393 dəfə oxunub

2 Gündə Budapeşt

2 gündə Budapeşt
Budapeşt Avropada ən məşhur istiqamətlərdən biridir, xüsusilə ilk dəfə səyahət edənlər üçün. İstər bilet qiymətləri, istər ölkədəki münasib qiymətlər buna şərait yaradır.

Budapeştdə əsas yerləri görməyə 2 tam gün kifayət edir. Rahatlıq baxımından 1 gün artıra da bilərsiniz bu müddəti (shopping, bəyəndiyiniz yeri bir daha gəzmək, az tanınan yerləri görmək və s. məqsədlər üçün)
Bəs Budapeştə gedəndə, haraları gəzməlisiniz?
Sizinlə Budapeşt planı bölüşürəm, yaxın əyləşin Bu planla gününüzü doğru bölüşdürə və tam səmərəli gəzə bilərsiniz.
Budapeştdə 1-ci gün
1. Gəzintinizə şəhərin Buda hissəsində, Castle Hillə başlayın. Burada Matthias kilsəsi, Fisherman’s Bastionu görə bilərsiniz. Parlament binasına açılan məşhur mənzərə ilə şəkillər məhz burada çəkilir. Matthias kilsəsinə daxil olmaq istəsəniz, turistlərə açıq saatları mütləq rəsmi saytdan yoxlayın. Bileti onlayn alın ki, növbərə çox gözləməli olmayasınız.



2. Castle Hilldən gəzərək Buda qalasına (Buda castle) gedin. Əgər funikulyora minmək istəsəniz funikulyorun aşağı hissəsinə gedin ki, aşağıdan yuxarı qalxasınız Buda qalasına. Yox əgər 2 dəqiqəlik funikulyora 25 manat ödəniş etmək istəmirsinizsə, elə birbaşa qalanın özünə piyada gedin. Burada milli kitabxana və muzey yerləşir.



3. Daha sonra taksi ilə Gellert Hillə gedib, şəhərə açılan mənzərədən zövq ala, meşə ilə yürüyüş edə bilərsiniz, hazırda çox hissəsində təmir gedir, Azadlıq abidəsinin ətrafı bağlıdır, əvcəlcədən mütləq yoxlayın.

4. Sonra Pest tərəfə keçib, Budapeştin məşhur bazarı - Great Market Hall-a gedib, məşhur yeməkləri dada, süvenirlər ala bilərsiniz münasib qiymətə.



5. Sonra isə yaxınlıqda olan St Stephens kilsəsinə piyada gedə bilərsiniz. Online bilet alsanız da, mütləq kassada təsdiqlətməlisiniz.



6. Sonda günün yekunu üçün Spalardan birinə gedə və ya kruiz turu alıb çayda gəzinti edə bilərsiniz. Spa üçün onlayn, kruiz üçün isə kassalardan bileti öncədən əldə etməyi məsləhət görürəm. Əlavə xərc istəmirsinizsə, Margaret adasında barlardan birində vaxt keçirə bilərsiniz.


Faydalı idi? Faydalı idisə məni instagramda izləyin @renatmajidov
O vaxta kimi isə, ikinci günün planını paylaşacam sizinlə.
Bu plandakı yerlərlə bağlı təcrübələriniz və ya suallarınız varsa, şərhlərdə bölüşün

