174 dəfə oxunub

Antalya/Kəmər Səfərim

12-17 avqust 2025 Antalya/Kəmər səfərim ilə bağlı detallı məlumat. Kimlərəsə faydalı ola bilər.
- Turpaket almaq özün təşkil etməkdən daha sərfəlidi. Əsasən də air transfer və avia bilet üçün. Çünki taksilər və bilet çox bahadır. Oteller bookingdən elə də fərqlənmir
- Otel seçimi edərkən mütləq rəyləri oxuyun, bir çox otellər ulduzlarının haqqını vermir. 5 ulduz otellər 4 ulduz səviyyəsindədir, 4 ulduz otellər isə 3 ulduz. Ona görə qərar verin. Ən az 4 ulduz məsləhətdir. Dənizə yaxın otel tutmaq məsləhətdir.


- Bahalıqdan çəkinib getməyənlər, o qədər də dəhşətli deyil, hər şey daxil otel seçsəz və başqa nəsə almasaz əlavə heç nəyə xərciniz çıxmayacaq. Turistik mağazalar, apteklər və s. bahadır. Hər şey demək olar ki, dollar və avro ilə hesablanır. Migros, BIM tipli şəbəkə marketlərdə ucuz nələrsə tapmaq olar. Geyim LC waikiki, Kotonda və s. demək olar ki, Bakı ilə eyni qiymətdir.


- passiv istirahət- otel+hovuz+dəniz və sakitlik üçün Antalyanın qəsəbələri- Kəmər, Side, Alanya və s. məsləhətdir. Həm tarixi yerləri gəzmək həm də dənizdən zövq almaq istəyirsizsə Antalyanın özü məsləhətdir.-
- Aralıq dənizi aşırı duzludur. Xəzər dənizindən 2 dəfə çox (3.Suya girəndə gözləriniz pis acılanacaq, lakin narahat olmayın, öyrəşəcəksiz. Mütləq dəniz ayaqqabısı götürün, 90 faiz daşlıq, 10 faiz qumluqdur.


- İctimai nəqliyyat ( avtobus+tramvay) Antalya şəhər içində 27 TL Antalya kartla, 33 TL bank kartı ilədir. Qəsəbələrdə ancaq nağd ödənişlədir. Qəsəbələr və Antalya mərkəz arası 100 TL civarındadır. Google maps-lə çox rahat istiqamətlərə baxa bilərsiz.
- Taksilər bahadır, 4 km-ə təxmini 200 TL-10 m deyirlər. Antalya mərkəzdən qəsəbələrə təxmini 70-90 AZN civarındadır.
- Mağazalarda, ictimai nəqliyyatda valyuta olaraq TL, dollar və avro işlənir. Burdan dollar aparıb orda dəyişmək və ya istifadə etmək məsləhətdir.


-Gəziləcək maraqlı yerlər siyahısına Antalya Akvariumu, Snow world, Wax museum, Kaleiçi tarixi mərkəz, Antalya saat qülləsi, panoramik lift, Antalya limanı, Düden şəlaləri, Antalya tərs ev, The Land of Legends Tema Park, Hadrians Gate, Aspendos Theatre, Phaselis antik kəndi, Rhodiapolis antik kəndi, Suluada gəmi turu+ Mavi mağara, digər gəmi turları, Kəmər Yörük parkı, Göynük kanyonu, Kəmər G-Marina və s. daxildir.


- Gəziləcək yerlərin qiymətlərinə gəldikdə Antalya Akvariumu online bilet 36 dollar, yerində 40 dollardır. Maraqlı yerdir amma 40 dollarlıq deyil. Gəmi turunu bookindən ucuz tampaq olur, Suluada turu bookingdə 45 manat. Snow world, Wax Museum falan her biri texminen 30-40 dollar.
- Yeməklər bizdəki kimi dadlı olmur, xüsusən də ətlər. İçkilər, səhər yeməyi və desertlər isə əla. Havası iyun-sentyabr çox isti və rütübətli olur. Biz avqustda 46 dərəcə isti gördük orda. Çıxıb gəzmək mümkünsüzə bərabərdir.


Paylaşan:

Ogtay Ismayil
 

DİGƏR BLOQLAR

Türkiyənin sehrli incisi - Güneydoğu (Cənub-şərqi Türkiyə)

