1210 dəfə oxunub

Avropanın ən məşhur gənclik festivalı - Tomorrowland

Tomorrowland FAQ ????

Location - Belgium, Boom

Dates - Twice a year. İyul ayının 3 və 4 həftəsi..

Duration - 4 days (1 day for camping and pre-party + 3 full days)

Time - 12:00 p.m. till 01:00 a.m.

Attendance - 250 000 per week

Niyə məhz Tomorrowland (TML)?

67951710_2906150639456964_6636104692889812992_o

Qısa məlumat: Çünki Tomorrow unikaldır və next- level festivaldır, və oraya düşəndə sən elə bil nağıla qatılırsan hər il yeni mövzü və sujet və buna görədə Dünyada #1 EDM genre üzrə musiqi festivalıdır, 15 stage + 1 Main stage və 400-ə yaxın DJ-lər. Hər stage hər musiqi genre üçün nəzərdə tutulub (techno, drum, trance, psy, hardstyle, hardstyle, dubstep, house and etc.). Hər gün festivalda ayrı ayrı genre olan mahnılar hər stagelərdə olur və ya umumiyyətlə cəmi 1 gün olur. Stagelər əsasən Labellər üçün nəzərdə tutulub. Məsələn elə stagelər "Atmosphere, Core ve Freedom, Garden of Madness" kimi burada 3 gün "Techno" amma ayrı labellər (Drumcode, Spectrum, Afterlife) və əlbəttəki Dj-lər olur, Freedom-da ise "Trance, psy" olur, Garden-da - "tek, "melodic" ve s.

68287426_2906150422790319_4902635800367202304_o

Camping: Festivadan 2km aralıqda Camping yerləşir, xüsusi bilet olanlar orada öz palatkanı qoyub və 4 gün orada qala bilər (biz elə edirik) festivalın tam atmosferinə qatılmaq üçün. Camping-də bütün şərait var - "Showers", "Beauty Salons", powerbanklar uchun doldurma menteqeleri ve s.Biletlər haqqında ətraflı aşağıda:

İndi əsas məsələ qiymətlər və s. aşağıda qeyd olunan qiymətlər oficcial-dir.

Festivalda hər tipli biletlər var, qiyməti 100 avrodan - 5000€ və yuxarı məbləğındə olar.

Ən ucuz bilet 1 günlük bilet (Daily pass) - 100€ + fee

Full Madness 3 günlük - 380€+fee

Magnificent Greens 4 gün Camping ile birlikde - 450€ + fee

Easy tents - 2 nəfər üçün 1300€ hazır palatkalar və ayrı zona, festivaldan palatkanı özünüzlə apara bilərsiniz.

Comfort pass (vip) - 650€ bezi stagelerin yabinda VIP zonalara kechid.

67928796_2906150926123602_5369515989736095744_o

Biletləri necə əldə etmək olar?:

Hər ilin Fevral ayında World-Wide Sale açılır və 30-40 dəq ərzində bütün biletlər satılır (elə olurki növbədə durursan və sold out olur. Əgər ww-den bilet ala bilməsinizsə siz bileti unoficcial mənbədən qiyməti 700+€ bashlayan Viagogo ve ya TML resmi distribyutoru tur şəklində alırsan (hal hazirda Russia reklam etməmək üçün inboxa) alırsan.

Festivalda xərclər: festivalda bütün ödənişlər nağdsız olur yani cash ve ya card ile odemeler yoxdur. Oz valyutalari var "Pearl" adlanir ve sizə poçtla gələn bracelletde chip olur ve paymenti bracellet ile edirsiz. Braccelet-lere pulu yuklemek üçün festival ərazisində xüdudi yerdə edirsiz və ya online.

1 pearl ~1.7€

Qiymətlər: meal - ən ucuz 7 pearls ( ən azı gündə 3 dəfə çünki festivalda çoxlu yemək lazımdır enerji sərfiyyətinə görə), still water - 2-3p, red bull - 3p ve s. Hesablamanı özünüz 3 günə götürürsünüz. Qeyd etmək istəyirəm ki, festival ərazisində "İçməli-Drinkable" su olur hətta WC-də.

