Dubay bələdçisi

Dubaydakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Dubayda haralara ve necə getməli?4 günlük Dubay səfərim artıq bugün başa çatır və qərara aldım ki,topladığım praktikayla qrupda bölüşüm ki, gələcəkdə Dubaya yolu düşənlər hər yerə taksiylə gedib əlavə xərc yaratmasınlar və istədikləri yerə rahatlıqla çatsınlar. İnşallah faydali olar.Hər şeydən öncə qeyd edim ki, exchange-lər banklardan ayrılıqda yerləşir və ölkədə hər yerdə məzənnə demək olar eynidir. Yəni, bizdəki kimi aeroportda ayrı, şəhərdə ayrı, bu yanda ayrı deyil. Yeganə olaraq otellərdə dəyişsəniz fərqli qiymətə, yəni otelə sərf eliyən kimi dəyişəcəksiniz. Əgər əlinizdə hər ehtimala AED olmasını istəyirsənizsə, aeroportdakı exchange-də rahat dəyişə bilərsiniz. Çünki şəhərdə də eyni məzənnə olacaq.1)  Burj Khalifa, Dubai Mall ve musiqi fontan triadasi.Bura Dubayın ən məşhur yerlərindən biri və demək olar, hal-hazırda birincisidir. Bura gəlmək üçün metrodan istifadə etmək olar. Belə ki, eyni "Burj Khalifa" adlı metro stansiyası var. Yeri gəlmişkən qeyd edim ki, transport kartı (eyni bizdəki Bakıkart, yəni həm avtobus, həm metro, həm də tramvayda keçir) 20 AED-dir. Daha sonra karta pul yükləmək lazımdır ki, yükləmə və kart almanı metronun ortasında olan Information (üzərində "i" yazili) olan köşkdən edə bilərsiniz. Stansiyadan çıxdıqdan sonra keçid vasitəsilə düz Dubai Mall-un içinə gedirsiniz ve burdan da Burj Khalifaya çıxırsınız. Burj Khalifa-da çıxacağınız mərtəbəyə və saata görə qiymətlər dəyişir. Bilet sırasına durmayasınız deyə məsləhətdir ki, Dubai Mall-un içində olan akvariumun yanında Burj Khalifa bilet satış məntəqəsindən əvvəlcədən bilet alasınız. Mən bileti 124-125-ci mərtəbələrə aldım və mənə bir nəfər üçün 145 AED başa gəldi. Bundan daha ucuz 125 AED də var idi, sadəcə bu biletlər hamsı satılmışdı. Mənim biletimin baha olmasına səbəb çıxışda Burj Khalifa kafesində çay, kofe, su, sok, şirniyyatların biletə daxil olması ile elaqedar idi. Biletin ən bahalısı gün batımı vaxtına uyğun gəlir, çünki deyilənə görə ən gözəl vaxtı da məhz ondadır.Əgər Dubai Mall-a getmisinizsə, mütləq mall-un içindəki şəlaləyə baş çəkməlisiniz. Yəqin ki, şəkillərdə göydən sallanmış adamlar olan şəlaləni görmüsünüz. Bu şəlalə Burj Khalifaya bilet satış məntəqəsindən çox yaxın yerləşir. Bilet satış məntəqəsi özü də Dubai Mall-un içindəki akvariumun qarşısında yerleşir. İçində akula kimi nəhəng balıqlar da var. Sizə maraqlı gələ bilər.Bundan başqa Burk Khalifa-nın qarşısında məşhur musiqili fontan var ki, onu da görmək lazımdır. Yaxşı olardı ki, fontana axşam gedəsiniz. Bu halda daha gözəl olur və elə maraqlısı da axşamdır.2) Emirates MallDünyanın ən bahalı mall-larından və səhv etmirəmsə, birincisidir. Dubai Mall-la müqayisədə çox-çox bahadır. Girişində həmişə luxury maşınlar olur. Lamborghini, Maseratti, Ferrari, Bugatti ve s. gördüklərimdəndir. Məhz buna görə də qiymətlər fantastikdir. Burda hamsı brenddir ve ucuz şey tapmaq mümkün deyil. Müqayisədə Dubai Mall daha ucuzdur. Ümumən isə Azərbaycandakı qiymətləri gördükdən sonra istər Dubai Mall, istərsə də Emirates Mall-dan paltar almağa əli gəlmir. Məncə, paltar üçün Dubay yaramır. Bəlkə yarayan yeri də var, amma mən görəmmədim. Bura sadəcə "hə, gəldim buranı da gördüm" demək üçün, məncə, gələ bilərsiniz.Bundan başqa Emirates Mall-un içində süni xizək və snowboard kurortu var. Qiymətini bilmirəm, amma istəyən istifadə edə bilər.Bu arada qeyd edim ki, Emirates Mall adlı metro stansiyası vardır ki, siz bura rahatlıqla metroyla da gələ bilərsiniz. Keçid vasitəsilə birbaşa mall-un içinə girə bilərsiniz.3)Miracle Garden Dubai ve Dubai Butterfly GardenMəncə, Dubayın həqiqətən görməli yerlərindən biridir Miracle Garden. Çiçəklərlə bəzədilib hər yer və maraqlı fiqur və heykəllər var. Bir növ bizim Gül bayramını xatırladır. Giriş adambaşı 40 AED-dir. Nisbətən uzun yol getmək lazımdır ora. Mən çox axtarış etmişdim və oxuduqlarımın əksəri "taksiylə getmişik" deyə cavablamışdılar disputu. Mən sizə ucuz versiyasını deyim. Demək, düz Emirates Mall-un qarşısında 105 nömrəli avtobusla Miracle Garden-a gedə bilərsiniz. Avtobus Emirates Mall-Miracle Garden marşrutu üzrə işləyir və arada dayanacaqlarda saxlamır, birbaşa hərəkət edir. Qayıdanda da eyni avtobusla geri qayıda bilərsiniz mindiyiniz yerə. Unutmayın ki, avtobus Bazar - Cümə axşamı (Bazar - 4cü günlər) 14:00-20:00 aralığında, Cümə və Şənbə günləri isə 12:00-22:00 aralığında işləyir. Avtobusdan istifadə haqqı 3 AED-dir. Park isə həftə içi 09:00-21:00,  Cümə və Şənbə (5-6cı günlər) isə 09:00-23:00-can işləyir.Miracle Garden ilə yanbayan maraqlı başqa bir park Dubai Butterfly Garden var. İçində çoxlu kəpənəklər var. Bura saat 6-da bağlanır deyə, bura girə bilmədik. Amma internetdən araşdırdığıma görə çox maraqlı olmalıydı. Miracle Garden-a getmək fikrindəsinizsə, məncə, ora da baş çəkin.4)Səhra safari turu (Desert safari tour Dubai)Dubaya gəlib bu tura qatılmamaq, məncə, ağılsızlıq olar. Bu tur, məncə, baha başa gəldi çünki araşdırmağa və ucuzunu almağa vaxt olmadı başım qarışdığından və ani getmək qərarı verdiyimə görə. Adam başı 55$-a başa gəldi. Tura daxildir: sizin oteldən Toyota Land Cruiser 200, Toyota Sequoia və yaxud hər hansı yolsuzluq avtomobili ilə oteldən götürülməniz və səhraya çatdırılmanız və səhra təpəciklərində maşınla əylənməniz, daha sonra səhrada kampa gəlib burada 2 dəfə yemək, şirniyyat, su, sok, çay, kofe və müxtəlif show-lara (alov, rəqs) baxmanız daxildir. Eyni zamanda kamp girişində dəvəyə minmək də turun puluna daxildir. Amma üstündə fotoqraf şəklinizi çəksə, şəkili sizə satacaq. Qiyməti 50 AED deyirdi, amma mən 30-a saldım. Satanda dedi ki, amma burda heç kimə demə o qiymətə aldığını, yoxsa onlar da o qiymətə istəyəcək.)) Kampın içində həm kişi, həm qadın ərəb milli geyimləri var ki, asanlıqla geyinib istədiyiniz qədər telefon və ya kamerayla şəklinizi çəkə bilərsiniz. Bu da turun ödənişinə daxildir. Bütün bunlardan sonra sizi otelə gətirirlər. Tur 14:30-21:00 aralığını əhatə edir. Çox maraqlıdır və getməyiniz, məncə, mütləqdir.5) Burj Al Arab Hoteli (Yelkən Otel)Bu oteli tanımayan, məncə, yoxdur. Otelin içinə giriş üçün ya siz burada gecələməlisiniz (hansı ki, çox bahadır), ya da xüsusi turlara qoşulmalısınız. Yəni, darvazadan içəri giriş pulladır. Amma əgər siz şəkil çəkdirmək istəyirsənizsə, onda yolunu deyim necə edin. Dubayda çimərliklər 2 cür olur: ictimati çimərliklər (public beach) və ödənişli. Otelə ən yaxın çimərlik Jumeirah Open Beach ictimai çimərliyidir. Bura gəlmək üçün Emirates Mall-un qarşısından 81 nömrəli avtobusa minmək lazımdır. Düz yanına gəlir. Sadəcə sürücüyə əvvəldən deyin ki, sizə xəbər versin çatanda. Çimərlik boyu gəzə-gəzə otelə tərəf gələ bilərsiniz. Çimmək istəsəniz, yadda saxlayın ki, burda çimərlik kişi və qadınlar üçün ayrıdır. Əgər lap qarşısında şəkil çəkdirmək istəyirsinizsə, onda Jumeirah oteli (elə bizim Jumeirah Bilgeh Beach otelə oxşayır eynən) keçin və otelin girişinə gedən darvazanın qarşısında şəklinizi çəkdirin. Burj Al Arabin düz yanında Wild Wadi deyilən aquapark var ki, istəsəniz gedə bilərsiniz. Geri qayıdanda Wild Wadi-nin qarşısındakı dayanacaqdan 81-lə yenə Emirates Mall-a qayıda bilərsiniz.6) Dubai MarinaBura gəlmək üçün metrodan istifadə edə bilərsiniz. Bunun üçün DAMAC Properties stansiyasında düşmək lazımdır. Daha sonra 100-200 metr piyada getsəniz, lazımi yerə çatacaqsınız. Deyim ki, belə super cəlbedici yerdir, yox. Sadəcə turistlərin çox gəldiyi yerdir və orta dərəcəli qiymətləndirərəm buranı.7) Dubai Palm Jumeirah ve Atlantis The Palm HotelPalma adalarına gəlmək biraz uzun-uzadıdır. Məsləhətdir ki, bura Dubai Marinaya gəldiyiniz vaxtla eyni günə salasınız. Çünki əvvəlcə DAMAC Properties stansiyasına gəlmək, daha sonra keçidlə Dubay Marina tramvay dayanacağında "Al Sufouh"a gedən tramvaya minmək lazımdır. Amma tramvay birbaşa palma adalarına getmir. Siz 9 nömrəli Palm Jumeirah stansiyasında düşüb keçidlə Monorail-lə getməlisiniz. Monorail bizdə olmayan nəqliyyatdır. Gediş-qayidiş bileti 25 AED-dir. Metro, tramvay və avtobusda keçən kart burda işləmir. Monorail-lə Atlantis otelində, yəni ən axırıncı stansiyada düşməlisiniz. Yəqin ki, çoxunuz bu oteli gürmüsünüz və oralar təmiz ayrı yerdir sanki. Getməyə dəyər.Unutmayın!* Dubayda 3 sinif vaqon var: qadın üçün, kisilər üçün və gold class. Kişi və qadın klassları bir-birindən çəhrayı xətlə aralanır. Bu qayda avtobus və tramvayda da keçərlidir. Həmçinin açılacaq qapı hansı vaqona aid olması haqda stansiyada yerdə də məlumat olur. Qadın tərəfdə getsəniz, qatarda yazır ki, cəriməsi var. Amma cəriməni kim yazır bilmirəm. Çünki ortalıqda bir adam olmur onu yazmağa. Ərəblər bu qaydaya əməl etsə də, turistlərin bəziləri fikir vermir. Vaqonlar hamsı bitişikdir və maşinist yoxdur. Qatar öz-özünə hərəkət edir.* Transportda kartın istifadəsi bizimkindən fərqli olaraq kartı vurduqda əvvəldə pulu çıxmır. Çünki məsafəyə görə burada kartdan çıxılan pul fərqlənir. Metro, avtobus və ya tramvaya minməkçün vurursunuz kartı və çıxanda yenə vurursunuz kartı stansiyada. Uyğun olaraq özü çıxır pulu.* Unutmayın ki, Ərəb Əmirliklərində istirahət günü Cümədir. Burada 6-Bazar hər yer işləyir. Odur ki, harasa getməmişdən öncə Cümə günü olduğuyçün işləyə bilməyəcəyini nəzərə alın.İnşallah ki, bir yararı dəyər. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ismayil Melikov

