678 dəfə oxunub

7 bənddə Trondheim

Trondheimdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.

Əziz səyahət sevərlər,

İsti avqust günlərində soyuq Norveç torpaqlarından şəkillər görmək istəyirsizsə bu post sizin üçündür :)

Bir neçə il əvvəl dünyanın ən böyük tələbə festifalı olan İSFİT-də iştirak etmək şansı qazanmışdım. Norveçin Trondheim şəhərinə getmək və fevral ayında biraz tərəddüdlü gəlirdi, qarlı hava və soyuğu sevmədiyim üçün əmin deyildim. Həm də o vaxta qədər ziyarət edəcəyim ən şimalda yerləşən ərazi olacaq idi, şəhər 63° şimal enliyində yerləşir (Məlumat üçün İslandiyanın paytaxtı Reykyavik 64°-də yerləşir) Amma qərara aldım ki bu səfəri edim. Xoşbəxtlikdən fevralın ortaları olmasına baxmayaraq qarlı olsa da çox şaxtalı olmadı hava.

Adətən bizim cəmiyyətdə Skandinaviya ölkələrinin insanları haqda soyuq və sıxıcı olmaları ilə bağlı fikirlər var. Açığı Norveç və İsveçdə olduğum 15 gün ərzində istər küçədə rastlaşdığım nəsə soruşduğum adi sakinlər, istər evində məni qonaq edən ailə kifayət qədər dostcanlı və fərqli mədəniyyətləri tanımağa maraqlı insanlar idi. Bu stereotipim orda qırıldığını deyə bilərəm. Festivalın ən yadda qalan hissəsi isə Dalay Lamanın çıxışını dinləmək idi :)21106323_1430194493736786_3784166169721431744_n

Bir gün yolunuz bu şimal şəhərinə düşsə sadalayacağım yerlərə mütləq baş çəkin və bu qidaları dadın ki, Trondheima getmişəm deyə biləsiz:

1. Köhnə şəhəri Nidelva çayı iki yerə bölür. Çayın üzərində isə şəhərin ən çox turist cəlb edən Gamle Bybro – old town bridge yerləşir. Körpünün üzərində dayanıb 400 il yaşı olan rəngli taxta evləri və onların çay suyuna düşən əksindən zövq almağı unutmayın.

2. Şəhərin ən diqqət çəkən tarixi abidəsi Nidaros Kilsəsidir. Bu abidəyə kənardan xeyli tamaş etmişdim. Dindar biri olmasazda içəriyə daxil olun və o atmosferi duymağa çalışın, sizi valeh edəcək. Möhtəşəm memarlıq nümunəsi səhv etmirəmsə ən şimalda yerləşən orta əsr kilsəsi hesab olunur.

3. Fiordlarla əhatələnən bir şəhəri təzə balıqsız təsəvvür etmək olar heç? Limana yaxın Ravnkloa adlanan yerdə balıq bazarına baş çəkin. İlk dəfə orda dadını hələ də unutmadığım qurudulmuş balıq yemişdim (tørrfisk)

4. Norveçə getmisizsə təbii ki, Brunost dedikləri brown cheese-i dadmalısınız. Bildiyimiz pendirdən yaxından uzaqdan heç bir əlaqəsi yoxdur, heç bir tanış qidanın dadına oxşamır, özünə məxsus bir dadı var. Səhərlər cemlə və norveçə xas olan qəribə başqa pendirlərlə yeyirdilər :)

5. Trondheim şəhərinin öz ənənəvi pivəsi var Dahls adlanır. Qədim şəhərdəki hər hansı bir barda, pubda tapa bilərsiniz. Mən adətən hər şəhərə gedəndə mütləq yeni bir pivənin dadına baxıram. Sizin də belə bir marağınız varsa əminlik tövsiyə edirəm. Sakit bir yerdə oturub nağıl kimi görünən qarlı şəhər mənzərəsinə baxaraq həzz alın həyatdan ;)21077388_1430194690403433_1119881511931588529_n

6. Əgər Trondheim və fiord mənzərəsini biraz hündürlükdən görmək istəsəz Kristiansten qalasına qalxmağı məsləhət görürəm. Həm qalanın tarixi ilə tanış olmaq, həm şəhəri seyr etmək üçün ən uygun yerdir. Qalanın içərisində Kommendanten restoranı var idi, qapıdan içəri addım atan kimi unikal bir atmosfer bürüyür insanı. Dadlı və bahalı yeməkləri var.

