1599 dəfə oxunub

Almaniyanın ən şimalı - Flensburg

Flensburgdakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Salamlar hər kəsə..

Həmişə bu qrupdan yararlanmışam, düşündüm ki, indi də bura nəsə qazandırmaq vaxtıdı :) Mən Almaniyada master təhsili alıram.. 1 şəhərdə yaşayıram, 2 şəhərə 1 günlük səyahət etmişəm.. təcrübələrimi bölüşmək istəyirəm..

Flensburg - ilk danışacağım şəhər olacaq ki, Almaniyanın ən şimal şəhəridi.. Bura gəlməzdən əvvəl bəzi stereotiplərim vardı ki, çox kiçik və soyuq olması ilə bağlı..
Amma ki hər ikisində yanıldım deyə bilərəm, əgər yolunuzu bu kiçik və tarixi Alman şəhərindən salmaq istəyirsinizsə bəzi şeyləri bilmək lazımdı..
Flensburg Danimarka ilə 7 km sərhəddə yerləşən 89 min əhalisi olan bir liman şəhəridi.. amma bu liman çox dar olduğundan iqtisadi məqsədlərlə çox da istifadə olunmur.. Şəhərə ən yaxın böyük şəhər təxmin edə biləcəyiniz kimi Hamburgdu.. Hamburgdan bura Flixbuslar 4 saata və daha tez gələ bilir.. Qatar yollarından isə özləri də şikayət edir.. Flixbus daha məsləhətlidi..

48367679_1920405898013041_3106688795978760192_o
Şəhər Schleswig-Holstein torpağında yerləşir ki, bu əhalisi ən yaşlı və ən xoşbəxt olan Alman torpağı hesab olunur :) Digər şəhərlərdən ən böyük fərqi təbii ki, dəniz və sərhəd olmasıdı.. Danimarkada qiymətlər çox baha olduğundan, Flensburg önəmli bir alış - veriş şəhərinə çevrilib.. Gəlib burdan alış - veriş edirlər..
Şəhərin insanda yaratdığı təəssürat isə tarixi bir kənddi sanki.. amma ki yaxşı mənada çünki şəhəri sanki meşənin içində gizlədiblər.. hədsiz çox yaşıllıq var.. hələ bizim campus ümumiyyətlə cənnətdi :)
Şəhər mərkəzi çox kiçikdi.. elə çox məşhur tikilisi yoxdu, amma insanları çox gülərüzdü və şəhər az toxunulub, havası çoooox təmizdi.. Bakıdan gələndə ilk günlər nəfəs almaqda çətinlik çəkirdim :)
Havası isə o qədər də soyuq deyil.. mən proqramda hər gün Munich, Milan ve Bakı ilə müqayisə edirəm.. Cənubdan bəzən isti çox vaxt isə bərabər olur.. Milandan və Bakıdan da isti olduğu günlər olur.. bu isti bu ilə özəl imiş..
İnsanları hədsiz gülərüz və dostcanlısıdı.. Hər gün şəhər küçədə hamı bir-birinə salam verir “Moin” deyə.. Bu Danish dilindən gəlmədi bu bölgəyə məxsusdu:)
Şəhər 1861-ə qədər Danimarkaya məxsus olduğundan mədəniyyətlərin vəhdətini görmək mümkündü.. şəhərdə Danish və Türk azlıqları var.. “Türkcə bilirsənsə Flensburg sənin evin kimidi”.. deyirlər :)

