224 dəfə oxunub

2022-ci il Roma Səyahəti

Roma səyahətimiz
Roma şəhəri tarixi şəhərdir, addım atdığınız və ya başınızı çevirdiyiniz hər yerdə tarixi binaları görmək mümkündür.Biz bu şəhəri cox sevdikRoma seyahətindən sonra ən cox gələn sullar arasinda uşaqla gəzmək çətindimi oldu?sualin cvbin postun sonunda qeyd edəcəm.


Roma seyahetini uşaqla asanlaşdırmagın yollari.
•Ilk etdiyim havaya baxib ona uygun geyimlər götürmək oldu və açıq rengli geyimlər götürməyə çalışdım uşaqlar gözdən tez itir
•Uçuş saatını günorta saatlarinda götürmək hayat kurtarir uçuş zamanı oglum günorta yuxusunu yatdi elə qucagimda.Teyyarə yerə enəndə yuxusunu alib şəhəri kəşf etməyə hazir olaraq oyandi
•Yol üçün yanimiza snack götürdüm(balaca kekslər və s.) elavə olaraq balaca termos ve yeməyi isti saxlayan termos qabda götürdüm.Bu sayədə teyyarədə restoranda uşaq üçün su daima yanimda oldu və restoranda yemək yemədiyi zaman yeməyi içinə qoyaraq ac oldugunda yenidən isti halda teklif edə bildim.



•Sevdiyi oyuncaglarin yanimda götürdüm rəngli karandaş dəftər və lego.Bu sayədə teyyarəni gözləyən vaxti və axsamlar oteldə darixmadi•Roma şəhərində görməli yerlərin çoxu mərkəzə yaxin olduqu üçün otelimizidə burda götürdük, və heç bir nəqliyyatdan istifadə etmədən Colosseuma Vatikana və bir cox yerə eyaqla getdik oglumda yol boyu etrafi keşf elədi.
•Yüngül seyahət kinderwagen( kaleska) mütləqdi .Teyyarəyə minmədən rahat qatdalayıb verib cixandada rahat təslim aldiq,yüngül olduq üçündə Romanin daşlı yollarinda belə rahat sürdük.



•Romada hər küncdə pizza pasta və doldurma var.Mənim oglumun tək yediyi dondurmanin vaflisi olsada usaqların sevdiyi yeməklərlə zəngin mətbəxi olduqu üçün usaqla seyahət etmək üçün uygun şəhərdi Roma
•Müzeylərə bilətləri əvvəlcədən alaraq və səhər saatlarda gedərək növbədə çox gözləmədik


•••Bəli uşaqla seyahət çətindi uşaqla daha az və daha yavaş səyahət edəcəksiniz.Amma geriə baxanda yigilmiş bol bol gözəl xatirələr şəkillər və ona danişmaqa hekayələriniz olacaq.
En vacib qayda isə məncə səyahət müddətində səbirli olub evdəki bütün qaydalari unutmaq idi .Istədiyi vaxti oyandi yedi və yatdi . və sonda xoşbəxt oldugumuz anlari sevdiklərimizlə bölüşmürüksə ,nə mənası varki:)helə bu övladimizdisa.Bəs siz uşaqla seyahət etməyi seçirsiz yoxsa uşaqsız ?

