Litvanın cənnət məkanı - Trakai

Trakaidəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz Gəzəyənlər, Sizə Litvanın cənnət məkanı Trakai haqqında danışmaq istəyirəm. Vilnüsa gedib də bəyənmədim, darıxdım deyirsinizsə özünüzü mütləq təbiət qoynunda yerləşən Trakaiyə atın. Vilnüsdən 25 dəqiqəlik məsafədə yerləşən Trakaiyə həm avtobusla, həm də qatarla gedə bilərsiniz. Biletin qiyməti də çox ucuz 2 avro civarındadır. 5 göllə əhatə olunmuş, yaşıllıqlar içində ada olan Trakai həm də Latviyanın ən qədim Knyazlıqlarından biri olub. Öz məxsusi kiçik şirin, rəngbərəng taxta evləri, güllü-çiçəkli bağları ilə Trakai insanın gözünü oxşayır. Trakaiyə məni çəkən digər bir məqam 14-cü əsrdə Krımdan buraya köçürülmüş və hazırda sayı cəmi 300 olan Karaim türklərinin bu ərazidə məskunlaşması idi. Karaimlər yəhudi dininə sitayiş edən türklərdəndir.Trakai elə çox böyük deyil və siz oranı 1 günə gəzib bitirə bilərsiniz. Gedilməli olan mütləq yerlərdən biri, tarixi 14-16-cı əsrlərə dayanan Trakai Qalasıdır. Qalaya giriş 8 avrodur, tələbə kartı ilə isə 4 avro. Qalada zəngin muzey ilə yanaşı orta əsrlər işgəncə alətlərini görə və eyni zamanda 2 avronuzdan keçib ox və arvalaet ata bilərsiniz. Qalada hətta pasportunuza Trakai Krallığının möhürünü də vura bilərsiniz.Yeməyə gəlincə, Trakaidə göl boyu yerləşən restoranlarda gözəl mənzərəni izləyərək nahar edə bilərsiniz. Qiymətlər çox da baha deyil. Mütləq Karaim türklərinin milli yeməyi olan Kibinai-nin dadına baxın. Toyuqlu və göbələklisi çox dadlı idi. Pivə həvəskarları isə qara pivənin dadına mütləq baxsınlar. Özüm içən omasam da dostlarım dedi yaman dadlıdır ????. Gələk əsas məsələyə, Trakaiyə getmisinizsə mütləq aktivitələrə qoşulun. Bura da siz sadə qayıqla, katamaranla gəzməkdən tutmuş, surfing, kayaking, diving edə və hava şarında uça bilərsiniz. Qayıqda və katamaranda 1 saatlıq gəzinti adambaşı 5 avro, diving isə 50 avro civarında idi.Mən isə şiddətli dərəcədə kayak sürməyinizi tövsiyə edərdim. Biz vaxt olaraq 3 saatlıq günbatımı turu seçmişdik və həm kayak sürdük, həm də günbatımı zamanı yaranan möhtəşəm mənzərəni gördük. Turun qiyməti adambaşı 25 avro idi. İlk təcrübəm və dərinlik qorxusu olduğu üçün başlanğıcda bir az qorxsam da, sonradan sürməyi öyrəndikdən sonra həm kayakingdən, həm də mənzərədən çox böyük zövq aldım. Bələdçimiz bizə yolu göstərir, sürməyi öyrədir, qısa fasilələrlə ətraflı məlumat verirdi. Kayak sürməyə getsəniz özünüzlə mütləq əlavə paltar götürməyi unutmayın, birdən sizin də kayak sürən dostunuz ikitəkər sürmək və avtoşluq etmək istədi????.Adrenalin sevənlərə isə məsləhət qamışlıqların arası ilə sürməkdir ????Əlqərəz arada bələdçi fasilə edib sizə yerli şirniyyat, çay və qəhvə də təklif edəcək. İstəsəniz həmin vaxt göldə çimə də bilərsiniz, axşama doğru su o qədər isti idi ki. Bəxtiniz gətirsə axşam qaladan atılan atəşfəşanlığı da izləyə bilərsiniz. Bizim seçdiyimiz kayaking turu bu linkdedi- www.northnortheast.lt . Əvvəlcədən bron etməyi unutmayın. Hə bir də, günbatımı turu götürsəniz Vilnüsa gedən son avtobusa və qatara çatmayacaqsınız. Narahat olmayın əlavə 5 avro ödənişlə şirkət sizi Vilnüsa çatdıracaq. Xoş istirahətlər!!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Hokuma Abbasova

1123 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Yeni bir Qara dəniz marşrutu

Trabzondakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yeni bir Qara dəniz marşrutuyla gəldim, gənclər...Bəri başdan bir məsələdə anlaşaq amma:) Ayderi sevmirəm deyəndə Azərbaycan xalqının xeyli hissəsi qəzəblənir, amma hələ də o fikirdəyəm ki, Ayder Qara dənizin ən pisyerlərindən biridi. Çünki o yaylanın ən az 6-7 il əvvəlini bilirəm, o illərdən bəri belə çox pozulub, çox betonlaşıb, şəhərləşib. Ona görə yayla deyə Ayderə gedənləri anlaya bilmirəm. Məndən əvvəlini bilənlər isə ümumiyyətlə iyrənirlər:)İkincisi, mən getdiyim yerlərdə yeməyin gözəl, orqanik olanını sevirəm, Ayderdə bunu tapmaq çox çətindi. Belə axtarışı olmayan kütləvi turlara hesablamış az keyfiyyətli xidmət sevmirəm.Üçüncüsü, ərəblərin çox gəlməsi səbəbilə çox mənasız pansiyonlara çox yüksək qiymətlər qoyublar ve bunu sevmirəm.Nəhayət, dördüncüsü, Pokut, Sal, Hazindağ, Huser, Gito, Elevit, Amlakit varkən niyə Ayderi sevim? ???? Ayder ancaq qışda qar altında çəkilə bilər;)Amma bütün bunlara baxmayaraq, yenə də Ayder sevənləri də nəzərə alım dedim bu postda:)- Çoxunuz bilirsiz, bilməyənlər və maşını olmayanlar üçün Batumdan Sarpa gəlirsiz, Sarpdan Rize-Ardeşen istiqamətindəki avtobuslara minirsiz, Ardeşen körpünün altında düşürsüz (15 lirə), düz düşdüyünüz yerin qarşısından Çamlıhemşin dolmuşuna minirsiz. O dolmuş sizi Aydere qədər aparacaq (16 lirə). Maşınla gələnlər də yenə eyni şəkildə Ardeşenden Fırtına yoluna girib Çamlıhemşine, oradan da sola Aydere gedə bilər.- Ayderde 100 lirəyə də, 1000 lirəyə də pansiyon-otel var. Amma 1000 lirəyə dəyərmi deyə soruşsanız, dəyməz - qlamur bloqqerlərin sponsorlu fotolarına çox inanmayın. Trivago, odamax, booking kimi saytlardan baxın, amma mümkünsə qiymətləri bəyəndiyiniz yerin özüyle danışın.Yayla evləri də var, sayınız çoxdusa, axtarıb bir yayla evi də kirayələyə bilərsiniz.Çadır qurmaq istəyənlər üçün Ayderin bir az yuxarısında kamp yeri var, amma ora da artıq ticarətxanaya çevrilib və çox qələbəlik olur, ən yaxşısı Ayderdən 5 km yuxarı Qaller düzünə gedin. Həm havası daha gözəl, həm sakit, həm də çadır qurdunuz deyə pul istəməzlər.- Ayderdə yemək-içmək işini sevmirəm, ona görə kimsəyə sevmədiyim şeyləri məsləhət görmək istəmirəm. Amma eyləncə sevərlər üçün deyim ki, gecənin ortalarına qədər açıq olan kafelər, türkü barlar tapa bilərsiniz. Çünki yayla deyil, şəhər kimidi mübarək:))- Ayder kaplıcalarının indiki vəziyyəti necədi, bilmirəm, açığı artıq çox gigiyenik olduğunu düşünmürəm, amma siz düşünürsüzsə, kaplıcaya gedə bilərsiz. Girişi pulludu, amma çox böyük rəqəm deyil.- Ayderdən gəzməyə gedə biləcəyiniz bir neçə istiqamət var. (Ayderə qədər yolun asfalt olmasından həvəslənməyin, Ayderdən sonra sizi ancaq 4x4 qurtaracaq). Birincisini dedim - Qaller düzü. Ayderə 5 km məsafədə yerləşir, meşənin içində gözəl bir düzlükdü.İkincisi, Kavrun yaylası. Ayder yolunu düz davam edincə qarşınıza bir yol ayrımı çıxacaq. Yolun biri Huser-Avusora, digəri Yuxarı Kavrun və Kaçkar göllərə gedir. Sağdakı yoldan davam etsəniz Aşağı ve Yuxarı Kavruna çıxırsız. Kavruna Ayderdən dolmuş da gedir - saatını orada öyrene bilərsiz.Yuxarı Kavrunda qalacaq pansiyonlar, kafe var. Çadır da qura bilərsiniz. Pokut, Sal kimi yaylalardan fərqli olaraq Kavrunda ağac yoxdu, meşə axtarmayın:)Kavrundan 2-3 saata göllər bölgəsinə, 5 saata Kaçkar zirvəyə gedilir, amma təkbaşına ve yürüş təcrübəsi olmadan getməyin.Kavrundan geri qayıdıb yol ayrımından Ayderə deyil, sağa dönsəniz, o yol sizi Huser ve Avusora aparacaq. Təxminən 2-3 km sonra Avusor lövhəsini görəcəksiz, ona eks istiqametde davam eləsəniz, Huserə gedəcəksiniz. Huser, hava uyğundusa, Qara dənizin ən gözəl gün batımı mənzərəsinin olduğu yaylalardandı. Ancaq Qara dənizdə gördüyüm yaylalar içində - xüsusilə yağışlı havada - ən pis yolu olanlardandı. Hələlik pansiyon yoxdu, ona görə ya çadırla, ya da dönüşünüzü hesablayaraq gedin.Huserdən üst yoldan davam eləsəniz, Avusora keçə bilərsiniz.Huserə gündəlik turlarla da gedə bilərsiz – Ayderdən turlar var. 50-70 lirəyə bu turlara qatıla bilərsiz, amma Huser turunu soruşun.- Sualları nəzərə alıb yaylalar üçün bir neçə qeydi də eləyim.1) “Nə qədər büdcə” deyə soruşmaq hər zaman yanıldıcıdı, çünki çadırda qalanın ayrı, pansiyonda qalanın ayrı, oteldə qalanın ayrı, çadırda yeyənin ayrı, restoranda yeyənin ayrı büdcəsi var. Üstəlik, neçə gün qalmağınız, necə gəzməyiniz (maşınla, piyada ve s) tamamilə sizə qalmış məsələdi. Ortalama, amma rahat bir tətil üçün bir adamın bir gününü 300-350 lirə olaraq düşünün (maşın daxil).2) Qara dənizə gəlib “bulud dənizi görmədik”, “yağışlıydı” deyə bəyənməməzlik edənler nəzərə alsın ki, Türkiyənin en çox yağış alan yerlərindən birinə gəlirlər. Yüksəkliyi 2000 metrdən çox olan yerlərdə sizin deyil, təbiətin istədiyi olur. Yaylalarda sabah saat 5-6 kimi oyanmaq gözəllikləri görmə şansınızı xeyli artıra bilər. “Yatan cənnəti yuxusunda görür”:)3) Geyim olaraq ilk üç şərt – biləyə qədər bağlanan su keçirməz ayaqqabı, sırt çantası və yağmurluq. Bir- iki polar jaket, ən az bir neçə qısaqol mayka, şort, gün sayına 2 corab, su qabı, günəş kremi də olmazsa olmazlardı. Hava günəş açınca çox isti, duman gəlincə çox soyuq ola bilir.Yenə nə çox yazdım:)))Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1503 dəfə oxunub

