84 dəfə oxunub

3 Ölkə Sərhəddi Keçilən Beynəlxalq Marafon

Bu dəfəki səfərimizin əsas məqsədi xüsusi marşrut xətti ilə seçilən, qaçaraq 3 ölkə sərhəddi keçilən beynəlxalq marafon idi.
12 oktyabrda baş tutan bu marafon Almaniyada başlayıb, İsveçrədə (42 km) və Avstriyada (21 km) sonlandırdı. Beynəlxalq Atletika Federasiyası reytinqində bu marafon xətti "bronze label" kateqoriyasındadır. 42 km (F) və 21 km-lik (H) marafon üzrə üzrə 10K-dan çox, hər yaş kateqoriyasından iştirakçı vardı.


Almaniyanın Lindau şəhərində başlayıb, Avstriyanın Bregenzindən keçən və əsasən İsveçrənin St.Margreten şəhərciyində sonlanan bu tədbir yüksək səviyyədə təşkil olunmuşdu. İştirakçıların bir-birinə olan hörməti, göstərdiyi mədəniyyət və ünsiyyət təqdirəlaiq idi. Sıra ilə verilmiş keçid bloklarında insanların o qaydaya əməl etməsi ürəkaçandır biz tərəfdən baxdığımız zaman. Marşrut xətti boyu dəstək olan insanların üzündəki pozitivlik, onların bu tədbirə zaman ayırmaları, əlində "tap button" () pankartlar hazırlayanlar və ümumilikdə, əhalinin verdiyi bu motivasiya çox sevindirici və güclü motivasiya idi. Müəyyən məsafələrdən bir ənənəvi olaraq verilən qida (banan, enerji barları, gellər) və maye (su, iso, enerji içkiləri) ehtiyacı çox yaxşı təşkil olunmuşdu.
Marafon öncəsi 2 dəfə hazırlıq qaçışı etdik Münxendə, xüsusilə İngilis bağı parkında. Təbiətlə zəngin bu parkın ucu bucağı yoxdur, sanki Nyu Yorkdakı Central Parkı idi. Aktiviti üçün o qədər ideal yerdir. Qaçmaq üçün analoqu olmayan bir atmosfer var. Amma bütün bunlardan əlavə bir sport mağazakı var, onu xüsusilə vurğulamaq və qətiyyətlə tövsiyyə edərdim - Top4running, nə zamansa yolunuz düşsə, düşünmədən baş çəkin, qəşəng endirim də edirlər, elə bir elit qaçış ayaqqabısı qalmadı ki, biz onu yoxlamayaq. Mağaza sahibi sağolsun bizə bu zövqü daddırdı ki, üst seqment nəqədər ayaqqabı varsa, hamısını try edək


Əlbəttəki, Münxenə gəlibdə əvəzsiz bavariya pivəsindən dadmasaqda olmazdı. Əsl enerji barı elə HB (Hofbrauhaus) pivəsi və grilled pork
Xərclər (5 gün üçün):
Marafon bileti: 120 azn
Təyyarə xərcləri (gediş-gəliş): 170-200 azn
Qonaqlama: 400 azn (burada ev, hostel, hotel qarışıq, Lindaudakı evi xüsusilə vurğulamaq istəyirəm, möhtəşəm)
Daxili nəqliyyat: 150-200 azn
Qaçış ayaqqabısı: ?


Növbəti marafonda görüşənədək - Stockholm yoxsa Amsterdam marafonu?
Bəs siz hansı beynəlxalq marafonda iştirak etmisiz?

