Maraqlı, məzəli heykəllər şəhəri – Bratislava

Bratislavadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bratsilavanı görmək arzum Polşadan gələndən sonra baş qaldırmışdı. Nə əlaqə deyəcəksiz? Polşadan, lap dəqiq desən Krakovdan Budapeştdə qayıdanda, avtobusla qayıtmışdım və yolun böyük bir hissəsi Slovakiya ərazisindən keçirdi. Slovakiya ərazisindən keçən 3-4 saatlıq yolda Slovakiyanın təbiətinə sadəcə heyran qalmışdım. Beləcə Slovakiyanın möhtəşəm təbiətini gördükdən sonra, Bratislavanın da Budapeştə yaxın olması faktını nəzərə alıb, Rəhman Əfəndi ilə (blogdakı Roma yazısının müəllifi ???? ) qərara gəldik ki, bir Bratislavaya baş çəkək. İnternetdəki kiçik araşdırmalardan sonra gördük ki, Bratislava elə də böyük şəhər deyil, əhalisinin sayı da yarım milyondan azdır. Beləcə, forumlardakı fikirlərdən qərara gəldik ki, Bratislavaya bir günlük səyahət təşkil edək. Səhər qatarla çıxıb, axşam tərəfi də geri dönək.Və beləcə 2015-ci ilin bu günlərində sendiviçimizi, suyumuzu və meyvəmizi çantamıza qoyub, Budapeştin Keleti dəmir yolu stasiyasından qatarla Bratislavaya doğru yola düşdük. Təxminən 2.5 saat sonra artıq Slovakiyanın paytaxtı Bratislavadaydıq. Bratislava yerləşməsinə görə çox əlverişli məkandadır. Belə ki, Bratislavadan qatarla Praqaya 4 saata, Budapeştdə 2.5 saata və Vyanaya isə cəmi 1 saata çata bilərsiniz. Bir maraqlı faktı da qeyd edim ki, Vyana və Bratislava dünyadakı ən yaxın 2 paytaxt şəhəridirlər. Aralarındakı məsafə təxminən 65-70 kmdir. Bu 3 qonşu şəhərə gələnlər, 1 günlərini (6-8 saatlarını) ayırıb Bratislavanı doya-doya gəzə bilərlər.Bratislava haqqında fikirlər heç də bir mənalı deyil. Ölmədən bu şəhəri görün deyənlər də var, bu şəhəri görmədən ölün deyənlər də ???? Mən açığı sevdim Bratislavanı. Kiçik amma bir o qədər də şirin şəhərdir. Kiçik və rəngarəng Old Townu, məzəli heykəlləri, xudmani, arxaya söykənib kofeçay içilə bilən, ingilislər demiş “cozy” kafeləri və dondurmaları ilə, məni gəldiyimə peşman etmədi Bratislava.Deməli səhər saat 10 kimi, hardasa çatdıq Bratislavanın dəmir yolu vağzalına və öyrəndik ki, şəhər mərkəzi elə də uzaq deyil, başladıq mərkəzə piyada yeriməyə. Yol üstü bir neçə parkın yanından keçəndən sonra gəldik çıxdıq əvvəlki adı Grassalkovich sarayı olan, Prezident sarayına. İnşası 1760-ci ildə bitən bina, hazırda Slovakiyanın Prezident sarayı kimi fəaliyyət göstərir. Bina Barok musiqi həyatını Pressburqdakı (Bratislavanın Avstriya-Macarıstan imperiyası dövründəki adı) mərkəzi olub. Məşhur bəstəkar Jozef Haydn bir çox əsərlərini məhz bu binada premyeraya qoyub. Sarayın arxasında fransız bağları var, giriş sərbəstdir, əlinizi-qolunuzu sallayaraq fransız bağlarına girə bilərsiniz. Biz də geri dönüşdə səhv etmirəmsə Rəhmanla bu bağda sendviç yeyə-yeyə pivələmişdik ????Sarayın yanından İçəri şəhərə doğru irəliləyib, çatmışdıq taa Old Townun mərkəzindəki, Hlavni Namestie adlanan mərkəzi meydana. Meydan demək olar, bütün mərkəzi Avropa şəhərlərində olan meydanların bir oxşarıdır və eynilə digər şəhərlərdəki kimi tarixiliyini qoruyub saxlayıb. Və əlbəttə ki, keçmiş Avstriya-Macarıstan imperiyasının ərazisi olması ilk baxışdanca özünü hiss elətdirir. Demək olar bütün binalar o dövrün memarlıq üslubu ilə tikilib.Old Townu yeni şəhərlə St. Michael’s qapısı ayırır. Bu qapı əsl nağıllardakı sehrli güzgüyə bənzəyir. Qapıdan kənəra çıxınca sovetlərin təsirindən bozarmış yeni Bratislavanı görmək olar. Qapıdan digər tərəfdə isə, şirin, rəngli bir içəri şəhər sizi gözləyir. Məncə heç o nağıldan ayrılmamaq üçün bu qapıdan çölə çıxmayın ????Bratislavadan ən yadıma qalan isə Müqəddəs Elizabet kilsəsi (St. Elizabeth church) oldu və ya digər adıyla Mavi Kilsə. Açığı demək olar ki, yeni şəhərlərə gedərkən mütləq ordakı bir neçə kilsəyə baş çəkirəm amma heç zaman beləsiylə qarşılaşmamışdım. Kiləs tamamilə mavi və ağ rənglərin ahəngiylə dekorasiya olunub və marçipandan hazırlanmış torta bənzəyir. Hətta gedib əlimlə kilsəni yoxladım ki, bəlkə doğrudan bizim Sumqayıtdakı 50 metrlik tortlar kimi bu da marçipan kilsə tortdur, yoxlayandan sonra gördüm ki, əsl kilsə imiş ???? Kilsə o qədər şirindir ki, deyərdim, məhz elə bu kilsəni görmək üçün də getmək olar Bratislavaya ????Bundan başqa şəhərdə bir neçə yeni və köhnə körpü var, onlara baş çəkmək olar və əlbəttə ki, uzaqdan uçan naməlum obyektə bənzəyən UFO restoran-observatoriyaya. Dunay çayını üzərindəki körpülərdən birinin sonunda yerləşən bu UFO həm restoran, həm də observatoriya kimi fəaliyyət göstərir. Liftlə yuxarı çıxıb bütün Bratislavanı izləyə bilərsiniz.Bratislavanı izləyə biləcəyiniz digər yer isə Bratislava qəsridir. Qəsr Karpat dağlarının sonlarında olan qayalardan birinin üzərində yerləşir, ona görə də ora çıxmaq istəyənlərin ayaqlarına qüvvət ????. Qəsrdən bütövlükdə Bratislavanı seyr edə bilərsiniz. Açıq-aydın havalarda isə Vyana və Macarıstanın bəzi hissələrini gözlə görək olar. Qəsrin içində Slovakia Milli Muzeyi yerləşir. Qiymətini xatırlamıram amma Slovakiya reallığını nəzərə alanda elə də baha olmamalıdır. Təbii bir Ermitaj və ya Viktoria və Albert deyil, amma hər halda Slovakiya tarixiylə tanış olmaq üçün baş çəkmək olar.İndi isə gəldik çatdıq Bratislavanın heykəllərinə. Açığı başqa hansısa bir şəhərdə bu qədər maraqlı, məzəli və çox sayda heykəl gördüyümü xatırlamıram, ona görə də Bratislava mən heykəllər şəhəri deyərdim.Bratislava və heykəl sözünü bir araya gətirsək, çox güman ki, ağlımıza gələn ilk şey məşhur kanalizasiya borusundan baxan Cumil heykəli olar. Rəvayətə görə bu Cumil məllim fasilədə yuxarı hava almağa çıxmış kanalizasiya işçisidir ya da ki, küçədən keçən qadınların ətəyinin altına baxan şorgöz. Orasını mən də dəqiq bilmədim, hər halda siz gedib, görüb qərar verərsiniz.Şəhərdə Cumildən başqa, Napaleon ordusu əsgərinin, Bratislavaya şənlik gətirən, küçədən keçənləri şapkasını çıxararaq salamlayan, qadınlara “sizin əlinizdən öpürəm” deyən Schöner Nacinin, Hans Xristian Andersenin, paparazzinin və s. heykəllərini görmək olar.Bratislava haqqında bu qədər. Yazının uzunluğu, elə şəhərin böyüklüyü ilə mütənasib oldu bu dəfə ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

1277 dəfə oxunub

Piramidalar ölkəsi - Misir

Qahirədəki otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Xurqadadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hər kəsə salamlar  Artıq Misirə Noyabr ayından birbaşa reyslər açıldığına görə ora səyahət üçün üz tutanların sayı çoxalacaq deyə düşünürəm. Mən də sentyabr ayında Misirə səyahət etmiş biri olaraq istərdim öz təcrübəmdən bəzi məlumatlar verim sizə , çünki mən gedərkən buqrupda çox araşdırma elədim lakin bütün suallarıma cavab olacaq bir post görmədim)Beləliklə mən Misirə gedərkən tur paket aldım, Tiflisdən idi uçuşum. Mənim burda etdiyim səhvi siz etmiyin. Mən turu aldıqdan sonra oteli araşdırdım və bookingdəki rəyləri oxudum və bərbad bir yerə getdiyimə dair özümü hazırladım) Onsuz da səyahət üçün gedirsən deyib özümə təsəlli verirdim Bundan əlavə biletə əsasən mənim geri dönüşüm 29u 02:10 am idi amma check out 28i 12:00da oldu və nə qədər də xahiş etsək qoymadılar biraz da artıq qalaq. Ekstra pul isdiyirdilər və bu bizim pulla 50 manat idi ki, otelin all included qiyməti belə o qədər deyil.Visa məsələsinə gəldikdə heç bir narahatçılıq çəkməyinizə ehtiyac yoxdur. Burda səfirlikdə də ala bilərsiniz əlbəttə. Amma sərhəddə də verirlər cəmi 15 dəqlik prosedurdur . Bir vərəq doldurursunuz ( ki, ona heç fikir verən olmur dəqiqliklə)) , və 25 dollar ödüyürsünüz bitdi. Misirin hər yerinə də keçə bilərsiniz o visa ilə. Şəhər fərqi falan yoxdur.İnsanları turist olduğunuzu hiss edirlər və dəyəri 1 manat olan məhsulu sizə 10-15 manata verirlər. Aldanmayın. Çalışın nəsə almaq istəsəniz salın qiymətini.Gedib mütləq görməli yerləri Cairo , Giza , Luxor şəhərləridir. Mən Hurghadada qalırdım. Şarm-el-sheyxlə eyni auraya fərqli qiymətlərə malik olduğunu öyrənmişdim. Həm də Hurghadadan turlar daha ucuz və daha yaxın idi (1 saat fərq var idi ). Hurghadada Giftun island turu və Safari turu etdim ki, hər biri möhtəşəm idi.Cairoya gedərkən sizi papyrus hazırlanan fabricaya və parfume hazırlanan mağazaya aparacaqlar, qəti şəkildə heçnə almayın , Cleopatra mağazasında (Hurghadada) qat qat qat qat ucuz qiymətə tapacaqsınız. Və hər bir şeyin qiyməti üsdündə olduğuna görə sizi aldada bilməyəcəklər.Qəti şəkildə manat ilə getməyin. Euro, dollar ve ingilis paundu ilə ishləyirlər. Hər üçü də onlar üçün eyni dəyərdədi  Ona görə də dollar ilə getməyiniz sizə sərf edər. Bir daha xatırlatma edim nə alsanız dəyərində endirim isdiyin.Geri dönüş zamanı airporta gedərkən tələsin. Vaxtından 3 saat əvvəl falan çıxın. Çünki ora daxil olarkən sumkanı elə yoxlayırlar ki, az qalır açıb hər bir paltarınızı əyinlərində test edələr. Qırılacaq əşyalarınızdan ehtiyyatlı olun, orda bir nəfərin qəlyanını qırıb sonra günah mənde deyil deyərək arsızcasına eyni çamadanı bir daha yoxladılar.Ağlıma gələnlər bunlar oldu. Başqa sizi maraqlandıran nəsə suallar olsa buyurun soruşun   İndidən hər birinizə xoş əyləncələr Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Garatel Huseyn

