310 dəfə oxunub

8 Günlük Bali Səfərim

Salam əziz Gəzəyənlər. Qrupda Bali ilə bağlı postlar çox olduğu üçün daha öncə paylaşmaq istəməsəm də sonra düşündüm ki öz perspektivimdən fərqli nələrsə olar deyə sizə faydalı olar və paylaşmaq qərarına gəldim.
8 günlük solo Bali səfərinə Pekində olduğum üçün ordan gedib gəldim.

Air Asia ilə Kuala Lumpur aktarmalı 300 dollar gediş dönüş. Vizanı kapıda pasport və 34 dollar ödəməklə aldım.

Online internet paketləri ilə ulduzum barışmadığı üçün son bütün səfərlərimdə internet paketli nömrə almağı üstün tuturam. 20 GB üçün 16 dollar da təxminən ona ödədim. Grab taxi çağırıb Kutada qaldığım yerə gəldim çatdım ona da 140 dollar ödədim. Təmiz səliqəli idi otağım. 200 dollarım bitdi.

Ölkəyə 400 dollarla giriş etmişdim
növbəti günlərdə də 200 dollarla necə lazımdı yedim içdim gəzdim istirahət etdim. Ölkə çox ucuzdu. Masaj 5 dollara 10 dollara. Yemək oturduğum yerdən asılı olaraq 5 dollardan üzü yuxarı. Sonra alternativ taxi proqramı Gojek-i yüklədim. Tək olduğum üçün həm də maşınla saatlarla probkada qalmamaq üçün hər yerə motorkbike taxi ilə gedirdim. İlk günlər həyəcanlansam da sonra gördüm ki uçsalar da professional sürürlər rahat oldum.



Həm də maşın taxidən 2 bəzən də 3 qat ucuzdu və tez çatırsan. Kuta, Seminyak, Canggu, Uluwatu, Ubud bölgəkərini gəzdim bu günlərdə. Ən məşhur gözəl dalğasız çimərlik Padang Padangın girişi 1 dollar idi.


Çox gözəl idi. Nəsə sualınız olsa soruşa bilərsiniz.

Paylaşan:

Aydan Vusat Gizi

DİGƏR BLOQLAR

Çin Bələdçisi

Çin ilə bağlı əvvəlki postum çox diqqət çəkdi deyə qərara gəldim bu dəfə də Çində olduğum ən gözəl şəhərləri sıralayım: 1. Sanya( 三亚 ) - Boşuna bura Çinin Havaiisi demirlər. Tropik cənnət , fevral ayında 30+ dərəcədə dənizdən zövq alıb , tropik meyvələr yemək istəyirsinizsə əla seçimdir. Bu şəhərdə məni ən təəccübləndirən məsələ hamının rus dilində danışması idi. 2. Şanxay (上海)- Meqapolis , əzəmətli binalar - paralelində isə bol yaşıllıq. Bu şəhər Çinin inkişafının ən yüksək nöqtələrindən biridir. Disneylandə getməyi də unutmayın. 3. Hangzhou (杭州)- Şanxayın yaxınlığında yerləşən bu şəhərin təbiətini sevirəm. Safari parkı əladır. Gölündə böyük Çin gəmiləri ilə üzə bilərsiniz. 4. Nanjing (南京)- tarixi sevənlər üçün əla seçimdir. Dağın ətəyində qədim böyük heykəlləri ən çox bəyəndiyim hissəsi olmuşdu. Məbədlərinə isə mütləq gedib görmək lazımdır. Çox əzəmətlidir. 5. Chongqing - bir çox videosunu görmüsünüz və həqiqətən bu şəhərdə aşağı yuxarı anlayışı yoxdur. Yerin altı ilə metroda getdiyiniz yerdə bir də görəcəksiniz ki, 20 mərtəbəli binaya yuxarıdan baxırsız. Piyada gəzmək çox yorucudur bu şəhərdə ona görə ancaq 1 dəfə gedib görülməli şəhərdi. Qeyd edim ki, bu siyahı gəzdiyim şəhərlərin içindən seçdiklərimdir. Daha gözəl bir neçə şəhəri də var olmadığım, onları bura əlavə etməmişəm.Paylaşan: Neriman Aliyev

