1289 dəfə oxunub

Avstriya - Zalsburq bələdçisi

Zalsburqdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.

???????? #salzburg #visitsalzburg
???? Salzburg şəhəri Avstriyanın qərb hissəsində, Münxendən 140 km, Almaniyanın sərhədindən isə cəmi 5 km məsafəsində, Alp dağlarında yerləşir.
???? Mozartın doğma şəhəri, "Sounds of Music" musiqi filminin çəkiliş yeri kimi və öz #salzburgfest adlı opera festivalı ilə tanınır.

74673221_10215037914083756_452786387331055616_n

???? Bizdən #kidsfriendly görməli yerlər:
????Aldstadt (Old City) - tipik avropalı orta əsrlərdən qalmış gəzməli məhəllədir, cathedral (kilsə) və mərkəzi meydanı ilə. Maraqlı fakt - hətta məşhur brendlərinin (Mcdonald's və s.) adları handmade flüqerlər və şüşə vitrajlarlardan hazırlanıb.
???? Şəhərdə ən böyük #beergarden @augustinerbraeu_salzburg 17-ci əsrin monastırında yerləşir, bağda 2000 nəfərə kimi otura bilər, zirzəmidə divarlarda minlərlə pivə fincanları, ikinci mərtəbədə qalereyalarında isə hər zövqə uyğun orta qiymətə yeməkləri sifariş edə bilərsiniz.
???? Mərkəzdə Oyuncaq Muzeyi #spielzeugmuseumsalzburg çox xoşumuza gəldi - kiçik və rahat, maraqlı köhnə oyuncaqların kolleksiyası ilə. Məntiqli oyunlar, miniatürlər, dəmir yolları, kuklalar, hətta özünüz bəziləri əlinizə götürmək, yandırıb söndürmək və paltarları dəyişmək üçün vaxt ayıra bilərsiniz (????5????)
???? Biz @stadtalm adlı hostel-restoranın iki nəfərlik ayrı otaqda qalmışıq, Old City-nin üstündə dağ meşəsində, qədimi qalanın içərisində yerləşir, oraya ya da antikvar liftlə, ya da piyada (100 pilləkənə yaxın) hiking edə bilərsiniz.#moenchsberg liftin ikitərəfli ????4????. Hosteldə gecələmə ????50????, mənzərələr inanılmazdır, bütün şəhər pəncərədən görsənir, amma məncə Old City-də qalmaq daha rahatdır, oraya isə gəlib meşədə gəzmək və restoranda yemək olar.

75246740_10215037927164083_1656869331914457088_n

???? Salzburg - Mozart-ın doğum yeridir, nəticədə onun şəkillərini və musiqisini hər yerdə görəcəksiniz və eşidəcəksiniz. Mərkəzdə Sizi onun evi gözləyir - mozartgeburtshaus (????15????), səhərimiz onun sevimli #cafetomaselli - də isti şokoladla açılacaq, axşam isə məcburi Mozart-konsertine gedəcəksiniz. Ya şam yeməyi ilə bir yerdə klassik salonunda 60????-ya, ya da qədimi qalasında 35????-ya seçməlisiniz.

74580774_10215037929124132_4636645211550777344_n.jpg

???? Əvvəlcədən sizin tarixlərinizə internetdə Marionetka Teatrının və ya "Sound of Music" müziklinin biletlərini alın, ikisinin çox yüksək reytinqləri var.
????️ Yaxşı hava olsa gəmidə tur götürə bilərsiniz, qiyməti 15????

72843347_10215037926404064_9157373198562492416_n

???? Qədim qəsrləri xoşlayanlar üçün - mütləq #hohensalzburg -a funikulyorla qalxın, çox yaxşı vəziyyətdə qalıb. Onlayn bilet alın, ikitərəfli funikulyorla bir yerdə 13????
⛰️ Bundan əlavə biz Hallein-Bad Dürrnberg duz şahtalarda olmuşuq, gülməli geyim verirlər, gid maraqlı danışır, bir də Almaniyanın sərhədini yeraltı keçirsiniz.
???? Möhtəşəm şəkillər üçün tikilmiş #Hallstatt kəndi Salzburgdan cəmi 70 km-də yerləşir, mütləq gedin.