DİGƏR BLOQLAR

Gürcüstan - Batumi bələdçisi

Axşamınız xeyir, əziz Gəzəyənlər.Bu gün sizlərə Yay istirahətinin sərfəli ünvanı Batuminin gəzməli görməli yerlərindən bəhs edəcəm! Odur ki, başladıq!Bütün səyahətlərəminizi nədən başlayırıq nəqliyyatdan: Batumiyə getməyin 4 yolu var!1. Bakı - Batumi avtobusu 40 AZN2. Bakı - Tbilisi avtobusu 15 AZN sonra isə Shutler (sürətli qatar) Tbilisi-Batumi 20-25 AZN və ya Metro şirkətinin avtobusu 25 AZN3. Bakı - Tbilisi qatarı ilə PL- 23,14 AZN, KP 33,95 AZN və SV 57,69 AZN sonra isə Tbilisidən Batumiyə yuxarıda qeyd etdiyim yollardan biri ilə gedə bilərsiniz.4. 1 saat 15 dəq rahat uçuşla biletlər bu yaxın aylarda 93 AZN-dən başlayaraq.Beləliklə keçək gecələmək üçün məkana! Batumidə seçim çoxdur! Şəxsi təcrübəm ilə The World in Batumi hosteli çox məsləhət görürəm. Ümumilikdə isə booking.com saytından otellərə baxın daha yaxşısı isə airbnb.com saytından ev kirayələyin! Ən önəmli bilməli olduğunuz odur ki, qalacağınız yer mütləq dənizə ayaqla gedilən biləcək məsafədə olsun.Restoranlar və qidalanma seçimi böyükdür ortabab restoranda adam başına 5-12 AZN xərciniz olacaq.Və indi isə əsas məsələ, Gəzməli görməli yerlər!1. 15 km uzunluğu olan Batumi bulvarıVə orada olan imkanlar:- Şeytan çarxı 5 lari- Əlifba gülləsi 10 lari (burada baxış məntəqəsi var)- Velosiped kirayəsi 1 saatı 5 lari- Çaça fəvvarəsi -pulsuz- Əli və Ninonun heykəli- Oxuyan fəvvarələr2. Arqo kanat xətti - 15 lari3. Sameba kilsəsi - pulsuz4. Qonio qalası - 10 lari (Batumidə 20 dəq məsafədə yerləşir)5. Batumi Piazza meydanı - pulsuz6. Avropa meydanı ve Medeanin heykəli - pulsuz7. Neptun fəvvarəsi - pulsuz8. Batumi dəniz vağzalı - 1 saatı 50 lari qiymətinə kater kirayələyə bilərsiniz9. Delfinarium - 16:00 üçün 15 lari 19:00 və 20:00 üçün 20 lari10. Zoopark deyə bilməyəcəm kiçik bir guşə heyvanların olduğu - 2 lari11. Akvapark - 40 lari12. Nəhayət bağı - 15 lari (10-16 yaş uşaqlar 1 lari)13. Musiqiçilər parkı - pulsuzHəmçinin Batumidə 1 saatlıq məsafədə Ureki yerləşir. Orada Batumi və Kabuletidən fərqli olaraq dənizkənarı faydalı maqnitli qumdur!Həmçinin Kabuletidə Tsitsinatela adlı luna park yerləşir! Urekiye kimi məsafə 1saat Kabuleti isə 40 dəqQeyd: Batumidə dəniz daşlı olduğu üçün üzmək çox çətindir sizə reyzin şəp-şəplər təklif edəcəklər 7-10 lariBatumidə bu qədər! Ümid edirəm bəyəndiniz!Xoş səyahətlər arzusu ilə ????Sərfəli səyahət ilə bağlı daha çox paylaşımı instagramda @jala.alakbarova profilində izləyə bilərsiniz ????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Jala Alakbarova 