3641 dəfə oxunub

Yürüyüş - Santiaqo Yolu

Salut! Yaxınlarda etdiyim 715 km-lik solo hiking-lə bağlı təcrübəmi sizlərlə bölüşmək istədim  Hiking məşhur El Camino de Santiago adlanır. Başlanğıc nöqtə Fransa ilə İspaniyanın sərhədindən başlayır və onun sonunadək davam edir. Qızlar da heç çəkinməsin, deyərdim ki, solo səyahət edən qızlar üçün ən təhlükəsiz yoldur! O qədər təhlükəsiz ki, sübh saat 5-6da belə mənim tək telefonumun fənəri ilə yola düşdüyüm, meşənin içindən keçdiyim vaxtlar da olub. Qaranlıq qorxum olduğuna görə, onu bu yolla aşmaq istəyim güclü idi, duxumu güclü saxladım ( ) və bacardım.Belə baxanda, ümumilikdə yolda tək olmursunuz, yol boyu dünyanın hər yerindən gələn səyahətçilərlə tanış olmaq, dostlaşmaq imkanınız olur. İstədiyiniz zaman da özünüz üçün tək yolunuza davam edə bilərsiniz. Yolda heçkimin beynini aparan, yoran da olmur. Çünki bura əsasən hamıdan, hər şeydən dincəlmək istəyən adamlar, öz düşüncələrində gəzmək istəyən adamlar axışıb gəlir. Hikinq bütün il boyu davam edir, lakin hər mərhələdə dağa-təpəyə aparan yollar, oradan enişlər də olduğuna görə, qışda bu yollar bir az təhlükəli olur. Bir ay davam edən yolda çantanı daşımaq da var təbii ki. O səbəbdən ağır olmasın deyə mən avqust ayını tərcih etdim. Ümumilikdə, işdi gedəsi olsanız, çalışın backpack-iniz bədən çəkinizin ancaq 10%-ni təşkil etsin, artıq olmasın. Çünki gəzdikcə, günlər keçdikcə belinizdəki yük sizə daha ağır gəlməyə başlayır. Belə olanda yolda qarşıma çıxanlardan bəziləri əşyalarını, pal-paltarlarının müəyyən hissəsini poçtla evə göndərir, bəziləri isə albergue-lərdə (hostel tipli gecələmək üçün yerlər) donative olaraq bağışlayırdılar.Fiziki gücünüz və iradəniz də möhkəm olmalıdır. Mən həm də bunu yoxlamaqdan ötrü ən uzun yolu seçdim - 799 km Camino Frances yolu adlanır. Lakin 3 dəfə avtobusdan istifadə etməli oldum. Çünki ayaqlarım dad edirdi və addım ata bilmirdim. Bu isə hiking təcrübəsizliyimdən və bir az fiziki hazırlığımın zəif olduğundan irəli gəldi. Belə olan halda da iradənin güclü olması deyərdim ki, böyük rol oynayır. Gün ərzində ən az getdiyim məsafə 17 km (bir dəfə), ən çox getdiyim məsafə isə 37 km (2 dəfə) olub. Özünüzə görə günlük neçə km qət edə biləcəyinizi özünüz müəyyən edə bilirsiniz, yolunuzun üstündə qalmağa kəndlər və şəhərciklər var. Albergue-lərdə isə bir gecəlik qiymət 5-13 avro arası dəyişir. Bəzilərinə səhər yeməyi də daxil olur, bəzilərində isə mətbəx olur. Mağazadan alış-veriş edib özünüz yemək bişirə bilərsiniz. Ümumilikdə sərf edilən məbləği təxmini olaraq günə 20-30 avrodan hesablayıb bu səyahəti planlaşdıra bilərsiniz. Mən ötən ilin noyabr ayından bunu planlamağa başladım Xəritəsiz də ötüşmək olur. Yol boyu xəritədən istiqaməti tapmaq üçün yox, ancaq neçə km gedəcəyimi müəyyən etmək üçün istifadə etmişəm. Xəritəyə ehtiyac olmur, sizi lap başdan sonacan sarı ox işarələri və balıqqulağılar (Camino-nun simvollarından biri) müşaiyət edir.Uzun yol olduğuna görə, bütün məlumatları və təcrübəmi sığışdıra da bilmirəm əslində  bir bloq yazısı yazmağı fikrimdə tutmuşam. Adminlər buraya link yerləşdirməyə icazə verirlərsə, yazı çıxdıqdan sonra linkini qrupa ata bilərəm.Fotolarda isə yol boyu yaşanılan gözəl anlardır. Bunlar ancaq telefonla çəkilənlərdir.  Suallarınız olarsa, buyurun Gəzin, keyf eliyin Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Gulnar Salim

