193 dəfə oxunub

5 gün İstanbul!

Salam 5 gün ərzində İstanbulda oldum təcrübəmi bölüşmək istədim. Düşünürəm ilk dəfə gedənlər üçün kömək olacaq.
#istanbul
1. Nəqliyyat
İstanbul kartı metro, tranvay və bus dayanacaqlarında aparatdan ala bilərsiz. Çalışın istanbul kartdan istifadə edin. Bank kartları ilə giriş etsəz əlavə komissiyon tutulacaq. Kartı bank kartı ilə doldursaz əlavə 7 tl, bank kartı ilə keçmək istəsəz əlavə 13 tl və daha üzəri tuta bilər. Xətlər üzrə qiymətlər fərqlidir, minumum 27 tl və maksimum 98 tl (Böyük adada) gördüm.
Çalışın taksidən istifadə etməyin, çünki sayğac qoşurlar və çox pul qoparmaq üçün daha uzun yollardan apara bilərlər. Metro ilə 100 tl yə gedə biləcəyniz yerə sizə 800 tl qiymət oxuyurlar. Metro stansiyaları demək olarki hər adfım başı var.
2. Tax free
Bir çox mağazalarda taxfree ala bilərsiz bu bizim bir növ ədv geri al ilə eynidir. Ödədiyiniz məbləğin müəyyən faizini geri alırsız. Bunun üçün öncədən mağazaya deyinki taxfree versinlər. Taxfree sənədləri aldıqdan sonra geri qayıdanda hava limanında qeydiyyat üçün yaxınlaşanda taxfree edə biləcəyniz yeri soruşun və ancaq o pəncərəyə yaxınlaşın. Taxfree üçün aldığınız məhsulları çalışın bir yerə yığasız, çünki orda çek üzrə bütün məhsulları açıb baxırlar və kameraya göstərirlər. Bir yerə yığın ki, açıb baxılması rahat olsun. Və çox zamanınız getməsin.
3. Misirçarşısı, Kapalıçarşı və.s
Bu çarşılar yəni bazarlar yalnız baxıb gəzmək üçün maraqlıdır, amma ordakı qiymətlər çox bahadır. Orda 100 tl olan bir məhsulu kənarda 20 tl falan ala bilərsiz. Turistik yerlərdə qiymətlər çox şişirdilmiş olur.
4. İstanbul E-Pass
İstanbul epass xarici vətəndaşlar üçün nəzərdə tutulmuş bir platformadır. Bununla muzeylərə, saraylara, adalar turuna, və müxtəlif xidmətləri pulsuz və ya endirimli əldə edə bilərsiz. Çox sərf edir yekunda 240 euro xidmətdən mən 178 euro verərək istifadə edə bildim. Zaman çatdıra bilsəz daha çox xidmətindən istifadə edə bilərsiz, müddətləri günlük olur.
5. Türk paxlavaları (sevdiyim)
Turistik yerlərdə kq 2000 tl üzəri olan paxlava və şirniyyatları "Tatlı Park" mağazalarından 170, 180 tl qiymətinə ala bilərsiz.
6. Adalar
Ən böyük və maraqlısı Böyük adadır. Orda Yorgi kilsəsi var. Velo götürməyi məsləhət görmürəm. Yolları çox hündür olduğu üçün qalxmaq sizə əziyət olacaq velo ilə. Yorgi kilsəsini mərkəzdən minibus ilə gedib Luna parkda düşüb piyada getmək olur, amma çox hündürdü çox əziyət çəkdim qalxan zaman. Velo ilə heç qalxılası deyil. Böyük adada Şok və A101 mağazaları var qiymətləri normaldır. Su falan alsaz ordan ala bilərsiz. Dəniz qırağı restoranlarda cəlbedici gəlir amma qiymətləri yüksəkdir, 1 kq Levrek bişirtdirik 2 nəfərə 10 % xidmət haqqı ilə 2000 tl üzəri qiymət çıxır. Balıq 1800 tl idi amma danışıb 1400 tl yə sala bildim.
Ümumiyyətlə çalışın heç vaxt ilk deyilən qiymətlə razılaşmayın o zaman daha aşağı təklif edirlər.
7. Ayasofiya
Ayasofiyaya hamının dediyi kimi namaz vaxtı pulsuz girib görmək mümkündür. Sultan Ahmed məscidinədə rahat girdik ödəniş istəmədilər.
8. Yerebatan sarayı(Bazilika sarıncı)
Ayasofiyanın yanında yerləşir, su anbarı məqsədilə Bizanslar dönəmi tikilib. Çox maraqlı yerdi. İstanbula getsəz mütləq gedib oranı görün. Ceyms Bondun bir filmidə orda çəkilib.
9. Dolmabahçe sarayı
Çox böyük saraydı. Ayrı otaqları və hər otağın öz dizaynı, mebelləri və naxışları var. Çox gözəl və maraqlı yerdi.
10. Olivyum outlet, Form İstanbul AVM
Olivyum outletin adı outletdi. Qiymətləri demək olarki digər mağazalardakı ilə eynidir. Boş yerə əziyyət çəkib getməyin.
Form İstanbul çox böyük və maraqlıdır, orda İKEA - nın, Decathlon-nun böyük mağazaları var. Qiymətləri münasibdir. Bakıdan çox ucuzdur.
11. Otel
İnsanları çox mehriban və yardımsevərdi
Mən Pera Luna Residence də qaldım. Çox bəyəndim. Taksim meydanın yanında idi. Xidmətləri çox yaxşı idi. Otaqları səliqəli təmiz rahat, wifi normal, səhər yeməyidə əla idi. İşçiləridə mehriban idi. Mən orda hər hansı istəyimə "yox" cavabı almadım)
Əlavə kimin nə sualı olsa yaza bilər.
#istanbul #istanbulotel #türkiye #ilk