48376348_1920406091346355_3697667486930436096_o
Şəhər Almaniya standartlarında ucuzdu..
Avropa standartlarında isə özləri dediyi kimi “super f*cking cheap”di????
Bir neçə hotel və hostel var.. Güclü məlumatım yoxdu amma ki onlar da ucuz olmalıdı..
Bütün bunlardan əlave çox gözəl dəniz mənzərəsi var ki, hər şeyə dəyər :) Restoranları da çox dadlıdı.. Balıq üstünlük təşkil edir təbii ki.. pivələri isə əladı..
“Flensburger” pivəsi isə çox məşhurdu və Almaniyada ən yaxşılardan sayılır.. Şəhərdə müasir şəhər anlayışı və abu havası yoxdu.. Bəzilərinə bu yad gəlir belə yerdə yaşamaq.. amma mənim xoşuma gəlir.. Velosiped dəlisidi.. hər şey yaxın olduğundan maşın mənasız gəlir bunlara.. hamının “yaylıq” bir kabrioleti var, o ayrı ????
Velosiped dayanacağında boş yer tapmırsan heç.. Dirəklərə filan bağlayır insanlar.. Bu qədər.. Şimali Almaniyaya yolunuz düşsə, bura 1-2 gün ayırmağa dəyər :)
Bu arada Hitler Almaniyasının təslim müqaviləsini bağladığı bina da burda yerləşir, Nazi Almaniyasının son qərargahıdı..

Bizim insanların buranı eşitməməsinə səbəb isə bunlar Futbolu yox, Handball-u sevirlər???? Məncə mənasızdı amma, hörmət edirik????

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Turan Khalafov

DİGƏR BLOQLAR

7 bənddə Trondheim

Trondheimdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz səyahət sevərlər,İsti avqust günlərində soyuq Norveç torpaqlarından şəkillər görmək istəyirsizsə bu post sizin üçündür :)Bir neçə il əvvəl dünyanın ən böyük tələbə festifalı olan İSFİT-də iştirak etmək şansı qazanmışdım. Norveçin Trondheim şəhərinə getmək və fevral ayında biraz tərəddüdlü gəlirdi, qarlı hava və soyuğu sevmədiyim üçün əmin deyildim. Həm də o vaxta qədər ziyarət edəcəyim ən şimalda yerləşən ərazi olacaq idi, şəhər 63° şimal enliyində yerləşir (Məlumat üçün İslandiyanın paytaxtı Reykyavik 64°-də yerləşir) Amma qərara aldım ki bu səfəri edim. Xoşbəxtlikdən fevralın ortaları olmasına baxmayaraq qarlı olsa da çox şaxtalı olmadı hava.Adətən bizim cəmiyyətdə Skandinaviya ölkələrinin insanları haqda soyuq və sıxıcı olmaları ilə bağlı fikirlər var. Açığı Norveç və İsveçdə olduğum 15 gün ərzində istər küçədə rastlaşdığım nəsə soruşduğum adi sakinlər, istər evində məni qonaq edən ailə kifayət qədər dostcanlı və fərqli mədəniyyətləri tanımağa maraqlı insanlar idi. Bu stereotipim orda qırıldığını deyə bilərəm. Festivalın ən yadda qalan hissəsi isə Dalay Lamanın çıxışını dinləmək idi :)Bir gün yolunuz bu şimal şəhərinə düşsə sadalayacağım