 @renatmajidov

DİGƏR BLOQLAR

Orta Asiyanın incisi - Xivə bələdçisi

Xivədəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.XivəBir şəhər ancaq bu qədər gözəl ola bilər. Ölmədən görüləcək şəhərlər çoxdur, ancaq məncə ən birincisi Xivədir.Şəhər “İpək Yolu”-nun bütün yollarının qovşağıdır. İçan Kala və Dışan Kala adlanan iki əsas hissədən ibarətdir.Xivə küçələrində ‘’hansı əsrdəyik’’ sualı ilə gəzirdik. Hər yer torpaq rəngi, hündür divarlar, firuzəyi rəngli kaşı, keramika, miniatür əsərlər, minarələr, mədrəsələr, karvansaralar, taxta qapılar, sütunlar, doğma insanlar…Xivə şəhərinin 35 km yaxınlığında Ürgənc havalimanı yerləşir. Buraya Bakıdan və Daşkənddən birbaşa reyslər həyata keçirilir.HotelQiymətlər əladır. Reytinqi 8.1 olan hotellərin qiyməti iki nəfərlik otaqda 1 nəfər üçün 8 avrodan başlayır. Xidmət, təmizlik yüksək səviyyədədir.Valyuta Ölkədə Özbəkistan somu (UZS) istifadə edilir, yüz ABŞ dolları bir milyon yüz qırx altı min soma bərabərdir.TuristlərŞəhərdə turistlərin əksəriyyəti avropalılardır. Ruslar, və yerli turistlər də çoxdur.Danşıq dili, əhaliŞəhərdə rus dilini demək olar ki, hamı bilir. Özbək və rus dilləri əsas istifadə edilən dillərdir. Yerli əhali ölkənin digər bölgələrinə nisbətən bizə daha doğma dildə danışır və hər söz başa düşülür.HədiyyəTaxtadan düzəldilən əl işləri, keramika qablar, çay, halva, nabat, ədviyyatlar, quru meyvələr, ipək parçalar, araqçın və kələğayılar.YeməklərBizim yeməklərlə oxşarlıq çoxdur. Xivədə yeməklərin ən dadlısı aşdır. Digər dadlı yeməkləri isə yağlı ət və göyərtilərdən hazırlanan şurpa supu, ət və soğan tərkibli samsa, mantı, kabablar və maş şorbası.Şəhər divarları önündə bizi tarixə adını böyük hərflərlə yazdırmış alimin heykəli qarşılayır. Əl-Xarəzmi 780-ci ildə bu şəhərdə anadan olub, cəbr elminin banisi və sıfır rəqəmini tapan şəxsdir. İbni Sina, Biruni və onlarla dahilər də burada təhsil almış, yaşayıb-yaratmışdılar.Şəhərin hər yerində qədim Zərdüşt üslubu və naxışları ilə bəzədilən dadlı çörəklərin qoxusu hiss edilir.Zərdüşt motivləri həm də demək olar ki, bütün tarixi tikililərdə mövcuddur.Görməli yerlərƏsas maraqlı yerlər “İçan Kala” adlanan qədim şəhərin daxilindədir. Biz girişə yaxınlaşanda Xivə Əmiri, vəziri və digər saray üzvləri böyük təm-təraqla qalanı tərk edirdilər. Bu proses sanki Əmir indi də yaşayırmış kimi hərgün bir neçə dəfə təkrarlanır.İçəri isə sanki başqa aləm idi. Özbək xalq mahnılarını çalıb-oxuyan qrup milli geyimlərdə rəqs edə-edə küçələri gəzirdilər.Axşama doğru isə mərkəzi meydanda milli oyunlar və rəqslər daha maraqlı şəkildə davam edir. Biz də bütün digər turistlər kimi hərşeyi yaddan çıxarıb heyrətlə olanları izləyirdik.Kaş bizim Dövlət Turizm Agentliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də İçərişəhər, Şəki, Lahıc kimi yerlərdə buna bənzər işlər görərdi.Xivənin rəmzi Kalta Minordur. Yəni yarımçıq minarə, 1855-ci ildə tikinti başlayır, ancaq Əmir Xan vəfat etdiyinə görə yarımçıq qalır.Hündürlüyü 45 metr olan İslam Xoca minarəsi Xivənin hər nöqtəsindən görünür.Cümə məscidi X əsrdə tikilib. Məscidin daxilindəki ağac sütunlarda gül və yarpaq naxışları zərif şəkildə işlənmişdir.Xivə Əmirinin yay sarayı. Burada Əmirin necə həyat tərzi sürdüyü, saray əhlinin kimlər olduğu haqqında ətraflı öyrənmək olur. Bələdçilər çox savadlı idi.Pəhləvan Mahmud məqbərəsi Xivənin əsas memarlıq abidələrindən və ziyarətgahlarından biridir. Məqbərədə böyük şair, maarifçi, sufi və filosof Pəhləvan Mahmud dəfn olunub.Yumurtavari hündür günbəz Pəhləvan Mahmud məqbərəsini unikal edir. İnteryeri ağ və göy rəngli kaşılarla ahəngdar bəzədilmişdir. Divarlarda Pəhləvan Mahmuda məxsus fars dilində şeirlər yazılıb.Kunya-Ark “İçan-Kala”-dan hündür gil divarla ayrılmış bir növ qala daxilində qaladır. Bura “İçan-Kala” və ətrafının gözəl mənzərəsini seyr etmək üçün əla yerdir.XIV əsrdə yaşamış nəqşibəndi sufi ustadı olan Səid Əlauddin türbəsi Xivənin ən unikal tikililərindən biridir.Taş-Xauli sarayı isə Xivənin ən rəngli və gözoxşayan sarayıdır.”İçan Kala” müdafiə divarlarının hündürlüyü təxminən 10 metr, qalınlığı 8 metr və uzunluğu 2250 metrdir.Qalanın dörd qapısı var: Şimal (Bağça-darvaza), Cənub (Taş-darvaza), Şərq (Pəhləvan-darvaza) və Qərb (Ata-darvaza).İçəridə insanı orta əsr şərqinə aparan saraylar, məscidlər, minarələr, mədrəsələr, məqbərələr, meydanlar və karvansaralar var.TarixRəvayətə görə, Xivə adını Nuhun böyük oğlu Sam qoymuşdur. O, səhrada uzun müddət susuz qaldıqdan sonra tapdığı quyudan su içərək qışqırıb:"Hey, vak, hey, vak!" Bu "nə yaxşı" deməkdir və o vaxtdan bura “Hey-vak”, yəni Xivə adlanıb.Xivə 2700 illik yaşayış yeridir. Karvanların dayandığı İpək Yolunun mühüm qovşağıdır.İki böyük səhra arasında bir vahə olan Xivə Makedoniyalı İskəndər, İran, Çingiz xan tərəfindən işğal edilib. Daha sonra isə Əmir Teymur, Xarəzmşahlar, Şeybanilər, Xivə Əmirliyi, ruslar və müstəqil Özbəkistan.Orta Asiyanın digər şəhərlərində olduğu kimi, şəhərin divarları qurudulmuş kərpicdən hörülüb və hündürlüyü 6-8 metrdir. Tarix boyu bu divarlar dəfələrlə dağıdılıb və yenidən tikilib.Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Elşən İsmayılov

