194 dəfə oxunub

Amsterdam Bələdçiniz

Əziz Gəzəyənlər,
Amsterdam- deyəndə yəqin ki, bir çoxunuzun ağlına ilk olaraq gülərüz personalı olan coffeeshop’lar, “Red light district” filan gəlir. Düzdü şəhər əsasən o tərəflərinə görə tanınır dünyada, amma bu gün sizə Amsterdamın digər yanları haqda bir qədər yazmaq istərdim




İlk öncə onu qeyd edim ki, Amsterdam muzeylər şəhəridi, Anna Frank, Van Gogh’dan tutmuş Madame Tussaud muzeyinə kimi şəhərdə 70-dən çox muzey var. Əgər muzey sevən şəxssizsə ayrıca bir günü onlara ayırmanızı və günlük kart almanızı məsləhət görərdim, günlük limitsiz muzey kartının qiyməti 50-60€ arasında dəyişir. Əgər ictimai nəqliyyatdan da çox istifadə edəcəksizsə “I amsterdam” günlük kartını ala bilərsiniz: nəqliyyat + bütün muzeylər - günlük 65€.


Daha sonra Amsterdam velosipedləriylə də dünyaca məşhurdu, adambaşına 2-dən çox velosiped düşür və bu göstərici üzrə Avropada tək Brüsseldən geri qalır. Velosiped yolları hətta maşın yollarından belə daha enli olan şəhərdə 2 təkərli kirayə götürmək istəsəz günlük ortalama 15€-nuzdan keçməli olacaqsız.



Amsterdamdasızsa buranın pendirini və qızardılmış kartofunu dadmadan qayıtmayın deyərdim. Biz pendiri “Old Amsterdam” dükanında daddıq, kartof free’ni isə “Vleminckx” adlı lokal bir yerdən aldıq, qiyməti və dadı turistik yerlərdən çox daha yaxşı idi




Bildiyiniz kimi Hollandiya həm də “Tülpanlar ölkəsi” olaraq tanınır. Burda şəhər boyunca çox sayda gül dükanları var. Təbii güllər baha olur, ondansa soğanaqlarını alıb, qayıdanda həyətinizdə əkə bilərsiniz. 1 bağlamasının qiyməti 3-5 € arasında dəyişir.




Bir də ən sonda şəhərin kanallarında və Amstel çayında qayıq gəzintisi etmədən şəhəri qəti tərk etməyin. Tur 1 saat çəkir, şəhəri başdan-ayağa dolaşırsız, bələdçi də daxil turun qiyməti 19€ avro gəldi. Çoxsaylı şirkətlər var, biz ən münasib Flagship’i tapdıq.



Şəhərdə haqda ilk vloqum artıq Youtube’dadır, link rəydə. Van Gogh muzeyinə səfərim də daxil 2-ci hissə isə bu həftəsonu Yol Adamı kanalında paylaşılacaq, kanala indidəb abunə olmağı unutmayın
Həmişə gəzməkdə

#yoladami
#Amsterdam #NetherlandsAmsterdam, Kuzey Hollanda, Hollanda'da.

DİGƏR BLOQLAR

Bali bələdçisi - nə qədər pul lazımdır?

