Şəhər bələdçisi – Kopenhagen və Malmö

Salam əziz gəzəyənlər. İlk dəfə 6 ay bundan əvvəl, özümü sizə təqdim edib, Hamburg və Lübeck (Almaniya) səfərimi və həyəcanımı sizinlə bölüşmüşdüm. İndi isə, 5 günlük Copenhagen və Malmö (Danimarka və İsveç) səfərinə çıxdım.
Artıq ikinci dəfə olacağı üçün nisbətən həyəcan və o ən sevdiyim, bilmədiyin yerlərə oyanan qorxu hissini daha az hiss etdim . Amma təbii ki bu dəfə “ilk”lərim olacaqdı və keçən dəfəki kimi layihə hesabına getmirdim 😅. Bu ilklərdən biri Wizzair təcrübəsi oldu (köməyi üçün Vusal Ekberova xüsusi təşəkkürlər).

80387596_1397619107079067_5531697747289178112_n

Kutaisinin kiçik aeroportuna, Omnibus’larla səfərə start verdik.
Həmişə yolçuluğa başladığımı və yad yerə gedəcəyimi, təyyarənin kəmərini bağladıqda hiss edirəm. Bu dəfə də, eyni o hisslə yola qoyulduq.

Copenhagen aeroportuda digər təcrübəm kimi, eyni “avropa dəbində” idi, metro dayanacaqları isə çox modern və təmiz. Burda tanış olduğumuz Filippinli qadının dediyinə görə, yollarda avtomobillərdən çox velosipedlərə üstünlük verilirdi. Cash pul artıq yoxdur deyilə biləcək qədər az istifadə olunurdu.

79234275_1397619247079053_8880786019188736000_n

Kiçik danimarkalı evdə, şamlarımızı yandırıb HYGGE’ni (Danimarka da xoşbəxtlik simvolu) hiss etdik. Bununla birlikdə Chinese Dumplings bişirib yedik.
Copenhagen sahillərindən, Şimal dənizinin dalğalarını dinləyə, rəngli və nostaljik binalarla gözlərinizi rənglərə doydura bilərsiniz.

Bura həmdə velosiped ilə çox məhşurdur (xüsusi üsulları və qaydaları bilmədən velosiplə gəzməyə çıxmağınız məsləhət deyil 😅).

Bununla birlikdə, Copenhagendə, Christiania adlı bir yer mövcuddur. Bura “Freetown” adlanan 7.7 hektarlıq bir ərazidir. Açıq narkotik satışı 😅 və azad həyatları ilə seçilirlər. Bu əraziyə nə polis nədə hökümət daxil olub təsir göstərə bilmir. Öz müstəqilliklərini elan ediblər və vurğulamaq istəyirəmki qurduqları çox fərqli bir formatdır.
Malmö şəhəri isə, Copenhagendən 40 dəqiqə uzaqlıqdadır və (heç səs çıxarmayan) qatarlarla gedə bilərsiniz. Bu bir neçə saata gəzə biləcəyiniz kiçik şəhər, məni həqiqətən heyran etdi.

Sahib olduğu böyük muzeyi (Təbiət, Elm və Tarixi) bitib tükənməyəcək qədər çox bilgi ilə doludur.

79000986_1397619457079032_6987442569709879296_n

Bununla birlikdə şəhərdə çox qeyri-adi tikilişi olan, 700 illik St. Peter kilsəsi yerləşir. İç dizaynı həm dəb-dəbəli həmdə çox sadədir (bilmirəm necə olur 😅). Bu qeyriadilik həm kilsədə həmdə bütün şəhərdə əks olunub.

Wizzair’lə sadəcə 1 bel çantası ilə çıxdığım bu 5 günlük yolçuluq mənə ölkəmdə keçirdiyim illərdən belə daha çox fayda və motivasiya bəxş etdi. 2 ölkə və 2 şəhəri 130 euroya gəzmiş oldum. İndi isə aeroportta oturub, evə qayıdış təyyarəmi gözləyirəm.

79473111_1397619060412405_189918020695490560_n

İtməkdən, yolda qalmaqdan və s. çox şeylərdən qorxa bilərsiz. Eyni həyat qorxuları kimi. Ama yenə də yaşayırıq. Yenə də yol alırıq. Durmayın, gedib adını belə bilmədiyiniz yerlərdə gəzin və bu günlərin hər saniyəsinin zövqünü yaşayın. Həyat dayanmaq üçün çox qısadır! Hələlik. 😊

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s