1252 dəfə oxunub

Dünyanın ən elit xizək məkanı – Courchevel

Courcheveldəki bütün otel, apartament və hostelləri  bu linkdən book (bron) edə bilərsiz.Xizək mövsümünün başlamasına az qalmış dedim xizək kurortu olan Courchevel haqqında yazını sizlərlə paylaşım. Deməli Courchevel Fransa Alplarında Les Trois Vallees yəni Üç vadi adlanan ərazidə olan Saint Bon vadisində yerləşir. Dünyanın ən uzun xizək cığırları məhz buradadır. Xizək cığırlarının ümumi uzunluğu 600, ən uzun xizək cığırının uzunluğu isə 120 kmdir. Dünyanın ən yaxşı xizək kurortu hesab olunur, digər xizək kurortlarından fərqli olaraq bütün növ əyləncələrin, gecə həyatının ən yaxşısı burada toplandığı üçün bura Fransanın qış San Tropesi deyirlər. Hong Kong, Kann və Tokyo kimi şəhərlərlə birlikdə dünyanın ən bahalı 6 məkanı sırasına girir. Buna görə də George Clooney, Roman Abramoviç, di Caprio, Armani və Mərakeş kralı kimi bir çox məşhur adlar qış tətillərini məhz burada keçirirlər. Hətta gəzən şayiələrə görə Abramoviç buranı o qədər çox bəyənib ki, bütün kurort mərkəzini almaq istəyibmiş. Mərkəzdə gəzərkən və ya xizəklə sürüşərkən bir andaca ətrafınızda tanınmış bir iş adamını, aktyoru və ya idmançını görə bilərsiniz. Məşhur formula 1 pilotu Şumaxer də məhz 3 Vadinin digər vadisi Meribeldə qəza keçirmişdi ???? Xizək mərkəzi 1300-1850 metr hündürlüklər arasında yerləşir və bu hündürlüyə görə 3 kiçik şəhərə Courchevel 1550, Courchavel 1650 və Courchavel 1850 adları verilib. Təbii olaraq hündürlük artıqca otel və xidmətlərin qiyməti də ona uyğun olaraq artıq. Amma Courchevelin bütün qəlbi əlbəttə ki, 1850də döyünür. 1850-də gəzərkən ətrafı yalnız Prada, Bvlgari, Chanel, Luois Vuitton və s. kimi şıq brendlərin butikləri bəzəyir.Courchevelə varıf gəlmək üçün bir neçə yol var. Courchevelin özündə hava limanı var ancaq ora vertolyot və ya çox kiçik təyyarələrlə getmək olar və eniş üçün yalnız xüsusi pilotlara icazə verilir. Courchevel hava limanı uçuş zolağının qısalığı və eniş dərəcəsinə görə dünyanın ən təhlükəli 7-ci hava limanıdır, o səbəbdən də ora getmək üçün təyyarə ilə Lyon, Turin və ya Cenevrəyə uça, oradan isə maşınla Courchevelə keçə bilərsiniz. Normalda rahat olduğuna görə ən asan yol Lyondandır. Mən ilk dəfə məhz Lyondan getmişdim, 2ci dəfə isə Cenevrədən. Annecy gölünün sahilləri ilə irəliləyərkən o möhtəşəm mənzərəni görüb düşünmüşdüm ki, Courchevelə getməyin yeganə yolu məhz Cenevrədən olmalıdır. Amma bu işin bir əmması var ki, hava limanından Courchevelə getmək üçün maşın kiralayacaqsınızsa Lyon qiymətlər ucuz olduğundan daha sərfəli varyant kimi görsənir.Gecələmə üçün Courcheveldə 2 seçim var ya şalet adlandırılan qış evləri ya da saysız-hesabsız 1* otellərdən tut taa Fransada cəmi 9 ədəd olan və 2-i Courcheveldə yerləşən 6* saray adlandırılan otellərə qədər. Əgər ailəvi, 3-4 nəfərlik gedirsinizsə şaletlər daha əlverişlidir, həm qiymətlər ucuz olacaq həm də qidalarınızı özünüz bişirə biləcəksiniz. Yox əgər 1-2 nəfərlik kiçik qrupla gedirsinizsə otellər ən ideal varyant kimi görsənir. Öncədən də qeyd etdiyim kimi, yüksəklik artıqca qiymətlər də artır və aşağı ərazilərdə otel kirayələsəniz belə yenə də liftlərlə ən yuxarı hündürlüklərə qədər qalxıb oradan aşağıya sürüşə bilərsiniz. Amma şəhərin bütün sosyal və gecə həyatı Courchevel 1850-də olduğundan turistlər arasında daha çox 1850 tərcih edilir.Mən ilk getdiyim ili Les Ducs de Savoie 3* otelində qalmışdım. Otelə daxil olub otağımın qapısını görəndə xəyalqırıqlığına uğrayıb fikirləşmişdim ki, əgər qapısı belədirsə içi yəqin ki, olsa-olsa max 2* olar amma içəridə məni tamam başqa bir mənzərə qarşılayırdı. Otaq 5* otellərin otaqları ilə yarışacaq rahatlıqda idi və balkonu dağlara açılırdı. Personalın xidməti isə ən yüksək səviyyədi. Qeydiyyat masasına və ya restorana yaxınlaşanda elə xidmət görürdüm ki, özümü ingilis lordu hesab edirdim ????İkinci il isə bir az daha ucuz olan amma tam əyləncənin mərkəzində olan  Hotel Tuornier 2* otelində qalmışdım. Buradan bütün əyləncə məkanlarına 5-10 dəqiqəyə piyada gedə bilərsiniz. Ümumiyyətlə Courchevel elit məkan olduğundan otellərin klassları da dünya ortalamasından bir pillə üstün olur.Yemə-içmə məsələsinə gəldikdə burada ayaq saxlayacaqsan ya da əl ???? Bura 1860-cı illərə qədər müstəqil ərazi olub adı isə Savoy (Savoie) bu üzdən buranın yeməkləri Fransanın digər məkanındakı etnik yeməklərdən fərqlənir. Buradakı yeməkləri əsas inqridienti bütün yaz, yay boyu alp dağının döşündəki otlardan yeyən keçi və inəklərin südündən hazırlanan pendirdir.Courcheveldə 5 restoranda olmuşam Chalet de pierres, Pilatus,  La chabotte, Cap horn və Mercury Otelinin restoranı La laiterie. Fərqli əhval ruhiyyə üçün mütləq görülməliləri Cap Horndur, dağın təpəsində yerləşdiyi üçün yuxarı motorlu xizəklərlə çıxmaq lazımdır, digəri isə qarşısında sünii göl olan və dağlara açılan mənzərəsi ilə Mercury otelin La laiterie restoranıdır. Bu restoranlarda əlbəttə ki, əla fransız şərabından içilib, pendirdən hazırlanmış “fondü”nün (fondue) dadına baxılmalıdır.Tamam Courchevelə getdiz, yeməyinizi özünüz hazırlandınız, restoranlara baş çəkmədiniz amma bir restoran var ki, ora baş çəkməsəz məncə Courcheveldə olmuşam deməyin. Bu 2732 metr hündürlükdə olan Le Panoramic restoranıdır. Adının çox eşitmişdim amma olmmışdım, sonuncu gün qərara gəldim ki, bir baş çəkim. Bəxtimdən hava da günəşli idi. Liftlə buraya qalxıb (xatırlamıram 8 ya 12 avro idi liftin ödənişi) 4-5 avroya restoranın önündəki kioskdan da bir dənə amerikano qəhvə aldım və oturub mənzərənin dadını çıxardım. 360 dərəcə panorama, uzaqdan Mon Blan zirvəsi görsənir, aşağıya baxırsan qarışqa kimi görsənən adamlar xizək sürürlər və gün parıldayır. Courcheveldə bundan ləzzətli nə ola bilər ki?! ????https://youtu.be/9akAWlQOd8k?t=4Gecə klublarından şəhərin mərkəzində olan Kudetada olmuşam elə buraların ən məşhur məkanı da bura sayılır amma qiymətlər də Courchevel 1850-ə uyğun qiymətlərdir, o soyuq, şaxtanın içində od tutub yanır ????Courchevel haqqında ümumi məlumatlara gəldikdə, ilk olaraq düyanın ən uzun və geniş xizək cığırları buradadır. 330 cığır və 175 lift xizəkçilərin ixtiyarına verilib. Buna görə də ən pik vaxtlarda belə cığırlarda və liftlərin qarşısında tıxac yaranmır, boş yerə vaxt itirmirsiniz. Bundan başqa bir çox xizək kurortlarında hər otelin öz lift və cığırı olur, başqa cığırlara getmək üçün əlavə ödəniş etməlisiniz. Courcheveldə isə bütün liftlər bələdiyyəyə məxsus olduğundan bir biletlə bütün liftlərdən və cığırlardan istifadə edə bilərsiniz. Lift biletlərinə gəldikdə müxtəlif paketlər var. Say ilə, ailə paketi, 1,2 və ya 3 vadinin hamısını əhatə edən, həftəlik paketlər və s.Courchevel bütün növ xizək sürənləri nəzərə alır, yeni başlayanlardan taa ən peşəkar xizəkçilərə qədər. Belə ki, cığırlar çətinlik dərəcəsinə görə bölünüb və rənglərlə işarətlənib. Yeni başlayanlar üçün yaşıl rəngli cığırlar məsləhət görülür, orta peşəkarlıqda xizəkçilər mavi və ondan bir az çətin olan qırmızı cığırlardan istifadə edə bilərlər və son olaraq ən çətin cığır sayılan və peşəkarlıqda olimpiya çempionları ilə yarışmaq istəyənlər üçün olan qara rəng cığırlar.https://youtu.be/obL8XsGw4GA Xizək sezonu açılandan qapanana qədər (təxminən 5 ayı əhatə edir bu mövsüm) qarın yağması da, yağmaması da Courchevel üçün problem deyil. Əgər qar yağmırsa, yüzlərlə sünii qar maşınları işə düşərək sizin üçün “yeni” qar əmələ gətirir. Əgər şiddətli qar yağarsa sadəcə bəzi cığırlar təhlükəsizlik səbəbindən qapadılsa da digər cığırlar problemsiz turislərin ixtiyarında olur. Yəni siz kefinizə dava edirsiniz. Axşam saat 4-5dən sonra isə hava qaraldığından bütün liftlər və cığırlar qapadılır bu zaman isə özünüzü otellərin və ya restoranların içərisində olan odun kamenlərinin yanına verib, taxta çırtıltısı altında isti şərabınızı dada bilərsiniz. Bir sözlə Courcheveldə keçirdiyiniz hər dəqiqədən zövq alacaqsınız.Courchevel haqqında bu qədər. Əslində daha çox yazmaq istəyərdim amma heç bir sözlə Courchevelin əsrarəngiz gözəlliyini təsvir edib bitirmək mümkün olmadığından yazını elə burada da saxlayıram.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1175 dəfə oxunub