yerlərə mütləq baş çəkin və bu qidaları dadın ki, Trondheima getmişəm deyə biləsiz:1. Köhnə şəhəri Nidelva çayı iki yerə bölür. Çayın üzərində isə şəhərin ən çox turist cəlb edən Gamle Bybro – old town bridge yerləşir. Körpünün üzərində dayanıb 400 il yaşı olan rəngli taxta evləri və onların çay suyuna düşən əksindən zövq almağı unutmayın.2. Şəhərin ən diqqət çəkən tarixi abidəsi Nidaros Kilsəsidir. Bu abidəyə kənardan xeyli tamaş etmişdim. Dindar biri olmasazda içəriyə daxil olun və o atmosferi duymağa çalışın, sizi valeh edəcək. Möhtəşəm memarlıq nümunəsi səhv etmirəmsə ən şimalda yerləşən orta əsr kilsəsi hesab olunur.3. Fiordlarla əhatələnən bir şəhəri təzə balıqsız təsəvvür etmək olar heç? Limana yaxın Ravnkloa adlanan yerdə balıq bazarına baş çəkin. İlk dəfə orda dadını hələ də unutmadığım qurudulmuş balıq yemişdim (tørrfisk)4. Norveçə getmisizsə təbii ki, Brunost dedikləri brown cheese-i dadmalısınız. Bildiyimiz pendirdən yaxından uzaqdan heç bir əlaqəsi yoxdur, heç bir tanış qidanın dadına oxşamır, özünə məxsus bir dadı var. Səhərlər cemlə və norveçə xas olan qəribə başqa pendirlərlə yeyirdilər :)5. Trondheim şəhərinin öz ənənəvi pivəsi var Dahls adlanır. Qədim şəhərdəki hər hansı bir barda, pubda tapa bilərsiniz. Mən adətən hər şəhərə gedəndə mütləq yeni bir pivənin dadına baxıram. Sizin də belə bir marağınız varsa əminlik tövsiyə edirəm. Sakit bir yerdə oturub nağıl kimi görünən qarlı şəhər mənzərəsinə baxaraq həzz alın həyatdan ;)6. Əgər Trondheim və fiord mənzərəsini biraz hündürlükdən görmək istəsəz Kristiansten qalasına qalxmağı məsləhət görürəm. Həm qalanın tarixi ilə tanış olmaq, həm şəhəri seyr etmək üçün ən uygun yerdir. Qalanın içərisində Kommendanten restoranı var idi, qapıdan içəri addım atan kimi unikal bir atmosfer bürüyür insanı. Dadlı və bahalı yeməkləri var.7. Əgər Bakıdakı teleqüllə restoranı cibinizə uygun deyilsə bir də Trondheimda cəhd edin. Əmin olun qiymətlər daha münasibdir. Qüllə Tyholttårnet adlanır içərisində isə Egon restoranı var. Restoran 360 dərəcədir və bir saat ərzində tam dönür. Hətta küləkli gündə silkələndiyi belə hiss olunur. Şəhərə açılan mənzərə isə sözlə təsvir edilə bilməyəcək dərəcədə gözəldir. Xüsusən günbatımı vaxtı günəşin fiordlarda itdiyini görməyə dəyər.Və sonda əmin ola bilərsiz ki, valyutamızın bu “güclü” vaxtlarında qiymətlər sizi çooox təəccübləndirəcək, amma xərcləyəcəyiniz hər bir krona dəyəcəkSevgilərləƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Fagan Yusifli