Cənub-şərqi Türkiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.2 il əvvəl arzularım siyahısına yazılan, daha sonra pandemiya ilə əlaqədar həyata keçməyən və birdən heç gözlənilmədən həyata keçən Güneydoğu səfərim özündə Hatay bölgəsini (Antakya-Altınözü (Keskincik kəndi), Samandağ)-Qaziantep (İslahiye kəndi ilə birgə)-Şanlıurfa-Mardin (Midyatla birgə) şəhərlərini birləşdirdi. Səfər zamanı rəssam yolyoldaşlarımın vaxt səbəbindən planlı yerlərin bəziləri qalsa da ilk dəfə üçün rahat nəfəs almaq olar və əslində natamam qalmaq yenidən yol almaq üçün əlavə stimul vermiş oldu.Səfərimizin məqsədi VI Orontes Uluslararası Çağdaş Sanat Festivalı idi və ora fotoqraf kimi qatılmışdım. 16-23 noyabr tamamı ilə Hatay bölgəsinə, 23-25 noyabr digər 3 şəhərə həsr edildi. Daha geniş vaxtım olsa Urfa və Mardində daha çox gün qalmış olardım. Beləliklə, ardıcıllıqla...Bakı-Hatay birbaşa uçuş olmadığından Bakı-İstanbul-Hatay və ya Bakı-Ankara-Hatay reysi var idi. Lakin hər 2 reys baha başa gəldiyindən Naxçıvan üzərindən getməyi təklif etdim və yolyoldaşlarım "sən hara, biz ora" deyib razılaşdılar və "əl-ələ verib" bu quru yolla keçidi həyata keçirmiş olduq. Bununla bağlı 2 gün əvvəl youtube link də paylaşmışdım detallı. Bir daha yerləşdirirəm https://www.youtube.com/watch?v=svWNO7wLAt4Bu şəkildə tək gediş gəliş (şəhərlər içi hərəkət istisna olmaqla) 189 manata başa gəldi. Bakı-Naxçıvan daxili reysində nə test, nə Covid passport tələb olunmur. Eləcə də quru sərhəddi hər iki tərəfdən keçdikdə bunların heç biri gərəkli olmadı. Quru sərhəddi tək bir yeni şəxsiyyət vəsiqəsi ilə də keçə bilərsiniz. Naxçıvandan İğdıra keçmək üçün Naxçıvan avtovoğzalında gediş haqq 8 manat gediş haqqı olan avtobuslar var və ya 20-30 manat civarında aparan taksilər var. Logistika işi tamam. Keçək əsas məsələyə. Uzun illər Güneydoğu PKK təhlükəsi baxımdan təhlükəli idi, bu gün isə Suriya ilə sərhəd olduğundan Suriya məsələsinə görə təhlükəli hesab edilə bilər. Lakin sonuncu təhlükə ümumiyyətlə hiss edilməyindən əvvəlki cümlədə "bilər" yazdım. Bu ərazi Türkiyənin mədəniyyətlər mərkəzidir - tarix, din, etnoqrafi, qastronomi baxımdan. 1. Hatay bölgəsi dünyanın əsas qastronomik mərkəzlərindən seçilmişdir. Burada 600-dən çox yemək növü var. Künəfənin Vətəni hesab edilən Hatay bölgəsi və ələlxüsus əsas şəhəri olan Antakya (çox qədimdə o məşhur Antioxiya) bu gün dünyanın ən böyük mozaik əsərlərin sərgiləndiyi muzeyə (Hatay arxeoloji muzey) ev sahibliyi edir. Bir şəhərdə hər 3 din nümayəndələri sülh şəraitində yaşayır. Antakya Asi çayı sahillərində yer almaqla sənətlər şəhəridir. Hatayda ziyarət edilməli yerlər:a) İlk xristian toplantı yeri sayılan, UNESCO irsi San Pyer anıt kabrıb)Hatay arxeoloji muzeyic) Museum otel - illər əvvəl otel tikintisi zamanı mozaiklər və qədim yunan-roma mədəniyyətinə aid forum, hamamlar aşkar edilmiş, dağıdılmamış və otel üzərində inşa edilmişdir. Möhtəşəmdir. d)Tarixi sinaqoqlar, katolik kilsələri və burası Anadolu olmasa da Anadoluda ilk camii kimi təqdim edilən və dini məramı dərin olan Habib-i Neccar camii. Hər biri şəhər mərkəzindədir və ziyarət edilməsi rahatdır. e) tarixi Affan məhəlləsi - dünyada ilk küçə lampaları burada quraşdırılmışdır və o vaxt bura Herod məhəlləsi adlanırdı. f)1938-1939-cu illərdə Hatay Cumhuriyyəti zamanı Milli məclisin toplandığı binag) Samandağı, Titus tuneli - tunelə günorta üçün gedib gün batışını Samandağında Aralıq dənizi üzərindən seyr edin. Ecazkar duyğudur. Mən dostlarımla əlavə olaraq Suriya ilə sərhəd Keskincik kəndinə də getdim. Çünki bir regionu daha yaxşı anlamaq üçün bir az kənara çıxıb yerlilərə daha yaxın olmaq lazımdır. Bölgənin ümumilikdə əsas əhalisi ərəb kökənli insanlardır. Vaxtınız izin verərsə İsgəndəruna da gedə bilərsiniz. Hatayın Aralıq dənizi sahilin boyunca yerləşmiş şəhəridir. Burada nə yeyək içək desəniz, nə istəsəniz. Bütün yeməklər çox ləzzətlidir. Mütləq künəfə dadın ki zatən künəfə burada addım başında olacaq, lakin hər yerin künəfəsinin öz dadı olacaq. 