Miçoakan bələdçisi

Ölülər gününü qəbristanlıqda keçirdim…
☺️Unudulmaz səyahət təcrübəsi oldu mənim üçün. Bəlkə çoxlarınız Coco cizgi filminə baxmısınız. Bax elə o cizgi filmini canlı canlı görmək və yaşamaq. Həqiqətən çox möhtəşəm idi. Sizə səyahətidən ətraflı danışım. Əgər vaxtiniz və maraqınız olarsa daha ətraflı mənim Blog yazdığım səhifəyə daxil olub oxuya bilərsiniz. http://evdenuzaqlarda.com/michoacan/

80366574_1424033674439191_1480487029501329408_o

ℹ️ Michoacán, Miçoakan kimi oxunur və əyalətdir, Meksikanın qərb mərkəzindədir. Cənub-qərbdən Sakit Okean və qərbdən Colima və Jalisco, şimaldan Guanajuato, şimal-şərqdən Keretaro, şərqdən Meksika və cənubdan Guerrero ilə həmsərhəddir. Paytaxtı isə Morelia şəhəridir.

🌋Michoacan da Jorullo vulkanı 1759-cu ildə püskürmə zamanı yarandı və 1943-cü ildə Paricutín Uruapan şəhərinin şimal-qərbindəki bir sahədə qəflətən inkişaf etməyə başladı; püskürmələri 1952-ci ilə qədər davam etdi. Kənd sakinləri hərkəs kəndi vaxtında tərk etdi və daha sonra San Juan kəndi yerlə bir oldu.

🗺Morelia, Michoacan’ın paytaxtı və əyalətdəki ən böyük şəhərdir, şəhərdə 600.000 nəfərdən çox əhali var. 1991-ci ildə YUNESKO-nun Dünya İrsi saytı listəsində yer alıb. Şəhər tamamı ilə möhtəşəmdir. Hələ siz bura noyabr ayının 1 və 2 si gəlsəz çox maraqlı şeylər görə bilərsiz. Çünki bu günlərdə ölülər günü qeyd edilir və inanılmaz dərəcədə maraqlıdır.

79911191_1424034234439135_4719642624162529280_o

🦋Michoacanda görə biləcəyiniz çox möhtəşəm olan Monarch kəpənəkləridir. ABŞ-ın şimal-şərqindən və Kanadadan 4820 km uzaqlıqdan gəlirlər. Günlərinin geri qalanını Meksika’da yaşayırlar. Uşaqları bütün həyatını Meksika’da yaşayır və yazda, Şimali Amerikanın şimal-şərqinə köç edən nəvələri olur. Sonrakı qış bu kəpənəklərin nəvələri dədə babalarının etdiyi kimi qışda Michoacana geri dönürlər. Həqiqətəndə bir möcüzədire. Ziyarət etmək istəsəz Michoacanda monarx kəpənəklərini görmək üçün ən yaxşı vaxt yanvar-mart aylarıdır. Səhər saat 9, 10 arası getməyinizi məsləhət görürəm. Santuario de la Mariposa Monarca Giriş 50 Peso – 4.50 Azn

✈️Michoacan vaxtı ilə Meksikanın təhlükəli bir əyaləti olub. Lakin hal hazırda təhlükəsiz və daha çox turistin olduğu bir əyalətdir. Michoacana gəlmək fikriniz olsa Meksikanın paytaxtına uçub daha sonra bura uça bilərsiniz. Qiymətlər hardasa 75-100 manat arası olur adətən.

79963994_1424033877772504_5948195968821231616_o

🧔🏼“Ölülər günü” Latın Amerikasında, əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunan, məqsədi ölüləri anmaqla bağlı olan bayramdır. İspanca “Día de Muertos” adlanır. Adətə görə bu bayramın keçirildiyi günlərində rəngarəng karnaval təşkil edilir. Müasir dövrdə bu bayram hər il noyabrın 1 və 2-də qeyd olunur. Bu bayramın tarixi Latın Amerikasının ispanlara qədərki tarixinə kimi gedib çıxır. Belə ki, onun başlanğıcının asteklərə aid olduğu məlumdur. Qədim asteklərin dövründə bu bayramda baş fiqur “Miktlantekuli” adlı “Cənab Ölü” hesab olunurdu. Həmin dövrlərdə bu bayram adətən iyul-avqust aylarında keçirilərdi. Lakin ispanların bu ərazilərdə məskunlaşmasından sonra ispan keşişləri bayramın noyabr ayına keçirilməsinə qərar verib.

Hellouindən fərqli olaraq,
☠️“Ölülər günü” qorxutmaq məqsədli deyil. Burada olan skeletlər ölənlərə işarədir. İnanclara görə gerçək ölüm unudulduğunda olur, festivalın məqsədi də məhz, ölənlərin unudulmamasını təmin etməkdir. Bu məqsəd istiqamətində vəfat etmiş insanları xatırlamaq üçün şəkərdən kəllə və bəzək-düzəklər, ölənlərin sevdiyi qoxuların, süsləmələrin olduğu qurbangahlar hazırlanır. İnsanlar ölü kimi geyinərək bəzənir; minlərlə insan özünü ölüyə bənzədərək, nağıllarda olan ölü qəhrəmanların kostyumlarını geyərək şəhərin küçələrinə çıxırlar. Hətta yaxınlarını yad etmək üçün qəbirstanlığa gedənlər bu mərasimi yasdan şənliyə çevirirlər. Hesab edilir ki, həmin günlərdə hər kəs ölüsünə mümkün qədər çox sevinc bəxş etməlidir, elə buna görə də qəbirlərə məxmər gülünün ləçəkləri qoyulur. Qeyd edim ki, bu ənənəvi bayram 2008-ci ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə “Reprezentativ siyahısı”na daxil edilmişdir.
Maraq göstərib oxuduğunuz üçün təşəkkür edirəm.

Əgər yazını bəyəndinizsə aşağıda olan Facebook düyməsini seçərək blogpostu Facebookda paylaşın ki, dostlarınız da yazılarımızdan xəbərdar olsunlar. Yox əgər Gəzəyənlərin yazılarından ilk xəbər tutmaq istəyirsinizsə aşağıda “abunə ol” bölməsinə mailinizi yazaraq düyməyə klikləyin. Hələlik bu qədər, növbəti yazılara qədər…

Paylaşdı: Seyid Hüseyn

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s