74604730_10215037925364038_6142338381910114304_n.jpg

???? Salzburgda birinci dəfə bişirilmiş #mozartkugl məşhur marzipanlı konfet alıb, yaxınlarınıza gətirə bilərsiniz.
❓Bəs Siz Salzburgda olmusunuz?— Salzburg, Austria şəhərində.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Lala Gasimova

 

DİGƏR BLOQLAR

Ən ucuz Praqa səyahət planı

Avropanın mirvarisi, əsrarəngiz qırmızı damları ilə məşhur olan, Çexiya Respublikasının paytaxtı və ən böyük şəhəri olan Praqa Mərkəzi Avropanın ən cazibədar və romantik şəhərləri arasında ilk sıralarda gəlir. Gəzib görməli yerləri isə saymaqla bitməz. Əgər ilk dəfə Avropaya səyahət edirsinizsə həm ucuz, həm çox rahat ictimai nəqliyyatı, təhlükəsiz açıq hava muzeyləri ilə ad salmış, Vlata çayı üzərində biri-birinin ardınca düzülmüş qədim körpüləri ilə bu mədəniyyət paytaxtı sizin siyahınızda ilk olmalıdır. Praqada 3 günlük bir gəzinti planlasanız, bu şəhəri doyunca gəzmək üçün bəs edəcək. Möhtəşəm ambiyansı, tarixi yerləri, qalaları və gözalıcı tayı-bərabəri olmayan memarlığı ilə hər anı sizdə sanki tarixdə səyahətə çıxmış hissini oyandıracaq.Praqa harada yerləşir?Mərkəzi Avropanın gözü olan Praqa şəhəri, Çexiyanın mərkəzində Vltava çayının sahilində yerləşir. Çexiya Resublikası qərbdə Almaniya, cənubda Avstriya, şərqdə isə Slovakiya və şimalda Polşa ilə sərhəddir. Praqa Mərkəzi Bohemiya bölgəsində yerləşir.Praqaya hansı fəsildə getmək lazımdır?Dənizə çıxışı olmayan Çexiya Respublikası 2 vilayətdən Bohemiya və Moraviyadan ibarətdir və digər Mərkəzi Avropa ölkələri kimi qışı sərt keçən quru iqlimə malikdir. Qışda hər zaman havanın temperaturu sıfır dərəcədən aşağı olduğu üçün bu fəsildə Praqaya gedəcəyiniz zaman uzun-uzun gəzintiləri unudun. Çünki yağıntıları da bu soyuq fəsildə həmişə qar şəklində olur. Ancaq Yeni ili qeyd etmək üçün Milad bayramı ərəfəsində göz oxşayan Milad bazarları üçün biraz soyuğa qatlanıb gəzintiyə çıxa bilərsiniz. Çox üşüsəz, onun da çarəsi olan isti şərabları hər addımbaşı alıb içinizi isidə bilərsiz. 2 il bu şəhərdə yaşamış biri olaraq şəxsən mən 4 fəslin hamısından həzz alıram. Praqanı bütün gözəllikləri ilə gəzmək istəyirsinizsə, hər fəsildə bura səyahət edin deyərdim. Bir dəfə bura gəlib onun möcüzəsinə qapılsanız, həm qızılı payızını, xəzanını, qarlı qışını,yeni il qeyd etmələrini, Pasxa əvvəli qurulan rəngarəng bazarları, yeni açmış ''cherry blossom'' fəslini və ən əsası da çox isti keçməyən doyunca həm ətraf kəndləri, həm də digər şəhərləri də gəzə biləcəyiniz yay aylarını bu şəhərə təkrar- təkrar gələrək keçirəcəksiz. Ancaq yenə də mənim ən sevimli fəslim Pasxanın təzə çıxıb, havaların isinməyə başladığı aprel-may aylarıdır. Yayda qiymətlər yaz fəslinə nisbətən daha yüksək olur.Praqaya ən ucuz hansı yolla və necə getmək olar?