2565 dəfə oxunub

Dünyadakı passportların rəngləri və seçilmə səbəbləri

Passportların rəngini incələyəndə, dünyada 4 rəngdə passport olduğunu görmək olar. Hər bir ölkənin, müvafiq rəngi seçməkdə də, adətən öz səbəbləri olur. Bu yazıda bu seçimin nəyə əsaslandığını sizinlə bölüşmək istəyirik. Hava limanında olan uzun növbələr sizi darıxdırarsa sadəcə bu məqaləni xatırlamağa çalışın.Qırmızı, passportlar üçün ən çox istifadə olunan rəngdir. Qırmızı passportu adətən indiki və keçmiş komunist ölkələri seçir. Sloveniya, Çin, Serbiya, Rusiya, Latviya, Rumıniya, Polşa və Gürcüstan vətəndaşları qırmızı passport daşıyıcısıdırlar. Xorvatiyadan başqa bütün Avropa Birliyi ölkələri vətəndaşları da qırmızının müxtəlif çalarlarında olan passportlar istifadə edirlər. Türkiyə, Makedoniya və Albaniya kimi Avrop Birliyinə qoşulmaq istəyən ölkələr isə bir neçə il qabaq passportların rəngini qırmızıya dəyişiblər. Latın Amerikasından isə Boliviya, Kolumbiya, Ekvador və Peru vətəndaşları qırmızı passportlarla səyahət edirlər.Qırmızıdan sonar ən çox işlənən passport rəngi isə göydür. Passportlarda olan göy üzlük yeni dünyanı simvolizə edir. 15 karib hövzəsi ölkəsinin vətəndaşlarının passportları məhz göy rəngdədir. Cənubi Amerika blokunda olan ölkələrdən, Mercosur ticari birliyində olanlar da vətəndaşlarına göy passportlar tədqim edirlər. Bu siyahıda Braziliya, Argentina və Paraqvay var. Venesuela isə burada istisnadır. Ölkə ticari birliyin üzvü olsa da vətəndaşları qırmızı passport daşıyırlar. Birləşmiş Ştatlarda isə passportlar ancaq 1976-cı ildə göy rəngə dəyişilib.Müsəlman ölkələrinin əksəriyyətində vətəndaşlar, məhz Azərbaycanda olduğu kimi yaşıl passportlar daşıyırlar. Mərakeş, Səudiyyə Ərəbistanı və Pakistan burada istisnadır. Buradakı Yaşıl Məhəmməd peyğəmbərin ən sevdiyi rəng hesab olunur. Bundan başqa yaşıl həm də həyatı və yaşamı simvolizə edir. Burkina Faso, Nigeriya, Niger,Fil dişi sahilləri və Seneqal kimi qərbi Afrika ölkələri vətəndaşları da məhz yaşıl passport daşıyıcısıdırlar. Bu ölkələrin vətəndaşlarına yaşıl passport verməsinin səbəbi onların, QADİB-ə (Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi) üzv olmalarıdır.Çox az ölkələrin passportlarının rəngi qaradır. Afrikada Botsvana, Zambiya, Burundi, Gabon, Anqola, Çad, Kongo, Malavi və s. ölkələrdə qara rəngli passportlar istifadədədir. Yeni Zellandiyanın milli rəngi qara olduğundan, orada da vətəndaşlar qara rəngli passportlar gəzdirirlər.Aşağıdakı xəritədə hansı ölkədə, hansı rəng passport istifadə olunduğunu görə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər… Paylaşdı: Babek Musa-Zadeh 

2052 dəfə oxunub

Praqa bələdçisi

Praqadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.“Romantik şəhər”, “Avropanın ürəyi”, “Nağıllar şəhəri” - Praqa. Bu şəhər öz möhtəşəmliyi ilə ona verilmiş bütün adlara layiqdir. Əminəm ki, Praqaya səyahət etmiş bir çox insan üçün bu şəhər xüsusi yer tutur. Bütün bu gözəlliyin qarşısında təbii ki, Praqanın da mənfi yanları var və bunun ən başlıcası orada yaşayanların dələduzluq etmək üzrə master olmasıdır. Gələcəkdə buraya səyahət edəcəklərə köməklik olması üçün ətraflı Praqa postu yazmaq qərarına gəldim.Bu postda gəzməli yerlərdən daha çox şəhərdə qarşılaşa biləcəyiniz problemlər və ümumi xərclər barədə yazmaq istəyirəm. Əgər maraqlı olan varsa gəziləcək yerlər barədə də gələcəkdə ətraflı yazaram. Beləliklə başlayaq - WW2-zamanı çexlər müqavimət göstərmədən ölkəni almanlara təslim etdiklərindən Praqada olan tikililər müharibə dövründə dağıdılmamış, bu səbəbdən bütün tarixi yerlər öz gözəlliyini bu günədək qoruyub saxlamışdır. Çexiyanın rəsmi pul vahidi “kron”dur və bizim 100 manatın qarşılığı 1300 çex kronu, 100 avro isə 2600 krondur. Praqada yaşayacağınız ən böyük problemlərdən biri elə valyutanı çex kronuna dəyişməkdir. Çünki hər yerdə böyük hərflərlə “0 comission” və yüksək məzənnə ilə pulu dəyişmək təklif edilsə də realda bir çox valyuta dəyişmə yeri insanları aldadır. Məsələn siz yüksək kursla exchange görsəniz və yaxınlaşıb pulu dəyişsəniz onlar pulun 5-25 faizinə qədərini komissiya pulu adı ilə sizdən çıxa bilərlər. Və ya yüksək kursla və “0” comis.yazısını görüb pulu dəyişmək istədikdə aşağı kursla pulu verib Exchangedə yazanın satış kursu olduğunu, alışın isə nöqtədən balaca formada kənarda yazıldığını deyə bilərlər. Odur ki, pulu dəyişməzdəm əvvəl mütləq qaydada satıcıdan verdiyiniz pulun qarşılığında hansı pulu verəcəyini dəqiqləşdirib daha sonra pulu verin. Üzərində ərəbcə yazılar olan Exchangelərin bir çoxu və ya şəhər mərkəzində “PRAHA EXCHANGE, Jindřišká 12/908, Prague 1” ünvanında olan exchang ən sərfəli kursu təklif edirlər. Küçədə sizə yaxınlaşıb yüksək kursla pul dəyişməyi təklif edə bilərlər. Qəti onlara inanmayın çünki Bulgar Levası çex kronuna çox oxşadığından insanları yüksək kurs adı ilə aldadıb leva verirlər. ))Şəhərdə metro, tramvay və avtobus istifadəsi çox rahatdır. “Moovit” proqramı ilə avtobusların hansı saatda haradan keçəcəyini öyrənə bilərsiniz. Aldığınız biletlər bütün nəqliyyat vasitələrində keçərlidir. Avtobus, metro, tramvayı istfadə etdiyim 5 gün ərzində yoxlama ilə qarşılaşmadım. Oteldə də soruşduqda onlar da hökümətin vətəndaşların iradəsinə güvəndiklərini və bu səbəbdən yoxlamanın çox az hallarda olduğunu dedilər. Səhv etmirəmsə yoxlama zamanı biletsiz olduğunuz aşkarlansa təxminən 30 avro cərimə kəsilir. Bilet qiymətləri 30dəqiqəlik- 24 kron, 90 dq-32 kron, 1 gün 110 kron, 3 gün-310 kron. Ən məsləhətlisi təxminən 5 avroya günlük bilet alıb rahat şəkildə istifadə etməkdir. P.S-Əgər əlinizdə çemodan varsa mütləq 16 krona çemodan üçün əlavə bilet almalısınız))).Praqada olarkən gulaj, knedlky, kartof şorbası Bramboracka yeməklərinin dadına baxın. +Trdelnik şirniyyatlarını mütləq yeyin. Onsuz Trdelnik hər addımda qarşımıza çıxdığından inanmıram ki, oraya gedən kimsə onu yemədən qayıtsın. Restoranlarda normal 1 nəfər üçün yemək üçün təxminən 100-200 kron arasında xərciniz çıxacaqdır. Bu şəhərdə pivə həqiqətən də sudan ucuzdur. İnsanlar demək olar ki, su yerinə pivə içirlər. Urquell və Kozel ən məsləhətli pivələrindəndir. Bundan dünyada tərkibində ən çox alkaqol olan Absinth (80%) içkisi bu ölkədə istehal olunur. Mən noyabr ayında getdiyim üçün şəhərdə Avropanın bir çox şəhərinə xas olan hər hansı pis qoxu hiss etmədim. Deyilənə görə yay aylarında bəzi küçələrdən keçəndə pis qoxu hiss edilir. Ancaq nə qədər pis olsa da inanmıram ki, Parisdəki kimi iyrənc formada hiss edilsin. Praqada “Old town” və Karlova bölgəsində qalsanız demək olar ki, hər yerə piyada gedib gəzə bilərsiniz. Günlük 30-40 avro qiymətinə olan, mərkəzə yaxın məsləhət gördüyüm otel “Akcent” hoteldir. Tam qarşısında da metro yerləşir. Praqa gecə həyatı cəhətdən Avropanın ən hərəkətli şəhərlərindən biridir. Orta Avropanın ən böyük klubu “Karlovy Lazne” məhşur Charles körpüsünün tam yaxınlığında yerləşir. Beləliklə Praqa gəziləcək möhtəşəm tarixi yerləri, digər Avropa şəhərlərinə görə ucuzluğu, təbiəti, əyləncəsi ilə mənim fikrimcə hər növdən turist və gəzginlər üçün ideal şəhərlərdən biridir. Şəhərdən doymaq üçün buraya ən az 3 gün ayırın. Praqaya getmişkən Budapeşt və Vyanaya baş çəkməyi unutmayın. Bu günlük bu qədər, suallarınız varsa cavablandıra bilərəm. Həmişə gəzməkdə!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı:  Gəzgin Həyat