7. Əgər Bakıdakı teleqüllə restoranı cibinizə uygun deyilsə bir də Trondheimda cəhd edin. Əmin olun qiymətlər daha münasibdir. Qüllə Tyholttårnet adlanır içərisində isə Egon restoranı var. Restoran 360 dərəcədir və bir saat ərzində tam dönür. Hətta küləkli gündə silkələndiyi belə hiss olunur. Şəhərə açılan mənzərə isə sözlə təsvir edilə bilməyəcək dərəcədə gözəldir. Xüsusən günbatımı vaxtı günəşin fiordlarda itdiyini görməyə dəyər.

Və sonda əmin ola bilərsiz ki, valyutamızın bu “güclü” vaxtlarında qiymətlər sizi çooox təəccübləndirəcək, amma xərcləyəcəyiniz hər bir krona dəyəcək

Sevgilərlə

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Fagan Yusifli

DİGƏR BLOQLAR

Günəşi ilə ilham verən şəhər - Nice

Nitsadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Air France ???????? çox pis təcrübə oldu. Borispoldan (Kiyev) Parisə (Charles de Gaulle Airport-CDG) uçan təyyarənin heyəti rusca normal başa düşmür, Kamboca və Vyetnamlılar idi. Yəqin ki, MAU ( Flyuia) ilə uçanlar bərbad təyyarə necə olur yaxşı bilirlər, inanınAirfrance daha bərbaddır. Çox köhnə təyyarələrdir. Təyyarədə ümumiyyətlə monitor yoxdur. Oturacaqlar arasındakı məsafə o qədər qısadır ki, ayaqlarım ikisi də keyləşmişdi. Yeməkləri də biyabırçılıq. (Allaha ağır getməsin) Vallah bundan sonra Butaya lowcost deməyə utanıram. Sağolsunlar, 57 manatlıq biletlə Kiyevə uçursan , pulsuz yemək də yeyirsən, oturacaqlar arası məsafə isə yalan olmasın Business Class kimidir.Bir də əsas vacib məqam : Pilotlarımızdan həqiqətən də yoxdur.Aeroporta (Charles de Qaulle) girən kimi Afrikalılar və uzaq şərqlilər ( əsasən Vyetnam və Kamboca əsilli olanlar) passportları yoxlayır, gömrükdə də eyni vəziyyətdir. Bəlkə də mənim gədiyim reysə belə smen düşmüşdü amma bir nəfər belə avropalı işçi görmədim.Charles de Gaulle’a gedən olsa Gate F46 dan aşağı yol düşür, elə birinci sırada bir ərəb qaqaş isti çörəyin arasında türklərin pastırmasına oxşayan ət satır, ( aeroportun az qala yarısı əlində o yeməkdən yeyə -yeyə gəzirdi) ondan mütləq amma mütləq yemək lazımdır, bu daddan heç yerdə yoxdur. Qiyməti biraz bahadır, (12 avro) amma dəyər. Bir də aeroportun ən sevdiyim tərəfi bütün oturacaqlarda həm adaptor, həm də usb yerlərinin olmasıdır. WI-FI kodsuzdur və qoşulmaq çox rahatdır.Airfrance şirkətinin müsbət tərəfi mobil əlavəsidir (Application). Heç nə soruşmağa ehtiyac qalmır, addım-addım ismarıc göndərərək (notification) lazım olan tərəfə yönləndirir.Cote d'Azur (Fransanın cənubunda Cannes-Menton arasındakı ərazilər), yəni Nice, Cannes, Antibes, Monaco, Menton və s. Buralar demək olar ki, avropanın milyonerlər