269 dəfə oxunub

Möhtəşəm "Bamboo dənizi" - Çin bələdçisi

Axşamınız xeyir, gəzəyənlər????İstədim sizlərə “Bamboo sea“ haqqında məlumat paylaşım. Bildiyiniz kimi dünyada bir çox bambuk meşələri vardır. Bunlardan biri də Çinin Sichuan vilayətində yerləşir. Bu meşə Sichuana səyahət edənlər üçün maraqlı yerlərdən biridir. Deməli bambuk meşəsi Sichuanın paytaxtı Chengdu şəhərindən təxminən 300 km cənubda, Yibin şəhərindən isə 60 km uzaqlıqda yerləşir. Yerli Çinlilər buranı Şanan Bamboo sea ( 蜀南竹海 ), Bamboo meşəsi, Bamboo dənizi, bəzən də Shunan Zhuhai Milli Parkı olaraq adlandırırlar. Ərazisi 4600 hektardan çox olan bambuk 27 dağ və 500-dən çox zirvə ilə əhatə olunmuşdur. Burada yaşayan insanlar bambuku oksigen çubuğu adlandırırlar.Bura gəlmək üçün ən rahat yol Yibin şəhərindəndir. Hər gün səhər saat 8, 9, 10-da şəhər mərkəzindən bir nəfər üçün 12 yuan (təxminən 3 manat) məbləğində avtobuslar yola düşür. Nəzərinizə çatdırım ki 12 yuan’ə gediş gəliş birlikdə hesablanır ???? saat 6 üçün artıq geri dönüş üçün avtobuslar sizi gözləyəcək. Qayıtmaq istəmirsinizsə əlverişli qiymətə gecəsi 120 yuan (təxminən 30 manata) ucuz otellər tapa bilərsiniz. Taksi ilə getmək istəsəniz bir nəfər üçün 30 yuan (təxminən 7 manat 50 qəpik) ödəməli olacaqsınız.Qoruğa giriş bileti xarici vətəndaşlar üçün 40 yuan’dir (təxminən 10 manat). Kanatdan istifadə edəcəksinizsə əlavə 40 yuan ödəməlisiniz.Girişdə ilk ziyarət etməli olduğunuz yer Emerald Gallery olacağdır. Təxminən 1 kilometr uzunluğundadır. Hər yer Bambuklarla sıx örtülmüşdür. Gəzərkən sanki qırmızı xalça ilə bəzədilmiş yaşıllığa daxil olduğunuzu hiss edəcəksiniz. Burada çoxlu kiçik şəlalələr də vardır. İnsanın həqiqətən zövqünə oxşayır ????Daha sonra kanatdan istifadə etsəniz 23 dəqiqə ərzində 2728 metr yüksəkliyə qalxacaqsınız. Bu zaman keçirdiyim möhtəşəm hissləri sizə sözlə anlada bilmirəm. Sanki bütün həyat durmuş , və sən yer üzərində fırlanırsan ????Dağın yuxarısında Buddist, Taoist məbədlərinə rast gəldik. Divarlar üzərində yüzlərlə tısbağa rəsmləri də vardır. Daha sonra nəhəng bir sarı göbələk daşını görə bilərsiniz. Deyilənə görə bu Taoist Tianyu’nun çətiridir. Bundan əlavə müxtəlif maraqlı freskalar da mövcuddur.Burada həm də yerli insanlar müxtəlif əşyalar, qab-qacaqlar düzəldib satırlar. Bambuk tumurcuqlarından xüsusi yeməklər də hazırlayırlar, amma bir az bahadır (50-100 manat arası) .Ən çox çətinlik çəkəcəyiniz mövzu dil problemi olardı deyə düşünürəm. Çünki yerli əhali ingilis dilində heç bir söz bilmir, Mandarin’i bilməyənlər də az deyil (əsasən öz provinsiyaları olan Sichuan dialektində danışırlar). Ən azından başqa şəhərlərdə heç olmasa “ quddııııı (good) ” deyə bilirlər ????????Amma səmimiyyətimlə söyləyirəm ki bəlkə də dünyanın ən yaxşı insanları Sichuanda yaşayırlar ???? İnandırım sizi o qədər mehriban, qonaqpərvərdirlər ki, insanı bir dəqiqə belə qayğısız qoymazlar. Xüsusən xariciləri çox sevirlər????Ümid edirəm sizə maraqlı məlumat verə bildim. Sichuana kiminsə yolu düşdü hər zaman qonağım ola bilər. Hörmətlər ! ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:Tural Alikhan #turalalikhan   