Fərqli dünya - Vietnam

Hanoydakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Artıq Vietnamdaki bir aylıq yaşamımı tamamladım. Əgər Asia Pacific təcrübəniz yoxdursa və səyahət etdiyiniz ölkələr Avropa və Amerikadırsa, bura gələrkən bütün bildiklərinizi unudun. Bu ölkəni səyahət kitabçanıza yeni səhifədən yazmalı olacaqsız.1. Yeni nəslin Azərbaycanı tanımamaqlarına baxmayaraq, yaşlı nəsil Azərbaycanı tanıyır və sevir. Bir çox Vyetnamlı sovet vaxtında Azərbaycanda yaşayıblar, və indiyə kimi Xutor, İngilab, Sovetski, Nabran kimi yerləri xatırlayırlar. Hətta təndir çörəyi üçün darıxanı da var.2. Ailə münasibətləri soyuqdur. Valideynlər uşaqları ilə dost yox, mentor rolunu oynayırlar. Ər-arvad münasibətləri belə distansiyada saxlanılır. Ailə üzvlərinin bir birini qucaqlaması, öpməsi və ya "səni sevirəm" deməsi demək olar ki yoxdur.3. Mədəniyyət anlayışı bildiyimiz davranış qaydalarından tam fərqlidir. Vyetnamlıların aşırı mehriban olmaqlarına baxmayaraq, sıranı pozmaq, itələmə və ya ayaq taptalama halları burda kobudluq sayılmır. Bir sözlə, britaniyalıların burda işi çətindir.4. Nəfəs almaq çətindir. Əsas nəqliyyat növünün motosiklet olduğundan havada qaz emissiyaları boğanaqlıq yaradır. Gələsi olsaz, üz maskası almağı unutmayın.5. Hanoy və Hoşimin şəhərlərində turistləri aldatma halları normadan artıqdır. 5.000 VND-lik suyu belə sizə 30.000 VND-yə sata bilərlər. Bu səbəbdən, Vyetnama gəlməmişdən qabaq bazar qiymətlərini bilmək, və ya ancaq supermarketlərə getmək lazımdır (bir neçə hal yaşamışdım ki supermarket pulum çatmamağına baxmayaraq mallarını satmışdılar - belə şey harda görülüb!). Turist axını olmayan şəhərlərdə isə aldatma halları yoxa bərabərdir.6. Vyetnam ailəsinin evinə daxil olarkən hörmət və nəzakətə boyük önəm vermək lazımdır. Onların həm yaşayışını, həm dinini, həm də adətlərini qəbul etməlisiz. Məsələn, evə daxil olanda ölmüş insanın şəkilini görsəz, mütləq üç dəfə ???????? belə salam verməlisiz və ölmüş insanın ruhuna "mən sənin ailənə və evinə heç bir ziyan vurmayacam" sözünü verməlisiz. Bunu həmən insanın ölməyindən 100 gün sonra davam etməlisiz.7. Vyetnamlılar günlərini smartfonlarının qabağında keçirmirlər. Axşam olan kimi gənclər çıxıb bizim 90-cı illərdə oynadığımız daş, прыгалки, ip dartma və s. oyunlarını oynayırlar. İstəyən insan oyuna qoşula bilər ("kruq" söhbəti yoxdur).8. Vyetnam ksenofil ölkədir. Xariciləri çox sevirlər, və hətta gənclərin bir hobbi növü kimi xaricilərlə şəkil çəkib kolleksiya yığmaq kimi maraqları da var. Əgər Vietnama gəlsəz, addım başı bir Vietnamlının sizə yaxınlaşıb və söhbət eləməsini normal qarşılayın.9. Vyetnam sosialist ölkədir. Dünyada qəbul olunan bir çox bərabərliklər burda keçmir. İrqi, dini, cinsi və sexsual bərabərliklərlə problemlər yaşanılır. Bu o dərəcədədir ki xaricilərin arasında belə fərq qoyulur: əgər ağ dəri və sarı saçlısansa, sən daha "keyfiyyətli" xaricisən.10. Vyetnamlılar qapalı insanlardırlar. Emosiya bildirmək, fərqlilik yaratmaq kimi şeylər cəmiyyət tərəfindən basdırılır. Xaricilərin Vyetnama axını olsa belə, Vyetnamlılar ölkə daxilindən çıxmağı və ya yeni dil öyrənməyi sevmirlər. Turist kimi gəlsəz belə elementar vyetnamca bilməyiniz məsləhətlidir.11. Tipik vyetnamlının günü səhər 5-də başlayır və axşam 9-da qurtarır. İspanların siesta dedikləri günorta yuxusu burda vacib sayılır. Hətta iş yerlərində belə "yuxu saatı" var.12. Vyetnamlılar xaricilərlə evlənməyə üstünlük verirlər, əsasən də xanımlar. Burda insanlar əsasən balacaboydurlar, və xarici evliliklərin nəticəsilə gələcək nəslin daha hündür və gözəl ola biləcəklərinə inanırlar. Evdə qalmısızsa - buyurun gəlin.Uzun sözün qısası, Vyetnam fərqli ölkədir. Tipik turistik səyahətlərdən yorulmusuzsa, mütləq Vyetnama baş çəkməlisiz. Ən sıxılmış gəzəyən belə burda "ikinci nəfəs" alıb səyahətlərdən yenidən həzz ala bilər. Vyetnamla bağlı sualınız olarsa, buyurun! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Narmin Hajizadeh 

1251 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Romantizmin məkanı Kapadokya

Kapadokiyadakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Burada Kapadokya ilə bağlı postlar, suallar, hətta tur təəssüratları da gördüm, amma dərli-toplu, bir çox suala bir arada cavab verən post yazım yenə də dedim:)- Kapadokya Türkiyənin Nevşehir vilayətinə bağlı bir bölgənin adıdı. Kırşehir, Niğde, Kayseri ve Aksarayın bəzi bölgələri də Kapadokya sayılır. Ankaradan 3 saat, İstanbuldan 7-8 saat məsafədə yerləşir, Orta Anadolu bölgəsi sayılır. Ən çox turist çəkən bölgələrdən biridi.- Kapadokya yay xaric (çox isti olur) bütün mövsümlərdə gözəldi. Xüsusile yazın ortaları ve qışda qar yağarkən əfsanədi.- Kapadokya üçün 1-2 gün kifayətdi deyənləri dinləməyin, ən az 3-4 gününüzü ayırın, dadını çıxarın.- Kapadokyanın görülməli bölgələri - Göreme, Uçhisar, Ürgüp, Ortahisar, Çavuşin, Avanos, Mustafapaşa.- Kapadokyanın görülməli yerləri - Göreme Açıq Hava Muzeyi, Çavuşin Atçılıq fermaları (çiftlikler), Aşk Vadisi, Göyərçinlər Vadisi, Zelve Açıq Hava Muzeyi, Qızılçuxur vadisi, Güllüder Vadisi, Göreme Panorama, Cevizli, Tığrak qalası, Devrent vadisi, Paşabağlar, Üç Gözəllər, Çavuşin, Ortahisar qalası, Uçhisar qalası, Ürgüp Yunak mahallesi, Asmalı Konak, Temenni tepesi, Ihlara vadisi, Özkonak yeraltı şəhəri, Sarıhan vadisi, Gomeda vadisi, Derinkuyu, Kaymaklı yeraltı şəhərləri...- Görməli şeyləri - peri bacaları, atları, balonları ve şərabları.- Kapadokyada sakit ve ucuz yerdə qalmaq istəyirsizsə Çavuşində, hər cibə uyğun və hərəkətli yer istəyirsizsə, Göremede, sakit və daha lüks istəyirsizsə Uçhisarda, lüks, sakitlik və romantizm üçün Ürgüpde yer baxın. Hər qiymətə otel, hostel, pansiyon var - xüsusilə Göremede.- Göremeye hər kəslə, Uçhisara pullu dostlarla, Ürgüpə sevgiliylə gedilir:))- Kapadokyanın dadını çıxarmaq istəyirsizsə, cave (mağara) otellərdə qalın - ən azından 1 gecə.- Balonla uçmaqmı, balonları izləməkmi desəniz, məncə, ikinci. Həm ucuz, həm daha gözəl görüntü verir:)- Balonla uçmaq istəyənlər bölgədəki çox sayda şirkətlərlə danışa bilər. Bir çox otel də təşkil eleyir. Sizi oteldən alırlar, otele buraxırlar. Amma qiymətler bahadı - adambaşı təxminen 550-600 lire.- Balon izləmək üçün ən yaxşı nöqtə Göremenin üstündəki seyir terasıdı - kimdən soruşsanız deyəcək. Burada balonların yerdən qalxdığı andan etibarən görəcəksiz. İkinci nöqtə Uçhisardı - amma orada ancaq balonlar havaya qalxınca görə bilərsiz. Qaldığınız bir çox oteldən də izləyə bilərsiz. Bunun üçün səhər tezdən qalxmalısız - günəşin doğuşuyla birlikdə balonlar qalxır. Hava şəraiti uyğun olmayınca balonlar uçmur.- Günbatımı izləmək üçün ən gözəl nöqtə Uçhisardı.- Zelve Açıq Hava Muzeyi Göreme Açıq Hava Muzeyindən daha maraqlıdı - görmədən dönməyin.- Şərabı Ortahisarda deneyin. Qalanın içindəki şərabçıda həm dadına baxa, hem ala bilərsiz.- Avanosda çömləkçilərə gedib, o qabların necə düzeldildiyini izləyə, hətta özünüz düzəldə bilərsiz.- Yemək üçün ən lüks restoranlar Uçhisardadı. Seki restoran bahalıdı, ama mənzərəsi gözəldi. Yeməkləri də.Görəmədə hər cibə münasib yemək tapmaq mümkündü.Kapadokya mətbəxi gözəldi - amma ən gözəl nümunələrini Ürgüpdə Ziggy Cafedə və Avanosda “Bizim Ev”də yeyə bilərsiz. Testi kababını və Avanos kababını mütləq yeyin. Çay-kahve üçün Uçhisarda Peri Cafe Cave Man-a gedin - mağaranın içində çox maraqlı yerdi - daha çox sevgililər gedir:) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