Əgər siz rahat şəkildə birbaşa uçuşla getmək istəyirsizsə, AZAL mövsümü olaraq Bakı- Praqa reyslərini cümə və bazar ertəsi həyata keçirir. Uçuş 5 saat yarım davam edir. Gediş-gəliş 1 sərnişin üçün 1000-1100 AZN arasında dəyişir. Ukrayna Hava Yolları, Belavia, Air Baltic ilə daha sərfəli uça bilərsiniz ancaq bir dəfə təyyarə dəyişib, transfer etməli olacaqsınız. İndi isə gələk '' Ən ucuz yolla Praqaya necə getmək olar? '' sualının cavabına. Wizzair ilə Bakı-Budapeşt-Bakı reysinə maksimum 100-130 avro ödəməklə bilet alıb, oradan isə ya qatar ya da avtobus ilə Praqaya gedə bilərsiniz. Avtobus biletləri 13-15 avro arası, qatar isə 15-20 avro arası dəyişir. Budapeştdən Praqaya avtobusla 7 saata çatmaqla həm də Mərkəzi Avropanın bir ölkəsini də görmüş olursunuz, hələ ayaq üstü tridelnik ilə çay içib, naharda qulyaş yeməyə də vaxtınız olur Macar torpaqlarında.Praqaya çatdıqdan sonra ucuz maşın kiralaya bilərsiniz.Faydalı olsun deyə sizin üçün linki əlavə edirəm.https://www.discovercars.com/czech-republic/prague?keyword=%2Bcar%20%2Brenting%20%2Bprague&network=g&gclid=Cj0KCQjwirz3BRD_ARIsAImf7LMeB9GQeB42cJDWkt37e06DkSkL3ZmqPjO16rgB6vvsfOyK22tEYdEaAubgEALw_wcB Avropada ən ucuz avtomobili Praqada kiralayacaqsınız. Bu arada Vaclav Havel hava limanından şəhər mərkəzinə taksi ilə gəlmək istəsəz 27 dəqiqəlik bu məsafə üçün 30 avro ödəməli olacaqsız. Uçuşlar birinci terminaldan həyata keçirilir. Əgər qənaət edib avtobusla gəlmək istəsəz 100 nömrəli avtobusla 6 dayanacaq getdikdən sonra Zlicin metro stansiyasının avtobus dayanacağında düşüb, elə B (sarı rəngli istiqamətində) hərəkət edib Cerny Most yazılan istiqamətdə metro qatarına minib, Namesti Republiky stansiyasına çatacaqsınız. Bura artıq şəhər mərkəzidir. Artıq istədiyiniz yerə tramvay və yaxud avtobusla rahat çata bilərsiniz. Bu yola təqribi 2,20 manat ödəniş edəcəksiniz. Praqada ictimai nəqliyyatdan istifadə necədir? Praqada 1-3 günlük və tək gedişli biletlər isə 30 dəqiqə və 90 dəqiqə olmaqla 2 yerə bölünür. Əgər çox qalacaqsınızsa ən sərfəlisi 3 günlük biletlər almaqdır. 3 günlük biletin qiyməti təqribi 12 avro edir. Bu biletləri qaldığınız otelin qeydiyyat şöbəsindən, metrodan, tramvay və yaxud da avtobus dayanacaqlarından ala bilərsiniz.  30 dəqiqəlik - 1,64 AZN  90 dəqiqəlik- 2, 19 AZN  1 günlük- 7,52 AZN Əgər nəqliyyata biletsiz daxil olsaz və nəzarətçilər bunu yoxlasa cəzası 1500 CZK yəni 102 AZN təşkil edir. Bu biletlər metro, tramvay, avtobus, funiklyor və bəzən də ferry boat istifadəsində limitsiz nəzərdə tutulub. Metro səhər saat 5 - dən gecə 12 - ə qədər fasiləsiz fəaliyyət göstərsə də avtobuslar da gecə növbəsində işləyir. 501 və 513 nömrəli avtobuslar gecə avtobusları sayılır. Praqa haqqında nə qədər yazsam da bitməz deyə bu yazımı 2 hissəyə böldüm. ikinci hissəsində isə sizi maraqlandıran digər sualların cavabı olacaq.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Ismayilzada