1649 dəfə oxunub

Londonda alternativ nəqliyyat

Londondakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Londona gələn səyahətçilərin əksəriyyəti qiymət bahalığından şikayət eləyirlər. Əsasən bu şikayətlər ictimai nəqliyyat qiymətləri ilə bağli olur (Mən də razıyam, ictimai nəqliyyat çox bahadır, hələ Bakıda 20 qəpiyə istənilən yerə getməyə öyrəşən adam üçün ümumiyyətlə çətindir qəbul eləmək)Ictimai nəqliyyat qiymətlərini aşağı sala bilməyəcəyimizə görə alternativ nəqliyyat fikirləşmək lazımdır. Nəzərə alanda ki Londonda demək olar ki bütün görməli yerlər bir-birinə yaxin yerləşir, ən ideal nəqliyyat növü velosipeddir.Londonda çox əla təşkil olunmuş ictimai velosiped sistemi var. Santander bankı tərəfindən həyata keçirilən bu layihə bir xeyli adamın həyatını yüngülləşdirir. Velosipedlər bütün lazımi təhlükəsizlik ləvazimatlari ilə təmin olunub (Qabaq ishıq, arxa ishıq, ishıqqaytarıcılar və s.)Velosipedlərin qiyməti isə 24 saat üçün cəmi 2 funtdur. Yarım saatlıq isə pulsuzdur. İcarəyə götürmək üçün bank kartı lazımdır, pulu ödəyəndən sonra aparat sizə kod yazilan çek verir, kodu qıfıla yazıb yaşıl ishıq yananda velosipedi götürürsünüz. Şəhərin hər yerində bu velosiped dayanacaqlarından olduğuna görə geri qaytaranda da problem yaşamırsınız.London velosipedçilərin təhlükəsiz formada hərəkəti üçün əlverişli olan tək-tük şəhərlərdəndir. Yol qaydalarına əməl etdiyiniz və dönmə siqnallarından istifadə etdiyiniz müddətcə heç kim gəlib belinizə dırmaşmayacaq. Avtobus və taxilər üçün olan xüsusi zolaqlar isə həm də velosipedlər üçündür. Hər zaman istifadə eləyə bilərsiniz.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ismayil Nur

841 dəfə oxunub

Little little, into the middle şəhər – Belqrad

Belqraddakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Aprel ayının 14-ü və 17-si xristianların pasxa bayramı idi. Mən də dedim bu bayram günlərindən istifadə edib bir səyahət edim, yeni bir ölkəyə, şəhərə gedim. Keçən ilin iyun ayında sevimli Brüggemi səyahət etmişdim. Ondan sonra 2 dəfə Praqa, Vyana, Ankara, 1 dəfə isə Moskvaya getməyimə baxmayaraq, yeni ölkə tilsimimi qıra bilmirdim ki, bilmirdim. Nəhayət az qala 1 ildən sonra bu tilsimi sındırmağın zamanı çatmışdı.Belgrada necə gedib çıxdım?! İlk öncə BlaBlaCarla getməyi yoxladım. Bir sürücü tapdım sorğu göndərdim, sonradan sürücü dedi ki, ancaq Novi Sada qədər gedirəm, oradan Belgrada gərək başqa nəqliyyatla gedəsən. Beləcə BlaBlacar sevdam baş tutmadı. Avtobuslar isə, gündə cəmi 2 dəfə gedir deyə, vaxtları mənə uyğun olmadı. Belə də, son alternativ olaraq qatarla getməyi qərara aldım. Macarıstan dəmir yollarının saytı olan www.mavcsoport.hu -dan 9920 macar forintinə (təxminən 32 avro) biletimi 1 gün öncədən alıb, Keleti dəmiryolu vağzalına yola düşdüm. (Bir şeyi deyim ki, macar dəmir yollarının saytından bilet alırsınızsa, həm gediş, həm də qayıdış biletini dəmir yolu vağzalındakı makinalarda çap etməlisiz). Normalda qatar 22:25-də Keletidən yola düşür və 06:13-də Belgradın mərkəzi stansiyasında çatır. Amma mən getdiyim gün tam da pasxa ərəfəsi idi deyə, qatarda boş yer yox idi, hətta ilk 2-3 dayanacağa qədər ayaqüstə də bir neçə nəfər getdi. Həm Macarıstanı tərk edərkən, həm də Serbiyaya daxil olarkən gömrük yoxlamasından keçdiyimizdən, bir az yubanmalı olduq.[caption id="attachment_630" align="aligncenter" width="551"] Belgrad gecələri[/caption]Belgrada çatana qədər hələ 2 dəfə gömrük yoxlamasından keçmək lazım idi. Macarıstan sərhəddini problemsiz keçdik, gəldilər passportlarımızı yoxladılar, möhürünü vurdular keçdik Serbiya tərəfə. Əsl kino burda başladı. Qatarın ən başında olduğum üçün passportu yoxlananlardan ilk mən oldum və gömrük işçisi passportumu alıb serbcə dedi ki, düş aşağıda gözlə. Əvvəl elə bildim deyir, düş aşağı xidmət elə, sonra gördüm yox, deyir düş aşağı gözlə ????. Qatar dolu olduğundan sərhədçilərin sərnişinləri yoxlayıb, geri gəlməsi hardasa yarım saata yaxın çəkdi. Bu arada da həm içimi bir qorxu alıb ki, görəsən nolub, Serbiyaya buraxmayacaqlarmı məni?! Rüşvətmi istəyəcəklər və s.?! Digər tərəfdən də özümə təskinlik verirəm ki, buraxmırlar, buraxmasınlar da, Serbiyadır görməsəm də olar və bütün qatardakıların baxışları altında çantamdan sendviçlərimi çıxarıb cool-cool yeməyə başlayıram. Nəysə sərhədçilər gəldilər, qatardan daha 3 nəfəri də düşürtdülər. Getdik otağa, heş zad. Sadəcə passportumuzu alıb scan etdilər və dedilər yaxşı yol! Beləcə səhər 7-ə qalmış gəlib çatdım Belqradın mərkəzi dəmir yolu stansiyasına. Qatardan düşən kimi, Belgrad yaz günəşi, ilıq nəfəsi ilə bir xoşgəldin dedi. Stansiyada 6-7 avro dəyərində macar pulu xırdalardım ki, avtobusa verməyə pulum olsun (ilk dəfə hansısa bir Avropa şəhərində belə insaflı exchange görürüdüm). Serblərin pullarının maraqlı adı var – dinar, özüvü lap ərəb nağıllarında kimi hiss edirsən, elə bilirsən, elə bu dəqiqə hardansa Əlibaba və 40 quldur çıxacaq. Beləcə avtobus dayanacağında Novi Belgrad, yəni Yeni Belgrada gedən avtobusu gözləməyə başladım. Çünki məni Couchsurfingdə qonaq edəcək Emiliyanın evi orada yerləşirdi.[caption id="attachment_627" align="aligncenter" width="551"] Kalemegdan[/caption]Artıq anladınız ki, Belgradda hostel/hostel xidmətlərin istifadə etməmişəm, amma hostellər çox ucuzdur. 