1101 dəfə oxunub

Lissabon yaxınlığındakı qəsəbələr

Bu dəfə isə sizə Lissabon yaxınlığındakı qəsəbələr və görməli yerlərdən danışacağam ????Avropanın ən uc nöqtəsindən baxarkən...Keçən dəfəki yazılardan birində sizinlə Lissabon haqqında bölüşmüşdüm. (https://seyahetci.com/tarixle-muasirliyin-kesisdiyi-lissabon/).O tarixlə müasirliyin kəsişdiyi, möcüzəli Lissabonun ətrafı özündən də gözəldir.Lissabonu gəzməyə 2-3 gün ayırandan sonra biz növbəti gün maşın kirayələdik və ətrafdakı qəsəbələrə üz tutduq. İlk gün yolumuzu Coba Da Roca burnu və kiçik, şirin sahil qəsəbəsi Cascaisdən saldıq. Ericeira, Sintra və Mafra qəsəbələrini doyunca gəzə bilmək üçün bir gün sonraya saxladıq. Elə bu 3 qəsəbə barədə yazmağı da gələn dəfəyə saxlayıram.ANS demiş, indi isə yaxın əyləşin, Cascais və Cabo Da Roca barədə daha ətraflı ☺️Zənginlərin, mühacir yazar və sənətçilərin məkanıCascais qəsəbəbəsi Taxo (Tejo) çayının girişindən başlayıb, düz Oeiras şəhərinədək uzanır. Hazırda qəsəbənin 200 mindən artıq sakini var. 19-cu əsrin əvvəllərində Cascaisin əhalisi az olub. Bura kiçik, balıqçı qəsəbəsi kimi tanınırmış. Az keçməmiş ingilis tacirlər və avropalı aristokratların tətil məkanına çevrilib.İkinci Dünya Müharibəsi ərəfəsində isə döyüşdən qaçanların - siyasətçilər, aristokrat, sənət adamları və yazarların sığınacağı olub. Öz adıma deyim ki, burada yaşayan hər gün yazıb, yaradar.Zənginliyin gətirdiyi qumarxana və limanCascais yay aylarında Avropanın varlı ailələrinə ev sahibliyi edir. Onu da deyim ki, Avropanın ən böyük qumarxanası “Casino Estoril” də buradadır. Zənginliyin gətirdiyi daha bir məkan isə Marina de Cascais limanıdır. Bu liman 650 qayığa ev sahibliyi edir. Cascais yay aylarının həftə sonları avtomobili olan lissabonluları da qonaq edir.Gözəl və ürəkaçan sahillər buranı ideal çimərliyə çevirir. “Balıqçı Çimərliyi” (Praia dos Pescadores) yayda adam qaynayır. Həftə sonları ümumiyyətlə, yer tapmaq çətin olur. Vaxtımız az, getməli yerlər çox olduğu üçün biz çimərlikdə vaxt keçirə bilmədik. Həm də getdiyimiz gün səhər tezdən yağış yağmışdı. Hava azcana soyuq idi.“Cəhənnəm Ağzı” - The Boca do InfernoElə Cascaisin özündə də görməli yerlər çoxdur. Qəsəbə uzun-uzun, tənbəl-tənbəl gəzilməli yerdir: bura gəldinsə, gərək hər nöqtəsinin dadını çıxardasan. Məsələn, “Cəhənnəm Ağzı” deyilən yerin adına yox, mənzərəsinə baxın siz. Qəsəbənin ən gözəl yerlərindəndir. Atlantik Okeanına açılan dəhlizindən görünən mənzərəni yemə, içmə saatlarca seyr elə. Qayalara çırpılan dalğalar ağ köpüklər yaradır. Elə bil okeana vanna köpüyü tökmüsən. Yuxarıdan baxanda adama elə gəlir ki, okean qaynayır. Sağa-sola, aşağı-yuxarı hərəkətlər edir. Gözünü ayırmadan baxanda adam vahimələnir. Üzə bilsəm də, ayağım sürüşsə, yıxılsam boğulub, ölərəm deyə, düşünürdüm.Bura həm də balıqçıların məkanıdır. Şəkil çəkdiyimizi görüb, bizə gün batımını buradan seyr etməmizi təklif etdilər. Təəssüf ki gözləməyə vaxtımız yox idi.“Ev deyil, şato, şato, canım”Qəsəbədə çox gözəl bir ev də var. O məşhur türk serialında deyildiyi kimi, əslində ev deyil, şatodur ????Adı Casa de Santa Mariadır. 1902-ci ildə tikilib. Yerli sakinlərdən öyrəndik ki, bura keçmişdə varlı bir irlandiyalı tacirə məxsus olub. Həmin dövrlərdə Cascaisin ən göstərişli və lüks tikilisi sayılırmış.Santa Marta Mayak Muzeyi - Farol Museu de Santa MartaEvin, pardon, şatonun düz qarşısında Santa Marta adlı mayak (gəmilərə yol göstərmək üçün siqnal işığı olan hündür qüllə, dəniz fənəri) ucalır. Francisco Pereira da Silva adlı şəxs tərəfindən inşa etdirilib. 