DİGƏR BLOQLAR

Səyahət əhvalatları - Parisdən qalan xatirə

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Qalmaqallı Paris səfəri postumdan sonra, Parisdə başıma gələn hadisəni sizlərlə paylaşım. Təcrübə olsun sizlərə və sizin də başınıza gəlməsin. Deməli belə)Disnaylandda günün sonudur, axşam saat 9-a qalıb uje. Biz çıxdıq ki, Disnay World tərəfdə oturaq yemək yeyək və çıxaq) Birdən qarınqulu canım buloçnıda bulka gördü???????? yaxınlaşdım ki, alım. Kaşelyoku çıxartdım ki, ödəniş edim, podruqam arxadan yaxınlaşdı və məndən öncə ödənişi etdi. Vəəəəə mən kaşelyoku unudub qoydum orda) keçdik, getdik restorana çatdıq. Elə əyləşmək istəyəndə niyəsə yadıma düşdü ki, kaşelyoku yoxlayım. Baxdım ki, yox) Üstündən də cəmi 5 dəqiqə keçmişdi. Qaçdım qızın yanına. İngilisce soruwdum kaşelyoku, mənə bülbül kimi cavab verdi ki, burda görməyib. Hətta gördü isterikaya düşdüm kömək etmək də istəyini bildirdi. Mən isə çox sağ ol deyib, getdim polis və ya security axtarmağa. Və 20 dəqiqə axtarışdan sonra tapdım) dərdimi danışdım)) onlar da gedib soruşdular dedi ki, xanım qızcığaz ki, bəs burada heç bir kaşelyok görməyib) və bizim bu hərarətli söhbəti eşidən bir xanım yanımdan keçərkən mənə dedi ki, mən sizin kaşelyoku tapmışam???? Mənim halımı təsəvvür edin))) Xanımla qucaqlaşdıq , ağlaşdıq, halallıqdan falan dəm vurduq)) Və xanım məni apardı ki, kaşelyoku mənə versin. Məni hara aparsa yaxşıdır sizcə???? Həmin bulka satan qızxanımın yanına???????????? Xanımca bizi gördü şok oldu . Kaşelyoku tapan xanım ondan soruşdu ki, bəs ay xanımca sənə bayaq tapıb kaşelyok verdim, qaytar sahibi budur. O da cavabında dedi ki, bəs bir ərəb xanım gəldi dedi kaşelyok itirib, guya bu da kaşelyoku verib o qadına. Mənim halımı təsəvvür edirsiniz?????????????Aləm dəydi bir-birinə. Ağlıma gələn azəricə, rucsa, ingiliscə qatı açılmamış sözlər yağdırıram ünvanına, kefini pozmadam at kimi üzümə durub???????????? Kaşelyoku tapan, hətta securitylər belə dedi ki, kaşelyoku sən götürmüsən qaytar, dedi yox ki, yox????????????Deyirəm ay it qızı bəs 5 dəq sonra səndən gəlib soruşdum dedin görməmisən, elə onda deyərdin ki, tapıb kiməsə vermisən də) Mənə dedi I don't speak English???????????? bayaq mənimlə ceh ceh vururdueee. Hələ bir dedi ki, polkanın qabağını tutmayın alverimə mane olursunuz???? Dedim polis gəlsin, dedilər gözləmə, sən polisə getməlisən???????????? gecə saat 12 biz yaxınlıqdakı polis məntəqəsinə getdik əlqərəz))) konsert orda başladı))) deməli məntəqədə 2 polis var , Heç biri də İngilisce bilmir???????????? Biz bunları necə başa salmışıq onu bir Allah bilir))) Polisdə ki Əlimərdan qardaş (adını özümüz qoyduq) başa düşdüklərindən bir ərizə yazdı fransızca və mən də qol çəkdim. İndi onun təxəyyülünün güclü olmağına buraxırıq o ərizənin doğruluq payını???????????? Dedi bir ay ərzində baxılacaq gözləyərsiz???????? Hələ bir xəbər ətər yoxdur???? olmayacaq da bilirəm????Kaşelyokun içindəki məbləği soruşmayın, çox idi???? Niyə kart işlətmirsiz deyə də deməyin, kart sevmirəm))) Dedilər Allahına şükür elə ki, dokumentlərin itməyib???? buna da şükür) Necə deyərlər başımın gözümün sədəqəsi olsum, amma o boyda da sədəqə olmurdu???? Bax beləcə Parisə qarşı allergiya var içimdə????????????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Gulka Ayashka