4-6 nəfərlik otaqlarda bir adamın qiyməti 5-6 avrodan başlayırdı. Xərclərini lap minimuma endirmək istəyənlər və ya yerli əhali ilə tanış olub, qaynaşmaq istəyənlər, mənim kimi Couchsurfingdən istifadə edə bilərlər. Belgradda olduğum müddətdə Emiliya adlı bir şən, mehriban, çoxdanışan və yardımsevər bir serb məni qonaq elədi. İşlədiyinə görə çox boş vaxtı olmasa da, məni şəhərlə tanış etdi, şənbə günü maşınla adaya aparıb orani gəzdirdi. Bir sözlə yerli birinin evində qalmaqdan aldığım zövqü yenə də daddım.Qida məsələsinə gələndə, Balkanların mətbəxi bizim mətbəxə çox oxşayır, yemək bişirmə üsulları, yeməklərin dadları və s. xüsusilə də mənim kimi vətəndən uzaq düşmüsünüzsə və Macarıstan kimi, mətbəxi bizim mətbəxin 180 dərəcə əksi olan yerdə yaşayırsınızsa, Serbiya sizə cənnət kimi görsənəcək. Serb burgeri, boşnak yeməyi olsa da az qala serblərin özəlləşdirdiyi çevapi (çevap çiçi), bir neçə növ ətin qarışımından hazırlanan möhtəşəm pljeskavice burgeri və s. Mən ilk gün Gavrila Principa 77 ünvanındakı Zavicaj restoranında qaymaq üstü serb burger yedim. Çox dadlı amma eyni zamanda da ağır yemək idi, məncə qaymaqsız daha dadlı və rahat olar. Serb burgeri ənənəvi burgerlərdən bir balaca fərqlənir, çünki onu çörəyin içərisində gətirmirlər, istəsəniz özünüz əlavə çörək sifariş edə bilirsiniz. Restoran kifayət qədər mərkəzi yerdə yerləşir, dadlı yeməkləri var. Serbiya ucuz ölkə olduğundan qiymətlər də çox münasibdir və tripadisordan Certificate of Excellence alıb. İçərisi də qədim slavyan stilində bəzədilib, xoş abu-havası var. Siqaret çəkənlər və çəkməyənlər üçün 2 otaq ayrılıb. Qısacası burda nahar və ya şam yeməyi yeməyə dəyər. Bundan başqa axşam Emiliya ilə Novi Belgraddakı street food cənnətinə getdik və orada hardasa 1 avroya çörəyin arasında çevapi aldıq. Sadəcə mükəmməl ????. Yeməkdən bir az daha çox danışmaq istərdim amma məncə bu qədər yetər. Gedib özünü yerində görün, dadın.[caption id="attachment_628" align="aligncenter" width="551"] Qaymaq üstü serb burgeri[/caption]Şəhərdaxili nəqliyyatda, kart və ya bir dəfəlik biletlər istifadə edə bilərsiniz. 1 dəfəlik biletlər 150 dinardır, təxminən 1,2 avro. 72 saat limitsiz kartın qiyməti 700 serb dinarıdır, bu da təxminən 5,7 avro eliyir. Mən ilk dəfə 1 dəfəlik bilet aldım, sonradan isə 72 saatlıq. Bir də kart sistemi var ki, 89 dinar (0,7 euro) verərək kart alırsınız, sonra isə o karta gediş haqqı yükləyirsiniz və 1 dəfə işlətdikdə, 90 dəqiqə Belgraddakı nəqliyyat vasitələrindən istifadə edə bilirsiniz.[gallery ids="631,632,633,634" type="slideshow"]Belgradın özünə gəldikdə, şəhər sanki müxtəlif ölkələrin qarışımıdır. Bir az köhnə, bir az yeni Bakını, bir az Parisi, bir az İtaliyanın ensiz küçələrini xatırladır adama, bəzi yerlərdən isə komunizmin, Osmanlı işğalının izləri özünü açıq-aydın göstərir. Cem Yılmaz demiş Belgrad “Little little, into the middle” şəhərdir, hərəsindən bir az. İndi isə başlayaq adbaad Belgradın gəzməli-görməli yerlərinə:Nikola Tesla muzeyi – Tesla adını eşitsəm də haqqında bir şey bilmirdim amma bu muzey mənə Teslanı sevdirdi və oradan qayıdandan sonra bir neçə gün Tesla haqqında araşdırma etdim, kəşfləri ilə tanış oldum. Muzeyə giriş 500 serb dinarıdır, təxminən 4 avro amma verdiyiniz pulun 5 qatını alırsız muzeydən. Xüsusilə də Teslanın kəşfi olan naqilsiz elektriki test edərkən.Kalemegdan – Dunay və Sava çaylarının birləşdiyi yerdə, təpədə qurulmuş qala meydanı, xüsusilə gün batımında möhtəşəm görsənir. 200 likelıq selfielər çəkdirə bilərsiniz. Kalemegdanın içərisində, 2 dənə də muzey mövcuddur: hərb muzeyi və işgəncə muzeyi. Hər ikisi məsləhətdir. Muzeylərə giriş 1-2 avro ətrafındadır.Knez Mihailova küçəsi – Bütün şəhərlərdə olduğu kimi, ən məşhur küçə, Bakının Torqovaya küçəsi.Müqəddəs Sava məbədi – Aya Sofyanın “xristian” varyantı. İçəridə bir neçə ildir restavrasiya işləri getdiyindən, içi bir az boş görsənir.Skadarlija küçəsi – dünyanın gəlmiş-keçmiş ən şirin küçələrindən biridir. Sağda-solda kiçik, şirin, italyan stilində kafelər, publar var.Köhnə Müdafiə Nazirliyinin binası – Serbiyaya Nato hücumunda dağıdılan və sonradan restavrasiya edilməyən nazirlik binası.[gallery ids="637,635,638,636" type="slideshow"]Ada Ciganlija – Qaraçı adası. Sava çayının ortasında yerləşən kiçik yaşıl bir ada. Gəzənlər, qaçanlar üçün ayrı, velosiped sürənlər üçün ayrıca bir zolağı var. Çox münasib qiymətə kafelər yemək yemək, 1 fincan qəhvə içmək olar. Sunset kafesinda Emiliyaya nahar yeməyi borcumu ödəmək üçün yemək yedik. Açıq havada, günəşli gündə çevapiləri yeyib, Dunayın mənzərəsindən zövq aldıq. Adan;n əks tərəfindəki sahilində isə Belgradın nudist, bizim dildə çılpaqlar çimərliyi yerləşir. Havalar hələ tam isinmədiyindən nudistləri görmədik amma Emiliyanın dediyinə görə, nudist çimərliyində sadəcə yaşlılar olur, həvəslənib getməyin ????Və sona saxladığım Zemun qəsəbəsi. Dunay çayının sahilində olan kiçik, şirin bir məkan. Bir vaxtlar Avstriya-Macarıstan imperiyasının sərhədləri buralardan keçirmiş, ona görə də burada, imperiyanın nəfəsini hiss etmək olur. Qəsəbə 18-ci ərdən qorunub saxalanılıb. Sahildə xeyli iri-xırdalı gözoxşayan restoranlar, kafelər var. İlin isti aylarında Zemunu gəzib, kafelərin çöldəki masalarında oturub, bir Jelen pivəsi içə bilərsiniz. Bundan başqa, sahildə qu quşlarını yemləməyin də ayrı bir ləzzəti var. Zemundakı Janos Hunyadi qəsrinə çıxaraq, bütün Belgradı əlinizin içindəki kimi görə bilərsiniz.[gallery ids="642,641,640,639" type="slideshow"]Belqrad haqqında bu qədər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh 