2363 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü – Bu dəfə Artvin

Artvindəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Yenə mən, yenə Qara dəniz:) Bu dəfə Artvin...Əslində əvvəlcə Rizənin gəzməli yerlərini bitirib Artvin tərəfinə keçəcəkdim, amma sevgili gəzəyənlərin bir hissəsi Şavşatla bağlı yazmaqda israr edincə bu tərəfə keçdim.Artvin Türkiyənin özündə belə Rizə ve Trabzona görə daha az kəşf edilmiş, amma təbiət müxtəlifliyi baxımından daha zəngin bölgədi. Qiymətləri Rizə tərəfinə görə daha uyğundu. Amma xidmət Rizə yaylaları qədər deyil, təbii ki istisnalar var. Görməli yeri desəniz, saymaqla bitməz. Neçə gün ayıraq desəniz, məncə, bir həftə...- Artvində maşınsız gəzmək Rizəyə göre daha çətindi. Düzdü, yolları ən azından bir çox yerdə asfaltdı, amma daha uzaq məsafələrdi və virajlı olduğu üçün daha yorucudu. Maşını olmayanlar turla getsə yaxşıdı.- Hələlik maşınla gedəcəklər üçün marşrutu yazıram. Məncə, ən uzaqdan başlamaq hər zaman daha yaxşıdı. Onun üçün də tövsiyəm əvvəlcə cittaslow Şavşata getməkdi. Sarp sərhəd qapısından Şavşata təxminən 3 saatlıq yoldu. Yola Hopadan girəcəksiz. Tamamilə asfalt, amma baş döndürəcək qədər çox dolanbaclı, eyni zamanda Çoruh çayının sahili boyu çox gözəl mənzərəli bir yoldu. Şavşatda Laşet Pansiyonun bungalowlarında qalmağınızı tövsiyə edirəm. Bu il bilmirəm, keçen il 175 lirəydi (sabah yemeyi daxil). Getmədən zeng vurub yer ayırın, çünki dolu olur çox vaxt.- Şavşatda ilk görməli olduğunuz yer Karagöl milli parkıdı. Yolu düzgündü. Sabah saat 10-a qədər gedin, daha sakit olur. Kənarında çadır da qura bilərsiz - yer var bunun üçün. Qiyməti 25 lira. Qayıqla gəzə bilərsiz - 20 dəqiqəlik tur 20 lira.Kənarında bir tesis var, çay içə, yemək yeyə bilərsiz. 12 yataqlıq yerləri də var - boş olsa qala da bilərsiz.- Karagöldən sonra Balıklı gölə (Pınarlı) gedə bilərsiz. Göl deyib gözünüzdə böyütməyin, kiçicik bir göldü, amma ondan bir az yuxarıya çıxınca windows mənzərələri var:) 4 km yürüsəniz Şrata göllərinə çıxacaqsız. Balıklı göldən sonra maşın yolu yoxdu - piyada getməlisiz.- Bu gölləri də görüb qayıdandan sonra xüsusilə payızda və qışda inci kimi görünən Yavuzköyü görmənizi tövsiyə edirəm. Klassik Şavşat evlərini görəcəksiniz - bu evlər Qara dənizdə başqa heç yerdə yoxdu. Yavuzköydə Şavşat Evində pendir əritməsi və silori yeyin:)- Şavşatdan sonra istəsəniz Yusufelinə keçə bilərsiz - amma ilk dəfədirsə çox risq eləməyin, yolları çox çətindi.- Artvinin o tərəflərini bitirib geri qayıtdıqdan sonra yolunuzu mərkəzə salın. Artvin mərkəzdə bir şey yoxdu, amma şəhərin içindən keçib yuxarılara doğru çıxdıqca mənzərə deyişir. Kafkasör Yaylasında qala bilərsiz.- Amma vaxtınız azdırsa bu istiqamətə girməyə də bilərsiz. Şavşatdan geri Borçkaya keçin. 3 saatlıq asfalt yoldu - yenə dolanbaclı təbii ki:) Bir Karagöl də Borçkada var - qalacaq yer yoxdu, amma gəzə bilərsiz. Borçka yaxınlarında, Klaskurda qalacaq pansiyonlar var - internetdən baxa bilərsiz.- Borçkada qalmaq istəməsəz - ki məncə qalmağa ehtiyac da yoxdu - Maçahelə gedin. Maçahel məncə Artvinin ən gözəl yeridi. Borçka Karagöldən davam eləyən asfalt yol sizi Camili kəndinə qədər aparacaq. Bu yolda ən riskli yer Canqurtaran keçididi, riski də çox zaman qatı dumanlı olmasıdı. Ən çox qəzalar burada olur, diqqətli gedin. Men 5 km sürətlə və sürekli siqnalla getdiyimi bilirəm:)- Maçaheldə görməli olduğunuz yerlər Maral şəlaləsi, Efeler, Kayalar və Camili kəndləridi. Camili tam Gürcüstan sərhədindədi - jandarma postunu görəcəksiz. Məscidləri, evləri maraqlıdı. Kayalar və Efeler kəndlərinin isə mənzərələri öldürücü dərəcədə gözəldi - təbii, yollarına girməyə cəsarət eləsəz:) Camiliyə qədər asfalt olan yollar kəndlərdə torpaq və bir tərəfi uçurum olan dar yollara çevrilir - xəbəriniz olsun. 4x4, ən azı 4x2 olmadan girməyin.- Maral şəlaləsinə Camilidən gedilir, bir yerdən sonra yol yoxdu, park edib, aşağıya doğru ən az 15-20 dəqiqə pilləkanlarla enirsiz. Pilləkanların ortasında çay içə biləcəyiniz kiçik bir kafe var. Enmək bir az yaxşıdı, çıxmaq yorucudu, nəzərə alın:)- Efeler- Kayalar köyü arasında Maçahel Baraka deyə bir yer var, bölgənin ən gözəl çayını için, ən gözəl balını alın. Maçahel balı Türkiyənin en yaxşı ballarından sayılır, unutmayın.- Maçaheldə harda qalmaq məsələsinə gəlincə, biz İremit Pansiyonda qalmışdıq. Keçən il adam başı 100 lira ödəmişdik( səhər və axşam yeməyi daxil). Bu il necədi, bilmirəm. Pansiyon köhnə bir kənd evidi və çox zaman dolu olur, hamı da Sevdanın yeməkləri üçün oraya gedir, siz də gedin:) Olmasa, Efeler ve Kayalarda başqa maraqlı pansiyonlar da var.- Maçaheldə əksəriyyət gürcü olduğu üçün gürcü mədəniyyəti, gürcü yemekleri hakimdi, klassik Qara dəniz mətbəxi gözləməyin.- Maçaheldən sonra istəsəniz Fındıklı, Gorgit yaylalarına gedə bilərsiz, amma rəhbərsiz yola çıxmayın. O kəndlərdə rəhbər tapa bilərsiz. Tapmasaz mənə yazın, mən taparam:)- Ən son aşağı enib Hopaya dönmədən Arhaviyə gedib Mençuna şəlaləsini də görə bilərsiz, istəsəniz. Amma yayda suyunun az olduğunu nəzərə alın.- Başqa sual qalmaz ümid eləyirəm ki:) Qaldısa, yaza bilərsiz:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1752 dəfə oxunub