2007-ci ildən bu yana Santa Marta Mayak Muzeyi kimi işləyir. Vaxtınız olsa, içinə girib, gəzə, hətta mayaka qalxa, oradan Cascais mənzərəsini seyr edə bilərsiniz.Portuqaliya okeansahili ölkə olduğundan burada mayak, dənizçilik muzeyləri, limanlar, gəmilər, balıq, balıq yeməkləri məşhurdur. Hər addım başı dənizçilik mədəniyyəti ilə qarşılaşırsan. Havada asılı qalan dəniz, yosun qoxusu da bunu unutmağa imkan vermir.Bu arada, unutmadan deyim ki, Santa Marta Mayak Muzeyinə giriş təxminən 5 avro civarında idi.Cascais Qalası - Cidadela de CascaisBundan başqa qəsəbədə Cascais Qalası da var. Düz mərkəzdə, limanın arxasındadır. Binanın üzündən tarix, qədimlik yağır. Yerləşdiyi ərazidə başqa hökumət binaları da var. Daş döşənmiş meydanın mərkəzindəki tarixi bələdiyyə binası kimi.Avropanın ən uc nöqtəsindəCascaisə səhər saat 8-də gəlmişdik. Günortadan sonra, təxminən 3-4 arası buradan Cabo Da Roca burnuna tərəf yola düşdük. Təxminən 30 dəqiqəlik yol idi.Bura “ən xoşbəxt olduğum yer” də deyirəm. Xoşbəxtlik deyəndə nədənsə ağlıma bura gəlir. Kimi Avropanın, kimi dünyanın sonu adlandırır. Söhbət Avropanın Qərb tərəfdən ən uc nöqtəsi, sonu olan Cabo da Roca-dan gedir. Qısacası, Roca burnu.Xoşbəxtliyi xatırladan və “sonsuzluğa” açılan pəncərə...Ərazidə dəniz fənəri və balaca bir kafe var. Bir də suvenir satılan mağaza... Başqa da heç nə. Amma möhtəşəm abu-havası adamı sərxoş edir. Uçurum boyu ağac parçalarından çəkilən çəpər uzaqdan baxanda dəhlizə bənzəyir. Uçurum Atlantik Okeanına açılır. Uzaqdan gələn, dalğaların qayalara çırpılarkən çıxardığı səs səni ovsunlayır və tamamilə öz abu-havasına salır. Qonaqlar şəkil çəkdirir, mənzərənin dadını çıxarırlar. Havasından isə heç danışmayım, tərtəmiz, ləzzətli, çək ciyərlərinə...Bir xeyli gəzib, şəkil çəkdirəndən sonra buradakı kafedə okean mənzərəsində qəşəng bir Porto şərabı içdik. Porto Portuqaliyanın şəhərlərindən biridir. Həm gözəlliyi, həm də şərabları ilə məşhurdur. Şərabları xüsusi şirin olur. Nəticədə, nə qədər içdiyinin fərqində olmursan, bir də ayılırsan ki, hazırsan ????Nə isə, Roca burnuna mütləq getmək lazımdır. Mən hətta ora ikinci səyahət planlayıram. Oradan aldığım foto isə yazı masamın üzərində, ən görməli yerdədir. Nə vaxt keyfim olmur, baxıram, baxanda xoşbəxtliyi xatırlayıram ????Bura sonsuzluğa açılan pəncərə kimi qalıb yadımda. Hər ağlıma gələndə, “hələ ümid var, tükənməyib” – deyib, təskinlik tapıram.Bu yerlərə necə gedə bilərik?Biz yaxın qəsəbələri gəzmək üçün 2 günlük maşın kirayələmişdik. Günü 60 avroya (Fiat Punto). Mühərriki kiçik olduğundan günlük benzin sərfiyyatı da aşağı idi. 2 günə benzinə 30 avro xərclədik. Pullu yollardan istifadəyə görə 2-3 avromuz çıxdı.Cascaisə qatarla da getmək mümkündür. Eləcə də Roca burnuna avtobusla getmək olar. Mən isə deyərdim ki, istədiyiniz yerdə saxlayıb, şəkil çəkdirə-çəkdirə getmək, rahat gəzmək üçün avtomobil kirayələyin.Bakıdan Lissabona isə “Aeroflot” (Rusiyanın hava şirkəti) və Türk Hava Yollarının (THY) reysləri ilə gedə bilərsiniz. Qiyməti gedəcəyiniz günlərə və bileti nə qədər öncədən almağınıza görə dəyişir. Gediş-gəliş üçün minimum 500 manatı gözdən çıxarmalısınız. Mən başqa cür etdim. Bakıdan “Wizzair”-lə (Macarıstanın hava şirkətidir) Budapeştə (Macarıstan), oradan İspaniyaya, daha sonra isə Portuqaliyaya getdim. Sonda da Portuqaliyadan yenə Budapeştə, oradan da Bakıya döndüm. Gediş-gəlişə təxminən 300 manat xərclədim.Nə yeyək-içək?Yeməyə gəlincə, Portuqaliya Avropanın balıq məkanıdır. Balıq və qırmızı ət məbəxlərinin olmazsa olmazıdır. Yanında müxtəlif növ paella (bulğura oxşayan düyüdən hazırlanmış, qırmızı, sarı və ya qara rəng çeşidləri olan plov növü), souslu tərəvəzlər və s. ilə servis edilir. Mən Portuqaliyada olduğum müddətdə yalnız dəniz məhsulları yedim. Sizə də məsləhət görürəm. Bir sözlə, dənizdən çıxan hər şeyi bişirir, çox gözəl də servis edirlər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Guler Mehdizade