Paylaşan: Ejder Humbet

DİGƏR BLOQLAR

Bir gəzəyənin Türkiyə günlüyü - Alaçatı

Alaçatıdakı otel və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Başqa Alaçatı...Türkiyədə bəzi yerlər var, pulu çox olub bunu nümayiş etdirmək istəyənlərin, pulu az olub çoxmuş kimi görünmək istəyənlərin ve az pulla da ölkənin maraqlı bölgələrini kəşf etmək istəyənlərin hamısını bir arada görə bilərsiniz. Bu yerlərdən bəlkə də birincisiAlaçatıdı. Sezonda qiymətlərin kəllə-çarxa çıxdığı, hər küçədən fərqli bir musiqi səsinin gəldiyi, səviyyənin her keçən il bir az daha düşdüyü, amma hələ də Ege tətili deyərkən hər kəsin ağlının bir kənarında duran, çox gözəl butik otelləri, restoranları, mağazaları, aşırı gözəl yeməkləri, səhər yeməkləri, aşırı instaqramik küçələri olan bir yerdi.Sizi bilmirəm, mən Alaçatıda ancaq 2 gün qala bilərdim ve elə də elədik. 2 günün axşamını, 2 gün də səhər erkənden boş (təbii ki daha gözəl) küçələrini gəzdik, bəs elədi.Amma Alaçatı ətrafında tətilinizi 4-5 günə çıxardacaq gözəl yerlər var. Mən indi o 4-5 günlük tətil tövsiyələrini bölüşürəm.- İzmirdən Alaçatıya avtobuslarla çox rahat gedə bilərsiz. Teyyarəyle İzmirə getmisizsə, HAVAŞ-la 25 lireye Çeşmeyə, oradan dolmuşla Alaçatıya gedə bilərsiz. Və ya HAVAŞ-dan Alaçatı ayrımında durmasını istəyib taksiylə keçə bilərsiz (taksi tapmaq bir az çətin ola bilər). Türkiyənin başqa yerlərindən də avtobusla Alaçatıya gedə bilərsiz (Çeşmə avtobuslarına minəcəksiz)İkinci variant, İzmir otogarından (19 tl) və ya İzmir Üçkuyular semt qarajından (15 tl) Alaçatıya gedə bilərsiz. İzmir- Alaçatı arası 1 saatdı.- Alaçatıya getmək asandı, amma ətrafı gəzmək istəyirsizsə, maşın kirayələmək ən sərfəli variantdı. İzmir havalimanından maşın götürə bilərsiz.- Alaçatı axşamüstünə qədər səssiz, sakit, axşam isə aşırı qələbəlikdi. Rahat foto çekib gəzmək üçün səhər tezdən çıxa bilərsiz.- Ən məşhur yeri Hacı Memiş sokağıdı - hər şey bu küçənin ətrafında dönür:) Mağazalar, barlar, restoranlar, Hacı Memiş və paralelindəki küçədədi. Bir gündə hamısını görmək mümkündü.- Digər məşhur yer də Alaçatı deyirmanlarıdı - məhəllənin yuxarı hissəsindədi.- Otelləri çox bahalıdı, ən az 2-3 ay əvvəldən çoxu dolmuş olur. Ayrıca, qafa dinləmək istəyənlərə sezonda Alaçatı mərkəzdə qalmağı tövsiyə eləmirəm. Ancaq yenə də 2 nəfərə 300-400 lirə civarında otel tapmaq mümkündü. Biz 5 km məsafədə Reisderede çox çox gözəl bir butik oteldə qalmışdıq. Airbnb-dən evlərə də baxa bilərsiz.- Alaçatıya gedişinizin bir gününü mütləq həftənin altıncı gününə salın. Altıncı günlər açılan Alaçatı bazarı o bölgədə çox məşhurdu, siz də görün.