67946076_2906151089456919_2835316595960578048_o

Summary :

Tml ticket - 700€ (camping olan), campingsiz bəlkə - 550€ tapmaq olar

Camping üçün tent və yataq dəsti - 100€ + və ya

Hotelda qalmaq istəyirsinizsə - 500€ hotel + 30-50€ Taxi per day

Flight - 500€ (Baku - Istanbul - Amsterdam 2 tərəfli) - bizim belimizi qıran elə bahalı uçuşlardı)

Gündəlik xərc - 150€ + (özünüzdən asıllı, azda ola bilər)

Fors major hallar üçün - 700€ minimum mütləq kartda olmalı (elə olur ki flight təxris olunur və ya nəsə baş verir)

Bu minimal xərclərdir

Biz adətən festivaldan qabağ Amsterdama gedirik 3 gün orada gəzirik və sonra Belçikaya gedirik. Əlbəttəki buraya əlavə 700 avro tələb olunacaq hotel + gündəlik xərc + qatar iki tərəfli 70 avro.

Alternativ və ucuz festivallar: "Ultra Music Festival" və "Untold"a hər zaman bilet ala bilərsiniz, bu festivalların bilet qiyməti heçvaxt qiymətdə qalxmır çünki spros az olur.

p.s. bəzilərinə bu festival çox bahalı gələ bilər, amma bu pul ona dəyər. Və əlbəttəki bizim kimi musiqi sevənlər üçündür, heç kim normal bir halda bu qədər pul musiqiyə və ya atmosfera xərcləməz) bu il şəkillər az idi sorry =)