1825 dəfə oxunub

Səyahətin kabusu - itmiş baqaj

Əziz səyyahlar. Səyahət sezonunun başlanması ilə əlaqədar olaraq belə bir yazının çoxlarına faydalı olacağını sanıram. Hər kəs səyahətini planlaşdırarkən onun ideal keçməsini və səyahətin ancaq pozitiv tərəflərini düşünür. Aylar öncədən planlaşdırdığımız səyahətin ən gözəl xatirlərlə yadda qalması hər kəsin arzusudur. Bütün səyahəti ən gözəl şəkildə yaşayırsan və sonda içərisi yaxınlarına aldığın hədiyyələrlə və xoş xatirələrinlə dolu baqajın itir! Bax bu zaman əsl kabus başlanır və...Bütün bunların yaşanmaması və qabaqlayıcı tədbirlərlə zərəri minimuma endirmək öz əlimizdədir. Çalışmışam ki, bildiyim bütün təcrübəmi ətraflı şəkildə izah edim ki, xatirələrimiz ziyan olmasın. Göstərilən problemlər, bir çox sərnişinlər tərəfindən vaxtaşırı rastlanan problemlərdir və tez-tez təcrübədə yaşandığı üçün tədbirli olmaqda fayda var. Hər kəsə öncədən bol-bol səyahətlər arzulayıram. Gənclərimizin daha çox yerlər gəzərək, gördükləri müsbət təcrübələri ölkəmizdə tətbiq etmələrini ümid edərək əsas məsələyə qayıdaq.1) Səyahətə başlamamışdan öncə ilk iş uçuş marşrutunu planlaşdırarkən, əgər bir və yaxud bir neçə transfer məntəqədən istifadə edəcəksinizsə əsas diqqət etməli məqamlardan biri “Connection time” yəni, transfer məntəqəyə enmə vaxtı ilə qalxma vaxtının 2 saatdan çox olmasına diqqət etmək lazımdır. Təcrübə göstərir ki, böyük aeroportlarda 2saatdan az vaxtda baqajların bir təyyarədən boşaldılması və bir sıra işləmdən keçərək digər borta yüklənməsi qeyri-mümkün ola bilər. Bu hadisə ən çox fərqli terminallardan uçuş yerinə yetirilən zaman daha da çox rastlana bilər. Məhz bu səbəbdən də bilet alarkən baqajınızın sizinlə birgə təyinat məntəqəsinə çatmasını istəyirsinizsə, bu hallara diqqət etmək lazımdır. Əgər uçduğunuz aviaşirkət o istiqamətdə hərgün uçuş yerinə yetirmirsə bu halı xüsusilə diqqətdə saxlamaq lazımdır, çünki baqajınız gəlməzsə onu həmin aviakompaniyanın növbəti uçuşu ilə göndərəcəklərini bilməlisiniz. Adətən aviakompaniyalar riski minimuma endirmək üçün öz baqajlarını başqa kompaniyalarla deyil öz reysləri ilə göndərməkdə maraqlı olurlar. Bileti alarkən uçduğunuz şirkətin növbəti reysinin nəvaxt olacağını dəqiqləşdirməkdə fayda var. Məsələn, Wizzair aviakompaniyasıyla London-Budapest-Bakı istiqamətində uçuş yerinə yetirisinizsə baqajınızın gəlməməsi halında nəzərə almaq lazımdır ki, sizin baqajınız əksər hallarda bu kompaniyanın 3gün sonrakı növbəti reysilə göndərilə bilər.2) Baqajınızın təyinat məntəqəsinə sizinlə birgə çatmaması (itmə) hallarında, gəliş zalını tərk etmədən Lost&Found ofisinə gedərək bildirməlisiniz. Zalı tərk etdikdən sonra olunan müraciətlər aviakompaniyalar tərəfindən qəbul edilməyə bilər. Bütün iddialar zalı tərk etmədən bildirilməli və sənədləşdirilməlidir. Sizə PİR adlanan sənəd tərtib olunacaq, çalışın baqajınızın xarici görünüşü (brendi, rəngi, üzərindəki nişanələri) və içərisindəki əşyalarınız haqqında ətraflı (brendi,rəngi, əlamətləri) məlumat verəsiniz. Yaxşı olar ki, səyahətdən öncə baqajınızı yığarkən belə detallara fikir verəsiniz və ehtiyyat üçün şəklini çəkəsiniz. Bu sizə uçuş sonrası yorğunluq və stres halında yaddan çıxan detalları xatırlamağa köməklik edəcəkdir. Baqajın xarici görüntüsünün şəklini çəkmək də sizin sənədinizi rəsmiləşdirən şəxsə yardımçı olacaqdır.3) Qeydiyyata verdiyiniz baqajın üzərinə vurulan birkanın bir sıra səbəblərdən (qulpun qopması, birkanın düzgün vurulmaması) düşməsi və baqajınızın tanınmaması hallarının qarşısını öncədən gördüyünüz tədbirlərlə alarsanız, baqajın itmə şansını minimuma endirmiş olarsınız ki, bunun da bir sıra effektiv yolları vardır. Baqaj aldıqda üzərində, (adətən arxa hissəsində) kontakt yazılan yarlık olan baqajlara üstünlük verməyiniz və həmin hissəyə ad, soyad, telefon nomrəsi (beynəlxalq kodla) və email adresinizi oxunaqlı səkildə yazmağınız bu işlə məşğul olan işçilərin sizi tezliklə tapmasına və baqajınızı əldə etməyinizə yardımçı olacaq.Əgər baqajınızda belə bir hissə yoxdursa, narahat olmağına dəyməz, bunu özünüz də bir çox aviakompaniyanın (məs THY) yarlıkını əldə etməklə aradan qaldıra bilərsiniz ( bunu həmçinin özünüzlə salona apardığınız əl baqajına da tətbiq edə bilərsiniz). Sadəcə bir şeyə diqqət edin ki, qeydiyyatçı agent normal birkanı siz yarlıkı vurduğunuz qulpa yox digərinə vursun ki, bir qulp zədələndikdə digərinin baqajda qalma şansı olsun. Daha çox ehtiyatlı sərnişinlər bütün hallardan sığortalanmaq üçün əlavə böyük bir A4 vərəqinə iri hərflərlə uzaqdan diqqəti cəlb edəcək şəkildə ad, soyad, reysinin nömrəsini və gedəcəyi marşrutu, kontaktlarını yazırlar və baqajın üzərinə qopmayacaq şəkildə skoçla bərkidirlər (eytiyat üçün bir kopyasını da baqajın ön cibinə qoymaq olar). Nəzərə almaq lazımdır ki, istifadə etdiyiniz transfer məntəqələrin baqaj saxlama otaqları təsəvvür etməyəcəyimiz şəkildə böyük ola bilər və sizin də birkasız baqajınız onların arasında sıradan bir baqaj kimi it-bat ola bilər. Onu bu işlə məşğul olan işçinin nəzərini cəlb edəcək şəklə gətirmək sizin fantaziyanızdan asılıdır. Ümumiyyətlə yeni baqaj aldıqda xarici görünüşü uzaqdan diqqət cəlb edə biləcək nişanələr olan baqajları seçmək faydalıdır. Məsələn üzərində fərqli şəkillər, adlar, şəhər simvolları olan baqajlar bu iş üçün əvəzolunmazdır.4) Baqajınızı plastiklə bağlatmağınız sizi bir sıra yaşana biləcək problemdən sığortalaya bilər. Bu prosedur çox aeroportda, xüsusən də avropada tətbiq olunmadığı üçün bunu əvvəlcədən alınmış selofanla özünüz evdə edə bilərsiniz. Bu xüsusən yağışlı havalarda baqajınızın islanmasının, təyyarənin yük bölməsindəki başqa baqajın partlayaraq, içərisindəki mayenin digər baqajları çirkləndirməsinin, baqajınız normadan artıq yüklənmişsə onun partlamasının və baqajınızın içərisinə müdaxilənin qarşısını almış olar. Ancaq bu halda baqajınızı yığarkən bir şeyə diqqətli olmanız, baqajınıza aviakompaniyanın qadağan etdiyi və ya tövsiyyə etmədiyi əşyaları qoymamağınız vacibdir. Çünki sonradan baqajınız yoxlamadan keçərkən açıla bilər və bu halda ödədiyiniz məbləği boşuna vermiş olacaqsınız. Baqajın içərisinə sizin üçün çox önəmli olan əşyaları (xüsusən də pulla alınmayacaq mənəvi dəyəri olan) və sənədləri qoymamağa çalışın ki, itgi hallarında buna görə daha çox peşmançılıq yaşamayasınız. Əgər sizin bir baqaj haqqınız varsa ancaq iki kiçik baqaj aparmaq məcburiyyətindəsinizsə, o zaman icazə verilən çəkini və ölçüləri keçməmək şərti ilə iki baqajı biryerdə plastik paketlə bağlatmaq effektiv üsulladan sayılır.5) Qeydiyyatçı baqajınıza birkanı vurmamışdan öncə onu nəzərdən keçirməyiniz, üzərindəki detalları (soyad, reys, marşrut) yoxlamağınız sizi, çox rastlanan baqajınıza səhv birkanın vurulması hallarından sığortalamış olacaqdır. Bəzi hallarda qrup şəklində qeydiyyata gələrkən bu hallar yaşana bilər. Başqasının birkasının sizin baqajınıza vurulması, sizin baqajın tamamən fərqli istiqamətdə hərəkətinə səbəb olacaqdır(bundan əlavə bəzi səbəblərdən uçuşa buraxılmadığı hallarda başqasının birkası sizin baqaja vurulmuşsa, bu zaman o uçuşdan kənarlaşdırıldıqda avtomatik olaraq onun adına olan sizin baqajınız da kənarlaşdırılacaqdır). Bundan əlavə qeydiyyatçıdan birkanın sizdə qalan hissəsini aldığınıza əmin olun, çünki bu sənəd baqajınızın itməsi halında sizdən tələb olunacaqdır. Həmin “əl birkasının” səklini çəkməyiniz onun itirilməsi halında sizin işinizi asanlaşdıracaqdır. Baqajın elektron tərəzidəki dəqiq çəkisi (qramla), itmə hallarında baqajı tapmaq üçün həlledici detallardandır və sizdən soruşula bilər, çünki birkanın üzərində yuvarlaq kg-la rəqəm yazılır. Əlavə olaraq, birkanın üzərində yalnız barkod və birka nömrənizdən ibarət kiçik “minitag-lar” olur ki, bunları da baqajınızın ən az 2 fərqli tərəfinə vurulmasına diqqət edin. Bu barkodlar lazer şüası tərəfindən oxunaraq, baqajın lentdə düzgün istiqamətə getməsini təmin edir və əsasən də birkanın düşməsi halında baqajınızın tapılması üçün çox önəmli rol oynayır.6) Səyahət zamanı pasportunuzun, bank kartlarınızın itirilməsi sizə böyük problemlər yarada biləcəyi üçün bu halları da, əvvəlcədən gördüyünüz tədbirlərlə aradan qaldıra bilərsiniz. Bunun üçün sənədlərinizin görünən hissəsinə, üzərinə nömrəniz qeyd olumuş kağız parçasını yapışdırmağınız kifayətdir. Ancaq bir şeyə diqqət etmək lazımdır ki bu, bank kartının maqnit lentinin üzərinə düşməsin. Bir çox aviakompaniya salonda itən əşyalara məsuliyyət daşımadığı üçün təyyarədən düşərkən sənədlərinizi və əşyalarınızı yenidən kontrol etməyiniz sizə faydalı olacaqdır. Nəzərə almaq lazımdır ki, sizin təyyarəniz terminaldan uzaq dayanacağa enə bilər və əşyalarınızın sizə geri gətirilməsi (əgər tapilarsa) sizi pasport kontrolunda və digər proseslərdə ləngidə bilər.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elcin Meherremli 