məhləsidi. Elə aeroportun adı da Cote d'Azur–dur. Aeropotun qapısından çölə çıxan kimi ən bahalı maşınların taxi kimi istifadə edildiyini görəndə təxminən necə bir yerə gədiyini başa düşürsən. Cote d’Azurre-dan Nice şəhərinin mərkəzinə 1.5 avroya avtobuslar işləyir. Məsafə isə cəmi bir 4,5 km-dir. Mərkəzdən 1-2 avroya İtaliya ilə qonşu olan Mentona qədər getmək olur. Buradakı şəhərlər və qəsəbələr o qədər gözəldir ki, deməyə söz tamaq olmur. Həm tər-təmiz aralıq dənizi, yam-yaşıl dağlıq, tarix, müasirlik və fransızların inanılmaz mədəni, gülərüz rəftarları. Bir anlıq elə bildim ki, Ruanda, Konqo, Əlcəzair və s. Yerlərdə milyonlarla insanları qətlə yetirən tamam başqa millətdir. Nice və ümumilikdə Cote d’Azurre ərazisinin müsbət tərəflərindən biri də fransızların sayları yetərincə çox olan ərəblərlər və afrikalılarla qaynayıb qarışması və irqçilikdən əsər-əlamət olmamasıdır. Burda doğulub böyüyən qaraların fransızlardan ancaq rəngləri fərqlənir. Onlar da fransızlar kimi mədəniyyətli olmağı öyrəniblər. Ancaq bir də son 20 ildən bu tərəfə miqrant kimi gələnlər var, özləri ilə pis olan nə varsa gətirirlər və uyğunlaşma sindromu yaşayırlar.Buralarda o qədər gəzib görməli yerlər var ki, yazmaqla bitməz. Yemək və qalmaq baha olsa da nəqliyyat qiymətləri normaldır. Ən çox işlənən sözlər, Bonjur, merci bokou. İngilis dilini bilən azdır. Kimdən nə soruşurdumsa fransız dilində cavab verirdi və bir-birimizi başa düşürdük. Yaşlı fransızları gördükcə bizim təqaüdçülərin halına acıyırdım. Adamların paltarlarından üz ifadələrindən xoşbəxt olduqlarını sezmək çox asan idi. Uşaqlar üçün də o qədər gözəl şərait var ki.....Nitsada çimərliklər daşlıdır, şəhərin mərkəzi Massena meydanıdır. Şəhəri bütünüylə görmək üçün Parc du Chateau təpəsinə çıxmaq lazımdır.Deməli axşam saat 21.00-da Vueling-lə Nice-Barcelona uçmalı idim. Yarım saat qalmış lövhələrdə cancelled yazısını görəndə hirsləndim. Birdə gördüm ki, hamı sakitcə Avia Partner masasına yaxınlaşır, sakitcə çıxıb gedir. Mən də nə deyəcəyimi fikirləşə-fikirləşə gəldim. Sağolsunlar paxıllıq etmədən iki günlük Radisson Blu hotel (All inclusive) çeki verdilər və dedilər ki, indi taksi gəlib sizi aparacaq. Bir də gördüm sürücü çantamı aparır Maseratti taksiyə... Booking.com-da qaldığım otağın qiymətinə baxdım bir gecə qalmaq 583 azn. Otelin French Rivieraya panoraması və yeməklərinə söz ola bilməz, həm də ən gözəl küçədə - Promenade des angles. Bileti (Nice-Barcelona) 22 dollara almışdım, 250 avro da refund (kompensasiya ) qazandım. Üstəgəl iki gün sonra avtobus bileti.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elshan Ismayilov