1013 dəfə oxunub

Dağətəyinin cənnəti - limon qoxulu şəhərə gəzəyən turu

Limon qoxuları, limonçellosu, çiçəkləri, dar yolları, incəsənət qalereyaları, keramika mağazaları ilə məşhur olan sevimli və rəngli Pozitano Kampaniya(İtaliya) vilayətinin Saleno əyalətinə məxsus kiçik icmaya malik Amalfi sahillərinin ən gözəl qəsəbəsi sayılır. Başlanğıcı kiçik balıqçı sahil qəsəbəsi olan Pozitano turist axınından sonra yaraşıqlı və bərli-bəzəkli villalar, mehmanxanalar hesabına cazibəli bir şəhərə çevrilmişdir.Norman Jewison’un ‘Only you’ filminə baxdıqdan sonra bu şirin qəsəbəyə heyran olub ora getmək istəməyən çox az adam tapılar məncə. Sofi Lorenə məxsus villanı da məhz burada görə bilərsiniz.Dik bir yamac üzərində qurulan Pozitano, ağ, sarı, çəhrayı damlı Aralıq dənizi evləri, çınqıl daşlı çimərlikləri və masmavi dənizi ilə özünüzü sanki bir italyan filminin baş qəhrəmanı kimi hiss edəcəyiniz sahil qəsəbəsidir.Pozitanoya necə getmək olar?Pozitanoya gedib çıxmaq üçün ən yaxın hava limanı Neapol Beynəlxalq Hava limanıdır. Bu hava limanı Neapolun cəmi 7km cənubunda yerləşir. Maşınla hava limanından Pozitanoya çatmaq 1saat 15 dəqiqə çəkir. Hava limanından Neapol mərkəzinə ən ucuz getmək vasitəsi avtobusdur. EasyJet, Meridiana, Air Berlin, Vueling, Wizz Air kimi aşağı büdcəli hava yolları ilə Avropanın digər şəhərlərindən Neapola gədə bilərsiniz. Hava limanında günü 7 avro ödəməklə əşyalarınızı əmanət ofisində saxlaya bilərsiniz. Buradan şəhər mərkəzinə gəlmək üçün 2 növ avtobus fəaliyyət göstərir. Unicocampania şirkətinin avtobusu (Unico Alibus) hər 20-30 dəqiqədən bir hava limanından hərəkət edərək Garibaldi Meydanında(15-20 dəqiqəyə) və Municipo meydanında(30-35 dəqiqə) dayanır. Qiyməti 3 avrodur və 06:30-23:30 aralığında işləyir. Biletləri avtobusdan əldə edə bilərsiniz. Bu biletlə 90 dəqiqə ərzində ictimai nəqliyyatın digər növlərindən də istifadə edib otelinizə çata bilərsiniz. Bundan başqa ANM-3S avtobusu da həmçinin hava limanından Garibaldi Meydanına hər 15 dəqiqədən bir gediş-dönüş səfərləri həyata keçirir. Qiyməti 1,10 avro olan bu avtobus ilkinə nisbətən daha çox dayanacaqda dayanır və ucuz olduğu üçün daha çox sərnişini olur.İndi isə gələk əsas məsələyə, bəs Neapoldan Pozitanoya necə gedək?Neapoldan Pozitanoya gedib çatmaq üçün ilk öncə Sorrentoya getmək lazımdır. Neapolda yerləşən Corso Garibaldi mərkəzi dəmiryolu vağzalından Sorrentoya hər 20 dəqiqədən bir ''Circumvesuviana '' qatarı var (5avro) və səfər təqribən 1saat 10 dəqiqə çəkir. Sorrentodan Pozitanoya necə gedək?Sorrentoya çatanda dəmiryolu vağzalının çölündə SITA avtobuslarını görəcəksiniz. Ödənişi 1,5 avrodur. Bu avtobuslar hər saat başı Pozitanoya gedir. Burada biz yaz yağışının altında uzun sıra gözləməli olmuşduq. Buradan Amalfi və Pozitanoya gedə bilərsiniz.20km davam edən bu yolda ən möhtəşəm mənzərəni görmək üçün