- Alaçatının ən məşhur restoranı Asma Yaprağıdı. Ancaq axşam orada yemək yemək istəyirsizsə, ən az bir-iki ay əvvəldən rezervasiyanız olmalıdı. Ancaq günorta da yemək servisləri var - rezervasiyasız gedə bilərsiz. Bir az sırada gözləyəcəksiz, amma dəyər.- Asfalya, Kabak Çiçeği və Fava restoranları da mənim bəyəndiyim digər üç yerdi.Alaçatıda uzuz yemək axtarmayın.- İmren Pastanesinin saqqızlı dondurması və qurabiyəsi, Dondurminonun dondurması meşhurdu.- 1850 oteldə qalmasanız belə, kafe olaraq gedə bilərsiz. Nisbətən sakit bir yerdə olduğu üçün gözəl bağçasında çayınızı içə bilərsiz.- Dutlu Kahvedə gündüzləri çay-qəhvə, axşamlar rakı-balıq olur.- Turşu suyu içmeyi, Nikonun mürəbbələrinden almağı unutmayın:)- Hədiyyəlik əşya üçün Çatladı Kapı adlı bazara gedin.- Alaçatı mərkəzdə dəniz yoxdu. Ən yaxın dəniz 5 km məsafədə Port Alaçatıdadı. Sörfçülərin əsas mərkəzi də buradı. Sabahla axşam arasında vaxtınızı burada keçirə bilərsiz. Çox pulunuz varsa axşama qalıb Ferdi Baba restoranında balıq yeyin.- 3-cü günü Alaçatı ətrafını gəzməyə başlayın. Alaçatı coğrafi baxımdan bir çox yerə gedə biləcəyiniz məsafədədi.- Soyuq dəniz üçün Çeşme Altınkuma gedə bilərsiz. Bölgənin ən gözəl dənizlərindən biridi, çimərliklərə giriş pulludu və çox ucuz deyil, nəzəre alın. İnternetdən tapa bilərsiz qiymətləri. Altınkumda dənizə girdikdən sonra Çeşme Marinada yeməyinizi yeyib, kahvenizi içib Alaçatıya dönə bilərsiz.- İlıq və daha ucuz dəniz içün Ilıcaya gedin. Ilıcada yeraltı termal sular səbəbilə su ilıqdı və dəniz çox gec dərinləşir. Dənizdən çıxınca ya Kumrucu Hüseyin-də kumru yeyin, ya da Dost Pide-nin pidelərinin dadına baxın. İkisi də çox sadə yerlərdi, ilk görünüşə aldanmayın:)- - “Balıq Dalyanda yenir” deyə bir söz var. Balıq yemək üçün Çeşme Dalyana gedə biləriz - maşınla 25 dəqiqe yoldu. Balıkçı Hasan bölgənin ən yaxşılarındandı.- Bir gününüzü mütləq İldırı köyünə ayırın. Məşhur “Fatmagülün suçu ne” dizisinin çəkildiyi kiçik bir balıqçı qəsəbəsidi bura. Bizim Çeşme yarımadasında sevdiyimiz ən gözəl yerdi. Qalmaq istəsəniz bir otel də var. Rakı-balık və ya səhər yeməyi, ya da günorta qəhvəsi üçün də kəndin üstündə dəniz mənzərəli möhtəşəm Agora Kafe var. Günbatımı mənzərəsi üçün də Manzara Kafe. Axşam üstü yer tapmaq olmur -günbatımı çox gözəldi. Zeki Müren adasına doğru oturub mənzərəni izləmək çox hüzur vericidi. Orada lokma yeyin.- Ən nəhayət, dolanbaclı yollardan qorxmuram,daha da pozulmamış yerlər axtarıram deyirsizsə, Ildıra bir saatlıq məsafədəki Karaburuna gedin.- İzmir üzərindən dönəcəksizsə, gözəllər gözəli Urlaya da baş çəkinBu da sizə 5 günlük tətil planı:))P.S. Mən yemək sevən olduğum üçün getdiyim yerlərin yaxşı yemək verən yerlərini ayrıca araşdırıram, sizin üçün fərqi yoxdursa, nəzərə almaya bilərsiz:)Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Könül Şamilkızı Nesibova

