277 dəfə oxunub

Albaniyaya Səyahət

Albaniyadan salamlar
Bu mənim Albaniyaya ilk səyahətim idi.Qeyd edim ki,mən Yunanıstanda təcrübə proqramında olduğum üçün buradan getmişdim.Albaniyada 4 gün qaldım.3 bölgəsinə getmək fürsətim oldu.
Gjirokaster
Sarande
Ksamil

Gjirokaster tarixi bir bölgədir.Şəhərin bəzi yerlərində özünüzü Qubada hiss etmiş kimi ola bilərsiniz.Əsas yer old city adlanan tarixi hissəsi idi.Mən axşam radələrində çatdığım üçün qalanı gəzə bilmədim,amma tarixi küçələrində belə gəzmək xoş oldu mənə.Şəhərdə gecə həyatı aktivdir,tipik balkan həyatı:dadlı yeməklər,danışan insanlar.Bu şəhərdə bir gün qaldıqdan sonra səhər Sarandeyə keçdim.
Ksamil-bura 5 il əvvəl dənizi olan səssiz bir kənd olub.İndi isə turistlər tərəfindən kəşf olunduğu üçün kəndə bənzəmirdi.Dənizi çox gözəl,təmiz və pulsuz idi.Hava 28 dərəcə olsa da dənizə girmək üçün soyuq hiss etdirmirdi.Ksamildə bir gün qaldım.Qaldığım hotel çox rahat və dənizə 8 dəqiqə məsafədə yerləşirdi.Yenidən Albaniyaya qayıtsam bu şəhəri görmək üçün olacaq


Sarande-Ksamildən Sarandeyə məsafə 20 dəqiqədir və yerli busla rahatlıqla gedə bilərsiniz.Sarande də hava isti olduğu üçün hər kəs dənizdə idi.Şəhər çox turistik bir yerdir,dadlı yeməkləri və mehriban insanları ilə yadımda qaldı.Azərbaycandan olduğumu deyəndə çox sevinirdilər.
Qaldığım hotellər haqqında çox münasib olduğunu deyə bilərəm,amma yay aylarında daha baha olacağını dedilər.Mən yenə də yerləşdirirəm buraya.
Ksamil-Vila Baka
Sarande-Enia's apartment
Gjirokaster-yadımda deyil
Albaniya mətbəxi-Mənim üçün səyahətdə görməli yerlərdən daha çox dadlı yeməklər mühümdür.Alban mətbəxi demək olar ki,türk mətbəxi ilə bənzərdir.Tave Kösi sınamağınızı tövsiyə edirəm,börəkləri və musakkaları dadlı idi.


Albaniyada transport o qədər də yaxşı inkişaf etməyib.Köhnə stil buslardan istifadə olunur və standart vaxtda gəlmirlər bəzən.Xidmət sektorunda isə biraz diqqətli olmağı tövsiyə edərdim.Qabağa düşmək istəyənlər orada da var.Məsələn,restoranlarda menudakı qiymətlə hesabdakı qiymətdə fərqlər olur.