avtobusun sağ tərəfində oturun. Yarım saat və ya tıxac olarsa maskimum 45 dəqiqəyə Pozitanoya çatacaqsınız. Pozitanoda yemək-içmək bələdçisiDənizi, sahilləri qədər mətbəxi ilə də gözəl olan Pozitanoda harda yemək olar?Pozitano Cafe- mübahisəsiz otura biləcəyiniz ən gözəl yerlərindən biri buranın terrasıdır. Bu məkanda möhtəşəm bir kofe içərək mənzərədən həzz ala bilərsiniz.Paradiso Cafe- Eyvanında tiramisu ya da limonlu şirniyyat yeməyinizi mütləq tovsiyyə edirəm.Bunlardan əlavə Ristorante La Cambusa'nın mənzərəli bölümündə yer tapa bilsəniz çox şanslısınız. Çünki bura çox möhtəşəm mənzərəyə ev sahibliyi edir.Amalfi sahilləri ''limon diyarı'' olaraq adlandırılmasını qalın qabıqlı, bol sulu, bol şəkərli və mango böyüklüyündə ətirli böyük limonlarına borcludur. Bu da Pozitanoda başınızı çevirdiyiniz hər yerdə limon ağacı görməyiniz, makarondan torta, risottadan dondurmaya qədər hər təamın limonlusunu yeməyiniz, ancaq ən çox da limonçello içməyiniz deməkdir. Bu içki spirtliliyi 35% olan limon likörüdür. Makaron və pizzadan əlavə (bu arada ən dadlı pizza Capricci adlanan pizza restoranında olur) donuz əti yeməklə probleminiz yoxdursa prosciutto-nu tövsiyyə edərdim.Pozitano bahalıdır ya ucuz sualının cavabına gələndə isə şəhər çox bahalıdır deyərdim. Pozitano Amalfi sahillərinin ən bahalı qəsəbəsidir. Hətta yerli xalq ilə biraz səmimi olsanız, onlar sizə növbəti səfərinizi Sorrentoda keçirməyinizi məsləhət verər.Pozitanoda harda qalmaq olar?Bir günlük gəzməyə gedirsinizsə, Neapolda qalıb bu şəhəri də gəzib Pozitanoya baş çəkə bilərsiniz. Ancaq sırf Portofino, Pozitano, Amalfi sahillərində bir neçə günlük tətilə gəlmisinizsə, burada gecəsi 2 nəfər üçün 100 avrodan 3200 avroya qədər dəyişən qiymətlərlə qonaq ola bilərsiniz. Bronu mütləq bir neçə ay əvvəl edin. Bunlardan ən yaxşıları Appartamento Mare A, Villa Eos, Villa Eden, mərkəzə daha yaxın qalmaq istəsəz Positano Villa Sleeps 13 Air con Wifi, Villa Punto del Sole, daha ucuz isə Your nest on the Path, Casa Fortunata kimi yerlərdir. Bir də kiçik bir qeyd edim ki, dünyanın ən gözəl otellərindən biri olan Le Sirenuse da burada yerləşir.Pozitanoya nə vaxt getmək olar?Səyahət edərkən yağış sizi narahat etmirsə bahar və payız ayları bura getmək üçün seçilən vaxtlardandır. Dəniz tətilini burda keçirmək istəyənlər yayda ən yüksək istiliyin 32 dərəcə olduğunu yadda saxlasınlar. Həm gündüzlər isti sizi yormur, həm də gecələri sərin keçir. Məncə ən yaxşı vaxt turistlərin hələ çox axın etmədiyi, havaların da daha yeni isinməyə başladığı-aprel ayının əvvəlidir.Pozitanonun yerli xalqı haqqında Pozitanoda yerli xalqın həyat səviyyəsi yüksək və cənublu olduqlarına görə daha rahat, daha gülərüz və yardımsevər insanlardır. Bura həm də İtaliyanın digər bölgələrinə nisbətən daha təhlükəsizdir.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Ismayilzada