1080 dəfə oxunub

Özbəkistan - Səmərqənd

Səmərqənddəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Salam, əziz gəzəyənlər!Çoxdandır istəyirəm paylaşım nəsə, amma tənbəllik edirəm. Amma Özbəkistan səfərindən elə xoş abu-hava ilə qayıdacağam ki, paylaşmasam ürəyim partlayar????1) Elə də çox hava yolu şirkəti uçmur bura. Mənim səyahət günlərimə yalnız THY uyğun idi. Sağ əllə sol qulağı qaşıyan kimi, Xəzərin bu tərəfinə İstanbuldan gəlmişəm. Çox yorucudur, eyni səhvi eləməyin. Bakıdan həftədə bir dəfə birbaşa reys var.2) 5 ulduzlu hoteldə belə internet normal işləmir, restoranlarda da internet çox vaxt olmur. İzolyasiya olunmağa hazır olun.3) Mənim əsas səfərim Taşkentə idi. Amma burada o qədər də görməli bir şey yoxdur. Hamı deyirdi ki, görmək üçün mütləq Səmərqənd, Buxara və Nukusa getmək lazımdır. Mən iş üçün səfərdəyəm və artıq qalmağım mümkün deyil deyə böyük mübarizə nəticəsində digər kolleqalarımı təşkilatdaxili iclasımızı Səmərqənddə eləməyə razı saldım. Yaxşı ki, razı salmışam. Əfsanədir!Deməli, səhər Taşkentdən Səmərqəndə təyyarə ilə getdik. Bilet 10 avrodur təxminən. Uçuş müddəti isə 45 dəqiqə. Axşam qayıdanda isə qatarla 4 saata qayıtdıq. Bilet 5 avrodur təxminən. Amma bir də Özbəkistanın Afrosiyab adlı sürət qatarı var, daha yaxşıdır. Lakin bilet tapmaq mümkün deyil. Gedəsi olsanız azı bir həftə əvvəldən alın. Həm Özbəkistan hava yolları, həm də dəmiryolları çox peşəkar təşkil olunub. Çox rahatdır. Küçələri təmiz olduğu kimi, airport, vağzal, qatar, hər yer tərtəmiz idi.3) Səmərqənddə hər şey 14-15-ci əsrdə tikilib. Bildiyiniz kimi, Əmir Teymur dünyada nə qədər yaxşı memar, elm adamı, aşbaz var imişsə yığıb gətirirmiş Səmərqəndə. Bu gələn ağıllı başlar da nələr nələr tikib düzəldiblər. Xüsusilə Əmir Teymurun mavzoleyinə və Registan adlanan,şəhərin mərkəzindəki qədim əraziyə, Bibi Xanım Məscidinə, Şaxizinda kompleksinə, Registanda Əmir Teymurun nəvəsi Ulug bəyin tikdirdiyi məhşur mədrəsəyə getməyi tövsiyyə edərdim.4) Mən yemək mövzusunda çox seçiciyəm. Çox vaxt harasa gedəndə ya bir italyan kafesində tapıram özümü, ya da ac qalıram. Bura Albaniyadan sonra yeməkləri ən dadlı olan ölkə oldu. Özbək plovuna söz yox. ???????? Taşkentdə Plov Mərkəzinə və ya Navat restoranına getmək olar. Amma plovu yalnız günorta bişirirlər.5) insanlar öz dillərindən çox rusca danışırlar. İngilis dili ilə navigate eləmək çətindir. Lakin, o qədər qonaqpərvərdilər ki, anlatamam???? Səmərqəndə səhər 7də çatmışdıq, özbək həmkarımız bizi valideynlərinin evinə dəvət etdiƏvvəldən planlamamışdıq deyə şəxsən getməmək üçün çox təkid elədim. Amma sağ olsun həmkarım, 9 nəfər hərəsi bir ölkədən olan adamı səhər açılmamış sürüyə-sürüyə apardı. İclası onların evində eləyəsi olduq. 4-5 saatlıq müzakirəmiz ərzində dayanmadan isti çay və kofe gətirirdilər, bəlkə 100 litr içmişik. O qədər soyuq idi ki hava!???? hələ bu qədər əziyyət çəkdikləri azmış kimi, günorta bizi plova da qonaq edib, elə yola saldılar.????6) Həm Taşkentdə, həm də Səmərqənddə ictimai nəqliyyat yaxşıdır. Amma taksi də çox ucuzdur. Maksimum 1-1.5 avro.7) Yerli pul Som'dur. 1 avro təxminən 9000 som edir. Hər yerdə mübadilə kursu eynidir. Dövlət tərəfindən tənzimlənir. Amma çalışın səfərin sonunda sizdə som qalmasın. Geri çevirmək olmur.8 ) Bizim qiymətlərlə müqayisədə bura ucuzdur. Əsas məsələ. :) bir də at ətindən hazırlanan dadlı kolbasaları var, yoxlayın 9) Mən bazara getməyi də məsləhət görərdim. Amma nəsə alanda qiymətlə oynayın. Aldatmasınlar :) 20 mindən 10 minə düşmüşdü bir nəfər məsələn :)Ümid edirəm, oxuyanda yorulmadınız. Hələlik????‍♀️#lamiisinUzbekistanƏgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…Paylaşdı: Lamiya Rzayeva 

