağından heç çıxmır. Hikikomori deyilən bu fenomen fərdlərin ictimai həyatdan çəkilmələri və tez-tez həddindən artıq özlərini insanlardan təcrid etmələri deməkdir.17. Fermerlər daha asan paketlənə bilməsi üçün kub şəklində qarpız yetişdirir.18. Titanik faciəsindən xilas olan Yaponlar, digər sərnişinlərlə birlikdə ölmədikləri üçün “qorxaq” olaraq adlandırılır.19. Yapon dilində üzr istəmək üçün ən az 20 fərqli söz vardır. Əvvəllər kişilərin başlarını təraş etməsi də üzr istəmək üsullarından biri imiş…20. Cib telefonlarının 90%-i su keçirməz olaraq hazırlanır. Çünki xüsusilə gənclər duşda belə cib telefonlarından istifadə edirlər.21. İş yerində mürgüləmək çox normal qəbul edilir. Çünki bu çox işləməyin göstəricisi kimi qiymətləndirilir.22. Şagirdlər və müəllimlər siniflərini özləri təmizləyirlər.23. 1997-ci ildə yayımlanan Pokemon cizgi filminin bir seriyasını seyr edən 685 uşaq, baş gicəllənməsi və qusma kimi səbəblərlə xəstəxanaya aparılmışdı.24. Yeməklərdə istifadə etdikləri “Chopstick” yəni yemək çubuqlarından ildə 24 milyard cüt istehlak edirlər.25. Qərb mədəniyyətinin tam tərsi olaraq qara pişiyin şans gətirdiyinə inanırlar.26. İsti su qaynaqlarının içinə döyməli insanların girməsinə icazə verilmir.27. Cizgiromanlar üçün istifadə olunan kağız miqdarı tualet kağızları üçün istifadə olunandan daha çoxdur.28. ABŞ, Çin və Yaponiya istisna olmaqla dünyada 103 ölkə ölüm cəzasını tətbiq etməkdən imtina etmişdir.29. Godzilla rəsmi olaraq bir Yapon vətəndaşı olaraq qəbul edilir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nicat Agayev

1451 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!