1570 dəfə oxunub

"Pizzanın vətəni" Neapol

Neapoldakı bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Bakının qardaş şəhəri olan Neapol. (Həqiqətən qardaş şəhərdilər ) Amma başdan xəbərdarlıq edim, yazı genişdir :)Şəhər mənə görə Avropa şəhərindən çox, Latın Amerikası şəhərlərini xatırlatdı. Həm tikilişinə, həm də qayda-qanun hərləməyəm adamlarına görə :DHər nəysə, məsələyə şəhərə necə çatmaq olar ondan başlayım. Özüm Romadan səyahət elədiyim üçün avtobusla getdim. 2.5 saatlıq yoldur, bilet qiymətləri gedəcəyiniz saata və şirkətə görə 9-14 avro dəyişir. (goeuro.com) Neapolda avtovağzal Garibaldi metro stansiyanın yaxınlığında yerləşir. Bu yeri yaxşı yadda saxlayın, yenə lazım olacaq :) Metro ilə gedirsiniz Toledo stansiyasına. Metronun arxitekturasını görməyə dəyər, həmçinin, şəhərin mərkəzi küçələrinə çıxışdır o stansiya. Bilet bir gediş üçün 1.10 avro, bir günlük bilet (sadəcə metro üçün) 3.50 avro, bütün nəqliyyat vasitələri üçün isə 4.5 avro. Orda sizə 1 avrodan bilet satmaq istəyənlər olacaq, arxanıza baxmadan uzaqlaşın  Ümumən, Neapolda kim kömək təklif eləsə, "aa, nə yaxşı insandır" deməyin, çoxu fırıldaqçıdır  İçlərində yaxşıları da olur amma. Məsələn, 1 günlük kart almaq istəyirdim, amma aparat 5 avrodan böyük pulları qəbul eləmədiyi üçün ala bilmirdim. Ən xırda pulum 10 avro idi. Yanımda dayanan bir qızdan xahiş elədimki, 2 dənə 5 avrosu varsa 10 avro ilə dəyişək. Dedi yoxdu, amma al bu 5 avronu biletini al. Təbii ki almadım, sonra bilet məntəqəsindən aldım bileti :)"Bir addım atmazdan öncə iki dəfə düşün. "Bu qaydanı Neapolda unudun. Bir addım atmazdan öncə 10 dəfə düşünün, çünki ətrafdakı oğrular sizin çantanızı, və ya telefonunuzu oğurlamaq üçün əvvəldən sizin hara addım atacağınızı düşünüb ona görə plan qururlar  Tədbirli (və ya şanslı) olduğum üçün başıma heçnə gəlmədən geri qayıtdım, amma couchsurfinglə eyni adamın evində qaldığım yunan oğlan şəhərə çatan kimi telefonunu oğurlatmışdı, özüdə əlində işlətdiyi halda :) Scouter ilə ruhunu belə incitmədən yanından ötüb telefonunu əlindən alıblar. Çalışın bel çantanızı qabaq tərəfdən asın, arxa cibinizə heçnə qoymayın, yolun sağı ilə hərəkət edəndə telefonu sağ, solu ilə gedəndə sol əlinizdə tutun."Tanrının əlinə sahib Maradona". Futbola baxanlar bilər, Maradona Napoli klubunun canlı əfsanəsidir. Şəhərdə ona qarşı elə böyük sevgi var ki, hər yerdə şəklini, formasını tapmaq olar. Hətta, məni qonaq edən oğlanın dediyinə görə, Maradonanın adını daşıyan kilsə belə var."Pizzanın vətəni" Neapol... Əgər ora gedib pizza yeməyəcəksinizsə, heç boşuna getməyin. Kiçik bir məsləhət: "Di Matteo" adlı yerə gedin pizza üçün, ən məşhur