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Khayal Hajiyev

DİGƏR BLOQLAR

Amalfi sahilləri - Positano bələdçisi

Ona İtaliyanın ən romantik qəsəbəsi də deyirlər. Bəli, söhbət Amalfi sahillərində yerləşən Positanodan gedir. Positanoya həm Romadan, həm də Napolidən getmək mümkündür. Mən Napolidən getməyi seçdim. Amma bu səhvi mən etdim, siz etməyin. Avropanın göbəyində bu qədər çirkab görəcəyimi ağlıma belə gətirə bilməzdim. Mərkəzi küçələrində belə dolub-daşan zibil yeşikləri, üfunət qoxusu - Napolidən mənə qalan xatirələr oldu. Əbəs yerə İtaliyanın ən çirkli və ən təhlükəli şəhəri adını almayıb ki?!. Və ilk dəfə bir şəhəri daha çox gəzməkdən imtina edib, otel otağında oturub qatarımın vaxtını gözləməyi seçdim.Bu şəhəri çox yerdən-yerə vurdum. Bir az da yaxşı sözlər deyim. Yəqin ki, pizzanın vətəninin Napoli olduğunu bilirsiniz. Bizdən fərqli olaraq, burada pizzalar daha çox sadəliyi ilə, daha dəqiq desəm, üstündə heç nə olmaması ilə seçilir. Hardasan ay bizim toyuqlu, qiyməli, sosikalı, kolbasalı, zeytunlu, bibərli, göbələkli pizzamız deyə-deyə üstü bomboş olan, Bakıda üzünə baxmadığımız Marqarita pizzasını yeməli olduq. Pizzanın vətəni olan Napolidə nə az, nə çox, düz 800 pizzacı var. Onlardan ən məşhuru isə 149 yaşlı L’antica Pizzeria da Michele-dir. Bu qədər qədim və məşhur bir pizzacı olasan və cəmi iki növdə pizza təqdim edəsən: o da ki, Marqarita çeşidləri. Amma di gəl gör ki, pizzeriyanın önündə bir növbə olur ki, 90-cı illərin Bakısının çörək növbəsi onun yanında heç nədir. Culiya Robertsin “Eat, Pray, Love” filmi ilə məşhurluğuna məşhurluq qatan bu pizzeriyadan sonra buralara gəlib çıxma səbəbim olan Positanoya yollanıram.Rəng, qoxu, huzur...Cəmi 4 min əhalisi olan, amma il ərzində 5 milyon turist qəbul edən Positano... Belə yerdə deyiblər, “bir balaca boyu var, dam dolusu toyu var”. Özü də nə dam dolusu?! Hər addımında bir başqa gözəllik... Bilmirsən hansı tərəfə baxasan. Bir tərəfdə masmavi dəniz, bir tərəfdə sıldırım qayalıqlar, bir tərəfdə rəngli evlər...“Positanonu 3 sözlə təsvir et”, - desələr, ilk ağlıma gələnlər bunlar olar: rəng, qoxu, huzur. Qəsəbənin rəngli dünyalı insanları evlərini də rəngbərəng boyamağı seçiblər. Bir rəssam fırçasından çıxmış kimi rəngbərəng, özünəməxsus evlər düşünün. Buna bir də limon ağaclarının və begonvillərin qoxusunu əlavə edin. Ortaya çıxan nəticə isə huzurdur.Positano əvvəllər kiçik bir balıqcı kəndi imiş. 1953-cü ildə tanınmış yazıçı Con Steynbakın bir moda jurnalına yazdığı məqalə ilə kəşf edilir və bugünkü məşhurluğuna çatır. Buna da qələmin, sözün gücü deyirik.Positano paytaxtı Napoli olan Campania bölgəsinin qəsəbələrindən biridir. Amalfi sahillərində yerləşən bir qəsəbə. Positano adını eşitməsəniz belə, Amalfi sahillərini eşitməməyiniz mümkün deyil. UNESCO Dünya Mirası siyahısına düşəcək qədər məşhur sahillərdir. Şairlərə, yazarlara, sənətkarlara ilham qaynağı olacaq qədər gözəl Amalfi sahilləri “National Geographic” tərəfindən də ən gözəl yolu olan yerlərdən biri seçilib.Sorrentodan Solernoya körfəz boyunca 50 kilometrlik məsafədə uzanan, iri qayalıqların yamaclarına naxış kimi səpələnən bir-birindən rəngli qəsəbələrin toplusudur Amalfi sahilləri... Cənnətdən bir parça da deyə bilərik bu yerlərə. Amalfi adı mifologiyadan gəlir. Yunan mifologiyasından tanıdığımız Heraklesin aşiq olduğu su pərisinin adı imiş Amalfi. Sevdiyi gənc yaşda öldükdə Herakles onu dünyanın ən gözəl yerində dəfn edəcəyinə söz verir. Həmin yer olaraq Amalfi sahillərini seçir və buraları sevdiyinin şərəfinə adlandırır.Positano, Praiano, Conca Dei Marini, Amalfi, Atrani, Ravello, Minori, Maiori və Vietri Sul Mare qəsəbələrindən ibarətdir Amalfi sahilləri. Bunların ən gözəli isə, heç şübhəsiz ki, Positanodur. İtaliyanın ən romantik qəsəbəsi olan Positano...Belə gözəlliyin də gözəl qiymətləri olacaq, təbii ki. Dəniz sahilinə endikcə restoranlar da, otellər də od tutub yanır. Yuxarı hissələrində, mərkəzdən və sahildən kənar yerlərində qiymətlər daha münasibdir. Çimərlikləri də çox məşhurdur Positanonun. Amma elə bilməyin ki, burada hər şey pulludur. Belə ki, çimərlikləri tam pulsuzdur. Təbii ki, əgər şezlonq və çətir götürməyəcəksinizsə. Şezlonq və çətirləri isə sahildəki kafe və restoranlar işlətiyi üçün onların müqabilində pul ödəmi olursan. İyul, avqust ayları ən qonaq-qaralı vaxtlarıdır Positanonun. İynə atsanız, yerə düşməyəcək qədər qonaq-qaralı...Dik yamaclarda bir-birinin üstündə tikilən rəngbərəng evləri, çəhrayı-bənövşəyi begonvilli, limon qoxulu, ilan kimi qıvrıla-qıvrıla sahilə enən dar küçələri ilə dünyanın ən sevimli qəsəbələrindəndir Positano. Əzəmətli qübbəsi ilə seçilən “Majolica” kilisəsinin qəsəbəyə qatdığı gözəlliyi fotoaparatımızın obyektivinə köçürərkən, Xristofor Kolumb küçəsində yeriyərkən, La Zagarada qəhvəmizi içərkən, Positano mənzərəsinin ən gözəl göründüyü yer olan Le Sirenuse otelinin terrasında ən gözəl şəkillərimizi çəkməyə çalışarkən zamanın necə keçdiyini bilmirik... Heç oyanmaq istəmədiyi bir yuxunun içində hiss edir burada insan özünü...Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: ‎‎‎Rena Karimova