4969 dəfə oxunub

Hollandiya bələdçisi - Amsterdam və Haarlem

Amsterdamdakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Amsterdam Hollandiya mənim 14-cü ölkəm oldu. Bu şəhərə düşdükdən sonra başa düşdüm ki, həyat burada qaynayır  hər axşam mərkəzdə çoxlu eventlər keçirilir. Bizi Amsterdamda qarşıladıqları üçün Fuad və Yasinə dərin təşəkkürümü bildirirəm! Bizi gözəl yerlərlə tanış etdilər və birlikdə gözəl vaxt keçirdik. Ümumilikdə 4 gün keçirdik Amsterdamda və qalmağa yer üçün Couchsurfingdə Haarlemdə qaldıq.Haarlem kiçik şəhər olmasına baxmayaraq mütləq gediləsi görüləsi şəhərdir. Qaldığımız ev isə sadəcə möhtəşəm idi. Tarixin bir parçası olan evlərdə qalırdıq yerli pendirləri və digər şeyləri birlikdə yoxladıq. Hollandiyada olan ən böyük çətinliklərdən biri də gecə 2-dən sonra heçkəs çöldə alkohol içərək restoranların qarşısında otura bilməz. Hər yeri yığışdırırlar. 24 saat işləyən yerlər demək olar ki, yoxdur. Evimiz Haarlemdə olduğu üçün ilk gecə qatarı buraxdıq düşündük səhərə qəədər oyaq qalaq. Saat 4-5-ə qədər işləyən barlar tapdıq mərkəzdən bir xeyli uzaqlıqda Couchsurferlər ilə gecə yazışdıq 20-25 arası adam toparlaya bildim və getdik. Nə halda getdik, necə getdik o 25 adamla bilmədik  Çalışın ayıq qalın bu şəhərdə  Səhər 7də Haarlemə çatdıq və onda başa düşdük ki, günəş çıxır insanlar hələ çox azdır şəhərdə və sən demə transport mərkəz küçələrdə icazə verilmirmiş sadəcə ayaqla gəzə bilərsən ya da velosiped. O şəhər məni gözəlliyi ilə valeh etdi.Amsterdamın Legendi Isa da o müddətdə orda olacaqdı əvvəldən danışmışdıq görüşəcik təsadüfən o da həmin günü Haarlemdə idi və biz birlikə hamımız görüşdük. Oturduğumuz restoran Jopenkerk Haarlem yalan olmasın 50 tip pivə təqdim edir sizə menyuda  Pivə qiymətləri çox bahadır Hollandiyada amma siz bunu tətil bitəndən sonra hiss edəcəksiniz narahat olmayın Və sonda isə bizim eXclusive görüşümüz dostumuz canımız Azərbaycanı gözəl təmsil edən Milli Dəstənin gözü ürəyi Shamil ilə görüşdük  Bizi çox gözəl yerlərə apardı  Gözəl experience olan bir şəxslə həm də həmvətənlərimlə başqa ölkələrdə görüşmək mənə çox xoşdur. Gələcəkdə sizin də şəhərlərə gəlsəm adamyeyən deyiləm çoxlu gözəl memories ola bilər  Bu yaxınlarda Amsterdamlılar şikayət etdikləri üçün demək olar ki Amsterdamda Deturizm gedir. Deyəsən turistləşdirmə onlara baha başa gəlir deyə artıq əsas I  Amsterdam yazısını da bildiyiniz kimi götürüblər və bu yaxınlarda artıq Red Light Streeti də sökməyə hazırlaşırlar. Şəhərdə polis heroin və digər maddələrin təsirində olan insanların leşini daşımaqla məşğuldur  Hərə bir tərəfdə uzanıb təsirindən ayılacağı saatı gözləyir gecə saatlarında  Gecə səhərə qədər qalacaqsınızsa 1-ə qədər öz yemək ehtiyyatınızı tutun yoxsa səhərə qədər ac qala bilərsiniz. Bu cəhətdən gec saatlara qədər işləməyən restoranlar tərəfdən Amsterdamı bəyənmədim. Bir klub tapıb 2ci gecəmizi səhərə qədər küçədə yox ən azı orda keçirə bildik. Həyatımda ilk dəfə Tesla elektrocarını taksi kimi xidmət göstərən gördüm Amsterdamda  Qatar Transport sistemi bərbad vəziyyətdə deyərdim Amsterdam barədə. Ən azı isə Haarlem və Amsterdamdaxili gedişləri nəzərdə tuturam. Hər addımbaşı azərbaycanlılara rast gəlib 2dəqiqə ayaqüstü xoş mehriban söhbətlərimiz oldu hamınızı tanımasam da hamınıza səmimiliyiniz üçün təşəkkür edirəm. #səyyaholmagəzəyənol #gezeyenler #gəzəyənlərƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Murad Chicharito Huseynow