888 dəfə oxunub

Napolidən Salernoya uzanan Amalfi sahilləri

Napolidəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Əziz gəzəyənlər, bugünki səfərimiz dilinə öz sözlərimizi gətirməkdə çətinlik çəkən gözəl vətəndaşlarımızın şəkillərini görəndə “Uydaa, krasota, toje xoçu” dedikləri ecazkar Amalfi körfəzi və ətraf ərazilərdir. Bununla həm Sorrento yoxsa Salerno məsələsinə öz yanaşmamı bildirməyə, həm də “ora”ların yalnız Kapri, Positano və Amalfidən ibarət olmadığını dəqiqləşdirmiş olacağıq. Səyahət ardıcıllığı Napoli- Kapri- Sorrento- Positano- Fiordi di Furore- Pianollo- Amalfi- Atrani- Ravello- Vietri sul Mare- Salerno formasındadır. Napolinin Beverello Limanında 23-25 avro gəmiyə (katerə) ödəniş etməklə yollanırıq Kapriyə. Adaya çatan kimi adayla üzbəüz sol çiyniniz istiqamətində funikulyor sizi gözləyəcək. Funikulyordan 50 metr aralıda Tabacchi-də bilet ala və ya elə eyni qiymətə ətrafdakı “guide”lardan əldə edə bilirik. Funikulyordan düşdükdən sonra sosial şəbəkəyə şəkil qoymaq üçün gəzə-gəzə gəlirik Giardini di Augusto parkına (giriş 2-3 avro). Doyunca mənzərəni seyr etdikdən sonra piyada “pereval”ı ilə sərinləmək üçün düşürük Marina Piccola çimərliyinə. Çimərliyin dadını çıxarıb elə 100 addım yuxarıdan avtobusla AnaKapriyə yollanırıq, Anakapridən təkbaşına funikulyorlar ilə ( qış xizək funikulyorları kimi) Piscina della Canzoneyə qalxırıq və adanın bir də bu istiqamətdən panoramik dadını çıxarırıq. Funikulyor bir tərəfli 11 avro, ikitərəfli 14 avrodur, lakin qayıdanda bileti yoxlamırlar. Funikulyor ilə Anakaprinin mərkəzinə endikdən sonra miniavtobuslar ilə yollanırıq gecəni Sorrentoda gecələmək üçün Kaprinin mərkəzinə (limanına). Təəssüf ki, 1 günə fiziki olaraq yazdıqlarımdan artıq birşey etmək olmur (olar, nəyisə ixtisar etməklə). Buradan 16-18 avro verib katerlərlə yola düşürük Sorrentoya. Niyə Sorrento? 1. Sorrento məsafəcə daha yaxın və ucuzdur. 2. Gecələmək üçün qiymətlər uyğundur. 3. Səhər Positanoya ən tez və ucuz yola düşmək üçün ideal məntəqədir. Növbəti günü səhər tezdən yuxudan effektiv ayılmaq üçün Sorrentodan yollanırıq 45cə dəqiqəlik məsafədə çimərliyin dadını çıxarmaq məqsədilə Bagni Regina Giovannaya (şiddətlə tövsiyə edirəm). Sərinlədiyinizi hiss etdikdən sonra avtobusla mərkəzə, ordan da 2.20 avroya Positanoya yola düşürük. Positanoda ödənişli (35-40 avro) və ödənişsiz çimrəliklərdə də çimərliyin dadını çıxara bilərik, lakin daha yaxşı çimərlik günün sonunda bizi gözləyir. Positanonun ara küçələrini gəzdikdən düşdüyünüz dayanacağa qayıdıb yaxın mağazadan 2.20 avroya bilet alıb Amalfi, Sorrento istiqamətli ixtiyarı avtobusa minib düşürük Fiorde di Furore dayanacağında. Burada bizi körpünün altında möhtəşəm, hüzur dolu çimərlik gözləyir. Çimərlikdən isə gecələmək üçün çimərliyin yerləşdiyi ərazinin bir üst qəsəbəsi olan Pianilloya yola düşürük. Necə? Düşdüyümüz dayanacaqdan 2-3 dayanacaq gedib, düşürük, və qəsəbəyə qalxan digər avtobusla qəsəbəyə gedirik. Qəsəbədə şiddətli tövsiyə edə biləcəyim otel Antico Mulino (büdcəli və səhər yeməyi daxil), restoran isə “Langolo Dei Sapori”. Gecəni qəsəbədə keçirib səhər tezdən mərkəzdən eyni qiymətə avtobusla yollanırıq Amalfiyə. Amalfidən doyunca gəzdikdən sonra gəzə-gəzə Atraniya keçirik, Atranidən isə avtobusla Ravelloya, biraz daha içərilərə və panoramik baxış bucağı nöqtəsinə yollanırıq. Ravellonu əminəm ki, çox bəyənəcəksiz. Qəsəbələr haqqında və görməli yerlər haqqında yazsam yazı daha-daha geniş olacaq. Google-dən rahatlıqla tapmaq mümkündür. Ravelloda gəzişdikdən sonra (mənə Amalfidən daha xoş gəldi) düşdüyümüz dayanacaqdan Salernoya gedən avtobuslara minirik və ya ayaqla aşağı enən pilləkənlərlə 20-25 dəqiqəlik çətin enişdən sonra başqa dayanacağa çıxıb Salerno avtobusu ilə Salernodan öncəki Vietri sul Mare dayanacağında enə bilərsiz. Bu məntəqə digərləri ilə müqayisədə qatar yolu olan yeganə məntəqədir. Seramik aksessuarlar və suvenirlər almaq istəyirsizsə özünüzü bura saxlaya bilərsiniz. Vietri sul Mareden isə 1.30 avroya qatarla Salernoya yollanırıq. Salernonun mərkəzi küçəsini gəzib İtaliyada barmaq sayı tövsiyə etdiyim yerlərdən biri “Pizzeria da Michele”-də axşam yeməyi yeyərək Salernoda gecələyir və ya gecə avtobusları ilə (Flixbus, İtabus) Romaya yollanırıq. Əgər iki nəfərsizsə və sözün əsl mənasında yaxşı skuter sürə bilirsizsə Sorrentodan 50-60 avroya skuter götürməyiniz gəzintinizi həm sürətli həm də daha effektiv edəcək. Yollar kifayət qədər dar olduğundan istirahətin ciddi bir hissəsini nəqliyyatlarda keçirməli olacaqsız. Qeyd: Sorrentodan- Amalfiyə, Amalfidən- Positanoya, Positanodan- Salernoya katerlərlə də getmək mümkündür. Sadəcə olaraq avtobusla 2.20 avro olduğu halda katerlə ortalama 15-20 avro arası qiymətlər dəyişir. Bura qədər oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm paylaşım gəzəyən yoldaşlarımız üçün faydalı ola bildi. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Hasanli