Almaniya - Obersee

Avstriya sərhədindəki mənzərəli yer haqda dünənki yazı ilə verilən bir çox sualları nəzərə alaraq, daha ətraflı bir məlumat təqdim etməyi gərara aldım.Videoda gördüyünüz mənzərəli yer Obersee adlanır. Alp dağlarında olan bir çox göllər kimi burada da su inanılmaz dərəcədə təmiz olduğuna görə gölün dibi görsənir. Üstəlik göl valehedici rənglərə bürünür sanki.Obersee gölü Almaniyada olsa da, Avstriyanın Zaltsburq şəhərindən təxminən 15, Münhendən isə 150 km aralı yerləşir. Məhz ona görə Avstriyada yaşayan və ya həmin ölkəyə turist kimi gələn insanlar üçün Obersee-yə səfər etmək qat qat rahat olar. Əgər siz ora Münhendən və ya mənim kimi Nürnberqdən getmək istəsəniz, o zaman gərək maşınla gedəsiz. Əks təqdirdə Münhendən ora çatmaq üçün 3, Nürnberqdən isə 6 saat qatarla yol getməli olacaqsız. Alternativ olaraq yaxınlıqda yerləşən hotel və ya pansionatda gecələmək olar.Bura gəlmək üçün ilk növbədə Königsee gölünə çatmalısız. Naviqator nədənsə tam başqa ərazidə yerləşən eyniadlı gölü göstərir. Ona görə diqqətli olun və Bavariyadakı Königsee-ni seçin.Königsee-yə çatandan sonra gərək mütləq “kater”-ə (yani tutumu təxminən 30-40 nəfər olan qayıq) minəsiz. Çünki Obersee gölünə başqa, yani necə deyərlər alternativ yol yoxdu. Gediş dönüş biletin qiyməti 18.50 eurodur. Gediş dönüş cəm şəkildə 1 saat 50 dəqiqə davam edir. Yani 55 dəqiqə gediş və 55 dəqiqə dönüş. Obersee istiqamətində 25 dəqiqə qayıqla hərəkət etdikdən sonra ilk dayanacaq Bartolomeu olacaq. Burada Almaniyanın 2-ci ən yüksək dağını rahat görmək olar (qeyd videoların birində əks olunur). Həmçinin buradakı restoranda yerli forel dadmaq olar. Qiymət təxminən 12 eurodan başlayır. Növbəti dayanacaq Salet - sonuncudur. Oberseeni görmək üçün gərək burada düşəsiz və təxminən 15 dəqiqə piyada gəzdikdən sonra nəhayət arzuolunan yerə çatacaqsınız.Öncədən deyim ki Königsee-yə nə gədər tez gəlsəniz o gədər yaxşıdır. Məsələn səhər saat 9-10-dan gec gəlsəniz, gəzintiyə elə də çox vaxtınız qalmayacaq. Belə ki, 2 saat ancaq qayıqla gəzintiyə sərf olunur, saat 18-00-dan sonra artıq qayıqlar işini bitirir və insanlar dağlışır.Burada həmçinin dağın başına qalxan kanat var. Gediş dönüş təxminən 14 eurodur. Ona da kifayət gədər vaxt lazımdı. Amma həm pul, həm də vaxt baxımından bunu etməyə dəyər, çünki ordan gölə möhtəşəm mənzərə açılır.Düzdü bundan da möhtəşəm mənzərələri görmək mümkündür, amma bunun üçün gərək 12 km məsafəni dağlı ərazidə piyada qət edəsiz. Buna adətən 5 saat vaxt tələb olunur. Nəticədə Archenkanzel adlı bir yerə çatırsız. Şəkillərin birində bu nöqtədən açılan mənzərə əks olunur.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Emin Guliyev

2316 dəfə oxunub

Egeyin İncisi - İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İzmirdə qaldığım 6 həftəlik müddətin təəssüratları bir ömrə sığmasa da, 1 posta mümkün qədər sığdırmağa çalışacam????. Şəhər olduqca gözəl, rahat və həm gəzilə biləcək, həm də yaşana bilənəcək şəhərdir. Bir dəfə gedənin bir daha getsəm dediyi şəhərdir. İzmir deyincə ağla gələn məşhur plyajlar, Kuşadası, Çeşme, Alaçatı kimi turistik bölgələr olsa da mənimçün bu şəhər tarixi abidələri, muzeyləri, street artları , xüsusilə günbatımları ilə yadda qalan oldu. Bu şəhərdə günbatımları sözün əsl mənasında möhtəşəmdi. Necə deyərlər tam şeir yazdıracaq, rəsm çəkdirəcək havadadı????????.Hava limanından "izban" adlanan transport vasitəsilə şəhərin bəzi hissələrinə birbaşa , bəzi hissələrinə isə metro, tramvay və ya avtobuslara transfer edərək getmək mümkündü. Onu qeyd edimki şəhər böyük olduğu üçün çox vaxt bir nöqtəyə birbaşa bir transportla gedib çıxmaq mümkün olmur və kart oxunma cihazlarına bir dəfə oxunan kart 90 dəqiqə ərzində bütün transportlarda keçərlidi. Şəhərin mərkəzi Alsancak-Kordon hissəsindən günbatımının ən gözəlini izləyə bilərsiz???? Ayrıca Alsancakda Sahil boyu uzanan parklarda məsələn bizim dostlarla görüş, oturub müxtəlif oyunlar oynama, söhbət eləmə nöqtəmiz idi. Həmçinin büdcənizə uyğun müxtəlif qiymətli kafe, restoran, bar, klubları da bu hissədə tapa bilərsiz. Atatürkün İzmirdəki ev muzeyini, zövqlə dizayn edilmiş kilsə və məscidləri ziyarət edə bilərsiz. Alsancağa Tramvayla 5 stansiya uzaqlıqda olan Konak adlı yerdə "Saat kulesi", "Kemeraltı çarşı", "Tarihi asansör"ü görmədən geri dönmək günah olar.İzmiri ovuclarının içində görmək istəyənlər mütləq Balçovada yerləşən "Teleferik"i ziyarət etməlidir. Kanatla qalxarkən  (adambaşı 10tl) kameralarınızı və gözlərinizi qarşısınızda açılacaq o möhtəşəm mənzərə üçün hazır edin???????????? şəhərin möhtəşəm mənzərəsinə qarşı piknik etmək istəyənlər ( yenə də o möhtəşəm günbatımı üçün ????????????) üçün burada hər bir şəraitlə təmin edilmiş piknik alanları da var????????????. Hərbi Muzey sevərlər "İnciraltı deniz müzesi"nə baş çəkməlidir kesinlikle???? Görevini tamamladıqdan sonra Ege fırkateyni və Piri Rəis hərbi və sualtı gəmiləri 2007-ci ildən muzey şəklində istifadəyə verilib və içinə girdikdə özümü bir an bir filmin içində kimi hiss elədim????. Müxtəlif kapitan, əsgər maketləri, səs effektləri, tarixi posterlər, müxtəlif qəzetlərin 1950-1960-cı illərdə dərc olunmuş versiyaları tarixi abu havanı dolu dolu yaşadırdı. Onu xüsusi qeyd eliyimki Azərbaycandakı tələbə biletim həyatında ilk dəfə bir işə yarayaraq bu muzeyə pulsuz girməyimi təmin elədi???? Normalda giriş qiyməti 15tldi. "İzmir doğal yaşam parkı" na giriş de 8tl yerine 4tl ödeyerek tələbə biletimə ikinci dəfə minnətdar olmama sebeb oldu ???? "İzmir doğal yaşam parkı"nı məndən soruşanlara qısa olaraq belə tarif eliyirəm: təkcə ayıyla, aslanın yeri Bakıdakı zoopark boydadı. İçərisində 1500 heyvan yaşayır, 3000 ağac, 250 bitki növü var. 5 saat ərzində biz güclə gəzib bitirdik ama dəyərdi o yorğunluğaDəniz sevdalıları, əyləncə axtarışında olanlar: Şəhərə yaxın hissədə dənizə girmək istəyənlər Foça, Mordoğan, Özdere, Seferihisar, Urla plyajlarına baş çəkə bilərlər. Şəhər içindən izban, metro, gemi vasitəsiyle bu yerlərə rahatlıqla getmək mümkündü. Seferihisara gedibdə Sığacık adlı sahil qəsəbəsinə mütləq baş çəkin. Alaçatı, Çeşme, Kuşadası( bu yerler haqqında postlar dəfələrcə paylaşıldığından əlave nəsə demək məncə mənasız olar ????????) isə şəhərdən təxminən 1,5-2 saat yarımlıq məsafədə yerləşir. İzmir otogarından 60tl ödəyərək avtobuslarla rahatlıqla getmək mümkündü. Getdiyiniz yerlərdə halk plajı adlandırdıqları free plyajlarda giriş pulu ödəmədən sadəcə şezlonq və çətir kiralayaraq rahatlıqla dincələ bilərsiz. Sadaladığım yerlər içində dənizini xüsusi bəyəndiyim Çeşme oldu. Su olduqca təmiz və digər yerlərə nisbətən daha az duzlu idi.???? Həmçinin kamp qurmaq və dəniz kənarında sabahlamaq istəyənlər də görəvli şəxslərə bu barədə məlumat verib rahatlıqla gündoğumunu izləyə, səhərin ilk günəş işıqları altında dənizə girmənin keyfini çıxara biler ????????????????Növbəti dayanacaq : "Şirince" kiçik dağ kəndi olub bir növ bizim Lahıca bənzəyir. Meyvə aromalı şərabları ilə məhşur olan bu kəndə gedibdə şərab dadmamaq həqiqətən günah olar. Selçuk bölgəsində yerləşən bu kəndə səfərinizi planlayırsızsa yaxınlıqda yerləşən tarixi Efes abidəsini, Müqəddəs Məryəm kilsəsini , Yedi uyuyanlar abidələrini mütləq şəkildə ziyarət etməlisiniz ( bu yerləri anlatmağa kəlimələr yetməz, şəkillərə baxın ve şiddətlə tövsiyyə edirəm ki gedin) ????????Hal hazırda manat tl ilə müqayisədə daha qiymətli oldugu üçün shopping etmək istəyənlər alış veriş mərkəzlərində saatlarla vaxt keçirə bilər ???? Rəfiqəmlə Gaziemirdeki "Optimum" adlı mallda 6 saat ərzində 14km yeridiyimizi desəm məncə kifayət edər ???? Bütün mallarda eyni markaları tapmaq mümkündü ama mallardan kənarda yerləşən eyni marka mağazalarında isə daha zövqlü geyimlər tapa bilərsiz. Outletlərdən də büdcənizə uygun geyimlər əldə etmək mümkündü. Pulunuzu dollar şəklində götürməniz daha məsləhətlidi. Exchange üçünsə dövüz bürolarına getməyinizi məsləhət görmürəm. Banklar ən məsləhətlisidi, Ən pis halda isə zərgərlərdə pulunuzu exchange edə bilərsiz.Uzun olsa da oxuduğunuz üçün təşəkkürlər. Ümid edirəm İzmirə gedəcək insanlar üçün faydalı bir post olmuşdur. Getməyənləri isə getməyə həvəsləndirmişdir ????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Asmera Gashamli

