Avropaya bu səfərimdə nəqliyyat xərcləri və avtomobil kirayəsi barəsində :
Uçuşum Budapeştə idi və öncədən aeroportda götürüb,aeroportda qaytarmaq şərtylə 3 günlük maşın sifariş etdim sixth şirkətindən, son vaxtlar çox oxumuşdum ki,beynəlxalq vəsiqə almayanda avropada bir çox şirkətlər incidirlər və sığorta adı altında əlavə xarclər alırlar,bunun üçün getməmişdən öncə Respublika Baş Yol Polis idarəsindən şəkildə gördüyünüz vəsiqəni aldım.
İcarə götürərkən yerində tələb olunan sənədlər :
Beynalxalq Vəsiqə.
Sürücülük vəsiqəsinin özü.
Xarici Passport
Fiziki olaraq Kredit Kartı ( depozit almaq üçün).
Bu sənədlər hazırdırsa 5-10 dəqiqəlik sənədləşmə,imzalama prosesi gedir,soruşurlar ki,digər ölkəyə səfər edərcəksiniz,bildirdim ki,Vyanaya gedəcəm yəqin,qeyd etdilər ki,ora getmək üçün Benzin məntəqələrindən Viennacard almaq lazımdır,qiyməti 15 euro civarı idi.
Benzin: Benzin maşını götürərkən full idi çən,bildirdilər ki boş qaytaracaqsınızsa indidən 93 euro verin,mən dedim dolduraram,maşınla 3 gün içində Vyanaya getdim,Budapeştdə gəzdim,Bratislavaya getdim,Budapeşt-Vyana arasında Pandorf Outleti və Györ şəhərinə getdim,ancaq tam olaraq neçə km getdiyimi ölçmədim,maşını dolu çənlə qaytardım və ümumilikdə benzinə təxmini 70 euro xərcim çıxdı.
Parking : Budapeştdə Parking ortalama saatı 2 avro civarındadır, şənbə və bazar günləri pulsuz olur küçələrdə, Vyanada parking saatı 4-5 avro olur çox yerdə, hoteldə 24 saat üçün 35 avro ödəniş etdim,şəhər içi 8 avro olan ictima nəqliyyat bileti almaqla gəzmək daha rahat və sərfəlidir. Bratislava mərkəzində böyük mall var və orada ilk 3 saat parking pulsuzdur, 3 saat bir az alış-veriş,bir az da çay ətrafını gəzməyə bəs etdi.
Xərc : Ümumilikdə 3 günlük icarə, Vyana yol vərəqəsi,benzin və parkingə 320 avro xərcim çıxdı,detallı yazsam :
3 günlük icarə-165 avro
Vyana yol vərəqəsi-15 avro
Parking- 70 avro
Benzin-70 avro.
Maşın MiniCooper Courtyard 2025 avtomat,içində naviqatora kimi bütün xüsusiyyətlər var idi.
Skuter : Roma, Budapeşt və Vyana şəhərlərində nəqliyyat kimi yox,həvəs kimi Line tətbiqindən skuter icarələdim, aşağı-yuxarı hamısında 30 dəqiqə istifadə etdim və 10 avroya yaxın pul çıxdı,hansındasa 8.5 ,hansındasa 9.5 avro,hesab edirəm ki sərfəli deyil nəqliyyat kimi istifadə etmək.
İtaliyada Nəqliyyat :
Romada 1 günlük gecələyəcəm deyə maşın kiraləmədim,havalimanında Termini Vağzalına qatar bileti aldım, bilet 8 avro və 14 avro var idi, vağzaldan hotelə isə atobus var idi 15 dəqiqə məsəfə,avtobusun içində kartla 1.5 avro ödəniş edərək gediş əldə etmək olur,əgər çox nəfərsinizsə gərək çox kart olsun, 1 kartla yalnız 1 ödəniş etmək olur. Taksilər aldatmırdı Romada,mərkəzdən havalimanına fix qiymət 55 avrodur.
Sardinyada maşın icarə etmişəm : Full Kasko Sığortayla günü 110 avrodur,sığorta olmasa günü 60-70 avrodur,ehtiyat etdiyim üçün full etdirdim mən. Depozit 200 avro, maşın Peugeot 208 Hybrid 2024, 4 nəfər rahat əyləşmək olur,bütün günü adanı gəzirəm benzin demək olar ki içmir .