Medellinə Səyahət
Soy el fuego que arde tu piel, Soy el agua que mata tu sed.Medellin. Unudulması mümkün olmayan şəhər. Qəhvənizi hazırlayın, sizi maraqlı bir səyahətə aparacam Royal Aliyev ilə çıxdığımız 22 günlük səyahətin ən yadda qalan şəhəri Medellin haqqında sizə bələdçilik edəcək məlumatlar paylaşmaq istəyirəm.Çoxlarımız Medellini əsasən Pablo Escobar haqqında çəkilən film və seriallardan tanıyırıq. Ancaq Medellin şəhərinin səni valeh etməyi üçün heç bir cinayətkar dəstəyə ehtiyacı yoxdur. Şəhər dağlarla əhatələnib və havası, yaşıllığı, yeməkləri, insanları ilə səyahətinizi unudulmaz etməyə qadirdir. Ancaq keçmişdə yaşanan və təsiri bu günə qədər davam edən xoşagəlməz hadisələr şəhərin abu-havasında özünü bir qədər göstərir.Jose Maria Cordova beynəlxalq hava limanından Uber və ya digər taksilərlə şəhərə gələ bilərsiniz. Ancaq bizim kimi əlavə xərclərsiz səyahət edirsinizsə, 1700 pesoya (nağd) avtobus sizi San Diego Mall'un yanına gətirəcək. Sadəcə diqqətli olun sürücü əlavə pul istəyə bilər, verməyin. Oradan da ya metro, ya da taksi ilə davam edə bilərsiniz.Metro istifadəsi çox rahat və təhlükəsizdir. Kartlar girişdə satılır və bir gedişin qiyməti təxminən 4000 pesodur.Medellin rəsmi olaraq 16 Comuno'ya bölünüb, ancaq şəhər böyüməkdə davam edir. Bunlardan ən məşhurları və təhlükəsiz sayılanları:• Comuna 14 – El Poblado• Comuna 11 – Laureles – Estadio• Comuna 13 – San Javier• Comuna 10 – La Candelaria (El Centro)Comuna 14 – El PobladoBunlardan ən turistik və təhlükəsiz olanı Komuna 14 – El Poblado hesab olunur. Burada müxtəlif əyləncə məkanları, kafe-restoranlar, bir sözlə turistlərin qaynaşdığı məkan kimi tanınır. “Parque Lleras” və “Provenza” kimi məşhur yerlər buradadır. Biz də hostelimizi buradan tutmuşduq. Linki şərhdə tapa bilərsiniz.Comuna 11 – Laureles – EstadioƏgər daha sakit yer axtarırsınızsa, bu kommunanı seçə bilərsiniz. Amma yenə də deyirəm: Comuna 14 Comuna 10 – La Candelaria (El Centro)Bura şəhər mərkəzi sayılır və burada ticarət mərkəzləri, muzeylər, tarixi binalar tapa bilərsiniz. Gündüz maraqlı olsa da, axşam saatlarında bir qədər ehtiyatlı olmaq tövsiyə olunur.Comuna 13 – San JavierPablo Escobarın vaxtında buralar polisin belə girə bilmədiyi yerlər sayılırdı. Hər gün burada silahlı qarşıdurmalar, adam oğurluğu, qətllər baş verirdi. Narkotik ticarəti buradan bütün dünyaya yayılırdı. 1993-cü ildə Escobar zərərsizləşdirilsə də, bu ərazilərdə FARC qruplaşması hakim olmuşdu. 2002-ci ildə keçirilən böyük bir əməliyyat nəticəsində bu qruplaşmanın da sonu gətirildi və insanlar rahat nəfəs almağa başladı.Hazırda bu məkan Medellinin əsas turistik bölgəsidir və hər gün minlərlə turist buranı ziyarət edir. Lakin məsləhət görülür ki, gəzərkən mərkəzi küçələrdən kənara çıxmayasınız, yoxsa sizi Xoşqədəm də axtarıb tapa bilməz. Buraya müxtəlif turlarla da gedə bilərsiniz. Yaxud bizim kimi metro ilə San Antonio stansiyasında xətti dəyişib narıncı xətt üzrə San Javier stansiyasında düşsəniz həm büdcəyə qənaət etmiş, həm də sərbəst gəzmiş olarsınız.Burada kafelər, restoranlar, suvenir dükanları və vaxtilə baş vermiş silahlı qarşıdurmaların izlərini daşıyan divarlar üzərində maraqlı qrafiti əsərləri görə bilərsiniz.Təhlükəsizlik baxımından ehtiyatlı olmaqla bu şəhərdə rahat gəzə bilərsiniz. Sadəcə olaraq:Tanımadığınız küçələrə girməyin Sizə yaxınlaşıb narkotik və digər təkliflər edənlərə "yox, təşəkkür edirəm" deyib uzaqlaşın Gecə vaxtı çox da küçələrdə gəzməyə meyil etməyinQiymətlər demək olar ki, hər büdcəyə üçün tapmaq olar. Yeməkləri isə bizim ağız dadımıza tam uyğun gəlir.Yemək seçimləri boldur, amma birini mütləq sınayın deyirəm: Bandeja Paisa . İçində ət, düyü, lobya, yumurta, avokado, patacon (qızardılmış banan) və daha nələr var. Bir boşqabı elə doludur ki, ikiyə bölüb rahatlıqla paylaşmaq olar. Biz bir porsiya ilə ikimiz də tam doymuşduq. Dadı isə... sözlə izah etmək çətindir, mütləq dadmaq lazımdır. İçgiləri isə sadəcə möhtəşəm. Xüsusən pivə həvəskarları üçün...Digər görüləsi yerlərdən:• Museo de Antioquia – Burada məşhur rəssam Fernando Boteronun əsərlərini görə bilərsiniz . Muzeyin yaxınlığında onun heykəlləri ilə dolu meydan da yerləşir.• Metrocable (funikulyor) – Şəhərin panoramasını yuxarıdan seyr edə və Arví Parkına gedə bilərsiniz .Əgər əlavə vaxtınız varsa, yaxınlıqda yerləşən Guatapé şəhərinə və oradakı məşhur El Peñón qayasına gedə bilərsiniz . Daha ətraflı Royal Aliyev in Guatape haqqında postundan oxuya bilərsiniz.Buraya həm turlarla, həm də sərbəst şəkildə getmək olar. Bunun üçün Caribe metro stansiyası yaxınlığındakı Terminal de Norte avtovağzalından 22000 pesoya avtobus bileti ala bilərsiniz . Redbus proqramı ilə onlayn rezervasiya da mümkündür, lakin terminalda təsdiqləmək vacibdir.Qayıdanda Guatapé şəhərini gəzməyi də mütləq tövsiyə edirəm.Sonda isə onu deyim ki, yağışdan sonra günəş necə çıxırsa, Medellin də qaranlıqdan işığa yüksələn bir nağıldır. Keçmişi ilə üzləşməkdən çəkinməyən, cəsur şəkildə gələcəyini yazan bir şəhərdir.Bonus: Narcos serialına marağı olanlar üçün Pablo Escobarın vurulduğu yer, evi və qəbrinin olduğu ünvanları şərhdə paylaşacam Mənimlə birlikdə səyahət etmək istəyirsinizsə, Instagram profilim: @azerhsnPaylaşan Azer Hasanov