1085 dəfə oxunub

Makedoniyanın Mirvarisi – Ohrid

Ohriddəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Makedoniya haqqında maraqlı faktlar:Orta statistik azərbaycanlı turist üçün Makedoniya, səyahət etmək üçün ən ideal ölkələrdən biridir. Burda ingilis dili demək olar ki, lazım deyil, slavyan dilli olduğundan dilləri rus dilinə bənzəyir, özü də kiril əlifbasını işlədirlər, digər tərəfdən də ölkədə Osmanlı dönəmindən xeyli sayda türk qalıb. Demək olar bütün turistik yerlərdə, türklərə, türkcə danışanlara rast gələ bilərsiz. Deməli ölkədə dil probleminiz olmayacaq.Makedoniya Respublikası və ya rəsmi adı ilə Keçmiş Yuqoslaviya Respublikası Makedoniya Azərbaycan Respublikası vətəndaşlarından viza istəmir.Qiymətləri Şərqi və Qərbi Avropa ölkələrinə baxanda daha ucuzdur, təbiəti, dağları, göllər mükəmməldir və əlbəttə ki, hər bir azərbaycanlının vazkeçilməzi olan mətbəxi əladır.Makedoniya Yuqoslaviya dağılanda, ondan qansız-qadasız ayrılan yeganə dövlətdir.Ölkə ərazinin ortalama hündürlüyünə görə dünyada 5-cidir, zirvələrinin sayına görə isə dünya lideridir. Makedoniya ərazisində yerləşən 50dən çox göl və 34 zirvə dəniz səviyyəsindən 2000 m-dən çox hündürlükdə yerləşir.Indi isə başlayaq Ohridə səyahət zamanı başıma gələnlərə. Makedoniyaya Budapeştdən WizzAirlə uçmuşdum. Budapeşt – Skopye – Budapeşt reysinə 9504 macar forinti ödəmişdim, təxminən 30 avro. Gəlib Skopye aeroportuna çatanda artıq ilk şoku yaşadım, belə ki, şəhər mərkəzinə olan növbəti avrobus tam 1 saat 40 dəqiqə sonra idi. Açığı o qədər vaxtı orda heyf etmək istəmirdim amma taksilər də 20 avroya (tabloda yazılan rəsmi qiymət) aparırdı mərkəzə. Nəysə elə bu vaxt Budapeştdə yaşayan bir rumın qız bizi tapdı, biz də Kosovalı bir day-dayı tapdıq, oturduq maşına ki, gedirik mərkəzi avtovağzala adama da 5 avro ödəyəcəyik. Getdik çatdıq vağzala sürücü dedi ki, bu kosovalı adamın sizə dəxli yoxdu, siz 3 nəfər 20 avro verməlisiz, bu adam da 10 avro verməlidi. Elə bunu demişdi ki, mərəkə qopdu. Dayday qırıq ingiliscəsiylə anladır, izah edir, soruşur ki, do you understand? Deyirəm ki, No ???? mən sənə 20 avro verməyəcəm. Nəysə sonda razılaşdıq ki, 3 nəfər 16.5 eur verək (1000 denar), adama gözlədiyimizdən 0.5 eur çox. Yəqin artıq bəlli oldu ki, makedoniyanın yerli valyutasının adı denardı.Beləcə day-daya ürək sözlərimi deyib üz tutdum avtovağzala. Avtovağzaldan biletləri kartla almağın mümkün olmadığını görüb özümü verdim vağzala ki, pul dəyişmək üçün yer axtarım, beləcə 10 dəqiqə axtarandan sonra gördüm ki, bilet satılan pəncərələrin arasında 1 pəncərə pul dəyişmək üçündür, gözümün qabağında imiş görmürmüşəm. Avrolarımı dəyişib getdim bilet almağa.Skopyedən Ohridə bir çox avtobus şirkətləri gedir, onlardan ən ucuzu türklərin şirkəti olan “Delfina turs”dur. Bir tərəfli biletlər 450 denar (7.3 avro), gediş-gəliş biletləri isə 680 denardır (11 avro), bundan başqa qayıdış bileti açıq olduğu üçün, qayıdarkən 30 denar (0.5 avro) verib check in etməlisiz. Beləcə növbəti reysin 4 dəqiqə sonra yəni saat 9da olduğunu görüb, gediş-gəliş biletlərimi aldım və qaçdım avtobusa doğru. Saat 9-da avtobus yola düşdü. Avtobusla Skopyedən Ohridə səyahət hardasa 3-3.5 saat çəkir.Ohrid haqqında maraqlı faktlar:Ohrid şəhəri və gölü Makedoniyada yeganə yerdir ki, UNESCOnun qoruması altına alınıb və gölün təxminən 4 milyon il yaşı olduğu güman olunur.Ohridi bəzən Makedoniyanın Yerusəlimi adlandırılar, bunun da səbəbi odur ki, burada tam tamına 365 kilsə var, hardan baxsan günə 1 kilsə düşür.Hal-hazırda makedonlar da daxil, bir neçə slav xalqın istifadə etdiyi kiril əlifbası da məhz 9-cu əsrdə Kiril və Metodi qardaşları tərəfindən Ohriddə yaradılıb.Skopyedən Ohridə olan yolu 3-5 kəlimə ilə təsvir etsəm: dağlar, dağlar, dağlar, meşələr, meşələr, meşələr kimi olar. Bir də arada olan kiçik şəhər və qəsəbələr. Beləcə gəlib çatdıq Ohridin mərkəzinə, indi qalırdı tutduğumuz aparta getmək, nə xəritəmiz var, nə də internetimiz, qarşımıza çıxan ilk oteldən də dedilər ki, yollar 1 az dolanbacdır çətin olar sizə tapmaq. Qarşıma çıxan ilk taksiyə oturub dedim ki, bizi apar apartımıza. Bəxtimdən taksistimiz Erhan adlı türk çıxdı və 50 denara bizi aparta apardı. Kiməsə lazım olsa Erhanla bu nömrədən əlaqə saxlaya bilər, Viberdən də yaza bilərsiniz +389 71 351 008.Ohriddəki otellərə bu linkdən baxa bilərsiniz. Bizim tutduğumuz apartın linkini isə bura yerləşdirirəm. Apartın bir gecəsinə 20 avro verdim. Açığı apartdan Ohrid gölünə açılan mənzərənin gözəlliyi və ev sahibinin qonaqpərvərliyi o qədər xoş idi ki, bir gecə də qalmaq istəyirdim bu apartda amma artıq Skopyedə oteli rezerv eləmişdim. Beləcə yerləşib, düşdüm şəhərin canına.Ohriddə gəziləsi yerlər:Yuxarıda da qeyd etdiyim kimi Ohriddə 365 kilsə var və onların bir çoxu xaricdən bir-birinə bənzəyir, daxilini görmək üçünsə gərək azı 1-2 ay orda yaşayıb, gəzəsən amma mən sizə öz gördüklərim və turistlər arasında daha məhşur olanlarından danışım. Bir faktı qeyd edim ki, Balkanların bütün müsəlman və xristiyanlar yaşayan şəhərləri kimi, Ohriddə də bu 2 icma arasında bir yarışma var sanki və xristiyan tərəf üstünlük olduğundan hər yerə xaç basdırıblar, bütün qədimi kilsələrin üzərindəki xaçlara mavi led lampalar yeləşdirilib. Ohriddəki, kilsələrin ən gözəli yəqin ki, St. John Kanoe kilsəsi Kilsə X əsrdə tikilib və gölün sahilindəki qayanın üzərində yerləşir. Kilsənin ətrafından gölə möhtəşəm mənzərə açılır. Azacıq yuxarıdan isə Kilsənin fonunda gölü seyr edə bilərsiniz.John Kanoe kilsəsindən meşənin içi ilə üzü yuxarı irəliləsəniz qarşınıza St. Clement və Panteleimon kilsəsiçıxacaq. Kilsə Avropada ilk universitet kimi tanınır və Osmanlı dönəmində 2 dəfə məscidə çevrilsə də sonradan kilsə olaraq “həyatını davam etdirib”.Clement və Panteleimon kilsəsi ilə üzü yuxarı çıxsanız Çar Samuelin qalası ilə qarşılaaşacaqsınız. Mən axşam getdiyimdən qala bağlı idi və içinə girə bilmədim. Deyilənə görə gölə olan mənzərəni çıxsaq görüləsi çox şey yoxdur.Çar Samuelin qalasından bir az da irəli doğru irəliləyərkən qarşınıza Antik Teatr çıxacaq. Teatr eramızdan əvvəl 200cü illərdə tikilib amma bu günümüzə qədər çox yaxşı qorunub, sanki elə dünən tikiblər.Antik Teatrdan dolanbac və dar yollarla aşağı düşsənizSophia kilsəsinə çatacaqsız. Kilsə 9-cü əsrin sonlarında tikilib, istifadəyə verilib. Balkanlarda olan digər kilsələr kimi, bu da Osmanlı dönəmində məscidə çevrilib. Kilsənin içində 11, 12, 13-cü əsrdə çəkilmiş freskaları görmək olar. Çox qədim olduğundan freskalar bu günümüzə çox da yaxşı gəlib çatmayıb. Kilsəyə giriş xaricilər üçün 100, yerlilər üçün 50, tələbələr üçünsə 30 denardır.Sophia kilsəsindən sahilə tərəf düşəndə qarşınıza 2 ağ rənglənmiş ev çıxacaq. Bu evlərdən biri məşhur Robevlərin digəri isə Uranijaların evidir. Evlər ənənvi ülubda tikilib və tikintiləri 19-cu əsrin sonlarında başlayıb.Evlərin yanında isə əlişi kağız sexi yerləşir. Burada qədim üsullarla kağız düzəldilməsini izləyə, eyni zamanda özünüz ənəvi üsulla kağızın hazırlanmasında iştirak edə bilərsiniz. Kağızların hazırlanması, quruması bir neçə gün çəkir amma siz daha öncədən hazırlanmış və üzərinə rəsm çəkilmiş kağızlardan ala bilərsiniz.Bunlardan başqa Ohriddəki görülməli yerlərin siyahısına Ohrid, Bulvarını və şəhərin Tarqovusunu məsləhət görə bilərəm. Və bir də ki, Ohridin dar, dolanbaclı yollarında mütləq gəzilməlidir. Ohridi dünyada məşhur edən digər bir şey isə Ohridin mirvarisidir. Ohrid mirvarisi dünyaca məşhurdur və bir çox tanınmış və vəzifəli şəxslər Ohridin mirvarilərindən öz kolleksiyalarına əlavə ediblər. Bunların siyahısına, Kraliça II Marqarita, II Yelizaveta, Danimarka Kraliçası, Hollandiya Kraliçası və s. göstərmək olar. Ohriddəki mirvarilərin demək olar ki, yarında çoxu saxtadır. Original Ohrid mirvarisi almaq istəyirsinizsə ya Talev ya da Filev ailəsinə mənsub olan mağazalara baş çəkin. Bu 2 ailə Ohrid gölünün dərinliklərindən çıxardıqları mirvarilərin işləməsini hələ də sirr olaraq saxlayırlar.Ohridə gəlmişkən bir qayıq turu da götürüb şəhəri motorlu qayıqdan seyr etmək yerinə düşər. Qiymətlər qayığın böyüklüyündən, turun uzunluğundan və qayıqçının insafından asılı olaraq dəyişir. Alışın bəri başdan, qayığa minməmişdən turun müddətini və ödənişi razılaşdırın. Makedoniyanın taksistləri kimi, qayıqçıları da turistləri dollar işarəsi kimi görürlər. Məsələn qayığq minmədən deyilən 15-20 dəqiqəsi 5 avroluq tur, qayığa minəndən sonra yarıbayarı azalaraq 8-10 dəqiqəyə qədər azala bilər. Və  ya qayıqdan düşdükdən sonra böyük pulu versəniz ki al çıx, qayıqçı portmanem gəldiyimiz yerdə qalıb, xırdam yoxdu deyə bilər. Çalışın daha öncədən hazılıqlı olun, özünüzlə xırda pul götürün ya qayıqçını gözlədin gedib restoranlarda xırdaladıb verin. Ohridin qayıqçıları haqqında bu qədər. Ohriddə nə yeyilməlidir soruşulsa, deyərdim ki, mütləq balkanların məşhur çevapçiçasının dadına baxılmalıdır, yaxşı bir restoranda plyaskaviça da yemək olar. Bundan başqa Ohrid gölündən tutulmuş farel (Dalga restoranı) və kiçik belviçalar (Antik Teatrın yanındakı Gladiator restoranı) əladırlar və əlbəttə ki, bütün öyünlərdə yeməyin yanında yeyə biləcəyiniz şopska salatı. Balkanları bureksiz təsəvvür etmək çətindir. Pendirli, kartoflu, spanaqlı burekləri alıb aclığınızı azacıq yatışdıra bilərsiniz. Şiriniyyatlardan isə, bütün Balkanlarda məşhur olan triliçenin dadına baxmaq olar.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh    