Hurghada bələdçisi

Hurgadadkı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Piramidalar... Nil çayı... Qırmızı Dəniz... Aralıq Dənizi... Çəkici gəlir, həm də çox çəkici. Elə məni də bir neçə il öncə özünə çəkdiyi üçün götür-qoy edib, planımı cızdım və maraqlı olsun deyə, hamı kimi nə Qahirəyə, nə də Şarm-Əl Şeyxə deyil, Hurghada şəhərinə getməyə qərar verdim. Bakıdan birbaşa uçuş olmadığı üçün bileti Tbilisi-Hurghada olaraq aldım. Çantamı da yığıb, yol aldım Misirə tərəf. Hurghada hava limanına endik. Elə hava limanında anladım ki, buranın insanı başqa aləmdir. Baqajımı təhvil alandan otelə çatana qədər hər üzünü gördüyüm ərəb mənə baxıb, “baxşiş” istəyirdi. Hər addımbaşı aldadılmaq, kələk qurbanı olmaq burda adi haldır. Odur ki, bir an öncə otaqda uzanıb, doyunca dincəlmək və ən əsası da burdakı fırıldaqları öyrənmək üçün internetdə balaca bir araşdırma eləmək istədim.Booking etdiyim otel düz Qırmızı dənizin sahlilində idi. Otelin həyəti tamamilə Qırmızı Dənizə bitişik idi. Receptionda isə mənə dedilər ki, bəs otel ağzına qədər doludur, sizin üçün planladığımız otaq saat 11:00-da boşalacaq. Heç nə demədən, razılaşdım və lobbidə oturub interneti açdım, wifi kodunu istəyəndə isə həmin ərəb qardaş mənə dedi ki, burda qalacağın müddətdə wifi istəyirsənsə pul ödəməlisən, tariflər çox idi, nə isə 15 dollar ödəyib bir həftəlik tarif aldım. Oteldə nömrəmə yerləşəndən sonra, bir azca dincəlib, düşdüm Qırmızı Dənizə. Şəkillərdən də göründüyü kimi, dəniz o qədər təmiz, o qədər şəffaf idi ki, dərin yerlərdə də dənizin dibini görmək mümkün olurdu. Dənizin sahilində addımladıqca, ayağımın altından sağa-sola qaçan rəngli balıqlar və xırda dəniz həşəratlarına baxmaqdan doymurdum. Hurghada sakit, həm də yeni salınmış şəhərdir. Belə eşitmişdim ki, bu şəhər sırf turistlər üçün qurulmuş şəhərdir və buranın əhalisi bütünlükdə turist axınından dolanır. Ona görə də sözün həqiqi mənasında ora gələn turistə yerli ərəblər, “nə qoparda bilsəm qənimətdir” kimi baxırlar. ))) İnanın ki, gedəcəyim bir yer üçün yaxınlaşıb, yol soruşduğum hər 4 ərəbdən 3-ü yolu göstərdiyi üçün də məndən pul istədi) Nə isə keçək şəhər təbiətinə. Hurghada əsl istirahət şəhəridir. Bura nə alış veriş üçün nə də səyahət üçün münasib seçim deyil. Bu şəhərə yalnız dəniz üçün, dincəlmək üçün gəlmək lazımdır. Onu da deyim ki, misirlilər rusları çox sevir. Rus dilində mağaza adları, restoran menyuları, xidmət sferalarındakı rusdilli işçi sayı çoxdur. Rus dilini bilirsinizsə burda rahat-rahat gəzə bilərsiniz. Oteldə ölkədaxili tur xidməti var idi. Yaxınlaşdım və Qahirə turu üçün rezerv etdim. Toplam tur üçün 70 dollar ödədim. Tura daxil idi –Hurghada – Qahirə - Hurghada istiqamətində komfortlu avtobus, gün ərzində yemək (yeməyə su daxil deyildi, yəni restoranda oturub, istədiyin hər şeyi pulsuz sifariş edə bilərsən, amma su istəsən onun pulunu ödəməlisən), Qahirədəki bir neçə muzeyə giriş biletləri, Piramidalara və Sfinks məbədinə səyahət və s. İnsaf naminə onu da demək lazımdır ki, Qahirə və ümumiyyətlə Misir – səyahət üçün gözəl yerdir. Misir Tarix Muzeyi çox möhtəşəmdir, muzey daxilində çəkiliş aparmağa icazə vermirlər. Lakin sizə əminliklə deyə bilərəm ki, bir gün başdan-başa, 24 saat bu muzeyi gəzsəniz belə, bütün eksponantların hamısına baxmağa vaxt çatmaz. Nələr yoxdur ki muzeydə ? – Fironların mumiyaları, Kleopatranın qızıldan taxtı, mumiyalanmış kahinlər və s. Və maraqlısı odur ki, mumiyalar xüsusi soyuq otaqlarda və şüşə altında saxlanılır, şüşələrin hər iki tərəfindən süni şəkildə soyuq hava sirkulyasiyası vurulur. Mumiyalardan gələn ətir o qədər xoşdur ki, indiki “bərkgedən” parfümlərin heç birindən belə gözəl qoxu gəlmir. Bu bir daha qədim Misirdə olan mədəniyyətin hansı səviyyədə inkişaf etməsindən xəbər verir. Bir sözlə yolunuz Misirə düşsə bu Muzeyə baxmadan geri gəlməyin. Çünki bu muzeydə görəcəklərinizi dünyanı 10 dəfə fırlansanız da başqa yerdə görə bilməyəcəksiniz.​İkinci məntəqəmiz ecazkar Misir ehramları – piramidalar idi. Piramidalar Qahirə mərkəzindən çox da uzaqda olmayan Gizada yerləşir. Bəzən filmlərdə, yaxud şəkillərdə piramidaları düz Nil çayının sahilində təsvir edirlər, əslində isə belə deyil. Piramidalar Qahirədən bir az yüksəklikdə, demək olar ki, səhralıqdadır. Ehramların ətrafında dağılmış məbədlər, sınmış sütunlar, məhv olmaqda olan tarix izləri saysız hesabsızdır. Ehramların yanında dəvə ilə gəzən ərəblər sizə fotoşəkil üçün dəvə təklif edəcəklər, qəti şəkildə qiymətini əvvəlcədən danışmadan dəvəyə minməyin. Və əgər bunu etmək istəsəniz əlinizdəki əşyaları kömək üçün “verin saxlayım” deyən balaca ərəb uşaqlarına verməyin, yoxsa bu qarabalalar sizdən 10-15 dollar almasalar sizin əşyalarınızı geri qaytarmayacaq. Zorla istəsəniz onsuz da ala bilməyəcəksiz ))). Piramidaların ən böyük olan Xeops ehramıdır. İçinə girməyə dəyməz, çünki maraqlı heç nə yoxdur. Dar bir koridora bənzəyən pilləkənli yerdən keçib, balaca bir otağa daxil olacaqsız və orda da heç bir şey yoxdur. Əvəzində isə 15 USD alacaqlar.Alış veriş üçün bazarlarda qiymət danışa bilərsiniz həm də əsl azərbaycansayağı formada. Almaq istədiyim bir qab üçün tələb olunan 55 USD əvəzinə 12 USD ödəyib aldım. Yəni sizə hər deyilən, hər üstündə yazılan qiymət mütləq şəkildə şişirdilmiş qiymətdir. Çəkinmədən bazarlıq edin. Mətbəxləri dadlıdır. Ədviyyatdan çox istifadə edirlər. Başqa ölkələrə nəzərən burda “nə yeyim” sualı verməyəcəksiniz özünüzə. Ət yeməkləri boldur. Bir sözlə, bu ölkədə çox diqqətli olun, hörmətli olun )))) Ümid edirəm yorucu yazı yazmamışam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Şirxan Ayxan Adgözəl