yerlərdəndir. Ünvanı: via dei Tribunali 94. Şəkildəki pizza üçün servis haqqı daxil 7 avro ödədim. "Aa, qırağı boş xəmirdir ki!" deməyin, çünki ofisiant pizzanı gətirəndə "Romadan bura bunun üçün mü gəldim?" dedim öz-özümə, amma o xəmirin içi yumuşaq donuz əti və buffalo mozzarella doludur. Bu arada adını niyə elə qoyublar bilmirəm, amma adı "World Cup" pizzadır. Digər məşhur təamları sfogliatte adlı şirniyyatdır. Mən limon sevmədiyim üçün bəyənməmişdim dadını, bəlkə siz bəyənirsiniz :) Qiyməti 2-3 avro arasıdır. Digər bir mütləq eləməli olduğunuz şey isə Neapol kofesi içməkdir :) Qiymət 1 avro.Gəzməyə piazza Plebiscito adlı yerdən başlaya bilərsiniz, Toledo metrosu tərəfdədir. Ordan düşün üzüaşağı dəniz qırağına, 7 qaladan birini gəzin. Mən Castle Nuevo adlı yerə getdim, giriş 6 avro idi, pula heyfim gəldi. Hər hansı bir özəlliyi yox idi. Digər qalalar pulsuzdur mən bilən. Şəhərin təpəsindı yerləşən Santelmo-dan başqa. Səhv eləmirəmsə, 2.5 avro idi qalanın başına çıxmaq. Onda bütün Neapol olacaq ayaqlarınızın altında :) Şəhərin əsas yeri məncə spaccanapolidir. Mən hava qaralanda getdiyim üçün yaxşı şəkil çəkə bilmədim, google edin baxın necədir :) Şəhərdə qarşınıza çıxan istənilən kilsəyə girə bilərsiniz, amma ən əsası San Lorenzo kilsəsinə mütləq girməlisiniz.Görünür çox yazdım, keçim Amalfiyə  Neapoldan Amalfiyə getmək üçün yuxarıda lazım olacaq dediyim Garibaldidən gedə bilərsiniz. Ordan çıxıb "Napoli Centrale" adlı stansiyaya keçin və "Circumvesuviana" adlı xətlə gedin Sorrentoya. Qatar bileti 3.90 avro, 1.5 saatlıq yoldur. Sorrentoda vağzaldan çıxan kimi yolun qarşısında avtobuslar görəcəksiniz onsuz. Positanoya gedən bilet alın, 3 avrodur amma 1-2 kəlmə italyanca danışıb 2 avroya almaq olur :) Avtobusda mütləq sağ tərəfdə oturun ki, o möhtəşəm (!) mənzərəni görə biləsiniz. Positanoda düşüb sahilə tərəf gedin və mütləq Amalfi çimərliyində dənizin dadını çıxarın. Mən özüm gedə bilməsəm də, Ravello şəhərinə də gedin, Positanodan 25 km uzaqlıqdadır. Positano turistik yer olduğu üçün hər şey bahadır. Məsləhətim hər yerdə 6-7 avroya yeyə biləcəyiniz pastaya orda 15-18 avro verməkdənsə, sahilə düşən yerdə market görəcəksiniz, orda özünüzə "sandwich" düzəltdirin, 4-5 avrodur. Digər bir variant özünüzlə yemək-içmək aparın PS: şəkilləri də əlavə edirəmPSS: özüm də bu məlumatların hamısını Neapolda təhsil almış Gunel xanımdan alıb ona uyğun hərəkət eləmişəm, bir daha təşəkkür :)PSSS: Şəhərə nəyə görə də olmasa, gözəl Napolitan qızlarına görə getməyə dəyər PSSSS: Özüm yazanda yoruldum, sona qədər oxumağa səbriniz çatıbsa, halal olsun sizə Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elvin Alıyev