1150 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü - İzmir

İzmirdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.İzmir Türkiyənin turizm baxımından ən çox variantlı yerlərindən biridi. Qətiyyən darıxmaq mümkün deyil bu vilayətdə. Pis tərəfi odu ki, 3-5 günə, 1-2 həftəyə gəzilə biləcək yer deyil. Çünki hər yeri ayrı gözəldi...Daha əvvəl Çeşmə-Alaçatı tərəfi haqqında yazmışdım. İndi bir az fərqli istiqamətə gedək.Dünya gözəli Efes və “qiyamətin pis keçdiyi” Şirince. İzmirdə 1-2 gününüz varsa, yolunuzu bu gözəl yerlərdən sala bilərsiz- Efes və Şirince Selçuk qəsəbəsinə bağlıdı. Efes Selçuk qəsəbə mərkəzinə 1 km, Şirince 7 km məsafədədi. Əvvəlcə Efesi gəzib, sonra Şirinceyə keçə bilərsiz.- İzmirdən Selçuka maşınla 1 saat 20 dəqiqədi. Her 40 dəqiqədə bir də İzmir qarajından Selçuka avtobus gedir. Selçukdan Şirince dolmuşları ilə davam edə bilərsiz.- Ən gözəl vaxtı may ayıdı - hava isinməmiş, hər yer yaşıla bürünmüşkən gedin.- Efes Antik Kent hər gün saat 08:00-18:00 arası açıqdı. Giriş 40 tl. Müzekart keçir. Çox isti havada gəzmək işgəncə ola bilər.- Şirince kiçik yer olsa da, bu “dünyanın sonu” məsələsindən sonra çox məşhurlaşıb. Həftə sonu xüsusilə çox dolu olur. Həftə içi gedin - daha sakit olur.- Turist axını çox olunca pansiyon sayı da çoxalıb təbii ki. Çox məşhur və bahalı pansiyonlar da var, uyğun qiymətliləri də. Seçmək sizə qalıb. 2 nəfər üçün 150 lireyə də, 300 lirəyə də, 600 lireye də pansiyon var. Ucuz pansiyon üçün əvvəlcədən axtarmadan kəndə də gedə bilərsiz - hər yerdə lövhə görəcəksiz.- Şirincenin ən məşhur şeyi şərablarıdı - az qala hər addımda şərab dadmanızı təklif eləyəcəklər. Şərab sevənlərin cənnətidi. Müxtəlif meyvələrin şərablarını satırlar - qiymətləri baha deyil.- Bir də hər addımda “karadut şərbəti” deyə israr edəcəklər, əgər qara tut mövsümü deyilsə, inanmayın həqiqi olduğuna. Qara tut mövsümüdürsə, problem yoxdu:)- Ən məşhur kafesi Üzün Kafedi. Xudmani, qəşəng bağçası var, şərabınızı və ya limonatanızı içib vaxt keçirə bilərsiz.- Ən yaxşı səhər yeməyi Gülgün Ablanın yerindədi. Dimitros da pis deyil. Selçuk yolu üzərində Bizim Ev Hanımeli restoranın ev yeməkləri də ləzzətlidi. Zeytin Kafe və Sedir Mantı Evi də gedilə biləcək yerlərdəndi.- Şirincə küçələri gündüzlər hədiyyəlik əşya satanlarla dolu olur - istədiyiniz hədiyyəlikləri ala bilərsiz.- Kəndin içində gəzmək istəyirsizsə, sabah saatlarını seçin. Kimsə olmadığı vaxt küçələrin, dalanların gözəlliyi ortaya çıxır.- Şirinceye 20 dəqiqəlik piyada məsafəsində “Aziz Nesin Matematik Köyü” var, mütləq gedin, çox maraqlı yerdi. Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

