Deməli noyabrın ortası ani qərarla çoxdan arzusunda olduğum bir neçə ölkəyə səfər etməyi qərara aldım. Uçuşa iki gün qalmış bütün biletlərimi aldım və qalacağım yerləri bron etdim.
Çinə getməzdən öncə
Powerbankınızın (3 CCC) olduğundan əmin olun.
Həmçinin ölkədə rahat ödənişlər üçün Alipay tətbiqini yükləyin . Youtubedə kratı tətbiqdə necə qeydiyyatdan keçirmək lazım izah edən videolar var. Alipay tətbiqi daxilindəki DİDİ taxi vasitəsi ilə ucuz taksi sifariş etmək olar.
Çində bir çox tətbiq ( Wp , Facebook , İnsta , Tiktok , X , Google , Youtube) işləmir. Əgər isti-isti paylaşımlar etmək istəyirsinizsə gəzdiyiniz yerlərdən gərək esim alaaız getmədən . Seçimlər müxtəlifdir. Mən neçə ildir Mobimatter işlədirəm. Çox da razıyam. Wi-fi olan məkanlarda isə ( LetsVPN ) adlı tətbiqi işlədə bilərsiz. Ən normal işləyən vpn o idi.
+ adapter başlığı bizimkindən deyil , fərqlidir nəzərinizdə olsun
Keçək uçuşa və yola : Bakı - Pekin reysi 6 saat yarım - 7 saat çəkir . İki dəfə yemək və qəşəng kinolara baxaraq çatırsınız mənzil başına. Çatanda online skan esirsiz pasportu , daha sonra arrival cart doldurursuz kağız verirlər. Daha sonra pasport yoxlanışından keçirsiz. Və budur , xoş gəldiniz pandaların və əjdahaların ölkəsinə
.
( Azaldan bileti iki gün qalmış 450 manata almışam , 23 kilo baqaj hər bir biletdə olur )
Pekin Beynəlxalq hava limanından qalacağım hostelə 40 km yol idi. DİDİ ilə taksi sifariş etdim. 30 azn ödədim.
Pekində 4 gün qaldığım hostelə 120 azn ödədim. Otaq 1 nəfərlik idi. Metroya yaxın idi. Jaeomen West staniyası yanında. Dəhşət super deyildi amma işçiləri çox mehriban idi. Hər nə lazım kömək etdilər.
Pekində ilk gün Yasaq şəhər və ətrafını gəzdim. Bütün əraziyə giriş cəmi 4-5 manat idi. Bileti öncədən alsanız məsləhətdir. Bunun üçün Wechat tətbiqi var . Ümumən bütün muzey biletlərini bu tətbiqlə ala bilərsiz.
Növbəti gün Çin səddi turuna qatıldım. 25 dollar ödədim . Getyourguide’dən almışdım turu. Tur ümumi 8-9 saat çəkir. Ona görə özünüzlə atışdırmalıq və içməyə nəsə götürməyiniz məsləhətdir. + Səddə qalxanda piyada yox kanatla qalxsanız bir tərəf 20-30 azndır.
Səddi gəzəndə bir azərbaycanlı cütlük də görüb çox sevindim. Yerlilərimizi harda görsəm xaricdə səbəbsiz xoşbəxt oluram.
Vacib qeyd : Çində əhalinin əksər hissəsi ingiliscə bilmir. Hətta turistik yerlərdə tərcümə aparatı ilə işləyirlər. Hazırlıqlı olun Google lens yükləyin.
Səfərin növbəti gümlərində Pekində Zoo parkı , Cənnət məbədi və parkını , Milli Qalereyanı , Tianamen meydanını gəzdim.
Zoo park nəhəngdir və kenquru , qütb ayısı , fil , kərgədan və ən əsası Çinin fəxri olan PANDALAR var ! Nəhəng akvariuma da girə bilərsiz . Xüsusən meduzalar adamı valeh edir. Zoo parka giriş 4 manat , akvariuma ayrıca 40 manatdır.
Tələbələrə qeyd : Tələbə biletinizi özünüzlə götürün . Muzey və Zoo park kimi yerlərdə endirim edirlər.
Nə başınızı ağrıdım 4 gün Pekində yaxşıca gəzəndən sonra Pekin Daxing hava limanından uçdum Xi’an şəhərinə. (100 manata almışdım bileti Trip.com’dan )
Bura 1 gün bəs edir məncə . Əsas görüləsi yer Terrakotta əsgərləri olan yerdir. Ümumi taksi ilə həmin muzeyə 25 manata getdim Xi’an mərkəzdən. Qayıdanda 12 manata avtobuslarla yenə mərkəzə qayıtdım.
Terrakotta əsgərlər olan əraziyə giriş 25 manat idi səhv etmirəmsə. Mən bələdçi götürdüm əlavə . Çox peşman oldum. 50 mamat ödədim və çox quru danışırdı. 2 saat danışmalı idi , 1 saat çəkmədi heç.
Daha sonra Xi’an mərkəzindəki göz qamaşdıran Zəng qülləsini ziyarət etdim. Bilet 7 azn. Dəyərmi ? Bilmirəm amma çox xoşuma gəldi mənim.
Daha sonra Vəhşi qazlar paqodasına üz tutdum. Əraziyə giriş 3 manat , paqodaya qalxmaq isə 20 manat. Əraziyə girdim amma qalxmadım paqodaya
Vacib qeyd : Xi’ana bileti həsər çatan vaxta alın. Gecə çatanda nə metro nə , avtobus , taksi belə tapılmır.
Yemək məsələsi : Çin mətbəxi olduqca fərqlidir. Yerli yeməklər ağız dadınıza uyğun deyilsə və ya halal qidaya çox önəm verirsinizsə sizə çətin gələ bilər bu məsələ. Ancaq fastfood restoranları hər yerdədir. Mən şəxsən çox az yerli yemək yedim. Ancaq fastfoodla yola verdim yemək məsləsini.
Oxuduğunuz üçün təşəkkürlər
Növbəti paylaşımlar Malayziya və Sinqapur haqqında olacaq.