1816 dəfə oxunub

Thailand seferi

Size Thailand seferim haqqinda yazim. Biraz uzun yazdim amma herseyden yazdim ki, kimse Thailanda gedende artiq tam xeberi olsun.Xercleri sonda qeyd edecem3 ay arasdirib sorusmaq videola baxa baxa axir ki bir yer sece bildik. Noyabr ayi COB 29 harasa getmeyu dusunurduk. Planda Bali, maldivi shirlanka ve thailand var idi. Icinde eylence aktivite olan Thailand secdik. Hemde noyabr ayinda yagislar az olan Thailand idi. - Wat Chalong (rəsmi adı Wat Chaiyathararam) Tailandın məşhur məbədlərindən biridir və Phuket adasında yerləşir. Bu məbəd, həm yerli əhali, həm də turistlər üçün əhəmiyyətli bir dini və tarixi məkandır. ən məşhur və müqəddəs məbədlərdən biridir. Bu məbəd Taylandın dini və mədəni irsini təcəssüm etdirən bir məkandır və həm yerli sakinlər, həm də turistlər üçün vacib bir ziyarət yeridir. Gedib baxib gezib sekil cekdire bilersiz. - Thailanda gedibsize mutleq o meshur phi phi adalari gezin turlarla gedib cox maraqlidir ve turlar o qeder nezaret edirler telimatlar kecirler ki yeni hec kesi gozden nezerden buraxmirlar tam mesuliyyetle yanasirlar. kristal təmiz suları, ağ qumlu çimərlikləri və möhtəşəm əhəng daşı qayalıqları ilə tanınır. Adalar qrupuna ümumilikdə 6 ada daxildir, lakin əsas turist məkanları Koh Phi Phi Don və Koh Phi Phi Leh adalarıdır. Phi Phi adaları Taylandın cənnət parçasıdır və tropik ada təcrübəsi yaşamaq istəyən hər kəs üçün mütləq ziyarət edilməli bir yerdir. - He cimerlikleri dehset coxdu mutleq imkan daxilde coxlu cimerliklere gedib gun batimi izleyun mohtesem menzere goreceksiz. - Yanui Beach - qaldigimiz otele yaxin idi. Tez getmek lazimdir. Gec gedende yer tapmaq olmur. Qumu iste super idi. Deniz de mohtesem derinlik ne qeder olsa da ayaqlarin gorunur. Orda dondurma ya soyuq ferqli meyve sirelerin dadina baxa baxa vaxt kecire bilersiz. - A blanket Phuket- gun batimi ucun en gozel menzeresi olan yerdi. Orda gun batimi izlemek sekil cekdirmek ucun gelirler( biz orda olanda gunun batim ani ucun sekil cekdirmek ustunde dava idi) mohtesem idi sevgilinizle o anda sekil cekdirmek yerine duser. Orda ise nese almalisiz biz coffee aldiq coffeeler cox gozel ve dadli idi hemde ucuz. Latte ve mocha goturduk 150 bath ( 4-5$ ). Bele yerler coxdu amma icersinde size yaxin yeri tapib gede bilersiz. - Old town Jui Tui Shrine- axsam gezmek ucun en gozel yerlerden biridi. Tunk Ka Cafe (Rang Hill) Məkanın üstünlüyü: Rang Hill-dən Phuketin şəhər işıqlarına möhtəşəm bir mənzərə təqdim edir. Sevgilinizle bura gedib gozel vaxt kecire bilersiz. Amma cox gec gedende saat 10 dan sonra musteri qebul elemirler bagli olur. - 4 gun sonra otelmizi deyisdik, teze otel hem private room idi, hem denizin yaninda idi. Otel secende dusndum ki 3 gun passiv istirahet ederik amma ki thailandi phuketi gorende her gun gezmek maraqli yerlere getmek isteyur bir sozle gun sonu olanda adam heyifslenit ki gun bitir). - Phuketde meshur olan “Ma doo boa “deyilem yer var yarpaqlarin ustunde sekil video cekirsrn. Amma deyim ki, dehset novbe olur biz seher 12 de getdik uje 17:20 kimi yerler dolmusdu gerek tezden gedib yer tutasan. 2 nefere 1500 bath verdik bizim pulla 75 manat. Sekil ve video. Amma deyerdi sekiller videolar dronla cekilirdi 20 deq vaxtin olur. - Three monkeys restaurant “var hundur bir yerdedi gozel ferqli yemekleri ickileri var xosumuza geldi ve ordan seher menzeresi gozel gorunur getmeye deyer. 