1316 dəfə oxunub

Hollandiyada nəqliyyat

Hollandiyada nəqliyyat ümumi götürdükdə heç də ucuz deyil. Buna baxmayaraq, bir çox hallarda ucuz səyahət etmək mümkündür. Bunun üçün isə Hollandiyada nəqliyyatın neçə işlədiyini bilmək və hansı endirimlərdən istifadə etməyi bilməlisiz. İlk öncə başlayaq Hollandiyadakı nəqliyyat kartından. Burada rəsmi nəqliyyat kartı – OV-Chipkaart deyilir. Əgər Hollandiyaya bir neçə günlük gəlirsizsə, bu kartdan almağınız mütləqdir. Əks təqdirdə hər kağız bileti üçün əlavə 1 avro ödəyəcəksiz. Avtobus/Metro/Tramvaylarda isə səyahət daha baha olacaq, çünki orada saatlıq və ya günlük biletlər almalı olacaqsız.OV-CHIPKAART (Qatar/Avtobus/Metro/Tramvay kartı)Bu kartın qiyməti 7 avrodur. Bir neçə növləri var. Disposable, Anonymous, Personal, Business. Disposable bir dəfə istifadə oluna bilər və içinə əlavə pul yükləmək olmur. Kağız-kart formasında olur. Günlük disposable kartlar isə 24 saat istifadə oluna bilər, ancaq ondan sonra istifadə oluna bilməz. Anonymous da buna bənzər olsa da, plastik formada olur və içinə pul yükləyərək istədiyiniz qədər istifadə oluna bilər. Anonymous karta heç bir xüsusi endirim yükləmək olmur, yalnız ças-pik saatlarından kənarda 40% endirimdən başqa. Bunlar barədə ətraflı daha sonra. Personal kartlar isə Hollandiyada hər hansı evdə qeydiyyatda olduğunuz zaman əldə etmək mümkündür. Online sifariş oluna bilər yalnız. Bu karta isə hər cürə abunələr və ya endirimlə almaq/yükləmək olur. Business OV-Chipkaartlar isə işlədiyiniz şirkət tərəfindən verilir və içinə şirkətdən asılı olaraq müxtəlif abunəliklər əlavə etmək mümkündür.OV-Chipkaartdan istifadə qaydalarıHollandiya nəqliyyatında check-in, check-out sistemi mövcuddur. Bu nə deməkdir? Qatara minmədən öncə xüsusi yerlərdə (əgər girəcəkdə qapı yoxdursa) və ya qatar stansiyasının girəcəyində qapılar olur ki, bu kartdan istifadə edərək o qapını aça bilərsiz. Buna check-in deyirlər. Anonymous kartlar ilə qapını açmaq üçün hesabda minimum 20 avro olmalıdır. Qatardan düşüb stansiyadan çıxarkən isə kartı yenidən istifadə etməklə stansiyanı tərk edə bilərsiz. Buna check-out deyirlər. Bu zaman isə sizin mindiyini stansiya ilə endiyiniz stansiyanı nəzərə alaraq ona uyğun pulu, öncədən depizot kimi saxladığı 20 avrodan çıxır və qalığı geri qaytarır. 40% endirim olan personal ov-chipkaartlarda isə check-in üçün minimum 10 avro olmalıdır kartda. Ölkədən çıxarkən kartda qalan bütün qalıq pulları stansiyalarda olan NS şirkətinin mərkəzlərindən geri götürə bilərsiz. Ancaq kartın özünü geri verə bilməzsiz. Başqa şəxs olarsa, ona sata bilərsiz.Qatarlar üçün minimum 20 avro, avtobus/metro/tramvay üçün isə müsbət balans olmalıdır. Yəni 0 olsa da olar, yetər ki, mənfi olmasın. Yəni kartda 0 avro hesab ilə avtobusa minib düşəndə hesab mənfiyə düşür. Ona görə avtobus/tramvay/metro üçün kartlarınızda hər zaman ən azı 5 avro saxlamağa çalışın. Check-in və check-out etməyi isə unutmayın! Check-in etmədikdə qatarda yoxlama zamanı 55 avro + gediş haqqı cərimələyəcəklər. Check-in edib check-out etmədikdə isə check-in etdiyiniz zaman rezerv olunan 20 avro (qatarlar üçün) və ya 4 avro (avtobus/metro/tramvay üçün) hesabınızdan tam silinəcək. Belə olan halda isə NS şirkətinə zəng vurmaqla, pulu geri qaytara bilərsiz. Check-out etməmək necə olur? Bəzi hallarda qatar stansiyasında qapılar yoxdur. Sadəcə xüsusi quraşdırılmış qurğular olur ki, onlardan istifadə edərək check-out edə bilərsiz. Çox zamanlar da insanlar unudurlar və beləcə hesabdan rezerv olunan bütün məbləğ silinir. Check-out etməyi unutmayın!QATARHollandiyada ən böyük qatar şirkəti NS-dir. Bütün qatar cədvəllərinə isə (https://www.ns.nl/en) saytından baxa bilərsiz. Burada həmçinin qatarın qiyməti də qeyd olunur. “Show discount and return price”-ın üstünə klikləməklə isə bütün endirimli qiymətləri də görə bilərsiz.AVTOBUS/METRO/TRAMVAYAvtobus və tramvay qiymətləri şəhərdən şəhərə dəyişir. OV-Chipkaart istifadə edəcəyiniz təqdirdə saatlıq, günlük və ya aylıq bilet almağa ehtiyac yoxdur. Yox əgər şəhər daxili çox səyahət edəcəksizsə, o zaman günlük və ya aylıq bilet almalısız ki, bu da şəhərdən şəhərə dəyişir. Günlük Amsterdam biletlərinin qiymətinə baxmaq üçün bu saytdan istifadə edə bilərsiz: https://en.gvb.nl/gvb-dag-meerdagenkaart. Günlük bilet isə ilk check-in etdiyiniz andan 24 saat ərzində keçərlidir. Bu günlük biletləri isə ya OV-Chipkaarta yükləyə bilərsiz, ya da bir dəfəlik istifadə oluna bilən kart şəklində ala bilərsiz.Səyahət edəcəyiniz ünvanları bildiyiniz təqdirdə və ya səyahət edəcəyiniz yol həm qatar, həm də avtobusdan ibarətdirsə, bu saytdan istifadə edə bilərsiz: https://9292.nl/en.ENDİRİMLƏR (Yalnız qatarlar üçün)Endirimlərə keçmədən öncə bunu bilmək önəmlidir ki, demək olar ki, bütün endirimlər “ças pik” vaxtından kənar üçün nəzərdə tutulur. Hollandiyada “ças pik” saatları 06:30-09:00 və 16:00-18:30 olaraq təyin olunub və bir çox hallarda endirimlər bu saatlar üçün nəzərdə tutulmur. Bileti alarkən şərtləri oxuyun mütləq. Həftəsonları (şənbə, bazar) isə “ças pik” yoxdur və istənilən saatda endirimlə səyahət edə bilərsiz.Hollandiyada qatarlar çox bahadır. Ancaq NS şirkəti sağolsun ki, daimi olaraq endirimlər təqdim edirlər.1. Əgər gələcəyiniz müddətdə təsadüfən qarşınıza AH, HEMA və ya Kruidvat mağazalarının önündə endirimli “Dagkaart” (Day Card) reklamlarını görsəz, mütləq alın. Çünki bu biletlərin əsli 50 avro olsa da, endirim zamanı 16 avro olur və Hollandiya daxili qatarlardan günlük istədiyiniz qədər istifadə edə bilərsiz. Bu kart əsasən də Giethoorn və ya digər uzaq şəhərlərə gediş-gəliş üçün sərfəlidir. Ancaq bu kartlar 2 ayda cəmi 1 dəfə satışa çıxarılır və 3 gün içərisində bitir. Belə olan halda isə bu saytdan istifadə edərək digər endirimləri görə bilərsiz: https://www.treinreiziger.nl/category/treinkaartjes/.2. Ən çox istifadə etdiyim 1 tərəfli 12 avro (istənilən şəhərdən istənilən şəhərə) olan endirimdir (https://www.treinreiziger.nl/treinactie-twee-enkele-reizen…/). Ancaq bunu da almaq üçün gərək 2 ədəd alasız və eyni gündə istifadə etməyə məcbur deyilsiz. Əlavə şərtlər üçün isə sayta baxmağınız mütləqdir. Bir də bu biletləri mütləq çap etməlisiz. Stansiyada 1 avroya çap edirlər. İstifadə müddəti 31 Avqusta kimi.3. Onlayn “Dagkaart” yəni günlük qatar bilet almaq istəsəz, qiyməti 19 avrodur. https://www.treinreiziger.nl/ns-dagkaart-actievandedag/. İstifadə müddəti 31 Avqusta kimi.4. Ən azı 4 nəfər olduğunuz təqdirdə “Group Ticket” ala bilərsiz. Bu biletləri isə NS-in App Store və ya Play Store-da olan “Reisplanner” adlı proqramına yükləyə bilərsiz. Çap etməyə ehtiyac yoxdur. 7 nəfərə kimi nə qədər çox adam olarsızsa, bir o qədər çox ucuz düşər bilet. 4 nəfər üçün isə toplam 30 avro edir. Adam başı 7.50 avro yəni. 1 tərəfli gediş. Bilet almaq və ya əlavə məlumat üçün: (https://www.ns.nl/pr…/…/meest-gekocht/p/groepsticket-daluren)5. Hollandiyadan digər ölkələrə gedən qatar və ya avtobuslara baxmaq üçün isə https://www.nsinternational.nl/en/home saytından istifadə edə bilərsiz. Əlbəttə paralel olaraq https://www.goeuro.com/ istifadə edə bilərsiz.6. Əgər heç bir endirim əldə edə bilməsəz, o zaman Anonymous OV Chipkaartınıza 40%-lıq endirim yükləyə bilərsiz. Bunu ya stansiyada yerləşən aparatlardan ya da bilet mərkəzlərindən kartınıza “Joint Travel Discount” vəya “Combined Travel Discount” (holland dilində isə “Samenreiskorting”) yükləyə bilərsiz. Bunu istifadə etmək üçün isə gərək səyahət edən və kartında 40% endirim olan bir nəfərdən xahiş edəsiz ki, onunla birgə səyahət edəsiz. Yəni yoxlama gələrkən bunu soruşa bilər. Check-out etdikdən sonra yenidən bundan yararlanmaq istəyirsizsə, o zaman yenidən aparat vasitəsilə karta bunu yükləməlisiz.7. 4-11 yaşlı uşaqlar isə hər zaman pulsuz səyahət edirlər. Uşaqlar üçün kartın qiyməti isə 1 centdir. Bu kartı isə yalnız online sifariş etmək olur (https://www.ns.nl/en/season-tickets/kids-vrij.html). Stansiyada yerləşən bilet mərkəzlərindən əldə etməklə bağlı məlumata isə sahib deyiləm.Demək olar ki, bütün əsas məqamları vurğulamağa çalışdım. Mövsümi abunəliklər və biznes OV Chipkaartlar barədə isə ehtiyac olmadığı üçün yazıya əlavə etmədim. Əgər Hollandiyada yaşayırsızsa, o zaman əlaqə saxlayın, bunlar barədə də ətraflı məlumat verməyə çalışaram. Ola bilər ki, bəzi məqamları qeyd etməyi unutmuşam. Əgər belə hal olarsa, bildirin, məmnuniyyətlə məqaləyə əlavə etməyə hazıram :) Xoş səyahətlər!P.S.: Əgər bu məqaləni 31 Avqustdan sonra oxuyursuzsa,https://www.treinreiziger.nl/category/treinkaartjes/ saytına girməklə digər endirimlər barədə məlumatlar əldə edə bilərsiz. Saytın niderland dilində olmasına baxmayaraq google translate-dən istifadə edərək yararlana biləcəyinizə əminəm.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Shamil Mustafayev