597 dəfə oxunub

Şəhər bələdçisi - Mərakeş Krallığı

Kasablankadakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İlk dəfədir bir şeylər yazmağa çalışacam. Sıxıcı və səhvlərlə dolu cümlələr üçün öncədən xəbərdarlıq etmiş olum ki, bilin sizi qarşıdakı cümlələrdə nələr gözləyir Şimali Afrika qitəsində Atlantik okean sahili boyu uzanan Mərakeşə çatan kimi elə airport-da reqistrasiyadakı qaqaş pasportuma baxdı və heyatında ilk dəfədir belə bir ölkə eşidən adam kimi "Aserbayjan Aserbayjan" deyib getdi otağa. Uzun sözü qısası məni 1 saat sual cavab edəndən sonra son dərəcə səmimi bir gülüşlə "welcome" deyib passportumu geri verdilər. Ölkəmizi çox da tanımırlar yəni :)Səfərim başladı Kasablankadan. Onu deyim ki, əgər Kasablankada həqiqətən önəmli bir işiniz yoxdursa orda günün sonuna qədər hər yeri görüb başqa şəhərə keçməyiniz məsləhətdir. Çox da maraqlı şəhər deyil.Ordan qatarla El Jadida şəhərinə keçdim. Çimərlikləri ilə məşhur olan El Jadida balaca və özünə görə maraqlı bir yerdir. Şəkillərdə yerdə uzanan uşaqlar buz kimi okeandan çıxan kimi isti asfalta uzanıb qızınırlar, anaları isə onlara nəzarət etməklə məşğuldurlar. Bu uşaqların 10-15 metr hündürlükdən suya tullandıqlarını tez-tez görmək olar. Şəhər bir növü Mumya kinosundakı səhnələri xatırladır. Çox ucuzdur. Şəkillərdəki balıq izqara içki və salatla birlikdə 8 manata başa gəlir. Olduqca dadlıdır.Daha sonra Mərakeş şəhərinə gəldik. Onu deyim ki, heç bir halda şəhərlər arası ucuz yerli avtobuslardan istifadə etməyin əks halda mənim kimi avtobus fobianız yaranacaq. Həmin gün bədənimdə olan bütün su ehtiyatı o avtobusda tər olaraq tükəndi. Mən yandım siz yanmayın. Ama Köhnə avtobusların yanı sıra Supratour və CTM şirkətləri biraz əlavə ödənişlə sizi kondisionerli və lyuks avtobuslarla istədiyiniz şəhərə çatdıra biler. Mərakeş ölkənin ən maraqlı və ən çox turist qəbul edən şəhərlərindəndir. Hava 50+ olduğu üçün orda həyat gecə başlayır səhərə qədər davam edir. Olduqca aktiv şəhərdir. Old Madina-nın dar küçələrində motosikletlərlə gəzən nənə-baba görsə təəccüblənməyin. Hər saniyə yanınızdan bir motosiklet/mopet keçəcək. Amanın bir günüdü bu şəhərdə yerli camaat sizdən nəsə soruşsa cavab verəsiz. Əgər belə bir səhv etsəniz dalınızca düşüb sizə ev vermək və ya sizə haranısa göstərib əvəzində pul almaq istəyən biriləri ilə həyatınızın ən az yarim saatını bölüşməli olacaqsınız.