23 noyabr - GaziantepAntakyada çıxış edərək avtobusla Gaziantepə gedə bilərdik. Lakin UNESCO irsi olan Yesemek taş ocağını görmək istədiyimdən taksi ayarladık. O, bizi əvvəl İslahiyə kəndinə, oradan da Antepə də götürdü. Gözləmə ilə birgə taksiyə 650 lirə ödədik (500 lirə razılaşmışdıq) - 86,71 manat (adambaşı 28,90 manat). Lakin yolun kəndə girişlə uzaqlığını nəzərə alsaq, bu, çox əla qiymət oldu.Antepdə qalmadıq. Zeugma mozaik muzeyini (məşhur Çingənə qız mozaiki burdadır), tarixi mərkəz hissəni, hamam muzeyini və addımbaşı olan tarixi camiiləri gəzdik. Memarlıq əfsanədir burada. Antep paxlavanın və katmerin vətəni hesab edilir, lakin paxlava dadmağı unutduq. Əvəzində şəhərin ən məşhur yeməyi olan ciyər və ət kabablarını daddıq. Möhtəşəm! Qala aşağısında ciyərcilər var otura bilərsiniz. Həmin axşam Antepdən Urfaya avtobusla çıxmağı planlasaq da günorta anidən lirənin kursunun birdən birə 170 tl qalxması (2 gün əvvəl 100 dolları 1070 TL olaraq dəyişdiksə, Antepdə 100-1240 olaraq oldu bu), taksi pulunu göydən düşmə etdi və beləliklə, Antep-Urfa taksisini 450 TL-yə (60 manat - adambaşı 20 manat) həll etdik. Urfada "La riva konakları" otelində qaldıq, tarixi mərkəz hissəyə yaxın idi və qiyməti də çox münasib idi. 24 noyabr ŞanlıurfaCəmi bir günümüz olduğundan çox dəli bir trip düzənlədim. Səhər Harrana çıxdıq (bura qübbəli evləri, dünyada ilk universitet qalıqları ilə məşhurdur. Vaxt çox olsaydı, daha uzağa Bazda mağaralarına kimi gedərdik), Harrandan da direkt Göbəklitəpəyə yol aldıq. Elə mərkəzdə çox münasib qiymətə taksi tutduq və bütün yolu onunla həll etdik. Ümumiyyətlə bu tripdə ən böyük şansımız Lirənin ucuzlaşması və çox yaxşı taksistlərə rastlamağımız oldu.Göbəklitəpədən sonra mərkəzə qayıdaraq əsaslı tarixi yer olan Balıklıgöl və ətraf kompleksi gəzmiş olduq. Urfada olsanız, Balıklıgöldən yuxarı hissələrdə Halil İbrahim sofrası deyilən yer var, orada dadlı mətbəx təqdim edilir və əgər şansınıza düşsə, mütləq Sıra gecələrinin qonağı olun. Urfada gecə vaxtı çox dolaşmayın. Bir qədər gərəksiz insanlara rastlaya bilərsiniz.24 noyabr Mardinə yola çıxdıq. Avtovoğzalda qopardığım həngamə ilə 200 lirəyə avtobus bileti tapa bildik. Online site-lar günə 50-60 avtobus reysi olduğunu görsətsələr də durmadan reys iptal iptal dedilər. Direkt vağzala gedərək hay-küy salıb nəhayətindən bir köşkdən bileti ala bildik. Gördünüz nəsə tərs gedir, mədəni halı unudub hay-küy salmaqdan çəkinməyin.24 noyabr axşamı Mardin. Burada Merdin butik otelində qaldıq. Bura da konak tipli otel idi. Qiymət burada da gözlədiyimin tak əksi çox uyğun idi.Axşam bizi vağzaldan götürən taksistlə səhəri günün tripi üçün qiymət ayarladıq - 400 lirəyə Mor Gabriel Monastırı, Midyat və geri gətirəcəkdi, Dara antik şəhəri və Deyrülzafaran monastırı üçün əlavə ödəmə istədi, imtina etdik +200 lirəyə Diyarbakıra kimi gətirəcəkdi (çünki birbaşa Mardin-İğdır avtobusu yox idi və reys Diyarbakırdan idi).Beləliklə, Mardində gəziləcək yerlər:Elə bütün Mardin, küçələri, mədrəsələri, camiləri, monastırları ilə birgə+Midyat kəndi konakları ilə birgə (Hercai, Sıla, AŞka sürgün seriallarının çəkildiyi konaklar)+Mor Gabriel Monastırı. Ən çox da Mardində günümüzün az olduğuna üzüldüm, çünki Mardin tarixi Mesopotamiyanın canlı varisidir. 25 noyabr Mardindən üzü Diyarbakıra çıxdıq və axşam 22:30-da İğdır avtobusu ilə üzü Sürməli mahalına doğru irəlilədik. Səhər 07:30-da artıq İğdırda idik. Avtobus firmasından Vangölü idi. Belə. Uzun posta görə sorry. 2 həftəlik trip üçün hələ azdır. Suallarınız olsa, canla başla buyurun. İnstagramdan izləməyi unutmayın. Bütün postlar və storylər isti-isti orada olur. https://instagram.com/irada_gadirova?utm_medium=copy_linkƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Irada Gadirova