3215 dəfə oxunub

Malayaziya-Sinqapur səfərim

Sizə Malayaziya-Sinqapur səfərimdən danışmaq istəyirəm. Hər ikisini vizasız gəzdim. Sinqapurda 96 saatdan az qaldığım üçün Malayziyadan daxil olub başqa bir ölkəyə təyyarə ilə çıxdığım üçün heç bir problem olmadı. Sadəcə sərhəddə sorğu sual olur. Bu arada Sinqapurdan Malayziyaya avtobusla 5 saata gəldim. Avtobus 33 manat idi. Sorğu sual bir az uzun çəkdiyi üçün təbii olaraq avtobus sizi gözləmir. Qəti özünüzü itirməyin əvvəlki bileti göstərib digər biri ilə mərkəzə kimi gələ bilirsiniz. Hər iki ölkədə də 15 manata nömrə aldım. E-simdənsə bu variant daha rahatdı mənə görə. Həm də limitsiz internet.Kuala Lumpura 2 gün bəsdi.Əkiz qüllələr, Batu mağaraları (özümü hindistanda hiss elədim-zibillik idi hər yan), quş parkı, əyləncə alış veriş ərazisi bukit bintang, bir də müstəqillik meydanı. Taksi üçün hər iki ölkədə grab probramından istifadə etdim. Malayziyada ucuz idi deyə hər yana taksi ilə getdim. Sinqapurda az istifadə etdim. Çünki ən yaxın məsafə belə 15 dollar idi Sinqapura da 3 gün bəsdi.Marina Bay Sands, Gardens by the Bay, Merlion Park, Bitanika bağı, Orchard küçəsi (alış veriş əyləncə) Sinqapurda Capsule oteldə qaldım ucuz olsun hən də təcrübə edim deyə. Gecəsi 50 dollar. Ürəyin sıxıldı mı deyə soruşmayın sıxılmadı :)) müqayisə üçün eyni məbləğə Kuala Lumpurda damında sonsuzluq hovuzu olan 3 ulduzlu oteldə qaldım. Marina Bayın üstünə çıxmaq istəyirsinizsə 35 dollardı, öncədən hətta gəlməmiş biletinizi alın. Mən bunu bilmədiyin üçün ən yuxarı qatdakı italyan restoranında yemək yeyəsi oldum. Əslində ora da reservasiya ilə idi yer yox idi. Bir təhər xahiş etdim. Botanika bağı pulsuzdu içindəki orxideya parkı 15 dollardı mən tələbə biletimlə 3 dollara keçdim. Qəşəng idi. Gardens by the Bay da isə hər axşam 19:45 və 20:45 də qəşəng işıq musiqi şousu olur və pulsuzdu. Qəti buraxmayın çox ləzzət etdi. Qayıdanda isə Sinqapur Airportundakı fəvvarəyə baxın 1-cu terminaldaydı. Əvvəldən gedin ki vaxtınız olsun öz terminalınıza qayıtmağa, mənim kimi təngnəfəs çatmıyın Mən 10u gözləməli idim ona görə, üstəgəl terminalı səhv salmışdım . səhər 10dan axşam 10a kimidi axşam işıq şousu da olur. Şəkillərin aşağısında haralar olduğun qeyd etmişəm.Paylaşan Aydan Vusat Gizi