Bali adasındakı bütün otel və hostellərə bu linkdən keçid alın.Bali adası-Yer kürəsindəki cənnətBali adası ilin 12 ayında da rəngarəng və gözəlliyi ilə seçilməsinə baxmayaraq İyun-Oktyabr aylarında özünəməxsusluğunun pik nöqtəsini yaşayır. Bu gün əminəm ki, bir çoxinsanın yanında Bali haqqında danışdıqda o insanın ürək döyüntüləri daha tez-tez atmağa başlayır. Həmin anda insan ürəyi durmadan Bali adasını istəməsinə baxmayaraq beyin ($dollar$) komandası verib ürəyi sakitləşdirir))). Bu səbəbdən bu gün Balinin möhtəşəmliyindən deyil 15 günlük səyahət üçün oraya çəkiləcək xərclərdən danışmaq istəyərdim. Əvvəlcə yaxşı xəbər odur ki, Bali adası, ümumiyyətlə İndonezya Azərbaycan Respublikası vətəndaşları üçün vizasızdır. Aeroportda UK vətəndaşlarının yerində Viza almaq üçün növbəyə durduğunu görüb növbəsiz və vizasız adaya daxil olmağın həzzi başqadır.Bali adasına getmək üçün çəkilən xərcin əsas hissəsini təbii ki, təyyarə bileti tutur. Bu gün Bakıdan Bali adasına aşağıdakı variantlarda uça bilərsiniz: 1) Baliyə low-cost təyyarələrlə uçmaq istəsəniz bunun üçün Bakı-Tehran-Kuala Lumpur-Bali istiqamətində gediş-dönüş biletləri ala bilərsiniz. Bu variantla Buta, Air Asia və Garuda İndonesia təyyarələrini istifadə edəcəksiniz. Bilet xərci 1 nəfər üçün gediş-dönüş gedəcəyiniz ayın günlərindən asılı olaraq 1000-1200 manat aralığında olacaq. 1 tərəfli aeroportlarda gözləmə müddəti daxil təxminən 30-40 saat ərzində Baliyə çata bilərsiniz. Təyyarələr low-cost olduğu üçün oturacaqlar narahatdır. 2)İkinci variant Bakı-İstanbul-Cakarta-Bali istiqamətində gediş-dönüşdür. Bu variantda Bakı-İstanbul-Cakartaya THY ilə, Cakarta-Bali arasında olan 1 saatlıq məsafəni isə Garuda İnternational ilə uçacaqsınız. Bilet qiymətləti ilin bütün sezonlarında 1300-1500 azn arasındadır, Səyahət müddəti aeroportlardakı gözləmə vaxtı ilə birlikdə 24 saatdır. 3)Üçüncü variant Bakı-Doha-Bali reysidir. Qatar airwaysin çox rahat olan təyyarələri ilə 13 saata Baliyə çatacaqsız. (Bakı-Doha 2,5 saat, Doha-Bali 8 saat, geri qalan müddət aeroportda). Bilet qiyməti 1700-2000 azn aralığındadır. Əlavə olaraq deyim ki, Sinqapuru da görmək istəyənlər Bakı-Doha-Sinqapur-Bali reysinə bilet ala bilər. Bilet qiyməti 2000 azn. Tranzit uçuş olduğu üçün vizasız Sinqapurda 96 saat qala bilərsiniz. İndi isə qayıdaq Baliyə. Bali adası yaşayış üçün kifayət qədər