Ən gözəl pambıq, dəri və taxta istehsalı bu şəhərdədir. Hədiyyə almaq üçün ideal şəhərdir. Portağal suyu çox ucuzdur. Su əvəzinə təmiz sıxılmış və 1 manata başa gələn meyvə suyu üçün, vitaminlənin ???? Çox yazaram ama keçək o biri şəhərə. A unudurdum az qala, burda biraz pulun varsa bir dənə benzin kalonka alıb atırsan yemiş qarpızın yanına və köşeyi dönürsən????Növbəti məkan Agadir şəhəri. Agadir biraz daha lyuks həyat sevənler üçündü. Hətta mən də özümü oranın lyuksuna uyğunlaşdırıb (biraz buraxıb) villa tutdum????‍♂️ 5 ulduzlu all inclusive otellər, gecə klubları, qumarxanalarla məşhur Agadir bir növü Türkiyənin Antalya şəhərinə bənzəyir. Alkoqollu içkilər axşam saat 8-ə qədər Carrefour maqazinlərindən tapa bilərsiz. Bu fransız maqazinidi, nəzərə alsaq ki Mərakeş Fransa müstəmləkəçisidir burda fransız məktəbləri, maşınları, maqazinləri tez-tez görəcəksiniz. Rahatlıq və lyuks sevənlər bu şəhərdə qalsılar, biz digər şəhərlə davam edək.Sidi Ifni və Tiznit şəhərləri arasında yerləşən Legzira çimərlikləri arklarla məşhurdur. Arklar zamanla dalğaların qayaların ortasını yuması nəticəsində yaranır (şəkillərdə var). Burda dağlardakı mağaralarda özlərinə ev düzəldən balıqçıları görmək olar. Onlardan biri ilə tanış olduq. Çox qonaqpərvər insanlar idilər və hətta bizi bir gecə mağarada qalmağa dəvət etdilər. Gecə birlikdə okeana balıq tutmağa getdik. Midye və hər cür su nemətləriylə dolu okeanda seafood-a doymaq olar. Balıqçı bizə gözəl balıq bişirdi. Atlantik okean sahilində mağara içərisində yatmağın ləzzətini özünüz təsəvvür edin məncə.Paradise Valley - Cənnət Bağı adlanan yerə mütləq gedin. Dağların arasında palmalarla örtülü və dağ suyundan əmələ gələn göllərdə mütləq çimin. Gözəl xatirəsi var. Şəkillərdə var bu məkan.Daha sonra Taghazout- getdim. Şəhər balaca və olduqca şirin bir şəhərdir. Bu şəhər surf ???? ilə məşhurdur. Dünyanın hər yerindən bura surf öyrənməyə gələn gənc grupları görmək olar. Burda hosteller-də daha maraqlı aura olur. Canlı musiqisi olan balaca restoranlarda şam yeməyini yeyə və ya bir şeylər içə bilərsiniz. Musiqiləri çox gözəldir.Mərakeşlilər şəkər və çörəyi çox sevirlər. Dövlət tərəfindən onlara pulsuz un və şəkər verildiyi üçün adamlar işin ustası olublar və çox dadlı və fərqli çörəkləri var. Burda çay sifariş edən isti su, qənd və nanəni gətirirlər ki , özün dəmlə iç!????Kim Mərakeşə getmək istəyirsə və ya sualı varsa buyursun, hər zaman yardım etməyə hazıram. Ümumiyyətlə ora gedəndə çalışın aktiv bir tətil seçin bir şəhərlə anlamaq olmur ölkəni.Oxuduğunuz üçün təşəkkür edirəm ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Mushfig Ismayilov 