1060 dəfə oxunub

Çinə səyahət - Pekin bələdçisi

Çinə ilk dəfə səyahət edənlər üçün kiçik səyahət rəhbəri: Pekin Bildiyiniz kimi Çin Xalq Respublikasında həyat tərzi, daxili sistemi (ödəniş, transport və s.) və digər bir çox şey qərb sistemindən fərqlidir. İlk dəfə gedəndə çoxlu çətinliklər və qeyri-müəyyənliklərlə qarşılaşdığım üçün öz təcrübəmi bölüşmək qərarına gəldim. Əgər istiqamətiniz Çinin paytaxtı Pekindirsə bu post sizin üçün faydalı olacaq.Wechat və Alipay - Bu tətbiqlər olmadan Çində həyat axmır.Getməzdən əvvəl bu proqramları yüklədiyinizə və aktivləşdirdiyinizə əmin olun. Ödəniş, ictimai nəqliyyat (avtobus, metro) bileti, taksi sifarişi, şəhərlərarası nəqliyyat (təyyarə, qatar), otel rezervasiyası və daha bir çox şey bu tətbiqlər vasitəsi ilə mümkün olur. Əgər tək səyahət edəcəksizsə bu tətbiqlərin istifadəsi ilə bağlı əvvəldən araşdırmağınızı da tövsiyə edirəm. İlk dəfə üçün istifadə çətin gələ bilər. Xüsusilə Alipay ən vacibidir. Çünki kartınızı Alipay-ə birləşdirib ödəniş etməlisiz. Çində nəğd pul demək olar istifadə olunmur. Nəğd pul qəbul edən yerlər var, lakin alipay istifadə etmək daha rahatdır. Eləcə də taksi, ictimai nəqliyyat üçün alipay hesabınızın olmağı vacibdir. VPN - Bu olmadan sosial şəbəkələr, google və yan tətbiqləri, eləcə də Çindən kənarda istifadə olunan əksər sayta girmək mümkün deyil.Mütləq getməmişdən əvvəl yükləyin. (Letsvpn, Mullvadvpn istifadə etmişəm) Çinə çatdıqdan sonra yükləmək və akitivləşdirmək mümkün olmaya bilər. İnternet - əgər qısa müddətli səfərdirsə Esim və ya yerli sim ala bilərsiz. Əgər mümkündürsə aeroportdan almayın. Çünki daha baha olur və paketin həcmi kiçik olur. ( 31 euro, 30 gb per month aeroportda) Transport - həm ictimai nəqliyyat, həm də taxi ucuz və keyfiyyətlidir. Çində çoxlu velosiped və mopedlər görəcəksiz. Transport üçün Alipay tətbiqini istifadə edilir. Məs. 1 avtobus gedişi - 2 yuan (0.46 azn). Velosipedi də bu application vasitəsi ilə götürə bilərsiz. Hər yerdə mavi, sarı və zümrüdü velosipedlər olur. Sadəcə üstündəki qr-i scan edirsiz. 30 dəq - 1.5 yuandır. Həftəlik, aylıq paketlər daha ucuzdur. Taksi qiymətləri Azərbaycandan daha baha, Avropadan daha ucuzdur. Metroya daxil olarkən passportunuz üstünüzdə olsun. Tez-tez yoxlanılırdı. Ümumiyyətlə muzeylərə, parklara giriş əksərən passport scan ilə olur. (Online bilet alanda da, passport nömrənizə əsasən aktivləşir) Daim yanınızda daşıyın.QR - Çində hər şey QR-lar ilə işləyir. Məs: həm menu QR-da olur, həm də sifarişi özünüz çox vaxt QR ilə verməlisiz. Şifahi sifariş götürmürlər. (Kfc, starbucks, mcdonalds və s. daxil).Xəritə - VPN ilə Google map-ə giriş mümkün olsa da yaxşı işləmir. Çox vaxt səhv göstərirdi. Apple map isə çox yaxşı və düzgün işləyir. Android istifadəçiləri üçün təəsüüflər olsun ki, versiyam yoxdur. Tərcümə - Google translate-i mütləq yükləyin və tez-tez istifadəyə hazır olun. Çünki yerli əhali çox az ingilis dili bilir. Ən bəsit sözlər üçün belə tərcüməyə ehtiyac olurdu. Deyərdim ki, universitet tələbələri də hətta ingilis dilində sadə fikirləri ifadə edə bilmirdi. Parklara və muzeylərə bilet almaq - Çin səddi, Qadağan olunmuş şəhər və digər məbədlər üçün biletləri yerindəcə gedib almaq mümkündür. Universal Studios üçün əvvəldən almaq lazımdır.Çinin paytaxtı Pekində gəzməli görməli yerlər? Onu qeyd etməliyəm ki, tək Pekin üçün ən az 5-7 günlük vaxt ayırmaq yaxşı olardı. Daha yaxşı 8-10 günə gəzməyi tövsiyə edərdim. Çin Səddi - Səddin müxtəlif girişləri var. Şəhərdən uzaqlıqları və turist sıxlığına görə dəyişir. Lakin hamısı eyni dərəcədə gözəldir. Mən Muitanyu divarı tərəfdən giriş etmişdim. İlk olaraq Pekindən səddə getməlisiz. Bunun üçün ya birbaşa taksi (bahalı), ora kimi aparan xüsusi avtobus (yenə də bahalı) və ya ictimai nəqliyyat (ən az 2 saata çatacaqsız və bir çox transfer etməlisiz). Çin səddinə bir neçə yolla qalxmaq mümkündür a) tam piyada (çətin və saatlar alacaq bir yoldur) b) Cable car (ən bahalı) c) Kanat ilə (ən ucuz və cable car ilə eyni sürət). Mən kanatla qalxdım və yaxşı təcrübə idi. Düşəndə isə slide ilə (sürüşkən ilə) düşmək olurdu. Səddin müxtəlif hissələrində su, yemək alına biləcək köşklər var. Lakin yaxşı olardı ki, özünüzlə qida və su götürəsiz. 1 gün vaxt lazımdır.İmperator sarayı və ya Qadağan olunmuş şəhər - Biletləri yerində və ya əvvəldən almaq olar. Çox böyük ərazidir. Ən az yarım gün ayırmaq lazımdır. Bu saray 15-ci əsrdə tikilib və 500 il (20-ci əsrə kimi) bu saraya yalnız imperatorlar və onların yaxınları daxil ola bilərdi. Hətta dövlət adamlarının və imperator ailəsinin də bu saraya məhdud giriş icazəsi olub. Təkcə imperator sarayın bütün hissələrinə daxil olmaq səlahiyyətinə sahib idi. Ona görə də Qadağan olunmuş şəhər adlanıb. 