Hamınıza xoş istirahətlər

Paylaşan: Aghgul Feyziyeva

DİGƏR BLOQLAR

2 Gündə Budapeşt

2 gündə BudapeştBudapeşt Avropada ən məşhur istiqamətlərdən biridir, xüsusilə ilk dəfə səyahət edənlər üçün. İstər bilet qiymətləri, istər ölkədəki münasib qiymətlər buna şərait yaradır.Budapeştdə əsas yerləri görməyə 2 tam gün kifayət edir. Rahatlıq baxımından 1 gün artıra da bilərsiniz bu müddəti (shopping, bəyəndiyiniz yeri bir daha gəzmək, az tanınan yerləri görmək və s. məqsədlər üçün)Bəs Budapeştə gedəndə, haraları gəzməlisiniz?Sizinlə Budapeşt planı bölüşürəm, yaxın əyləşin Bu planla gününüzü doğru bölüşdürə və tam səmərəli gəzə bilərsiniz.Budapeştdə 1-ci gün 1. Gəzintinizə şəhərin Buda hissəsində, Castle Hillə başlayın. Burada Matthias kilsəsi, Fisherman’s Bastionu görə bilərsiniz. Parlament binasına açılan məşhur mənzərə ilə şəkillər məhz burada çəkilir. Matthias kilsəsinə daxil olmaq istəsəniz, turistlərə açıq saatları mütləq rəsmi saytdan yoxlayın. Bileti onlayn alın ki, növbərə çox gözləməli olmayasınız.2. Castle Hilldən gəzərək Buda qalasına (Buda castle) gedin. Əgər funikulyora minmək istəsəniz funikulyorun aşağı hissəsinə gedin ki, aşağıdan yuxarı qalxasınız Buda qalasına. Yox əgər 2 dəqiqəlik funikulyora 25 manat ödəniş etmək istəmirsinizsə, elə birbaşa qalanın özünə piyada gedin. Burada milli kitabxana və muzey yerləşir.3. Daha sonra taksi ilə Gellert Hillə gedib, şəhərə açılan mənzərədən zövq ala, meşə ilə yürüyüş edə bilərsiniz, hazırda çox hissəsində təmir gedir, Azadlıq abidəsinin ətrafı bağlıdır, əvcəlcədən mütləq yoxlayın.4. Sonra Pest tərəfə keçib, Budapeştin məşhur bazarı - Great Market Hall-a gedib, məşhur yeməkləri dada, süvenirlər ala bilərsiniz münasib qiymətə.5. Sonra isə yaxınlıqda olan St Stephens kilsəsinə piyada gedə bilərsiniz. Online bilet alsanız da, mütləq kassada təsdiqlətməlisiniz.6. Sonda günün yekunu üçün Spalardan birinə gedə və ya kruiz turu alıb çayda gəzinti edə bilərsiniz. Spa üçün onlayn, kruiz üçün isə kassalardan bileti öncədən əldə etməyi məsləhət görürəm. Əlavə xərc istəmirsinizsə, Margaret adasında barlardan birində vaxt keçirə bilərsiniz.Faydalı idi? Faydalı idisə məni instagramda izləyin @renatmajidovO vaxta kimi isə, ikinci günün planını paylaşacam sizinlə. Bu plandakı yerlərlə bağlı təcrübələriniz və ya suallarınız varsa, şərhlərdə bölüşün  @renatmajidov