2681 dəfə oxunub

Bosniya bələdçisi - Sarayevo-Konjic-Mostar

Sarayevodakı bütün otel, apartament və hostelləri bu linkdən (bron) edə bilərsiniz.Bu günə kimi olduğum heç bir ölkə haqqında paylaşım etməyi lazım bilməmişdim, amma indi bunu özümə nəsə borc bilirəm ????Bosniya: Sarayevo-Konjic-MostarÖncədən deyim reklamı olmayan və kəşf edilməyən möhtəşəm ölkədi. Dağların üzərində salınan şəhərlər, dağların başından ətəyinə uzanan qırmızı örtüklü köhnə evlər, tarixin izləri, təbiət, yaşıllıq, çaylar, göllər, hətta şəlalər belə bu ölkəni möhtəşəm edən əsas amillərdi.Bosniyanın pul vahidi mark, qısaca "km"di və manatla demək olar eynidi. Ona görə həm avroya, həm manata nəzərən hesablamalarda heç bir çətinlik olmayacaq. Statusda yazacağım km kilometri deyil də, bunların pul vahidi olacaq, çaşmayın ????Başlayaq nəqliyyatdan: Budapeştdən Sarayevoya WizzAirlə 10 avro gediş, 12 avro gəliş bileti aldım. Aeroportdan şəhərə 8 kilometrdir və bu yol birbaşa avtobusla 5 km-dır (2.5 avro). Şəhər içi bir neçə dayanacaqda saxlayır, sonuncusu isə "Old town"du. Daha ucuz gəlmək istəsəniz 2 kilometr piyada tramvay dayanacağına (adı Stup-dı) gedib, ordan Tram 3-ə minərək şəhərin mərkəzinə gedə bilərsiz. Bilet qiyməti 1.6km, sürücüdən alsaz 1.8 kmdı (0.8 və 0.9 sent). Şəhər içi nəqliyyatdan istifadəyə çox da ehtiyac olmur, hər yerə piyada gedə bilərsiniz, əgər tənbəl deyilsizsə.Şəhərlər arası nəqliyyat: Sarayevodan-Konjicə online tələbə endirimi ilə 2.58 avroya avtobus bileti aldım. Normal qiyməti 5 avrodu. Bus stansiyasında isə əlavə xidməthaqqı olaraq 2km (1 avro) alırlar. Konjic-Mostar avtostop elədim, çox asan oldu, 10-15 dəq gözləməli olmuşdum. Mostar-Sarayevo tələbə endirimi ilə bus stansiyasından 12km-a (6 avro) bilet aldım. Normal qiymət 22km (11 avro). Şəhərlərarası buslarda komfort deyilən şey yoxdu, bizdəki rayon busları kimidir.[Əlavə edim ki, Mostardan Blaqaja və Kravice şəlalərini görməyə gedə bilərsiz. Mənim vaxtım çatmadı deyə alınmadı. Blaqaj Mostardan 11 km məsafədə yerləşir. bus stansiyasının qarşısındakı dayanacaqdan ictimai nəqliyyatla (bus) gediş-gəliş 4 km (2 avrodur). Bileti sürücüdən alırsız. Kravice isə 40 km məsafədə yerləşir Mostardan. Getmək üçün bus stansiyadan gedir və bileti stansiyadan alırsınız, bunun qiymətini bilmədim. Konjic-Mostar yolunun üzərində isə Jablanica gölü və kiçik şəhəri var, şəxsi maşınla getsəniz burda da bir neçə saatlıq saxlaya bilərsiniz.]Qalmaq: Hostel və Hotellər ucuzdu, mən büdcəli səyahətçiyəm deyə