2 nefere 1500 thb verdik. Chillva Market deyilen yer var axsam gezinti ucun maraqli yerdi amma cox gec getsez bagli olur saat 10 kimi gede bilersiz. - Seherde maraqli yerleri tam gormek ucun tur goturdik duzdu yenr baha deyirdi amma danisdiq adamjn biri 3000 thb deyirdi ikimize 3400 thb verdik) otelden goturub axsam otele qaytarmaq serti ile. Maraqli yerlere aparir. Big budha getmek istedik duzdu getdik amma qalxmaga qoymadilar orda bizden qabaq adam dusub olub deye bagli idi amma asagi hissesinde seheri yaxsi gormek olur sekil cekdire bilersiz. Ve tiger parka getdik pelengle sekiller cekdirdik dogurdan ora temzi ve insanlara nece guleruzle xidmet gosterir isciler. Ve sonra ise fillere mindik sekil cekdirdik maraqli eylenceli idi. - Cafe de mar var mohtesem bir yerdi. Cimerliyin yaninda hem cime bilersiz hem gun batimi izleye bilersiz hemde mohtesem axsam eylence olur party olur ve yemekleri cox daldir baha deyildi amma orda oturmaha deyir mutleq gedin. - Carnaval magic deyilen bir yer var coox mohtesemdi orda yer tapmaq ucun evvelden bilet almalisan duzdu bahadi 2 nefere 100$ kecmelisen amma mutleq gedun. Biz bilet ala bilmedik hemin gun bagli idi. Burda umiyyetce her gun aciq yerler olmir xususi gunler var ki islemir. - Gedeceyiniz yerlerden biri de “Monkey Hill Viewpoint” deyilen yerdi. Siz bura gedib meymunlara yemek vere bilersiniz amma diqqetli olmalisiz elnizde nese olsa dartib aparir( biz olanda bir turist xanimin sirgasini ogurlamisdi) masinla qalxmag icaze yoxdu 4km yolu piyada qalxmalisan. Amma ordan seher super gorunur. - Ve Thailanda gedibde mutleq masaj etdirmeden gelmeyin. Adam basi 1000bth bizim pulla 50 manat teqribidir. Orda kuceler doludur yaxsisi da var piside. Baxanda secmek olur amma mutleq masaj edin 90 ve 120 deq edirler. En yaxsi sport masaj ve thai masaj moddu ve adam cox rahatlasir. - Marojnalari da bambasqa dadi olur yoxlaya bilersiz. Butub meyve sirelerin dadina baxa bilersiz cox gozeldiler. Passion fruit 500 q burda 35-36 manatdi. Amma orda 80 bth ( 4-5 manat)1 kq alirsan. - Maraqli fitness street var gede bilersiz. CrossFit mesqleri olur ki mohtesemdi. Muaythai mesqleri de maraqlidi. Thailanda gedirsizse arasdirin ozunuzle yer otel secin gezmeye aktivite ucun gelirsizs bahali otel secmeye deymez 3 max 4* bes edir. Seher cixib axsam yatmaga gelirsen. Passive ucun gelirssense he onda deyer bahali secmek. Thailandda usaq boyuk yasli qadinlar coxi moto ile gedib gelirler. Taksi cox bahadi. İnDirve ve Bolt yukleyin qiymeyler muqayise edin. Taksiler cox gozeldi bahali masinlardi. Umiyyetce tayota ford honda en cox suruler masinlardi( sukan sagda olur) taksiler trafik cox olanda yazirlar ki propka coxdu artiq verirseense gelirem. Bizde en cox xerci taksiler oldu moto surmemisdim deye orda risk elemedim. Umiyyetce harasa gedeceksiz ve planiniz varsa ilk novbede coxli arasdirin. Hecneyi bacarmirsansa bu qrupda axtaris yerine yazib postlari ce komentleri oxu sagolsun yoldaslar yaziblar. Evvel hemin ay ucun ora necedi ona baxin, ve nece istirahet edeceksiz meselen aktiv ve ya passiv. Sonra budceniz necedi ona uygun hereket edin. Bunlar okaydisa googla map qoyun qabagniza olkeni seheri secdizse indi otel secin meselen gedeceyiniz yer hardadi evvel bookingde baxin sonra googlde map yerine eraziya baxin sizin ucun okaydi? Cox uzaq deyil ki? ogurluq da cox az vobshe yoxdu sevyesindedi. Hem telkukesiz hemde uyumuludur. Tayland xalqı qonaqpərvərliyi və mehribanlığı ilə tanınır. Ölkə “Gülümsəmələr ölkəsi” kimi məşhurdur. Yüksək mövsüm (noyabr-mart): Bu aylarda, xüsusilə qış mövsümündə, Tailand daha çox turist qəbul edir. Hər ay təxminən 3-4 milyon turist gelir2 nefer ucun yol pulu ve 2 otelde qalmaq viza transferler hamsi bir yerde 6500 manat.Ucuslar Qatar Airways ile oldu. 2 nefer 7 gece 8 gun ucun xercler 2200 manat( en cox taksi xerci cox oldu)Paylaşan: Türkay Məsimli

215 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!