3376 dəfə oxunub

Gəzəyən məsləhəti - sevimli restoranlar

Olduğunuz ölkələrdə ən sevdiyiniz restoran, kafelər hansılar olub?  Mənim ilk 7liyim bunlardır. Yolunuz bu şəhərlərdən düşsə, mütləq baş çəkin:1. The Test Kitchen (Keyptaun, CAR) - Porsiyalar çox kiçik olsa da, mükəmməl dad yaradırlar. Bu restoran hər il dünyanın fərqli yemək jurnallarında "Dünya üzrə Top 50, Top 100 Restoranlar" listinə düşür. Bütün yeməklər gözünüzün önündə hazırlanır. Təamlar doymaq üçün deyil, zövq almaq üçündür. Biraz toppuşlar burdan birbaşa McDonaldsa doymaq üçün rahat gedə bilər. 2. Copa Lima (Rio, Braziliya) – Rionun mərkəzində Kopokabana tərəflərdə əsas mərkəzi küçələrdə olan balaca Fast Food kafeləridir. Əjdaha burgerləri və təbii şirələri olur. Alırsan 1 burger, 1 şirə. Düşürsən 2 küçə aşağıda yerləşən və dünyanın ön məhşur çimərliklərindən sayılan Kopokabanaya. Oturursan sahildə, vurursan bədənə əlindəkiləri. 5 Ulduz restoranlardan daha çox zövq alırsan. 3. The Rules (London, Birləşmiş Krallıq) - Londonun ən qədim restoranıdır, 1798-ci ildən fəaliyyətdədir. Sezonuna düşsəniz, məhz gündəlik olaraq ovlanmış ceyran, maral və digər heyvanların ətlərindən hazırlanmış təamların dadına baxa bilərsiniz. Təkcə interyer restoranın qiymətləri haqqında nəticə çıxarmanıza yardımçı ola bilər. Amma yeməklərin dadı interyeri ikinci plana salır. Bu restorana turistlər və yerlilər xüsusən onlarla növü olan ingilis pudinqləri üçün gəlirlər.4. Café de Tacuba (Meksiko, Meksika) - öz tarixinə uyğun freska və divar rəsmləri ilə dizayn edilmiş retsoranda Meksika mətbəxinin ən dadlı yeməklərini dada bilərsiniz. Restoran 1912-ci ildən fəaliyyət göstərir və bütün interyer bir tarixdir. Mən ençiladas və miçelada sifariş vermişdim. Yeməkləri də çox dadlıdır. Heyif ki, Bakıda heçbir restoran, kafe, pab miçelada vermir.5. Texas Steak House (Dubay, BƏƏ) – Həyatımda yediyim ən dadlı steykləri burada yemişəm. Dubai Mall-da (Fountain Restaurant Area – Lower Ground Level) yerləşir. Dubaya gedəndə mütləq özünüzə bir qonaqlıq verin orada.6. Mama Africa (Keyptaun, CAR) – Keyptauna gələnlər üçün “must be” restorandır. Qiymətləri biraz yüksək olsa da, Krokodil, dəvəquşu və birçox başqa heyvanların ətlərindən hazırlanmış qrillərin və MicroBrewery-lərin dadına baxmağa dəyər bir yerdir. Həm də canl Afrika musiqisi ilə. 7. Компот (Odessa, Ukrayna) – Odessadan yolunuz düşsə, dovşan ətindən olan pelmenilərinin (kompotla  ) və Borşlarının dadına baxın. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Baba Aghayev