338 dəfə oxunub

Kiçik və sevimli kafelər şəhəri - Lvov bələdçisi

Sevgili gəzəyənlər, içinizdə ən az yarınız Lvivi gəzmisiz, görmüsüz, bilirəm, amma gəzməyənlər üçün praktik bilgiləri paylaşım dedim:) - Lvivə getmədən əvvəl telefonunuza Uklon və ya Bolt aplikasiyasını yükləyin. Ukrayna nömrəsi olmayınca orada yüklənsə belə aktivləşmir, getmədən yükləyin, aktivləşdirin hazır hala gəlsin. Bu sayədə sizi mərkəzə 300 qrivnaya aparacaq havalimanı taksisinə kinayəylə baxıb 100 qrivnayla şəhərə gedə biləcəksiz. Qoçaq gənclər aeroportdan avtobusla da gedə bilərlər - universitet dayanacağında düşüb 5 dəqiqə yeriyəcəksiniz uzağı. - Lvivdə yaxşı otellər bahadı, orta hallı otellərdə də qalmaqdansa airbnb ilə ev tapın. Rınok meydanının düz dibində - Staroevreyskiy küçəsində çox təmiz, səliqəli, mətbəx ləvazimatları olan evdə iki nəfərə 60 manata qala bilərsiz, məsələn. Bir az kənarda daha ucuzları da var.- Lvivdə hər şey Rınok meydanı ətrafında dönür - yemək, əyləncə, gəzmək... Amma siz Vısokiy Zamoka, Likaçiv məzarlığına (giriş 50 qrivna), Strijskiy Parkına, Operaya (operanı gəzmək 80 qrivna), bazara da gedin ki, gerçək Lvivi görün. Qışda soyuq olur, amma yazda, yayda ərinməyin, meydandakı Ratuşa binasının təpəsinə çıxıb Lvivi oradan seyredin. Vaxtınız varsa və yaz aylarında gedəcəksizsə Lviv ətrafını da gəzin, Roqatin, İvano Frankovsk tərəflərdə çox qəşəng yerlər var. - Lvivə gedən kimi “Lvivska Maysternya Shokoladu”dən “Lokal kart” alın. 1 qrivna ödəyəcəksiz. Kartı pulsuz verən yerlər də var. Krem rəngi olanını alın. Bu kart bir çox restoran və mağazada keçir, mütləq oxudun. Bonus toplayır, endirim olur. Məsələn, mən iki dəfə kartın keçdiyi yerdə yemək yedim, sonra Lvivska Plyaskada ştrudeli Lokal kartın bonusu (bofon) ilə ödədim. Belə maraqlı sürprizləri olur. İnternet saytı var, oradan harda keçərli olduğunu filan oxuya bilərsiz. - Lvivdə gediləcək yemək, içmək, şirniyyat, səhər yeməyi verən yerlər - Baçevski, The Most Expencive Galician, Atlas Deluxe Hotel (Szkocka), Amadeus, Tsukor (Red ve Black şöbeleri), Feliçita, Atlas, Veronika, Grand Kafe Leopolis, Gas Lamb, Pravda Beer, Kriivka, Alternative Kava, Mushly Bar, Kava Manifacturenin altındakı şaxta-kofe dükanı. - Lvivdə alınacaq şey - şokolad, kofe. - Əgər səhər oteldən ayrılmsızsa və əşyalarınızı qoyub axşama qədər gəzmək istəyirsizsə, Operanın qarşısında Svoboda 35-də və meydanın yanında - Şevska 12-də saxlama yerləri var. İki baqaja bir gün üçün 80 qrivna ödədim. - “Nə qədərə başa gəlir”i soruşmayın:) Tamamilə sizə bağlıdı - Lviv hər büdcəyə görə alternativi olan şəhərdi. Məsələn, bir nəfərə 35-40 manata çox yaxşı bir yerdə axşam yeməyi (içkisiz) yemək də mümkündü, 8-10 manata gürcü restoranında xəngəl, xaçapuri yemək də, 3-5 manata borşla mədəni doyurmaq da. Sizə qalmış məsələdi. Sualı olan gəlsin:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1990 dəfə oxunub

Tayland Bələdçisi

Taylanddan bütün gəzəyənlərə eşq olsun. Gəl sizə mən söhbət açım öz viza təcrübələrimdən. Bəlkədə bir çoxunuzunda başına gəlib. Deməli vizaya müraciət eliyəndə səfirlikdə ya vizasız ölkəyə gələndə sərhəddə passportumu görən hərkəs 2 sual soruşur. 1 Bu pasport hansı ölkənindi? 2 Hanı sənin geri dönüş biletin? A kişi, kamboca acından günorta durur yuxudan məndən geri dönüş bileti istəyir. What the funnn?Passport məsələsin birtəhər Türkiyə Rusiya neighbor deyib keçişdiriəm.Geri dönüş biletinin də ucuz varyantını internetdə biraz qurdalanıb birneçə etibarlı sayt tapmışam. Deməli bu saytlardan bilet alanda mənə PNR kod olan bilet verillər. Bu bileti soxuram sərhəddəki polisin gözünə deyir Xoş gəlmisən.Deməli bunu qısa bir list kimi hazırlamışam, qiymətiylə filan.Tiketvisa.com - 9$ oneway | 15$ round trip | avtomatik bookingOnwardticket.com - 16$ oneway | 23$ round trip | avtomatik bookingVerifiabletickets.com - 12$ oneway | 19$ round trip | manual booking (bilet gələnə qədər sinqapura qar yağır)Başqaları da var amma çoxu axırıncı kimi manual bilet rezervasiyası eləyir deyə yavaşdı ya da tamailə saxta bişeylər generate edirlər ona görə məsləhət görmürəm.Qısa bir qeyd: Evdə oturub 'Fotoşop' ilə saxta bilet filan düzəltməyə çalışmayın  çünki bir çox immigrasiya polisi PNR kodu havayollarının sistemindən yoxlayır. Tutsalar cərimə + ölkəyə giriş qadağası və daha çox problemlər...Nəysə gəzməyə davam! Hamıya 2025-də daha çox ölkə, xoşbaxlıx, can sağlığı — WatArun, Bangkok Thailand'da.