4585 dəfə oxunub

Misir Bələdçisi

Salam, gəzəyənlər. Misirdə faydalı ola biləcək bir neçə məlumatı sizinlə bölüşmək istəyirəm. We mobil operatoru götürmüşdük. Hava limanında 6$ 22 gb internet təklif etdi lakin 2 günə bitdi. Başqa mobil operatoru tövsiyyə edərdim ( orange və ya vodafone kimi). Qahirəyə getmək üçün vizanı hava limanında həll edə bilirsiz 25$ və əlavə 5 $ blankı doldurmaq üçün ( blankı özünüz də doldura bilərsiz ). Bələdçiniz əlavə möhür istəyə bilər 15$ amma inanmayın pul tələsidir. O möhür Qazaxıstan vətəndaşları üçün keçərlidir. Sizə hava limanında verilən vizayla problemsiz gedə bilirsiz. Bələdçinizdən tur almayın. Çox baha tur təklif edirlər. Suntour24.com bu saytda istədiyiniz Şarm Əl Şeyx turu tapa bilərsiz. Turu whatsapp vasitəsiylə rezerv edib ödənişi sizi götürdükləri gün verə bilərsiz. Bələdçinin təklif elədiyi turdan 2 qat ucuz. Qahirədə piramidalarda diqqətli olun. Yalnız turun təklif elədiyi əyləncələrdən faydalanın. Məsələn dəvəyə minmək. Əgər turun təklif eləmədiyi sadəcə sizə yaxınlaşaraq təklif edilən dəvəyə minsəz, minmək üçün 10$ istəsələr də düşmək üçün 30 və ya 50 $ isətəyə bilərlər. Əks halda dəvədən düşürmürlər . Yalnız turun təklif elədiyi dəvə 10$ gəzdirir hətta rahatlıqla telefonu verib şəkil də çəkdirə bilərsiniz. Əlavə tips verə bilərsiniz. Free free deyə deyə arafat və ya qolbaq kimi şeylər təklif edirlər inanmayın sonra arxanızca düşüb 5-10$ ala bilərlər. Free heçnə yoxdur. Bir də Qahirədən qayıdanda yeni qaydaya görə digər tur avtobuslarıyla bir yerdə qayıtmalı olursunuz. Onları gözləmək çox vaxtınızı alacaq öncədən deyim. Bütün tur avtobusları yığılır və polis müşayiət edir. Soruşduq turistlərin təhlükəsizliyi üçündür dedilər. Bu qədər gəzəyənlər, ümidvaram faydalı məlumat verə bildim, sizə xoş istirahətlər .Paylaşan: Fuad Abasov

