1942-ci ildən etibarən Avropanın fərqli ölkələrindən Yəhudilər toplanaraq Auschwitz’ə və daha sonralar inşa edilən Birkenau (daha geniş əraziyə malik olan 2-ci kampa) göndərilirdi. Bu kamplara təxmini olaraq 1 milyon 300 min Yəhudi, 150 min Polyak, 23 min Roman, 15 min Sovet müharibəsində əsir götürülmüşlər gətirilmişdi. Öncələri kamplara daxil olanların qeydiyyatı üçün şəkilləri çəkilsə də bu metodun xərcli olması səbəbindən daha sonralar hər kəsin tattoo ilə qeydiyyata alınmasına qərar verildi.


Auschwitz’ə gətirilənləri öncəliklə SS həkimləri tərəfindən qruplara ayrılırdı:
Məcburi və ağır işlərdə çalışdırılmağa yararlı olan fizikən güclü olanlar (qidaların çatışmamazlığı səbəbindən onların gücləri tez tükənir, daha sonra da ya donaraq, ya iş qəzasında ölürdülər),
Üzərində vəhşicə tibbi sınaqlar keçirməyə yararlı olan qadınlar və uşaqlar (daha ağrılı ölümlərə tabe tutulanlar). ‘Auschwitz’in Əzraili‘ olaraq adlandırılan Josef Mengele SS həkimlərindən biri idi (daha sonra qaçaraq Braziliyada həyat qurur və əcəldirmi bilinməz dənizdə üzərkən ölür).
Heç bir məqsəd üçün yararlı olmayanlar isə öldürülmələri üçün qaz otaqlarında və ardından isə cəsədlərin yandırılması məqsədi ilə krematoryuma göndərilidirdi.
Saxlama kampının ilk və ən uzun müddət xidmət edən komendantı olan Rudolf Höss saxlanılanların öldürülməsi üçün zəhərli Zyklon B təmin edilməsini əmr edir. Əslində bir dezinfeksiya maddəsi olan Zyklon B, qapalı məkanda (qaz otaqlarında) yaydığı buxarla dəqiqələr içində ölümə səbəb verirdi.

Sağ qurtulanların dediklərinə əsasən: SS zabitləri saxlanılanları ölümə göndərərkən “biz sizi digər və daha yaxşı şəraiti olan kampa göndəririk deyib ölüm yoluna yollayırdı və nəticədə qarşıdurma yaranmırdı.

1944-cü ilin sonlarına yaxın kamplarda baş verən kütləvi qətliamların gizli çəkilmiş şəkilləri Londona göndərilmişdi və artıq kamplarda olan bitənlərdən digər ölkələrin də xəbəri var idi. Sovet qoşunları 1944-cu ildə Aushüitzhə hücumə keçərkən SS zabitləri kampta yerləşən qaz otaqlarını partladaraq öz cinayətlərini ört basdır etməyə çalışdılar.


Bilet qiyməti : 55 PLN (zloty)
“#Auschwitz - Never again!”
Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…
Paylaşdı: Farid Abilov