Montserrat monastrı - Kataloniyanın simvolu

Barcelonadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Barcelonanı nə qədər gözəl saysaq da, dahi Qaudinin tikintidə bucağın vacibsizliyi nəzəriyyəsinin canlı şahidi olsaq da, Montserratsız Kataloniya səfəri natamam olar.Barcelonanın 45 kilometrliyində yerləşən benedikt monastırı Monasterio de Montserrat Kataloniyanın dini mərkəzi və dünya katoliklərinin əsas zəvvarlıq mərkəzlərindən sayılır. Dəniz səviyyəsindən 745 km hündürlükdə yerləşən monastır adını Montserrat (Kəsilmiş dağlar) dağlıq ərazisindən götürmüşdür. Kiçik bir ərazidə qeyri adi formalarda olan minlərlə əhəng sallarından ibarət dağ silsiləsidir. Monastırın yaranma tarixi IX-cu əsrin sonuna təsadüf edir. Əsrlər sonra Cristobal Colon bu monastırın adını ikinci səfəri zamanı Kiçik Antil Adaları ərazisində kəşf etdiyi adada yaşatdırdı. 1811-ci ildə Pireney müharibələri dövrü monastır Napoleon ordusu tərəfindən yandırılıb dağıdılır. Yalnız 1844-cü ildə monastırın Kataloniya əhalisi tərəfindən bərpası başlanır. Bərpa işləri 100 il davam edir. XX-ci əsrdə Montserrat Kataloniyanın simvoluna və ağır tarixi günlərinin dəstəyinə çevrilir. Bircə bu faktı qeyd etmək kifayətdir ki, Franko diktaturası zamanı qadağan olunmuş katalan dilində nikah mərasimləri yalnız Montserratda keçirilirdi. Monastırda dünyada ən qədim sayılan uşaq xoru fəaliyyət göstərir – Escolania de Montserrat. Bu xor 9-dan 14 yaşa qədər olan 50 oğlandan ibarətdir. Bu uşaqların ifasında səslənən Qara Məryamın himni adama ləzzət verir. Uşaqların geyimi bizim dövrün insanlarının çox sevdiyi “Nu poqodi” cizgi filmindəki dovşanların xorunu xatırladır.Monastıra ad qazandıran və bütün dünyaya tanıdan Qara Məryam heykəli əfsanəyə əsasən 880-ci ildə bu dağlarda oynayan yerli uşaqlar tərəfindən tapılıb. Bu xəbəri eşidən Monresa şəhərinin yepiskopu heykəli bu şəhərə getirmək əmri verir. Lakin heykəlin çox ağır olması bu ideyanı mümkünsüz edir. Yepiskop anlayır ki, Qara Məryam heykəlin dağda qalmasını istəyir və burada monastır inşa etmək qərarına gəlir. Lakin bizim vaxtlara gəlib çatan ilkin abidə deyil. 95 sm hündürlüyündə olan Qara Məryam və qucağındakı İsa peyğəmbərin heykəli XII-ci əsrdə qovaq ağacından düzəldilib.