İstanbul bələdçisi

İstanbuldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, Gəzəyənlər.  Sizə 6 günlük İstanbul səfərimiz haqqında yazmaq istəyirəm, baxmayaraqki, bu qrupda İstanbul haqqında postlar çoxluq təşkil edir, fikirləşirəm ki yazdığım bu post çoxuna maraqlı olar.Demək belə, avia biletləri 5-6 ay öncə Buta ilə götürdük. Ona görə ucuz oldu. Hələ burda olanda orda gedəcəyimiz yerləri təqribi planlayırdıq deyə, onlayn olaraq Madam Tussuads + Sea life ikisi birlikde (79 TL) və əlavə olaraq onlayn daha ucuz çıxır.İlk əvvəl deyim ki, burdan lirə almağa tələsməyin, dollar götürüb gedib Kapalı Çarşıda dəyişsəniz daha yüksək kursla olacaq. Bizim vaxtımızda 1USD - 5.38 TL oldu. Alış veriş mərkəzlərindən, Cəvahir ( Şişli), İstanbul forum (Kocatepe), Mermere forum ( Bakırköy) olduq. Demək olar ki, əksəriyyətində eyni mağazalar var və eyni qiymətlər. İstanbul forumla üzbəüz olan İKEA girməyi unutmayın.1. Muzeylər üçün düzü əvvəl muzekart almağı fikirləşsək də, sonra vaz keçdik. ☺ Muzekart türk vətəndaşları üçün 70 TL, olmayanlar üçün isə 185 TL-dir. Yəni bu qədər fərq)) Tükcə danışaraq almağa cəhd etməyin)) (mənim kimi) TC kimlik istədilər.-Topkapı sarayı. ( 1 nəfər üçün – 60 TL) Oranı gəzmək üçün 5-6 saatınız gedəcək və həqiqətən də dəyər. Çox maraqlı və çox geniş ərazisi var.- Ayasofiya (1 nəfər üçün 60 TL) Buranı da gəzməyə dəyər.- Yerebatan Sarnici (Türk vətəndaşları üçün -10 TL, Xarici vətəndaşlar üçün – 20 TL, Türkcə danışsanız 10 TL ilə bileti ala biləcəksiniz) İçərisi o qədər maraqlı olmasa da, girişdə sol tərəfdə yerləşən Sultan geyimində fotosessiya edin, yadda qalan fotolar olacaq. 1 foto – 30TL, bütün fotoları vermiyəcəklər))) 200 TL qarşılığında amma verəcəklər.- Sultanahmet Camisi (giriş pulsuzdur) – İçəri girib tanış ola bilərsiniz içərisi ilə2. Madam Tussuads – Çox maraqlı oldu mənim üçün, mumdan heykəlləri son dərəcə dəqiqliklə və professional hazır ediblər.3. Sea life – İstanbul foruma alış verişə getmişkən birinci mərtəbəsində yerləşən akvariumu qaçırmayın. Maraqlı sualtı aləm, akvarium tunel bir sözlə mükəmməl.4. Miniatürk (giriş 10 TL olmalıdı deyəsən, dəqiq bilmirəm ona görə ki bizi türk hesab etdikləri üçün misafir etdilər) Bir qədər şəhərdən uzaqda yeləşdiyindən Eminönündən bir başa avtobusla gedin. Burada Türkiyənin muzey, abidə, stadion bir sözlə görməli yerlərinin kiçildilmiş maketləri var.5. Galata kulesi (Burada da həmçinin türk dilində danışsanız, içəri 15 TL ilə keçəcəksiniz))))) xarici vətəndaşlara 35 TL) – Mənim çox xoşuma gəldi, bütün İstanbulu görə bilərsiniz. Məsələn mən gün batımını timelapse çəkdim.6. Çarşılar haqqında onu deyə bilərəm ki, Misir Çarşısı - ədviyyatlar, lokum, çaylar və s. Kapalı çarşıda isə her şey bahadır.7. İstəsəniz nahar yeməyinizi Kapalı Çarşı yaxınlığında yerləşən NusrEt’de edə bilərsiniz.  Dəyər))Burger – 55 TL, köftə 60 TL8. Böyük Ada – günlərlə qalmaq olar. Gözəl təbiəti, yaşıllığı, dənizin sahili sanki başqa dünyadasan.  Eminönündən Vapurla gedə bilərsiniz. Deyərdim bir gününüzü sərf edin, səhər 9dan gedin Eminönünə, çünki vapurla bir neçə adadan (Kadıköy, Kinaliada, Burgaz, Heybeliada) keçərək sonunda 2 saatdan sonra Böyük adaya çatır. Böyük adanı da faytonla gəzin. Bu da 100TL, 45 dəqiqə sizi bütün böyük adanı gəzdirəcək.9. Boğaz turu gündüz çıxsanız, bir nefer 20-25 TL arası dəyişir. Bu turda İstanbul körpüsünü, Kız kulesini, və dənizkənarı yerləşən bir neçə yeri görə biləcəksiniz. Gecə turları da olur. Gecə turlarında diskoteka, şam yeməyi və müxtəlif rəqslər olur. Gecə turlarını 50 euro ilkin qiymət desələr, qiyməti endirə bilərsiniz, 25-35 euroya.10. Eminönündə dəniz kənarındakı körpü altı restoranlarda balıkekmeyi dadmağınız mütləqdir. Boş vaxtiniz olsa axşamlar Taksime gəzməyə çıxın, ela bilinki tarqovudasız Getmək istəyirdik Dolmabahçeye, Eyüpsultana tərəfə və s.Hamıya xoş istirahətlər və gəzintilər! Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elchin Javadov