394 dəfə oxunub

Fransanın qastronomiya mərkəzi - Lyon

Lyondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Sizə bu il iyunFukuokadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.ayında səyyahət etdiyim Lyon haqqında yazmaq istəyirəm. Lyona getməkplanım birdən oldu və 15-20 gün ərzində qərara gəldik ki, Lyona-Fransaya gedirik. Bir il öncə Parisə səfər etdiyimdəm və Parisin heç də fikrimdə canlandırdığım kimi - nağıllar şəhəri filan olmadığını gördükdən sonra Lyondan gözləntim elə də böyük deyildi. Türk hava yolları ilə uçuşumuz baş tutdu, amma daha ucuz və sərfəli yollarla Lyona getmək mümkündür, müəyyən səbəblərdən Türk hava yollarını seçdik. Hava limanından 14 euroya şəhər mərkəzinə yaxın yerləşən Gare de Lyon stansiyasına birbaşa express trainlər var. Həmçinin həmən qiymətə express buslar da. Daha ucuz yollarla da şəhər mərkəzinə çatmaq olar, lakin bunun üçün bir neçə bus dəyişməli olacaqsız və daha çox zaman itgisi.Metroya daxil olduqda ilk dəfə səyahət təcrübəmdə bir məsələ ilə qarşılaşdım. Metroya bilet almağa çalışarkən bir turist xanım mənə yaxınlaşıb, 3 günlük ictimai nəqliyyat biletini mənə təklif etdi. Əvvəlcə çaşqın halda qaldım, daha ucuz qiymətə mənə satmaq istədiyini düşündüm və yəqin ki, xanım da bu çaşqınlıqımı görüb bileti mənə pulsuz verdiyini və sadəcə bir gün Lyonda qalıb və Lyonu tərk etdiyini bildirdi. Xanıma təşəkkür edib bileti aldım və metroya daxil olduqda artıq Lyonda tam fərqli mühitin olduğunu görməyə başladım. Metro xəritəmi açdıqda artıq yanımda olan yerli bir xanım kömək lazım olub, olmadığnı soruşdu və bəzi şeyləri izah elədi. Şəhər mərkəzinə çatanda artıq axşam düşürdü.Digər maraqlı məqamla isə səhər qarşılaşdım. Hava çox isti olduğundan erkən oyanıb daha tez şəhərə çıxmağa üstünlük verirdim ki, günorta isti saatlarını konpensasiya edim. Səhər saat 7də köhnə şəhərə çıxdım və demək olar ki, şəhər yeni oyanırdı. Ətrafda olan hər kəs tanıdığı, tanımadığı hər kəsə salam verir "bon jour" deyir. Demək olar şəhərin ən sıx insan olan yerinə çatana kimi qarşılaşdığım hər kəs salam verirdi. Xüsusilə yaşlı insanlarda bunu daha çox müşahidə elədim və təbii ki bu çox xoş təsir bağışladı. İnsanlar çox mehriban, gülərüz və kömək sevərdirlər hansı ki, Parisdə mən bunu hiss eləməmişdim. Şəhər olduqca təhlükəsizdi. Parisdə çantamı gizlin açmağa çalışan oğrular burdan çox uzaqdı, hətta bir əşyanı unutduqda çağırıb verirdilər))Qiymətlər Paris qədər bahalı deyildi, yeməklər möhtəşəm idi və biz getdiyimiz həftə şəhərdə musiqi festivalı vardı deyə demək olar axşam düşdükdən sonra hər küncdə küçə musiqiçiləri ilə dolu idi. Ümumilikdə Lyon o şəhərlərdəndir ki, heç vaxt yatmır, şəhərin mərkəzində və köhnə Lyonda səhərə kimi musiqi, rəqs və əyləncədir. Şəhər mərkəzindən uzaqlaşılmadığı sürəcə gecə yarı olduğunun fərqinə varılmır. Şəhərin özünəməxsus arxitekturası var, istər müasir arxitektura ilə maraqlananlar, istərsə də orta əsr arxitekturaaı ilə maraqlananlar burda istədiyini tapacaqdır.Digər Fransa şəhərlərində velisoped daha çox istifadə olunduğu halda burda samokatlar daha çoxdu, həm böyüklər, həm balacalar üçün. Hətta samokat kirayəsi də vardı. 4 gün Lyonda qaldıqdan sonra 7 avroya aldığım biletlə Genevaya yola düşdük. Bu haqda isə daha sonra :)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elay Mikayil