ancaq hosteldə qalıram, bu dəfə də elə etdim. Sarayevoda 2 gecə 4 nəfərlik otaq 26 km, Konjic 1 gecə 4 nəfərlik otaq 12km, Mostar 1 gecə 4 nəfərlik otaq (breakfast daxil) 16km book etmişdim. Deyim ki, hər birində otaqda tək qaldım ????Hostelləri çox bəyəndim. Konjic-də anlaşılmazlığa görə səhv hosteldə qaldım, amma səhv olaraq qaldığım da pis deyildi (20 km verdim).Qidalanma: Qaldığım hostellərdə mətbəx olduğundan özüm bişirirdim səhər və günorta yeməyin, axşamı isə restoranda yeyirdim. Restoranlarda qiymətlər ucuzdu. 6-10 km-a normal yeməklər yeyə bilərsiz.Əlavə xərclər: 1 muzeyə getdim "War Childhood Museum" 8 km idi entrance. Normalda muzeylərlə çox da aram yoxdu, amma bu muzey əməlli təsir etdi mənə. Müharibə uşaqların gözüylə, mühəribə uşaqlıq üçün nədir əsas tutularaq hazırlanmışdı. Bosniya müharibələri zamanı uşaqların xatirələrindən və sitatlarından bəhs edirdi. Kitabı da var, çox təsirlidi.Daha isə Sarayevoda kanatla dağın zirvəsinə qalxın mütləq. 2 kilometrlik yol, və 1600 metr yüksəkliyə qaldıracaq sizi. Qiymət tək 15 km, qayıdışla birgə 20km-dı. Məsləhətim tək gedişli bilet alıb, qayıdanda özünüz düşün piyada.Diqqət ediləsi məqamlar: Şəhərlərdə əksər restoranlar və mağazalar ancaq nəğd qəbul edir, xüsusən də Mostar və Konjicdə bu daha çoxdu. Ona görə də nəğd pul daha çox götürün. Məsələn, Mostarda nəğd pulum olmadığından ən yaxşı görünüşü (çay və körpü) olan restoranlarda otura bilməmişdim. Hətta bus stansiyası da nəğd qəbul edir ancaq.Görməli yerlər: Abidələr olaraq elə də çox deyil, hər şəhərin old town hissəsi çox möhtəşəmdi, həmin küçələrdə adam özün köhnə dövrlərdə hiss edir. Şəhər daxili köhnə və yeni qəbirstanlıqlar maraqlıdı. Sarayevoda dağın üzərində bir neçə dağılmış qalalar var ki, onlara gedə bilərsiniz. Şəhərə çox gözəl görüntü açılır. Hətta onların birində kafe də var, çay içə bilərsiniz.Daha da körpülər, çaylar, çayın sahili ilə gəzərək özünüz kəşf edə bilərsiniz. Əlavə olaraq Mostar-da Sniper Towerə gedin deyərdim, içinə girişlər bağlı olsa da, bina özü adamda qəribə hisslər yaradır. Bosniya müharibəsi zamanı snayperçilərin yerləşdiyi binadı. Çoxlu graffiti nümunələri görə bilərsiniz binada. Ümumiyyətlə, müharibənin qalıqları hər yerdə var demək olar. Bəzi binaların üzərində güllə deşiklərin də görə bilərsiniz. Hətta şəhərlərdə "Dont forget" yazılmış graffiti nümunələri çoxdu.Başqa nə sualınız yaransa, şərh yaza bilərsiz.9 iyun 2018.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Punhan Talibkhanli

