Sehirli aləm - Norveç bələdçisi
Norveç barəsində qeydlərim:Planlama edərkən əsas məqsəd gözəl və ensiz fyordları görmək, ən gözəl qatar səyahətlərindən biri hesab olunan Flam qatarından istifadə etmək, təbiət qoynunda olan çoxlu yürüyüş nöqtələrinə getmək (əsas Trolltunga) , Skandinav mədəniyyəti ilə tanış olmaq, Vikinglər kəndini ziyarət etmək, Şimal qütb işıqlarını görmək idi. Bir qədər araşdırmadan sonra www.norwaynutshell.com səyahət turu qabağıma çıxdı. Bu sizi ən gözəl fyordları görmək üçün qatar və ferry (bərə)-ləri bron edir. Onların etdikləri sadəcə ayrı-ayrı qatar, avtobus, ferry-ni sizin yerinizə bron etməkləridir. Bu biletlərin hər birini özünüz ayrılıqda almaqla həm daha çox qənaət etmiş olursuz, həm bir qatarı qaçırtmaqla bütün səyahət planınız məhv olmuş olmur (mən qaçırtdım və planım pozulmadı), həm də bu planlardan kənara çıxmalar etməklə səyahəti daha maraqlı etmək olur (Məsələn Flam-da bir neçə saat deyil, bir gecə qalmaq və orda şəlaləyə yürüyüş etmək olur, Vikinglər kəndinə getmək, daha şimala gedərək qütb işıqlarını görmək və s.) Qeyd edəcəm necə edə bilərsiz.1) Oslo paytaxt olduğundan ilk nöqtə olaraq bura gəlib səyahəti burdan başlamaq daha əlverişlidir 2) Oslo-Bergen qatarı istifadə etməklə Bergenə gəlib iki gecə qalmağı tövsiyə edirəm (sayt www.vy.no- bileti burdan almaq olur)3)Bergen-Myrdal və Myrdal-Flam ayrı-ayrılıqda qatar biletlərini almaq (www.vy.no) , ikinci qeyd etdiyim Myrdal-Flam turistik hesab olunur və ən gözəl qatar turlarından biri hesab olunur. 4) Flam-da bir gecə qalmağı tövsiyə edirəm, norwayinanutshell ilə edəndə isə sizə bu imkan təklif olunmur. 5) Səhəri günü Flam-Gudvangen ferry ilə (www.norwaysbest.com saytından almaq olar) Norveçin fyordları arasında ön gözəli və ensizi hesab olunan Nærøyfjord-u və digər fyordları gəzmiş olursuz.6) Gudvangen-də Vikinglər kəndinə gəlib oranı gəzib eyni gündə axşam Odda-a yola düşmək orda gecəni qalıb səhər Trolltungaya yürüşə başlamaq qayıdın gecəni yenə Odda-da qalıb yorğunluğu çıxarmaq7) Səyahət dövrü Sentyabr-Aprel arasıdırsa, daha da şimala, Tromso-ya gedərək qütb işıqlarını görmək (Bunun üçün yenidən Bergen-ə qayıdıb təyyarı ilə getmək daha ucuz və asadır)Daha ətraflı:Oslo: Əsas tövsiyə edəcəyim yerlər: Norveç Mədəniyyət Tarixi Muzeyi (mütləq gediləsi yerdir), Oslo Kitabxanası (ödənişsiz), Frognerpark (ödənişsiz), Viking gəmi muzeyi (Viking tarixi ilə maraqlanan şəxslər üçün maraqlıdır, mənə maraqlı gəldi), Nobel muzeyi (tapmaca şəklində qurulub, maraqlıdır) Digər görüləsi yerlər şəhərin mərkəzindədir, Opera binası, Kral sarayı və s. şərkəzi gəzdikcə görünür. Oslo Pass almaqla muzey və nəqliyyatdan ödənişsiz istifadə etmək olar, amma çox muzey gəzmək planı yoxdursa tövsiyə etmirəm, ondansa günlük nəqliyyat gedişi almaq daha sərfəlidir. Həm də Oslo Pass ilə bütün zonaların nəqliyyatı pulsuz deyil, məsələn hava limanı daxil deyil o zonaya. Yuxarda sadaladıqlarımı gəzmək mənə 3 gecəyə kifayət etdi. Bergen: Rəngarəng evlər, böyük balıq marketi, çoxlu yürüş nəqtləri və s. var. Funikulyordan istifadə edərək Fløyen-ə qalxıb ordan şəhəri görmək mütləq lazımdır, əla görüntü var. Funikulyor ilə çatdıqdan sonra müxtəlif hündürlüklərə yollar var və işarələr ilə getmək mümkündür. Tövsiyə olunan Ulriken-ə getməkdir. Qalmağa yer Bergen Budget Hostel-i tövsiyə edirəm. Münasib, təmiz və rahatdır. 