1111 dəfə oxunub

Lvov – Adan Zyə

Lvovdakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.TURİST ÜÇÜN VACİB MƏLUMATLAR:Rəsmi dili: Ukrayna dilidir. Normalda rus dilində danışdıqda sizi asanlıqla başa düşürlər, amma özləri ukrayna dilində danışdıqlarından onları başa düşmək xeyli çətindir.İngilis dilini əsasən gənclər bilir. Dil bilməsələr də, sizə kömək etmək üçün dəridən-qabıqdan çıxan insanlar çoxdu bu şəhərdə.Pulu: Ukrayna qrivnası (UAH). Mağazalarda və digər yerlərdə qısaldılmış şəkildə daha çox грн ilə rastlaşacaqsız. 2016-cı ilin sentyabrı üçün olan məzənnə: 1 UAH=0,063 AZN və ya 1 USD=26,5 UAH. Kağız pul vahidləri: 1, 2, 5, 10, 20, 50, 100, 200 və 500 UAH-lıq əskinaslar. Metal pul vahidləri: 1, 2, 5, 10, 20, 50 qəpiklər. Nominal dəyərləri çox az olduğundan metal pullardan demək olar ki, istifadə olunmur, daha doğrusu pul mübadiləsi zamanı banklar, böyük marketlər və alış-veriş mərkəzləri istisna, demək olar ki, nəzərə alınmır.Saat fərqi: Azərbaycan vaxtı ilə müqayisədə bir saat geriTelefon kodu: +380. Çalışın Lviva getdiyinizdə mobil nömrə alasınız. Vodafone, Kievstar, Lifecell kimi məşhur mobil operatorlar var. Məsələn, Lifecell-dən 2 GB internet, 500 sms və 500 dəqiqə Ukrayna daxili danışıq paketini sadəcə 60 UAH, təxminən 3,8-4 AZN məbləğində əldə etmək olar.GPS: Mobil telefonunuzda internet olduqdan sonra Google Maps ilə istədiyiniz məkanı tapa və ora rahatlıqla gedə bilərsiniz. Google Maps-in Lviv, eləcə də, bütün Ukrayna üçün olan ən müsbət tərəfi, sizə həm avtomobil, həm piyada, həm də ictimai nəqliyyat yolunu göstərməsidir. İctimai nəqliyyat seçənəyi ilə siz nəinki dayanacağı, hətta dayanacaqdan hansı avtobusa (tramvaya, troylebusa, qatara və s.) minməli olmanız, nəqliyyat vasitəsinin gəlmə müddəti, nəqliyyat vasitəsində gediş haqqı, gedəcəyiniz dayanacaqların sayı və müddəti tam dəqiq göstərilir. Piyadalar üçün olan seçimdə isə məhəllələr arası yollara qədər dəqiqliklə Google Maps-a güvənə bilərsiniz.İctimai nəqliyyat: Lviv-da qədim arxitektura binalarının çox olmasını nəzərə alıb orada metro çəkilişi fikrindən daşınıblar. Amma buna baxmayaraq şəhərdə çox rahat tramvay-avtobus-troylebusdan ibarət ictimai nəqliyyat sxemi qurulub. Tramvaylar 2 UAH, avtobuslar isə 3-5 UAH arası qiymətlərlə fəaliyyət göstərir. Bilet nəqliyyata minən kimi dərhal alınmalıdır.Gediş-gəliş: Lviv şəhərinə Bakıdan birbaşa təyyarə reysi var. Amma qiymət bahadır deyirsizsə, Bakı-Kiyev-Bakı reysindən istifadə edə bilərsiz. Alternativ variant kimi Gürcüstandan da uçuşları nəzərdən keçirməyiniz məsləhətdir. Kiyev və Lviv arasında bir neçə qatar reysi var. Ən rahatı hər iki şəhərdən qarşılıqlı olaraq saat 22-23 radələri arasında hərəkət edən gecə qatarlarıdır. Quruluş baxımından bizim gecə qatarlarına bənzəsə də, onlar tam yeni, tam işlək, təmiz və səliqəlidir. Təxminən 7 saat davam edən səyahət müddətində qətiyyən narahatçılıq hiss etməyəcəksiniz. Ukraynada şosse yollarından istifadə məsləhət olunmur (yolların vəziyyətinin pis olmasına görə). Bu səbəbdən qatar bileti almaq üçün uzun növbəyə dayanmaq istəmirsizsə, biletinizi əvvəlcədən http://uz.gov.ua/ saytından online alın.Maraqlı fakt: Lviv şəhərinin altından Poltva adlanan çay axır. Həmin çayı açıqlıqda görməniz mümkün deyil. Çaya Opera və Balet teatrının binasında və Əfsanələr evində quraşdırılmış monitorlardan baxa bilərsiniz. Təsəvvür edin ki, uzun illər öncə həmin çaydan Lviv şəhərinin sakinləri balıq tuturlarmış, amma indi kanalizasiya sisteminin əsasını təşkil edir.Gəz və Gör: Lviv şəhəri ortalama olaraq 4-5 gün ərzində gəzmək olar. Lakin bu müddəti hər bir şəxsin marağına uyğun olaraq azaltmaq və artırmaq da olar. Məsləhət olar ki, Lvivda olacağınız ilk gün şəhər turistik avtobusu ilə tur alıb şəhəri avtobusla gəzib və qiyabi olaraq tanıyasız. Tur 1 saat 30 dəqiqə davam edir və 110 UAH-dır. Tur zamanı sizə qulaqcıqlar təqdim olunur və siz bələdçini rus, ingilis, türk, alman, polyak, ukrayna dillərində dinləyə bilərsiniz. Şəhər mərkəzində hər yer piyada gəziləcək məsafədə yerləşir. Gəzə biləcəyiniz məkanlardan bəzi məşhurları:Opera və Balet TeatrıSvobodi (Azadlıq) prospektiTaras Şevçenko prospektiRynok (Bazar) meydanıƏczaçı muzeyiƏfsanələr eviLiçakiv qəbiristanlığıLviv Yüksək Qala parkıLviv ArsenalıMüqəddəs Olqa və Elizabeta kilsəsiTarix MuzeyiDomisian katedralıMüqəddəs Corc katedralıLatın katedralıXalq Arxitekturası və həyatı MuzeyiŞəhər Meriyasının binası Yuxarıda qeyd etdiklərim sadəcə bir neçəsidir. Onlarla bağlı bəzi maraqlı faktları diqqətinizə çatdırım.Opera və Balet Teatrı 1900-cü ildə inşa edilmişdir. Maraqlıdır ki, teatrın sol tərəfində, Azadlıq prospektinin digər hissəsində Dram teatrın binası yerləşir. Məhz həmin iki binanın arasından, yəni Azadlıq prospektinin altından yeraltı Poltva çayı axır.Svobodi (Azadlıq) prospektinin mərkəzində park yerləşir və bu park həm yerli sakinlərin, həm də turistlərin ən çox vaxt keçirdiyi yerlərdən biri hesab olunur. Bir növ Barselonanın məşhur La Ramblasını xatırladır. Prospektin kənarında Lviv pivə istehsalının başlamasını simvolizə edən pivəçi heykəli var. Pivəçinin əlindəki pivə qabının üzərində saat təsvir olunub və orada sadəcə iki rəqəm göstərilib 17 və 15. Bu da Lvivda pivə istehsalının əsasının qoyulduğu 1715-ci ilə işarədir. Deyilənə görə həmin heykəlin qarnına toxunduqda işlərin uğurlu olurmuş. Yerli sakinlərə görə Lviv Münxen və Praqadan sonra Avropanın 3-cü ən yaxşı pivə şəhəridir.Rynok (Bazar) meydanı şəhərin döyünən ürəyi hesab olunur. Ətrafda maraqlı əyləncələr, kafelər, həftə sonları musiqi və rəqs göstəriləri olur. Meydanın hər küncünə bir heykəl yerləşdirilib. Onlarla da şəkil çəkdirməyi unutmayın: Neptune, Diana, Amphitrite və Adonis.Şəhər Meriyasının binası Bazar meydanında yerləşir. Mütləq binanın saat qülləsinə qalxın ətrafdan Lviv mənzərəsini izləyin. Giriş pulu sadəcə 15 UAH-dır.Əfsanələr evi – House of Legends terasla bərabər altı mərtəbədən ibarətdir və hər mərtəbəsi müəyyən konseptlə bəzədilib. Terasda “uçan avtomobil” var və turistlərin ən çox şəkil çəkdirdiyi yerlərdən biridir. Terasda bacaya qalxaraq qarşınızdakı baca təmizləyənin papağına qəpik ata bilərsiz. Qəpik papağa düşərsə, diləyiniz yerinə yetəcək deməkdir. Eyni zamanda Lviv saatı ilə saat 21:00-da binanın üzərindəki qatar hərəkətə gəlir və əjdaha od püskürür. Nəzərə alın ki, Lviv saatı ilə 21:00 yerli saatla 21:24 deməkdir.Lviv Yüksək Qala Parkı – hamı tərəfindən Visokiy Zamok olaraq adlandırılan həmin ərazidə bir vaxtlar möhtəşəm qala ucalırmış. Lakin Avstriya işğalından öncə qalanın bir hissəsi dağıdılmış, Avstriya zamanı isə tam dağıdılaraq yerində park salınmışdır. Adından da göründüyü kimi Lviv şəhərinin ən yüksək yeridir və həmin parkdan möhtəşəm Lviv mənzərəsi açılır.Liçakiv Qəbirsanlığı əsl açıq hava muzeyidir. Qəbiristanlıqda XVIII-XIX əsrlərdən günümüzə qədər bir çox məşhur insanların qəbirləri yerləşir. Əgər Ukrayna, Polşa üçün məşhur olan insanlar sizi maraqlandırmırsa belə, yenə həmin yerə getməyiniz şiddətlə tövsiyə olunur. Tarix, arxitektura, mədəniyyət və heykəltəraşlığı özündə birləşdirən Liçakiv qəbiristanlığı əsl sənət əsəridir. Giriş isə 25 UAH-dır. Əgər şəkil çəkəcəksizsə, əlavə 10 Uah da ödəməlisizXalq Arxitekturası və həyatı Muzeyi Şevçenko Hay adlanan parkda yerləşir və 80 hektar ərazini əhatə edir. Burada Ukraynanın müxtəlif kəndlərindən olan gündəlik yaşayış tərzini sərgiləyən 100-ə yaxın taxta evlər və kilsələr yerləşir. Park olsa da, əslində enişli-yoxuşlu meşənin içində yerləşən böyük bir ərazini gəzmək üçün əvvəlcədən fiziki cəhətdən yorğun olmamanız məsləhətdir. Muzeyə giriş 20 UAH-dır.Restoranlar və kafelər: Lviv yeyib-içmək sarıdan ən bəxtəvər şəhərlərdən biridir. Azərbaycan qiymətləri ilə eyni səviyyədə daha dadlı və keyfiyyətli yeməkləri və içkiləri əldə etməniz mümkündür, özü də düz şəhərin mərkəzində. Lviv pivəsi, kofesi və şokoladı ilə çox məşhurdur. Həmçinin Ukraynanın şirniyyat brendinə çevrilmiş Roshen-in də məhsullarını, xüsusən tort və eklərlərini yoxlayın. Ən populyar restoranlar siyahısında Baczewski Restaurant, “Diana at Rynok Square” open air cafe, House of Legends, Mazoch Cafe, Kumpel, Kryjivka (Криївка), Lviv Handmade Chocolate, Gasovo Lampa və sair göstərə bilərik.Restoranlar haqqında bəzi faktlar:Kryjivka (Криївка) Bazar meydanında bunkerdə yerləşir. Restoranın dəqiq adresi heç bir yerdə yazılmır və qapıda hər hansı lövhə vurulmayıb. Buna baxmayaraq ən məşhur restorandır və bir müddət növbədə gözləməli olursan. İçəri keçmək üçün qapıda döyüşçü qismində dayanan silahlı şəxsə mütləq parolu söyləməlisən. Parol isə “Slava Ukraina”dır, yəni “Çox yaşa Ukrayna”. 1939-1945-ci illərdə Ukraynanın müstəqilliyi üçün həm faşistlərə, həm də sovetlərə qarşı döyüşən Ukrayna partizanlarının bunkeri olub bu restoran. İndi də yeməklər dəmir qablarda təqdim olunur. Administrator isə əlində silahla gəzir. Yaxınlaşan hər ofisiant “Slava Ukraina” dedikdə mütləq “Slava Geroem”, yəni “Qəhrəmanlara eşq olsun” deməlisən. Yoxsa cəzalandırıla bilərsən.Gasovo Lampa restoranı müasit kerosin lampanın ixtiraçıları polyak Ignacy Łukasiewicz and Jan Zeg-ə həsr olunub.Mazoch kafe mazoxizmin yaradıcısı Leopold von Sacher-Mazoch-un xatirəsinə həsr edilən konsepti ilə məşhurluq qazanmışdır. Bura sadəcə mazoxizmi sevənləri deyil, maraq üçün hər kəsi özünə cəlb edə bilir.Lviv şəhərinin mərkəzində həyat 24 saat davam edir. Gündüzlər adi kafe və restoran kimi fəaliyyət göstərən obyektlər axşam saatlarından pub, klub və barlara çevrilir. Burda hər zövqə və hər istəyə uyğun içki, musiqi və məkan tapmaq mümkündür.Alış-veriş: Şəhərdə Rynok (Bazar) meydanı ətrafında suvenir satılan kiçik bazarlardan başqa Lviv Forum kimi tam müasir alış veriş mərkəzi də yerləşir. Dəyərli məsləhətlər: Ukrayna haqqında bizdə formalaşmış bəzi stereotiplərdən azad olmağa çalışın. Lviv sizi gözlədiyinizdən tam fərqli qarşılayacaq. Bu fərqlilik yalnız müsbətə doğrudur. Sizi başa düşməsələr belə (dil olaraq) sizə yardım etməyə çalışacaqlar. Yerli əhali bu baxımdan çox nəzakətlidir. Səhəri kofe və ya pivə ilə açmağı, restoranlarda yeməyi, əylənməyi, çalıb-oynamağı sevirlər. Qısacası, həyatdan zövq almağa çalışırlar. Donuz əti bir çox yeməkdə istifadə olunur, yemək sifarişində bunu nəzərə alın. Spirtli içki içmirsizsə, o zaman kofe sifariş verdiyinizdə də bunu dəqiqləşdirin. Bəzi restoranlarda yerli kofe içkilərində alkoqol ola bilər (məsələn, House of Legends Lviv kofesində alkoqoldan istifadə edir).Əgər Lvivda uzun müddət qalırsızsa, mütləq yaxınlıqda yerləşən Karpat dağlarına da gedin. Bunun üçün həm Bazar meydanında təklif olunan tur paketlərdən (təxminən 300 UAH) istifadə edə, həm də öz təşəbbüsünüzlə gedə bilərsiniz. Skole ən yaxşı variantlardan biridir. Bu kiçik qəsəbədə XVII əsrə aid taxta kilsə ilə yanaşı “Skole Beskid” Milli Parkını da (Національний природний парк “Сколівські Бескиди”) ziyarət edin.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tural Isgandarov