1412 dəfə oxunub

Dünyaya ən çox nağıl danışan ölkə - Danimarka bələdçisi

Kopenhagendəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz. Niyə nağıl?) Çünki İsveçlərin Astrid Lindqreni varsa, danimarkalıların da Hans Christian Andersen-i var. Uşaqlıqdan mənə sevgini, mərhəməti, insanlığı nağılları ilə öyrədən yazıçının vətənini görmək möhtəşəm hissdir. Soyuq və gözəl Kopenhagendə və yaxın kiçik şəhərciyi Roskildedə gəzən zaman Andersenin haradan ilham aldığını da anlamış oldum. İsveçdə Lagom, Danimarkada Hygge.Dünyanın ən xoşbəxt insanlarının yaşadığı bir ölkə daha. Onların fikrincə, bu xoşbəxtliyin sirri bir sözdə gizlənir: HYGGE. Əslində, nə qədər izah edilsə də, xoşbəxtlik ancaq hiss edilə bilər. Məsələn: sevdiyiniz insanla divanda qucaqlaşmağın verdiyi rahatlığı, dostlarınızla gözəl yemək yeməyin sevincini, günəşli bir gündə pəncərədən süzülən işığın yaydığı sevinci necə təsvir edərdiniz? Danimarkalılar belə anları hygge sözü ilə təsvir edirlər. Tək bir qarşılığı olmayan və başqa dillərə tam tərcüməsi mümkün olmayan hygge'ni izah etmək üçün rahatlıq, hüzur, səmimiyyət, birlik kimi bir çox fərqli söz təklif edilə bilər, lakin bunların heç biri tək başına kafi olmayacaq.Amma bunu daha yaxşı anlamağımız üçün Meik Wiking “Hygge” adında bir kitab da yazıb(Əli və Ninoda var). Jante Qanunu və Sosial Ədalət.Danimarka cəmiyyətinin unikal cəhətlərindən biri də Jante Qanunudur. Burada sosial ədalətə can ataraq, cəmiyyətin və fərdin maraqlarının tarazlanması vacibdir. Bu, cəmiyyətdə harmoniya üçün zəmin yaradır və Danimarka mədəniyyətinin ayrılmaz hissəsinə çevrilmiş ədalət prinsiplərini formalaşdırır.Jante Qanununu isə Norveç-Danimarka yazıçısı Aksel Sandemozun 1933-cü ildə çap olunan “A Fugitive Crosses His Tracks” adlı kitabında ilk dəfə maddələr halında izahını tapır.Danimarkanın yaradıcılıq və təxəyyül simvolu olan LEGO-nun meydana çıxması ilə dünya mədəniyyətinə verdiyi töhfəni də unutmayıb şəhərlərini incələməyə keçim. Kopenhagen.-Qışda gəldiyim üçün ən soyuq şəhərlərdən də olsa, yenə də rəngarəngdir. Avropanın müxtəlif şəhərlərində gördüyüm o rəngli evlərin əsli hər zaman burda idi sanki- Nyhavn küçəsində.-100 ildən artıqdır ki, ölkənin simvolu “Su pərisi” heykəli sayılır.Andersenin eyni adlı nağılın tamaşasını izləyənKarl Yakobsen obraza aşiq olur. Həm nağıl, həm də balet o qədər valeh edir ki onu, su pərisinin heykəlini yaratmağı heykəltaraş Edvard Eriksena tapşırır. Heykəl üçün modellik etməyə də heykəltaraşın yoldaşı razı olur.-Ən məhşur qalaları Kronborg va Rosenborg qalalarıdır ki, sonuncuda Danimarkanın 500 ildən çox hakimiyyətdə olan dat krallarına aid məlumatlar və portretlər var. -Şəhərin içində “Christiania” adında Free town olduğunu bilirdiz? Mənə Vilniusdaki “Ujupis” Respublikasını xatırlatdı biraz. Amma Ujupis biraz “sadəlövh” qaldı bunun yanında.Deməli Kristianiya müstəqil fəaliyyət göstərən rəngarəng bir cəmiyyətdir. Şəhərin öz qanunları, öz bayrağı və öz həyat tərzi var.Christiania sadəcə bir şəhər deyil hətta; hippi stilində yaşayan üzvlərinin özünəməxsus yaşam tərzi var. 70-ci illərin əvvəllərində yaradılmış bu alternativ icma,1000 üzvü/əhalisi olan muxtar, uyğunlaşa bilən icmaya çevrilib. Bu üzvlərin hamısı ədalət, bərabərlik, vergilərin olmaması və Danimarka hökumətindən tamamilə asılı olmayan öz qanunlarına malik olan müəyyən prinsiplər toplusu ilə yaşamaq istəyir.Şəhər daxilindəki bu “azad şəhər/ölkə” (bir növ Vatikan kimi) canlı, əyləncəli və mübahisəli ərazidir və torpaqla bağlı iddiasını təmin etmək və azad kimi tanınmaq üçün yerli hökumətlə biraz “danışıq” aparır.