1635 dəfə oxunub

Roma bələdçisi

Romadakı otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.42x32x25sm ölçülərini aşmayan kürək çantamı çiynimə atıb liftin düyməsini basdım. Başladığım yol məni ilk öncə məşhur musiqiçi Ferens Listin adına olan Budapeştin beynəlxalq hava limanına, oradan isə Romaya aparacaqdı. Bu yol Romaya gedənyollardan yalnız biridir. ????[caption id="attachment_604" align="aligncenter" width="551"] Roma[/caption]Roma səfərim çox mürəkkəb bir dövrə təsadüf edirdi. Noyabr ayında Parisdə baş verən terror hadisəsindən sonra Avropanın digər şəhərlərində olduğu kimi Romada da təhlükəsizlik tədbirləri gücləndirilmişdi. Yanvar ayında İstanbulda turistlərə qarşı olan terror hücumu Roma səfərimlə eyni günə təsadüf edirdi. Bu səbəbdən bütün metro stansiyaların ətrafında və içərisində, mərkəzi və insanların sıx olduğu küçələrdə, tarix və mədəniyyət abidələrinin yaxınlığında silahlı əsgərlərin və polislərin olması insanda bir narahatçılıq yaradırdı. Ümid edirəm ki, siz səyahət edəcəyiniz zaman belə bir problemlə rastlaşmayacaqsınız.Bəri başdan onu da vurğulayım ki, bu yazımızda Romanı məşhur rejisor Federiko Fellini kimi göstərib, Den Braun kimi təsvir edə bilməmişəm. Səmimi olsam, heç buna cəhd də etmədim. Ancaq ilk dəfə səyahət etmək istəyənlər üçün faydalı məsləhətlər verməyə çalışacağam.[caption id="attachment_607" align="aligncenter" width="551"] Vatikan, Roma[/caption]Nə zaman və necə səyahət etməli?2500 ili aşan tarixi, zəngin memarlıq və mədəniyyət abidələri ilə Roma ilin bütün fəsillərində turistlərin və gəzəyənlərin diqqətini cəlb edə bilir. Lakin may-oktyabr ayları arası Romanı görmək istəyənlər turist çoxluğunu və havanın istiliyini nəzərə alsalar yaxşı olar. Payızın sonu və qış ayları manatı devalvasiyaya uğramış azərbaycanlı gəzəyənlər üçün ideal görünə bilər. Həm otel qiymətləri ucuz olur, həm də sərfəli biletlər tapmaq mümkündür. Biletdən söz düşmüşkən onu deyim ki, bu səyahətimizdə də Wizzair bizim ən səxavətli dostumuz oldu. “Dostuma” Budapeşt-Roma gediş-dönüş bileti üçün 22 avro ödədim. Bakıdan birbaşa uçuş olmasa da Bakı-Kiyev-Roma, Bakı-İstanbul-Roma və s. alternativlərdən faydalana bilərsiniz.Romada harada qalmalı?Mən orada təhsil alan azərbaycanlı dostumun evində qaldığıma görə sizə hər hansı otel və ya hosteli tövsiyyə edə bilməyəcəm. Amma siz öncə cibinizə sonra bu yazıya baxıb müvafiq otel və ya hosteli seçə bilərsiniz. Əgər metro və ya avtobusa pul xərcləmək istəmirsinizsə (bir istiqamət 1.5 avro, limitsiz 24 saat bilet 7 avro, 48 saat 12.50 avro, 72 saat 18 avro) və piyada gəzməyə üstünlük verirsinizsə yaxşı olardı ki, qalacağınız yer şəhər mərkəzi olsun. Navona meydanı (Piazza Navona), Trevi Fontanı (Fontana di Trevi) və Venesiya meydanı (Piazza Venezia) ətrafı bu baxımdan uğurlu seçim ola bilər. Nisbətən ucuz otel/hostel istəsəniz Termini metro stansiyasının yaxınlığı da düşünə bilərsiniz.[caption id="attachment_606" align="aligncenter" width="551"] Roma[/caption]Termini metro stansiyası ərazidə olan restoranlar da şəhərin digər yerlərinə nisbətdə ucuzdu. Restoran demişkən, Romada ne yeməli sualı aktuallaşır ???? Yəqin ki, çoxumuzun ağlına ilk gələn pizzadır. Romada demək olar ki, hər küncdə bir pizzaçıya rast gəlmək olur. Mərkəz yerlərdə olan restoranlarda ən sadə pizzaların qiyməti 7-10 avro arasında dəyişir. Spagettiyəgəlincə, tələbə olduğumdan semestr ərzində spagetti qida rasionumda əvəzedilməz rola malik idi. Bu səbəbdən Roma tətilim zamanı spagettidən uzaq durdum. Tiramisu və Roma dondurmasının (gelato) dadına isə mütləq baxın.Roma tarixi abidələr və muzeylərlə zəngin olduğundan tam gəzmək üçün 3-4 gün kifayət etməyə bilər, ancaq doğru planlama ilə qısa müddətli səyahətinizi də effektiv edə bilərsiniz. Aşağıdakı ‘Romada görüləcək yerlər’ listini hazırlayanda bu yerlərin bir-birinə olan məsafəsini nəzərə aldım. Ümid edirəm ki, siyahı vaxt problemi olan səyyahlar üçün köməkçi olacaq.Romada görüləcək yerlər.Əlbəttə ki, listin başında Flavi amfiteatrı və ya Kolizey gəlir. Dünyanın ən böyük antik amfitatrı olan tarixi abidənin tikintisi 8 ilə yekunlaşmışdır. Uzun illər qladiatorların və vəhşi heyvanların döyüşünə şahidlik edib. Vaxtınız olsa həm gündüz, həm də gecə görməyi məsləhət görərdim.[caption id="attachment_602" align="aligncenter" width="550"] Kolizey[/caption]Roma Formu ve Palatino təpəsi. Roma Formu antik Romanın mərkəzi hesab olunur. Siyasət və ticarətin mərkəzi olduğu üçün o dönəmin bütün tikililəri bu ərazidə cəmlənmişdir. Palatino təpəsi isə Romanın yerləşdiyi yeddi təpədən sadəcə biridir. Kolizeyi gördükdən sonra Roma Formuna gedib, oradan da Palatino təpəsinə qalxa bilərsiniz. Bu təpədən antik Romanın ən böyük stadionu olan Circus Maximusu da görə bilərsiniz. Kolizey, Roma Formu və Palatino təpəsi üçün birləşdirilmiş biletin qiyməti 12 avrodur.Altare della Patria. 6-cı əsrdən bəri dağınıq olan İtaliyanı vahid şəkildə birləşdirən II Viktor Emaunuelin şərəfinə tikilmişdir. II Viktor Emanuel 1861-ci ildən 1878-ci ilə qədər vahid İtaliya krallığının kralı olmuş, italiyanlar tərəfindən dilimizdə ‘Ata’ mənasini verən ‘Della Patria’ ləqəbini almışdır. Ağ mərmərdən tikilən abidənin hündürlüyü 70 m, eni isə 135 metrdir. Əzəmətli görünüşü ilə Romanı ziyarət edən turistləri heyran qoyan yerlərdən biridir. Abidənin alt hissəsində İtaliya Birləşmə muzeyi, üst hissəsində isə ətrafı seyr etmək üçün terras var.Panteon. Qədim Roma memarlığının ən görkəmli və tikintisi ilə bağlı hələ də özündə suallar saxlayan Panteon məbədini də görməyə dəyər. 128-ci ildə tikintisi başa çatan və yunancadan tərcümədə bütün allahların məbədi anlamını verən Panteon 7-ci əsrdən kilsə kimi fəaliyyət göstərir. Məşhur rəssam Rafael, İtaliya kralları II Viktor Emanuel və I Umberto burada dəfn olunmuşdur. Məbədin daxili interyeri və damı (damda olan dəlik) bu abidənin insan tərəfindən tikilib-tikilməməsi barədə suallar yaradır. Betondan olan qübbənin hansı texnologiya ilə hazırlanması insanları düşündürür.[caption id="attachment_605" align="aligncenter" width="550"] Panteon[/caption]Navona meydanı. Panteonu gördükdən sonra yaxınlıqda olan Navona meydanına da baş çəkməkdə fayda var. Romanın görməli və turistlərin sıx olduğu məkanlardan biridir. Dördbucaqlı formasında olan meydana iki kilsə və bir neçə saray açılır. Meydanda eləcə də, üç fəvvarə vardır. Bunlardan ən məşhuru Dörd çay fəvvarəsidir. Simvolizə olunan bu dörd çay Nil, Qanq, La Plata və Dunaydır. Çoxlu rəssam və küçə sənətkarlarına rast gələcəyiniz meydanın ətrafı kafe, restoran və hədiyyəlik əşya dükanları ilə zəngindir.Trevi fontanı. Barokko stilində olan fontan adını yerləşdiyi Trevi meydanından alır. Üç yolun qovşağında olduğu üçün Trevi adlandırılıb. Fontan bir neçə heykəl kompleksi və bu heykəllərin ön hissəsində olan hovuzdan ibarətdir. Hovuzun içində çoxlu qəpiklər görəcəksiniz. Deyilənə görə arxası hovuza dayanıb, sağ əlinizlə sol çiyin üzərindən hovuza qəpik atsanız, Romaya bir daha gələcəksiniz. Yığılan qəpiklərin xeyriyyə cəmiyyətlərinə bağışlandığı deyilir.[caption id="attachment_603" align="aligncenter" width="551"] Trevi fontanı[/caption]P.S Cibimdə qəpik avro olmadığından macar forinti atdım. Fontanın bunu qəbul edib etmədiyini, təəssüf ki, bilmədim. Ümid edirəm ki, atdığım qəpik qəbul edilib və mən Romaya yenidən gələcəyəm.İspan pilləkənləri. İspan pilləkənləri və pilləkənlərin başladığı İspan meydanı Romanın ən hərəkətli hissələrindən biridir. Pilləkənlər 1723-1726-cı illər ərzində tikilib. Məqsəd aşağıda olan meydandan üstdə olan Trinita dei Monti Kilsəsinə rahat gediş-gəlişi təmin etmək olub. Prada, Gucci, Dolce & Gabbana, Versace kimi lüks brendlər də bu meydanda cəmlənib.Popolo meydanı (Piazza del Popolo) və Pincio parkı. Romanın ən böyük meydanlarından biridir Popolo meydanı. Meydan yaxınlıqda yerləşən Pincio təpəsindən daha əzəmətli görsənir. Onu qeyd edim ki, bu təpə qədim Romanın yerləşdiyi yeddi təpə listinə daxil deyil. Təpəyə meydan tərəfdən qalxdığınızda geniş bir terrasa çatmış olacaqsınız. Bu terrasdan Popolo meydanı və Romanın tarix qoxan binaları daha ecazkar görünür. Terras eyni zamanda Picino bağlarının bir hissəsidir. Turistlərlə bol olan, hərəkətli Roma küçələrindən xilas olub bu parkda sakitlikdən və yaşıllıqdan zövq ala bilərsiniz.[caption id="attachment_600" align="aligncenter" width="551"] Vatikan meydanı[/caption]Vatikan. Vatikan səfəri üçün ən azı bir gününüzü ayırmağı tövsiyyə edərdim. 40 hektarı aşan ərazisi və minə yaxın əhalisi ilə dünyanın ən kiçik dövləti sayılır Vatikan. Katolik kilsəsinin döyünən ürəyi olan dövlət-şəhərin başçısı Roma Papasıdır. Vatikan səfərini dünyanın ən böyük kilsələrindən olan Müqəddəs Pyotr bazilikasından başlaya bilərsiniz. Bazilikaya giriş pulsuzdur. Ciddi yoxlama tədbirləri olduğu üçün uzun növbələrlə rastlaşa bilərsiniz. Mən qış ayında getdiyim üçün növbədə çox da gözləməli olmadım. İçini isə yalnız görmək lazımdı ???? Sözlərlə ifadə edə bilməyəcəm.Bazilikina gördükdən sonra isə məşhur Vatikan muzeylərini gəzə bilərsiniz. Muzeylərdə əsasən intibah dövrünə aid əsərləri görə bilərsiniz.Muzeyləri gəzdikdən sonra dilimizə Müqəddəs Mələk qəsri kimi tərcümə olunan (Castel Sant’Angelo) tarixi abidəsini görə bilərsiniz. 135-ci ildə tikintisinə başlanılmış, 139-cu ildə sona çatmış sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Günümüzdə muzey kimi fəaliyyət göstərir. Giriş 15 avrodur. Qəsrin önündə Roma impetoru Hadrian tərəfindən tikilən Hadrian körpüsü var. Tiber çayı üzərində olan körpünün tikintisi 134-cü ildə tamamlanmışdır. Çay, körpü, körpünün kənarlarında olan mələk heykəlləri şəhərə xüsusi gözəllik qatır. Yazımı isə hələlik burada saxlamaq istəyirəm. Səbəbini aşağıdakı abzasda izah edəcəm.Romaya tək gedəcəyimi bilən Rusiyadan olan yataqxana yoldaşım ‘Roma tək gəzilməz, Roma da Paris kimi sevgi şəhəridir’ demişdi. Onunla mübahisə edib tək gəzməyin faydalarını müdafiə etmişdim. Romada yalnız Tiber çayının sahilində, Hadrian körpüsündən keçəndə tək olduğum üçün heyfslənib, rusiyalı dostuma haqq qazandırdım. İnanıram ki, Trevi fontanı atdığım qəpiyi qəbul edib və mən növbəti səfərimi cüt edib yazımı tamamlaya biləcəyəm ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: RƏHMAN ƏFƏNDİ