6084 dəfə oxunub

Mozambik Səfərim

Hər kəsə salam,Cənubi Afrika Respublikası(CAR) və Mozambik arasında yerləşən, kiçik ölkələrdən biri olan Eswatini’yə (əvvəlki adı Swaziland) etdiyim qısa səfərdən şəkilləri paylaşıram. Təyyarə ilə CAR-nın Johannesburg şəhərindən King Mswati III International Airportuna 45 dəqiqəlik uçuşla və ya maşınla da gedə bilərsiniz. Təyyarə ilə gedirsinizsə maşın kirayələyib gəzmək daha yaxşı olar. 2-3 günə ölkənin əsas yerlərini görmək olar. Əsas görməli yerlər - Hlane Royal National Park, Mantenga Cultural Village, Mlilwane Game Sanctuary və s. Bundan başqa hiking və zip lining edə biləcəyiniz yerlər də var. Əhali mehribandır, çox təhlükəli yer deyil. Yollar, xüsusilə də magistral yolların vəziyyəti yaxşıdır. Başqa ölkələrdə safariləri gördüyüm üçün Eswatinidə təbiət parklarına getmədim. Şəkillərdən birində, arxa planda execution rock (Edam qayası) adlanan hündürlüyü 1110 metr olan bir dağ görünür. Yerli qəbilələrin dediklərinə görə cadugərlik və bu sənət vasitəsilə insanları öldürmək kimi müxtəlif cinayətlər törətməkdə günahlandırılan insanlar bu qayanın zirvəsinə aparılıb və daha sonra üzü üstə qayadan aşağı itələnirmişlər, amma bu şəkildə cəzalandırma artıq müasir həbsxanalarla əvəzlənib. Maraqlananlar üçün, bu ölkədə kişilər istədikləri sayda qadınla evlənə bilərlər, yetər ki hamısına eyni qaydada şəraiti olan ev ala bilsinlər( şəkillərdə gördüyünüz ot və ağac budaqlarından düzəlmiş evlərdən də olar) Hə bir də təxminən 10-15 inək, və ya onun pul qarşılığı məbləğini verməlisiniz. Hal-hazırdakı kralın 15 həyat yoldaşı və 45 uşağı var.Paylaşan: Anar Gojayev

