Bir gəzəyənin Türkiyə günlüyü – Yazda Qaradəniz turu

Yenə mən, yenə Qaradəniz:) Bu dəfə yazda Qaradəniz bölgəsində gediləcək yerlər tövsiyələriylə buralardayam 🙂 Yayda Qaradənizdə sərinləmək üçün yaylaya getmək lazımdı şübhəsiz, bəs apreldə, mayda nə etməli? Və ya getdiniz, sadəcə 2-3 gün vaxtınız var, bu vaxtı necə keçirə bilərsiniz? Bölgədəki az qala bütün yayla və kəndləri gəzən biri olaraq deyirəm – Çamlıhəmşin kəndlərini mütləq görməlisiniz. Necə gəzmək lazım olduğunu daha əvvəlki postlarda yazmışdım, təkrar edirəm … Continue reading Bir gəzəyənin Türkiyə günlüyü – Yazda Qaradəniz turu

Qorxunc email

Uğursuz gün keçirdiyinizi düşünürsünüzsə sizinlə son səyahətimi paylaşım, azca uzun ola bilər 😉 Avropa Parlamentində keçirilən Gənclər Tədbirində iştirak etmək üçün Mayın 31-i Bakıdan Moskvaya, Moskvadan Amsterdama yola düşdüm. Son uçuşum Amsterdam-Strasburq uçuşu olmalı idi, Amsterdamda 4 saatlıq gözləmə müddətindən sonra hava yolları şirkətindən email aldım ki, Amsterdam-Strasburq uçuşu təxirə salınıb. Məsələni dəqiqləşdirmək üçün hava yolları şirkəti (KLM Dutch Airlines) nümayəndələri ilə danışmaq üçün getdiyimdə … Continue reading Qorxunc email