3798 dəfə oxunub

Körpə uşaqla səyahət zamanı lazım olan ləvazimatlar

Avropa və 18 aylıq körpə10 günlük səfər üçün özünüzlə aparmalı olduğumuz ləvazimatların siyahısı ????1. Mövsümə uyğun geyim (4 ədəd body, 3 ədəd polzunki, nazik və qalın papaq, qalın və nazik corab, yatması üçün sleepik, jiletka, 1 ədəd şalvar (biri də əynində idi), 1 ədəd köynək (biri də əynində idi))2. Tibbi çantada götürdüklərim (cefekon şamı, nanə cövhər, espumizan (pinkoo), akvamaris, termometr (dədə babadan olan), oksalin mazı, otrivin (əgər daha ağır qripdirsə), bint, leykoplastr, pambıq, disk pambıq, qulaq çöpü, bədən yağı, prisipka, bepanten kremi, sudokrem, yod, 90%-li spirt, 70%-li spirt)3. Kolyaska - yay kolyaskası adı ilə bilinəndən götürmüşdük. Çünki həm daşıması rahat, həm yığılıb-açılır, həm də yüngüldür. Mütləq və mütləq oturacaq hissənin yığılıb açılan olmasına nəzər yetirin. Uşaqlar tez yorulur və siz gəzəndə o rahat yatsın deyə kolyaskanı ona uyğun seçin. Mənim etdiyim səhv isə bu kolyaskanın qış ədyalının olmaması idi. Buna xüsusi diqqət verin. 4. Gedəcəyiniz gün sayından asılı olaraq uşaq bezləri götürün.5. Mini qaz peçi, balaca qazan, getdiyiniz günün təyyarədən eniş saatından asılı olaraq kartof, kök, düyü, kabaçki (qeyd edim ki, 18 aylıq idi və ancaq özünəməxsus hazırlanan suplar yedirirdim), hazır kaşalar (biz Heinz firmasının kaşalarını işlədirdik), düyü unu (səhərlər kaşasını təbii hazırlayıram, hazır kaşanı əlimyandı anların xilaskarı kimi saxlayırdım), südü isə düşüb mağazadan almaq olar.6.Yemək termosu, balaca su termosu (gəzintidə daşınması rahat), əgər uzunmüddətli avtobus və ya qatar yolunuz varsa və bir səyahətdə bizim kimi 3-4 ölkə nəzərdə tutursunuzsa, iri termos (4-5 stəkanlıq olan) mütləq götürün.7. Nazik və qalın ədyal (havaya əsasən çöldə qalın, restoran, mağaza və muzeyə girəndə isə nazik ədyal örtürdüm üstünə)8. Sevdiyi oyuncaqlar (5-6 növ, nəzərə alın ki, bir oyuncaqla oynama müddəti maksimum 10 dəqiqədir)9. Planşet (kaprizli anların xilaskarıdır rəsmən)10. Ətir (mən @chiccoazerbaycan ətrini işlədirəm). Qusarsa və yuyunmaq üçün uyğun şərait olmazsa, özünüz və ətrafdakılar iydən boğulmasın deyə əla xilaskardır.11. Antibakterial su (bütün marketlər və apteklərdə var, 1-3 AZN arası dəyişir qiymət)Bəs Sizin səyahət çantanıza nələr daxildir?Siz də öz təcrübələrinizi #ninjaparents həştəqi ilə paylaşın, oxuyaq ????Paylaşdı: Eva Safarova 