2009 dəfə oxunub

Bir Gəzəyənin Türkiyə günlüyü - Datça, Pokut, Sal

DatçaDatçadakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Egenin ən gözəllərindən Datçaya necə getmək, 1 gündə nə etmək, dənizə harada girmək olar?- Datçaya ən yaxın havalimanı Dalaman havalimanıdı. Havalimanı-Datça arası 2,5-3 saata yaxın sürür.- Datçaya girmədən yolunuzun üstündə Kızlan kəndi var, köhnə dəyirmanlarıyla məşhurdu, istəsəz baş çekin, yola çox yaxındı. (Mən keçən il getmişdim, bu dəfə getmədim)- Datça girişində Olive Farm var, mütləq gedin. Zeytun bağının içində gözəl bir çiftlikdi bura. Yeməklik yağdan güneş yağına, kremdən sirkəyə, qab-qacaqdan şampuna-sabuna qədər zeytun ve badamdan istehsal edilən məhsulların satıldığı mağazanı gəzin, kafesində portağal suyu için. Satılan məhsulların qiyməti bahadı, amma keyfiyyəti əladı.- Olive Farmı gördükdən sonra ana yola çıxıb 1 kilometr davam etdikdən sonra sağa Eski Datçaya yol dönür. Datçanın ən şirin yeridi bura. Mütləq gəzin, görün. Agapi Kafenin musiqilərinin müşayiətiylə arxa bağçada bir şeylər için, qalxmaq istəməyəcəksiniz. Bütün Egede gördüyüm ən gözəl musiqi seçimi olan yerdi. Can Yücel sokağında şəkil çekdirməyəni ve buzlu badəm yeməyəni döyürler????- Eski Datçanı gördükdən sonra yeni Datça sahilə enin, Sevgi Yolunda yürüyün, Yoldan mavi bayraqlı Hastanealtı çimərliyine enin, bəyənməsəz Kumluk, onu da bəyənməsəz Taşlık çimərliyinə gedin.- Sonra Datçadan Mesudiyəyə doğru yola çıxın. 25 dəqiqə sonra Mesudiyənin möhtəşəm Palamutbükü koyundasınız. Nostalgia Kafedə bölgənin ən ləzzətli Kabak çiçəyi dolmasını yeyin, özünüzü dənizə atın:) Palamutbükündən geri dönərkən Ovabükü ve Hayıtbükü koylarına da girə bilərsiz - Palamutbükünə görə daha kiçik, daha səssiz, amma suyu eyni dərəcədə gözəl koylardı. Ya da dənizdən bezdik deyirsizsə Palamutbükünün üstündən yarımadanın ucuna doğru gedib Knidos antik şəhərini görə bilərsiz.- Datça gezisini bitirib geri döndüyünüz zaman qəsəbənin çıxışındakı Datça Vineyard-a mütləq baş çəkin. Əla şərablar, möhtəşəm ambiyans ve üzüm bağları sizi gözləyir. Şərabın istər dadına baxın, istər bəyəndiyinizi alın.- Datçaya bir gedən bir də gedir, unutmayın :)Pokut-Sal-HazindağÇamlıhemşindəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Qara dənizlə bağlı burada bir post paylaşdım, hələ də az qala her gün inboxda kimsə nəsə soruşur. Ona görə dedim, izninizlə, ayrı-ayrı bölgələrlə bağlı ayrı-ayrı postlar halında detallı məlumatlar yazım ki, daha aydın olsun:)Qara dənizə ilk dəfə yolu düşənlərə tövsiyəm Pokut-Sal-Hazindağ marşrutudur. Bu marşrutu 3 günə gəzə bilərsiz.- Avtobusla Bakıdan ve ya Tiflisdən (Batumdan) gedəcəklər Rizə Ardeşende və ya Pazarda düşür, Çamlıhemşin dolmuşuna minir. Hər saat başı dolmuş var - 7 lira.Taksiylə getmək istəsəz Ardeşendən Çamlıhemşine 60 lirədi.İşin çətin hissəsi bundan sonradı.- Çamlıhemşindən Pokut yaylasına getmək üçün ən lüks variant 4х4 maşın kirayələməkdi. Mən 4x2 ilə də getdim, gedilə bilər yəni, amma ilk gedənlərin çox diqqətli olması lazımdı:)İkinci variant taksidi - taksilər Çamlıhemşinden 200 liraya aparır. Üçüncü variant gündəlik turların biriylə danışmaqdı - yer varsa, sizi de 50 lireyə aparırlar minibüslər. Dördüncü variant avtostopdu. Beşinci və ən çətin variant ayaqla getməkdi - Çamlıhemşin-Pokut arası 17 km ve bunun 12 km-i dik virajlı yollardı. Ən az 13-14 saat yürümək lazımdı.- Bu variantların hər hansı biriylə özünüzü Pokuta atdınızmı, bütün çətinliklər və hesablar yaddan çıxacaq:) Cənnətdəsiz artıq. Pokutda 6 pansiyon var. Qiymətlər adambaşı 200-230 lire arasında dəyişir. Bütün pansiyonlar sabah və axşam yemək verir. Ən gözəl mənzərəsi olan Pokut Doğa Konuk evi ilə Eynetap Pansiyondu. Ən gözəl yeməklər isə Platoda Mola və Pokut Yayla Evindədi.Pansiyonlar yayla evləridi - hər şeyləri tərtəmizdi, amma aşırı lüks gözləməyin, 2000 metr yüksəklikdəsiniz. Meselen, hamamlar ortaqdı - hər otaqda hamam yoxdu, xəbəriniz olsun.Pokutda günorta acınca pulla yemək yeyə biləcəyiniz iki yer var - Patika Kafe və Pokut Doğa Konuk Evi.- Pokutda aşağıda çadır qurmağa icazə yoxdu, amma yaylanın üstündəki təpədə çadır qura bilərsiz.- İstəsəniz Pokuta 15 dəqiqəlik məsafədə olan Sal yaylasında da qala bilərsiz. Salda çadır qadağandı, amma pansiyonlar var. Tövsiyəm Pilunç Pansiyon. Qalmasanız belə Pilunç Çay Evinin sütlacını mütləq yeməlisiz.- Pokutda ən gözəl yürüyüş vaxtı sabah tezdəndi. Saat 5-də qalxıb təpəyə çıxınca 360 dərəcəlik panorama başınızı döndürəcək. Sal yaylasına, Eynetap düzünə, bir də patikadan çıxacağınız bir düzlük var - oraya yürüyüb çiçək toplayıb gələ bilərsiz:) Gec qalsanız duman gələcək böyük ehtimalla, amma narahat olmayın dumanla günəş saniyələrlə yer dəyişdirir.- Bölgənin ən gözəl günbatımı mənzərələrindən biri Sal yaylasının üstündədi. Axşam oraya çıxa bilərsiz. Avqustun ortalarından sonra günbatımını çox aramayın, çox nadir olur.- Pokut ve Salda 2 gün qalmaq bütün bunları görmənizə yetər, 3-cü gün Hazindağa gedin. Pokutdan Hazindağa çox gözəl bir meşə yoluyla 2,5-3 saata gedə bilərsiz. Qara dənizin ən gözəl yollarından biridi. Mütləq gedin:) Hazindağda bir pansiyon var hələlik. Yürmək istəməsəniz o pansiyonun sahibi həm də Pokutdakı Doğa Konukevinin sahibidi, deyərsiz, transferi həll eləyər (pulla tebii:))- Hazindağdan sonra vaxtınız qalsa bir gün də qalıb Amlakit və Samistal yaylalarına yürüyə bilərsiz. Sonra ya Pokuta geri dönüb oradan, ya da Hazindağdan Palovitə keçərək qayıda bilərsiz.- Pokutdan aşağı enincə bir gün də keçirmək istəsəniz və teleferikdən qorxmasanız mütləq Çulina mahallesinə keçin. İnternetdən və ya orada birindən soruşa bilərsiz - Kendini Koruyan Mahalle haradı deyə. Qala da bilərsiz, teleferiklə gedib çay-pive içib qayıda da bilərsiz. Teleferik adambaşı 30 tl, orada qalası olsanız adambaşı 200 lira (sabah ve axşam yemeyi daxil). Gedəndə salamımı söyləyin:)Çulinadan enincə Çinçiva kəndində dayanıb tarixi körpüdə şəkil çəkdirə bilərsiz, ən gözəl üçüncü nəsil kahvecisi Zua’da kahve içib tatlı (dağ çilekli muhallebi istəyin) yeyə bilərsiz, Cugal Kafedə qara lahana sarması və muhlama yeyə bilersiz, Peri Dükkandan hədiyyəlik ala bilərsiz.- Sonrasını sonra yazaram:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1404 dəfə oxunub