ucuz olan bir yerdir. Burada ictimai nəqliyyat olmadığı üçün əsas xərc taksilərə çıxır. Baliyə getmədən mütləq Uber yükləyin. Çünki orada Uber taksilərdən 2 dəfə daha ucuza başa gəlir. Əgər Uber istifadə edə bilməsəniz yalnızca göy rəngli BlueBird taksilərini istifadə edin. Bütün taksilərə əyləşəndən sonra taksimetri açdırın yoxsa düşəndə kefləri istəyən qiyməti oxuyacaqlar)). Bu arada 40 dollar ödəməklə sutkalıq şəxsi taksi tuta bilərsiniz. Bütün gün sizi istədiyiniz yerə aparacaq. Qrupla gedən insanlar üçün əlverişlidir. Moto və skutr idarə edə bilənlərin isə əsl bayramıdır. 15 günə heç 100 dollar xərciniz çıxmaz. Skutr sürməyi öyrənmək asandır, ancaq ilk dəfə üçün çətinlik çəkə bilərsiniz və qəza riski yüksəkdir.Növbəti məsləhətim taksiyə pul verib adanı gəzməkdənsə gəzəcəyiniz ərazidə otel tutub qalmaq daha sərfəlidir. Çünki Balidə otel və villalar xeyli ucuzdur. Məsləhət görə biləcəyim oteller Ubud bölgəsində-(Bakung Ubud Resort and Villa 4*-günlük iki nəfərlik-dbl otaq üçün 70 azn ödəyəcəksiniz, Bliss Ubud Abangan 4*- dbl room 105-azn, Sens Hotel and Spa-4*-dbl room-150 azn, The Peacock İnn 3*-65 azn-yeri əladır). Balinin ən bahalı yeri sayılan Nusa Dua bölgəsində okeana 5-10 dəqiqəlik məsafələrdə məsləhət görə biləcəyim otellər(Mercure Bali 4*-dbl room 100 manat, Swiss Belhotel Segara Resort 4*-dbl room 80 manat, Santika Siligitia Nusa Dua 4*-dbl-70 manat) P.s-Bunlardan xeyli ucuz və bahalı otellər də var, büdcəniz nəyə uyğunsa seçə bilərsiniz. Beləliklə son nəticəyə gəlsək əgər iki dost THY ilə Baliyə uçub yuxarıda göstərdiyim orta səviyyədə otellərdə qalıb, səyahət boyunca Uber istifadə etsə 15 gün üçün 1400x2(bilet)+1000(otel-db room)+300 azn(uber)+1000(yemək və gəzmək)- ortalama 2 nəfərə 5000 azn-adambaşı 2500 azn xərciniz çıxar. Bunu günə böldükdə adambaşı 166 manat gündəlik pul edir ki, Azərbaycanın hər hansı bölgəsində yalnızca otelə az qala günlük o qədər pul ödəmək lazımdır. Tək gedənlər isə 3000-3500 aralığında xərc çəkməklə möhtəşəm 15 gün keçirə bilər. Bu arada Bali balayı adasıdır deyənlərə çox da qulaq asmayın, bura nə Seyşeldir nə də ki Maldiv. Baliyə fərq etmir tək, dostla və ya ailəli getmək, hər insanda unudulmaz xatirələr qoyan bir adadır. İndi isə bu günlük bu qədər. Qiymər barədə əlavə sualı olan yaza bilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Gəzgin Həyat