286 dəfə oxunub

Səyahət əhvalatları - Parisdən qalan xatirə

Parisdəki bütün otel, apartament və hostelləri bu linkdən book (bron) edə bilərsiz.Qalmaqallı Paris səfəri postumdan sonra, Parisdə başıma gələn hadisəni sizlərlə paylaşım. Təcrübə olsun sizlərə və sizin də başınıza gəlməsin. Deməli belə)Disnaylandda günün sonudur, axşam saat 9-a qalıb uje. Biz çıxdıq ki, Disnay World tərəfdə oturaq yemək yeyək və çıxaq) Birdən qarınqulu canım buloçnıda bulka gördü???????? yaxınlaşdım ki, alım. Kaşelyoku çıxartdım ki, ödəniş edim, podruqam arxadan yaxınlaşdı və məndən öncə ödənişi etdi. Vəəəəə mən kaşelyoku unudub qoydum orda) keçdik, getdik restorana çatdıq. Elə əyləşmək istəyəndə niyəsə yadıma düşdü ki, kaşelyoku yoxlayım. Baxdım ki, yox) Üstündən də cəmi 5 dəqiqə keçmişdi. Qaçdım qızın yanına. İngilisce soruwdum kaşelyoku, mənə bülbül kimi cavab verdi ki, burda görməyib. Hətta gördü isterikaya düşdüm kömək etmək də istəyini bildirdi. Mən isə çox sağ ol deyib, getdim polis və ya security axtarmağa. Və 20 dəqiqə axtarışdan sonra tapdım) dərdimi danışdım)) onlar da gedib soruşdular dedi ki, xanım qızcığaz ki, bəs burada heç bir kaşelyok görməyib) və bizim bu hərarətli söhbəti eşidən bir xanım yanımdan keçərkən mənə dedi ki, mən sizin kaşelyoku tapmışam???? Mənim halımı təsəvvür edin))) Xanımla qucaqlaşdıq , ağlaşdıq, halallıqdan falan dəm vurduq)) Və xanım məni apardı ki, kaşelyoku mənə versin. Məni hara aparsa yaxşıdır sizcə???? Həmin bulka satan qızxanımın yanına???????????? Xanımca bizi gördü şok oldu . Kaşelyoku tapan xanım ondan soruşdu ki, bəs ay xanımca sənə bayaq tapıb kaşelyok verdim, qaytar sahibi budur. O da cavabında dedi ki, bəs bir ərəb xanım gəldi dedi kaşelyok itirib, guya bu da kaşelyoku verib o qadına. Mənim halımı təsəvvür edirsiniz?????????????Aləm dəydi bir-birinə. Ağlıma gələn azəricə, rucsa, ingiliscə qatı açılmamış sözlər yağdırıram ünvanına, kefini pozmadam at kimi üzümə durub???????????? Kaşelyoku tapan, hətta securitylər belə dedi ki, kaşelyoku sən götürmüsən qaytar, dedi yox ki, yox????????????Deyirəm ay it qızı bəs 5 dəq sonra səndən gəlib soruşdum dedin görməmisən, elə onda deyərdin ki, tapıb kiməsə vermisən də) Mənə dedi I don't speak English???????????? bayaq mənimlə ceh ceh vururdueee. Hələ bir dedi ki, polkanın qabağını tutmayın alverimə mane olursunuz???? Dedim polis gəlsin, dedilər gözləmə, sən polisə getməlisən???????????? gecə saat 12 biz yaxınlıqdakı polis məntəqəsinə getdik əlqərəz))) konsert orda başladı))) deməli məntəqədə 2 polis var , Heç biri də İngilisce bilmir???????????? Biz bunları necə başa salmışıq onu bir Allah bilir))) Polisdə ki Əlimərdan qardaş (adını özümüz qoyduq) başa düşdüklərindən bir ərizə yazdı fransızca və mən də qol çəkdim. İndi onun təxəyyülünün güclü olmağına buraxırıq o ərizənin doğruluq payını???????????? Dedi bir ay ərzində baxılacaq gözləyərsiz???????? Hələ bir xəbər ətər yoxdur???? olmayacaq da bilirəm????Kaşelyokun içindəki məbləği soruşmayın, çox idi???? Niyə kart işlətmirsiz deyə də deməyin, kart sevmirəm))) Dedilər Allahına şükür elə ki, dokumentlərin itməyib???? buna da şükür) Necə deyərlər başımın gözümün sədəqəsi olsum, amma o boyda da sədəqə olmurdu???? Bax beləcə Parisə qarşı allergiya var içimdə????????????????????Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…  Paylaşdı: Gulka Ayashka

1124 dəfə oxunub
Bizi izləyənlər siyahısına qoşulun!