1178 dəfə oxunub

Motsartın vətəni – Vyana bələdçisi

Viyanadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.WizzAirin Bakı – Budapeşt reysi açıldığından bilirəm ki, bir xeyli adam Budapeştə səfər edir. Budpeştə gəlib də buradan 2.5 saat məsafədə olan gözəl Avstriyanın  paytaxtı Vyanaya getməsən olmaz. Vyanada ilk dəfə keçən ilin avqust ayında olmuşam. Diplom işimi yazarkən yaranan qısa fasilədən istifadə edib dedim gedim görüm Motsartın vətənini, sonuncu dəfə isə təxminən 1 ay qabaq. Hər dəfəsində də Vyananın fərqli yerlərini kəşf etmişəm. Türklər demiş lafı uzatmadan keçim Vyana haqqında praktiki məlumatları bölüşməyə.lk öncə Vyanaya nə zaman getməli? sualından başlayaq. Vyanaya ilin hansı dövrü getsəniz fərqli bir şəhər görəcəksiniz. Qışda getsəniz, milad bayramı öncəsi möhtəşəm bəzənmiş Vyana sizi özünə valeh edəcək, yaz və ya yayda getsəniz Vyanada olan saray və parkların yaşıllığından həzz ala biləcəksiniz.Qışda onsuz da hazırlıqlı gedəcəksiniz amma yayda gedərkən mütləq özünüzlə qalın bir şey götürün, çünki Vyananın havasının necə və nə vaxt dəyişəcəyi bəlli deyil. Günlü günəşli bir havada 20 dəqiqə içərisində göyün üzünü qapqara buludlar ala və leysan yağış yağa bilər, ona görə də ehtiyat igidin yaraşığıdır ????Vyanaya necə getməli? sualına cavab olaraq bildirim ki, Əgər WizzAirlə Bakıdan Budapeştə gəlirsinizsə, Budapeştdən qatarla getmək istəsəniz Macarıstan dəmir yollarının saytından bilet sifariş edə bilərsiniz. Qeyd edim ki, əgər Macarıstan dəmir yollarından bilet almısınızsa mütləqMacarıstanı tərk etməmişdən həm gediş həm də dönüş biletlərinizi dəmir yol vağzallarındakı maşınlarda çap edin. Sonuncu dəfə Vyanadan gələndə biletimi Budapeştdə maşında çap etməmişdim deyə biletim etibarsız sayıldı və yenidən bilet almaq məcburiyyətində qaldım, buna görə də biletimizi çap etməyi unutmuruq. Əgər Budapeştdən Vyanaya avtobusla getmək istəsəniz Flixbus və ya Orange Waysşirkətinin xidmətlərinə istifadə edə bilərsiniz.Vyanada nə yeməli? sualının cavab olaraq yəqin ki, hamınız bilirsiniz ki, şnitzel german xaqlarının ən məşhur yeməklərindən biridir, ona görə də Vyanaya gəlib də Şnitzel yemədən dönmək olmaz. Şnitzelin yanında verilən kartof salatı da çox dadlı bir şeydir, dadına baxın məncə. Desertlərdən isə sachertorte və alma ştrudeli Vyanaya gedənlərin ən çox daddıqları təamlardandır.Vyanaya çatdıq, toqqanın altını bərkitdik indi harada gecələməli? sualına cavab axtaraq. Bütün digər şəhərlərdə olduğu  kimi burada da booking.com-dan hotel/hostel, Airbnbdən otaq və ya ev kirayələyə bilərsiniz. Tətilinizi ucuza gətirmək istəsəniz Couchsurfingdən də istifadə edə bilərsiniz. Mən Vyanada 2 fərli məkanda qalmışam. Keçən il gedəndə A&O Wien Stadthalle ** hostelində qalmışdım. Avqust ayında 6 nəfərlik otaqda 1 nəfər üçün 19 avro ödəmişdim. Hostelin təmizliyi və sakitliyi kifayət qədər yaxşıdır, sadəcə mərkəzdən 1.5 km məsafədə yerləşir, istəsəniz piyada istəsəniz də metroyla mərkəzə getmək olar. Bu il gedəndə isə Liechtenstein *** qonaq evində qaldıq. 3 nəfərlik otaq üçün bir gecəsinə 75 avro ödədik. Qonaq evi şəhərin tam mərkəzində yerləşir, pulsuz wi-fi ilə təmin olunub. Hər otağın ayrıca hamam və tualeti var və otaqlar təmizdirlər,  verdiyiniz pulun əvəzini deyərdim ki artıqlaması ilə ödəyir.Gəldik yazımızın əsas hissəsinə – Vyananın gəzməli-görməli yerlərinə. İlk öncə başlayaq Vyana zooparkından, deyə bilərsiniz ki, zoopark zooparkdır da nə fərqi var? əslində düz deyirsiz amma Vyana zooparkının digər ölkələrdəki zooparklardan fərqi odur ki, bu zooparkda siz pandaları yaxından görə bilərsiniz, əlbəttə ki, panda sevərsinizsə. Növbəti baş çəkəcəyiniz məkan Şönbrun sarayıdır (Schönbrunn Palace). Saray Avstriya-Macarıstan imperiyası  dövründə Habsburq monarxlarının yay istirahət məkanı olub, 1950-ci illərdən isə əsas turist məkanlarından birinə çevrilib. Sarayın içinə giriş 12 avrodur, sarayın bağlarına giriş üçün ödəniş tələb olunmur, bağları gəzib ağacların arasıyla təpəyə də qalxa bilərsiniz. Orada bütün saray əlinizin içində kimi görsənir.