980 bina və təxminən 9000 otağı ilə Pekində yerləşən bu saray dünyanın ən nəhəng saraylarından biridir. Burdan sonra Tiananmen Square-ə gedə bilərsiz. Çünki ayrıca getmək istəsəz yenidən rezervasiya lazım olacaq.Summer palace (Yay sarayı) - Qinq sülaləsi dövründə İmperatorun yay sarayı olub. Çox gözəl saraydan, göllərdən və s. ibarətdir. Gedib görməyə dəyər. (yarım gün ayırmaq lazımdır) Lama Temple - Əgər buddist məbədləri sizə maraqlıdırsa buranı tövsiyə edərdim. Çünki bu məbəd aktivdir. Birbaşa müşahidə edə bilərsiz. (bir neçə saat bəs edər)CCTV binası və Çinin göydələnlər hissəsi - Bu hissə Çinin müasir göydələnlərdən ibarət və ən bahalı ərazilərindəndir. Xüsusilə CCTV-nin fərqli arxitetkturasını və şəhərin qaynayan ruhunu müşahidə etmək üçün getmək olar. Konfutsi məbədi (Imperial College) - Əgər təhsil, fəlsəfə sizə maraqlıdırsa adı dillər əzbər olan Konfutsi məbədini gedib görməyə dəyər. (bir neçə saat bəs edər)Temple of Heaven (Cənnət məbədi) - Bu da Pekində yerləşən ən məşhur məbədlərdən biridir. Jingshan Park - Bu parkın ən yuxarı nöqtəsindən Qadağan olunmuş şəhərə mənzərə açılır. Universal Studios - Dünyada 5 (səhv etmirəmsə) Universal Studios mövcuddur. Bunlardan 2-si ABŞ-da (Los Angeles, Florida), 3-ü Asiyada yerləşir (Yaponiya, Sinqapur və Çin). Bura Harry Potter, Jurrasic Park, Minionlar dünyası, Kung Fu Panda, Transformers və başqa bir çox tematikalı parka ev sahibliyi edir. (1 full gün lazımdır) Biletləri əvvəldən online almaq lazımdır. 1 günlük giriş 77 avro idi. Eyni zamanda yarım günlük və ya illik biletlər mövcuddur. Mən aldığım ən sadə, standart bilet idi. Yəni növbələri sürətli keçmək, qidalanma, qalmaq və s. heçnə daxil deyildi. Lakin standart biletlə parkdakı bütün attraksiyonlara limitsiz minmək mümkündür. 1 gündə gəzilməyəcək qədər böyük bir parkdır. Səhər park açılanda getməyimizə və park bağlananda çıxmağımıza baxmayaraq attraksionların yalnızca yarısından istifadə edə bildik. Çünki hamısının qarşısında uzun növbələr olur. Getməmişdən qabaq mobil tətbiqi yükləsəz parkın xəritəsini, həmin gün olan canlı şouları və hər attraksion üçün gözləmə növbəsini izləyə bilərsiz. Əgər əlavə vaxtınız varsa və təbiət sevərsizsə Çində hikingə, təbiət yürüşlərinə qatıla bilərsiz. Bu yürüşlərə Wechat daxilindəki qruplar vasitəsi ilə qoşula bilərsiz. Çində yemək- içməkHotPot restoranı təcrübəsi - Getmişkən hot pot restoranlarına baş çəkin. Çin xidmət sektorunun özünəməxsusluğu ilə tanış olacaqsız. Dumpling (bizim düşbərə, gürzəyə bənzəyir mahiyyət etibarı ilə) Yüzlərlə növü var. Həm xüsusi ilə ancaq dumpling restoranlarında, həm küçə yeməyi kimi, həm də digər standart kafelərdəki menyuda tapa bilərsiz. Bir neçə növünü yoxlasaz bəyəndizini tapa bilərsiz. Noodle - Bunun da yüzlərlə növü var. Ancaq yoxladıqca zövqünü uyğun olanını tapa bilərsiz. Mooncake - bu da ənənəvi bir şirniyyatdır. Çoxlu növləri var. Qozlu olan növü milli şirniyyatlarımıza bənzəyir. Ağız dadımıza yaxındır.Çin çayı - yoxlamağınızı və hətta almağınızı tövsiyə edərdim. Meyvə - Çində çoxlu fərqli meyvə-tərəvəzə rast gələcəksiz. Həm çox ucuz, həm də çox organik olurlar əsasən. Çox vaxt mağazalar çox kiçik ekstra qiymətə doğrayaraq da servis edir. Mütləq yoxlayın. Seven - Eleven. Bu mağaza Avropada da mövcuddur. Lakin Asiyada daha çox məşhurdur. Burdan onigiri, yerli noodle, dondurma növləri ala bilərsiz. Çin mətbəxi çox geniş və zəngindir. 2 ay ərzində bir dəfə yoxladığım yeməyə 2-ci dəfə rast gəlmədim. Ümumulikdə qiymətlər əsasən Azərbaycanla eyni bəzən daha ucuzdur.Çində alış-veriş Pekində 10-larla böyük mall var. Çox fərqli brendlər, mağazalar mövcuddur. Çinin mall-ları öz lüks dizaynı, genişliyi, çeşidliliyi ilə fərqlənir. Əgər vaxtınız varsa Çinin məşhur TAOBAO tətbiqini yükləyib, çox ucuz qiymətə istədiyiniz tipdə məhsulu sifariş edə bilərsiz. Əsasən 3 günə çatdırılma edirlər.Yerli əhali Çində sizinlə şəkil çəkdirmək istəyən yerli xalqla rastlaşmağınız çox normaldır. Bəzən metroda da sizə təəcüblə baxan insanlarla rastlaşa bilərsiz. Xüsusilə Pekin turistlərə yavaş-yavaş alışmağa başlayıb. Lakin digər kiçik şəhərlərdə turistlər daha maraqla qarşılanır. Lakin əhali əksərən mehriban və köməksevərdir. Hətta dil bilməsələr belə maksimum kömək etməyə çalışıblar. Növbəti yazım Çində şəhərlərarası səyahət və Xian şəhəri barədə olacaq. Ümid edirəm bu yazım səyahətsevərlər üçün faydalı olar. Paylaşan Shams Safaraliyeva