5643 dəfə oxunub

7 bənddə Trondheim

Trondheimdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz səyahət sevərlər,İsti avqust günlərində soyuq Norveç torpaqlarından şəkillər görmək istəyirsizsə bu post sizin üçündür :)Bir neçə il əvvəl dünyanın ən böyük tələbə festifalı olan İSFİT-də iştirak etmək şansı qazanmışdım. Norveçin Trondheim şəhərinə getmək və fevral ayında biraz tərəddüdlü gəlirdi, qarlı hava və soyuğu sevmədiyim üçün əmin deyildim. Həm də o vaxta qədər ziyarət edəcəyim ən şimalda yerləşən ərazi olacaq idi, şəhər 63° şimal enliyində yerləşir (Məlumat üçün İslandiyanın paytaxtı Reykyavik 64°-də yerləşir) Amma qərara aldım ki bu səfəri edim. Xoşbəxtlikdən fevralın ortaları olmasına baxmayaraq qarlı olsa da çox şaxtalı olmadı hava.Adətən bizim cəmiyyətdə Skandinaviya ölkələrinin insanları haqda soyuq və sıxıcı olmaları ilə bağlı fikirlər var. Açığı Norveç və İsveçdə olduğum 15 gün ərzində istər küçədə rastlaşdığım nəsə soruşduğum adi sakinlər, istər evində məni qonaq edən ailə kifayət qədər dostcanlı və fərqli mədəniyyətləri tanımağa maraqlı insanlar idi. Bu stereotipim orda qırıldığını deyə bilərəm. Festivalın ən yadda qalan hissəsi isə Dalay Lamanın çıxışını dinləmək idi :)Bir gün yolunuz bu şimal şəhərinə düşsə sadalayacağım yerlərə mütləq baş çəkin və bu qidaları dadın ki, Trondheima getmişəm deyə biləsiz:1. Köhnə şəhəri Nidelva çayı iki yerə bölür. Çayın üzərində isə şəhərin ən çox turist cəlb edən Gamle Bybro – old town bridge yerləşir. Körpünün üzərində dayanıb 400 il yaşı olan rəngli taxta evləri və onların çay suyuna düşən əksindən zövq almağı unutmayın.2. Şəhərin ən diqqət çəkən tarixi abidəsi Nidaros Kilsəsidir. Bu abidəyə kənardan xeyli tamaş etmişdim. Dindar biri olmasazda içəriyə daxil olun və o atmosferi duymağa çalışın, sizi valeh edəcək. Möhtəşəm memarlıq nümunəsi səhv etmirəmsə ən şimalda yerləşən orta əsr kilsəsi hesab olunur.3. Fiordlarla əhatələnən bir şəhəri təzə balıqsız təsəvvür etmək olar heç? Limana yaxın Ravnkloa adlanan yerdə balıq bazarına baş çəkin. İlk dəfə orda dadını hələ də unutmadığım qurudulmuş balıq yemişdim (tørrfisk)4. Norveçə getmisizsə təbii ki, Brunost dedikləri brown cheese-i dadmalısınız. Bildiyimiz pendirdən yaxından uzaqdan heç bir əlaqəsi yoxdur, heç bir tanış qidanın dadına oxşamır, özünə məxsus bir dadı var. Səhərlər cemlə və norveçə xas olan qəribə başqa pendirlərlə yeyirdilər :)5. Trondheim şəhərinin öz ənənəvi pivəsi var Dahls adlanır. Qədim şəhərdəki hər hansı bir barda, pubda tapa bilərsiniz. Mən adətən hər şəhərə gedəndə mütləq yeni bir pivənin dadına baxıram. Sizin də belə bir marağınız varsa əminlik tövsiyə edirəm. Sakit bir yerdə oturub nağıl kimi görünən qarlı şəhər mənzərəsinə baxaraq həzz alın həyatdan ;)6. Əgər Trondheim və fiord mənzərəsini biraz hündürlükdən görmək istəsəz Kristiansten qalasına qalxmağı məsləhət görürəm. Həm qalanın tarixi ilə tanış olmaq, həm şəhəri seyr etmək üçün ən uygun yerdir. Qalanın içərisində Kommendanten restoranı var idi, qapıdan içəri addım atan kimi unikal bir atmosfer bürüyür insanı. Dadlı və bahalı yeməkləri var.7. Əgər Bakıdakı teleqüllə restoranı cibinizə uygun deyilsə bir də Trondheimda cəhd edin. Əmin olun qiymətlər daha münasibdir. Qüllə Tyholttårnet adlanır içərisində isə Egon restoranı var. Restoran 360 dərəcədir və bir saat ərzində tam dönür. Hətta küləkli gündə silkələndiyi belə hiss olunur. Şəhərə açılan mənzərə isə sözlə təsvir edilə bilməyəcək dərəcədə gözəldir. Xüsusən günbatımı vaxtı günəşin fiordlarda itdiyini görməyə dəyər.Və sonda əmin ola bilərsiz ki, valyutamızın bu “güclü” vaxtlarında qiymətlər sizi çooox təəccübləndirəcək, amma xərcləyəcəyiniz hər bir krona dəyəcəkSevgilərləƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Fagan Yusifli