3277 dəfə oxunub

Minimum xərclə səyahəti necə təşkil etməli?! 2-ci hissə

Keçən yazılarımdan birində daha doğrusu “Minimum xərclə səyahəti necə təşkil etməli?!” adlı yazımın birinci hissəsində səyahət xərclərini necə minimum endirmək olar sualına cavab verməyə çalışmışdım. İlk yazı səyahət xərclərində ən çox yer tutan nəqliyyat xərclərini necə azaltmaq, xərcləri minimum endirmək haqqında idi. Bu dəfə gecələmə obyektləri (otel/hostel/mənzil/ev və s.) xərclərini necə minimum endirmək, səyahəti necə ucuza başa gətirməyin yolları haqqında yazını sizlərlə paylaşım. İlk öncə deyim ki, otel qiymətləri hostel və mənzil qiymətlərindən nisbətən baha olduğundan bu yazıda otellər haqqında danışmayacağıq.[caption id="attachment_590" align="aligncenter" width="551"] Budapeştdəki hostellərdən birinin lobbisi[/caption]Başlayaq… Xaricə səfər edərkən gecələmək üçün ağıla gələn ilk yer otel olur. İndiki zamanda otelə pulumuz çatmadığı üçün onun alternativi olan hostellər ən ideal seçim ola bilər. Əgər Hostel filminə baxmısınızsa, filmdə olanları unudun. Hostellər tam rahat və təhlükəsizdir, şəxsən mənim tərəfimdən bir neçə dəfə sınanılıb ???? Hostellər az xərclə, soyal mühitli qonaqlama imkanları verən gecələmə yerləridir. Otaq tiplərinə görə müxtəlif formada xidmətləri hostellərdə kirayələyə bilərsiniz. İstəsəniz 1-2 nəfərlik otaq və ya 4 nəfərdən 10 nəfərədək olan otaqda (shared room) yataq kirayələyə bilərsiniz. Həm 1-2 nəfərlik kiçik otaqlar, həm də 4-10 (və daha çox) nəfərlik böyük otaqlar daxili və ümumi hamam otağı ilə təmin olunur. Yəni mümkündür ki, siz otaq kirayələmisiniz amma hamam otağı ümumidir, otaqdan kənarda, həm də mümkündür ki, hər otağın öz hamamı olsun. Bundan başqa hostel otaqları 2 nəfərdən çox adam üçün nəzərdə tutulubsa bir çox hallarda hər bir qonaq üçün şəxsi əşyalarınızı qoruya biləcəyiniz kiçik qıfıllı seyflər olur. Bundan başqa hostellərdə bir çox hallarda qab-qacaqla təmin olunmuş mətbəx də sizin xidmətinizə verilir. Bu mətbəxdə qidalanma xərclərinizi minimuma endirmək üçün istədiyiniz ərzağı alıb özünüz üçün nahar və ya qəlyanaltı hazırlaya bilərsiniz. Bəzi hostellərdə səhər yeməyi qiymətə daxil olur, hosteli kiralamadan öncə bunu yoxlamaqda fayda var ????[caption id="attachment_591" align="aligncenter" width="551"] Hostel otağı[/caption]Hostellərdə yerləşdiyi ölkədən asılı olmayaraq, oğlanlar və qızlar üçün ayrı otaqlar olur (amma bu heç də bütün hostellərdə belə deyil). Yəni tutalım 8 nəfərlik otaqda yataq kirayələmək istəyirsiniz və qarşı cinsdən kiminsə həmən otaqda gecələmisini istəmirsinizsə rahat-rahat single-sex (yəni tək bəylər/tək xanım üçün) otaqları seçə bilərsiniz. Mixed otaqlarda isə hər iki cinsin nümayəndələri eyni otaqda qalırlar. Çoxadamlı otaqlarda otaq kirayələmisinizsə bu o demək deyil ki, bütün yerlər dolu olacaqdır. Məsələn mən Tiflisdə 6 nəfərlik otaqda daha 2 dostumla yer kirayələmişdim və bizdən başqa heç kim yox idi otaqda hətta mən deyərdim ki, hosteldə. Eyni hadisəylə Vyana və Krakovda da qarşılaşmışam. Vyanada 6 nəfərlik, Krakovda isə 4 nəfərlik otaqda sadəcə 2 nəfər gecələmişik. Bu hallar adətən şəhərin tam mərkəzində olmayan, mərkəzdən 1-1.5 km piyada məsafəsində olan və ya tətilin qeyri-pik vaxtlarında mümkündür. Əgər şəhərdə hansısa bir idman,  ya musiqi tədbiri və ya festival varsa çox güman shared roomlar dolu olacaqdır. Shared roomlarda qalmağın üstünlüyü odur ki, hostelin digər qonaqları, ən çox isə “otaqyoldaşların” ilə sosyallaşırsan, bəzən şəhəri birlikdə gəzib kəşf etmək təklifi alırsan ya da sən edirsən. Turistlər müxtəlif ölkələrdən gəldiyindən və hərənin müxtəlif səyahət hekayəsi olduğundan maraqlı söhbətlərin iştirakçısı ola bilərsiniz.[caption id="attachment_592" align="aligncenter" width="552"] Maraqlı dizayn edilmiş hostel otağı[/caption]Hostellər ucuz qonaqlama obyektləri olsa da bu ölkədən ölkəyə dəyişir. Ölkədə nə qədər qiymətlər bahalıdırsa hostellər də bu qiymətlərə uyğun daha yuxarı qiymətə olur. Məsələn Kiyevdə 2 nəfərlik hostel otağının qiyməti gecəsi 11 avro olduğu halda, Danimarkanın paytaxtı Kopenhagendə 8-10 nəfərlik otaqda bir yatağın gecəsi 32-35 avro ətrafındadır. Yəni səfər planlamamışdan öncə çalışın bu detalları nəzərə alın ki, gedib qərib ölkədə “nağayrım, neyniyim” deməyəsiniz ???? İndi isə gəldik, bu hostellərin qiymətini haradan tapmalı məsələsinə. Hostellərin qiymətinə baxmaq üçün ən yaxşı çox işlənən saytlar hostelworld.com və booking.com-dur. Hosteli seçirsiniz, tarixləri daxil edirsiniz və otaq tiplərinə görə sistem qiymətləri sizə göstərir. Kiçik bir tövsiyyə verim, booking.comda hostel sifariş edərkən çalışın reytinqi +7.0 olan hostelləri seçin və sizdən öncə orada qalmış turistlərin qeydlərindən heç olmasa 5-6-na nəzər salın ki, hostel haqqında daha ətraflı məlumatınız olsun.[caption id="attachment_593" align="aligncenter" width="550"] Praqadakı Mad House hosteli[/caption]Hosteldən fərqli konseptə malik digər ucuz üsul isə Airbnbdir. Airbnb hosteldən fərqli olaraq ev abu-havası ilə təmin edir. Daha doğrusu elə kirayə verilən evlərin axtarış sistemidir. Brno səfərimdə məhz elə Airbnbdən otaq kirayələmişdim. Airbnbdə də təklif edilən xidmətlər çox müxtəlifdir. İstəsəniz yalnızca mənzil, istəsəniz mənzildə otaq, istəsəniz də hostel abu-havasını evdə yaşayıb, otaqda yataq (çox nadir hallarda olur bu) kirayələyə bilərsiniz. Airbnbdə də bütün online icarə saytları kimi turistlərin qaldığı ev sahibləri və ev haqqında rəylərini yazdığı bölmə var. Bu rəylərdən evin mərkəzə nə qədər yaxın olması, səs-küylü ərazidə yerləşib yerləşməməsi və ya ev sahibinin təmizliyi haqqında məlumat əldə edə bilərsiniz. Yaxşı olar ki, otaq ya mənzili siftariş etməmişdən öncə bu rəylərə göz gəzdirəsiniz. Burada kirayəyə verilən mənzillər olduğundan otel ya hosteldə olan standart xidmətlərin mənzildə olmaması mümkündür (məsələn, çox nadir hallarda olsa da wifi kimi).[caption id="attachment_594" align="aligncenter" width="550"] Airbnbdə kirayə verilən otaqlardan biri[/caption]Airbnbdə kirayə edilən ev ya mənzilin üstün cəhəti ümumi hamamın olmaması və ya sadəcə hamamın siz və evda olan 1-2 nəfər tərəfindən istifadə olunması, bütün avadanlıqlarla təchiz olunmuş mətbəxin olması və yerli əhaliylə mədəniyyət alış-verişidir. Əgər sadəcə otaq kirayələmisinizsə, digər otaqda qalan ev sahibi ilə ünsiyyət saxlaya, maraqlı söhbətlər edə və ya şəhərin çox da turistik olmayan amma mütləq görülməli yerləri haqqında məlumat ala bilərsiniz.Indi uzaqdan da olsa “bəs pulsuz qalmağa yerlər yoxdur?” sualını eşidirəm ???? deyirlər pulsuz pendir siçan tələsində olur amma bizim bloqumuzda tələlər yoxdur. Çox güman nə vaxtsa Courchsurfing haqqında eşitmisiniz, eşitməmisinizsə bir az da daha yaxına əyləşin.[caption id="attachment_595" align="aligncenter" width="550"] İsveçrə, Berndə Couchsurferlər fondu yeyərkən ????[/caption]Deməli Couchsurfing 4 nəfər tərəfindən qurulan pulsuz qonaqlama saytıdır. 2004cü ildə yaradılmasına baxmayaraq 2014-cü ildə həftədə 400 000 adam həftədə azı bir dəfə Courchsurfing hesabını yoxlayıb. 2015ci ildə istifadəçilərinin sayı 10 milyonu keçib. Saytın 3 funksiyası var; səyahət etdiyiniz ölkədə ev sahiblərinin evində qonaq qalmaq, yaşadığınız şəhərə gələn qonaqları öz evinizdə qonaqlamaq və şəhərlərdə keçirilən müxtəlif əyləncə tədbirlərində iştirak. Mən hardasa 4-5 dəfə Budapeştdəki evimdə Couchsurfingdən qonaq qəbul etmişəm, 2 dəfə isə özüm İsveç və Danimarkada qonaq qalmışam.Məsələn hansısa ölkəyə gedirsiniz, o zaman saytın axtarış bölməsində getdiyiniz şəhərin adını yazırsınız, sonra sağ tərəfdə çıxan seçimlərdən evində qonaq olmaq istədiyiniz adamın xüsusiyyətlərini seçirsiniz: kişi/qadın, haqqında yazılmış rəyi olsun və ya olmasın, son dəfə nə vaxt saytda olub və s. Sonraq qarşınıza çıxan profilləri bir-bir gözdən keçirərək evində qalmaq istədiyiniz adamı seçirsiniz.Saytda qeydiyyatdan keçərkən hər kəs özü haqqında olan bölmələri doldurur, beləcə evində qonaq qalmaq istədiyiniz şəxsin və ya evinizdə qonaq edəcəyiniz şəxsin bütün detallarını ətraflı yoxlaya bilərsiniz. Qonaq qalarkən çox təvsiyyə olunan odur ki, profil sahibinə çoxlu MÜSBƏT rəylər yazılmış olsun. Çoxlu deyərkən, nəzərdə tutduğum ən azı 3 və ya 4 müsbət rəydir. Profil sahibini tam əhatəli araşdırın, sonucda tanıyıb, bilmədiyiniz adamın evində qonaq qalacaqsınız.[caption id="attachment_596" align="aligncenter" width="551"] Maraqlı Couchsurfing məkanlarından biri[/caption]Digər bir araşdırmalı olduğunuz məsələ isə ev sahibin sizi hansı formada qonaqlayacağıdır. Ev sahibinin imkanları daxilində bu ayrıca otaq, ayrıca yataq/divan və ya yataq kisəsi (sleeping bag) ola bilər. Ona görə də məsləhətdir ki, öncədən ev sahibinin profilini əməllicə ələk vələk edəsiniz ???? Sonradan ürəyinizə yatan ev sahib(lər)inə sizi filan tarixlərdə qonaq edib edə bilməyəcəyi haqqında sorğu göndərirsiniz, o sizi qəbul etdikdən sonra qalmaq yeriniz hazırdır.Couchsurfingin digər bir funksiyası isə yerli əhali ilə görüşməkdir. Məsələn tutaq ki, getmisiniz Berlinə və hara gedəcəyinizi, nələri görəcəyinizi bilmirsiniz. O zaman Couchsurfingdə axtarış edib yalnızca görüşmək istəyənləri seçirsiniz və həmin adamlara sorğu göndərirsiniz tarixləri müəyyənləşdirib şəhərdə bir yerdə görüşürsünüz və həmin adam sizə şəhəri gəzdirir.[caption id="attachment_597" align="aligncenter" width="551"] Couchsurferin sleeping bagi ????[/caption]Təbii ki, hamımız azərbaycanlıyıq, elə mənim də ağlıma gələn ilk sual bu oldu: “Sizi evində pulsuz qonaqlayan adamın xeyri nədir bu işdə?” ???? Bu işdə heç bir maddi maraq yoxdur, güdülən yeganə maraq mənəvi xeyirdir. İnsanlar başqa ölkədən, başqa mədəniyyətdən gələn adamları öz evlərində qonaqlayaraq onların ölkəsi, mədəniyyəti və ya mətbəxi haqqında məlumat əldə edirlər. Sırf bu işdən zövq alırlar desəm yanılmaram yəqin. Sonda Couchsurfingdən istifadə edəcəksinizsə evində qalacağınız adama qaldığınız ölkədən kiçik bir hədiyyə aparmağınız sizi daha xoşagəlimli edər. Bahalı olması vacib deyil bu 2-3 manatlıq hansısa bir şokolad və ya şirniyyat da ola bilər. Və təbii ki, qaldığınız evin sahibinə yemək bişirməkdə və ya qabları yumaqda ən azı özünüzdən sonra işlətdiklərinizi təmizləməkdə yardım etmək artıq sizin “öhdəliyinizə” çevrilir.Bununla da bu yazımın da sonuna gəldik. Ümid edirəm ki, faydalı ola bildim. Vaxtınızı sərf edib, oxuduğunuz üçün təşəkkürlər!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh 