431 dəfə oxunub

Soyuq İsveçrə "sınağı"

Budəfəki səyahətimin şüarı:"Tanrı məni cəzalandırmaq üçün İsveçrəyə göndərdi" ????20 saatlıq aclıq, BlaBlaCar'ın sifarişi ləğv etməyi, buna görədə Bern şəhərinə gedə bilməməyim və əvəzinə Zurixə yola düşməyim, orada isə Couchsurfing'in anidən evə qəbul etməməyi və Zurixdə bir gecə 0-2 dərəcə soyuqda çöldə qalmaq, Lokau'da bir skamya tapmışdım ki oturum yemək yeyim, elə bir qısmat ???? yemişdim ki, mənimlə üzbəüz evdən bir qadının çıxaraq şəklimi çəkib "İ am calling police" deməyi ilə işıq sürəti yığıb dağın başına tərəf bir əlimdə ağır çanta bir əlimdə canım norveç balığı dağıla-dağıla necə qaçmışamsa, sonda balığın özünün yox ədviyyatlarının qalmağı, Lindau şəhərində mastercard/visa ilə ödəniş qəbul olunmadığı üçün "bir balaca" da aclığın dibinə düşməyim, Lindau - Munxen qatarında polisin 40 dəfə pasport / bilet kontrol etməyi nəticəsində yata bilməməyim və heçnə anlamadım bu çoxsaylı yoxlanışdan...370 AZN / 4 şəhər 3 ölkə / 7 gün / Noyabr 2019Deməli bu səyahətimdə ilk dəfə idi ki, yalnız təyyarə biletlərini əvvəlcədən almışdım vəssalam gediş-gəliş cəmi 40 AZN (Kutaisi - Basel / Munich-Kutaisi)Qalan hərşeyi yerində aldım və ilk dəfə planı pozaraq Münxendən olan geri dönüşü təxirə salıb yol aldım doğma "last station" Budapeştə ???? Bura getməkdə ən əsas məqsəd dostuma sürpriz etmək idi ????1. İSVEÇRƏ: Zurix2. AVSTRİYA: Bregenz, Lokau3. ALMANİYA: Lindau, MunichNəqliyyat vasitələri və xərcləri: 230 AZN✈ WIZZAIR: Kutaisi - Basel 17 AZN✈ WIZZAIR: Budapeşt - Baku, 66 AZN✈ WIZZAIR: Munich - Kutaisi, 23 AZN???? FLİXBUS: Basel - Zurix, 14 AZN???? FLİXBUS: Zurix - Bregenz, 20 AZN???? FLİXBUS+Regiojet: Munich - Budapest, 40 AZN???? Qatar (OBB): Lochau - Lindau, 4 AZN???? Qatar (DBB): Lindau - Munich, 48 AZN (Bayern ticket - bu biletlə Bayern ərazisində - Ulm, Lindau, Memmingen, Munxen və s. şəhərlərdə metro və qatardan 9am-3am arası limitsiz istifadə etmək olar)Yerləşmə: Hostellər və xərcləri: 141 AZN- Isveçrə???? Backpack hostel, 65 AZN / 1gecə, Zurix- Almaniya???? Euro youth hostel, 46 AZN / 2 gecə, Munxen- Macarıstan???? Unity hostel , 30 AZN / 2 gecə, BudapeştDeməli çatdım Isveçrənin BASEL şəhərinə, yazdım ki BlaBlaCar şoferinə hardasan qadan alım bəs nə vaxt gəlirsən ???? Dediki qaqa sən 1 nəfərsən sərf eləmirsən (elə bil Maştağa, Bilgəhə gedən manatlıq taksi zaddı ????) Pahoooo qaldıq pis vəziyyətdə, Bernə gedən qatarın qiyməti 36 $ olduğunu görüb dedim flixbus hara mən ora ???? Berndəki ev sahibinə dedim ki bəs mən gələmmiyəcəm bu şofer mənə atdı, dedi no problem. Nəysə o şoferi yad edə edə aldım flixbus bileti və Zurixə yola düşdüm, acından da can verirəm???? Zurixə çatıb ev sahibinə yazıram ki, gəldime gəldim adresi atın görüm, mənə nə yazsalar yaxşıdır ? Biz evdən indi çıxası olduq çox üzr istəyirik, mən də dedim ayıb söhbətdir, sözü belə olmaz ???? Bunlar nə danışır a kişi, çöldə neyniyəcəm bu norveç soyuğunda mən (baxmayaraqki soyuğu sevirəm)?! Aclıqdan soyuğu vapşe hiss edirəm özüdə nəyi var ????Üz tutdum qatar stansiyasına 2 saat orda qaldıqdan sonra polis gəldiki stansiya bağlanır çölə çıxmalısız. İlahi bu nə temadı???? Nəysə çıxdım bayıra Zurixin mərkəzində 2-3 kruq vurmuşam artıq, barmaqlarımın ucu buz bağlayıb əlimi hiss eləmirəm, getdim biraz gəzəndən sonra gördümki bir ATM bölməsi var, içərisində də bir qız yatıb dedim əla bir isti yer tapdım nəhayət, ordada 2 saat falan keçirəndən sonra səhər ilk açılan restorana daxil oldum, ac adam təəssüf ki qiymətləri yox yeməyi gördüyü üçün məğlubiyyətə uğradı ???? 2 keks və 1 çay cəmi 21 AZN ???? heçnə, çoxda şey eləmirəm ???? Zurixi gecə o qədər gəzmişdim ki, səhər gəzəndə artıq ürəyim bulanırdı, o çətin "vaxtlarım" yadıma düşürdü.Avstriyada hər şey əla keçdi, Lokau və Bregenzə mütləq baş çəkin, Hər ikisini 1 günə sığdırmaq mümkündür.Almaniya barədə isə, Lindau kiçik və əhalisi az ola bir şəhərdir, Konstanz (Almanca, Bodennsse) gölünün sahilində yerləşir. Bu şəhərə gəlsəniz mütləq surətdə üzərinizdə nəğd pul götürün. Kart çox məhduddur burda. Munxeni heç sevmədim, böyük, əhalisi çox bir şəhər, tipik avropa şəhəri, eynən Paris.Deməli mən Munxendən artıq geri qayıtmalı idim, səhər yuxudan durub tez getməli idim Memmingen aeroportuna. Həmin vaxt dostum da orda idi, dedim gedim ona bir jest edim ???? Dedim vapşe getmirəm, nəsə heç getmək qayıtmaq istəmirdim ümumiyyətlə, girdim flixbus saytına baxdım Budapeşt reysinə aldım ilk bileti getdime ver əlini Budapest, hələ hələ Bakıya ucuz bilet tapmisdim????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Royal Planck