2301 dəfə oxunub

Mənfi və müsbətləri ilə Barselona

Barselonadakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiz.Əgər gəncsinizsə və ya yaşınız çox olsa da ruhunuz cavandırsa, səyahət boyunca bol-bol əyləncə, dəniz, qum, günəş, tarix, müasirlik, möhtəşəm memarlıq görmək istəyirsinizsə yaxın durun Barselona tam sizlik şəhərdir. Qrupda daha əvvəllər Barselonanın müsbət cəhətləri haqqında bir çox postlar paylaşılıb. Təəssüf ki, Barselonanın bir çox mənfi cəhətləri də olduğundan bügun hər ikisinə toxunacam.Yazıya başlamazdan öncə dünya memarlığı tarixinin ən xüsusi adlarından biri olan Antoni Gaudi haqqında yazmaq istəyərdim. Gaudi olmasa bu gün Barselona yəqin ki, sıradan Avropa şəhərlərindən biri olardı. Onun yaratdığı möhtəşəm Sagrada Familia, Casa Vicens, Casa Batllo, Park Guell, Casa Milanı görmək üçün bu gün Barselonaya milyonlarca turist gəlir. Bu binaları çıxsaq Barselonada gəzib görməli çox az tarixi yer qalır. Maraqlıdır ki, 1908-ci ildən öldüyü 1926-cı ilə kimi həyatını Sagrada Familiaya ayıran bu insan 1926-da tramvayın altında qalıb yaralananda ona çox gec kömək göstərilmiş və 3 gün sonra xəstəxanada ölmüşdür.  1) Ucuz necə getməli - Kutaisidən Wizzair vasitəsilə Barselonaya ucuz bilet ala bilərsiz. Mən Barselonadan-Kutaisiyə bileti baqajla birlikdə 90 avroya almışdım. Baqajsız səhv etmirəmsə 50-60 avro idi. Yay sezonunda bilet qiymətləri bahalaşdığından bu sezon üçün 1-2 ay əvvəldən almağı məsləhət görürəm. Aeroport çox böyükdür, 2 terminalı var, low-cost təyyarələr terminal 2-yə uçurlar. Aeroportdan şəhərə metro-avtobus-qatar və taksi ilə gedə bilərsiz. Taksi bahadır, Ən rahatı “Aerobus” adlanan avtobuslarla şəhərə getməkdir. Qiyməti birtərəfli 5.90 avrodur. Espanyol və ya Katalunya meydanlarında düşüb otelinizə metro ilə və ya piyada gedə bilərsiniz.2) İctimai nəqliyyat qiymətləri - Avtobus və metrolarda 1 gedişin haqqı 2.20 avrodur. Amma ən rahatı 10 avroya satılan T10 adlanan 10 gedişlik kartları alıb istifadə etməkdir. Beləcə 1 gediş cəmi 1 avroya başa gələcək. Əgər 2-3 nəfərsizsə hərənizə ayrıca 1 dənə T10 kartı almağa ehtiyac yoxdur. 1 kartdan hamı istifadə edə bilir. Əlavə olaraq deyim ki, T10 kartları aeroportdan gedən sarı xəttli metro və aeroport avtobuslarında keçərli deyil. Metro və avtobus sistemi çox rahatdır və öyrənmək çox rahatdır. 3) Müsbət cəhətlər- Şəhər çox əyləncəlidir. İnsanlar deyir-gülür, əylənir, burada bulvar hissəsində gəzdiyiniz zaman anidən qarşınıza sarı qumlu sahillər çıxır. Sahillərdə çimib günəşlənib insalarla qaynayıb qarışıb voleybol, futbol və digər maraqlı oyunlara qatıla bilərsiniz. Axşamlar publar dolub daşır. Şəhərdə gəzərkən məsələn selfi çəkmək istədikdə arxadan gələnlər kadra girir, əl sallayır, tullanır, əcaib formalara düşə bilirlər. Zara, H&M və bu tipli markaların hər yerdə böyük mağazaları var, qiymətlər ölkəmizdəki ilə müqaisədə daha ucuzdur. Bir sözlə əsl gənclik şəhəridir. Barselonadan 1 saatlıq məsafədə olan İbizaya, Mallorcaya Ryanairlə 10-20 avro ödəyib gedə, həmin adalarda əyləncənin pik həddinə çata bilərsiniz. Qatarla şəhərin 1 saatlıq məsafəsində yerləşən PoRT Aventura parkına gedib adrenilin manyakı ola bilərsiniz. 4) Mənfi cəhətlər-Barselonada qarşılaşdığım ən böyük mənfi hal oğurluq, soyğunçuluğun çox yüksək həddə olmasıdır. Hələ otelimizə ilk girişdə dəyərli əşyaları seyfdə saxlamağı, şəhərə çıxarkən üstümüzdə mümkün qədər az dəyərli əşya götürməyimizi məsləhət gördülər. İlk dəfə Katalunya meydanında metrodan düşdükdə insanların çiyin sumkalarını qabaqdan asdığını, qadınların çantalarını ikiəlli tutub gəzdiklərini gördük. Las Ramblas küçəsində yemək yeyərkən yanımızda olan çinli ailə telefonu stolun üzərində qoymuşdu. 