1670 dəfə oxunub

700 dollara Avropaya 21 günlük səfər

Dostlar, söz verdiyim 21 gün Avropa səfərimin detallarını yazmağa çalışacam. Əvvəla qeyd edim ki, ümumilikdə 700 dollar xərcim çıxıb. Buna bütün biletlər, sənədləşmə, qalacaq yerlər və yemək daxildir.  Çexiya, Polşa, Slovakiya, Avstriya, Macaristandan və gediş-gəliş yeri Gürcüstandakı şəhərlər də daxil olmaqla 12 şəhərdə oldum. Bu barədə deyiləcək sözlər çox olacağına görə  hissə-hissə paylaşmağı düşünürəm. Gəlin başlayaq. Necə oldu ki, bu səfəri etmək qərarına gəldim?Avropaya getmək həmişəki arzum olub, əvvəllər bir neçə dəfə Gürcüstan, Türkiyə, Belorusiya və UK də olmuşam amma bunların hamısına qrup şəklində ən az 5 nəfər ilə və hər şey planlaşdırılmış şəkildə getmişəm. Müxtəlif təlimlər, seminarlar və s hər zaman təşkilatçılar tərəfindən hər bir detalına qədər planlaşdırılıb. Amma bu dəfə elə olmadı.Polşanın Poznan şəhərində yerləşən Adam Mickieviç universiteti və Amerikanın Stonybrook universitetinin ortaq layihəsi olan  ‘News Literacy’ yəni Media savadlılığı təlimində iştirak haqqı qazandım. (Layihə haqqında ətraflı məlumat yaxud necə seçilməyimi bilmək istəyirsizsə, şərh böməsində qeyd edərsiniz, əlavə post paylaşaram)  Layihə 8-12 iyul 2018 ci il tarixlərində Poznan şəhərində keçirilirdi. Və mən təşkilatçılardan xahiş etdim ki, dəvət məktubumdakı günləri bir az daha uzun göstərsinlər ki, mən başqa ölkələri də gəzə bilim. Visa üçün müraciət edən zaman bir çöx sənədlər tələb olunur ki, bunlardan başlıcası qalacağın yer ilə bağlı yerdi. (Burdan Visa ilə bağlı mövzulara girsəm yenidən mövzu uzanacaq deyə maraqlıdısa sizə əgər visa proseduru şərhlərdə qeyd edərsiz, əlavə bir post da o barədə paylaşaram)Uzun sözün qısası, vizamı 21 günlük aldım və səfərimə hazırlaşmağa başladım. Mən seçilmək xəbərimi eşidən kimi ilk etdiyim iş bilet almalq idi ki, bu da səhvdir, diqqətinizdə olsun belə etməyin. Xüsusilə Wizzair kimi loW cost uçuşları çox ucuz olduğuna görə bileti aldıqdan sonra qaytarmaq mümkün deyil. Bakıdan Polşaya birbaşa uçuş baha olduğuna görə mən Gürcüstanın Kutaisi şəhərindən getməyi seçdim. Kutaisi- Praqa biletini 80$ a 3 iyul tarixinə aldım. Ona görə dəvət məktubu və visa məsələlərini bu tarixə uyğunlaşdırmaq üçün bir balaca çətinlik çəkmişdim, amma xoşbəxtlikdən  bütün problemlərhəll oldu. ^_^3 iyul- 21 iyul tarixlərində Şengen zonasında aşağıdakı şəhərlərdə oldumPraqaBrnoPoznanGdanskSopotWroclawBratislavaVyanaBudapeşt+Tbilisi, Kutaisi, BatumiMənə görə səfərin ən çətin tərəfi planlaşdırma hissəsidir. Hər bir sənədin düşünülməsi, vaxtın düzgün bölünməsi, transportlar arası vaxtın əlaqələndirilməsi, qalacaq yerlərin tapılması və s. Qısaca belə ucuz səhayətimin altında yatan əsas tipsləri qeyd edim.Yalnız uzun məsafədəki səhayəti təyyarə ilə etdim. Gürcüstan- Çexiya ( 80$), Macarıstan- Gürcüstan( 70$) olmaqla 150 $Çoox nadir hallarda restoranda yemək yedim. Əsasən fast food, yolüstü atışdırmalıq qidalar, və mağazadan alıb evdə bişirməklə yemək yeyirdim.Qaldığım yerlərin əksəriyyəti şəhərlərdəki dost-tanış, bəzi hallarda isə Couchsurfing saytından tapdığım hostların evində qaldım. Cəmi iki gün hosteldə qaldım. Birinci Tiflisdə, ikinci isə Praqadakı couchsurfingdəki hostum hosteldə işdə oluğu üçün bir gecəsinə 15 avro verdim. O 15 avronu hələ də unuda bilmirəm ))Alış-veriş həvəskarı olduğum üçün bəzən çox çətinlik çəksəm də, lazım olmayan geyim və s. uzaq dursanız, əmin olun daha az xərciniz çıxacaq.Bilet aldıqda diqqətli olun. Avtobusa geciksəniz əlavə xərc çıxır, Wizzair üçün əvvəlcədən özünüz check-in etməlisiz. Səyahət boyunca etdiyim ən böyük səhvlərdən biri də bunu unutmağımdır. Macaristan- Kutaisi təyyarısinə qaça-qaça çatdıqca məlum oldu ki, bir gün öncədən online check in etməyi unutmuşam və əlavə 45 avro ödəməliyəm buna görə. Gedəcəyim son nöqtə olduğuna görə cibimdə cəmi 10 dollar qalmışdı və dostum orda olmasa yəgin ki, ödəyə bilməyəcəkdim uçuşu itirəcəkdim və növbəti gün visa-dan əlavə bir gün qaldığım üçün deportasiya olacaqdım. Bunları orda işləyən operatora nə qədər izah etdimsə də, dinləmədi və tam Kərəmi ağlamaq tutmuşdu ki, Budapeştdəki dostum xilas etdi. Sözümün canı odur ki, online check-in etməyi unutmayın, imkan varsa üstünüzdə əlavə pul saxlayın, və yaxşı dostlarınız yanınızda olsun hər zaman ))Hələ ki, deyəcəklərim bu qədər. Növbəti postda, səfərin Bakı -Tiflis hissəsindən başlayacam yazmağa ) Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulker Eldarqizi 

1075 dəfə oxunub

Aşağı büdcə ilə Kiyev səfəri

Kiyevdəki otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Əziz dostlar, bu yazıda Sizə faydalı olacağını düşündüyüm üçün Ukraynanın paytaxtı Kiyev şəhərinin turistlər üçün çox əhəmiyyətli olan bəzi strateji nöqtələrinə taksi istifadə etmədən, ən ucuz yollarla, ictimai nəqliyyatı istifadə edərək necə gedə biləcəyiniziizah etməyə çalışdım. Bunun üçün Kiyev şəhərinin əsas nəqliyyat şəbəkəsi xəritəsini də istifadə etdim və hesab edirəm ki, şəkillərlə mövzu daha da başa düşülən olacaq. Beləliklə, “couchsurfing”çilər, “airbnb”çilər, yaxın gəlin…Julyanı Hava Limanı (IEV) və ya Kiyev Beynəlxalq Hava Limanıİlk olaraq Kiyev Beynəlxalq Hava Limanı (Julyanı) ilə başlayaq. Nəzər alsaq ki, Buta Airways də Bakı-Kiyev-Bakı uçuşlarını bu hava limanından həyata keçirir, bu ucuz yolu bilmək çoxumuza faydalı olacaq. Təbii ki, ucuz təyyarə bileti alıb, daha sonra da taksilərə 20-30 dollar vermək istəmiriksə (ki, istəmərik).1924-cü ildən fəaliyyət göstərən bu hava limanı beynəlxalq saytlarda, axtarış sistemlərində daha çox Julyanı / “Zhuliany” (Жуляни) adı ilə bilinir. Amma bu hava limanı əslində adı gedən qəsəbədən daha çox məşhur Sikorski vertolyotlarının da yaradıcısı olan və Kiyevdə doğulmuş İqor Sikorskinin adını daşıyır. Nə isə, indi də şəhərin müxtəlif nöqtələrindən bu hava limanına ən ucuza getməyin yollarına baxaq.[googlemaps https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d5085.126030773979!2d30.443291999999996!3d50.411981!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0x27666bcb99529f88!2z0JzQtdC20LTRg9C90LDRgNC-0LTQvdGL0Lkg0LDRjdGA0L7Qv9C-0YDRgiDQmtC40LXQsiDQltGD0LvRj9C90Ys!5e0!3m2!1sru!2str!4v1537081875966&w=600&h=450]Kiyev eynilə Bakıdakına bənzər (çox təəccüblüdü?) bir metro sisteminə malikdir. Amma təbii ki, bu şəbəkə bizdəkindən daha uzun və əhatəlidir. Üç ayrı metro xətti (M1,M2, M3) var və bunlar üç yerdə mərkəzi stansiyalarda (28 May və Cəfər Cabbarlıstansiyaslarında olduğu kimi) kəsişir, keçidlərlə bir-birinə bağlanır. Detalları aşağıdakı xəritədən də görmək mümkündür.Şəhərin bir çox nöqtəsinə bu yolla gedə bilərsiniz və çox ucuzdur (sadəcə 8 UAH/Ukrayna Qrivnası = 0.28 USD/Dollar = 1.80 TL/Türk Lirəsi = 0.48 AZN;  [07.09.2018 üçün]).Metro və trolleybus xətlərini istifadə edərək (iki vasitə ilə) və 16 UAH xərcələyərək şəhərin bir çox nöqtəsindən Kiyev Beynəlxalq Hava Limanına gedə bilrəsiniz. Sizin üçün xəyali bir istiqamət seçək. Misal üçün, hər hansı bir metro stansiyadan hərəkət edərək M2 xəttində Ploscha Lva Tolstoho (Площадь Льва Толстого) stansiyasına gəlirsiniz, oradan da 9 nömrəli trolleybusla lap hava limanının qarşısında düşürsünüz (Fedora Andersa dayanacağı, hər dayanacaq əvvəlcədən səsli olaraq elan edilir,  İlon Mask əmi demiş “Don’t panic!”). Əsl kasıb malıdır. ????Artıq çox asanlıqla Julyanı (Жуляни) Hava Limanından şəhərin hər hansı bir nöqtəsinə getməyin yolu da müəyyən edilə bilər. Necə? Çox sadə. Eyni şəkildə, hava limanının çıxışının tam qarşısında yerləşən dayanacaqdan (Fedora Andersa) trolleybusa minib M2 metro xəttində yerləşən Ploscha Lva Tolstoho (Площадь Льва Толстого) stansiyasına gəlirsiniz. Buradan da şəhərin istənilən nöqtəsinə metro ilə gedə bilərsiniz.Borispol Beynəlxalq Hava Limanı (KBP), Vağzal və Avtovağzal[googlemaps https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d5093.038269512485!2d30.893926999999998!3d50.338222!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0x690a2c5d49d870da!2z0JDRjdGA0L7Qv9C-0YDRgiDQmtC40LXQsiDQkdC-0YDQuNGB0L_QvtC70Yw!5e0!3m2!1sru!2str!4v1537083216263&w=600&h=450]1959-cu ildə Kiyevdən təxminən 30 km şərqdə salınan Borispol (Борисполь) Hava Limanı 2017-ci ildə 10 milyondan çox sərnişinə xidmət göstərib və ölkənin sərnişin hava nəqliyyatının 65%-ni həyata keçirir. Aydın olur ki, əslində Kiyevin ən böyük hava limanı məhz Borispoldur və demək olar ki, əksər beynəlxalq və qitələrarası uçuşlar buradan həyata keçirilir.Eləcə də Ukraine International Airlines (UIA) da Bakı-Kiyev-Bakı uçuşlarını məhz bu hava limanından həyata keçirir. Bəzən də Bakıdan Buta Airways ilə Julianı Hava Limanına gələn sərnişinlər Avropaya və dünyanın bir çox şəhərinə məhz Borispol Hava Limanından uçur. Bu baxımdan da bu nöqtələr arasındakı ucuz nəqliyyat yollarını bilmək fayadlı olacaq. Yoxsa təyyarə biletindən qənaət edilən pullar taksilərdə xərclənməli olacaq.Borispol Hava Limanına getmək üçün də metro və avtobus xətti istifadə edilə bilər. Ucuz və sərfəli. ???? Yenə də xəyali bir istiqamət götürək.Burada da fikrimcə iki yol daha sərfəlidir (lazımi nöqtələr qırmızı ox ilə göstərilib). Birincisi, hər hansı bir metro stansiyasından M3 xətti ilə Kharkivska (Харьковское) stansiyasına gəlirsiniz və daha sonra 322 nömrəli avtobusa minə bilərsiniz. Yaxud da, M1 xətti üzərində yerləşən Vokzalna (Вокзальная) stansiyasına gəlib (ki, AVTOVAĞZAL və VAĞZAL (DƏMİR YOLU VAĞZALI) da burada yerləşir) oradan birbaşa 322 nömrəli avtobusu istifadə edə bilərsiniz. Bəlkə də şəhəri daha çox görə bilmək üçün bu yol daha yaxşıdır. ????Kiyev Çay Limanı (Kiev River Port)[googlemaps https://www.google.com/maps/embed?pb=!1m14!1m8!1m3!1d5080.067629706109!2d30.527004!3d50.459095!3m2!1i1024!2i768!4f13.1!3m3!1m2!1s0x0%3A0xa41a6ed7ce331960!2z0KDQtdGH0L3QvtC5INCy0L7QutC30LDQuw!5e0!3m2!1sru!2str!4v1537083469795&w=600&h=450]Çay Limanı təbii olaraq möhtəşəm Dnepr çayının qərb sahilində yerləşir. Amma bura sadəcə əhəmiyyətli bir nəqliyyat qovşağı deyil, eyni zamanda şəhərin ən gözəl çay və körpü mənzərələrindən biri də buradadır. Qarşısında da funikulyor yerləşir (o da 8 UAH, necə deyərlər, məşhur çizgi filmimizdə olduğu kimi – hər şey bir qapaza). Eyni zamanda buradan çox sayda gəmi Sizi əsrarəngiz Dnepr çayında gəzdirə bilər (puluna minnət ???? ). Yaxşı, buraya necə gedə bilərsiniz?Eyni şəkildə, yenə də metro xəttini istifadə edə bilərsiniz. Etməli olduğunuz sadəcə  M2xəttindəki Poshtova Ploscha (Почтовая площадь) stansiyasında (qırmızı oxla göstərilib) çıxmaqdır. Çıxan kimi bir tərəfinizdə körpüləri və Kiyev Çay Limanını, digər tərəfinizdə isə funikulyoru görəcəksiniz.Ümid edirəm ki, ucuz yollarla səyahət etmək istəyən dostlara faydalı oldu. Suallarınız olarsa, aşağıdakı rəylər qisminə yaza bilərsiniz. Bildiklərimi ən qısa zaman içində cavablandırmağa çalışacağam.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Tehran Abdurrahimov