Ölkənin qanunlarından savayı, şəhərin öz qanunları da mövcuddur. Məsələn: sıfır zorakılıq, yerli transport sadəcə velosipeddir, qaçmaq olmaz (qaçırsınızsa, qaçdığınız bir şey var deməkdir, amma bu şəhərin qanunlarına ziddir) və ən vacibi şəkil çəkmək bəzi yerlərdə qadağandır (amma mən çəkdim).Polislə yaşanan ən böyük problemlər də bəzi qadağan olunmuş preparatların satışına görədir, elə eyni səbəbdən də, şəhərin bəzi “güşələrində” şəkil çəkmək qadağandır.-Tivoli parki dünyaya ən məhşur olan əyləncə parklarından biridir. Hətta bəzi mənbələrə görə V. Disney buranı ziyarət edəndən sonra, ilhamlanaraq ABŞ-a qayıdıb və eynisini yaratmaq qərarına gəlib. Roskilde. Roskilde Kopenhagendən sadəcə yarım saat məsafədə yerləşən bir şəhərdir. Tipik Danimarka şəhəridir, daha çox yerli insan görə biləcəyiniz şəhərlərdəndir. 1443-cü ilə kimi Danimarkanın paytaxtı olub. Roskilde-nin əsas görməli yerləri, Vikinq Gəmi Muzeyi və Katedralıdır. Düşünürəm ki, gəzintiyə sonuncu ilə başlamağa dəyər. Çox insan katedralı bütün Danimarkanın ən əzəmətli və gözəl məbədi adlandırır, YUNESKO isə Roskilde Katedralini (Domkirke) “bəşəriyyətin mirası” nişanı ilə öz himayəsi altına götürüb. Katedral o qədər restavrasiya olunub və yeni əlavələrə məruz qalıb ki, bugün, son 800 il ərzində Danimarka memarlığının canlı tarixi kimi göstərilə bilər.Katedralın içindəki Kral məqbərəsində 37 Danimarka kralı və kraliçasının qəbirləri var. Bir zamanlar nüfuzlu bir çox tarixi şəxsiyyətin qalıqlarına baxmaq bəlkə də xoşagəlməz səslənir, lakin ziyarət etməyə dəyər. Vikinq pərəstişkarları Roskilde fjordunun dibindən qaldırılmış beş həqiqi gəmini görə biləcəyi heyrətamiz Vikinq Gəmi Muzeyindən çox zövq alacaqlar. Muzey iki zaldan ibarətdir - qayıqların yerləşdiyi Vikinq Gəmi Zalı və hələ də arxeoloji qazıntıların aparıldığı Museumsø. Mənə deyilənə görə, İngilis dilində pulsuz bələdçili turlar iyul və avqust aylarında hər gün saat 12:00 və 15:00-da, may, iyun və sentyabr aylarında isə həftə sonları günorta saatlarında həyata keçirilir. Təəssüf ki, yanvar ayında ziyarət edən mən, heç birindən yararlana bilmədim.Ən maraqlısı da odur ki, bu gün Vikinq Gəmi Muzeyi sayəsində həmin gəmilərin dəqiq nüsxələri yaxınlıqdakı gəmiqayırma zavodunda tikilir. Eyni zamanda, gəmi üçün istifadə olunan materiallarnan yanaşı, orta əsr alətlərindən istifadə edilir ki, tikinti texnologiyası da dəqiqliklə təkrarlanır. İşin nəticəsi o qədər uğurludur ki, inşa edilən beş gəmi müxtəlif istiqamətlərə, o cümlədən İrlandiyaya turistik səfərlər üçün istifadə olunur.Qiymətlər: Mənə birmənalı şəkildə İsveçdən daha baha görsəndi. Qidalanma: Belə ki, şəhər mərkəzindəki bir restoranda bir salat 45-50 AZN, pizza demək olar ki eyni qiymət, ana yeməklərin hər biri 70-75 AZN, desert isə 30-35 AZN başa gələcək. Yəni ortalama bir restoranda bir günorta və ya axşam yeməyi isə 200-250 AZN-ə başa gələcək (təbii şirələr, çay və bəhşiş də daxil). Otellər:Bunu hər zaman demək çətindir çünki seçəcəyiniz kateqoriyadan asılıdır, amma düşünürəm ki mərkəzdə normal otelin qiyməti elə 200 AZN gecəsinə başlayır. Təbii ki, hostel və evlər daha ucuzdur.Muzeylər: Ən ucuzları 18-20 AZNdən başlayır və 35-40 AZN nə kimi müxtəlif qiymətlərə var.Roskilde Katedral - 18 AZNViking Ship Museum - 31/40 AZN (mövsümdən asılı olaraq)Rosenburg Sarayı - 35 AZN (yayda biraz baha)Əgər qrupa qoşulub bələdçini dinləmək istəsəz əlavə 8 AZN.Transport: Taksi 10 km yola 62-75 AZNAvtobus bir gediş 8 AZNƏn yaxın şəhərlərdən sayılan Roskilde şəhərinə qatar bileti - 18 AZNNəticə olaraq, Danimarka sadəcə bir ölkə deyil, “hygge”, Jante qanunu və Andersen irsinin unikal atmosfer yaratdığı gözəl bir dünyadır. Bu ölkəyə səyahət etmək Danimarkanı həqiqətən unikal və gözəl edən rahatlığı, harmoniyanı, və gözəlliyi dadmaqdır.Daha çox kontent üçün instagram səhifəmi də izləyə bilərsiz.https://www.instagram.com/uls_valleyƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Ulkar Gurbanova

1830 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!