1461 dəfə oxunub

Yer kürəsi üzərindəki əcaib planet - İslandiya

"Buzların və alovların ölkəsi" - İslandiyanın devizi, bu ölkənin təbiətinin malik olduğu kontrastı və həmin kontrastın yaratdığı möcüzələri bir cümlədə ifadə edir.Üzəri buzlaqlarla örtülü vulkan krateri - alovun üstünü örtən buz; qayaların arasından, dağların yamacından axan bol sulu, bəzən dəniz mavisi rəngində, bəzən güclü və palçıqlı, bəzən sakit və həzinli axan şəlalələr; yerin dərinliklərində qaynayıb 40 metr yüksəkliyə fışqıran qeyzerlər; teknonik plataların ayrılma xəttlərini öz gözlərinizlə görə biləcəyiniz parklar, çaylar; min illər boyunca ağır buz kütlələrinin altında sıxılmış mas-mavi aysberqlərin üzdüyü göllər; lavaların yaratdığı yüz hektarlarla ərazi və həmin ərazidə yenicə əmələ gəlmiş mamır təbəqəsi; qütb parıltısı kimi insanı heyrətə gətirən təbiət hadisəsinə heyranlıqla tamaşa etmə imkanı verən gecə səması; saatlarla yorulmadan, zövq ala-ala maşın sürə biləcəyiniz yollar; Atlantik okeanının vəhşi dalğalarının yaratdığı uğultu; nağılvari mağaralar içindəki qap-qaynar hovuzlar - bütün bunların hamısını bir həftəyə yaşamaq istəyirsinizsə, İslandiyanı növbəti səyahət planlarınıza daxil edin.Gələk hər kəsi maraqlandıra biləcək suallara:1. Bilet neçəyədir ?Digər avropa ölkələrinə nisbətən İslandiyaya biletlər daha bahadır. Almaniyadan gediş-dönüş hardasa 250-300 avro ətrafındadır.2. Hansı viza lazımdır?İslandiya Avropa Birliyində olmasa da, Schengen vizasını qəbul edir. Dəqiq məlumatı internətdən ala bilərsiniz.3. Hotel qiymətləri necə?Hotellər, hətta hostellər belə həddindən artıq bahadır. Ona görə də ən optimal variant özünüzlə çadır götürüb camping etməkdir.4. Necə səyahət etmək olar? İctimai nəqliyyat necədir?Paytaxt Reykjavikdən başqa digər yerlərdə nəqliyyat çox pisdi. Gəzməli yerlər isə məhz əsasən paytaxtdan kənarda, Ring Road (dairəvi yol) dedikləri ölkə sahili boyunca dövr ədən yolun ətrafındadı. Yolun uzunluğu hardasa 1400km-dir.Üstəlik, ölkə əhalisi 400 min nəfərdən də azdır. Ərazisi isə Azərbaycandan da böyükdür. Ona görə də ən yaxşı seçim, maşın kiralayıb onunla səyahət etməkdir. Çalışın mütləq SUV və 4x4 maşın götürün, çünki əsas yollardan biraz qırağa çıxsaz bərbad halda olan torpaq yollarla maşın sürməli olacaqsınız. Maşını hardasa günü 120-150 avroya kiralamaq mümkündür. Hətta istəsəniz RV də kiralaya bilərsiniz. Mən bir də getsəm, yəqin RV kiralayaram.5. Qiymətlər necədi?İslandiya həddindən artıq bahalı ölkədi. Yeməyi özünüz bişirməsəz, gün ərzində rahat adam başına 70 avrodan çox yeməyə xərcləyə bilərsiniz. Ən ucuz pizza 23 avroyadı. Özünüz bişirsəniz, günü 15-20 avroya yola vermək olar.Əlavə olaraq deyim ki, bütün ləvazimatlarınızı özünüzlə gətirin. İsti paltar, isti və su keçirməz hiking ayaqqabıları, çadır, sleeping bag, bişirmək üçün camping equipmenti (amazondan, ebaydən 30-40 avroya full set ala bilərsiniz) özünüzlə gətirin. Internetdən 20-30 avroya ala biləcəyiniz camping equipmenti sizə burada 80 avroya kiraya verəcəklər.İsti paltar məsələsinə xüsusən diqqət edin. Yayda Google-un verdiyi hava məlumatı sizi aldada bilər. Gecələr həddindən artıq soyuq keçə bilir. İsti paltarınız olmasa bir günə xəstələnə bilərsiniz. Qışda isə, professional səyyah deyilsinizsə İslandiyaya gəlməyiniz heç məsləhət deyil. Həddinən artıq sərt təbiəti var. Yollar buz bağlayır, tufan və qasırğalar maşınınızı sıradan çıxarda bilər.6. Camping qaydaları:İslandiyada camping üçün xüsusi yerlər var (camping grounds). Qanunən istənilən boş ərazidə camping etməyə icazə verilsə də (maşını offroad sürməmək şərti ilə, hansı ki qətiyyən qadağandı), turistlərdən camping groundlarda qalmaları xahiş olunur (ya da yumuşaq şəkildə tələb olunur). Bu camping groundlarda qalmaq haqqı gecəsi adam başına 15-20 avro arası dəyişir.7. Bir həftə vaxtım yoxdursa necə?Əgər vaxtınız çox azdırsa, Ring Road-a alternativ olan, 1-2 günə gəzə biləcəyiniz Golden Circle yolunu seçə bilərsiniz.Ən sonunda, bu möcüzələr ölkəsi İslandiyaya birlikdə səyahət etdiyimiz dostum Alakbar-ə də bişirdiyi ləzzətli yeməklərə görə də təşəkkür edirəm  (www.instagram.com/alekperos/)p.s. Çəkdiyim şəkilləri https://500px.com/ahmed_rnt səhifəsindən izləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ahmed Ahmedov 