2331 dəfə oxunub

Şəhər bələdçisi - Bern

Berndəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bu şəhər haqqında yadda qalan ən maraqlı təəssürat o oldu ki, bilmirsən şəhərdi, yoxsa kənd, məsələn, bir tərəf meşə, dar cığırlar və sairə ikən, 200 metr sonra alış-veriş mərkəzləri, restoranlar, şəhərə aid nə infrastruktur varsa görmək mümkündü, çayın o tayı ilə bu tayı ayrı dünyalardı. Bern-in digər maraqlı tərəfi 1191-ci ildə salınan - belə desək, bizim İçəri Şəhəridi. Old Town of Bern vallah heç də köhnə görünmürdü, 6-7 əsr yaşı olan binaların, küçələrin simmetriyası, quruluşu bu insanların gözlərinin elə əvvəldən iti olduğunu göstərir. Şəkildə arxada görünən 1-ci körpü (Unterttorbrücke - Aşağı Qapı Körpüsü) 1489-cu, ikinci körpü (Nydeggbrücke - Yeni Körpü) 1840-cı, sağda görünən qülləli Nydegg adlandırılan kilsə bir neçə dəfə yenilənməklə 1190-1480-ci illərdə tikilib. Burada mərkəzi küçə yarandığı vaxtdan shopping center olub, bizim Targoviy, sadəcə zaman dəyişdikcə çağa ayaq uydurub, əvvəl mal-qoyun, dəyərli əşyalar, saxsılar və sairə satılırdısa, indi bahalı brendlər, 50-60 minlik Hublot-lar, Aldemars Piguet-lər bunları əvəz edir.İkinci şəkil Bern-dən biraz yuxarıda - təpədə yerləşən Rosengarten (Qızılgüllər bağı) dedikləri parkdan qədim şəhərin görüntüsüdü. Uzaq fonda İsveçrənin ən hündür katedralı - Bern Münster düz 472 ilə tikilib. Rosengarten-də Eynşteynin bir heykəli var, skameykada oturub nəsə fikirləşir yenə, lap yaddan çıxmışdı, bu şəhər Einstein-in 1902-1909-cu illərdə yaşayıb yaratdığı şəhər olub. Heykəlin yanında info tabeldə yazılıb, "Bern once inspired Albert Einstein, who developed his famous Theory of Relativity. He almost spent his daytime sitting here with his wife Mileva for working on his Relativity Formula".Кендилерини чок северим, getdim oturdum yanında, qolumu atdım boynuna, bir sağa baxdım, bir sola, baxdım Einstein-ə, indi olmasın, qayıdıb nə desəm yaxşıdı? "7 il burda yaşasam mən theory of time-travel kəşv eliyərdim", bir az fikrə getim, ürəyimdə dedim ağ eləmə.Old Town of Bern Aare çayının qıvrılan hissəsində yerləşir, yeni 3 tərəfi sudu, bu çayın maraqlı tərəfi enli, dərin, gur olmasından başqa yaşılın özünəməxsus rəng çalarında olmasıdı, ki bəziləri fotolarda bunu rəng effekti ilə səhv salır, yaxşısı budur özünüz gedin görün, məndən bu qədər. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Malik Abdullayev