1 saniyənin içində telefonu necə götürüb qaçdılarsa Çinlilər heç ayağa durmağa imkan tapa bilmədilər. Ona görə şəhərə çıxarkən üzərinizdə ən yaxşısı telefon və xərcləyə biləcəyiniz qədər pul götürməkdir. Qaranlıq düşdükdən sonra mərkəzi Las Ramblas küçəsində turist olduğu hiss olunan hər kəsə qaralar yaxınlaşıb narkotik almağı təklif edirlər.-Növbəti mənfi cəhət otellərin çox baha olmasıdır. Demək olarki ən səviyyəsi ulduzlu otellərin günlüyü 100 avroya yaxındır. Hostellərin qiymətinə başqa ölkələrdə 3-4 ulduzlu otellərdə qalmaq olur. Yemək-içmək qiymətləri də cib yandırandır).-Növbəti mənfi cəhət muzeylərə girişin çox baha olmasıdır. Əgər ora getmisinizsə Sagrada Familiaya mütləq girin. Amma digər muzeylərə girməsəniz də birşey itirmərsiniz.-Nələri görməli və nə etməli-1) Sagrada Familia - Dünyada bir hissəsinin tikintisi davam edə-edə başqa bir hissəsi remont olunan ikinci bir belə abidə varmı bilmirəm. 1882-ci ildən bəri tikilməyə başlayan, 137 ildir tikintisi davam edən, ağırlığı 200 min tondan ağır olan, bu möhtəşəm yer ölmədən öncə mütləq görülməli yerlərdəndir. 2026-cı ildə, Gaudinin ölümünün 100-cü illiyinə qədər tikintisinin bitməsi planlaşdırılır. Buraya baxanda insanın ağzının açıq qalmamağı mümkün deyil. Giriş qiyməti içərdəki muzeylərlə birlikdə 22-32 avro aralığında dəyişir.2) Casa Milla və Casa Batllo- Hər iki bina Katalunya meydanından 10 dəqiqəlik məsafədə bir-birinin yaxınlığında yerləşir. Dalğalı sonsuzluq (∞) formasında tikilməsi ilə məhşurdur. Büdcənizə qənaət edirsinizsə hər iki binanı çöl tərəfdən görmək yetərlidir. İçəri tərəfdən elə də mütləq görüləsi bir şey yoxdur. Yenə də görmək itəyənlər üçün Casa Milla giriş qiyməti-22 avro, Casa Batllo-25 avro3) Camp Nou turu- Xüsusən Barselona azakeşləri üçün mütləq gediləsi yerlərdəndir. Bir Real tərəfdarı olaraq içəri girməsəm də muzey və stadion turunun qiyməti səhv etmirəmsə 35 avro idi.4)La Rambla küçəsi- Barselonanın mərkəzi küçəsi, Katalunya meydanından başlayıb dəniz sahilinə qədər davam edir. Küçənin hər iki tərəfindən alışveriş edib, restoranlarda günün yorğunluğunu keçirib keçən insanları izləyə bilərsiniz.5)Mercat de la boqueria- La Rambla küçəsində yuxardan aşağı enərkən sağ tərəfdə böyük bir insanlar topluluğu görsəniz bilin ki, bu məhşur bazarın girəcəyidir. Hər cür ekzotik meyvələrin, fast food tipli yeməklərin, şirniyatların satıldığı yerdir. Əsasən ekzotik meyvələri kiçik parçalar halında 1-2 avroya satırlar. Heç Asiya turunda burda yediyim qədər ekzotik meyvə yeməmişdim. Başqa yerdə od qiymətinə olan kəsilmiş Longan, manqo, manqustin, pitaxaya, papaya, karamboladan az-az yeyib heç 10 avro xərcimiz çıxmamışdı.)) 6) Barceloneta sahilləri - La Rambla küçəsindən aşağı enib sahil boyu gəzdikdə Barseloneta sahilləri qarşınıza çıxır. Dəniz, qum, günəşin keyfini çıxarıb, futbol voleybol oynayanlara və digər əyləncələrə qoşula bilərsiz. Sahil kənarında hər cür şərait, duş, soyunub-geyinmə otaqları, saxlanc yerləri var. 7)Park Guell - Düzü bura gözlədiyim kimi woow bir yer olmadı. Giriş qiyməti təxminən 8-10 avro idi deyə getmək olar.8)Espanyol meydanı - Buraya getməklə Las Arenas Avm, Kral sarayı və sehrli hovuzu görə bilərsiniz. Poble Espanyol adlanan ispan kəndinə də mütləq səfər edin.9)Montjuic və Tibidabo təpələri - Hər ikisinə səfər etməklə Barselonanı yuxardan izləyə bilər və gözəl təbiətdən zövq ala, Tibidabo təbəsində olan Müqəddən ürək kilsəsinə girə bilərsiniz.10) Port aventura atraksion parkı - Sants qatar stansiyasından Port Aventuraya təxminən 1 saata gedə bilərsiniz. 1 günlük giriş haqqı 55 avrodur.Bunlardan başqa Barselonada bir çox gəzməli görməli yerlər var. Sənət sevərlər Picasso muzeyinə gedə bilərlər. Şəhərdə bir neçə dənə 18+ muzeylər də var. Barselonaya gedib Tapas yemədən, içki içirsinizsə Cava və Vermut içkilərindən dadmadan gəlməyin. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gəzgin Həyat

1190 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!