1129 dəfə oxunub

Minimum xərclə səyahəti necə təşkil etməli?! 1-ci hissə

Tez-tez səyahət edənlərə ən çox verilən suallardan biri də, “bu qədər səyahət xərclərini necə qarşılayırsan sualıdır?”. Həqiqətən də tez-tez səyahət etmək kifayət qədər xərcli işdir, xüsusilə də digər ölkələrə səyahət edirsənsə. Amma hər dəfə səyahət etdikcə, digər turistlərlə qarşılaşdıqca “Səyahəti necə daha ucuza gətirmək olar?” sualıyla bağlı yeni-yeni məlumatlar, taktikalar öyrənirsən.Düşündüm ki, hara səyahət edib, nə etməli, nə yeməli bloqlarından öncə o yerlərə necə ucuz tur təşkil etməli sualına aid bir blogpost yazım. Bəri başdan deyim ki, “işini atıb, maşınını satıb 500 dollarla dünyanı necə səyahət etməli” tipində bir yazı gözləmiyin ???? Bu yazımda səyahət zamanı, hansı taktikalardan, üsullardan istifadə edərək səyahətimi ucuza gətirdiyimi sizlərlə bölüşəcəm, yəni bir növ özüm tərcübədən keçirdiyim üsulları.Turizm təhsili aldığımdan taaa universitet illərimdən yadımdadır ki, səyahət xərclərində ən böyük yeri nəqliyyat xərcləri tutur. Lap dəqiqləşdirmək üçün bir az da araşdırdım. Deməli səyahət zamanı çəkdiyiniz bütün xərclərin 45%-i nəqliyyat xərclərinə gedir. İndi isə başlayaq səyahət marşrutunu necə ucuza gətirməli sualına yavaş-yavaş cavab verməyə.Səyahətlərin çoxu uzaq məsafələrə olduğu üçün, ən çox istifadə olunan nəqliyyat növlərindən biri təyyarədir. Təyyarə ilə ən ucuz uçuşları tapmaq və havayolu şirkətlərinin təqdim etdiyi qiymətləri müqayisə etmək üçün mənim ən çox istifadə etdiyim saytlar Skyscanner və eDreamsdir. Bu saytlar ən ucuz uçuşları tapmaqda ən yaxın yardımçımdır. Amma bu tip saytların bir əmması var ki, belə saytlar bəzən lowcoster hava yollarının uçuşlarını göstərmirlər. Nədir və ya kimdir lowcosterlər? Lowcosterlər dünyada çox geniş yayılmış, bir tərəfli gediş üçün bir neçə avrodan başlayaraq (demək olar ki, su qiymətinə) uçuşlar təklif edən hava yolları şirkətləridir.Su qiymətinə uçuş deyəndə Avropada ağıla ilk gələn şirkətlər EasyJet, RyanAir və mart ayından Bakıdan Budapeştə uçuşlar təşkil edəcək WizzAirdir. İndiki halda isə WizzAirin xidmət göstərdiyi bizə ən “yaxın” hava limanı Kutaisi hava limanıdır ki, buradan Budapeştə, Vilnüsə və Polşanın 2 şəhərinə (Varşava və Katoviçe) uçuş tapa bilərsiniz. Şirkətlərin saytlarına daxil olaraq hansı istiqamətlərə, hansı tarixlərdə və hansı qiymətə uçduqlarını yoxlaya bilərsiniz. Məsələn RyanAir tez-tez müxtəlif istiqamətlərə kampaniyalar edir. Bu yaxınlarda Riqa – Berlin uçuşu cəmi 2€ idi. Təxminən havalimanında aldığınız bir şüşə suyun qiymətinə.Bəs bu havayollarının belə ucuz olmasının səbəbi nədir? İlk öncə uçuşlar zamanı sizi heç bir qida xidməti ilə təmin etmirlər, hətta suyla belə. Əvəzində isə ürəyiniz istəsə uçuş zamanı kataloqdakı məhsullardan seçib, ödəniş edərək alış-veriş edə bilərsiniz. 2-3 saat bir şey yəmədən, susuz qalsaq bir şey olmaz, yəni dözmək olar J Digər məsələ, uçuşdan oncə mütləq onlayn çekin etməlisiniz və biletinizi çap etməlisiniz və ya şirkətlərin xüsusi proqramlarından (app) istifadə edərək, proqramdakı biletinizi havalimanında təqdim etməlisiniz. Onlayn çekin etməsəniz, məsələn WizzAirdə hava limanında 10€ ödəniş etməlisiniz.Digər havayollarında təyyarədən düşən kimi xidməti avtobusa minirsiniz və avtobus sizi hava limanının binasına gətirir, lowcosterlərdə isə təxminən 150-200 metr piyada getməlisiniz təyyarəyə qədər, bəli bəli idman sağlamlığın rəhnidir.Həəə gəldik əsas məsələyə. Bu tip hava yollarında hər zaman baqaj limiti vardır. Məsələn WizzAirdən bilet almısınızsa özünüzlə 42x32x25 sm ölçüsündə kiçik bir bel çantasını pulsuz təyyarənin kabinəsinə keçirə bilərsiniz. Yox əgər mən getdiyim yerdə şoppinq edəcəm, yükümü daşımağa 1 karvan dəvə lazımdır deyirsinizsə, onda əlavə ödəniş etməklə böyük bir çamadanı istədiyiniz yerə daşıya bilərsiniz. Əlavə məlumatı bu linkdən ala bilərsiniz.Yox əgər siz EasyJetdən bilet almısınızsa, baqaj məsələsində EasyJet bir az daha insaflıdır. Pulsuz özünüzlə 56x45x25 sm ölçülü bir çanta və ya çamadanı pulsuz daşıya bilərsiniz. Digər məlumatları bu linkdən əldə edə bilərsiniz. Qeyd edim ki, baqaj qaydaları çox sərtdir bu hava yolları şirkətlərinin. Dedikləri ölçüdən 1 sm böyük olsa belə əlavə ödəniş tələb edə bilərlər sizdən, ona görə evinizi tərk etmədən yüz ölçüb, bir biçin çamadanınızı.Əgər getdiyiniz istiqamətə bu 3 hava yollarından bilet tapa bilməsəniz və ya mən Wizz, Ryan kimi дешевый havayolları ilə uçmaq istəmirəm desəniz digər alternativlər də yox deyil. GermanWings, EuroWings, Transavia və s. şirkətlər var ki, lowcost və normal qiymətli hava yollarının qiymətləri arasında bir uçuş təklif edirlər. Dünyadakı bütün lowcost hava yollarının siyahısı ilə isə buradan tanış ola bilərsiniz.Indi isə gəldik lowcost havayolları ilə bağlı ən çox dedi-qodusu edilən amma tamamilə yalan olan mövzuya. Lowcosterlərlə bağlı dolaşan ən yalan məlumat onların təyyarələrinin köhnə olmasıdır. Ümumiyyətlə lowcosterlər təyyarələrini dayanmadan uçuşlara göndərdiyindən hər zaman təyyarələrinin saz və yeni olmasına fikir verir. Məsələn www.planespotters.net saytına görə WizzAirin təyyarələrinin orta yaşı 4 ildir, ən yeni təyyarənin 1 ay, ən qocamanının isə 8.7 yaşı var. RyanAirin isə toplamda 417 təyyarəsi var və onların orta yaşı 6.7 ildir. EasyJetin 375 təyyarəsinin orta yaşı 6.4 ildir. Bizim “normal” qiymətli olaraq qəbul etdiyimiz havayollarının təyyarələrinə baxaq. Türk Hava yollarının 398 təyyarəsinin 6.6, Lufthansanın 583 təyyarəsinin 11.4 yaşı var. Yəni lowcosterlərlə uçmaq heç də deyildiyi kimi, təhlükəli deyil.Yox əgər getdiyiniz istiqamət elə də uzaqda deyilsə (məsələn mənim Brno səyahətim kimi) müxtəlif ölkələrin dəmir yolları sistemlərindən, Eurolinesın çooox rahat avtobuslarındanistifadə edə bilərsiniz. Eurlonesin getdiyi istiqamətlər, vaxtlar və qiymətləri saytlarından yoxlaya bilərsiniz.Yerüstü nəqliyyatla və qatar, avtobusdan ucuz səyahət etmək qərarına gəlsəniz BlaBlaCar avtomobil paylaşım saytı yardım əliniz sizə uzadacaq. Nədir BlaBlaCar? BlaBlaCar eyni istiqamətə gedən insanları özündə biləşdirən, hələlik dünyanın 18 ölkəsində istifadəyə verilmiş avtomobil paylaşımı saytıdır. Məsələn kimsə Kiyevdən Polşanın Krakov şəhərinə avtomobillə səyahət edirsə, BlaBlaCar saytına girib elan verir ki, 15 dekabr saat 9da Kiyevdən çıxacam, 3 ədəd boş yer varim, istəyən qoşula bilər. Yəni bir növ 20 Yanvar metrosunda olan “Cəllabada 1 son nəfər”in daha mədəni və “qanuni” forması. Məqsəd avtomobil sahibinin xərclərini sərnişinlər arasında bölüşməkdir. Avtomobil sahibi nə zaman məkanı tərk edəcəyini, getdiyi məkana nə zaman varıb gələcəyini, neçə nəfər üçün boş yeri olduğunu, avtomobildə siqaret çəkməyə icazə olub olmadığını, səyahət ərzində neçə dəfə və neçə dəqiqə fasilə verəcəyini, avtomobilinin rahatlılıq dərəcəsini, ev heyvanlarına icazə verib-vermədiyini və bu kimi detalları və son olaraq da nə qədər ödəniş edəcəyinizi qeyd edir. Avtomobil sahibinin ilk təcrübəsi deyilsə, əvvəlki sərnişinlərin sürücü haqqında fikirlərini də oxuyub daha sonra bu sürücü ilə gedib-getməyəcəyinizə qərar verə bilərsiniz. Bəxtiniz gətirsə sürücünüz və ya yolyoldaşlarınız maraqlı insanlar olsa, sizi unudulmaz bir səyahət, bəzən yeni dostluqlar gözləyir yox əgər olmazsa bu halda ən azı mənzil başına daha ucuz gedib çatacaqsınız. Blogpostumuzun sonuna gəldik, ümid edirəm ki, maraqlı və yayarlı oldu. Növbəti yazım romantiklərin sevimli məkanı, sevgi şəhəri Parisdən olacaq.Sonda 43 milyon insanın baxdığı bu möhtəşəm reklamı sizlərlə bölüşmək istədim. Yeni bloqpostlara qədər…[youtube https://www.youtube.com/watch?v=zIEIvi2MuEk]Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Babek Musa-Zadeh

2116 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!