İnternetdə yayılmış Montserrata gedmək yolunun ən sərfəli və maraqlısını sizinlə bölüşürəm. Əvvəla onu qeyd edim ki, Montserrata maşınla gedmək ən böyük cinayət olardı. Bu halda özünüzü bir sıra maraqlı təəssüratlardan məhrum etmiş olarsınız. Yalnız qatar. Ilk növbədə səhər sübhdən oyanmaq lazımdır ki, İspaniya Meydanından saat 8:00 qatarı ilə yola düşəsiniz. Avtomatdan komplekt bilet alırsınız - Manresa istiqamətində gedən qatara və Cremalleraya. Cremallera dağa qalxan qatar növüdür, amma bizim funikulyorla heç bir qohumluğu yoxdur. Montserratda iki fərqli dayanacaq var – Aeri de Montserrat və Monistrol de Montserrat. Montserrat Aeridə əksər turistlər Montserrat sözünü eşidib enirlər. Bu stansiyadan Montserrata kəndir yolu qalxır, lakin onlar bilmirlər ki, bu kəndir yolu belə tez açıq olmur. Onlar gedib növbədə dayanan vaxtı siz artıq öz stansiyanızda enib qatarla dağa qalxa qalxa selfie çəkdirirsiniz.Qatardan enən kimi ilk növbədə Kafedral kilsəyə gedirsiniz. Hələ ki, adam azdır kilsənin qarşısındakı meydanda biraz şəkil çəkdirib daxil olursunuz içəri. Kilsədən çıxıb tez sağdakı girişə daxil olursuz. Burada bu yerin yaranmasının səbəbkarı olan La Moreneta (Qara Məryam) yerləşir. Pilləkənlərlə qalxıb Moreneta xanımın əyləşdiyi yerə çatıb qara yumurtaya toxunub arzu və istəklirinizi bildirin. Çox axtarsam da divarlarda qəpik yapışdırmağa yer tapmadım. Yəqin ki, gələcək üçün bunu da düşünərlər və iki ədəd də çıxış və girişdə nəzir qutusu qoyarlar.Morenitanı belə tez ziyarət etməyimiz çox vacıb idi, çünki birazdan giriş qapısı bir neçə saatlıq bağlanacaq, yenidən açılandan sonra isə əməlli başlı izdiham yaşanacaq. Beləliklə, Morenetadan ayrılıb qaçırıq yuxarı istiqamətdə gedən Sant Joan funikulyoruna. Yuxarıda qarşılaşdığımız gözəllik adamı valeh edir. Və bu anda kataloniyalıların nə qədər biznesdə, ticarətdə aciz olduqlarını dərk etmiş olursan. Burada o qədər kababxanalar tikmək olar ki, Ağsu aşırımı yalan olsun.Bu təbii gözəlliyi qavrayandan sonra və bu əjdahadan niyə bizdə olmaması haqda özünə sual verdikdən sonra Santa Cova funikulyoru ilə enirik aşağı ki, 13:00-da kilsədə başlayan oğlan uşaqlarının xoruna özümüzü çatdıraq. Biraz tez gəlsəniz lap yaxşı olar, çünki başlamağa 15 dəqiqə qalmış zalda bir dənə də olsun boş yer tapmaq mümkün olmayacaq. Xoru dinlədikdən sonra kilsəni tərk edib üz tuturuq yaxınlıqda yerləşən bazara. Burada yerli fermerlər öz istehsalları olan məhsulları satırlar. Missiyamızı bitmiş hesab edəndən sonra qayıdırıq əvvəldə qeyd etdiyim kəndir yoluna, hansı ki, bizi gətirir Aeri de Montserrat stansiyasına. Buradan isə İspaniya Meydanına gəlib günümüzü bitmiş hesab edə bilərik. İnanın ki, Montserratın gözəlliyi və cazibədarlığı sizi hələ dəfələrlə bu yerlərə çağıracaq.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər... Paylaşdı: Mətin Rəhimli

1175 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!