1022 dəfə oxunub

Bir gəzəyənin Türkiyə günlüyü - Alaçatı

Alaçatıdakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Başqa Alaçatı...Türkiyədə bəzi yerlər var, pulu çox olub bunu nümayiş etdirmək istəyənlərin, pulu az olub çoxmuş kimi görünmək istəyənlərin ve az pulla da ölkənin maraqlı bölgələrini kəşf etmək istəyənlərin hamısını bir arada görə bilərsiniz. Bu yerlərdən bəlkə də birincisiAlaçatıdı. Sezonda qiymətlərin kəllə-çarxa çıxdığı, hər küçədən fərqli bir musiqi səsinin gəldiyi, səviyyənin her keçən il bir az daha düşdüyü, amma hələ də Ege tətili deyərkən hər kəsin ağlının bir kənarında duran, çox gözəl butik otelləri, restoranları, mağazaları, aşırı gözəl yeməkləri, səhər yeməkləri, aşırı instaqramik küçələri olan bir yerdi.Sizi bilmirəm, mən Alaçatıda ancaq 2 gün qala bilərdim ve elə də elədik. 2 günün axşamını, 2 gün də səhər erkənden boş (təbii ki daha gözəl) küçələrini gəzdik, bəs elədi.Amma Alaçatı ətrafında tətilinizi 4-5 günə çıxardacaq gözəl yerlər var. Mən indi o 4-5 günlük tətil tövsiyələrini bölüşürəm.- İzmirdən Alaçatıya avtobuslarla çox rahat gedə bilərsiz. Teyyarəyle İzmirə getmisizsə, HAVAŞ-la 25 lireye Çeşmeyə, oradan dolmuşla Alaçatıya gedə bilərsiz. Və ya HAVAŞ-dan Alaçatı ayrımında durmasını istəyib taksiylə keçə bilərsiz (taksi tapmaq bir az çətin ola bilər). Türkiyənin başqa yerlərindən də avtobusla Alaçatıya gedə bilərsiz (Çeşmə avtobuslarına minəcəksiz)İkinci variant, İzmir otogarından (19 tl) və ya İzmir Üçkuyular semt qarajından (15 tl) Alaçatıya gedə bilərsiz. İzmir- Alaçatı arası 1 saatdı.- Alaçatıya getmək asandı, amma ətrafı gəzmək istəyirsizsə, maşın kirayələmək ən sərfəli variantdı. İzmir havalimanından maşın götürə bilərsiz.- Alaçatı axşamüstünə qədər səssiz, sakit, axşam isə aşırı qələbəlikdi. Rahat foto çekib gəzmək üçün səhər tezdən çıxa bilərsiz.- Ən məşhur yeri Hacı Memiş sokağıdı - hər şey bu küçənin ətrafında dönür:) Mağazalar, barlar, restoranlar, Hacı Memiş və paralelindəki küçədədi. Bir gündə hamısını görmək mümkündü.- Digər məşhur yer də Alaçatı deyirmanlarıdı - məhəllənin yuxarı hissəsindədi.- Otelləri çox bahalıdı, ən az 2-3 ay əvvəldən çoxu dolmuş olur. Ayrıca, qafa dinləmək istəyənlərə sezonda Alaçatı mərkəzdə qalmağı tövsiyə eləmirəm. Ancaq yenə də 2 nəfərə 300-400 lirə civarında otel tapmaq mümkündü. Biz 5 km məsafədə Reisderede çox çox gözəl bir butik oteldə qalmışdıq. Airbnb-dən evlərə də baxa bilərsiz.- Alaçatıya gedişinizin bir gününü mütləq həftənin altıncı gününə salın. Altıncı günlər açılan Alaçatı bazarı o bölgədə çox məşhurdu, siz də görün.- Alaçatının ən məşhur restoranı Asma Yaprağıdı. Ancaq axşam orada yemək yemək istəyirsizsə, ən az bir-iki ay əvvəldən rezervasiyanız olmalıdı. Ancaq günorta da yemək servisləri var - rezervasiyasız gedə bilərsiz. Bir az sırada gözləyəcəksiz, amma dəyər.- Asfalya, Kabak Çiçeği və Fava restoranları da mənim bəyəndiyim digər üç yerdi.Alaçatıda uzuz yemək axtarmayın.- İmren Pastanesinin saqqızlı dondurması və qurabiyəsi, Dondurminonun dondurması meşhurdu.- 1850 oteldə qalmasanız belə, kafe olaraq gedə bilərsiz. Nisbətən sakit bir yerdə olduğu üçün gözəl bağçasında çayınızı içə bilərsiz.- Dutlu Kahvedə gündüzləri çay-qəhvə, axşamlar rakı-balıq olur.- Turşu suyu içmeyi, Nikonun mürəbbələrinden almağı unutmayın:)- Hədiyyəlik əşya üçün Çatladı Kapı adlı bazara gedin.- Alaçatı mərkəzdə dəniz yoxdu. Ən yaxın dəniz 5 km məsafədə Port Alaçatıdadı. Sörfçülərin əsas mərkəzi də buradı. Sabahla axşam arasında vaxtınızı burada keçirə bilərsiz. Çox pulunuz varsa axşama qalıb Ferdi Baba restoranında balıq yeyin.- 3-cü günü Alaçatı ətrafını gəzməyə başlayın. Alaçatı coğrafi baxımdan bir çox yerə gedə biləcəyiniz məsafədədi.- Soyuq dəniz üçün Çeşme Altınkuma gedə bilərsiz. Bölgənin ən gözəl dənizlərindən biridi, çimərliklərə giriş pulludu və çox ucuz deyil, nəzəre alın. İnternetdən tapa bilərsiz qiymətləri. Altınkumda dənizə girdikdən sonra Çeşme Marinada yeməyinizi yeyib, kahvenizi içib Alaçatıya dönə bilərsiz.- İlıq və daha ucuz dəniz içün Ilıcaya gedin. Ilıcada yeraltı termal sular səbəbilə su ilıqdı və dəniz çox gec dərinləşir. Dənizdən çıxınca ya Kumrucu Hüseyin-də kumru yeyin, ya da Dost Pide-nin pidelərinin dadına baxın. İkisi də çox sadə yerlərdi, ilk görünüşə aldanmayın:)- - “Balıq Dalyanda yenir” deyə bir söz var. Balıq yemək üçün Çeşme Dalyana gedə biləriz - maşınla 25 dəqiqe yoldu. Balıkçı Hasan bölgənin ən yaxşılarındandı.- Bir gününüzü mütləq İldırı köyünə ayırın. Məşhur “Fatmagülün suçu ne” dizisinin çəkildiyi kiçik bir balıqçı qəsəbəsidi bura. Bizim Çeşme yarımadasında sevdiyimiz ən gözəl yerdi. Qalmaq istəsəniz bir otel də var. Rakı-balık və ya səhər yeməyi, ya da günorta qəhvəsi üçün də kəndin üstündə dəniz mənzərəli möhtəşəm Agora Kafe var. Günbatımı mənzərəsi üçün də Manzara Kafe. Axşam üstü yer tapmaq olmur -günbatımı çox gözəldi. Zeki Müren adasına doğru oturub mənzərəni izləmək çox hüzur vericidi. Orada lokma yeyin.- Ən nəhayət, dolanbaclı yollardan qorxmuram,daha da pozulmamış yerlər axtarıram deyirsizsə, Ildıra bir saatlıq məsafədəki Karaburuna gedin.- İzmir üzərindən dönəcəksizsə, gözəllər gözəli Urlaya da baş çəkinBu da sizə 5 günlük tətil planı:))P.S. Mən yemək sevən olduğum üçün getdiyim yerlərin yaxşı yemək verən yerlərini ayrıca araşdırıram, sizin üçün fərqi yoxdursa, nəzərə almaya bilərsiz:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

4485 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!