1437 dəfə oxunub

Budapeşt, Vyana, Praqa turu

Salam. Səfər Budapeşt-->Vyana--->Praqa---Budapeşt. Biletləri səfər tarixinə yaxın aldığım üçün ucuz olmadı. 3 adam üçün gediş qayıdış təxminən 1080 $. Şəhərlər haqqında ətraflı postlar olub qrupda, ona görə də şəhərlərin görməli yerləri filan haqqında qeyd etməyəcəm. Budapeştdə hotel Peştin mərkəzində Deak Ferenc metrostansiyasının yaxınlığında idi, airportdan bu metronun yanına 100E avtobusla gəldik, Hotel: Gozsdu court apartament 3*. Həm yerləşməsi, həm təmizliyi, səhər yeməyi əla idi. (Amma book edəndə səhər yeməyinə əlavə ödəniş etmişdim). Mən uşaqla getdiyim üçün hotelin ya özündə, ya da bir addımlığında cafe restarauntun olmağı vacib idi. Budapeştdəki hotelin düz yanında MATKA adlı restoran vardı. Yeməklər dadlı, məkan isə çox təmizdi. (Ənənəvi yeməkləri gulaj çox dadlıdır), Budapeşti hop off hop on bus turla gəzdik. Big bus tour ən yaxşıdır.Budapeştdən öncədən aldığım flixbus biletlərlə Vyanaya getdik. (Bizim hoteldən Nepliget flixbus stationa M3 metro / olmayanda isə avtobusla getmək olur). Vyanada International Bus stationda düşdük (flixbuslar bəzən gecikir, biletləri daha gündüz vaxtı üçün almaq sərf edir). Əsas məsələ burda başladı))). Google map düşdüyümüz yerdən bizim otelə U3 və daha sonra U4 metro xətləri ilə getməyimizi göstərirdi. Düşdüyümüz yerdə isə ancaq U1 idi. U1-den U4-ə ordan da 31 nömrəli trainlə otelə gəldik. Otel: My next hotel Leo 3*. Təmizlik və səhər yeməyi, xidmət yüksək səviyyədə. Amma oteldə restoran fəaliyyət göstərmir, özü isə şəhər mərkəzindən təxminən 2 km məsafədə (uşaqlılar üçün problem ola bilər).Vyanadan Praqaya da öncədən alınmış biletlərlə flixbusla gəldik. Praga Main railway stationda düşdük. Bus gecikdiyi üçün qaranlığa düşdük. Sonradan öyrəndim ki, həmin area safe deyilmiş (çoxlu alkaş evsiz vardı), ortadan iki tərəfli yol keçir (willsonova) və əks tərəfə yeraltı keçidlə keçirsən, (bu arada taxilər bizi hədəf götürmüşdü)) Google mapim dayanmşdı, roaming işləmirdi, otel 5 dəqiqəli məsafədə olsa da tapa bilmirdim. Sağolsun bir gənc cütlük (biri poland, biri alman) öz maplari ilə bizi otelə ötürdülər, Otel: şəhər mərkəzində Grandium Prague 5*. Xidmət, təmizlik, səhər yeməyi, restoranı çox yüksək səviyyədə. Praqadan geri Budapeştə qatarla qayıtdım. (hərçəndki qatarın əvəzinə bir başa flixbus seçib Budapeşt airportuna gələ bilərdim) qatar öz stopları ilə lap bezdirdi, Budapeştin Nyugati railway stationa gəldim, ordan yeraltı keçiddən keçib 9 saylı avtobusla Deak Ferenc metro stansiyasına, ordan isə 100E ilə airporta qayıtdım, Wizzairlə uçuş terminalı 2B. Vyana və Praqada tur istifadə etmədim (vaxt az olduğu üçün) özümüz gəzdik.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Sunay Mustafayeva

1958 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!