1130 dəfə oxunub

Şarm əş-Şeyx bələdçisi - Hər şey daxil 127 $

Şarm əş-Şeyx, Misir. Hər şey daxil 127 $. May ayının sonundan Ukraynada idim. Vaxtı səmərəli dəyərləndirmək məqsədilə Misirə 1 həftəlik istirahət üçün araşdırma aparmağa başladım. Nəticə gözlənilməz oldu. Şarm əş-Şeyxə (bundan sonra “Şarm”) ən sərfəli təklif edən şirkətlər qaldığım bina ilə üzbəüz yerləşirmiş. Kiyevdən Şarma 1 həftəlik hər şey daxil tur-paketi cəmi 127 dollara aldım. Paketə (yəni 127 dollara) aşağıdakılar daxil idi. Səyahət sığortası. SkyUp Airlines ilə birbaşa çarter reyslər. 23+10 kq baqaj. Həm ingilis (Kərim), həm də rus dilli (Viktoriya) tur rəhbərləri. Transferlər, aeroport-otel-aeroport. 4* otel Sharm Holiday Resort (otelə söz ola bilməz) AI qidalanma. Səhər saat 07.00-dan gecə 23.00-a qədər (gündə üç dəfə) qidalanma. Gün boyu limitsiz içkilər. Hər gün səhər saat 08.00-dan 17.00-a qədər (hər yarım saatda bir) müxtəlif çimərliklərə rahat avtobuslarla gedib-gəlmək. Otel daxilində akvapark, böyük hovuzlar, stolüstü və böyük tennis, voleybol, futbol, hovuzlar və s. müxtəlif əyləncələr. Uşaqlar üçün müxtəlif əyləncələr (çox maraqlı olur) və xüsusi müəllim. Viza. Misir Azərbaycan vətəndaşlarından viza tələb edir və rüsumu 25 dollardır. Sadəcə Şarma gedirsinizsə (Sinay yarımadasına) və geri dönüş biletiniz varsa viza lazım deyil. Yox mütləq Qahirə, Luksor, İskəndəriyyə, Asuanı görməliyəm deyirsinizsə əvvəlcədən viza alın. Mən vizanı Şarm havalimanında cəmi bir neçə saniyəyə aldım. PCR Test.Kiyevdə test qiymətləri 700 uah ətrafındadır, Getməzdən bir gün əvvəl neqativ PCR test cavabı hazır olmalıdır. Şarmda oteldə test 45 dollardır. Ucuz variant isə Sharm El Sheikh International Hospital-dır, 31 dollar. Otel. Mütləq şəkildə 4* və ya 5* otel seçin. Yoxsa əsl Şarmı hiss edə bilməyəcəksiniz.Mobil nömrə. Demək olar ki, bütün otellərdə wifi zəifdir. Havalimanının çıxışında bütün mobil operatorların təmsilçiləri var. Ən yaxşısı qiyməti 12 dollar olan Vodafone Egypt nömrədir. Xeyli danışıq dəqiqəsi və 10 gb internet olur. İkinci yaxşı Orange-dir. Təxminən Vodafone ilə eynidir.Misirdə “whatsapp call” işləməyə bilər. Face app, viber, messenger və s. mobil tətbiqlər işləyir. Özümüzlə mütləq götürməliyik.Krem. Əgər günəşdə yanıb, qap-qara olmaq istəmirsinizsə mütləq.Power bank. Çoxlu çəkiliş edəcəksinizsə mütləq.ABŞ dolları. Mümkündürsə çoxlu 5, 10 dollar, hətta 1 dollar belə asanlıqla istifadə edilir.Baş örtüsü. Çox köməyi olur, adam istidən bezmir. Mən sonradan aldım. Birinci gün hamı mənimlə rusca danışırdı. İkinci gün isə artıq ərəbcə danışmağa başladılar, qap-qara olmuşdum. Şarm haqqında.Bir vaxtlar kiçik bir bədəvi qəsəbəsi olan Şarm səksəninci illərdən sonra qoyulan turizm investisiyaları ilə sürətlə inkişaf etdi və dünya səviyyəli istirahət seçimləri təklif edən tətil mərkəzinə çevrildi. Qırmızı dənizin təmiz suları, mərcan rifləri və zəngin sualtı həyatı buranı hər keçən gün daha da cazibədar edir. Asiya və Afrikanı birləşdirən Sinay yarımadasının cənubunda yerləşən Şarm "şeyx körfəzi" mənasını verir və ərəbcə "Şarm-əş-şeyx" olaraq oxunur. Bir tərəfdə əzəmətli Sinay dağ silsiləsi və sinay səhrası, digər tərəfdən rəsm əsəri kimi sahili ilə qonaqlarına unudulmaz bir tətil vəd edir. Şarm, magistral yol boyunca düzülmüş 4 fərqli bölgəyə yayılmış şəhərdir. Nabq körfəzi, Naama körfəzi, Hadaba (ras um sidd) və Sharm old town. Naama körfəzi, şəhərin əsas mərkəzi deyə biləcəyimiz bir yerdir. 