2 gecə kifayət edir.Bergendən çəkdiyim video : https://youtu.be/ytRVrLejFvAMyrdal–Flåm qatarı: Hər iki tərəfdə gözəl mənəzərələr olsa da Myrdal- Flåm qatarında solda oturmağı daha çox tövsiyə edirəm. Qatar turistik olduğundan qədimi üslubda interyeri var. Bəzi yerlərdən yavaş kecir, şəlalə hissəsində fasilə üçün saxlayır və şəlalənin yanından meşəlikdən xalq musiqisi ilə rəqs edən qadın peyda olur. Onların mifologiyasına görə bu cazibədar meşə ruhudur və insanları yoldan çıxartmağa çalışır. Ehtiyatlı olun! Video: https://youtu.be/21s3y4VLj_AFlam: Dağların ətəyində olan kiçik və sakit bir şəhərdir, hətta şəhərə gün işığı düşsün deyə dağın başına güzgü də qoyulub. Burda bir gecə qalmaqla həm Şəlaləyə doğru qalxmağ və dincəlməy üçün tövsiyə edirəm. Qalmağa isə Brekke Gard Hostel Flåm-i məsləhət görürəm, təbiət qoynunda kiçik domiklərdə olan bir hosteldir. Video: https://youtu.be/XvkT1XLhVoUFlam-Gudvangen ferry marşurutu: Səyahət vaxtı güclü küləkli olduğunu nəzərə alaraq ona uyğun geyim gətirmək lazımdır. Vikinglər kəndinə baş çəkmək çox maraqlıdır. Xüsusən də, Vikings serialına baxıb bəyənmisizsə. İçəridə zaman çox maraqlı keçir, onların yaşam tərzini, nə ilə məşğul olduqlarını, döyüş alətlərini, toxuculuğda istifadə etdikləri metodları, qayıqları və s. görmək olar. Vikinglər kəndində çəkdiyim videoya burdan baxa bilərsiz: https://youtu.be/eZ_UmJswRssTrolltunga : Bura məşhur yürüyüş nöqtələrindən biridir. Bura ən yaxın qala biləcəyiniz yer Odda-dir. Daha münasib qalabiləcəyiniz ev: https://www.airbnb.com/rooms/33370470?guests=1&adults=1...Səhər tezdən (6-7) yürüşə başlamaq tövsiyə olunur. P2 parking dayanacağına qədər öz maşınınız yaxud avtobusla gəlib ordan P3 dayanacağına xüsusi mini-avtobusla gedə bilərsiz.Qəbzi özünüzdə saxlasaz qayıdışda endirim olacaq. Maşın kirayələmisizsə öncədən bron etməklə P3-də də park edə bilərsiz amma tövsiyə etmirəm yol çox meylli olduğundan hər maşın qalxmır, öz mini-avtobusları ilə daha təhlükəsiz və rahatdır (marşurut cədvəli ilə trolltunga.com-da tanış olmaq olar). Yol uzun olduğundan rahat yürüş ayaqqabısı, çərəzlər, və əgər varsa varsa yürüş çubuqları götürmək işinizi rahatladacaq. Yol boyu təbii bulaqlar olduğundan su qabınızı yolda doldura bilərsiz (qış ayı deyilsə). Ümumiyyətlə qış ayında getmək tövsiyə olunmur və İyunun əvvəlindən Sentyabrın sonuna qədər bələdçisiz gedə bilərsiz)Trolltungadan çəkdiyim video: https://youtu.be/VVVts67wk_YTromso: Şimalda yerləşən bu şəhər digərləri kimi gözəldir, lakin tək səbəb olaraq qütb işıqları üçün ora getməyi tövsiyə edirəm (Əgər Sentyabr-Aprel arası tarixdədirsə). Qütb işığını görmək üçün buludluluq və geomaqnit aktivlik əsas rol oynadığından bir qədər çox qalmağı tövsiəy edirəm ki, qaldığınız günlərdən birinə təsadüf etsin. Mən getdiyimin ilk günü qaldığım evin yuxarısından gördüm. Amma camping ləvazimatlarınız varsa kanat ilə hündürə çıxıb gecəni orda keçirib şansınızı artıra bilərsiz. Bu evdə qaldım və qütb işığıbı bu evdən gördüm: https://www.airbnb.com/rooms/44228799?guests=1&adults=1...Sahibi də çox yaxşı cütlükdür . Xəstəliklə bağlı qərarlar/qadağalar tez-tez dəyişdiyindən getməmişdən öncə mövcud qaydaları ətraflı araşdırmaq lazımdır.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Alakbar Valiyev