Şəhərin mərkəzindəki əsas görməli yerlərin siyahısına isə habsburqların Hofburg sarayı və ya Imperial Palace başçılıq edir. Sarayın önündə isə faytonlar durur burada faytonlara minərək şəhər turu edə bilərsiniz. Mərkəzdəki növbəti görülməli məkan əlbəttə ki, Dövlət Opera Evidir. Xüsusilə klassik musiqi həvəskarısınızsa opera evində Motsartın, Haydnın əsərlərini dinləyə bilərsiniz. Operanın xüsusi akustikası sizi klassik musiqinin sirli dünyasına aparacaqdır.Növbəti baş çəkəcəyiniz məkan Müqəddəs Stefan Katedralıdır (St. Stephen’s  Cathedral). Katedral qotik üslubda tikilib və içərisi möhtəşəm ornamentlərlə bəzədilib. Katedralın ümumi sahəsinə giriş ödənişsizdir, istəsəniz içəridə 1 avro ətrafında bir məbləğ ianə etməklə dua edib, şam da yandıra bilərsiniz. Sonra mütləq baş çəkilməli məkan Təbiət tarixi muzeyidir (Natural History Museum). Muzeydə dinozavr fosillərini görə bilərsiniz.  Təbiət tarixi muzeyinin arxa tərəfində Muzey Rayonu və ya MuseumsQuartier yerləşir, bura dünyanın ən böyük 8ci mədəni ərazisidir. Burada bir neçə muzey yerləşir, əgər muzeylərə marağınız varsa baş çəkmək məsləhətdir. Muzeyləri gəzib yorulandan sonra meydanın mərkəzində olan kiçik, rahat kafelərdə oturub bir pivə içə bilərsiniz. Muzey rayonundan çıxıb Təbiət Tarixi Muzeyi istiqmətində irəliləsəniz Avstriya Patlamentinin binası ilə qarşılaşacaqsınız. Təbii ki, Budapeştdəki Parlamentdən sonra bu bina çox kiçik və çəlimsiz görsənəcək amma üzərindəki işləməli heykəllərdən zövq alacaqsınızParlamentdən gəldiyiniz istiqamətdə irəliləsəniz qarşınıza 1800-cü illərin sonunda neo-qotik üslübda tikilmiş Rathausçıxacaqdır, bizim dildə desək İcra Hakimiyyətinin binası. Rathausun qarşısında yaz, yay, qış hər zaman nəsə bir tədbir keçirilir. Qışda milad bazarı (christmas market), yayda sadəcə kiçik kafelər şnitzel təklif edir, bu yay gedəndə isə böyük ekranda Avropa Çempionatının oyunlarını izləmişdik.  Elə gəldiyiniz yolla irəliləsəniz qarşınıza dünyaca məşhur Vyana Universiteti çıxacaqdır, Universitetin qarşısından keçib parka girəndə isə Vyananın ən gözəl binalarından biri olan Votiv kilsəsini görəcəksiniz. Bir çox avstriya memarlıq nümunələri kimi, bu bina da neo-qotik üslübda tikilib. Qeyd edim ki, Liechtenstein *** qonaq evi kilsədən cəmi 100-150 metr məsafədədir. Vyana kilsələrindən Müqəddəs Peter (St. Peter) kilsəsi də mütləq baş çəkilməli olan kilsələrdəndir. Kilsələr siyahısında sonuncu bgörülməli olanı Müqəddəs Çarls (St. Charles) kilsəsidir. Kilsə tam şəhər mərkəzində yerləşməsə də hardasa mərkəzdən 10-15 dəqiqəlik yerimə məsafəsindədir. Amma sırf bu kilsəni görmək üçün o yolu qət etməyə dəyər.Şəhərin ən fərqli arxitektur binası isə Kunst Hausdur. Bina əvəllər mebel fabriki olub, sonradan rəssam Friedensreich Hundertwasserin dizaynı ilə dizayn edilib üzərinə rəngli boyalarla şəkillər, grafiklər və grafitilər çəkilib. Friedensreich Hundertwasser tərəfindən dizayn edilmiş digər bina isə müəllifin adıyla adlandırılan Hundertwassehausdur. Vyananın bütün binalarını gəzib gördükdən sonra hiss edirsən ki, bu 2 bina şəhər üçün “yaddır”, heç bir başqa binaya, arxitektur işə bənzəmirlər amma eyni zamanda da şəhərə xüsusi bir gözəllik, cazibə verirlər.Bilirik ki, bloqumuzu oxuyanlar şoppinq etməyi də çox sevirlər ona görə də, onlar üçün də Vyanada gediləcək yeri unutmamışıq ???? Bütün Mariahilfer Strasse və ya Mariahilfer küçəsi boyu geyim və aksesuar mağazaları sıralanıb. Buradan zövqünüzə və tərzinizə uyğun mağazalardan alış-veriş edə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh  

3585 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!