Budapeşt, Vyana, Bratislava, Praqa, Dresden bələdçisi

Salam dostlar. İstərdim ki, Budapeşt, Vyana, Bratislava, Praqa və az da olsa Dresden haqqında yazım. Səyahətim 2019 İyul ayının sonlarında olub. Çexiya üçün Şengen vizasına müraciət eləmişəm. Girişim Budapeştdən, çıxışım isə Praqadan olub. İndi isə gələk əsas məsələyə. Şəhərlər haqqında məlumata:

    1. Budapeşt. Dunay çayının iki hissəyə ayırdığı şəhərin bir tərəfi Buda digər tərəfi isə Peşt adlanır. Əsas gəzib görməli yerləri də elə dunay çayının sahilindədir. Buda qalası, Balıqçılar bürcü (qalası), dunay çayının üzərindəki körpülər, dunay çayı sahilindəki ayaqqabılar (mənim üçün o qədər də maraqlı deyildi🙃), Aziz Stephen Bazilikası, Parlament binası və çayın sahilindən 2-3 km uzaqlıqda olan Qəhrəmanlar meydanı və şəhərin mərkəzi küçələri gəzdiyim yerləridir. Bundan başqa Termal hamamları, Yahudi məhəlləsi və sənətə ilgisi olanlar üçün Terror Haza (Terror muzeyi), Opera Binası da görüləcək yerlərdəndir. 2 tam gün ayırmağınız əsas görüləcək yerləri görməyiniz üçün kifayətdir (ən azından mən belə düşünürəm🙂) Əgər şəhərdə rahat gəzmək istəyirsinizsə günlük bilet almağınız tövsiyyə olunandır. Günlük biletləri metrolardan, aeroportdan və şəhərin digər yerlərinə quraşdırılmış bankamatiklərdən ala bilərsiniz. https://bkk.hu/en/tickets-and-passes/prices/. Bu saytda bilet qiymətləri və sair ətraflı yazılıb. Günlük biletlər D 11 feribotlarında da istifadə oluna bilir.
    2. Vyana. Xüsusən son onillikdə 8 dəfə dünyanın ən yaşamalı şəhəri seçilib. Budapeştə nəzərən bahalı olsa da o qədər getmişkən gedib görməyə dəyər bir şəhərdir. Dunay çayı Vyanadan da keçir. Bratislavaya yaxın olduğu üçün orda sadəcə bir günümü keçirib Bratislavanı gəzdim. St Stephen Katedralını, Hundertwasseri, Hofburg sarayını, Belvedere sarayını, Museum quarteri və Graben küçəsini gəzə bildim. Əgər vaxtınız çox olarsa bir az uzaqda olan Schönbrunn sarayına mütləq baş çəkin. Musem quarter bölgəsində olan Naturahistoriches Muzeumun içinə girin. (Bunu çox istəsəm də vaxt darlığı səbəbi ilə gerçəkləşdirə bilmədim).
    3. Bratislava. Slovakiyanın paytaxtı olan və mərkəzindən başqa gəzməyə yeri olmayan bu balaca, amma bir o qədər də şirin olan bu şəhər Vyanadan 60 km uzaqlıqda yerləşir. Demək olar ki hər saatbaşı 1-5 avro arası avtobuslar var. Səhər gedib günorta qayıtmalı olan bir yerdir. Most SNP-(Dunay çayının üzrərindəki körpünün üstündə qüllə kimi tikilmiş restoran xidməti də verən bir yer) şəhərə gözəl mənzərə açılır. Yuxarıya qalxma qiyməti 7,4 avrodur.
    4. Praqa. Mən deyərdim ki, bu şəhər özündə ən gözəl tarixi-memarlıq əsərlərini cəm edib. (Bəlkə daha da gözəlləri var. Mən görməmişəm hələ😀). Astronomik saat, tyn kilisəsi, Charles körpüsü, Praqa qalası, şəhərin Mala strana dedikləri hissəsi, rəqs edən bina və bir-birindən yaraşıqlı sayısız digər binaları görülməyə dəyər. Bundan əlavə myczechrepublic.com saytından şəhərdaxili nəqliyyat və sair haqqında ətraflı məlumat əldə etmək olar. Trdelnik yeməyi hər kəsə tövsiyyə edirəm.
    5. Dresden. Gedib getməmək haqqında tərəddüd etdiyim, sonra bir yoldaşın məsləhəti ilə getdiyim və heç də peşman olmadığım gözəl bir alman şəhəri. Praqadan 2.5 saat uzaqlıqda yerləşir. Yaxşı muzeyləri var (bu yaxınlarda birini soydular🙁). Oxuduğuma görə birinci dünya müharibəsi zamanı şəhərin 4 də 3 bombalanıb. 4 də 3 ü bombalandıqdan sonra bu qədər gözəldisə kim bilir əvvəlcədən nə qədər gözəl olub Dresden.

Yazının uzun olduğunun fərqindəyəm. (Hər dəfə birini yazmağa hövsələm çatmır🙂)

Kimin əlavə sualı olarsa soruşa bilər.

P.S. Fotograf paylaşmağı sevmirəm.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Sarxan Suleymanov

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s