1028 dəfə oxunub

İstiqamət ↬ Balkanlar

Warsaw – Budapest – Sarajevo – Mostar – Kotor – Budva – Shkoder – Ohrid – Skopje – Tbilisi – Baku26 iyul 2019Warsaw – BudapestFlixbus: 21 EURBilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.27 iyul 2019Budapest: dostumun evində qaldım28 iyul 2019Budapest (BUD) – Sarajevo (SJJ)Wizzair: 13105 HUF (39 EUR)Bilet aviaşirkətin rəsmi saytından əldə edilmişdir, bu qiymət Discount Club üzvləri üçün keçərli idi.28 iyul 2019Sarajevo – MostarBus: GlobTour / Croatia Bus 38 BAM (6 EUR)Bilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.28-31 iyulMostar: Kovac Apartment 120 EUR (Apartment with Balcony)Yaşayış bronu booking.com saytından edilmişdir.31 iyul 2019Mostar – Budva (bus): qiyməti dəyişir (saatlardan və sairə asılı olaraq)Bilet avtovağzalın kassasından əldə edilmişdir.31 iyul – 03 avqustBudva apartments: 170 EURYaşayış bronu airbnb.com saytından edilmişdir.01 avqust 2019Budva – Kotor – Budva (bus): qiyməti dəyişir (saatlardan və sairə asılı olaraq)Bilet avtovağzalın kassasından əldə edilmişdir.03 avqust 2019Budva – ShkoderBus: GetByBus / Old Town Travel 89 HRK (12 EUR)Bilet daşıyıcının rəsmi saytından əldə edilmişdir.03 avqust 2019Shkoder: Vllaznia Hotel 45 EURYaşayış bronu hotels.com saytından edilmişdir.04 avqust 2019Shkoder – Tirana (bus): 300 ALL (3 EUR)Bilet avtobusun içində əldə edilmişdir.Tirana – Ohrid (taxi): 70 EUR (avtobusun qiyməti 18 EUR idi və növbəti avtobusa yer yox idi deyə taksi ilə getməyə qərar verdik)04-06 avqust 2019Ohrid: Apartment Ain Naum 80 EURYaşayış bronu booking.com saytından edilmişdir. 06 avqust 2019Ohrid – Skopje: 17 AZNBilet öncədən turizm agentliyindən əldə edilmişdir.06 avqust 2019Skopje – İstanbul – TbilisiPegasus Airlines: 106 EURBilet aviaşirkətin rəsmi saytından əldə edilmişdir.Gəzməli-görməli yerlər:1) Sarajevo – 4-5 saat kifayət edir şəhər ilə tanış olmağa, sonra Cevabcici Zeljo-ya gedib gəşəng lülə kabab yeyib növbəti şəhərə yola düşə bilərsiniz.2) Mostar: 1 gün şəhəri gəzib növbəti günləri aktiv istirahətə sərf edə bilərsiniz. Biz Neretva çayına (Konjic-ə) rafting-ə getdik. 35 EUR (səhər yeməyi, geyim, 4 saatlıq çaydan zövq almaq, günorta yeməyi və avtovağzala/avtovzağzaldan çatıdılma daxil). Həmçinin də Blagaj-a və Kravica Waterfall-a gedə bilərsiniz.3) Budva, Kotor, Sveti Stefan – bura əsl passiv istirahət üçündür. Amma o demək deyil ki, aktiv əyləncə üçün heçnə yoxdur. Əlbəttə ki, var: qayıq, paragliding və sairə əyləncələr bu zonada mövcuddur. Sveti Stefan mütləq gediləsi yerdir, suyun təmizliyi hər şeyə dəyər. Tarixi məkanlara da mütləq baş çəkin (Budva Castleç Citadela və sairə).4) Shkoder: biz getdik, siz getməyin... Yalnız göl var, ona da turlar yalnız səhər tezdən olur... Şəhər isə çox darıxdırıcıdır.5) Ohrid: Makedoniyanın göz muncuğu sayılan bu göl ətrafı şəhərdən yaxşıcana zövq ala bilərsiniz. Əsasən passiv istirahət üşün nəzərdə tutulub. Digər sahillərə getmək üçün gəmi turu götürə bilərsiniz. Biz Saint Naum sahilinə tur götürmüşdük.6) Skopje: heykəllərin əlindən tərpənə bilməyəcəyiniz şəhər... addımbaşı heykəllər sizi izləyəcək. Vaxtınız varsa Matka Canyon və Mount Vodno-ya getmək olar.Ümumi xərc: 1500 AZN civarında (adambaşı)Xərcləri rahat idarə etmək üçün Tricount mobil tətbiqini məsləhət görərdim.Booking.com saytında qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz: https://www.booking.com/s/35_6/ilgar637Airbnb.com saytında qeydiyyatdan keçmək üçün bu linkdən istifadə edə bilərsiniz:https://www.airbnb.com/c/iafandiyev?currency=EURŞəxsi instagram hesabım: @ilgarafandiFaydalı olmaq diləyi ilə!#ilgarafandi #tripbyilgar #tripbyafandi #t2taz #time2travelaz #gzynlr #gezeyenlerP.s. Səyahət ilə bağlı bütün postlarımı həm instagramda, həm də qrupda #tripbyafandi hashtagi altında oxuya bilərsiniz :) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ilgar Afandi

2034 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!