1849 dəfə oxunub

Seyşel adaları

Seyşel adasındakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Hind okeanın gizli xəzinəsi sayılan bu adalar tropik ada sevərlər üçün idaaldır. Məhşur “Seychelles”ə getmək əslində heç də çətin və əlçatmaz deyil. Hətta deyərdim istəsəniz bir Antalya səyahətindən daha ucuza başa gələ bilər. Seyşellər ümumilikdə 100-dən çox irili-kiçikli adalardan ibarətdir. Bu adalar möhtəşəm sahilləri, tropik meşələri, təbiəti ilə insanı özünə heyran qoyur. Azərbaycan vətəndaşları üçün bu adalara viza bu ölkənin girişində 30 gün müddəti üçün verilir. Viza xərci 70 USD məbləğindədir. Həmçinin sizdən geri dönüş bileti, qaldığınız yerlərin siyahısını və qalacağınız müddət üçün üzərinizdə pul olub-olmamasını göstərməyinizi tələb edə bilərlər. Viza proseduru sadədir 15-20 dəqiqə müddətində həll olur. 1 il işləyib gedib Antalyada 1 həftə all inclusive qalıb heç bir yadda qalan xatirə olmadan geri qayıtmaqdansa mavi okean suları, fantastik tropik meşələri, ağ və sarı qumlu dünyanın ən fotogenik sahilləri olan bu adalara getmək bir çoxları üçün məncə daha maraqlı və ömürlük unudulmaz bir tətil olar.Seyşel adalarına muxtəlif variantlarla getmək mümkündür. Air asia, fly dubai ilə low cost, Qatar airways və ya Türk hava yolları ilə isə normal uçuşla adalara səyahət edə bilərsiniz. Türk hava yollarının birbaşa adaya 8 saatlıq uçuşu vardır və tez-tez həmin istiqamətdə kompaniyalar edilir. Məsələn keçən ay İstanbul-Seyşel-İstanbul reysinə 450 dollara bilet tapmaq mümkün idi. Baku-İstanbul-Seyşel reysinə gediş-dönüş hazırda 650 dollar ödəməklə istənilən aya bilet tapa bilərsiniz. Türkiyədən uçuşun ən böyük üstünlüyü təyyarənin gecə saatlarında uçmasıdır, yəni boşuna gün itirmiş olmursuz. Təyyarə Türkiyə saatı ilə 02-də istanbuldan çıxır və səhər saat 10-da artıq Seyşel adalarında, Mae beynəlxalq aeroportunda olursunuz. Biletin bahalığı səbəbi ilə digər tropik adalarda olduğu kimi 10 gündən çox həmin adalarda qalmağınız məsləhətdir. Temperatur ilin bütün fəsillərində eynidir (25-35 dərəcə arası) və istənilən ayda isti okeanın dadını çıxara bilərsiniz.Seyşelin 3 məhşur adası vardır. Bunlar Mae, Praslin və La Digue adalarıdır. Adalar çox böyük deyillər və qaldığınız müddətdə bütünlükdə gəzə bilərsiniz. Mae adası ən böyük adadır və aeroport həmin adada yerləşir. Əgər hər üç adanı gəzmək istəsəniz uçuşdan sonra mini 20 nəfərlik kukuruznik təyyarələrlə digər 2 adaya uçub oraları gəzin və səyahətin sonunda Mae adasına gəlib 5-6 gün qalıb geri qayıdın. Mae adasından Praslinə mini təyyarələrlə uçuş təxminən 10-15 dəqiqə davam edir, qiymət 60-70 manat arası olacaq. Biletləri airseychelles.com saytından ala bilərsiniz. Praslindən La digue adasına 15 dəqiqəyə katerlə gedə bilərsiniz (15 euro) və sonda LA Diguedən Maeyə (50-60 euro) katerlər 1 saata qayıtmaq mümkündür. Kater qiymətləri kifayət qədər bahadır. Seyşel adalarında əhali ingilis və fransız dillərində danışır.