2367 dəfə oxunub

Şəhər bələdçisi - Düsseldorf

Düsseldorfdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Salam gəzməkdən doymanlar ???? İstədim bir post da mən yazım. Bəlkə də bu haqda yazıblar artıq. Üzürlü sayın)Xlll əsrdən şəhər statusu alan Düsseldorf bahalığa görə VI, yaşayış standartlarına görə isə V yerdə durur. Bahalığa görə Berlinlə rəqabət aparır. Bura bir çox qonşu avropa ölkələrinə yaxın olduğu üçün yaşamaq üçün buranı üstün tuturlar. İş tapmaq istəyən və ya biznes qurmaq istəyənlər Berlindəki vergi ağırlığından qaçmaq üçün bura üz tuturlar. 650 minlik əhalisi olan və Reyn çayının hər iki tərəfinə yayılan bu şəhərdə çoxlu Çinli və Yapon iş adamları var.Təbii ki, Türkiyəli qardaşlarımızın da sayı Berlindəki qədər olmasa da tez-tez rast gəlmək olur. Yuxarıda qeyd etdiyim vergi məsələlərinə görə aparıcı şirkətlət baş ofislərini burda açmağa çalışırlar. Dünən bir yaponla yerli pivə içərkən xeyli söhbətləşdik. Dediyinə görə 90 min yapon yaşayır ki, bu da əhalinin 1%-ni təşkil edir. Bunu deyəndə üzü güldü, sankı qağaların gələcəkdə gör burda nəğayrajax sözləri gözündən oxunurdu)). Bəlkədə buna görə “little tokio” deyirlər. Ev kirası daxil olmaqla aylıq yaşayış üçün 3000-3500 avro pul qazanmaq lazımdır. Təbii ki, hər kəs bu qədər qazana bilmir. Gələn il Yaponiyada keçiriləcək olimpiya oyunlarına dəvət etdi)Bu şəhərin Almaniyanın "Pivə Şəhəri" adlandırılması təsadüfi deyil. Ən qədim hissəsi olan ALTSTADT-da 300-ə yaxın pivəxana var. Amsterdamda hər yerdən nəşə iyi gəldiyi kimi burda da hər tərəfi pivə iyisi bürüyüb. İnsanlar masa arxasında oturub aramsız pivələr butulkalarını boşaldırlar (şəkillər paylaşacam). Sadəcə oturub 'ayn alt' deməyiniz kifayətdir. Sizə dərhal yerli pivə gətirəcəklər.Bu arada Almancam o qədər itidir ki, nəsə almanca deyən kimi "Naaaayn"(yeşilcam filmlərindəki Naaalaan Nayrrr nolamazzz səhnələrini xatırladır), Danqr Şön, bitti şön, ya ya ya (bunu 3 dəfə deyəndə gülümsəyirlər nəsə xoşlarına gəlirlər) das ist fəntəstiş kimi sözlərlər dialoqları bağlayırdım).Əhalisinə gəldikdə isə yerli əhali çox gülərüz, mehriban və yardımsever insanlardır. İngilis dilisi zəif olanlar belə əl qol işarələri ilə başa salmağa çalışırlar. Burada ingilis dili bilməyənlərə Berlinlə müqayisədə daha çox rast gəldim. Almaniya deyəndə gözümün qabağına Hitler gəlirdi. Amma bu səfərdən sonra neqativ steoritipi aradan qaldırdım. İngilislərdən daha isti qanlı gəldi mənə. Görəsən Mayn Kampfi oxusam alman dilini sevə bilərəm?))Gələn dəfə vaxt tapan kimi az adamın kəşf etdiyi bir Hollandiya kəndi haqında yazacam.Bir də Flixbus üçün 3 ədəd 20%lik voucher'lər var. Kimin bu yaxınlarda səfəri varsa mənə xəbər etsin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Vuqar Ali

1244 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!