1497 dəfə oxunub

Gəzəyən məsləhəti - Budapeşt

Budapeştdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salamlar hərkəsə! Ümid edirəm ki, bu yazım qrupun formatından kənara çıxma kimi nəzərə alınmayacaq. Amma bu yazını çoxdandır ki, yazmaq istəyirdim.Qısa müddətdir ki, Budapeştdə kiçik bir suvenir mağazasında işləyirəm. Bu müddətdə çox insan gördüm təbii olaraq ???? Gördüklərim, gözləmlədiklərimdən bir nəticə çıxarmışam ki, onu da sizinlə paylaşmağı çox istəyirdim. Çalışdığım müddətdə müştərilərlə ünsiyyət qururam. Yaşlarını, hansı ölkənin vətəndaşı olduqlarını, növbəti səfərlərinin hara olduğunu və s. soruşuram. Bir daha əmin oldum ki, başqa ölkələri, fərqli məkanları, insanları tanımağa heç bir ünsür maneə ola bilməz. Turistlərin arasında cavan nəsil olmaqla yanaşı, yaşlılar, kiçik yaşlılar olur. Bununla yanaşı, fiziki məhdudiyyətli turistlər isə insanın sadəcə yaşama stimulunu artırır. Yanlış anlaşılmasın, ayrıseçkilik etmək ağlımın ucundan keçmir. Sadəcə heçnəyin dünyanı kəşf etməyə, səyahət etməyə, pozitiv düşünməyə maneə olmayacağına toxunmaq istəyirəm. Bu müddət ərzində minlərlə turistin arasından barmaqla sayılacaq qədər azərbaycanlı görmək, onların arasında çoxunun kişi cinsinə mənsub olması, gördüyüm azərbaycanlı xanımlarınsa hamısının ailəli olaraq gəlməsi, çoxunun ingiliscə bilməməsi (ya da çox az "derdimi anlatacak kadar") bilməsi üzücü hallar arasındadı. Ancaq mən bu mövzulara dəymək istəmirəm. Bunları çoxumuz bilirik və həm də yaxın vaxt ərzində düzələcəklərinə ümidim çoxdu. Ancaq başqa bir mövzu var ki, belə görürəm ki, biz( gənc nəsil) bir addım atmasaq düzələsi deyil.Gəzəyənlər, çox-çox xahiş edirəm, özümüz gəzərkən valideynlərimizi də gəzməyə həvəsləndirək. Bizim millətimiz çox işləməyə, özünü fəda etməyə, özünü unutmağa meyllidir. İllər keçir və artıq sonra nə enerji, nə həvəs nə də bəzən pul qalmır. Deyə bilərsiniz ki, əmək haqqı buna yetmir və s. Amma inanın mənə necə maddi vəziyyəti aşağı ailələr görürəm burda. Təsəvvür belə edə bilməzsiniz. Nə də mən demək istəmirəm. İçəri girən kimi "discount, discount" başlayırlar  Əgər orta statistik ailəni nəzərə alıb, birazca kənara "atmağa" can atsaq, biraz da həvəsli olub mütəmmadi olaraq endirimli uçuş, qatar, bus biletləri (gediləcək yerdən asılı olaraq) axtarsaq məncə eləmək çox da çətin olmamalıdı. Bəzən də artıq xərclərimizi azaltsaq? ????Bu iş bizə düşür məncə) Valideynlərimizin, ailəmizin, sevdiyimiz insanların da səyahət etməsini istəmərikmi? Məncə çox gözəl olar.P.S çoxbilmiş, ağılverən biri kimi göründümsə, sorry, məqsəd bu deyildi. Sadəcə gülərüzlü, dünyanı gəzən, görən, marağı olan (gəzdikcə artır, bilirik ????) insanlar, xüsusən yaşlılar görəndə bizim insanları da belə görmək çox istəyirəm. Uzun oldusa, sorry.Azərbaycanlıları cinsindən, ailə vəziyyətindən, yaşından və maddi imkanından asılı olmayaraq dünyalı olaraq görmək ümidi ilə! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Zulya Abdullayeva

991 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!