Avtostopla macəra dolu Fəthiyə turu

Fethiyədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Uzun zaman könüllü işlədiyim yerdən ayrıldıqdan sonra orda tanış olduğum biri ilə yola qoyulduq. Yola çıxdıqlarını yolda tanıdıklarına dəyişmə misalını bir kənara qoyub yeni bir macəraya yelkən açdıq.  Beləliklə rotamızı bəlirləyib yola qoyulduq. İlk dayanacağımızFethiye oldu. Dalyandan öncə Ortaca yoluna çıxıb ordan da Fethiyeyə keçmək idi planımız, amma şansımıza bir başa gedən birisi oldu. İlk gecə üçün çadırımızı gün batımını bütün möhtəşəmliyi ilə izləyə biləcəyimiz “Çalış plajı”nda qurmağa qərar verdik. Səhər saat 9da Fəthiyəyə gəlib çatdığımız üçün axşama qədər mərkəzi və bir çox tarixi yerləri gəzdik. Beləki qaya məzarlarına getdik və “Fethiye kalesi”nə çıxdıq. Səfərimizin birinci günü üçün xərcim ancaq 10tl oldu.İkinci gün üçün planımız Kayaköy => Ölüdeniz=> Kelebekler Vadisi =>Yeşil vadi şəklində idi. Ondandır ki, sabah saat 8də yola çıxdıq. Otostopla çox gözəl bir insanın sayəsində 15-20 dəqiqəyə Kayaköy-ə çatdıq. Türkiyədə mübadilə zamanı boşaldılan bu kənd indilərdə tamamilə boşdur. Heç bəzi yollarında turistə də rast gəlmədiyimiz bu yerə giriş 5tldir. Amma girişdən bir az daha irəli gedib bulağın yanından pulsuz daxil ola bilərsiz. Kabusların belə küsüb getdiyi bu yerdə çox gözəl mənzərələrə rast gəldik. Məlumatlandırma lövhələrindən oxuduqlarımla bir çox suallarıma cavab tapmasam da hər kəsin mütləq gedib görməli olduğu bir yerdir.Dünyanın ən gözəl səyahət rotası olan Likya yolunun üzərində yerləşən Kayaköydən Ölüdənizə doğru yola çıxdıq. Likya yolunun ancaq 6km kimi qısa bir hissəsini yerimək yolun sonunda bizi məhv etdi. İnsan yolundan çox keçilər üçün uyğun olan bir yol idi. Siz siz olun belinizdə 10+kq bir çanta ilə bu yolu yeriməyi ağlınızdan belə keçirməyin. Bir neçə saatlıq hikingin ardınca tamamilə tükənmiş halda Ölüdənizə vardıq. Yol bizi özəl bir plaja çıxardı, amma onun yanındakı bir boşluq hissədə gözəlcə dənizə girdik. Bir az dincəlib Ölüdənizdə ünumilikdə paraplan enişlərinin olduğu bir plaja getdik, orda doyunca yedikdən sonra otostopla digər bir rotamıza doğru irəlilədik.Gəzənfərd 2. Avtostop: Nəriman Niftəliyev və Tofik Eynullayev[youtube https://www.youtube.com/watch?v=4SCBWHs_Fu8&w=560&h=315]Yenə şansımız yavər getdi, otostopda çox gözəl bir insanla tanış olduq və Kələbəklər vadisi üçün yola çıxdıq. Daha çox insanların gəmi ilə getməyi tərcih etdiyi bu vadiyə maşınla 20dəqiqəyə çatdıq. Gəmi turlarının qiyməti 15-25tl arası dəyişir. Yolun Sonrasında gördüyümüz mənzərə bizi heyrətə gətirdi, dənizə düşmək üçün olan yol isə bizi şoka saldı. Dağçıların sevəcəyi qayalarla düşmə və çıxmadan ibarət olan bu yolun ancaq birinci ipin enə bildik. Əgər sona qədər getmək fikriniz varsa hiking ayaqqıbılarınızı özünüzlə götürüb, yaxşıca məşq edərək yola çıxın.Bütün yorğunluğumuza baxmayaraq o gün üçün planımızda növbəti dayanacaq olan Yaşıl vadiyə doğru yola çıxdıq. Bir çox blog yazısında haqqında oxuduğum bu ünvana çatdığımızın ilk anında təəssüflənməyə başladıq. Yazılanlarla və ya internetə yerləşdirilən şəkillərlə heç bir əlaqəsi olmayan bu yerdə qalmaq planını ləğv edib yenə geri döndük. Bu arada qeyd edim ki, Yaşıl vadiyə mərkəzdən gedib geri dönməyimiz 2 saatdan çox vaxtımızı aldı. Nə isə uzun sözün qısası heç getməyə dəyməyəcək bir ünvandı, itirdiyimiz zamana yazıq. Ümumən 2ci gün 8.50 tl xərclədim, bu da ancaq yemək və su üçün. Fəthiyəyə yolu düşənlərə məşhur bir yerdə tost yeməyi deyirlər amma elə də bir xüsusi ləzzəti olmadığı üçün burda adın yazmıram yerin ????Gecəni yenə Çalış plajında keçirib səhər günəşin ilk şüaları ilə yuxudan durduq. Öncədən aldığımız abur-cuburla səhər yeməyini atışdırıb, Saklıkent-ə doğru, eləcə də Fəthiyə ilə bağlı son ünvanımıza doğru yola düşdük. Saklıkent Fethiye ile Kaş arasında mərkəzdə yerləşir. Ondandır ki, hər iki şəhərdən oraya turlar olur. Yenə otostopla və ümumilikdə 4 maşın dəyişərək bizə gərək olan ünvana çatdıq.  Dolmuşla buraya gəlmək sizə 11tl başa gələcək. Saklıkent milli parkına giriş isə 3tldir. (Tələbələr 3tl, ümumi 6tl; çox təəssüf ki, müzekart işləmir) Saklıkent 21km uzunluğunda olan, minilliklər əvvəl geoloji parçalanma nəticəsində yaranmış Türkiyənin 5 ən gözəl kanyonundan biridir. 200metrəyə varan kanyon yüksəkliyinin bəzi yerlərində ancaq tək bir insan keçə bilir, ümumilikdə isə 20-30metrə eni var. Oraya gedən hər kəs ancaq ilk 2-3 km yeriyə bilir sonrasında yenə çox çətin yollar başlayır. Bu arada soyuğa mənim qədər həssazsizsa heç getmək üçün burayı listənizə almayın. Çünki sadəcə ilk keçiddən sonra artıq ayaqlarımı hiss etmirdim ???? Günün ikinci yarısında biz artıq yeni bir şəhərə doğru yola çıxmışdıq və nəticə etibarı ilə Fəthiyədə xərclədiyim pula son olaraq su üçün istifadə etdiyim 2tl əlavə olundu.Əgər ki, yolunuz bir şəkildə Fəthiyəyə düşərsə bütünü ilə valeh olacaqsız. Burda həm tarix, həm də təbiətin bütün gözəllikləri göz oxşuyur. Digər bütün rəsimlərə isə tezliklə facebookda “Bilməzin macəraları” səhifəsindən baxa biləcəksiz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Nil Azim 

1619 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!