1983-cü ildə Misir Sinay yarımadasını İsraildən geri aldıqda, Naama körfəzində yaşayış yeri yox idi. İndi isə restoranları, məşhur otelləri, fast food şəbəkələri, və s. ilə çox rəngli və canlı yerdir.Təxminən 1 km uzunluğundakı çimərliyi ilə dəniz, qum və günəş sevənləri cəlb edən yerdir. Ticarət əsasən Naama sahilindədir. Geyim mağazalarından əlavə, zərgərlik mağazalarının müxtəlifliyi və sıxlığı ilə də diqqət çəkir. Şarmda maraqlı nələr etmək olar?Əvvəlcədən deyim ki, Şarma gedirsinizsə Qahirə, Luksor, İsgəndəriyyə kimi yerlərə getməyi planlamayın. Şarmı tam anlamıyla hiss etmək üçün azı 15 gün lazımdır.Çimərliklər.Ən birinci əlbəttə ki, çimərliklər. Əgər zəif üzürsünüzsə “Naama Bay” sizin üçün ideal seçimdir. Qum, təmizlik, xidmət yüksək səviyyədədir.Üzməyə professional yanaşanlar üçün "Fanar Beach" əvəzedilməzdir. Birbaşa 5-10 metr dərinlikdə mərcanların içində gözyaşı kimi tər-təmiz suda üzmək və müxtəlif rəngli canlıları izləmək heç nə ilə əvəz edilə bilməz. Mənim yanıma özümdən böyük tusbağa da gəlmişdi, biraz birlikdə üzdük və getdi. Saat 17.00-dan sonra çimərliklər bağlanır. Tiran adası və Ras Muhamməd Milli Parkı arasında edəcəyiniz dayvinq turu unudulmaz olacaq. Qırmızı dənizin dünyada tayı-bərabəri olmayan sualtı mənzərələrini və canlı aləmini izləyəcək, istədiyiniz qədər müxtəlif balıqları görəcəksiniz. Nəzərə alın ki, dünyada 10 ən yaxşı dayvinq mərkəzindən 3-ü Misirdədir. Tarix və fərqli mədəniyyətlər ilə maraqlananlar.Bədəvilərin yaşayış tərzləri, dəvələrlə gəzinti, çox qədim tarixi yerlər sizə unudulmaz təcrübə yaşadacaq. Kvadrosikl sürmək üçün çox gözəl yerlər və hazır turlar var.Yemək.Qaldığım oteldə yemək və içki çeşidləri olduqca bol idi. Yeməkləri həm çox qidalı, həm də dadlı idi. Xüsusilə dəniz məhsulları, meyvələri, tərəvəzləri və təbii şirələri çox dadlı idi. Veqan və vegeterianlar üçün demək olar ki, cənnət idi. Hər yeməkdə müxtəlif növ bişmiş və yeni tərəvəzlər və meyvələr olur. Şirniyyatları o qədər də yaxşı deyil. Əsl Misir şirniyyatının dadını bilmək istəsəniz Genena Mall-ın girişindəki Tseppas-a baş çəkin. Buradakı dadları ancaq Türkiyənin Antep və Mersin tərəflərində görəbilərsiniz. Ət yeməkləri bərk olur, tam bişirmirlər. Həm dəniz məhsullarınını, həm toyuq ətini, həm də mal ətini bərk və bol ədviyyatlı edirlər. Valyuta. Ölkədə Misir funtu (EGP) istifadə edilir, ancaq dollar hər yerdə işləyir. Siz bir şey alanda dollarla ödəniş edin, qalığı funtla qaytaracaqlar. Turistlər.Hazırda Şarmda turistlərin 90 faizi ukraynalılardır. İkinci yerdə Qahirə və digər şəhərlərdən gələn varlı yerlilər, çox az sayda avropa və orta asiyalılar var. Danşıq dili.Şarm havalimanında otellərdə, marketlərdə, ticarət mərkəzlərində hamı rus dilini başa düşür və danışır. Hər yerdə yazılar, menyular və s. hətta mərkəzdə yerləşən polis bölməsinin adı da rusca yazılıb. Ərəblərin rusca danışmağı hindistanlıların ingiliscə danışmağı kimi bir şeydr. Adamlar Palm Hotel-ə “bal utel” deyirlər ))Rus dili bilməyənlər narahat olmasınlar, ingilis dilini də hamı lazım olan qədər bilir. Hədiyyə.Ən yaxşı hədiyyələr: Misir xurması, maqnetlər, müxtəlif çaylar (daha doğrusu çaya əlavələr), ədviyyatlar, ətir və ərəb qızılı (gömrükdə tanış yoxdursa almayın). Bənzərliklər. Hər yerdə qara qarğalar və milçəklər var ))Əksər dükanlarda və taksilərdə yüksək səslə Qurana qulaq asırlar, ancaq dindar deyillər. Təmizlik, xidmət, keyfiyyət.Şarmda həm otellər, həm dəniz həm də bütün iaşə obyektləri tər-təmizdir. Xidmət yüksək səviyyədədir. Hər keçən il keyfiyyətdə irəlləyişlər baş verir. Hələlik bu qədər.#uçmaqüçündoğulanlar #GYD21 #luxor #travelbloggerlifestyle #KBP #ukraine #travelling #skyup #Egypt #sharmelsheikh #sharmholidays #tuifly #joinup #anextour #cairoegyptƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Elşən İsmayılov

5912 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!