Ölkənin valyutası Seyşel rupisidir. Euro ilə getməyiniz daha məsləhətlidir. 1 euro 14 rupidir. Adalar tam təhlükəsizdir. Exchangelərdə digər Asiya ölkələrindən fərqli olaraq heç kəs sizə atmağa çalışmır. Demək olar hər yerdə valyuta kursları eynidir. Seyşellər tək gəzən gəzginlər üçün ideal yer deyil. Burda əyləncə, səs-küy, gecə həyatı zəifdir. Adalarda daima sakitlik vardır və bu insana rahatlıq verir. Adalarda avtomobil azdır. Əsasən velosiped və motolar istifadə edilir. Velosipedlər günlük təxminən 10 manata kirayə götürmək mümkündür. Həmçinin suları göz yaşı kimi təmiz olduğundan Seyşellər şnorkel üçün ideal yer sayılır. Atla gəzmək və ağ qumlu sahillərdə oturub dincəlməyin özü insana rahatlıq verir. Avtomobillərdə sükan sağdadır, bu səbəbdən avtomobil icarəyə götürüb sürmək bizim vətəndaşlar üçün biraz çətinlik yarada bilər. Adalarda taksilər inanılmaz dərəcədə bahadır. 10-15 dəqiqəlik məsafəyə 50 euro pul istəyə bilərlər. Taksilərdən uzaq durun. Mae adasında rahatca avtobusdan istifadə edə bilərsiniz. Yalnız avtobusa çamadanla oturmaq olmaz. Bütüb ölkədə avtobus qiyməti eynidir, 5 rupi yəni təxminən 0.50-60 qəpik.Paytaxt şəhəri Mae adasında yerləşən Viktoriya şəhəridir. Bu şəhər Afrikanın ən kiçik paytaxt şəhəri sayılır. Paytaxtda yerləşən mərkəzi bazar ölkənin ən ucuz yerlərindən biri sayılır. Özünüzə gərəkli olan bütün ərzağı ucuz qiymətə buradan ala bilərsiniz. Balıq məhsulları, hindistan cövizi, tropik meyvələr burada digər ərazilərlə müqayisədə 3-4 dəfə ucuzdur. La Digue adasında təkcə velosiped istifadə etməyə icazə vardır. Buna görə ada həddən çox sakitdir. Bütün adalarda otel qiymətləri bahadır. 2 nəfər üçün təxminən 50-70 Euro ödəməklə normal vəziyyətdə olan 2-3 ulduzlu otellərdə qala bilərsiniz. Couch və airbnb ilə daha ucuz evlər tapıb qala bilərsiniz. İstəyən özü ilə çadır aparıb çadırda belə gecələyə bilər. Lap sahildə tropik ağacın altında belə yata bilərsiniz. Əsas məqsəd gəzmək və həmin gözəlliyi görməkdirsə xərcinizi aşağı salıb bu adalarda 10-15 unudulmaz gününüzü keçirə bilərsiniz.Hər kəsə uğurlu səyahətlər. Yolunuz açıq olsun!!!Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Рашид Азе

4520 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!